Xəbər lenti
15/11/2018 [02:11]:
Günün qoroskopu: -Yel dəyirmanları ilə savaşmayın...
15/11/2018 [01:51]:
“Azərbaycandan alacağımız ərazilər var” – Separatçılardan həyasız iddia
15/11/2018 [01:40]:
Separatçılar Sərsəng anbarından yeni kanal çəkəcəklər... –İşin içində Avropa ölkələri də var
15/11/2018 [01:36]:
CIA-nın projesi deşifrə oldu... Düz 149 nəfər...
15/11/2018 [01:33]:
Tramp yenə sosial medianın hədəfinə çevrildi - Minlərlə insanı unutduğu üçün...
15/11/2018 [01:30]:
Moskvada ilin toyu - 450 min dollarlıq gəlinlik, 25 "Limuzin"...
15/11/2018 [01:21]:
Parisdən Trampa ingiliscə cavab - “Common decency”
15/11/2018 [01:17]:
Ermənipərəst deputatın elə erməni xislətində olduğu da göz qabağındadır...
15/11/2018 [01:15]:
Eynəklər hansı müddətdən bir dəyişilməlidir? - Görmə zəifliyi olanların diqqətinə
15/11/2018 [01:02]:
Dünyanın ən böyük "Cücə"sinə 14 milyard dollarlıq CƏRİMƏ...
15/11/2018 [01:01]:
"Palmali"nin prezidentindən görkəmli türkoloqa 9 cildlik SÜRPRİZ...
15/11/2018 [00:59]:
Mənzil seçərkən 3-cü mərtəbədən yuxarı mərtəbələrə üstünlük verin - Xərçəngdən qorunma üsulları
15/11/2018 [00:46]:
"Başa düşə bilmiirəm ki, hansı məntiqlə qadınları 65 yaşda pensiyaya çıxarırıq?"
14/11/2018 [23:43]:
Hər yerə 12 kukla ilə gedir - MARAQLI
14/11/2018 [23:28]:
Türkmənistanda polis “hədsiz tox olanları” axtarır: “doğrama” yemək olmaz
14/11/2018 [23:02]:
Gürcüstanda prezident seçkilərinin ikinci turunun tarixi elan olunub
14/11/2018 [23:00]:
Məruzədən təsirlənən yüzlərlə adam müsəlman oldu - MARAQLI
14/11/2018 [23:00]:
3 ölkə Türkiyəyə qarşı birləşdi - Sensasiyalı plan
14/11/2018 [22:43]:
Pul üçün rinqə çıxan 13 yaşlı uşaq qorxunc şəkildə can verdi - DƏHŞƏT...
14/11/2018 [22:34]:
"Minlərlə QHT gözləyir ki, 2019-cu ilin dövlət büdcəsinə ayrılan vəsait artırılacaq"
14/11/2018 [22:30]:
Ölkəni qarışdıran qadın danışdı: "Prezidentə alt paltarımı göstərdim”
14/11/2018 [22:14]:
"Stalin deyirdi ki, hər şeyi kadrlar həll edir, indi isə hər şeyi islahatlar həll edir"
14/11/2018 [22:09]:
Başı çilçırağa toxunan dövlət başçısı böyük şok yaşadı - VİDEO
14/11/2018 [22:04]:
Ermənistanda sərxoş rus hərbçiləri arasında dava düşdü - Arada erməni də döyüldü...
14/11/2018 [21:59]:
Libermanın istefası və Qarabağ: Bir nazirin istefası ilə bağlı düşüncələr...
14/11/2018 [21:48]:
Qubada avtoxuliqanlar tutulub - FOTO
14/11/2018 [21:45]:
Mingəçevirdə yelləncəkdə boğazına kəndir dolanan uşaq ölüb - YENİLƏNİB
14/11/2018 [21:20]:
Saakaşvili Gürcüstan vətəndaşlarına müraciət etdi
14/11/2018 [21:17]:
"180 manatlıq yaşayış minimumu ilə bir ay yaşamaq mümkün deyil..." - TƏKLİF
14/11/2018 [21:07]:
“Rusiya Ermənistan siyasətində mərkəzi amil olaraq qalacaq” - Metyu Brayza
14/11/2018 [21:07]:
Separatçı erməni lider həmsədr ölkənin paytaxtına yola düşdü... - TAM SƏRBƏST...
14/11/2018 [20:53]:
Ordumuzun hərb oyunları davam edir – VİDEO
14/11/2018 [20:51]:
Yaşayış minimumu və ehtiyac meyarının yuxarı həddi müəyyənləşdi
14/11/2018 [20:50]:
Deputatdan 24 min şəhidə veriləsi 264 milyon manatın mənbəyi haqda ŞOK TƏKLİF...
14/11/2018 [20:35]:
Enerji sektorunda ard-arda yeni qəzalar, səbəb nədir? – Ekspert sistemin yenidən çökəcəyi ehtimalının qüvvətli olduğunu iddia edir
14/11/2018 [20:31]:
Bələdiyyələrə yeni səlahiyyət verildi – Prezident daha bir dəyişikliyi təsdiqlədi
14/11/2018 [20:25]:
Prezident Xələf Xələfovla bağlı sərəncam imzaladı
14/11/2018 [20:11]:
13 yaşlı qonşusunu zorlayan kişi məhkəmə zalında həbs edildi
14/11/2018 [19:55]:
Azərbaycanda yeni cərimələr təsdiqləndi - MƏBLƏĞLƏR
14/11/2018 [19:52]:
İlham Əliyevdən dövlət himni ilə bağlı qərar...
14/11/2018 [19:47]:
Ermənistan “Azərbaycan maraqlarının lobbiçisi”nin istefasını “bayram edir”...
14/11/2018 [19:15]:
Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvləri Dövlət Komitəsində olub
14/11/2018 [19:05]:
Mətbuat Şurası və Mərkəzi Elmi Kitabxana arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
14/11/2018 [19:01]:
Aİİ-də “İslam ənənəsində mötədillik” mövzusunda seminar keçirilib
14/11/2018 [18:59]:
Qarabağda şəhid edilən Axısqa türkləri - ŞOK SİYAHI
14/11/2018 [18:38]:
UNEC-də “Azərbaycanın iqtisadi inkişaf strategiyası" mövzusunda Respublika elmi konfransı keçirildi
14/11/2018 [18:36]:
Qənirə Paşayeva MM-də büdcə müzakirələri zamanı əlillərlə bağlı bir sıra vacib təkliflərlə çıxış edib
14/11/2018 [18:29]:
Bakcell şirkətinin baş direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14/11/2018 [18:26]:
Neft-mexanika fakültəsinin professor-müəllim heyəti BOS Şelf MMC-də olub
14/11/2018 [18:20]:
Azərbaycanın dostu istefa verdi
14/11/2018 [18:08]:
Dünyanın ən iri çəhrayı brilliantı neçəyə satıldı? - FOTO
14/11/2018 [18:04]:
Binəqədidə yol polisi şagirdləri maarifləndirib hədiyyələr verdi – VİDEO
14/11/2018 [17:47]:
“Uşaq pullarının bərpasına ehtiyac var”
14/11/2018 [17:12]:
4 uşağın yandığı dəhşətli hadisədən danışdı: “Uşaqların səsi gəlirdi...” VİDEO
14/11/2018 [16:59]:
“Məlum yenilik heç də dövlət təhsil müəssisələrinin pullu olması anlamına gəlmir”
14/11/2018 [16:52]:
“Efirlərdə skandal yaratmağıma görə televiziyalar ayda iki min manat təklif edir...” - Tanınmış astroloq...
14/11/2018 [16:46]:
Fəzail Ağamalı: “Keçmiş nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin”
14/11/2018 [16:40]:
Pensiya yaşına yenidən baxılsın! - Milli Məclisdə hökumətə MÜRACİƏT EDİLDİ
14/11/2018 [16:36]:
Daha bir yanğın hadisəsi...
14/11/2018 [16:36]:
Elmira Axundova bu nazirliyin işçilərinin maaşlarının artırılmasını təklif etdi
14/11/2018 [16:22]:
İlham Əliyev: "Əgər KTMT-nın hər hansı bir problemi varsa, o da Ermənistandır"
14/11/2018 [16:19]:
Deputat nazirlərdən xahiş etdi: “Kömək göstərin”
14/11/2018 [16:13]:
Türkdilli ölkələrin xüsusi xidmət orqanları Bişkekdə toplandı
14/11/2018 [16:05]:
Azyaşlı qız uşaqlarına hücum edən şəxs hakim qarşısında
14/11/2018 [16:04]:
Bakı Ekspo Mərkəzində IX Azərbaycan beynəlxalq ətraf mühit sərgisi başladı
14/11/2018 [16:02]:
Səfər Mehdiyev Gömrük Akademiyasının 3 xanım məzununa iş verdi
14/11/2018 [15:55]:
Azay Quliyev Kiyevdəki beynəlxalq konfransda çıxış edəcək
14/11/2018 [15:43]:
Flora Kərimovadan protokol qaydalarını pozması ilə bağlı iradlara sərt münasibət
14/11/2018 [15:28]:
Ağalar Vəliyev: “Vergi islahatları özəl sektorda maliyyə intizamını möhkəmləndirəcək”
14/11/2018 [15:19]:
Bakıda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin kadr aparatları rəhbərlərinin iclası oldu...
14/11/2018 [15:19]:
Uşaqları gələcəyin uğurlu insanı edən xüsusi və sadə üsullar – Sınanmış metodlar
14/11/2018 [15:16]:
Sevda Yahyayeva imtina etdi...
14/11/2018 [15:11]:
İranda “Qızıl sultanı” edam edildi
14/11/2018 [15:11]:
Daxili Qoşunların hərbi qulluqçuları bayram günündə bayrağımızı yüksəltdilər...
14/11/2018 [15:09]:
Mirkamilin yalanı üzə çıxdı - Özgə uşağı özünükü kimi təqdim edib
14/11/2018 [15:06]:
Gəncədə Aşıq Şəmşirin 125 illik yubileyi böyük təntənə ilə qeyd olundu - FOTOLAR
14/11/2018 [15:01]:
Daşkəsəndəki dəhşətli yanğında ölən uşaqlar... - FOTOLAR
14/11/2018 [15:00]:
“Ömür boyu istəmişəm futbol oynayım, bəxtim gətirməyib” – Millət vəkilindən etiraf – VİDEO
14/11/2018 [14:50]:
“Hələ çap olunmayan o qədər şeirlərim var ki, bu gün onlarla məşğulam”
14/11/2018 [14:47]:
ADU-nun rektoru Perunun Azərbaycandakı ilk fövqəladə və səlahiyyətli səfiri ilə görüşdü...
Bütün arxiv bir sırada
15/04/2018 [22:46] - Araşdırma - ( 3409 dəfə baxılıb)

Milyonçu Tağıyevin dəqiq bilinməyən təvəllüdü – Tədqiqatçısı danışır





XIX əsrin sonu - XX əsrin əvvəllərindəki  Azərbaycan tarixində iz qoyan nəhəng şəxsiyyətlərdən biri də milyonçu-messenant Hacı Zeynalabdin Tağıyevdir. Hacının səxavətliliyi, gördüyü işlər hamıya məlumdur. Amma bu gün də onunla bağlı  hələ də dəqiqləşdirilməyən faktlar var. Ən birincisi isə Hacının təvəllüdü...

Ayrı-ayrı mənbələrdə milyonçunun nə az-nə çox, düz 4 versiyada təvəllüd tarixi göstərilir – 1923, 1838, 1841 və 1842. Təəssüf ki, hər mənbədə bir rəqəm göstərilib.

Lakin Moderator.az xəbər verir ki, milyonçunun həyat və fəaliyyətini araşdıran alim, tarix elmləri üzrə fəlsəfə doktoru Fərhad Cabbarov onun təvəllüdü ilə bağlı da əsaslı faktlara söykənərək, dəqiq nəticəyə gəlib. Məlum olub ki, Hacı məhz bu ildə anadan olub:

“Hacı Zeynalabdin Tağıyevin doğum tarixi indiyədək tədqiqatçılar arasında ən çox mübahisələrə və mülahizələrə səbəb olur. Bu məsələ ilə bağlı mənbələrdə o qədər dolaşıq məlumatlara rast gəlinir ki, “millət atası”nın təvəllüdü haqqında nə az, nə çox – dörd versiya mövcuddur. Onlardan ikisinə – 1823-cü və 1838-ci illərə daha çox istinad olunsa da, digər iki tarix də mövcuddur: 1841-ci və 1842-ci illər. H. Z. Tağıyevin 1841-ci il təvəllüdlü olması isə oğlanları Məhəmmədtağı və Məhəmmədkazımın müvafiq olaraq 1900-cü və 1903-cü illərdə yazılmış doğum şəhadatnamələrində göstərilib. Həmçinin H. Z. Tağıyevin 1905-ci il erməni-müsəlman qırğınları ilə əlaqədar istintaqa verdiyi ifadənin protokolunda onun 64 yaşı olduğu, yəni 1841-ci ildə doğulduğu yazılmışdı. Eyni tarixə 1911-ci ildə H. Z. Tağıyevin Lütfəli Behbudovla məhkəmə prosesinin sənədlərində də rast gəlinir, belə ki, Hacının dindirilmə protokolunda onun 70 yaşı olduğu qeyd edilmişdir.
1842-ci il isə ilk dəfə H. Z. Tağıyevin qızı Leylanın doğum şəhadətnaməsində (1898-ci il) göstərilib. Həmin tarixə 1900-cü və 1901-ci ildə tərtib olunmuş H. Z. Tağıyevin xidməti siyahılarında da rast gəlmək olar. Belə ki, həmin siyahılarda onun müvafiq olaraq 58 və 59 yaşında olması, yəni 1842-ci ildə doğulması yazılıb. Lakin yuxarıda qeyd olunduğu kimi, tədqiqatçılar əsas diqqəti 1823-cü və 1838-ci illərə yönəldirlər.
Hacı Zeynalabdin Tağıyevin 1838-ci ildə anadan olması faktına ilk dəfə Bakı şəhərinin 1849-cu il Kameral təsvirində rast gəlinir. Şimali Azərbaycanda vergi toplamaq məqsədi ilə Rusiya hökumətinin mütəmadi keçirdiyi bu siyahıyaalmalarda ailənin bütün kişi üzvləri qeyd olunurdu. 1849-cu ilə aid həmin mənbədə göstərilib ki, Tağı Dostməhəmməd oğlunun 58, oğlanları Zeynalabdinin 11, Əliqulunun isə 8 yaşı var. 1860-cı ildə tərtib olunmuş Bakı şəhərini və Bakı quberniyasının Kameral təsvirində atanın 68, oğlanlarının isə müvafiq olaraq 21 və 18 yaşında olduğu qeyd edilib. Hər iki mənbə təsdiqləyir ki, doğum tarixi təxminən yaxın illər ətrafında dəyişir – 1838/39. 

Haşiyə çıxaraq qeyd edim ki, 1860-cı il Kameral təsvirində ilk dəfə olaraq ailənin qadın üzvləri də qeydə alındığından Tağı Dostməhəmməd oğlunun ailəsində 4 qadının olması göstərilib. Lakin onların adı göstərilmədiyindən həmin 4 qadının kim olduğu aydın deyil. Bu məsələ ona görə maraq doğurur ki, M. Süleymanov və M. İbrahimov Zeynalabdinin 10 yaşında ikən anadan yetim qaldığını, Tağı Dostməhəmməd oğlunun isə ikinci dəfə evləndiyini və həmin nikahdan onun 5 uşağının (M. Süleymanov konkret olaraq 5 qızının) doğulduğunu yazır, lakin heç bir mənbəyə istinad etmirlər. Belə bir qeyri-müəyyənlik Zeynalabdinin anası Ümmixanımın həqiqətən nə zaman vəfat etməsi, onun 1860-cı il Kameral təsvirində qeyd edilən həmin 4 qadının arasında olub-olmaması, Zeynalabdinin ögey anasının nə vaxt Tağı Dostməhəmməd oğluna ərə gəlməsi, bacılarının nə vaxt doğulması kimi məsələlərini açıq qoyur.

Beləliklə, 1849-cu və 1860-cı il Kameral təsvirləri Zeynalabdin Tağı oğlunun 1838-ci ildə anadan olduğunu təsdiqləyir. Lakin Bakı şəhərinin 1873/74-cü il Kameral təsvirində Hacı Zeynalabdin Tağı oğlunun 50 yaşı olduğu göstərilir, bu isə digər mübahisəli tarixə - 1823-cü ilə müvafiqdir. Diqqəti çəkən məqamlardan biri də odur ki, Tağıyev burada ilk dəfə “Hacı” kimi göstərilib, deməli, o, 1860-1873-cü illər arası müqəddəs həcc ziyarətində olub (bu barədə irəlidə bəhs ediləcək). 1873/74-cü il siyahıyaalması H. Z. Tağıyevin doğum ilini əvvəlki tarixlərdən çox fərqli göstərdiyindən burada yanlışlığın olması şübhəsizdir. Tədqiqatçı Eldar İsmayılovun qeyd etdiyi kimi, hər üç Kameral təsvirlərdə digər məlumatları müqayisə və təhlil etdikdə, 1849-cu və 1860-cı illərə aid təsvirlərdə göstərilənlər 1873/74-cü ildəkinə nisbətən daha dəqiqdir.

1823-cü il tarixinə əsaslanan tədqiqatçılar daha çox 1899-cu ildə Zaqafqaziya (Cənubi Qafqaz) Şiə Ruhani İdarəsinin Hacı Zeynalabdin Tağıyevə verdiyi doğum şəhadətnaməsinə istinad edirlər. Marat İbrahimovun fikrincə, bu sənəd heç bir şübhə doğura bilməz, çünki XIX əsrdə doğum haqqında rəsmi aktların qeydiyyatı ruhani idarələrində aparılırdı. Bu fikirlə qismən razılaşmaq olar, çünki açıq qalan bir çox məqamlar var ki, onlar Hacının 1823-cü ildə doğulduğunu ciddi şübhə altına alır. İlk olaraq belə bir sual ortaya çıxır ki, niyə H. Z. Tağıyev özünün anadan olma tarixini XIX əsrin sonunda rəsmiləşdirmək qərarına gəldi? 

Marat İbrahimov yazır ki, Hacı 1896-cı ildə ikinci nikaha daxil olduğu üçün özünü “cavanlaşdırmışdı”. Lakin bu fikir tamamilə əsassız görünür, çünki H. Z. Tağıyevin 1838-cü ildə anadan olmasına dair ilk məlumata onun Sona xanım Ərəblinskaya ilə evlənməsindən çox əvvəl – 1849-cu il Kameral təsvirində təsadüf olunur. Bundan başqa, 1899-cu ildə öz doğum şəhadətnaməsini alanda, Hacının artıq iki övladı (Sona xanımla nikahdan) dünyaya gəlmişdi. Belə çıxır ki, H. Z. Tağıyevin 1899-cu ildə özünü “cavanlaşdırmaq” üçün heç bir əsası yox idi. Ola bilsin ki, o, bunu hansısa başqa, bizə hələ də məlum olmayan səbəbə görə etmişdir.

Bir haşiyə çıxaraq, bunu da qeyd etmək istərdim ki, ümumiyyətlə, Cənubi Qafqaz Şiə Ruhani İdarəsinin doğum aktlarında bir sıra səhvlər və qeyri-dəqiq məlumatlar mövcuddur. Bunun ən bariz nümunəsi Hacının və onun ikinci nikahdan olan beş övladının doğum şəhadətnamələrində üç müxtəlif tarixin göstərilməsidir. Ən maraqlısı odur ki, bir-birinə zidd olan bu cür məlumatlar mötəbər bir şəxs – Şiə Ruhani İdarəsinin sədri, şeyxülislam tərəfindən təsdiq olunurdu. 

H. Z. Tağıyevin 1823-cü ildə doğulmasını təsdiqləyən fakt kimi bəzən onun 1916-cı il yanvarın 17-də tərtib edilmiş xidməti siyahısında 92 yaşında olması haqqında qeyd göstərilir. Lakin maraqlı məqam bundan ibarətdir ki, həmin sənədi diqqətlə araşdıranda orada “79 yaş”, sonra isə həmin yazının əl ilə düzəldilərək “92 yaş” yazıldığı görünür. 1916-cı ildən, yəni xidməti siyahının tərtib olunduğu vaxtdan 79 yaş çıxılanda, onda H. Z. Tağıyevin 1837-ci ildə dünyaya gəldiyi təsdiq olunur. Lakin 1838-ci ilə daha yaxın olan bu tarixi pozaraq onun üzərində “92 yaş” (1916-cı ildən 92 yaş çıxılanda 1824-cü il alınır) yazılması səbəbi bu günədək müəmmalı qalır. Sanki H. Z. Tağıyevin özü və ya başqa kimsə gerçək tarixi “düzəldərək” məqsədli şəkildə Hacını daha yaşlı göstərmək və tərtib olunan sənədə müdaxilə edərək onu həmin naməlum məqsədə uyğunlaşdırmaq istəyib. İstənilən halda 1916-cı il xidməti siyahısını H. Z. Tağıyevin 1823-cü il təvəllüdlü olmasını birmənalı olaraq təsdiqləyən sənəd kimi qələmə verilməsi ciddi şübhə doğurur.

H. Z. Tağıyevin 1838-ci ildə (və ya ona nisbətən yaxın ildə) anadan olmasını daha da inandırıcı edən bir çox tutarlı faktlar vardır ki, onları misal kimi göstərmək olar. H. Z. Tağıyevin birinci nikahdan olan övladları arasında yaş fərqi Zeynalabdinlə qardaşı Əliqulu arasında olan fərqlə eynidir – 3 il. H. Z. Tağıyevin böyük oğlu İsmayıl 1866-cı, Sadıx – 1868-ci, qızı Xanım isə 1871-ci il təvəllüddür. Əgər 1838-ci ildən götürülsə, onda Hacının ilk övladının 27 yaşında, 1823-cü ildən götürülsə, onda 43 yaşında olarkən dünyaya gəlməsi məlum olur. Əgər birinci fakt tam anlaşılandırsa, H. Z. Tağıyevin 43 yaşında olarkən ilk dəfə ata olması inandırıcı görünmür. Orta statistik müsəlman kişisinin ilk dəfə 42 yaşında evlənməsi XIX əsrdə məqbul sayıla bilməz. Üstəlik, nəzərə alınmalıdır ki, artıq 15 yaşında H. Z. Tağıyev bənna sənətini mənimsəmiş, yəni sabit qazanc sahibi olmuşdur və buna görə də onun evlənməsi və ilk övladının doğulması daha erkən vaxta təsadüf etməli idi.

Nəriman Nərimanov öz kitabında H. Z. Tağıyevin əmək fəaliyyətinin ilk addımlarını belə təsvir edirdi: “Hacı Zeynalabdin Tağıyev 1256-cı ildə (yanvar, 1838) Bakıda anadan olub. Atası Tağı başmaqçılıq edib öz külfətini dolandırardı... On yaşında uşaq atasının zəhmətini görüb, hisli ürəyi qəbul etmirdi ki, atası yalqız zəhmət çəksin. Ona görə təvəqqe edir ki, onu bir işə qoysun, tainki öz çörəyini qazana. Atası razı olub, on yaşında oğlunu bənna yanına palçıq daşımağa qoyur... Palçıq daşımağa kifayət etməyib, daşçıların işlərinə diqqət edir. On iki yaşında daş yonmağa başlayır, on beş yaşında bənnalıq sənətini yaxşı öyrənir...” N. Nərimanov mesenata yaxın olan şəxslərdən biri idi və şübhəsiz, H. Z. Tağıyevin təxmini də olsa, yaşını bilməyə bilməzdi”.  (ardl var)

MODERATOR.AZ

"Palmali"nin prezidentindən görkəmli türkoloqa 9 cildlik SÜRPRİZ...
Hər yerə 12 kukla ilə gedir - MARAQLI
Məruzədən təsirlənən yüzlərlə adam müsəlman oldu - MARAQLI
Pul üçün rinqə çıxan 13 yaşlı uşaq qorxunc şəkildə can verdi - DƏHŞƏT...
Ölkəni qarışdıran qadın danışdı: "Prezidentə alt paltarımı göstərdim”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Türkmənistanda polis “hədsiz tox olanları” axtarır: “doğrama” yemək olmaz
Dünya
Dünyanın ən iri çəhrayı brilliantı neçəyə satıldı? - FOTO
Gündəm
“Məlum yenilik heç də dövlət təhsil müəssisələrinin pullu olması anlamına gəlmir”
Araşdırma
Uşaqları gələcəyin uğurlu insanı edən xüsusi və sadə üsullar – Sınanmış metodlar
Cəmiyyət
“Hələ çap olunmayan o qədər şeirlərim var ki, bu gün onlarla məşğulam”
Həftənin ən çox oxunanları
"KİA Motors" Azərbaycanda 1 milyon kilometr maşın sürən şəxsi ŞOKA SALDI...
Ayaz Mütəllibovdan şok açıqlamalar -"Danışmışdım, Qarabağ qaytarılacaqdı..."
"Bəlkə içimizdəki ermənilərdənsən ki, şəhid anasını təhqir etməyə özünü borclu bilirsən"
Xatirənin geyimi başına bəla oldu - FOTOLAR
Sehrli ingilis barmağı: Dumanlı Albiondan bir qudaya stop, digərinə yaşıl ışıq? + FOTOLAR
Bu cavan erməni aqronom Azərbaycan torpağında 115 min nar tingi əkdi...
“Ələkrəm Hümbətov Azərbaycan bayrağını parçalayıb yerə atdı və...”
Azərbaycanın talanan sərvətlərinin izi ilə daha bir ünvan: Ax, London, London...
“Bu reklama çəkilməklə bir ailə başçısını üç il yarım həbsdən azad etdirdim...” - VİDEO
“Tamerlan Qarayev İsmət Qayıbovla möhkəm dost idi...” - 20 Noyabr: gerçəklik və fərziyyələr
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə