Xəbər lenti
25/04/2018 [21:48]:
"Təhsildə varislik və fasiləsizlik prinsipləri təmin olunmalıdır..."
25/04/2018 [21:47]:
“Mir Cəlal irsinin təbliği” layihəsi üzrə növbəti tədbir keçirildi
25/04/2018 [21:47]:
Diqqət! Spirtli içkilərin daha bir zərəri aşkar edildi - XƏBƏRDARLIQ
25/04/2018 [21:39]:
Anası ilə dalaşan uşaq kredit kartını oğurlayıb lüks otelə tətilə getdi - HEYRƏTAMİZ...
25/04/2018 [21:39]:
Putin Ermənistan üçün narahatdır - Sarkisyanla danışdı
25/04/2018 [21:37]:
"Aşığın sözü qurtaranda "dalay-dalay" deyər..." - Flora Röyaya
25/04/2018 [21:31]:
“Neftçi” bəyanat yaydı - “Adımızdan sui-istifadə edirlər”
25/04/2018 [21:26]:
Yunanıstan lideri İlham Əliyevi təbrik edib
25/04/2018 [21:24]:
Meymunu suya itələyən gənc həyatının dərsini aldı - FOTO+VİDEO
25/04/2018 [21:21]:
Üz kremi oğurlayan İspaniyalı məmur istefa verdi
25/04/2018 [21:19]:
"Hiss etdim ki, tüstü nəfəs yoluma dolduğundan artıq taqətim qalmayıb" - FOTOLAR
25/04/2018 [21:17]:
Sabah Bakına bəzi hissələrində qaz olmayacaq
25/04/2018 [20:45]:
ATƏT-in baş katibi Azərbaycan prezidentini təbrik edib
25/04/2018 [20:21]:
Avropanın ən çox borcu olan ölkəsi məlum oldu
25/04/2018 [20:17]:
"İnanmıram ki, anam məni belə tez kiməsə versin" -Səmra Rəhimli
25/04/2018 [20:13]:
Heydər Əsədov məsuliyyətə cəlb olunacaq -Yeyinti aşkarlandı
25/04/2018 [20:05]:
92 yaşlı kraliça at minib yürüşə çıxdı - FOTO
25/04/2018 [19:54]:
"Vəziyyətin inkişafını diqqətlə izləməyə davam edirik" -Rusiyadan Ermənistan bəyanatı
25/04/2018 [19:52]:
Ermənistanda məktəblilər də hakimiyyətə qarşı aksiyaya başladı - FOTO
25/04/2018 [19:51]:
"O bədbəxtin büdcəsi var idi ki, yesin də?" – Hacı İbrahim qardaşının müdafiəsinə qalxdı
25/04/2018 [19:49]:
"Beyini stressdən qoruyur, qanda xolesterinin səviyyəsini azaldır - Min bir dərdin dərmanı...
25/04/2018 [19:46]:
Könül Kərimovanın bir paltarının qiyməti 22 min manatdır?
25/04/2018 [19:44]:
Şəbnəm Tovuzlu nakam məhəbbət haqda danışdı -"Onu edam etdilər..."
25/04/2018 [19:40]:
“Fenərbağça” – “Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək
25/04/2018 [19:37]:
Bu yolda hərəkət məhdudlaşdırılacaq
25/04/2018 [19:33]:
Yeni nazirdən daha 4 - Təyinat
25/04/2018 [19:20]:
“Instagram” da bu funksiyanı aktivləşdirdi
25/04/2018 [19:19]:
Salyanda 27 yaşlı oğlan özünü bıçaqlayaraq öldürdü
25/04/2018 [19:12]:
İspaniyada Trampın qadın oxşarı tapıldı - FOTO
25/04/2018 [18:50]:
"Məcburi köçkünün mənzili qısa zamanda bərpa ediləcək" -Komitədən açıqlama
25/04/2018 [18:42]:
“Bakcell”in “AppLab” proqramının məzunlarından yeni nəsil marketinq və reklam aləti
25/04/2018 [18:36]:
““Zeytun budağı” əməliyyatında da Türkiyənin yanında olduq” -İlham Əliyev
25/04/2018 [18:33]:
İlham Əliyevin Türkiyə səfəri başa çatdı
25/04/2018 [18:14]:
“Bakcell” biznes qurmaq istəyən gənclərin xəyallarını gerçəkləşdirir
25/04/2018 [18:03]:
Ermənilər Azərbaycan mahnısı ilə bayram edir – VİDEO
25/04/2018 [17:54]:
Manatın sabahkı MƏZƏNNƏSİ
25/04/2018 [17:45]:
DİN Bakı məktəbində zorlama iddiası haqda: “Fakt deyilən formada təsdiqini tapmadı”
25/04/2018 [17:38]:
“Serj Sərkisyan həm erməni ictimaiyyətini, həm də Rusiyanı aldadıb” - MÜSAHİBƏ
25/04/2018 [17:25]:
Diqqət! "WhatsApp" istifadəçiləri üçün yaş məhdudiyyətləri tətbiq edildi
25/04/2018 [17:24]:
"Türkiyə dünya miqyasında bir gücdür" -İlham Əliyev
25/04/2018 [17:23]:
Ərdoğan: "Seçkilərdən sonra ilk rəsmi səfərimi Azərbaycana edəcəm"
25/04/2018 [17:22]:
İlham Əliyev “Can Azərbaycan” mahnısı ilə qarşılandı -VİDEO
25/04/2018 [17:20]:
Ərdoğan: "İqtisadi hesablaşmalarda milli valyutaya keçəcəyik"
25/04/2018 [17:18]:
Azərbaycan-Türkiyə sənədləri imzalandı
25/04/2018 [17:15]:
Ramiz Mehdiyevlə Fuad Ələsgərov Soçidə təhlükəsizlik toplantısında
25/04/2018 [17:10]:
Xudatda dövlət sərhədini pozan əcnəbi saxlanıldı
25/04/2018 [17:02]:
Zabil Müqabiloğlunun bacısı Rövşən Rzayevə müraciət etdi -"Evim yanıb kül oldu..."
25/04/2018 [17:00]:
Diaspor üçün nə etməliyik?
25/04/2018 [16:55]:
"Prezidentin sərəncamı 11193 nəfərə şamil olunacaq" -Nazirlik
25/04/2018 [16:53]:
Mətbuat Şurasından “Yarasa” proqramı ilə bağlı – AÇIQLAMA
25/04/2018 [16:51]:
İlham Əliyev Ankarada Atatürkün qəbrini ziyarət etdi
25/04/2018 [16:47]:
AMEA-nın prezidenti Akif Əlizadəyə ADNSU-nun fəxri professoru adı verildi
25/04/2018 [16:45]:
İlham Əliyev Ərdoğanı Azərbaycana dəvət etdi
25/04/2018 [16:44]:
Tərəvəzlərin də hissləri var - FOTOLAR
25/04/2018 [16:43]:
Prezidentlər mətbuata birgə bəyanatla çıxış edir
25/04/2018 [16:41]:
Ramiz Mehdiyevdən müharibə anonsu - "Məcburuq, bu yolla münaqişəni həll edək”
25/04/2018 [16:38]:
İrəvanın güc nazirliklərinin saytları çökdü
25/04/2018 [16:37]:
"Ordumuzun gücləndirilməsi istiqamətində addımlar artırılacaq" -İlham Əliyev
25/04/2018 [16:35]:
“Dağlıq Qarabağ problemini öz problemimiz kimi görürük” - Ərdoğan
25/04/2018 [16:33]:
Ermənistan MN-də xaotik durum: Növbəti addım nə olacaq?
25/04/2018 [16:31]:
ADU-da “Hüseyn Cavid irsi və müasir dövr” mövzusunda konfrans keçirildi
25/04/2018 [16:30]:
Sarkisyan Azərbaycana gətirilə bilər...
25/04/2018 [16:28]:
“Heydər Əliyev irsi” mövzusunda Beynəlxalq konfrans keçiriləcək
25/04/2018 [16:27]:
Dünya Meteorologiya Təşkilatının baş katibi Qərbi Kaspi Universitetində
25/04/2018 [16:12]:
Təzə kartofun faydaları...
25/04/2018 [16:01]:
Lopez yenə hər kəsi özünə heyran etdi - Fotolar
25/04/2018 [15:57]:
263 milyon uşaq məktəbə getmir -DƏHŞƏTLİ STATİSTİKA
25/04/2018 [15:56]:
“Bizə köhnə nəzəriyyələri öyrədirdilər...” - Araz Ağalarovun təhsillə bağlı məqaləsi
25/04/2018 [15:53]:
Zakir Həsənov Çinə rəsmi səfərə gedir
25/04/2018 [15:44]:
Qədim xalçaların elektron çeşniləri dünyada ilk dəfə “Azərxalça”da hazırlanır
25/04/2018 [15:41]:
“Alı zirvəsi” sənədli filminin Qazaxda təqdimat mərasimi keçirildi -FOTOLAR
25/04/2018 [15:37]:
Etirazçılar Yerevan aeroportuna gedən yolu bağladılar
25/04/2018 [15:35]:
Kəndliləri təhqir edən Laləni hansı cəza gözləyir?
25/04/2018 [15:22]:
“Azərbaycanda innovasiya əsaslı iqtisadi inkişaf: sahibkarlıq, təhsil və elm”
25/04/2018 [15:16]:
Avropa Şurası nədən narahatdır?
25/04/2018 [15:13]:
Nazir: "Tələbələr üçün yeni yataqxana istifadəyə veriləcək"
25/04/2018 [15:12]:
AVP “Azərbaycan Xalq Cumhuriyyəti: Tarixi realliqlar və müasirlik” mövzusunda dəyrmi masa keçirdi
25/04/2018 [15:10]:
Qarabağ cəbhəsində hər an döyüş başlaya bilər -XƏBƏRDARLIQ
25/04/2018 [15:05]:
50-yə yaxın qızı zorladığı iddia olunan falçı əsəbləşdi: "Kişi deyiləm bəyəm"
25/04/2018 [15:05]:
Azərbaycanın ikinci peykinin buraxılışı təxirə salındı
Bütün arxiv bir sırada
16/04/2018 [10:21] - Cəmiyyət - ( 2850 dəfə baxılıb)

"Kim Tərcümə Mərkəzinin “Sözlüy”ünü “plagiat” sayırsa, çox böyük səhv edir"

"Necə ola bilər ki, “lüğət”in qüsurlarını aradan qaldıran “Sözlük” “plagiat” hesab olsun?"


"Azərbaycan Tərcümə Mərkəzinin keçən ilin sonlarında nəşr olunmuş “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”ü mütəxəssislər arasında həm böyük maraq doğurmuş, təqdirlə qarşılanmış, həm də müəyyən mübahisələrə rəvac vermişdir ki, bu, tamamilə təbiidir... Əlbəttə, əsas “anlaşılmazlıq” ondan ibarətdir ki, lüğət tərtibi sahəsində kifayət qədər təcrübəsi olan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun ənənəvi fəaliyyət sferasına nə üçün başqa bir qurum müdaxilə etmişdir. Ancaq məsələ burasındadır (və “Sözlüy”ü görməmiş onun “tənqid”inə qalxanların mülahizələrinin əsassızlığı onda ifadə olunur) ki, hər hansı lüğət, o cümlədən orfoqrafiya lüğəti və ya sözlüyü peşəkar yaradıcılıq işidir, hansısa təşkilatın monopoliyasında deyil. Ona görə də son günlər ara-sıra səsləndirilən belə bir fikir təəssüf doğurur ki, guya Dilçilik İnstitutunun nəşr etdirdiyi orfoqrafiya lüğətlərindən başqa, bütün digər müvafiq lüğət və sözlüklər bu və ya digər dərəcədə “köçürmə”dir... Yəqin ki, heç kəs İnstitutun bu sahədə gördüyü işlərə (və qazanılmış təcrübəyə) nihilist yanaşa bilməz. Bununla belə, Azərbaycan dilinin (və dilçiliyinin) müasir inkişaf səviyyəsi tələb edir ki, lüğətlərin, eləcə də orfoqrafiya lüğətinin tərtibi işinə elmi əsaslarla, intellektual məsuliyyətlə yanaşılsın. Ənənənin qorunması vacibdir, ancaq bu, o demək deyil ki, Azərbaycan dilinin ilk orfoqrafiya (imla) lüğətinin tərtibi prinsiplərindən kənara çıxmayıb hər yeni nəşri kəmiyyətcə “zənginləşdirəsən”.

Opponentlər belə bir yanlış təsəvvür yaratmağa çalışırlar ki, guya “Sözlük” tez-tələsik hazırlanıb nəşr edilmişdir. Halbuki bu əsər neçə illərin ardıcıl araşdırmalarının məhsuludur. Və görülən işlər barədə mətbuatda vaxtaşırı məlumat da verilmişdir... Lakin nədənsə o zaman ciddi tənqidə məruz qalan lüğətin müəllifləri “müdrikcəsinə” susurdular.

Fakt isə faktlığında qalır ki, Tərcümə Mərkəzini yeni orfoqrafiya sözlüyü tərtib etməyə hər hansı bir ambisiya deyil, mövcud lüğətlərin çoxsaylı prinsipial qüsurları təhrik etmişdir ki, bu barədə “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün “Ön söz”ündə müxtəsər (lakin konkret maddələrlə) bəhs olunduğuna görə təfsilata varmaq istəmirik.

Fikrimizcə, ən böyük qüsur ondan ibarətdir ki, lüğətin tərtibçiləri iltisaqi quruluşlu Azərbaycan dilində söz anlayışını düzgün müəyyən etməkdə çətinlik çəkmişlər.

İltisaqi dillər həm morfoloji, həm də sintaktik yolla geniş söz yaradıcılığı imkanlarına malikdir. Və bu imkanları gerçəkləşdirən – xalqın ümumi (kütləvi) dil təfəkkürüdür. Odur ki, mövcud imkanlardan sui-istifadə edib süni sözlər yaratmağa (və bunları lüğətlərdə təsbit etməyə) heç kimin ixtiyarı yoxdur.

Azərbaycan lüğətçiliyində keçən əsrin 50-ci illərindən qaynaqlanan belə bir yanlış “təcrübə” hökm sürür ki, guya bədii, elmi, publisistik və s. mətnlərdə hər hansı bir söz işlənibsə lüğətə daxil edilə bilər... Halbuki nəzərə almaq lazımdır ki, həmin mətnləri təqdim edənlər içərisində çox sayda elə müəlliflər vardır ki, fərdi nitq zövqü (və mədəniyyəti) olduqca impulsiv, şübhəli, hətta hər cür normativlikdən uzaqdır.

Ən təhlükəli məqam odur ki, AMEA Nəsimi adına Dilçilik İnstitutu Tətbiqi dilçilik şöbəsinin bəzi əməkdaşları “Sözlüy”ün təcrübəsini öyrənmək əvəzinə, müxtəlif mətbuat səhifələrində kəmsavad yazılarla çıxış edib onu (“Sözlüy”ü) gözdən salmağa çalışırlar. Həmin əməkdaşlardan biri Tərcümə Mərkəzinin təşəbbüsünə münasibət bildirərkən Mərkəzin “araşdırmaları” (dırnaqda!) ifadəsini işlədərək guya görülən işlərə öz aləmində rişxənd edir... Və bununla da, kifayətlənməyib özündə “Sözlüy”ün tərtibçisinə dərs vermək cəsarəti tapır:

“Hər bir elmi sahədə müəyyən qayda-qanunlar gözlənildiyi kimi, leksikoqrafiyanın da öz qanunları vardır. Azərbaycan leksikoqrafiyasının nəzəri cəhətdən işlənməsi ilk dəfə professor Əliheydər Orucov tərəfindən 1965-ci ildə “Azərbaycan dilinin filoloji izahlı lüğətinin nəzəri əsasları” əsərində işlənmiş və burada izahlı lüğətə sözlərin daxiledilmə prinsipləri müəyyənləşdirilmişdir. Sonralar çox təəssüf ki, nəyə görəsə, Azərbaycanda leksikoqrafiya nəzəriyyəsi kifayət qədər

inkişaf etməmiş, digər dünya universitetlərindən fərqli olaraq, bizim ali məktəblərdə lüğətçiliyə aid maarifləndirici bir fənn tədris edilməmişdir. Bəlkə də, bu səbəbdəndir ki, sözlərin lüğətə daxil edilməsi ilə bağlı lüğətçilikdən bixəbər bu qədər yazılarla üzləşirik”.

“Sözlüy”ü “plagiat” adlandıranlara şəxsən öz adından və çalışdığı şöbədəki “bütün lüğətçilər adından” təşəkkür edən müəllifin yazısından misal gətirdiyimiz yuxarıdakı mətnin elə bir cümləsi yoxdur ki, ən azı iki-üç sual doğurmaya... Adamdam soruşmazlarmı ki, ay “lüğətçi”, camaata “leksikoqrafiya dərsi” keçirsən, ancaq leksikoqrafiyanın nə tarixindən xəbərin var, nə nəzəriyyəsindən, nə də təcrübəsindən... Sənin özünü (və nəinki lüğətçiliyin, ümumən dilçiliyin nə olduğunu elə sənin qədər bilən şöbə əməkdaşlarını) uzunmüddətli kursa göndərib maarifləndirmək lazımdır ki, cümlənin bitmiş fikir ifadə elədiyini, cümlələr arasında ideya-məzmunca əlaqənin nədən ibarət olduğunu öyrənəsən...

İzahlı lüğət öz yerində, Tərcümə Mərkəzi hələ ki, orfoqrafiya sözlüyü tərtib edib. Və tamamilə təbiidir ki, həmin “Sözlüy”ün tərtibində mövcud təcrübələrə, xüsusən də “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin təxminən yüz illik təcrübəsinə əsalanıb...

Buna “plagiat” deyirsinizsə, Vəli Xüluflunun “İmla lüğəti” hələ bir yana, Əliheydər Orucovdan sonra (və get-gedə korlanaraq!) ortaya çıxan müvafiq nəşrlərin adı nədir?...

Maraqlı və Azərbaycan dili orfoqrafiya lüğətçiliyi tarixi üçün “ibrətamiz”dir ki, “lüğət”in son nəşrinin tərtibçilərindən biri öz məqaləsində hamımızın bildiyi həmin tarixi bir daha yadımıza saldıqdan sonra “Sözlük”lə yanaşı, hətta “Məktəblinin orfoqrafiya lüğəti”ni də “plagiat” hesab edir... Bizim “lüğətçilər” doğrudanmı bilmirlər, yaxud “Sözlüy”ün nəşri onları o qədər çaşdırıb, bilmək istəmirlər ki, hər bir orfoqrafiya lüğəti və ya sözlüyü bu və ya başqa məqsədlə, məhz rəsmi olaraq təsdiq edilmiş orfoqrafiya qaydaları əsasında hazırlanır. Həmin lüğətin və ya sözlüyün dəyəri qaydalara əməl etməsində deyil, çünki bu, normativ (!) şərtdir. Və “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin son nəşrinin əsas qüsuru ondadır ki, müasir Azərbaycan ədəbi dilinin “söz”ü barədəki kifayət qədər mükəmməl elmi, nəzəri, (və təcrübi) təsəvvür və ya prinsipləri pozub!.. Yəni “Azərbaycan dilinin işlək orfoqrafiq sözlüyü”nün “Ön söz”ündə deyildiyi (və “Sözlük”də əməl olunduğu) kimi, həddindən artıq arxaik sözlər, dialektizmlər, yalnız ayrı-ayrı mütəxəssislərə məlum olan terminlər, ümumiyyətlə, “söz” anlayışından kənara çıxan qrammatik “törəmələr” və s. orfoqrafiya lüğətinə düşə bilməz...

Əyri oturaq, düz danışaq... Necə ola bilər ki, “lüğət”in bir belə qüsurlarını aradan qaldıran “Sözlük” “plagiat” hesab edilsin?.. “Sözlük” “lüğət”i əvəz edə bilməz” nə deməkdir?.. Səbəb nədir ki, “lüğətçilər” həm deyirlər ki, professor Əliheydər Orucovdan sonra “çox təəssüf ki, nəyə görəsə, Azərbaycanda leksikoqrafiya nəzəriyyəsi kifayət qədər inkişaf etməmiş”dir, həm “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin qüsurlarını ört-basdır eləməyə çalışırlar, həm də iş görənə qara yaxıb öz adlarını başqasının üstünə qoyurlar?...

Tərcümə Mərkəzi sözlə işləyən, ən incə məna çalarlarından başlamış yazılış qaydasına qədər sözə ciddi diqqət yetirən (və bu sahədə çox tez-tez, eyni zamanda tamamilə təbii olaraq, müxtəlif problemlərlə üz-üzə gələn), başlıcası isə istər milli, istərsə də beynəlmiləl miqyasda canlı nitq (və dil təfəkkürü) proseslərinin içində olan bir qurumdur. Ona Afaq Məsud kimi böyük novator yazıçı (söz ustası!) rəhbərlik edir... “Sözlük” isə eyni zamanda “kifayət qədər inkişaf etməmiş” “leksikoqrafiya nəzəriyyəsi” “mütəxəssislər”i üçün vaxtında tərtib olunmuş elə bir orijinal (və uğurlu) dərslikdir ki, xırda “mənəm-mənəmlik” hisslərindən yox, bu gün Azərbaycanda inamla həyata keçirilən dövlət dil siyasəti qarşısında elmi, intellektual, mədəni məsuliyyətdən, ana dilinə hörmət və ehtiramdan yaranmışdır. Və ümid edirik ki, “Sözlük” hazırlanarkən Azərbaycan orfoqrafiya lüğətçiliyinin təcrübəsinə istinad olunduğu kimi, Nəsimi adına Dilçilik İnstitutunun lüğətçiləri də dedi-qodunu bir tərəfə atıb, gələcək işlərində “Sözlüy”ün təcrübəsindən faydalanmağa üstünlük verəcəklər.

O ki qaldı “arxada” dayanaraq ara qarışdırıb ziddiyyət yaratmaqla öz nüfuzlarını qoruyub saxlamağa çalışanlara, belələrinin də aqibəti irəlicədən hər kəsə məlumdur..."


Nizami Cəfərov, millət vəkili, professor 

Diqqət! Spirtli içkilərin daha bir zərəri aşkar edildi - XƏBƏRDARLIQ
Meymunu suya itələyən gənc həyatının dərsini aldı - FOTO+VİDEO
Təzə kartofun faydaları...
Telefonlar üçün alt paltarı çıxdı - FOTO
Bu parka yalnız sevgililər və yeni evlənən cütlüklər dəvət olunur - Dünyanın seksual parkından FOTOLAR (18+)
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Hadisə
Anası ilə dalaşan uşaq kredit kartını oğurlayıb lüks otelə tətilə getdi - HEYRƏTAMİZ...
Hadisə
92 yaşlı kraliça at minib yürüşə çıxdı - FOTO
Dünya
İspaniyada Trampın qadın oxşarı tapıldı - FOTO
Dünya
Donald Tramp növbəti dəfə pərt oldu - öz xanımı tərəfindən - FOTOLAR
Dünya
Sinəsinini böyütmək istəyən iki uşaq anası plastik əməliyyatın qurbanı oldu- FOTOLAR
Həftənin ən çox oxunanları
Səhiyyə naziri postuna real namizədlər: Ehtimallar özünü doğruldacaqmı?
"Qarabağla bağlı Azərbaycan ən xain zərbəni Ermənistandan deyil, Rusiyadan gözləməlidir"
Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi - SİYAHI
Həkimlər infarktdan ölməkdən qaçmağın yolunu açıqladılar: Ən azı həftədə 2 dəfə...
Daha 20 yüksək post prezident sərəncamını gözləyir - SİYAHI...
Abid Şərifovun vəziyyəti pisləşdi – SON DƏQİQƏ
"Bəyəm, mənə nə olub ki, xəstələnim və üstəlik, xəstəxanaya da yerləşdirilim?"
“Hacıbala, səninlə ölənə kimi məzələnəcəm” - Şeyx Əbdül Mahmudbəyov
"Azərbaycanın əhəmiyyətli bir şəhəri silahlı qüvvələrimizin nəzarətinə keçməlidir”
9 övladının DNT-ni yoxlatdı və şoka düşdü - Arvadı xəyanət edirmiş...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin