“Azərbaycan və Ermənistana arsında güc balansı dəyişib və bu özünü 2016-cı ilin aprel olaylarında bir daha büruzə verdi”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspertin sözlərinə görə, Azərbycanın Ermənistan qarşısındakı kəskin üstünlüyü əcnəbi mütəxəssislər tərəfindən də təsdiq edilməkdədir:
“2016-cı ilin aprel hadisəsi göstərdi ki, güclərin balansı köklü şəkildə dəyişib. Iki il bundan öncə
Ermənistan Azərbaycan ordusu tərəfindən tutarlı bir xəbərdarlıqla üzləşdi. Azərbaycan ordusunun Ermənistan ordusunu bir neçə dəfə üstələdiyinə şahid oldu. Xarici mütəxəssislər hesab edir ki, Azərbaycan strateji göstəricilərinə görə, Ermənistanı ən azı üç dəfə üstələyib. Yəni bu fərq əcnbi mütəxəssislər tərəfindən də aydın şəkildə müşahidə edilməkdə, etiraf olunmaqdadır. Bu isə Azərbaycanda ordu quruculuğu istiqamətində atılan addımların, görülən işlərin nə dərəcədə faydalı olduğunu göstərir”.
Seymur Əliyev