Xəbər lenti
26/04/2018 [09:34]:
Cəbhədən xəbər var
26/04/2018 [09:31]:
Cümhuriyyət hökumətinin İranla əlaqələri necə idi?
26/04/2018 [09:24]:
Podqoritsada “Arşın mal alan” filmi nümayiş olundu - Monteneqro dilində...
26/04/2018 [09:22]:
Ərdə olmaq həyat mənbəyi imiş - Ailəli xanımların ürək-damar sistemləri, psixi problemləri..."
26/04/2018 [09:14]:
Nazir onu mətbuat katibi vəzifəsindən çıxardı, yeni vəzifə verdi
26/04/2018 [09:10]:
Manatın bugünkü MƏZƏNNƏSİ
26/04/2018 [09:07]:
“Rayon camaatı şəhərə gələnə qədər buradakılar quş uçururdu”
26/04/2018 [09:05]:
Səlim Müslümovun elan etdiyi müsabiqə ləğv olundu
26/04/2018 [08:58]:
Hüseyn Abdullayev hardadır? -Onu təcridxanaya aparan səbəb nədir?
26/04/2018 [08:54]:
Prezident ən yaxşı Quran oxuyana bahalı avtomobil bağışladı - İBRƏTAMİZ + FOTO
26/04/2018 [01:38]:
Qadınların orta yaşlarda etdiyi 12 səhv - Siz də belə edirsinizmi? + İLGİNC FOTOLAR
26/04/2018 [00:49]:
ÇL: “Real” “Bavariya”nı məyus etdi
26/04/2018 [00:47]:
Türkiyədə silahlı toqquşma: Ölən və yaralılar var
25/04/2018 [23:58]:
Laçının kəndlərində məskunlaşmış ermənilər separatçı rejimdən şikayətləndi - VİDEO
25/04/2018 [23:54]:
Zaxarova: "ABŞ-da Rusiya konsulluğuna basqın ediblər" (VİDEO)
25/04/2018 [23:48]:
"Zatən bu səbəbdən erməni xalqı Sarqsyanı hakimiyyətdən qovdu" - VİDEO
25/04/2018 [23:45]:
Azərbaycan Cümhuriyyətin süqutunun gizlinləri – Dəqiq faktlar, deyilməyən məqamlar…
25/04/2018 [23:32]:
"Moskva hiss edir ki, oyuncaq Qarabağ klanının hakimiyyətinə son qoyulmaq üzrədir"
25/04/2018 [23:31]:
Paşinyan: "Etiraz aksiyaları davam etdiriləcək"
25/04/2018 [23:28]:
Professor Firudin Cəlilov növbəti dəfə Türkiyədə - “Müalicə davam edir”
25/04/2018 [23:26]:
Sarqsyana hətta Putin kömək edə bilmədi: Moskva "timsah göz yaşları"na inanmır...
25/04/2018 [23:05]:
Ermənistanın XİN rəhbəri Moskvaya yollanıb
25/04/2018 [23:03]:
İranın Suriyaya göndərdiyi aviayüklər Vaşinqtonu narahat edir
25/04/2018 [22:58]:
Serj Sarkisyan: “Yenidən müraciət etməyə məcburam...”
25/04/2018 [22:55]:
Bakının bir hissəsi qazsız qalacaq
25/04/2018 [22:39]:
Ermənistanda inqilab: Nalbandyan Moskvaya yollandı
25/04/2018 [22:32]:
AXC-nin 100 illiyi ilə bağlı yeni medal təsis edilir
25/04/2018 [22:31]:
FİFA prezidenti “Qarabağ”ı təbrik etdi
25/04/2018 [21:48]:
"Təhsildə varislik və fasiləsizlik prinsipləri təmin olunmalıdır..."
25/04/2018 [21:47]:
“Mir Cəlal irsinin təbliği” layihəsi üzrə növbəti tədbir keçirildi
25/04/2018 [21:47]:
Diqqət! Spirtli içkilərin daha bir zərəri aşkar edildi - XƏBƏRDARLIQ
25/04/2018 [21:39]:
Anası ilə dalaşan uşaq kredit kartını oğurlayıb lüks otelə tətilə getdi - HEYRƏTAMİZ...
25/04/2018 [21:39]:
Putin Ermənistan üçün narahatdır - Sarkisyanla danışdı
25/04/2018 [21:37]:
"Aşığın sözü qurtaranda "dalay-dalay" deyər..." - Flora Röyaya
25/04/2018 [21:31]:
“Neftçi” bəyanat yaydı - “Adımızdan sui-istifadə edirlər”
25/04/2018 [21:26]:
Yunanıstan lideri İlham Əliyevi təbrik edib
25/04/2018 [21:24]:
Meymunu suya itələyən gənc həyatının dərsini aldı - FOTO+VİDEO
25/04/2018 [21:21]:
Üz kremi oğurlayan İspaniyalı məmur istefa verdi
25/04/2018 [21:19]:
"Hiss etdim ki, tüstü nəfəs yoluma dolduğundan artıq taqətim qalmayıb" - FOTOLAR
25/04/2018 [21:17]:
Sabah Bakına bəzi hissələrində qaz olmayacaq
25/04/2018 [20:45]:
ATƏT-in baş katibi Azərbaycan prezidentini təbrik edib
25/04/2018 [20:21]:
Avropanın ən çox borcu olan ölkəsi məlum oldu
25/04/2018 [20:17]:
"İnanmıram ki, anam məni belə tez kiməsə versin" -Səmra Rəhimli
25/04/2018 [20:13]:
Heydər Əsədov məsuliyyətə cəlb olunacaq -Yeyinti aşkarlandı
25/04/2018 [20:05]:
92 yaşlı kraliça at minib yürüşə çıxdı - FOTO
25/04/2018 [19:54]:
"Vəziyyətin inkişafını diqqətlə izləməyə davam edirik" -Rusiyadan Ermənistan bəyanatı
25/04/2018 [19:52]:
Ermənistanda məktəblilər də hakimiyyətə qarşı aksiyaya başladı - FOTO
25/04/2018 [19:51]:
"O bədbəxtin büdcəsi var idi ki, yesin də?" – Hacı İbrahim qardaşının müdafiəsinə qalxdı
25/04/2018 [19:49]:
"Beyini stressdən qoruyur, qanda xolesterinin səviyyəsini azaldır - Min bir dərdin dərmanı...
25/04/2018 [19:46]:
Könül Kərimovanın bir paltarının qiyməti 22 min manatdır?
25/04/2018 [19:44]:
Şəbnəm Tovuzlu nakam məhəbbət haqda danışdı -"Onu edam etdilər..."
25/04/2018 [19:40]:
“Fenərbağça” – “Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək
25/04/2018 [19:37]:
Bu yolda hərəkət məhdudlaşdırılacaq
25/04/2018 [19:33]:
Yeni nazirdən daha 4 - Təyinat
25/04/2018 [19:20]:
“Instagram” da bu funksiyanı aktivləşdirdi
25/04/2018 [19:19]:
Salyanda 27 yaşlı oğlan özünü bıçaqlayaraq öldürdü
25/04/2018 [19:12]:
İspaniyada Trampın qadın oxşarı tapıldı - FOTO
25/04/2018 [18:50]:
"Məcburi köçkünün mənzili qısa zamanda bərpa ediləcək" -Komitədən açıqlama
25/04/2018 [18:42]:
“Bakcell”in “AppLab” proqramının məzunlarından yeni nəsil marketinq və reklam aləti
25/04/2018 [18:36]:
““Zeytun budağı” əməliyyatında da Türkiyənin yanında olduq” -İlham Əliyev
25/04/2018 [18:33]:
İlham Əliyevin Türkiyə səfəri başa çatdı
25/04/2018 [18:14]:
“Bakcell” biznes qurmaq istəyən gənclərin xəyallarını gerçəkləşdirir
25/04/2018 [18:03]:
Ermənilər Azərbaycan mahnısı ilə bayram edir – VİDEO
25/04/2018 [17:54]:
Manatın sabahkı MƏZƏNNƏSİ
25/04/2018 [17:45]:
DİN Bakı məktəbində zorlama iddiası haqda: “Fakt deyilən formada təsdiqini tapmadı”
25/04/2018 [17:38]:
“Serj Sərkisyan həm erməni ictimaiyyətini, həm də Rusiyanı aldadıb” - MÜSAHİBƏ
25/04/2018 [17:25]:
Diqqət! "WhatsApp" istifadəçiləri üçün yaş məhdudiyyətləri tətbiq edildi
25/04/2018 [17:24]:
"Türkiyə dünya miqyasında bir gücdür" -İlham Əliyev
25/04/2018 [17:23]:
Ərdoğan: "Seçkilərdən sonra ilk rəsmi səfərimi Azərbaycana edəcəm"
25/04/2018 [17:22]:
İlham Əliyev “Can Azərbaycan” mahnısı ilə qarşılandı -VİDEO
25/04/2018 [17:20]:
Ərdoğan: "İqtisadi hesablaşmalarda milli valyutaya keçəcəyik"
25/04/2018 [17:18]:
Azərbaycan-Türkiyə sənədləri imzalandı
25/04/2018 [17:15]:
Ramiz Mehdiyevlə Fuad Ələsgərov Soçidə təhlükəsizlik toplantısında
25/04/2018 [17:10]:
Xudatda dövlət sərhədini pozan əcnəbi saxlanıldı
25/04/2018 [17:02]:
Zabil Müqabiloğlunun bacısı Rövşən Rzayevə müraciət etdi -"Evim yanıb kül oldu..."
25/04/2018 [17:00]:
Diaspor üçün nə etməliyik?
25/04/2018 [16:55]:
"Prezidentin sərəncamı 11193 nəfərə şamil olunacaq" -Nazirlik
25/04/2018 [16:53]:
Mətbuat Şurasından “Yarasa” proqramı ilə bağlı – AÇIQLAMA
25/04/2018 [16:51]:
İlham Əliyev Ankarada Atatürkün qəbrini ziyarət etdi
25/04/2018 [16:47]:
AMEA-nın prezidenti Akif Əlizadəyə ADNSU-nun fəxri professoru adı verildi
Bütün arxiv bir sırada
17/04/2018 [15:57] - Hadisə - ( 4042 dəfə baxılıb)

Başlıbel faciəsi: 27 qətl, 19 girov, 113 gün mühasirə...



Kəlbəcər rayonunun Başlıbel kəndində ermənilərin törətdiyi qətliamdan 25 il ötür. 


Ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonun işğalı zamanı Başlıbel kəndində törədilib. İşğal zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər dağlara sığınıb. Lakin həmin şəxslər cəmi 17 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. Bu insanlar cəmi 2 ov tüfəngi və əhalini qoruyan əsgərlərdə olan bir neçə avtomat silahla düşmənə müqavimət göstəriblər. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib. Ermənilər Başlıbel kəndini işğal edərkən II Dünya Müharibəsi iştirakçısı olan bir nəfəri – Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini, ruhi xəstəlikdən əziyyət çəkən Qənaət Ağayevi işgəncə ilə qətlə yetiriblər. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib və daha 113 gün mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma 1 nəfər -  I və II Dünya Müharibəsi iştirakçısı Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Ələsgərov bugünədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur.

 

Başlıbel sakinləri Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi üçün əllərindən gələni edib. Kənd sakinləri isə 5 ilə yaxın mühasirə şəraitində yaşayıblar. 1992-ci ilin yanvarından Kəlbəcərin elektrik təchizatı dayandırılıb. Həmin vaxtdan işğal dövrünədək – 1 il 3 ay müddətində bütün Kəlbəcər rayonu, o cümlədən Başlıbel kəndi qaranlıqda qalı. Ermənilərin mühasirə halqası günü-gündən daralsa da, inamını, səbrini itirməyən Başlıbel sakinləri torpaqlarını tərk etməyiblər. Onlarla kənd sakini düşmənə qarşı aparılan döyüşlərdə iştirak edib, Başlıbelin 9 nəfər qəhrəman oğlu torpaqlarımızın bütövlüyü uğrunda şəhid olub. İşğal zamanı kənd sakinlərindən 4 nəfər sağlamlığını itirərək əlil olub. Kənd sakinlərindən 2 nəfər itkin düşüb və indiyədək barələrində heç bir məlumat yoxdur.

Qeyd edək ki, Başlıbel Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biridir. 7659 hektar ərazisi olan kənd iki dağ çayının qovuşduğu yerdə, Dəlidağın ətəyində yerləşirdi. Kəndin ərazisində 1993-cü ilədək yaşayan yerli sakinlər isə Azərbaycan türkləri olub. Başlıbel kəndinin tarixi xeyli qədim olsa da, tam öyrənilməmişdi. Kənd ağsaqqallarının sözlərinə görə, Başlıbelin hazırki sakinlərin babaları kənd ərazisinə təxminən XVII əsrdə məskunlaşıb. Belə ki, 1993-cü ilin aprelinədək kəndin köhnə qədristanlığında qədim bir qəbir vardı. Qəbrin üstündə ərəb əlifbası ilə həmin şəxsin 1660-cı ildə vəfat etdiyi göstərilmişdi. Amma kənddə bundan əvvəl də yaşayış olub. Belə ki, ötən əsrin 80-ci illərinin ortalarında kəndin sakinlərinin sayı artdığından Başlıbelin yuxarı və aşağı hissəsində yeni evlər tikilməyə başladı. Bu zaman kəndin aşağı hissəsində yamacda ev yerləri hazırlanarkən torpağın təxminən 3-4 metr dərinliyində qəbrlər aşkarlanırdı. Bəzi qəbrlərdə insan skiletləri gildən hazırlanan xüsusi əşyaların içərisində olub. Həmçinin, qəbrlərdən müxtəlif bəzək əşyaları, dəmir sikkələr tapılıb. Həmin əşyalar Kəlbəcər Diyarşunaslıq müzeyinə təhvil verilib. Amma bu tarixi eksponatlarının böyük bir hissəi Kəlbəcərin işğalı zamanı dağıdılıb.
 

 



İşğal dövründə Başlıbel kəndinin əhalisinin sayı 1790 nəfər olub. Kənddə 323 fərdi yaşayış evi, 380 şagird yerlik bir orta məktəb, 45 yerlik uşaq bağçası, 45 çarpayılıq xəstəxana olub. Kənddə işğal dövründə 6 mağaza, 1 hamam, 1 çörək sexi, 1 klub, 1 mədəniyyət evi, 2 kitabxana fəaliyyət göstərib. İşğal dövründə kənddə olan 25 ədəd yük avtomobili, 2 UAZ, 2 sərnişin avtobusu, 5 traktor, onlarla digər kənd təsərrüfatı texnikası kənd ərazisində qalıb. Kənd sakinlərindən heç kəs evindən heç bir əmlak çıxara bilməyib. O cümlədən, 4500 iri buynuzlu, 12 000 xırdabuynuzlu heyvan, 100 minədək ev quşu, 700 arı ailəsi kənd ərazisində qalıb və ermənilər tərəfindən qarət edilib. Qeyd edək ki, Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi tərəfindən 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Başlıbeldə törədilən qətliamdan bəhs edən «Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» adlı kitab çap edib. 


Qeyd: Yazı ötən il modern.az-da yayımlanıb.



Azərbaycan və ingilis dillərində çap olunan kitabla aşağıdakı link vasitəsi ilə tanış olmaq olar:

http://www.kalbajar.com/baslibelfaciesi

 

Podqoritsada “Arşın mal alan” filmi nümayiş olundu - Monteneqro dilində...
Diqqət! Spirtli içkilərin daha bir zərəri aşkar edildi - XƏBƏRDARLIQ
Meymunu suya itələyən gənc həyatının dərsini aldı - FOTO+VİDEO
Təzə kartofun faydaları...
Telefonlar üçün alt paltarı çıxdı - FOTO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Ərdə olmaq həyat mənbəyi imiş - Ailəli xanımların ürək-damar sistemləri, psixi problemləri..."
Hadisə
Anası ilə dalaşan uşaq kredit kartını oğurlayıb lüks otelə tətilə getdi - HEYRƏTAMİZ...
Hadisə
92 yaşlı kraliça at minib yürüşə çıxdı - FOTO
Dünya
İspaniyada Trampın qadın oxşarı tapıldı - FOTO
Dünya
Donald Tramp növbəti dəfə pərt oldu - öz xanımı tərəfindən - FOTOLAR
Həftənin ən çox oxunanları
Səhiyyə naziri postuna real namizədlər: Ehtimallar özünü doğruldacaqmı?
"Qarabağla bağlı Azərbaycan ən xain zərbəni Ermənistandan deyil, Rusiyadan gözləməlidir"
Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi - SİYAHI
Həkimlər infarktdan ölməkdən qaçmağın yolunu açıqladılar: Ən azı həftədə 2 dəfə...
Daha 20 yüksək post prezident sərəncamını gözləyir - SİYAHI...
Abid Şərifovun vəziyyəti pisləşdi – SON DƏQİQƏ
"Bəyəm, mənə nə olub ki, xəstələnim və üstəlik, xəstəxanaya da yerləşdirilim?"
Bu parka yalnız sevgililər və yeni evlənən cütlüklər dəvət olunur - Dünyanın seksual parkından FOTOLAR (18+)
“Hacıbala, səninlə ölənə kimi məzələnəcəm” - Şeyx Əbdül Mahmudbəyov
"Azərbaycanın əhəmiyyətli bir şəhəri silahlı qüvvələrimizin nəzarətinə keçməlidir”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin