“Ermənistan Qafqaz üçün bəladır və bu gerçəyi hər bir region dövləti görməlidir”
Qarşıdan 24 aprel – qondarma “erməni soyqırımı”nın ildönümü yaxınlaşır. Maraqlıdır, Azərbaycan və Türkiyənin ermənilərin soyqırım yalanına qarşı birlikdə mübarizəsi bu yalanın ifşası baxımından nə dərəcədə önəmlidir?
Moderator.az-a açıqlama
verən "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin
sədri Şamil Sabiroğlu erməni yalanına qarşı bütün qonşu dövlətlərin, eləcə
də sivil ölkələrin birgə mübarizəsinin vacib olduğunu qeyd etdi:
“Azərbaycan və Türkiyə
Ermənistanın bu yalanına qarşı mübarizə aparmağa məcburdur. Əgər biz deyiriksə
ki, “biz bir millət iki dövlətik”, bizim birgə mübarizədən başqa yolumuz
yoxdur. Ermənilər həm Türkiyənin, həm də Azərbaycanın başına bəlalar açıb. Biz nə
qədər bir yerdə mübarizə aparacayıqsa, bir o qədər böyük uğura nail olacayıq.
Son vaxtlara qədər Türkiyə
“Xocalı soyqırımı” ifadəsini işlətmirdi. Bu yaxınlarda biz bu ifadəni cənab Rəcəb
Tayyib Ərdoğanın dilindən eşitdik. Ərdoğan Xocalı soyqırımından danışdı. Bu,
çox böyük bir hadisədir. Mən çox istərdim ki, yalnız Türkiyə və türk dünyası
deyil, sivil dünya bu işlərdə bizə dəstək versin.
Dünya ya Ermənistan kimi
təcavüzkar dövlətə öz yerini göstərməlidir, ya da bu gün bizim başımıza gələn
hadisə sabah başqa bir dövlətin, məsələn, İranın, Gürcüstanın başına gələ bilər.
Ermənistan Qafqaz üçün böyük bir bəladır. Odur ki, Azərbaycan və Türkiyənin
haqq işini müdafiə etmək bu ölkələrin özləri üçün də gərəklidir”.
Seymur Əliyev
Məhdud Məsuliyyətli Cəmiyyət
Zülfüqar Hüseynzadə
www.moderator.az saytına
istinad zəruridir