Xəbər lenti
15/11/2018 [14:44]:
İntizam Komissiyasında 11 nəfər olacaq
15/11/2018 [14:43]:
Ukraynadakı səfirlə bağlı Poroşenkoya müraciət olundu - FOTO
15/11/2018 [14:43]:
Bakıda sərnişin avtobusu yanıb
15/11/2018 [14:37]:
Diaspor işindəki dönüş və antimilli qüvvələrin narahatlığı
15/11/2018 [14:29]:
Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik
15/11/2018 [14:21]:
“Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın” – Spikerdən xəbədarlıq
15/11/2018 [14:13]:
Nemət Pənahlı azadlığa çıxdı...
15/11/2018 [14:11]:
Siyavuş Novruzov: “Milli Məclisə bəzi sənədlər bərbad gəlir”
15/11/2018 [14:03]:
"Müqəddəs yer" boş qalmadı: Bakı Şəhərinə yeni icra başçısı təyin olundu...
15/11/2018 [13:59]:
Ölüm xəbəri yayılan tanınmışlar...
15/11/2018 [13:40]:
Təbii qazın həcmi artırılıb
15/11/2018 [13:39]:
“Dövlətqaçqınkom”un sədr müavini işdən ÇIXARILDI ...
15/11/2018 [13:36]:
Əli Həsənovla bağlı ŞOK MƏLUMAT - 2 milyard manat mənimsəyib
15/11/2018 [13:30]:
Azərbaycan Türkiyədən milyonluq silahlar aldı - Dünyada 10-cudur...
15/11/2018 [13:26]:
Universitetdə atışma olub
15/11/2018 [13:16]:
Qocalar evinə yerləşdirilən bu qadın nazirin xalası qızıdır -FOTO
15/11/2018 [13:15]:
Nazir istefa verdi
15/11/2018 [13:14]:
Milli Məclisdə növbəti ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatıb
15/11/2018 [13:11]:
“Baku Business Factory” kovörker mərkəzi üçün layihələrin qəbulunu davam etdirir
15/11/2018 [13:08]:
Mahir Abbaszadəyə yüksək vəzifə verildi...
15/11/2018 [13:02]:
“Yeni yol nişanları” gülüş hədəfi oldu - FOTO
15/11/2018 [12:56]:
Deputat: "Reket jurnalistlər bizi biabır edir"
15/11/2018 [12:55]:
Sabahın hava proqnozu
15/11/2018 [12:55]:
Günəş enerjisi ilə qidalanan lövhələri oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı
15/11/2018 [12:53]:
Bakıda 10 min mənzil istiliksiz qalacaq – Səbəb
15/11/2018 [12:52]:
Hərbçiləri daşıyan avtobus aşıb
15/11/2018 [12:48]:
Zamirə Hacıyeva Londondakı bankları da işə saldı...
15/11/2018 [12:40]:
“Zaur verilişində uzunçuluq etdiyi üçün Mənzurə xanımın səbri çatmayıb...”
15/11/2018 [12:36]:
Tahir Kərimli: “Məni nə günə qoydular”
15/11/2018 [12:35]:
İlham Əliyev Federasiya prezidentini qəbul etdi
15/11/2018 [12:26]:
"Varlı gənclər həbs olunacaq"
15/11/2018 [12:25]:
Ağdam nə qədər şəhid verib?
15/11/2018 [12:14]:
Yasamalda qadın qətlə yetirilib
15/11/2018 [12:10]:
Azercell-in dəstəyi ilə IV Uşaq Paralimpiya oyunları keçirildi -FOTOLAR
15/11/2018 [12:02]:
Uşaq bağçasında qısaqapanma
15/11/2018 [12:00]:
Aqil Abbas: DUST BİPƏRVA, FƏLƏK BİRƏHM, DÖVRAN BİSÜKUN
15/11/2018 [11:57]:
Ayrapetyanın cəsədi soyuducuda çürüyüb, ekspertizaya yararsız olub -Erməni oliqarxın sirli ölümü
15/11/2018 [11:52]:
“Onun hər bir cümləsində kinomuzun vəziyyəti ilə bağlı son dərəcə ağrılı, dərin təhlil var”
15/11/2018 [11:49]:
Ermənistanda seçki yarışına 11 partiya qoşulub –Paşinyan müxalifətin mandat qazanacağına şübhə edir
15/11/2018 [11:41]:
“Ya qəbul edin, ya da xaosa hazır olun!” –Britaniya hakimiyyətində siyasi böhran zirvəyə çatdı
15/11/2018 [11:39]:
Daha bir yanğın
15/11/2018 [11:31]:
Donald Trampdan səfir təklifi
15/11/2018 [11:30]:
“Biabırçılıqdır, analar doğum evindən çıxarkən onlara zəng vurub körpə qidaları təklif edirlər”
15/11/2018 [11:29]:
Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir -FOTOLAR
15/11/2018 [11:25]:
Ərzaq məhsullarının içindən mobil telefonlar çıxdı
15/11/2018 [11:18]:
Bu ərazidə su olmayacaq
15/11/2018 [11:15]:
Azərbaycanda daha bir səfirlik açılacaq
15/11/2018 [11:15]:
Çarşablı qadın Atatürkün heykəlini baltaladı - Yusif surəsində nə yazılıb?
15/11/2018 [11:12]:
İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən işlərlə tanış oldu
15/11/2018 [11:07]:
“Uşaq pulu” çoxdan bərpa edilməli idi”
15/11/2018 [11:03]:
Güclü qar məktəblərin bağlanmasına səbəb oldu
15/11/2018 [10:55]:
Nazir: "Pensiya yaşını azaltmağa ehtiyac yoxdur"
15/11/2018 [10:52]:
“Narkomaniya və erkən nikaha yox deyək” mövzusunda tədbir keçirildi...
15/11/2018 [10:46]:
Ermənilər Sərsəng SES-in 40 illik yubileyini də keçirdi... - Biz hələ 40 il də gözləyəcəyik?..
15/11/2018 [10:45]:
İdmançılar qəzaya uğradı
15/11/2018 [10:40]:
ADPU-da “Antropoloji dəlillər ermənilərə yox deyir” mövzusunda elmi seminar keçirilib
15/11/2018 [10:39]:
Azərbaycanda dərslərin dayanmasına səbəb...
15/11/2018 [10:34]:
Futbol məşqçisi dünyasını dəyişdi
15/11/2018 [10:25]:
Kapital Bank yeni Neftçilər Kart Mərkəzi filialını istifadəyə verdi
15/11/2018 [10:21]:
90 milyon sərnişinə xidmət göstəriləcək
15/11/2018 [10:09]:
Milli Məclisdə gərgin müzakirələr...
15/11/2018 [10:02]:
Bloger “iPhone” almaq üçün bir vanna pul gətirdi - VİDEO
15/11/2018 [09:52]:
Bakıda atanın qızına göndərdiyi səs yazısı ortaya çıxdı - “SƏNƏ NİFRƏT EDİRƏM” – VİDEO
15/11/2018 [09:51]:
Sürücülər üçün sonuncu gündür - XƏBƏRDARLIQ
15/11/2018 [09:48]:
Azərbaycanda vulkan təhlükəsi - PROQNOZ
15/11/2018 [09:47]:
Bu gün Millətlər Liqasında 9 oyun keçiriləcək - TƏQVİM
15/11/2018 [09:42]:
Yanğınlar zamanı ölənlərin sayı 58 nəfərə çatıb
15/11/2018 [09:39]:
Qəbələdə maşın ağaca çırpıldı: ölən var
15/11/2018 [09:36]:
Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
15/11/2018 [09:33]:
ADAU əməkdaşları Ukraynanın Sumi Milli Aqrar Universitetində - FOTOLAR
15/11/2018 [09:31]:
Bu ərazidə yaşayanlara ciddi təhlükə
15/11/2018 [09:28]:
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
15/11/2018 [09:15]:
“Hər çalma bağlayandan molla olmaz” - “Sərxoş molla” görüntülərinə rəsmi reaksiya + VİDEO
15/11/2018 [09:14]:
Milli Qəhrəmanın anım günüdür
15/11/2018 [09:02]:
Prezident İlham Əliyev ilk dəfə KTMT-də baş verənlərdən danışdı
15/11/2018 [08:54]:
İş adamlarımız Çindən 50 milyon dollarla qayıdıb
15/11/2018 [08:48]:
Manat bu günə hansı məzənnədə olacaq?
15/11/2018 [08:41]:
Bu gündən qış rejiminə keçirik
15/11/2018 [08:38]:
Saqqız haqqında bilmədiyimiz gerçəklər...
15/11/2018 [08:31]:
Dünyanın ən "fədakar" dietası
Bütün arxiv bir sırada
18/04/2018 [21:31] - Cəmiyyət - ( 3678 dəfə baxılıb)

Başlıbel faciəsindən 25 il ötdü - Şahidlər danışır...



Bu gün Başlıbel faciəsi qurbanlarının anım mərasimi keçirilib. "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin iclas zalında təşkil olunmuş tədbirdə ictimaiyyətinin nümayəndələri, ziyalılar, Kəlbəcər gəncləri, habelə 1993-cü il aprelin 18-də erməni quldurlarının Başlıbel kəndində törətdiyi kütləvi qətllərin şahidləri iştirak ediblər.

Moderator.az xəbər verir ki, tanınmış jurnalist Elxan Salahov tədbiri giriş sözü ilə açaraq Başlıbel faciəsi ilə bağlı qısa məlumat verib. 
O, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı zamanı Ermənistan silahlı qüvvələrinin Başlıbel kəndində törətdiyi kütləvi qətlləri Qarabağ müharibəsinin qanlı səhifələrindən biri kimi dəyərləndirib. Onun sözlərinə görə, rayonun işğalı zamanı 2000 nəfərdən çox əhalisi olan Başlıbel kəndinin 73 sakini evlərini tərk edə bilmədiyindən düşmən ordunun mühasirəsində qalıb. Aprelin 2-də kən sakinlərinin bir qrupu mühasirədən çıxmağa çalışsalar da, buna nail ola bilməyiblər. Bu zaman sakinlərdən 9 nəfər yolda qətlə yetirilib, 5 nəfər girov götürülüb. Digər 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışıblar: “Amma onlar cəmi 18 gün gizli yaşaya bildilər. Aprelin 18-də erməni quldurları dinc sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçdilər. Həmin gecə kənddən bir qədər yuxarıda yerləşən “Portda” kahalarına sığınmış sakinlərin üzərinə amansız hücum zamanı dinc sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də  sığınacağı tərk edərək yalnız gecələr gizli dağ yolları ilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər. 93 yaşlı Ələsgər Kazımov isə doğma kəndini tərk etməyərək sığınacaqda mühasirə həyatını məcburi köçkünlükdən üstün tutub”. 

Artıq Başlıbel faciəsindən 25 il ötdüyünü deyən Elxan Salahov 93 yaşlı Ələsgər babanın hələ də itkin sayıldığını söyləyib. 

Başlıbel faciəsinin şahidlərindən olan İsmət Əzizov 113 günlük mühasirə həyatı barədə xatirələrini bölüşüb: “Aprelin 4-də saat 15-16 radələrində ermənilərin kəşfiyyat qrupu “UAZ” markalı maşınla Başlıbel kəndini yoxlayıb geri qayıtdılar.Ertəsi gün  ermənilər daha böyük qüvvə ilə Başlıbelə soxulmuşdular. Turbinlə baxıb ermənilərin kəndə gələn maşınların bir-bir nəzərdən keçirirdik - 1 ədəd ZİL-131, 1 ədəd QAZ-66, 1 ədəd UAZ vardı. Kənddən tüstü qalxanda əmin olduq ki, evləri yandırırlar. Bir az yuxarı qalxanda gördük ki, kəndi tüstü bürüdü. Qərar gəldik ki, gedib camaatla məsləhətləşək, ermənilər kənddən çıxandan sonra axşam qaranlıq vaxtı hamımız “Portda” kahalarına yığışaq. Əslində hələ aprelin 3-də kənddə olarkən “Portda” kahalarına sığınmaq barədə qərar verilmişdi. Ağsaqqallar uzaq olduğuna gğrə “Nəbinin kahası”na getmək təşəbbüsümüzü bəyənməmişdilər, demişdilər ki,  “Portda”ya getmək lazımdır. Aprelin 5-də silahlı erməni quldurları 3 maşınla kəndə daxil olarkən əvvəlcə Kamal Əzimovun evini qarət edib yandırdılar, bir qədər sonra Muxtarov Qocanın evinə od vurdular.  Bundan sonra onlar evlərə girərək xalçaları yığışdırmağa başladılar”.
İsmət Əzizov deyib ki, bütün bunları “Qalaça” kahasına sığınmış dinc sakinlər öz gözləri ilə görürdü. Ancaq xeyli qüvvəsi olan düşmənə atəş açmaq həm “Kahanın başı”ndakı evlərə sığınmış xəstə və qocaların, həm də “Qalaça”da gizlənimiş camaatın məhv olması və ya girov aparılması demək idi: “Ona görə də biz yalnız müşahidə etməklə kifayətləndik. Erməni quldurları əldə etdikləri qəniməti özləri ilə aparırdılar”.

Kəlbəcərin işğalı zamanı Laçında düşmən ordunun mühasirəsini yararaq Başlıbelə pənah gətirən və burada kahalara sığınmış yerli sakinlərə qoşulmuş keçmiş döyüşçü Səlim Mehtiyev də ermənilərin bu kənddə törətdiyi qətliamın şahidlərindən biridir. O, çıxışında erməni quldurlarının kahalara amansız hücumunun təfərrüatlarını danışıb: “Başlıbeldəki sığınacaq yerimizi “Qalaça”dan “Portda”ya dəyişəndən sonra kahalardan bir qədər aralıda - “Qayabaşı”da post qurmuşduq. Aprelin 18-də günorta saatlarında ağ rəngli bir “NİVA”  “Kahanın başı”ndan gəlib  “Taxta yurdun düzü” istiqamətinə keçdi. Maşın gizləndiyimiz kahanın qabağına çatanda silahı qaldırdım ki, erməniləri vuram. Hava məsafəsi təxminən 50-60 metr olardı, əmin idim ki, quldurları vura biləcəyəm. Amma Ələkbər atəş açmağa razı olmadı, dedi, mənim bütün külfətim buradadır, atəş açsan, hamımızı kahada qıracaqlar.  Ona görə atəş açmadım, “NİVA” isə kahanın qənşərindən keçib düz dərənin boğazına qədər getdi. Təxminən yarım saatdan sonra görük ki, ermənilər “Taxta yurd” tərəfdə çöllərə səpələnmiş mal-qoyunun hamısını qabaqlarına qatıb kəndə tərəf aparırlar. “NİVA”nı isə dərənin boğazında saxlamışdılar. Heyvanı kəndə tərəf aparan iki ermənidən biri düz gəlib bizim kaha ilə üzbəüz düzənlikdə - “Portda bulağı”nın üstündə dayanıb diqqətlə ətrafa baxdılar. Deyəsən, bu dəfə bizi görmüşdülər, kahaya tərəf  güllə atdılar. İlk güllələrdən biri qonşu kahada olan Elşad Əzizovu sol çiynindən yaraladı. Çox çəkmədi ki, içərisi silahlı ermənilərlə dolu olan “QAZ-66” kahalara yaxınlaşdı. Düşmən ordusunun canlı qüvvəsini hadisə yerinə çatdıran ikinci “ZİL -131” maşını isə yuxarıdan hərlənərək “Portda” kahalarının arxasında, üst tərəfdə mövqe tutdu. “ZİL-131” markalı maşınında 30-35 nəfər düşmən əsgəri kahalara tərəf sürətlə irəliləyir, 62 nəfərin sığındığı kahaları aşağıdan və yuxarıdan mühasirəyə alırdı. Aşağıdan atəş açaraq kahalara doğru yaxınlaşan ermənilər Azərbaycan dilində söyüşlər söyərək həyasızcasına “Buralar bizimdir, siz burada nə gəzirsiniz?!” deyib irəli atılırdılar. Əksəriyyəti saqqallı “boevik” və rütbəli zabitlər idi.  “ZİL-131”dən düşənlərin 6-sı düz kahaların yaxınlığına gəlib Azərbaycan dilində müraciət edərək bizi təslim olmağa səslədilər. Yarı Azərbaycan, yarı türk ləhcəsində deyirdilər ki, təslim olanlarla işimiz yoxdur, hamınızı Qarabağa aparacağıq, oradan Bakıdakı erməni əsirlərinə dəyişəcəyik. Yaşlı adamların, xüsusən də qadınlardan bəziləri ermənilərin yalanlarına inanaraq kahalardan çıxdılar. Həmin adamların əksəriyyətini girov apardılar, bir neçə nəfəri yerindəcə güllələdilər...”

113 gün Başlıbel kəndində Ermənistan ordusunun mühasirəsində qalmış 62 nəfərdən ibarət dəstənin daha bir üzvü Elşad Əzizov isə deyib ki, aprelin 18-dən 19-na keçən  gecə ermənilər kahalara sığınmış adamlardan 14 nəfəri girov aparmış, 18 nəfəri  qətlə yetirmişdi: “Qəfil çovğun başlayandan sonra, gecə saat 1-in yarısında silahlı erməni quldurlarının əsas hissəsi “Portda” kahalarının ətrafından geri çəkilib kəndə tərəf qayıtmağa başladılar. Amma köməksiz vəziyyətdə kahalara sığınmış dinc sakinlərə qarşı törətdikləri vəhşiliklərdən doymamışdılar. Girov götürdüklərini qabaqlarına qatıb aparan quldur dəstələri həmin gecə Başlıbel kənd orta məktəbinin binasını yandırdılar. “Portda”da isə atışma davam edirdi. Hələ sağ qalanların kahalarda gizləndiyindən şübhələnən 4 quldur PK pulemyotu ilə atəş açaraq irəliləyirdi. Kahada sağ qalan əliyalın sakinləri qorumağa çalışan zərdablı Vüqar əsil qəhrəmanlıq göstərirdi. O, son nəfəsinə qədər döyüşərək ermənilərin kahada gizlənənlərin yerini müəyyənləşdirməyə imkan vermirdi. Bir an içərisində cəsarətlə kahanın ağzına çıxan Vüqar Abdullayev quldurların dördünü də yerə sərdi. Yenidən əvvəlki mövqeyinə doğru qaçarkən quldurlardan birinin atdığı qumbara onu kahanın 3-4 metrliyində haqladı. Vüqar da həmin gecə şəhid oldu”.

Tədbirdə ermənilərin Başlıbel kəndində törətdiyi vandalizm aktlarından geniş bəh olunub. Şahidlərin dediyinə görə, İkinci Dünya Müharibəsi iştirakçısı, hər iki ayağını alman faşizminə qarşı müharibədə itirmiş Hüseyn Hüseynov Başlıbel kəndinin mərkəzində, kolxoz idarəsinin binasında diri-diri yandırılmışdı. Mühasirədə qalanlar onu əsasından, papağından, bir də sinəsində kömür kimi yanmış medalından tanımışdılar. 

Bundan başqa, quldurlar 53 yaşlı ruhi xəstə Qənaət Ağamirovu da işgəncə ilə öldürmüşdülər. Üz-gözündə, qulaqlarında, burun dəliklərində siqaret yanığının izi aydın görünürdü...

Ermənilərin törətdiyi vandalizmə “Nəbinin kahası”ndan kəndə enən cavanlar daha çox rast gəlirdilər. Həyət-bacalarda qulduların daha iyrən əməllərinin izləri qalmışdı.Başlıbel kəndinin mərkəzi məhəllələrində keçini buynuzundan, inəyi ayaqlarından dirəyə asımışdılar. Ermənilərin heyvanlara qarşı bu cür amansız davranışları dəhşət saçırdı. Quldurlar  toyuq-cücələri dimdiyinə məftil keçirilərək ağacdan asmışdılar.  

Mühasirədə qalanların ərzaq dalınca kəndin mərkəzinə gələrkən həyətlərin birində gördükləri  mənzərə isə daha dəhşətli idi. Həyətdəki it anasını itirmiş körpə quzunu əmizdirir, sanki yetim quzunun kimsəsizliyini duyurmuş kimi ona mehribanlıq göstərirdi.

Tanınmış ziyalı, Əməkdar jurnalist Əlövsət Ağalarov deyib ki, bu faktlar işğalçı Ermənistanın əsl mahiyyətini çılpaqlığı ilə ortaya qoyur.  Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin Xocalıda, Ağdabanda, Başlıbel kəndində dinc əhalini hədəf seçməsi, insanlığa açıq-aşkar meydan oxuyaraq müharibə, kütləvi qətliamlar yolunu tutması, beynəlxalq ictimaiyyətin sülh çağırışlarına məhəl qoymamasına cəhd kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, Ermənistanın bu vəhşiliyi, xüsusilə azyaşlı uşaqları və qadınları hədəfə alması bir gerçəkliyi də ortaya qoyur: “İşğalçı rejim bu vandalizm siyasətini davam etdirdikcə daha çox insanlar Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü terrorizmin qurbanı olacaq”.
Başlıbeldə 113 gün mühasirədə qalmış şahidlərin çıxışından sonra tədbir sual-cavab və müzakirə formasında davam etdirilib. Moderator.az saytının baş redaktoru Zülfüqar Huseynzadə ölkə ictimaiyyətinin, xüsusilə də Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən vətəndaşların bu problemə laqeyd münasibətindən şikayətlənib. O, işğalın ömrü uzandıqca öz yurd-yuvasından didərgin salınmış insanların doğma torpaqlara qayıtmaq istəyi azaldığını təəssüf hissi ilə qeyd edib: "Xalqımız çox böyük faciələr yaşayıb. Ən böyük faciə laqeydlik və unutqanlıqdır. İşğal altında olan rayonların hər birinin orta hesabla 60 min nəfər əhalisi var. Amma həmin rayonların işğalının ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edənlərin sayı 20-30 nəfərdən çox olmur".

Zülfüqar Hüseynzadə Başlıbeldə mühasirədə qalmış 62 nəfərin başına gələnləri xatırladaraq bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün partizan hərəkatı yaradılmalıdır. Onun sözlərinə Azərbaycan hökuməti sülh danışıqlarından imtina etməli və torpaqların müharibə yolu ilə azad edilməsi istiqamətində əməli addımlar atmalıdır.

Kəlbəcər rayonundan olan şair-jurnalist Namiq Dəlidağlı da Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında xoşluqla çıxmayacağı qənaətinin ildən ilə möhkəmləndiyinin söyləyib: "Hər kəs bilir ki, Ermənistanın Azərbayaca qarşı ərazi idialarının arxasında Rusiya dayanır. Bizim torpaqlarımızı Ermənistan tək öz gücünə deyil, xarici havadarlarının dəstəyi ilə işğal edib. Sülh danışıqlarının davam etdiyi 25 il ərzində Ermənistan məhz xarici havadarlarına arxalanaraq münaqişənin həll yolunu uzatmaqla məşğuldur. Artıq bu gerçəklikləri gizlətmək mümkün deyil, bütün dünya reallıqları bilir və regionda baş verənlər hər kəsə bəllidir. Odur ki, biz öz torpaqlarımızı işğaldan azad etmək üçün hərəkətə keçməliyik. Müharibə qaçılmazdır, qanla alınan torpaqları heç vaxt sülh yolu ilə geri qaytarmayacaqlar". 

Laçın rayonundan məcburi köçkün Tale Şahməmmədov isə torpaqlarının 20 faizinin işğal altında olan Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə edilməsi sahəsində ciddi problemlərin olduğuna diqqət çəkib. O, hazırkı gənclərin bir çoxunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli tərəfdarı olmasını onların müharibədən qorxması kimi dəyərləndirib: "Gənclərin bu ruhda tərbiyə olunması çox zərərlidir. Biz sülhsüvər və humanist xalq olduğumuz üçün gənclərin də bu ruhda böyüməsi müsbət haldır. Ancaq bizim ana-bacılarımız Xocalıda, Ağdabanda, Başlıbeldə dəhşətli faciələr yaşayıblar, gənclərimiz ermənilərin törətdiyi bu qətliamları unutmamalı, döyüşkən ruhda böyüməlidir. Bu, xüsusilə Kəlbəcər, Laçın işğal altındakı digər rayonların gənclərinə aiddir. Onlar Xocalı, Ağdaban, Başlıbel faciələri ilə bağlı bilgilərini artırmalı, ermənilərin Azərbaycan xalqının başına gətirdiyi bu qanlı cinayətlər barədə daha çox məlumat öyrənməlidir".

Tanınmış jurnalist Məhəmməd Nərimanoğlu isə ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri dünyaya tanıtdırmaq üçün davamlı, həm də elliklə çalışmaq lazımdır. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin törətdiyi elə vəhşiliklər var ki, onlar haqqında nəinki beynəlxalq ictimiayyətdə, hətta Azərbaycan vətəndaşlarında dolğun məlumat yoxdur: "1993-cü ilin aprelində Kəlbəcərin işğalı zamanı erməni quldurlarının kəlbəcərlilərin başına gətirdikləri bu gün çoxlarına bəlli deyil. Ermənilər Kəlbəcəri işğal edərkən saysız-hesabsız vandalizm aktları törədiblər ki, bəlkə də bəşəriyyət tarixində belə hadisələrə heç vaxt və heç yerdə rast gəlinməyib . Halbuki Kəlbəcər rayonunun Başlıbel kəndində törədilən bu qətliamların canlı şahidlərinin bir çoxu hələ həyatdadır, yaşayırlar. Təkcə bu insanların Başlıbel kəndində gördükləri faktlar əsasında çoxli kitablar yazmaq, sənədli filmlər çəkmək olar".

Ukraynadakı səfirlə bağlı Poroşenkoya müraciət olundu - FOTO
Əli Həsənovla bağlı ŞOK MƏLUMAT - 2 milyard manat mənimsəyib
"Palmali"nin prezidentindən görkəmli türkoloqa 9 cildlik SÜRPRİZ...
Hər yerə 12 kukla ilə gedir - MARAQLI
Pul üçün rinqə çıxan 13 yaşlı uşaq qorxunc şəkildə can verdi - DƏHŞƏT...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Şou-biznes
“Zaur verilişində uzunçuluq etdiyi üçün Mənzurə xanımın səbri çatmayıb...”
Cəmiyyət
“Uşaq pulu” çoxdan bərpa edilməli idi”
Dünya
Türkmənistanda polis “hədsiz tox olanları” axtarır: “doğrama” yemək olmaz
Dünya
Məruzədən təsirlənən yüzlərlə xristian müsəlman oldu - MARAQLI
Dünya
Dünyanın ən iri çəhrayı brilliantı neçəyə satıldı? - FOTO
Həftənin ən çox oxunanları
"KİA Motors" Azərbaycanda 1 milyon kilometr maşın sürən şəxsi ŞOKA SALDI...
Ayaz Mütəllibovdan şok açıqlamalar -"Danışmışdım, Qarabağ qaytarılacaqdı..."
"Bəlkə içimizdəki ermənilərdənsən ki, şəhid anasını təhqir etməyə özünü borclu bilirsən"
Xatirənin geyimi başına bəla oldu - FOTOLAR
Sehrli ingilis barmağı: Dumanlı Albiondan bir qudaya stop, digərinə yaşıl ışıq? + FOTOLAR
“Bu reklama çəkilməklə bir ailə başçısını üç il yarım həbsdən azad etdirdim...” - VİDEO
Bu cavan erməni aqronom Azərbaycan torpağında 115 min nar tingi əkdi...
“Ələkrəm Hümbətov Azərbaycan bayrağını parçalayıb yerə atdı və...”
Azərbaycanın talanan sərvətlərinin izi ilə daha bir ünvan: Ax, London, London...
Ermənistan artıq torpaqlarımızda istehsal edilmiş silahlarla silahlanmağa başladı? – FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə