Xəbər lenti
17/12/2018 [22:48]:
Gürcüstan prezidenti ultimatum verdi: "Rusiya başa düşməlidir ki..."
17/12/2018 [22:44]:
Konor Makqreqor haqqında əcaib həqiqət: 100 milyon dollarlıq sərvəti var, amma...
17/12/2018 [22:36]:
Avropa İttifaqı Rusiyada "demokratiya"ya 6 milyon avro ayırıb
17/12/2018 [22:08]:
Bir tikə çörək üçün ölümün üzərinə gedirlər - DƏHŞƏT....
17/12/2018 [21:55]:
Ermənistanda parlamentin gülləbaran edilməsinin sirri açılacaq?
17/12/2018 [21:48]:
2025-ci ildən siqaret istifadəsi tamamilə qadağan ediləcək - MARAQLI
17/12/2018 [21:46]:
ABŞ-da FETÖ-çuların həbsinə başlanıldı
17/12/2018 [21:42]:
Azərbaycana kərə yağının idxalı azalıb
17/12/2018 [21:31]:
Fəhlə binanın damından yıxılaraq ölüb
17/12/2018 [21:22]:
İranda 17 nəfər toyda dəm qazından zəhərlənib
17/12/2018 [21:06]:
Azərbaycandakı separatçı erməni rejiminin təzə “müdafiə naziri” ciddi yoxlamalara başladı-FOTO
17/12/2018 [21:04]:
"Bakı yalnız mədəniyyətlərin qovuşuğu deyil, həm də beynəlxalq forumların keçirildiyi məkan kimi tanınır"
17/12/2018 [21:02]:
Dumanlı hava şəraiti qəzaya səbəb oldu
17/12/2018 [20:49]:
Bu il Azərbaycanda evlənən cütlüklərin sayı 50 mini keçib, boşananlar isə...
17/12/2018 [20:36]:
Bakıdakı xəstəxananın sosial şəbəkə hesabları oğurlandı
17/12/2018 [20:25]:
“Bu addımlar ölkəmizin silah bazarındakı yerini möhkəmləndirəcək”
17/12/2018 [20:25]:
Zaqatalada 5 otaqlı ev yandı
17/12/2018 [20:08]:
“Bayram öncəsi qiymət artımları obyektiv yox, subyektiv amillərdən qaynaqlanır”
17/12/2018 [20:04]:
Artıq çəki xərçəng xəstəliyinin inkişafına səbəb olur
17/12/2018 [19:56]:
“Qəfil hərbi əməliyyata başlaya bilərik” - Ərdoğandan xəbərdarlıq
17/12/2018 [19:56]:
Prezidentin kürəkəni istefa verdi
17/12/2018 [19:53]:
Bakı-Tbilisi-Ceyhan kəməri ilə 31 milyon ton neft daşınıb
17/12/2018 [19:50]:
Cəfər Cabbarlının 120 illiyi qeyd olunacaq
17/12/2018 [19:47]:
Gəncədə usta faciəvi şəkildə öldü
17/12/2018 [19:37]:
Bakıda “Hyundai” piyada keçidindəki 4 nəfəri vurdu - Vəziyyətləri ağırdır+ Fotolar
17/12/2018 [18:28]:
“Nar” jurnalistləri bir araya topladı -FOTOLAR
17/12/2018 [18:18]:
Qaradağ və Səbailin bir hissəsi susuz qalacaq
17/12/2018 [18:17]:
İranlı general silahla ehtiyatsız davrandığına görə öldü
17/12/2018 [18:04]:
Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir -FOTOLAR
17/12/2018 [17:47]:
"Beləsinə deyiləcək söz lüğətimizdə, veriləcək cəza isə qanunumuzda yoxdur"
17/12/2018 [17:29]:
Dekabrın 18-nə MANATIN MƏZƏNNƏSİ
17/12/2018 [17:28]:
Erməni hüquqşünas: "Yerevan Qarabağ məsələsi üzrə uğursuz siyasət aparır"
17/12/2018 [17:22]:
Ərdoğan: "Trampın müsbət cavabını aldım"
17/12/2018 [17:11]:
54 yaşlı Monika Belluççi fransız gənclə bu vəziyyətdə görüntüləndi – FOTO
17/12/2018 [16:58]:
Rusiyada 17 yaşlı azərbaycanlı qız öldürüldü
17/12/2018 [16:56]:
Gömrükçüləri aldatmaq istəyən qadın vəzifəli şəxsin qızıdır -VİDEO
17/12/2018 [16:53]:
Tramp Türkiyənin əməliyyata başlamasına razılıq verdi – SON DƏQİQƏ
17/12/2018 [16:52]:
Elçin Səlcuqun Vikipediya səhifəsi yaradıldı
17/12/2018 [16:49]:
Həyat yoldaşının iş yerinə zəng edib, müdirə "Arvadımla sevgilisən?" dedi
17/12/2018 [16:46]:
“Mən bu binaların açılışlarında şəxsən iştirak etmişəm” - Prezident
17/12/2018 [16:44]:
Azercell diler və eksklüziv mağazalarında xidmət keyfiyyətini artırır
17/12/2018 [16:39]:
Mübariz İbrahimovla bağlı İBRƏTAMİZ ADDIM
17/12/2018 [16:36]:
"Bakı kəndlərindən gələn marşrut avtobusları Zabrat stansiyasına yönəldiləcək"
17/12/2018 [16:32]:
İnam Kərimov yeni sədr təyin etdi
17/12/2018 [16:32]:
Prezident yeni icra başçısı təyin etdi
17/12/2018 [16:25]:
“Peşiman deyiləm, məcbur olub demişəm” – Elzadan onu hədələyən Zeynəbə CAVAB - VİDEO
17/12/2018 [16:16]:
Kişilərin adi səhvləri - Qadın özünü niyə sevilməyən hiss edir?
17/12/2018 [16:10]:
Lukaşenkodan erməni liderlərə dərs - Paşinyanın batan səsi - ŞƏRH
17/12/2018 [16:04]:
Könül Kərimovaya qarşı dələduzluq edən qadına hökm oxundu
17/12/2018 [15:55]:
Heyvansevərlərdən qeyri adi etiraz aksiyası: Lüt soyunub özlərini qana boyadılar...
17/12/2018 [15:52]:
Vüqar Səfərli: "Bu məqam müəyyən təhlükələr yaradırdı"
17/12/2018 [15:51]:
"Qoca" ilə birgə qaçan Əli Ağami danışdı: "Tək mən tutulsaydım, bəlkə də..."
17/12/2018 [15:49]:
Prezident Mingəçevirə yeni başçı təyin etdi
17/12/2018 [15:44]:
Gömrükçülər maşının benzin çənində "zırpaket" aşkarladı - FOTO
17/12/2018 [15:42]:
ADU və İndoneziya Universiteti arasında memorandum imzalandı - FOTO
17/12/2018 [15:39]:
Nazir: “Prezidentin qarşımıza qoyduğu vəzifələrin icrası üçün 4 prinsipə əsaslanacağıq”
17/12/2018 [15:39]:
“Prezidentin qarşımıza qoyduğu vəzifələrin icrası üçün 4 prinsipə əsaslanacağıq” - Nazir
17/12/2018 [15:30]:
“Onun millət üçün gördüyü işlər böyük fədakarlıqdır”
17/12/2018 [15:29]:
“Məqsəd məmur kimi məni nüfuzdan salmaqdır” - Əli Həsənov
17/12/2018 [15:26]:
Sabir Rüstəmxanlı müğənniyə ev bağışlayıb?
17/12/2018 [15:23]:
STP ilklər siyahısına Danimarkanı da əlavə etdi
17/12/2018 [15:20]:
İlham Əliyevdən Ermənistana SƏRT MESAJ: "Ordumuz istənilən vəzifəni icra etməyə hazırdır"
17/12/2018 [15:19]:
Aysel “Maşın”dan planlı gedib - İstanbula bilet alıb
17/12/2018 [15:16]:
Qalmaqala Dilarə də qoşuldu - “Xatirə çox aqressivdir”
17/12/2018 [15:13]:
“Əgər səngərdəki erməni əsgəri yazıqdırsa, öz dövlətinə qarşı çıxsın”
17/12/2018 [15:08]:
“Qlobal məsələlərin müzakirəsi üçün məhz ölkəmizin seçilməsi heç də təsadüfi deyil”
17/12/2018 [15:07]:
Ermənilər Ermənistandan və Qarabağdan qaçırlar - “Elə kəndlər var ki, ancaq yaşlı adamlar qalıb”
17/12/2018 [15:05]:
76 dövlət əmlakı hərraca çıxarılır - FOTO
17/12/2018 [15:04]:
Salatın Əsgərovanın qana bulaşmış şəxsi əşyalarını şəhadət yerindən ilk götürən şəxs üzə çıxdı...
17/12/2018 [15:03]:
Prezident şəhid vərəsələrinə verilən birdəfəlik ödəmədən DANIŞDI
17/12/2018 [14:59]:
Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı - FOTOLAR
17/12/2018 [14:55]:
Nərmin Şahmarzadə üzr istədi - VİDEO
17/12/2018 [14:49]:
Umayra Tağıyevanın yerinə yeni təyinat
17/12/2018 [14:41]:
Rusiya separatçı qurumları niyə tanıya bilmir? – Lavrovdan ŞOK ETİRAF
17/12/2018 [14:24]:
“Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ diqqət mərkəzindədir”
17/12/2018 [14:24]:
“Elə dağ rayonlarımız var ki, orada qış şinlərindən istifadə mütləqdir...” - Ekspert...
17/12/2018 [14:14]:
Sovet rəhbərlərinin gecə ziyafətləri, bahalı içkilər, qadınlar və dövlətin havaya sovrulan pulları… - FOTOLAR
17/12/2018 [14:09]:
Qatı duman 21 uçuşun ləğvinə səbəb oldu
17/12/2018 [13:57]:
“Nar” tələbələr üçün yeni iş imkanları təklif edir
17/12/2018 [13:55]:
Ana, oğul və nəvənin öldüyü hadisə ilə bağlı YENİ FAKTLAR
Bütün arxiv bir sırada
17/04/2018 [15:01] - Cəmiyyət - ( 1150 dəfə baxılıb)

Səmərəliliyinin artırılması üçün seminar keçirildi



Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı, sosial tərəfdaşların iştirakı ilə “Əmək müfəttişliyinin səmərəliliyinin artırılması üçün strategiyanın hazırlanması və müasir texnologiyaların tətbiqi sahəsində beynəlxalq təcrübə” mövzusunda seminar keçirilir.

Seminarın açılışında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin icrası sahəsində də ölkəmizdə mühüm irəliləyişlərə nail olunmasına imkan verdiyini vurğulayıb. O bildirib ki, bütün əhali üçün layiqli əməyin təmin olunması və qeyri-bərabərliyin aradan qaldırılması da Məqsədlərdəki hədəflərdəndir: “BƏT-lə birgə icra olunan “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nda əksini tapan məsələlər sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) fəaliyyətinin gücləndirilməsi məqsədilə BƏT-lə birgə fəaliyyət hədəflərinin müəyyən olunması, bu hədəflərə çatmaq üçün əmək müfəttişliyinin və sosial tərəfdaşların potensialının artırılması da mühüm yer tutur. Həmçinin DƏMX-in işində yeni metodların daxil edilməsi, əmək müfəttişliyində məsləhət və peşəkar xidmətlərinin gücləndirilməsi məqsədilə əməyin təftişi ilə bağlı BƏT-in Konvensiyalarının praktiki tətbiqi, qabaqlayıcı və nəzarət tədbirlərinin tarazlaşdırılmış formada istifadəsinə dair siyasətin formalaşdırılması, institusional bazanın artırılması və s. də Proqramda əksini tapır”.

Nazir müavini vurğulayıb ki, əmək müfəttişlikləri iş yerlərində əmək normalarına nə dərəcədə əməl olunmasına nəzarət etməklə yanaşı, bu sahədə, xüsusilə də əmək şəraiti, iş vaxtı, əmək haqqı, əməyin mühafizəsi və digər istiqamətlər üzrə işəgötürənlərə və işçilərə öz dəyərli tövsiyələrini verirlər. Eyni zamanda, onlar öz fəaliyyətlərində qarşılaşdıqları problemləri araşdırır, səbəblərini müəyyən edir, əmək qanunvericiliyinin təkmilləşdirilməsi məqsədi ilə təkliflərini təqdim edirlər: “Təsadüfü deyil ki, ölkəmiz BƏT-in prioritet konvensiyalarından olan “Sənayedə və ticarətdə əməyin təftişi haqqında” 81 nömrəli və “Kənd təsərrüfatında əməyin təftişi haqqında” 129 nömrəli Konvensiyaları ölkəmiz tərəfindən ratifikasiya olunub”.

Əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən orqan olaraq DƏMX-in fəaliyyətinin gücləndirilməsi, maddi-texniki təminatlarının artırılması istiqamətində ötən dövrdə görülən işləri, icra olunan layihələri diqqətə çatdıran İ.İsayev hazırda Xidmətin 100-dən artıq üzvü özündə əhatə edən “Beynəlxalq Əmək Müfəttişliyi Assosiasiyası”nın üzvü olduğunu, bu Assosiasiyada 12 ölkəni birləşdirən regional “Cənub-şərqi Avropa, Azərbaycan və Ukrayna Əmək Müfəttişlərinin Alyansı”nda təmsil olunduğunu qeyd edib.

İ.İsayev bildirib ki, qloballaşan və sürətlə dəyişən dünyamızda yeni çağırışlara uyğun olaraq bütün fəaliyyət sahələri təkmilləşdirilir və belə yanaşma əmək müfəttişliklərinə də aiddir. Eyni zamanda, əmək bazarının çevikliyinin artdığı və informasiya texnologiyalarının əmək bazarına təsirinin gücləndiyi bir şəraitdə əmək normalarına əməl edilməsində əmək müfəttişliklərinin rolu daha da artır: “Əmək bazarındakı mövcud neqativ amillərin aradan qaldırılması üçün ölkədə qeyri-rəsmi məşğulluğun və qeyri-rəsmi əmək ödənişlərinin qarşısının alınması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılmasına yönəlmiş institusional mühitin təkmilləşdirilməsi istiqamətində tədbirləri davam etdirmək zəruridir”.

Nazir müavini diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbir planı”na uyğun olaraq normativ hüquqi aktların və habelə inzibatçılığın təkmilləşdirilməsi, nəzarət tədbirlərinin gücləndirilməsi, monitorinq və qiymətləndirmə sisteminin qurulması, məlumatlandırma və təbliğat işlərinin təşkili ilə bağlı 36 tədbirin həyata keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərin müəyyən bir qismi məhz əmək müfəttişliyinin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir: “Tədbirlər Planının normativ hüquqi aktların təkmilləşdirilməsi bölməsinə uyğun olaraq qanunvericilik aktlarına, o cümlədən Əmək Məcəlləsinə, Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu dəyişikliklər əmək münasibətləri prosesində mülki-hüquqi münasibətlər formasından sui-istifadə hallarının qarşısının alınmasına, həyata keçirilən nəzarət tədbirlərində videoçəkilişlərin aparılması, elektron protokolların tərtibi imkanlarının reallaşdırılmasına yönəlib. Qeyri-rəsmi əmək münasibətlərinin leqallaşdırılması ilə bağlı əmək müfəttişliklərində hüquqi yardım mərkəzlərinin yaradılması da Tədbirlər Planına daxildir ki, artıq bununla bağlı fəaliyyətə başlanılıb və hazırda müvafiq əmrlə təsdiq olunmuş alt tədbirlər planı üzrə fəaliyyət davam etdirilir”.

İ.İsayev bildirib ki, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin digər dövlət qurumlarının əmək ehtiyatları ilə əlaqəli olan informasiya ehtiyatlarına inteqrasiyası əsasında ölkə üzrə əmək münasibətlərinə vahid elektron nəzarət informasiya ehtiyatının formalaşdırılması üzrə Tədbirlər Planının müvafiq bəndinin icrası da elektron nəzarət sahəsində əmək müfəttişliklərinin fəaliyyətini genişləndirəcək.

Planda digər bir bəndin isə əmək müfəttişliyinin potensialının və fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı olduğunu vurğulayan nazir müavini qeyd edib ki, BƏT-lə əməkdaşlıq müstəvisində təşkil olunan, müvafiq sahədə müzakirələrin aparılmasına və beynəlxalq təcrübəni öyrənməyə imkan verən hazırkı seminar da bu baxımdan faydalı olmaqla, əmək müfəttişliyinin səmərəliliyin artırılması üçün strategiyanın hazırlanmasına öz töhfəsini verəcəkdir.

Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov əmək müfəttişliklərinin

ümumən əmək bazarının tənzimlənməsi proseslərində rolunu qeyd edərək, əmək bazarının çevikliyinin artdığı şəraitdə onların fəaliyyətinin təkmilləşdirilməsi tədbirlərinin də əhəmiyyətli olduğunu vurğulayıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədrinin müavini Cavanşir Alxasov əmək müfəttişliyinin fəaliyyətində səmərəliliyinin artırılmasının işçilərin əmək hüquqlarının təmin edilməsi mexanizminin məqsədyönlü təşkili baxımından xüsusi önəm kəsb etdiyini diqqətə çatdırıb. BƏT-in Layiqli Əmək üzrə Texniki Dəstək qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin baş mütəxəssisi Valentin Mokanu layiqli əmək konsepsiyasının icrası ilə bağlı Azərbaycanda aparılan işlərin eyni zamanda əmək müfəttişliyinin fəaliyyətinin təkmil əsaslar üzərində qurulmasına yönələn strategiyanın hazırlanması ilə müşahidə olunmasının təqdirəlayiq olduğunu, hazırkı seminarın da bu işlərə dəstək məqsədi daşıdığını bildirib.

Seminarda V.Mokanu tərəfindən “Əmək müfəttişlikləri üçün Strateji Uyğunluq Planlanmasında BƏT-in yanaşması və səmərəliliyin artırılması üçün müasir metodologiyanın tətbiqi sahəsində beynəlxalq təcrübə”, Rusiya Federasiyasının Əmək Müfəttişliyinin eksperti Vera Çuxanova tərəfindən “Rusiya Federasiyasında əməyin təftişinə yanaşmaların hazırlanması. E-təftiş: Müsbət təcrübələr və tətbiq üsulları” mövzularında təqdimatların edilməsi, təqdim olunan müsbət təcrübələrin və ölkəmiz üçün müvafiq sahədə Fəaliyyət Planının hazırlanması məsələlərinin müzakirəsi nəzərdə tutulub.

2025-ci ildən siqaret istifadəsi tamamilə qadağan ediləcək - MARAQLI
"Bakı yalnız mədəniyyətlərin qovuşuğu deyil, həm də beynəlxalq forumların keçirildiyi məkan kimi tanınır"
“Məqsəd məmur kimi məni nüfuzdan salmaqdır” - Əli Həsənov
Ermənistandan Azərbaycana kiber hücum ittihamı: İrəvanın “yalan maşını” susmaq bilmir
"Bir dəli quyuya bir daş atıb, minlərlə ağıllı da o daşın “çıxarılması” ilə məşğuldur"
Dr. Günel Azayeva - Həkim kosmetoloq
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Kişilərin adi səhvləri - Qadın özünü niyə sevilməyən hiss edir?
Cəmiyyət
“Onun millət üçün gördüyü işlər böyük fədakarlıqdır”
Cəmiyyət
“Elə dağ rayonlarımız var ki, orada qış şinlərindən istifadə mütləqdir...” - Ekspert...
Cəmiyyət
Şəhid qızından millət vəkilinə MÖHTƏŞƏM CAVAB: "İçində atamın nəfəsi var" - FOTO
Gündəm
ABŞ-dan növbəti ermənipərəst təxribat: Türkiyədən və Azərbaycandan olan diplomatların etirazına baxmayaraq...
Müasir Ədliyyə
Həftənin ən çox oxunanları
Paşinyan sərhədlərin açılması ilə bağlı Türkiyəyə yalvardı: "Bir şərtlə ki..."
"Həyat yoldaşım əşyadır ki, onu gizlədəm?" - "O, elə bir yerdə işləyir ki..."
Qüdrətdən səngərli, qalalı dağlarda Vətən keşikçiləri ilə keçirilən 2 qürurlu gün...
Azərindən Mübarizi təhqir edən məxluqa cavab: "Şərəfsizə sənin ən gözəl cavabın..."
Sənin də döşünü kəssəydilər...
Qazax və Ağstafada döyüş postlarının DSX-ya təhvil verilməsi nə ilə bağlıdır?
“Anamın şəxsi əşyalarını şəhidliyindən 23 il sonra mənə çatdırdılar…”- Ceyhun Əsgərov-VİDEO…
Aparıcının “Bahalaşmaya etiraz edək” şərhi Ərdoğanı qəzəbləndirdi: "Ey əxlaqsız, bura Parisdirmi?"
"Mübarizlə qeyri-bərabər döyüşdə düşmən 12 itki verir, 17-si ağır yaralanır..."
Prezidentin səhifəsindən Mübarizlə bağlı MÖHTƏŞƏM PAYLAŞIM
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə