Xəbər lenti
23/05/2018 [20:21]:
Sevgilisini qısqanan qadın gənc adamı kimyəvi maddə ilə yuxusunda yandırdı
23/05/2018 [20:19]:
Qeyri-adi oğurluq hadisəsi: Çantalarını öz əlləri ilə soyğunçuya verdilər – VİDEO
23/05/2018 [20:16]:
Ətəyi ayaqlanan maniken paltarsız qaldı – FOTO+VİDEO
23/05/2018 [20:13]:
“Mən gərək Şuşada qalaydım, orada da öləydim...”- Rəhim Qazıyev
23/05/2018 [20:12]:
Rəhmon Azərbaycan xalqını təbrik etdi
23/05/2018 [20:11]:
Yerevan Bakı ilə danışıqlara hazırlaşır
23/05/2018 [20:09]:
Çində ABŞ diplomatına “akustik hücum”
23/05/2018 [19:48]:
Fuad Muradov Türkiyədə rəsmi səfərdədir
23/05/2018 [19:47]:
İnam Kərimov Yevlaxda vətəndaşların şikayətlərini dinlədi
23/05/2018 [19:46]:
Şura “Müsəlman Şərqində ilk demokratik respublika” adlı konfrans keçirib
23/05/2018 [19:24]:
"Rüstəm İbrahimbəyov Əkrəm Əyləslinin “Daş yuxular” əsərindəki kadrı səhnələşdirib"
23/05/2018 [19:09]:
Keçmiş güləşçini tanınmaz hala saldılar, göz qapağı və çənəsi qırıldı - VİDEO
23/05/2018 [19:07]:
Döşlərini böyütdü və öldü - Özəl klinikada
23/05/2018 [18:52]:
Mir Cəlalın xatirəsinə həsr olunan müsabiqənin qalibləri mükafatlandırıldı - FOTOLAR
23/05/2018 [18:51]:
Millət vəkilinin AXC ilə bağlı tədbir keçirilməsi təklifi dəstəkləndi
23/05/2018 [18:50]:
Bir anlıq diqqətsizlik faciə ilə nəticələndi – VİDEO
23/05/2018 [18:47]:
Az yatmaqla diqqət arasında əlaqə aşkar edildi - ARAŞDIRMA
23/05/2018 [18:46]:
Prezident Bakı Şəhər İcra Hakimiyyətinə 40 milyon manat ayırdı
23/05/2018 [18:45]:
Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinaslar buraxılır - Fotolar
23/05/2018 [18:43]:
Bakcelldən əlillərə dəstək -FOTOLAR
23/05/2018 [18:35]:
Qızlarına “Mavi” adını verən ailə məhkəməlik oldu
23/05/2018 [18:32]:
Valideyinləri evdən köçmədiyinə görə 30 yaşlı oğullarını məhkəməyə verdi
23/05/2018 [18:30]:
Dövlət məmuru 8 aydır işə getməməsinin səbəbini açıqladı
23/05/2018 [18:27]:
Sumqayıtda Dədə Şəmşirin 125 illiyinə həsr olunmuş tədbir keçirildi
23/05/2018 [18:20]:
Şəhid əsgərin medalı atasına verildi - Fotolar
23/05/2018 [18:18]:
Erməni prezident Azərbaycanın “Köçəri” rəqsini oynadı - Video
23/05/2018 [18:11]:
Arzu Əliyeva AXC ilə bağlı film çəkdi - Giriş pulsuzdur
23/05/2018 [17:44]:
“Azərbaycan İsraillə münasibətləri korlaya bilməz, çünki...”
23/05/2018 [17:22]:
Mariya Zaxarova: "Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırmaq arzumuz var"
23/05/2018 [17:21]:
Ərdoğan xalqımızı təbrik etdi
23/05/2018 [17:02]:
Azərbaycan özünün ABŞ-dakı lobbi təşkilatını itirdi
23/05/2018 [16:55]:
Rusiyanın “çirkli pulların böyük boru kəməri” milyardları hansı ölkəyə “axıdıb”
23/05/2018 [16:44]:
Avtobusda atəş açacağını dedi, polis tərəfindən zərərsizləşdirildi
23/05/2018 [16:41]:
Medvedev İlham Əliyevə məktub ünvanladı
23/05/2018 [16:40]:
Əli Həsənov: “Çox istərdim ki, hər bir azərbaycanlı bu yazıya münasibət bildirsin”
23/05/2018 [16:32]:
Bura dünyanın ən çox işləyən ölkəsidir - FOTOLAR
23/05/2018 [16:05]:
Avtomobil qaçıran ruhi xəstə qəza törətdi
23/05/2018 [16:04]:
Millimizin sabiq futbolçusuna ad verildi – FOTO
23/05/2018 [15:55]:
Bərdədə suya düşən 80 yaşlı kişi 24 saatdan sonra xilas edildi- FOTO
23/05/2018 [15:54]:
Milli Qəhrəmanın doğum günüdür...
23/05/2018 [15:52]:
Milli Məclis 20 məsələni gündəliyə saldı
23/05/2018 [15:51]:
I sinfə qəbul üçün müraciət edənlərin sayı açıqlandı
23/05/2018 [15:50]:
Türkiyədə 70 hərbçi axtarışa verildi
23/05/2018 [15:48]:
“Əlillərlə bağlı statistikanın araşdırılmasına ehtiyac var”
23/05/2018 [15:47]:
Mədət Quliyevin sinif yoldaşı: “Onun polis olması hamını təəccübləndirdi”
23/05/2018 [15:44]:
“Televiziya aparıcıları özlərini hamıdan ağıllı hesab edirlər” – Jurnalistdən sərt çıxış
23/05/2018 [15:35]:
Viran edilmiş Ağdam qəbiristanlığından ürəkdağlayan son görüntülər - VİDEO
23/05/2018 [15:31]:
ADPU-da AXC-nin yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi
23/05/2018 [15:28]:
Korrupsionerin evindən çıxan pullar hamını heyrətləndirdi...- FOTO
23/05/2018 [15:26]:
Lavrov erməni nazirlə Qarabağı müzakirə etdi
23/05/2018 [15:17]:
Şanlıurfada Azərbaycan bulvarı açılır
23/05/2018 [15:12]:
Donunun ətəyi düşən model pis vəziyyətdə qaldı - FOTOLAR
23/05/2018 [14:54]:
Universitetlərin nəzdində kolleclər açılacaq - Təhsildə yenilik
23/05/2018 [14:51]:
Zakir Həsənov NATO generalları ilə müzakirə apardı
23/05/2018 [14:44]:
İftar süfrəsinə “Coca-Cola” qoymaq haramdır?
23/05/2018 [14:41]:
ADU-nun kitabxanası yapon dilində kitablarla təchiz olundu -FOTOLAR
23/05/2018 [14:38]:
UNEC iddialara cavab verdi - FOTOLAR
23/05/2018 [14:31]:
Dəllər stansiyasının baş yolları əsaslı təmir olunur
23/05/2018 [14:25]:
“Kapital Bank”ı soymaq istədi - Həbs edildi
23/05/2018 [14:22]:
“Cavid Qurbanov həqiqəti deyir...”
23/05/2018 [14:14]:
“İmkanlı şəxslərin övladları hərbi xidmətə getmir və gedən də arxa cəbhədə xidmət edir”
23/05/2018 [14:12]:
Həftəsonu rayonlara leysan yağacaq
23/05/2018 [14:11]:
McDonalds-da hər kəsin gözü qarşısında soyundu - FOTO/VİDEO
23/05/2018 [14:10]:
Paşinyan Yerevandakı aksiyaları “sabotaj” adlandırdı
23/05/2018 [14:06]:
Azərbaycanda dilənçilər də vergi verə bilər – VİDEO
23/05/2018 [13:29]:
Qartal və tülkünün ov mübarizəsi - VİDEO
23/05/2018 [13:27]:
Dilqəm və Şahbazın işinə Avropa Məhkəməsində baxılacaq
23/05/2018 [13:12]:
“Evlənmək istəyən gənclərə 1 ay vaxt verilsin” -Millət vəkili
23/05/2018 [13:06]:
İlk Avropa tipli məktəbi açan türkün faciəsi – Atatürk və Rəsulzadə ilə görüşlər
23/05/2018 [13:04]:
“Biz insanların haqqı olan Qarabağ torpağımız işğaldan azad edilməlidir”
23/05/2018 [12:56]:
Azay Quliyev növbəti dəfə seçicilərini qəbul etdi
23/05/2018 [12:56]:
İsrail fələstinlilər üçün Qüdsü bağladı
23/05/2018 [12:50]:
Gürcüstanda “cüdo qiyamı”: Prezidentin qapısını mismarladılar
23/05/2018 [12:45]:
DTX bankları soyan hakerləri həbs etdi - Əməliyyat
23/05/2018 [12:36]:
AST Telmanın obyektinin qiymətini 300 milyon endirib, yenidən satışa çıxardılar
23/05/2018 [12:27]:
"Deyirlər, yaşı keçir, evlənməlidir" -Siyavuş Novruzov
23/05/2018 [12:26]:
“İmtahan öncəsi abituriyentlərin pirlərə və ocaqlara üz tutumasının heç bir xeyri yoxdur”- İlahiyyatçı...
23/05/2018 [12:22]:
Hadi Rəcəbli: “Ailələrin dağılmasının səbəblərindən biri “Facebook”dur”
23/05/2018 [12:21]:
Bu hadisələrin izahını alimlər belə verə bilmir - FOTOLAR
23/05/2018 [12:19]:
“Rusiya Ermənistandan gedəcək” -Tofiq Zülfüqarov
Bütün arxiv bir sırada
20/04/2018 [11:03] - Köşə - ( 6200 dəfə baxılıb)

Sən saydığını say, gör ATƏT nə sayır?..

...Biz hələ də yerimizdə möhtərəm atəşkəsin pozulması hallarını sayırıq...
Sultan Laçın

Sizi bilmirəm, bu sətirlərin müəllifində  hələ ötən əsrin sonlarından “atəşkəs”, “ATƏT”,  “münaqişə”, “sülh danışıqları”, “Minsk Qrupu”, “tənzimlənmə”, “monitorinq”,  həmsədr, “Kasprişik” və s. kimi sözlərə, adlara qarşı kəskin allergiya yaranıb... Belə sözləri eşidəndə əsməcə tutur, üzümü-gözümü “prişik” basır...
*** 
Həkimlər deyir ki, bu xəstəliyin müalicəsi yalnız Şuşa, Laçın, Kəlbəcər havasıdır...
*** 
Amma biz  də hələ də yerimizdə möhtərəm atəşkəsin pozulması hallarını sayırıq...
*** 
ATƏT-in Minsk Qrupu da sayır. Sağ olsunlar, həftə səkkiz mən doqquz, İrəvan-Xankəndi-Bakı yollarını gəzməkdən, təmas xəttində monitorinq keçirməkdən üzülüblər. Düz 22 ildir canını “Qarabağ münaqişəsinin tənzimlənməsi” yolunda qoyan  Kasprişik kimi... 
***
Fəqət, ATƏT-in sözdə saydığı başqa, “ürəyində” saydığı başqadır... Axı onu idarə edən dövlətlərə, güclərə hesabat  verməlidir...
*** 
ATƏT-ə atəşkəsin gündə, ayda, ildə neçə dəfə pozulması o qədər də maraqlı deyil... Əslində ATƏT  atəşkəs boyunca ermənilərin Qarabağda möhkəmlənməsinə şərait yaradan neçə ilin keçdiyini, bu müddətdə Azərbaycan tərəfdən neçə döyüşçünün şəhid olduğunu, 1991-1994-cü illərdən bəri çadırlarda, qazmalarda, yataqxanalarda, özgə qapılarında çürüyən qaçqınlardan, yəni işğal altındakı torpaqlarda doğulmuş Azərbaycan vətəndaşlarından(!) neçəsinin dərddən vərəmləyib “torpaq” deyə-deyə dünyadan köçdüyünü sayır... 
*** 
ATƏT işğal altındakı hər kəndimizdə, hər şəhərimizdə doğulmuş neçə Azərbaycan vətəndaşının hələ də sağ qalıb gündə neçə nəfəs aldığını  sayır və onların neçənci ilədək ölüb qurtaracağını hesablayır...
*** 
ATƏT səngərlərdə neçə Mübariz İbrahimov, Raquf Orucov kimi Azərbaycan, müsəlman oğlunun şəhid olduğunu, 1-ci Qarabağ savaşının, Aprel döyüşlərinin neçə veteranının, qazisinin, əlilinin əsəb gərginliyindən, depressiyadan çərləyib yatağa düşdüyünü, ürəyinin partladığını və s. sayır...
*** 
ATƏT Azərbaycanda  xalqın başının qatılıb Qarabağı unutması üçün son 20-25 ildə Aygünlər, Röyalar, Faiqlər, Samiraldolar  yetişdiyini, telekanallarda “Səni axtarıram”, “Bizimləsən” və s. kimi neçə şou-proqramın yaradıldığını  hesablayır...
*** 
Minsk Qrupu Bakıya hər gəlib gedəndə bu müsəlman(!) ölkəsinin kişi və qadınlarının əxlaqının pozulması, onların potensial enerjilərinin Qarabağın azad edilməsi, müstəqilliyimizin qorunması işinə yox, pozğun əyləncələrə, şərabxorluğa, qumarbazlığa və s. sərf etməsini təmin etmək üçün paytaxt və bölgələrimizdə neçə gecə klubunun, barın, gizli kazinonun, masaj salonunun və s. açıldığını hesablayır...
*** 
ATƏT-in həmsədrləri son onilliklərdə Azərbaycanda  gələcəyin potensial əsgəri olan neçə oğulun, əsgər anası olacaq neçə gənc qızın qloballaşmanın, saxta demokratiyanın yaratdığı əqidə, düşüncə çaşqınlığı, imansızlıq, haqsızlıq, yoxsulluq və s. ucbatından intihar etdiyini, neçə ailə başçısının –Azərbaycan atasının banklardan götürdüyü kreditləri, sələmçidən götürdüyü sələmi ödəyə bilməmək ucbatından özünü öldürdüyünü və neçəsinin də buna hazırlaşdığını hesablayır... 
*** 
Və bütün deyilənləri sayıb yekunda Azərbaycan xalqının milli genofonduna nə qədər zərbələr dəydiyini və sonumuza neçə il qaldığını da hesablamağa çalışırlar...
***
Düzdü, ATƏT-in, AŞPA-nın, ABŞ-ın, AŞ-ın nümayəndələri hər dəfə Azərbaycana təşrif buyuranda paytaxt və bölgələrimizin zahiri inkişaf göstəricilərini də hesablayırlar.  Torpağı işğal altında olan bir ölkədə göydələnlərin, villaların, “cip”lərin “qalenvagen”lərin, “mazda”ların, restoran, kafe və şadlıq saraylarının, “palas”ların, otellərin, parkların, bölgələrimizdəki turist məkanlarının sayından, kəllə-çarxa qalxan qiymətlərdən başları gicəllənir...
*** 
Bu əcnəbilər hətta bizim deputat, prezident seçkilərindəki səslərimizi də saymağa cəsarət edirlər... Bizə canları yandıqları üçün yox, öz maraqları üçün... Amma MSK kimi düzgün saymağı bacarmadıqlarından biabır olub çıxıb gedirlər...
***
Ölkəmizdə gördükləri müsbət nəsnələri də gözləri götürmür bu yağıların... Həm gəlib yeyib-içib gəzirlər, həm də ara-sıra düşünürlər ki, məqamı çatanda, neft-qaz daşınıb qurtaranda, yaxud rəhbərlik sözümüzdən çıxanda burada da neqativ hallardan  yararlanaraq Liviyadakı, Suriyadakı kimi bir xaos yaradıb bu yaraşıqlı göydələnləri bombaladıb başlarına uçurdarıq...
*** 
Üzdə gülürlər, ürəklərində bizə qarşı məkrlərini gizlədib işlərini görürlər... Amma gündə biri gəlir, biri gedir. Elə bil, karvansaradır... Dünən də NATO-nun generalı ilə rusun generalı gəlib Bakıda görüşdülər... Paaa... Bir hay-küy düşdü ki, “deyəsən, razılaşıblar- Qarabağı bizə qaytaraqcaqlar...” “Gör, bizi nə təhər sayırlar e...” Ayə, bizi saymırlar e, bizə canları yanmır, öz dərdlərindən danışmaq üçün özlərinə rahat, sakit yer axtarırlar... Üstəlik, bizi eyforiyaya qapdırıb başımızı qatırlar...
*** 
Bir sözlə, ATƏT, AŞ, ABŞ heç biri bizi saymır, öz  maraq nöqtələrini, dairələrini sayırlar... 
***
Odur ki, öncə özümüz-özümüzü saymalıyıq... Kasıbımızı da. varlımızı da, süpürgəçimizi də, fəhləmimizi də, müəllimimizi də, başçımızı da, nazirimizi də... 
***
Gördüyümüz işləri də elə saymalıyıq ki, yalan doğrunun altında gizlənməsin, mənfi müsbəti, neqativ pozitivi üstələməsin ki, Vətənimizdə  biri-birimizi söyməyə, qarışıqlığa, xaosa rəvac verməyək...
*** 
Ən əsası da işğal altındakı  rayon, şəhər, qəsəbə və kəndlərimizin, o yurdlar uğrunda şəhid olan, əsir düşən və yaralananlarımızın, qaçqın düşənlərimizin, atəşkəs dövründə dünyadan köçənlərimizin sayını unutmayaq...

Sultan Laçın  

Qeyri-adi oğurluq hadisəsi: Çantalarını öz əlləri ilə soyğunçuya verdilər – VİDEO
Döşlərini böyütdü və öldü - Özəl klinikada
Az yatmaqla diqqət arasında əlaqə aşkar edildi - ARAŞDIRMA
Valideyinləri evdən köçmədiyinə görə 30 yaşlı oğullarını məhkəməyə verdi
Bura dünyanın ən çox işləyən ölkəsidir - FOTOLAR
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Keçmiş güləşçini tanınmaz hala saldılar, göz qapağı və çənəsi qırıldı - VİDEO
Cəmiyyət
Qızlarına “Mavi” adını verən ailə məhkəməlik oldu
Cəmiyyət
“Əlillərlə bağlı statistikanın araşdırılmasına ehtiyac var”
Cəmiyyət
“Televiziya aparıcıları özlərini hamıdan ağıllı hesab edirlər” – Jurnalistdən sərt çıxış
Cəmiyyət
“İmtahan öncəsi abituriyentlərin pirlərə və ocaqlara üz tutumasının heç bir xeyri yoxdur”- İlahiyyatçı...
Həftənin ən çox oxunanları
Alpinistlərlə bağlı şok iddia - “Meyitlər şübhəli şəkildə, anidən tapılıb”
Turş alçanın bu faydalarını bilirsinizmi...?
Xankəndi-Şuşa kanat yolunun tikintisinə başlanacaq - Xeyriyyə fondları hesabına
Bu baş versə, hamımız yanacağıq - Ərdoğan
Kann kino festivalının qırmızı xalısında qıpqırmızı ƏXLAQSIZLIQ...
"4 bacının tək qardaşı idi..." - Dünən şəhid olan əsgərimizin FOTOSU
“Xaricdə bank vətəndaşlara, bizdə isə vətəndaşlar banklara yalvarır”
Xalq artisti ittihamlara cavab verdi: "Gələcəkdə Almaxanım da dəvət olunar və oxuyar"
“Özünə ayaqyolu axtaran xanım video çəkməz...” - “Unibank”dan müştəri ittihamına cavab...
Azərbaycanlı icra başçısı işə avtobusla gedir - Fotolar
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin