Xəbər lenti
27/03/2019 [00:01]:
Bu gün şəhid olan əsgərimizin FOTOSU
26/03/2019 [23:49]:
Tramp aparıcı KİV-ləri “xalqın düşmənləri” adlandırdı
26/03/2019 [23:47]:
BNA: “Diqlas”dakı yanğınla əlaqədar avtobuslar sabah da dəyişilmiş sxem üzrə hərəkət edəcəklər
26/03/2019 [23:36]:
“Kimsə Qarabağa xidmətə göndərilirsə deməli onun sonudur?” - Bunt qaldıran əsgərlərin valideynləriylə Ovanisyanın mübahisəsi
26/03/2019 [23:27]:
Komitə sədrinin müavini: "Bu Ermənistanın sonu ola bilər"
26/03/2019 [23:21]:
Kompüter xətası Almaniyada 50-dən çox reysi təxirə saldı
26/03/2019 [23:20]:
Sərnişin sıxlığının qarşısını almaq üçün Gəncədən gələn qatarların sayı artırıldı
26/03/2019 [22:15]:
Mənsimovdan Gürcüstan hökumətinə sərt ultimatum - “Terrorçunun heykəli götürülməsə...”
26/03/2019 [22:12]:
Moskvada FTX generalının meyiti tapılıb
26/03/2019 [22:02]:
141 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmadı
26/03/2019 [21:58]:
Xətai rayonunda top mərmisi aşkarlandı - FOTO
26/03/2019 [21:53]:
Azərbaycan torpaqlarında ümumerməni oyunları da keçiriləcək...
26/03/2019 [21:50]:
Angela Merkeldən ABŞ-ı qorxudan açıqlama: Avropa da Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulmaq istəyir
26/03/2019 [21:36]:
"Dünya bu tarixdə yox olacaq və..." - Məşhur alimdən senssasion iddia
26/03/2019 [21:32]:
"Həmin kadrlarla aparılan islahatların yekunu qurdla quzunun dostluğunun sonu kimi qurtaracaq"
26/03/2019 [21:30]:
“Şəhid ailəsinə diqqətsizlik göstərən məmur vəzifədə qala bilməz”
26/03/2019 [21:20]:
Bir şillə ilə rəqibini məğlub etdi - MARAQLI...+ VİDEO
26/03/2019 [21:08]:
Gəncədə avtoxuliqanlıq edən gənclər tutuldu - FOTO
26/03/2019 [21:00]:
Azərbaycan Ordusunun əsgəri şəhid olub
26/03/2019 [20:38]:
Özbəkistanda müəllimlərin maaşı 1000 dollar olacaq
26/03/2019 [20:32]:
Colan yüksəkliklərində neft tapıldı
26/03/2019 [20:14]:
Tramp-Tac Mahal, Tramp-Vodka, Tramp-seksual manyak... - FOTOLAR
26/03/2019 [20:08]:
“Bu tutmalar sizi hər yerdə - yolu keçərkən, yüksəklikdə olarkən yaxalaya bilər” - DİQQƏT!
26/03/2019 [19:51]:
“Rövşən Cavadov Rəsul Quliyevin 120 nəfərlik  “ölüm eskadronu” yaratmasından danışdı...”
26/03/2019 [19:48]:
Yanan obyektin Eldar Mahmudovun oğluna məxsus olduğu rəsmən təsdiqləndi- SƏNƏD
26/03/2019 [19:37]:
Bakıda ticarət mərkəzində baş verən yanğında 12 nəfər xəsarət alıb - RƏSMİ
26/03/2019 [19:32]:
Türkiyədə hava limanında atışma olub, xəsarət alanlar var
26/03/2019 [18:57]:
Papadan qalmaqallı hərəkət: Əlini öpdürmədi...+ VİDEO
26/03/2019 [18:50]:
“Qarabağ qaziləri” ictimai birliyinin yığıncağı keçirildi – YENİ SƏDR SEÇİLDİ
26/03/2019 [18:38]:
İlanla oynayan uşaq gözləmədiyi hərəkətlə qarşılaşdı - QORXUNC... + VİDEO
26/03/2019 [18:32]:
Paşinyana Vyana qulaqburması vermək fürsəti...
26/03/2019 [18:24]:
Xeyli viaqra qəbul etsəniz nə baş verər?
26/03/2019 [18:17]:
Rusiyalı deputat: "ABŞ Yaxın Şərqdəki prosesə mina qoydu"
26/03/2019 [18:15]:
Sevginin qadın bədənini dəyişdirdiyi ortaya çıxdı - MARAQLI ARAŞDIRMA
26/03/2019 [18:03]:
Çavuşoğlu: “Ərəb ölkələri ABŞ-dan qorxur”
26/03/2019 [17:53]:
Nazirlik "Diqlas"ı söndürən mülki şəxslərin kimliyinə aydınlıq gətirdi - Açıqlama
26/03/2019 [17:43]:
İqbal Ağazadə: "Azərbaycan, vətən adı gələndə hamı fərəhlə, qürurla gülümsəyəcək!"
26/03/2019 [17:37]:
Paşinyanın generallarla qapalı görüşünün detalları üzə çıxdı- Qarabağla bağlı şok tapşırıq
26/03/2019 [17:28]:
Fransa mətbuatı Mehriban Əliyevanın Parisə səfərindən yazıb
26/03/2019 [17:18]:
Paşinyan Əliyevlə görüşmək üçün Vyanaya yollanır
26/03/2019 [17:07]:
“Diqlas” ticarət mərkəzindəki yanğın hələ də davam edir: Alov zirzəmiyə keçdi - FOTOLAR
26/03/2019 [17:03]:
FHN rəsmisi: “İlkin məlumata görə, “Diqlas”dakı yanğın gül dükanından başlayıb”
26/03/2019 [16:49]:
"Qarabağ Colan təpələrinin acı taleyini yaşamamalıdır"
26/03/2019 [16:46]:
"Marqaret Tetçer göstəriş verir, Buş təsdiq edir, Roma papası xeyir-dua söyləyir və siz isə.."
26/03/2019 [16:43]:
29 il öncə Ermənistanın Azərbaycana hücum anı... - Şeyxin atdığı mandat, deputatların qəzəbli müraciəti - FOTO
26/03/2019 [16:31]:
"Diqlas"da yanğınsöndürmə sistemi yoxdur"- FHN rəsmisi
26/03/2019 [16:13]:
"Əli Mirəliyevin səhhəti pisdir" - Elgiz Əkbər
26/03/2019 [16:02]:
İlham Əliyev Bakı metrosunda - FOTOLAR
26/03/2019 [15:56]:
Saç ustasından maraqlı addım: “Kim kitab oxusa, saçını pulsuz kəsir...”
26/03/2019 [15:53]:
“Müharibə olsa, güman ki, qarşımızda Rusiyanı görməli olacağıq” - PROQNOZ
26/03/2019 [15:46]:
Laçında Aprel savaşına həsr olunmuş pulsuz konsert veriləcək... 
26/03/2019 [15:42]:
Prezident “Bakmil” stansiyasında yaradılan şəraitlə tanış olub
26/03/2019 [15:27]:
Gəncədə rəssamın qədim silah kolleksiyası - VİDEO
26/03/2019 [15:21]:
Həmkəndlisinin itini öldürən şəxs saxlanıldı
26/03/2019 [15:20]:
"Diqlas"dakı yanğının dəhşətli sonu: 1000 mağaza, 200 milyon manat...
26/03/2019 [15:16]:
Ukrayna polisi “Kalaşnikov”dan imtina edir
26/03/2019 [15:01]:
"Əli İnsanovla görüşüb, müzakirə apardım" - Eldar Namazov danışdı
26/03/2019 [14:59]:
DİN-dən silah və narkotik əməliyyatı
26/03/2019 [14:58]:
83 gündə 38 fərqli ölkədə toy edən cütlük - FOTOLAR
26/03/2019 [14:29]:
Müəllim qəza törədib, 14 yaşlı yeniyetmə ölüb
26/03/2019 [14:27]:
“Diqlas” yanaraq külə döndü - FOTOREPORTAJ
26/03/2019 [14:22]:
Krımda nüvə raketləri? – Avropa daha bir sınaq qarşısında...
26/03/2019 [14:05]:
AÇ-2020-nın seçmə mərhələsində 2-ci tura yekun vurulacaq
26/03/2019 [13:59]:
Novruz tətilindən sonrakı ilk iş gününün hava PROQNOZU
26/03/2019 [13:42]:
“O, təkcə Azərbaycanda yox, dünya çapında ən böyük aktyorlardan biridir...”
26/03/2019 [13:29]:
Nazirlik yanan “Diqlas”ı sökür - AÇIQLAMA
26/03/2019 [13:12]:
“Yanğın baş verən ərazidə oğurluq və soyğunçuluq halı qeydə alınmayıb” - Oruc Zalov
26/03/2019 [13:09]:
Ermənistanda atışma: 7 yaralı
26/03/2019 [13:08]:
“Naxçıvan düşmənə zərbə vurmaq üçün daha əlverişlidir”
26/03/2019 [13:01]:
"Diqlas"dakı yanğında 6 nəfər xəsarət alıb - Səhiyyə Nazirliyi
26/03/2019 [12:55]:
Qəhrəman İbad haqqında albom hazırlandı - Açıqlama...
26/03/2019 [12:41]:
Səyyar ASAN xidmət davam edir
26/03/2019 [12:35]:
Ağ ev sahibi beynəlxalq hüququ dağıdır - ŞƏRH
26/03/2019 [12:29]:
Ermənistan xarici işlər naziri Moskvaya gizli səfər edib? -Lavrovla məxfi görüş...
26/03/2019 [12:18]:
Gəncədə intihar – Özünü asdı
26/03/2019 [12:17]:
“Şirin içkilər insan bədənində xərçəng yaradır...” Ekspert...
26/03/2019 [12:10]:
Venesuela yenidən işıqsız qaldı
26/03/2019 [12:02]:
FHN əməkdaşı ticarət mərkəzindəki yanğını söndürərkən xəsarət alıb
26/03/2019 [11:56]:
İranda iki şəhərin boşaldılmasına göstəriş verildi
26/03/2019 [11:49]:
Qarayev prospekti istiqamətində avtobuslar işləyir
Bütün arxiv bir sırada
16/04/2018 [23:49] - Cəmiyyət - ( 1550 dəfə baxılıb)

Qəlbi min bir mahnı olan şair...



Taleyin min rəng, min naxışı var,

Dumanı, çəni var, qar, yağışı var.

Bütün sevənlərin xoş alqışı var,

Hər kəssin dünyaya öz baxışı var.

 

Günəş min illər bundan əvvəl də beləcə doğur, şəfəqiylə-baxışıyla torpağımızı oxşayırdı. Göylər min il əvvəl də beləcə duruydu, işıqlıydı. Min illər boyunca bu torpaqdan baş qaldıran, xalqımızın qəlbində pöhrələyən Qorqudlar, Füzulilər, o duruluğa, o işığa üz tutub POEZİYA adlı möcüzə yaradırdı. Əfsunçular, şaman və ozanlar sözün tilsimkar gücünə, ilahi nəfəsinə güvənirdi. Və “atəşlə suyun görüşdüyü” ulu torpaqda-qədim Odlar Yurdu Azərbaycanda  dünyanın şeir ağacı kök bağlayır, tumurcuq işığıyla gülümsəyirdi… 

Poeziya ən çətin sənətlərdən biridir. Bəlkə də yeganəsidir. Yalnız ona görə yox ki, o söz sənətidir. Onun xüsusi qanunları vardır, insandan peşəkarlıq və bacarıqdan başqa bir də ilahi vergi, istedad istəyir. Həm də ona görə ki, onu seçən, özünü ona həsr edən şəxsdən bu sənətin məsuliyyətini, nəcib məqsəd və ideallarını, fəlsəfəsini dərin və geniş dərk etməyi tələb edir.

Şeir ürəyin, beynin kardioqramıdır. Şeir yalnız ürəyin yox, həm də ömrün çövhəridir. Xoşbəxt o şairdir ki, xalqını təmsil edə bilir, bu halda onun ilham vergiləri yalnız özünün deyil, bütün ulusun, yurdun mənəvi kardioqramına çevrilir… Vüqar Əhməd bizim bütövlükdə XX əsr ədəbiyyatımızda bir məktəbdir.

 Vüqar Əhməd 1963-cü il aprel ayının 17-də Bakı şəhərində hərbçi-dənizçi, ziyalı ailəsində anadan olub. Soykökü Sultan Əhməd xanədanına mənsubdur. Ulu babası doktor Kərbəlayi Mirmahmud bəy Pirşağıda, babası həm həkim, həm də ilhiyyatçı Məşədi Soltan Əhməd Bakıda, ana babası ictimai xadim Kərbəlayi Əzim Binəqədidə nüfuzlu şəxsiyyətlər olmuşlar.

 Vüqar Əhməd 1963-cü il aprel ayının 17-də Bakı şəhərində hərbçi-dənizçi, ziyalı ailəsində anadan olub. Soykökü Sultan Əhməd xanədanına mənsubdur. Ulu babası doktor Kərbəlayi Mirmahmud bəy Pirşağıda, babası həm həkim, həm də ilhiyyatçı Məşədi Soltan Əhməd Bakıda, ana babası ictimai xadim Kərbəlayi Əzim Binəqədidə nüfuzlu şəxsiyyətlər olmuşlar.

   55 illik yubileyi ilə bağlı görkəmli alim  və müsiqişunas Vüqar Əhmədin şəxsiyyəti, elmi və bədii  yaradıçılığı haqqında danışmaq ürəkaçandır. Professor Vüqar Əhmədin yaradıcılıq spektri  o qədər  geniş və çoxşaxəlidir ki,  onu  xarakterizə etmək  üçün təkcə ədəbiyyatşünas olmaq  azdır, mənə elə gəlir ki, digər sahələri də  bilmək gərəkdir.  Sirr  deyil ki, Vüqar Əhməd bəzi həmkarlarından fərqli olaraq sözün həqiqi mənasında Azərbaycan cəmiyyətində  geniş tanınan,  sevilən və hörmət bəslənilən insandır.  O,  alim kimi də nüfuz qazanıb, nəğməkar şair kimi də qəlblərə yol tapıb, pedaqoq kimi də tələbələrin sevimlisinə çevrilib,  musiqişünas  kimi də özünü təsdiqləyib və s. Hesab edirəm ki, çoxsahəli yaradıcılıq istiqamətlərində  peşəkarlıq nümayiş  etdirməyin  kökündə iki vacib şərt dayanır:  İstedad və zəhmət. Əgər bunlar olmasa, yaradıcı insan məqsədinə çata bilməz. Vüqar Əhmədin xoşbəxtliyi və uğurlarının  səbəbi ondadır ki, ona Allah tərəfindən istedad bəxş edilmişdir.  Nəzərə alsaq ki, Vüqar Əhməd istedeadı zəhmətdən güc alır, bu zaman onun uğurlarının  səbəbi bizim  üçün tam  açıqlanar…

     Bir ədəbiyyatşünas kimi, prof. Vüqar Əhmədin  elmimiz qarşısında xidmətləri olduqca  böyük və əhəmiyyətlidir. Onun ədəbiyyatşünaslıq fəaliyyətinin istiqamətlərini ümumi olaraq aşağıdakı şəkildə qruplaşdırmaq olar: Klassik və müasir Azərbaycan ədəbiyyatı  tarixi (o cümlədən  Cənubi Azərbaycan ədəbiyyatı), Azərbaycan uşaq  ədəbiyyatı,  Azərbaycan-rus ədəbi əlaqələri və ədəbiyyat  nəzəriyyəsi istiqaməti. Göründüyü kimi, dövrləşmə və  problematika baxımından genişliyi ilə  fərqlənən ədəbiyyatşünaslıq fəaliyyəti və ilə prof. Vüqar Əhməd  bu elmi sahələrin  inkişafında əhəmiyyətli rol oynamış  və orijinal fikirlər söyləyə  bilmişdir. Heç şübhəsiz o, bir tərəfdən XX əsrin əvvəlləri rus- Azərbaycan ədəbi  əlaqələrinin  tarixinə nəzər salır, bu konseptdə uşaq  ədəbiyyatı problemlərinə aydınlıq gətirir, digər tərəfdən Azərbaycan uşaq  ədəbiyyatının  tarixi-tipoloji inkişafının  ümumi mənzərəsi haqqında geniş təsəvvür   yaradır, başqa bir tərəfdən isə S.C. Pişəvərinin həyat və yaradıcılığı əsasında Cənubi Azərbaycan  ədəbi-ictimai, ədəbi-bədii  və ədəbi-tənqidinin  mahiyyəti ilə əlaqədar  nəzəri-estetik  mühakimələrini ortaya qoya bilir və s. Onun “M.C. Pişəvəri: həyatı, mühiti və yaradıcılığı” adlı monoqrafiyası (1998) Cənubi Azərbaycanda gedən milli azadlıq və milli demokratik hərəkatın  ictimai-siyasi zəmində inkişaf prosesi ilə yanaşı, həm də milli demokratik mətbuatın və  ədəbiyyatın  inkişaf problemləri  haqqında müfəssəl  tədqiqat əsəri hesab edilə bilər. Nəğməkar şair Vüqar Əhmədin bədii və elmi yaradıcılığı olduqca zəngindir. Onlarla sanballı monoqrafiya, dərslik, dərs vəsaiti, yüzlərlə məqalə, tezis, müsahibə, çoxsaylı  bədii əsər müəllifi kimi tanınan Vüqar Əhməd bir alim, bir vətəndaş olaraq nəyi yazıbsa, ürəkdən yazıb, bütün yaqzdıqlarına şəxsi məsuliyyət möhrünü vura bilib. Bu səbəbdəndir ki, prof. Vüqar Əhmədin həm elmi, həm də yaradıcılığı Azərbaycan sərhədlərini aşaraq əcnəbi ölkələrdə də maraq doğurmuş, çap olunmuşdur. Əsərlərinin  İran, Türkiyə, Yunanıstan, Almaniya, Rusiya və s. ölkələrdə çapı fikirlərimizi təsdiqləməyə kifayət edər. Bir çox ölkələrdə onun yaradıcılığına olan rəğbət və məhəbbətin (həm də ehtiyacın) şahidi oluruq. Azərbaycan xalqının Qarabağ həsrəti, Qarabağ dərdi və Qarabağ ehtiyacını bütün dünya bilir. Həsrət, dərd və ehtiyacın bu və ya digər formada əksi Vüqar Əhmədin elmi-publisistik və bədii yaradıcılığında xüsusi bir xətt təşkil edir. Maraqlıdır ki, Vüqar Əhməd yaradıcılığında həmin  ideyaların tərənnümçüsü yox, həm də təbliğatçısıdır. Moskvada, Tehranda, İstanbulda və s. yerlərdə şairlə keçirilən Qarabağ problemləri çıxışlarının baş mövzusuna çevrilir. Vüqar Əhməd yaradıcılığının biu istiqaməti ilə tanışlıq onu deməyə əsas verir ki, dərdin böyüklüyü ilə poeziya qəliblərinin “izhar ölçüləri” arasında  “uyğunsuzluq” şairin romanların keçidinə təkan verir. Görünür, böyük dərdin böyük janrlarda ifadə zəruriyyəti ifadə zərurətinin (həm də ehtiyacın) yaranmasının kökündə dayanan səbəbdən biri də budur.

     Həmişə ədəbiyyatşünas-alim, şair, publisist, musiqişünas olaraq böyük  uğurları ilə tanınan Vüqar Əhmədin 2012-ci ildən ədəbi aləmə roman müəllifi kimi daxil olması təbii idi.  Çünki  onun poeziya və nəsr yaradıcılığında bədii təfərrüfat  genişliyinə və sujet rəngarəngliyinə marağın olması istər-istəməz hadisələrin daha geniş mahiyyətdə təxəyyül süzgəcindən keçirilməsinə meyli gücləndirdi. Bu baxımdan Vüqar Əhmədin “Qarabağ yuxusu və yaxud yuxuda qələbə” avtobioqrafik romanın (Bakı, 2012) yazılmasında deyilən cəhətlərin  rolu az olmayıb.

     Əsər müqəddəs ruh və ideyaların təbliği fonunda  xalqımız, eyni zamanda vətənimiz üçün  vacib olan məsələlərin əksi baxımından əhəmiyyətlidir. Romanda memuarçılıq tərzi üstünlük təşkil etsə də, bu ideya Qarabağ qələbəsi üzərində qərar tutur. Müəllif haqlı olaraq Qarabağ “Qələbə marşı” nın “söz-musiqi” kompleksində milli  birlik düşüncəsinin vacibliyini irəli sürür. Ona görə də vicdanlı, vətənsevər insanların birliyi əsərdə ideyanı doğuran başlıca amil səviyyəsində  təqdim olunur. Romanda müəllif qələbəyə vətəndaş və türk birliyinin  reallıqları çərçivəsində yanaşır.Lakin əsərdə bəşəri konteksin  mövcudluğu  vətəndaş və türk  birliyini dünya  sülhsevər  qüvvələrinin  birliyi xətti ilə üst-üstə  qoymağa imkan verir. Bu mənada müəllif dünya siyasi liderləri, nizami ordu və könüllü xalq qruplarını təcavüzkar Ermənistanla son döyüşdə müəyyən mövqe sıralarında problemə həm qlobal həm  müstəvidə yanaşır, həm də qələbənin labüdlüyünü həmrəy olmaqla görür. Maraqlıdır ki, əsərdə hadisə, əhvalat və ideya yuxu, “modeli” üzərində qurulur. Bu “model” də müəllif paklığın və müqəddəsliyin möhtəşəmliyini əks etdirməklə, həm də ədəbi aləmdə türkün ruh birliyinin  davamçısı rolunda çıxış  edir. Yaradıcılığında hürriyyətə çağırış, vətən sevgisi  ideyaları  aşılayan XIX əsr Türkiyə türk  ədəbiyyatının  görkəmli  nümayəndələri  Ziya Paşa  və Namiq Kamalın müxtəlif vaxtlarda  yazdıqları, lakin adları və ideyaları  eyni olan “Röya”  əsərlərində  olduiğu kimi, V.Əhmədin “Qarabağ yuxusu və yaxud yuxuda qələbə” adlı romanında  da sonluq yuxudan  ayılma  səhnəsi ilə bitir.  Namiq Kamalın yuxusu İstanbulda dərya kənarındakı bağçada yarımçıq qaldı. Ziya Paşanı  Londondakı park gözətçisi, Vüqar Əhmədi isə adını və özünü dünyalar qədər istədiyi  qızı yuxudan oyatdı. Maraqlıdır ki, hər üç əsərdə yuxuda görülənlər barədə fikir  və mübahislər xüsusi yer alır və mənalandırır. Vüqar Əhməd  vətən, torpaq, haqq yolunda  birliyin qələbə yürüşünü  yuxuda görsə də, həmin yuxuya oyanandan sonra belə mənalandırma verir: “Bircə onu bilirəm ki, bu yuxu olsa da, ruhum  həqiqətən Qarabağa getmişdi.  Bu arzu olunan, gerçəkləşən bir röya idi, əfsanəvi həqiqət idi. Mən inanıram ki, uca yaradan bu yuxunu gerçəyə çevirəcək və türk oğlu türk düşmənin burnunu ovub Qarabağı azad edəcək.” 

          Ana… Bu təkcə 2 sait, 1 samit səsin birləşməsindən əmələ gələn söz deyil Ana bəşərdir, kürreyi-ərzdir, cənnətdir, həyat, sabaha ümdimizdir. Ana haqqında çox yazılıb. Ancaq V.Əhməd…

     Nəğməkar  şair V.Əhmədcə  idal ana obrazı yarandı, bütün anaların  ümumiləşmiş bir fenomeni yarandı… Yaxşı ki, Vüqar Əhməd “Anam mənim” i yazdı. Çoxlarını ağlatdı, çoxlarına  ana varlığını əvəzolunmazlığını, ilahiliyini, əlçatmazlığını  sözün gücü ilə aşılaya bildi, ana adına abidə ucaltdı, analara qarşı olan biganəlik buzunu əritdi.  “Anam mənim” i oxuyan hər kəs o, şeirdə öz anasını görür. Deməli, Vüqar Əhməd öz anasını, sənin ananı, mənim anamı, dərindən tanıyır, qəlb  çırpıntılarını  duyur və yaşadıqları  hiss və həyacanı ümumiləşdirərək bizlərə təqdim edir və qəlbimizdə analara olan sevgimizi sonsuz fəzalara doğru aparır və o sonsuzluğun zirvəsində  ideal ANA dayanır…

    Şeir-ilhamdır, əzabdır. Vüqar Əhməddə əzablarla dolu həyatına  baxmayaraq ilhamı ilə bacara bilmir. Rastlaşdığı  haqsızlıqlar belə onun ilham mənbəyinə mane ola bilmir. Hər birimizə yaxın olan poeziyasının  heyranları kimi o ilhamdan güc alırıq.

                    İlhamım gələndə coşur qələmim,

                    Dalğalı dəniztək tək çırpının, qəlbim,

                     Şükr edir, Allaha dualı əlim,

                     İlhamım gələndə, ilham gələndə.

Bəli, Azərbaycan  poeziyasında öz ətri, öz nəfəsi, öz sözü olan şairlərimizdən biri də Vüqar Əhməddir. Şeirlərini sevə-sevə oxuyub nəğmələrini heyranlıqla dinlədiyimiz Vüqar Əhməd. Haqq adamı, birəqidəli nəğməkar şairimiz, ədəbiyyatşünas alimimiz, musiqi tədqiqatçımız Vüqar Əhməd. 

    Vüqar Əhmədin söz dünyasına sərhəd yoxdur. Vüqar Əhməd söz qarşısında aciz qalmır, o, sözü yox, söz onu tapır. Çünki söz qədrini bilənlərə daha yaxın olur, söz öz seçimini edir. Sözün seçimi olan Vüqar Əhməd də həmin sözlərin varlığına tapınaraq söz qapasına yaradır, hasarını çəkir. Ancaq o hasarın  bünövrəsinin mayasını musiqi, nəğmə təşkil edir. Əsl Azərbaycan musiqisi, öz milliliyimizə sığınan muğam üstə köklənən musiqi, nəğmə elə ona görədir ki,  Vüqar Əhmədin sözlərinə bəstələnən mahnılar  xalqımızın dilinin əzbərinə çevrilib öz izləri buraxmağa  çalışacaqlar.

    Vüqar Əhmədin şeirlərinə 500-dən çox mahnı bəstələnib və bu mahnılar tamaşaçı və dinləyici  auditoriyasının rəğbətini qazanmışdır. M.Araz mükafatı laureatı V.Əhməd şeirlərində dinimizin gözəlliklərini qoruyur və dilçiliyimizə daxil olan yabançı sözlərə qarşı həmişə barışmaz  mövqedə dayanır. Bu da şairin şeirlərini daha oxunaqlı  və yaddaqalan  edir.

                  Gözüm gülür, qəlbim səssiz ağlayır,

                  Dərdlilərin dərdi məni dağlayır.

                  Nə yaxşı ki, təbim coşub çağlayır,

…Bu günlərdə hər kəs-şairin dostları, ailəsi, peşə çiyindaşları, ümumilikdə vüqarsevər oxucular Vüqar Əhmədin 55 illik yubileyi münasibətilə onun nəğməli ətrafına, sədasına yığışacaqlar. Onun keçdiyi  yarpaq-yarpaq şeir dolu ömür yoluna işıq salmaq üçün şairin bu söz dolu, misra dolu gecəsinə  toplaşacaqlar. O, həyatın bütün səslərinə, bütün çağırışlarına cavab verən əsl şairdir. O, ahəngini Azərbaycanın dahi şairlərinin ahəngindən götürmüş bir şairdir.

                        Nəsimitək haqqa saldım meylimi,

                        Füzuliyəm, mən də sevdim Leylimi.

                        Xətaiyəm, sevdim ana dilimi,

                       “Dərya içrə qocaman dağ”-Sabirəm…   

                       Məhəbbətdir Şahənşahım, sultanım.                              

     Bu günlərdə  Vüqar Əhməd   ömrünün ən gözəl  çağlarını yaşayır. 55 yaşda görkəmli  ədəbiyyatşünas  alim olmaq, istedadlı şair kimi tanınmaq, musiqi dünyasının ənginliklərinə baş vurmaq hər kəsə nəsib olmur. 

    Vüqar Əhməd kökü dərin, budaqları göyə şaxələnən, dibi kölgəli nəhəng palıd ağacına bənzəyir sanki. Arzu edirik ki, bu kölgənin yaratdığı sərinlikdə bundan sonra  hər 10 ildən  bir beş dəfə  də yubileyinə dəfələrlə gəlmiş qonaqlarını qəbul edəsən, onların ürək sözlərini və təbriklərini qəbul edəsən… Vüqar Əhməd   ömrünün 55-ci baharını adladı. İnanırıq ki, bundan sonra  da o, bir alim kimi pərəstişkarlarını elmi əsərləri, nəşmələri və şeirləri ilə sevindirəcək.

 

                    Məhəbbətdir bu dünyada ən əziz,

                   Həmsöhbətim mavi  Xəzər-göy dəniz.

                   Müdrik olun, nə qul olun, nə kəniz

                  Ay, qardaşlar, ay bacılar, sizləyəm.

 

Görkəmli şəxslərin Vüqar Əhməd haqqında söylədikləri:

 Yaradıcılığını izlədiyim qələm, söz sahiblərindən biri də Vüqar Əhməddir. “Gözəl məkan-Nəqşicahan” İstirahət mərkəzində şairin yaradıcılıq gecəsində iştirakımdan çox məmnunam. Şairin təzə şeirlərini dinlədim, çox gözəldir. O, bizim klassiklərə, yaşlı nəslə mənsub şairlərin yaradıcılığına hər zaman həssas yanaşmış, onların poeziyalarından bəhrələnmiş, və poeziyamıza öz töhfəsini vermişdir. Şeirlərini nəğmə üstə yazan şairin öz deyim və yazı dili var, heç kimi təkrarlamır. Vüqar poeziyamızda öz inamlı addımlarını atır. 

Məmməd Araz,

 Xalq şairi

Vüqar Əhmədin qələmi hər birimizə doğmadır. O, ürəyi, O, qələmin hökmünə, gücünə heyran olan bir alim kimi V.Əhməd poeziyasına  səcdə edirəm. Qoy poeziya ilə döyünən ürək heç zaman susmasın.

 Rafiq Xan-Sayadoğlu,

Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü 

Vüqar Əhməd sağlığında özünə iz açıb. O, iz  hələ neçə-neçə nəsilləri  düşündürəcək, neçə-neçə nəsil həmin  poeziyanın pərvanəsinə çevrilib öz izləri buraxmağa çalışacaqlar.

Aynurə Əliyeva,
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının metodisti

“Şəhid ailəsinə diqqətsizlik göstərən məmur vəzifədə qala bilməz”
Papadan qalmaqallı hərəkət: Əlini öpdürmədi...+ VİDEO
İlanla oynayan uşaq gözləmədiyi hərəkətlə qarşılaşdı - QORXUNC... + VİDEO
Sevginin qadın bədənini dəyişdirdiyi ortaya çıxdı - MARAQLI ARAŞDIRMA
"Marqaret Tetçer göstəriş verir, Buş təsdiq edir, Roma papası xeyir-dua söyləyir və siz isə.."
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
"Qarabağ Colan təpələrinin acı taleyini yaşamamalıdır"
Maraqlı
Saç ustasından maraqlı addım: “Kim kitab oxusa, saçını pulsuz kəsir...”
Gündəm
“Müharibə olsa, güman ki, qarşımızda Rusiyanı görməli olacağıq” - PROQNOZ
Cəmiyyət
Laçında Aprel savaşına həsr olunmuş pulsuz konsert veriləcək... 
Maraqlı
83 gündə 38 fərqli ölkədə toy edən cütlük - FOTOLAR
Həftənin ən çox oxunanları
"Telmandan soruşdum ki, bəs Monika Belluçi nə edəcək, dedi ki, o sadəcə..."
Üç uşaq atası biləndə ki, o əvvəldən dölsüzdür, arvadını...
Uşaq pulunun bərpası ilə bağlı yayılan xəbərlərə - Nazirlikdən reaksiya
“Əgər biz bir neçə strateji bölgəni işğaldan azad etsək...”
Nazarbayevin varisləri: Boşanmış qızı, general qardaşı oğlu, 52 yaşlı kürəkəni, yoxsa nəvəsi?
Xorvatiyanın sabiq prezidenti: "Avropa bacarmadı, amma İlham Əliyevdə alındı"
Keçmiş prezident evini 80 dollara kirayəyə verir - Hətta həyətdəki meyvə-tərəvəzlərdən də dadmaq olar
Bu kənddə saatlarla sekslə məşğul olurlar - Əhaliyə viaqralı su verilir- FOTOLAR
“Bir də ayılacağıq ki, Tramp deyir: "Qarabağı Ermənistan ərazisi kimi tanımaq lazımdır"...”
"Sən kimsən ki, bir metr irəli gəlmisən? İşdən qovuldun!" -VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə