Xəbər lenti
18/09/2018 [20:48]:
"Telekanallarımız 10-15 il əvvəlki televiziya səviyyəsindən təxminən 100 addım geridir"
18/09/2018 [20:45]:
Qatarla 1,7 milyondan çox sərnişin daşındı
18/09/2018 [20:44]:
"Təyyarəmizin vurulmasını cavabsız qoymayacağıq” - Müdafiə naziri
18/09/2018 [20:42]:
Daxili İşlər Nazirliyi həkim axtarır
18/09/2018 [20:42]:
Hamburq universitetinin professoru Azərbaycanda separatçılara dəstək verdi - FOTOLAR
18/09/2018 [20:41]:
"Nəvəm dedi ki, Heydər Əliyev çox cəsarətli və bacarıqlı əskərdir" - Fikrət Qoca
18/09/2018 [20:39]:
Həyat yoldaşı ilə 4 qızını öldürən kişi və oğlu ömürlük həbs cəzası aldı
18/09/2018 [20:37]:
Bakının bu hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldı
18/09/2018 [20:25]:
Daha bir kəndə qaz verildi
18/09/2018 [19:31]:
Çindən ticarət müharibəsində ABŞ-a cavab zərbə
18/09/2018 [19:21]:
Çeçen toyunda kütləvi dava - VİDEO
18/09/2018 [19:12]:
Moskvada azərbaycanlı jurnalistin xatirə gecəsi keçirildi - FOTO
18/09/2018 [19:09]:
Zakir Həsənov dağlarda xidmət aparan əsgərləri yoxladı – FOTO
18/09/2018 [19:06]:
DTX Ağsuda əməliyyat keçirdi
18/09/2018 [18:35]:
İstanbulda oğurluq edən rus və erməni ələ keçdi - VİDEO
18/09/2018 [18:27]:
Az qalıb, bəy!
18/09/2018 [18:18]:
Putin vurulmuş təyyarəyə görə cavab tədbirlərindən danışdı
18/09/2018 [18:03]:
"Əgər qaçsaydım, indi onun yerində mən oturmuşdum" - 25 nəfərin öldüyü yanğına dair cinayət işi
18/09/2018 [17:56]:
Prezident 5 sərəncam imzaladı: 12 milyon manat ayrıldı
18/09/2018 [17:56]:
Qohum evliliyi 70 nəfəri kor etdi - FOTO
18/09/2018 [17:52]:
Rüşvətxor prokuror məhkəmə qarşısında
18/09/2018 [17:39]:
“Nar”ın dəstəyi ilə “Brain Ring” başladı
18/09/2018 [17:31]:
Balıq məhsulları ilə bağlı XƏBƏRDARLIQ
18/09/2018 [17:28]:
Eldar Əzizov daha bir kadrını yanına gətirdi
18/09/2018 [17:22]:
Məcburi köçkünlərin növbəti qəbulu keçirildi
18/09/2018 [17:20]:
Qətər-Azərbaycan arasında qarşılıqlı investisiyalar müzakirə olundu
18/09/2018 [17:06]:
Nikol Paşinyanın partiyası seçkilərdə uduzacaq?
18/09/2018 [17:03]:
Kəmaləddin Heydərovla bağlı yayılan xəbərlərə AYDINLIQ GƏTİRİLDİ
18/09/2018 [17:01]:
Ağcəbədinin su təchizatı yaxşılaşdırıldı
18/09/2018 [16:58]:
Mübariz Qurbanlı: " Zəncir vurmaq uydurulmuş hərəkətdir"
18/09/2018 [16:57]:
Fərhad Əhmədov və italyanların “bağ məsələsi” – YENİ FAKTLAR
18/09/2018 [16:42]:
QAT qadınları riyakar sülh təklifini rədd etdi
18/09/2018 [16:41]:
Azercell Gəncədə yeni Eksklüziv mağaza açdı
18/09/2018 [16:40]:
İsraildən rus təyyarəsinin vurulmasına ilk reaksiya - Günahkar Suriya, İran və...
18/09/2018 [16:38]:
“Prezidentin övladının hərbi xidmətə getməsi yaxşı örnəkdir”
18/09/2018 [16:37]:
"Onun böyüklüyü ondadır ki, əlində olan vəsaitini jurnalistikanın inkişafı üçün xərcləyib"
18/09/2018 [16:35]:
“Düzgün ixtisas seçimi uğurlu gələcəyin təminatıdır” layihəsi çərçivəsində seminarlar təşkil edildi
18/09/2018 [16:33]:
Ermənilər işğal etdikləri torpaqlarımızdan 790,5 ton üzüm yığdılar - FOTOLAR
18/09/2018 [16:25]:
“Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil”
18/09/2018 [16:23]:
Ön cəbhədə xidmət etmiş yüksək vəzifəli məmur övladlarının adları -SİYAHI
18/09/2018 [16:22]:
“İki gün əvvəl sinaqoqda çəkilib” - Nazirlərin fotosu ilə bağlı açıqlama
18/09/2018 [16:09]:
"Hələ eşitməmişəm ki, bir nazirin, bir icra başçısının oğlu hərbi xidmətə getsin"
18/09/2018 [16:02]:
“Nikol, ağlın olsun, Köçəryanla Sərkisyanı Azərbaycana təhvil ver, CANIN QURTARSIN...”
18/09/2018 [15:55]:
“UNEC Azərbaycanın ən yaxşı universitetləri sırasındadır” - Prezident təqaüdçüsü
18/09/2018 [15:43]:
Dövlət Komitəsi diaspor təşkilatlarına texniki dəstək göstərəcək
18/09/2018 [15:34]:
Bakcell növbəti beynəlxalq ekoloji aksiyaya qoşuldu
18/09/2018 [15:16]:
Kamal Abdulla Hindistan səfiri ilə müzakirə apardı - FOTO
18/09/2018 [15:14]:
İlham Əliyev Cavid Qurbanovu “Şöhrət” ordeni ilə təltif etdi - SƏRƏNCAM
18/09/2018 [15:06]:
“Ölkəmizdə keçirilən idman yarışlarının həm siyasi, həm də iqtisadi önəmi var”
18/09/2018 [15:05]:
"Sürücülər üçün hazırlıq kurslarının fəaliyyəti təqdirəlayiqdir"
18/09/2018 [14:50]:
Prezident Bayraq Muzeyinin açılışında iştirak etdi -FOTOLAR
18/09/2018 [14:37]:
Aşura günü terror planlaşdıran 26 İŞİD-çi həbs olundu
18/09/2018 [14:31]:
İlham Əliyev Biləsuvarda
18/09/2018 [14:30]:
Lirə ucuzlaşdıqca azərbaycanlılar İstanbul, Bodrum, Antalyada daha çox mülk alır - STATİSTİKA
18/09/2018 [14:23]:
Sabirabadda kütləvi dava: 4 nəfər həbs edildi
18/09/2018 [14:16]:
“Rus təyyarəsinin vurulması Kremli daha da qızışdıracaq”
18/09/2018 [14:15]:
15 günlük evlilik - Kartof-soğan üstündə boşandılar
18/09/2018 [14:14]:
İlin sonuna qədər 7 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək
18/09/2018 [14:04]:
“Xanımım hər gün içki içir” - Əli Mirəliyev
18/09/2018 [13:55]:
“Ölmək istəmirəm…” - Tünzalənin kövrək anları
18/09/2018 [13:34]:
ABŞ-Çin ticarət savaşı qızışır - Tramp rüsumu yenə artırdı
18/09/2018 [13:26]:
"Paşinyanın psixi problemləri var, nə qadındır, nə də kişi..."
18/09/2018 [13:18]:
Axtarışda olan tanınmış bank sədri həbs olundu - 20 milyonluq mənimsəmə
18/09/2018 [13:11]:
Bakıya yağış, rayonlara leysan yağacaq -Hava PROQNOZU
18/09/2018 [12:59]:
Ermənistan XİN-i Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır...
18/09/2018 [12:53]:
Anar Nəcəfliyə yeni iş verildi
18/09/2018 [12:50]:
Azərbaycanın ilk pullu YOLU - Ödənişlər nə qədər olacaq?...
18/09/2018 [12:45]:
Masallıda çəltik emalı zavodu istifadəyə verildi -FOTOLAR
18/09/2018 [12:40]:
"Yüz illər keçsə belə, Qafqaz İslam Ordusunun qəhrəmanlığı sevgi ilə yad olunacaq"
18/09/2018 [12:39]:
Moskva 15 rus hərbçinin ölümünə görə İsraili HƏDƏLƏDİ
18/09/2018 [12:31]:
İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında -FOTOLAR
18/09/2018 [12:30]:
“Ailələrdə o qədər gərginlik var ki, əksər gənclər ailə qurmağa qorxurlar” - SOSİOLOQ...
18/09/2018 [12:29]:
“Milli məhsullarımızın beynəlxalq sərgilərdə təqdimatı olduqca faydalıdır”
18/09/2018 [12:25]:
Putin Yerevanda Koçaryan və Sarkisyanla görüşəcək - İDDİA
18/09/2018 [12:23]:
Abid Şərifov: “Hacıbala Abutalıbova tövsiyə verə bilmərəm”
18/09/2018 [12:20]:
Azərbaycan şirkəti “Apple”in rəsmi tərəfdaşı olub
18/09/2018 [12:16]:
Nazir 12 rayonun sakinlərini qəbul edəcək - BİR GÜNDƏ
18/09/2018 [12:05]:
Prezident Ələt-Astara-İran avtomobil yolunun açılışını etdi -FOTOLAR
18/09/2018 [12:03]:
Xarici İşlər Nazirliyindəki “sehrli kreslo” - Bu kreslodan yüksələn MƏTBUAT KATİBLƏRİ
18/09/2018 [11:51]:
Qoşunlarda döyüşə hazırlıq tədbirləri aparılır -FOTOLAR
Bütün arxiv bir sırada
17/04/2018 [15:24] - Siyasət - ( 2315 dəfə baxılıb)

Markın Konqresdəki məhkəməsi - Amerikada Stalinin senzura alətləri işləmir...



Bakının bahalı ərəb xalçaları ilə döşənmiş sütunlu salonlarında ATƏT-in demokratiya savaşı verdiyi günlərdə Amerikanı və dünyanı özünün dahi ixtirası ilə dəyişən Mark Zukkerberq mənsub olduğu ölkənin parlamentarilərinin qurduğu tatami üzərində bilək yarışına çıxmışdı. Doğrusu, Suriya və Skripal davasına belə informasiya nəhənginin qoşulmadığına çoxları təəccüb edirdi.Hər halda facebook və İnstaqram kimi alternativ qitə yaratmağı bacaran gənc macərapərəstlərin sorğu-sual ediləcəyini hamı gözləyirdi.İndi raket zərbələri və sanksiya yağışı altında qalan dünyanın növbəti qayğıısı informasiya məkanında Markın da qoşulmağa məcbur qaldığı antirusiya hücumlarıdır.

Amerika senatorları məhkəmə səlahiyyətlərini öz üzərlərinə götürərək, təhlükəsizlik və milli maraqlar adı altında Tomas Cefersonun, Corc Vaşinqtonun qoyub getdikləri mirası dəyişdiririrlər.Culian Asanjdan sonra növbəti qaçaq mücahid dünya insanlarının məlumat azadlığı uğrunda mübarizədə səfirlik və ev dustaqlığına atılsa, qətiyyən gözlənilməz olmayacaq.
Əlbəttə,Konqresdə əyləşən qoca deputatlar sıravi milyarderin ABŞ Müdafiə naziri Cim Mattisdən daha böyük hakimiyyətə, pula və nüfuza malik olduğunu yaxşı anlayırlar.Ona görə də Silikon vadisindəki ənənəvi məhkəmələrdən fərqli olaraq, daha yumşaq ton və ehtiramlı müraciət formaları seçilmişdi.Hər halda paralel hakimiyyət olan və əsil dövlətdən daha böyük kontingenti arxasınca aparan Mark Zukkerberg bir vaxtlar Musa peyğmbərin dalınca gedən yəhudilərdən milyon dəfə çox saya, gücə və təsir imkanlarına malikdilər.Ona görə də konresmenlər yeni imperiya sahibindən açıq-aşkar çəkinirdilər.Digər tərəfdən, Maykl Pompeo hələ dövlət katibi vəzifəsinə əyləşməyib, lakin Kəşfiyyat İdarəsinin sabiq şefinin əlindəki informasiyalardan daha güclü silahlar fb-də və onun satın aldığı İnstaqramda varsa, onunla hesablaşmaq(bütün mənalarda) hər bir public şəxsin sadəcə borcudur.Adam NKVD doprosuna gəlmədiyini yaxşı bilirdi.Müttəhim stulunda əyləşən şəxs hakimdən daha böyük səlahiyyətlərə və titullara malikdir.Hərdən elə mənzərə yaranırdı ki, sədarətdə hazır mətnləri oxuyan və müasir informasiya texnologiyalarının incəliyini bilməyən adamlar, məsələn, Komitə sədri mister Qresley və ya madam Klobuçar bütün hökmran ədaları fonunda daxillərindəki qorxunu boğmağa çalışırdılar.Birdən elə vəziyyət yaranar ki,tamaşaya hazırlıqlı gələn Markın özü və komandası qarşılarındakı şəxsin konfidensial sirlərini açıb tökər və onları rüsvay edərdirlər.Məgər fb rəhbərindən hansı hoteldə gecələdiyini soruşanlar özləri saray daxilində müqəddəs həvarilər kimi gəzib dolşmırar ki?

Onların yüzlərlə dolaşıq biznes əməliyyatı, yaxud gizli lobbiçilik fəaliyyəti haqda bəlgələr təkcə Federal Kəşfiyyat Bürosunun deyil,yeni informasiya qiqantlarının da əlindədir.Yəqin, unutmamısız, Pan gi Munu-BMT-nin sabiq baş katibini izlətmək üçün xanım Klintonun tapşırıqları nədən ibarət idi.Dünyanın təhlükəsizliyi ilə məşğul olan adamı ayaq yolunda da izləyirdilər.
Belə total elektron casusluq fonunda Mark Zukkerberq yaxşı anlayır ki, onun ərsəyə gətirdiyi nəhəng maşın Corc Oruelin vahid televizoru kimi ilahi nəzarəti həyata keçirərək hamını xofda saxlamaqla yanaşı,həm də güclü siyasi silahdır.

Doğrudur,o heç bir hakimiyyət iddiası ortaya qoymayıb.Zatən ona “inhisarçı” adını qoysalar da o faktiki olaraq, istənilən iqtidarı seçə və ya onu taxt-tacdan aşıra bilər.Hər halda son seçkilər onun imkanlarını kiçik bir ada ölkəsində deyil,dünyaya hakimiyyətləri təyin edən mərkəzin özünə göstərdi.
Əlbəttə,Markı Donald Trampa görə cəzalandırmaq istəyənlər çoxdur.Onun Hillari Klintonun məğlubiyyətinə səbəb olan Rusiya botlarına,trol ordusuna və reklam xidmətlərini seçki mübarizəsinin həlledici mərhələsində xalqın əvəzindən Putinin maraqları alətinə çeviridiyinə görə çarmıxa çəkmək istəyənlər uzun müddətdir hazırki hakimiyyətin ağır çəkili fiqurlarını qurban verməyə məcbur edirlər.Maykl Flinn onun ən paralq nümayəndəsidir.Facebookda milli və irqi ayrıseçkilik,nifrət təbliğatı və uşaqların məruz qaldığı psixoloji hücumlar gerçəkdən də dünyanın bir nömrəli problemidir.Ona görə kütləvi informasiya vasitələri kütləvi qırğın silahından önə keçib.
Lakin rusdilli seqmentə qarşı ABŞ siyasi elitasının planlarını gətirib Markın üzərinə qoymaq, onu Federal Kəşfiyyat və mərkəzi xəfiyyə orqanlarının bir vintinə çevirmək istəyi reallaşması qeyri-mümkün olan ssenaridir.Belə ki,günün birində amerikalılar elektron hökumət və süni intellekt idərəçiliyinə səs verib hamının təzimə məcbur edildiyi Ağ Ev hökumətini tanımaqdan imtina edə bilərlər.

Ona görə də Big dataların-təxminən 87 milyon istifadəçinin şəxsi sirlərinin hansısa Cambridge Analytica şirkətinin əlinə keçməsi Konqresdə məhkəmə qurmaq üçün yalnız bəhanə sayıla bilər.Məgər Wikileaks dünyada hansısa əlçatmaz sirr qoyub ki?
Bir ölkənin seçki kampaniyasında əsas namizədin hesabına Mərakeş şahzədəsi 22 milyon dollar cib xərcliyi köçürür və bu sıravi vətəndaşda heç bir sinir tərpənməsi yaratmırsa, çox unikal bir dövrə gəlib çatmışıq.
Dünyanın məxfi hücrələrdən idarə olunduğu dövr arxada qalıb.İndi müharibələr də,qətllər də, dünyaya gələn körpələr da canlı yayım-real zaman rejimində cəmiyyətlərə təqdim olunur.
Ona görə də Mark Zukkerberqin Putin əleyhinə savaşa cəlb edilməsi çox ucuz layihədir.Onsuz da beyin işğalı istənilən ölkə vətəndaşını facebook imperatorunun sərəncamına verib da..
Hamı keçmiş Bakı tramvaylarının qoşulduğu xətdən asılı qalıb.Dünya markların hökmranlğı altındadır.

Konqres yalnız keçmişə sərəncam verə bilər.Avraam Linkolnun ləğv etdiyi köləlik indi yeni texnologiyalarının təbəəliyi ilə əvəzlənib.Ona görə də Amerikada Stalinin senzura alətləri işləmir.Adamlar “virtual oksigen balonu”ndan ayrı yaşaya bilməzlər.

Böyük rezidentsiyaların kiçik planşetlərin içərisinə yerləşdiyi eraya xoş gəlmisiz.

Zahid Oruc, Millət vəkili

Qohum evliliyi 70 nəfəri kor etdi - FOTO
Paşinyan Makrona şikayətləndi: "Həmsədrlər davakar ritorika ilə danışan Azərbaycana öz yerini göstərməlidirlər"
Biz gələcək nəsilə hansı müsiqini, mədəniyyəti, incəsənəti qoyub gedəcəyik?
Podiumdan enib doğuşa getdi - İNANILMAZ...
Bal ayına gedən tibb bacısı qəhrəman oldu - İBRƏTAMİZ…
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Köşə
Az qalıb, bəy!
Cəmiyyət
"Onun böyüklüyü ondadır ki, əlində olan vəsaitini jurnalistikanın inkişafı üçün xərcləyib"
Siyasət
Ermənilər işğal etdikləri torpaqlarımızdan 790,5 ton üzüm yığdılar - FOTOLAR
İqtisadiyyat
“Ölkəmizdə keçirilən idman yarışlarının həm siyasi, həm də iqtisadi önəmi var”
Cəmiyyət
"Sürücülər üçün hazırlıq kurslarının fəaliyyəti təqdirəlayiqdir"
Həftənin ən çox oxunanları
Bakıda satılan 5 otaqlı evin qiymətinə Braziliyada ada almaq olar - Fantastik qiymət (FOTOLAR)
“Polis Bərdə-Ağdam yolunu tankla kəsmiş erməniləri saxladı...”
Puldan “divar” yaradan məmur həm də 256 məşuqə saxlayırmış - HEYRƏTAMİZ+VİDEO
"Müdafiə Nazirliyində çalışdığım 7 ildə cəbhə bölgəsində vəzifəli şəxsin övladını görmədim"
"Cənab Prezident, çox hörmətli Mehriban xanım, bu sətirləri Sizə utanaraq yazırıq..."
Mehriban Əliyevanın təşəbbüsü ilə 1-ci siniflərə - Hədiyyə
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Fərhad Əliyevin kəndində evləri daşa basıb, sakinləri qorxuya salan kimdir? - VİDEO
"Biz də "Səni deyirlər"i Güneyin ruhu ilə oynadıq...” - VİDEO
"Sabah Qarabağda savaş başlasa bizim Bakıda Nuru Paşalara ehtiyacımız olmayacaq, çünki..."
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə