Xəbər lenti
18/10/2018 [09:48]:
Paşinyandan 7 rayonu azad etməsi istəniləcək, Qarabağ isə... - Bakının RƏDD ETDİYİ ŞOK DETAL
18/10/2018 [09:48]:
Rüfət Aslanlının təkcə saatlara xərclədiyi pul milyon dolları keçir...
18/10/2018 [09:44]:
ABŞ Suriyada kürdləri bombaladı
18/10/2018 [09:41]:
Badamdarda uçqunların sayı artıb
18/10/2018 [09:37]:
Müstəqilliyimiz 27 yaşında
18/10/2018 [09:36]:
Xaricə daşınan korrupsiya pulları təhlükədə
18/10/2018 [09:32]:
İdman tarixində ən bahalı müqavilə imzalandı
18/10/2018 [09:29]:
UFC Makqreqora hücum edən idmançını cəzalandırdı
18/10/2018 [09:03]:
"Biz bəyəm buna görə müstəqil olmuşuq ki, kimsə 109 milyonu oğurlayıb xaricə getsin...?"
18/10/2018 [08:52]:
Nərimanovda molla məktəbə hədiyyələrlə gəldi - İBRƏTAMİZ + FOTOLAR
18/10/2018 [00:40]:
"Onların efirdəki sözlərinə baxanda adam qalır məəttəl ki, bunun alimi belə danışırsa..."
17/10/2018 [23:46]:
Türkiyəni tərk edən səudiyyəli konsul barəsində araşdırmaya başlanıldı
17/10/2018 [23:42]:
Ayaz Mütəllibovun dövründə qəbul edilən qərarlar - AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ
17/10/2018 [23:36]:
İranda qadınlara futbola baxmaq qadağan olundu
17/10/2018 [23:33]:
Ukrayna hüquq-mühafizə orqanları Qarabağ üçün nümunə göstərdi - İBRƏT DƏRSİ...
17/10/2018 [22:47]:
Krımda kollecə hücumun videosu yayıldı - YENİLƏNİB
17/10/2018 [22:43]:
İtaliya Senatının sədri Azərbaycana rəsmi səfərə gəlib
17/10/2018 [22:38]:
“Heç kəs sinəsinə döyməsin ki, mən canımı fəda etdim müstəqillik yolunda...”
17/10/2018 [22:35]:
Ermənilər Tərtərdəki futbol stadionunu Avropa çempionatına hazırlayır - FOTOLAR
17/10/2018 [22:23]:
ABŞ-dan Səudiyyə Ərəbistanı ilə bağlı kəskin mövqe - Sanksiyaların bir addımlığında...
17/10/2018 [22:16]:
Azərbaycanla Çexiya arasında hərbi əməkdaşlıq müzakirə edildi -FOTOLAR
17/10/2018 [22:04]:
Azərbaycan İstiqlal Muzeyində “Paralel” adlı tədbir – sərgi keçirilib
17/10/2018 [21:52]:
Azərbaycanla Rumıniya arasında strateji tərəfdaşlıq formalaşıb
17/10/2018 [21:43]:
Tramp Qaşıqçı ilə bağlı Türkiyədən bunları istədi
17/10/2018 [21:29]:
Arda ilə Berkayın ilk məhkəmə tarixi bilindi
17/10/2018 [21:22]:
Medvedev: "Trampa sağdan da, soldan da hücum edirlər"
17/10/2018 [21:20]:
Meyvezer Nurməhəmmədovla döyüşün şərtlərini açıqladı
17/10/2018 [21:01]:
ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edəcək
17/10/2018 [20:59]:
Britaniya parlamentinin binası mühasirəyə alındı
17/10/2018 [20:51]:
Prezident məcburi köçkünlərin statusu ilə bağlı fərman imzaladı
17/10/2018 [20:13]:
Mehman Hüseynov həbsdə qaldı
17/10/2018 [20:12]:
Krımda üçgünlük matəm elan olundu
17/10/2018 [20:07]:
Ermənistan iqtisadi sanksiyaların astanasında...
17/10/2018 [19:57]:
“Qarabağ”ın sabiq qapıçısı “Qalatasaray”a keçə bilər
17/10/2018 [19:55]:
Putin Türkiyəyə səfər edəcək
17/10/2018 [19:37]:
XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi
17/10/2018 [19:35]:
Daha üç jurnalist Azərbaycanın “qara siyahı”sına salınacaq
17/10/2018 [19:30]:
Pul üçün özünü ölü göstərdi, həyat yoldaşı həqiqət sanıb intihar etdi - FOTO
17/10/2018 [19:21]:
Qarabağ qazisi ölüm ayağındadır
17/10/2018 [19:05]:
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqda qanuna dəyişikliklər
17/10/2018 [19:04]:
Almaniyalı nazir Səudiyyə Ərəbistanına səfərini təxirə saldı
17/10/2018 [18:54]:
“Müstəqilliyimizin ilk təşəbbüskarlarından biri media olub”
17/10/2018 [18:47]:
Silah-sursatla gəldi, gömrük postunda saxlanıldı
17/10/2018 [18:35]:
Azərbaycanın Avstraliyadakı fəxri konsulu vəzifəsindən geri çağırıldı
17/10/2018 [18:33]:
Şəkidə yol tikintisinə 20 milyon manat ayrıldı
17/10/2018 [18:32]:
Prezident akademiklərə 2000 manat maaş kəsdi
17/10/2018 [18:13]:
“Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda konfrans keçirildi
17/10/2018 [18:05]:
Melaniya Trampın təyyarəsinə duman doldu, məcburi eniş etdi
17/10/2018 [18:03]:
Səudiyyəyə Kaşıkçı üçün getmişdi, 100 milyon dollarla qayıtdı
17/10/2018 [17:43]:
"Hakimiyyətdəki satqınlarla müxalifət adından bu xalqa sırınmış adamlar eyni mərkəzdən idarə olunur"
17/10/2018 [17:42]:
Yüz azərbaycanlı yazarın əsərlərindən ibarət antologiya çapdan çıxdı
17/10/2018 [17:34]:
Ermənilərin işğaldakı torpaqları qaytarmaq haqqında düşünməməsinə səbəb nədir?
17/10/2018 [17:32]:
BP ADNSU-da seminar keçirdi
17/10/2018 [17:32]:
“18 oktyabr tariximizin qızıl səhifəsidir”
17/10/2018 [17:21]:
Yoxa çıxmış jurnalistlə bağlı qorxunc xəbər: Əvvəl barmaqlarını, sonra başını kəsiblər
17/10/2018 [17:20]:
ADAU-da “Bir damla su kardeşlik layihəsi”nin təqdimatı oldu
17/10/2018 [17:16]:
Tərtərdə yol qəzası olub, sürücü ölüb- FOTO
17/10/2018 [17:14]:
Səudiyyənin İstanbuldakı baş konsulu vəzifəsindən azad edildi
17/10/2018 [17:04]:
ADNSU-da “Energetiklər günü”nə həsr olunmuş tədbir keçirildi
17/10/2018 [17:03]:
Azərbaycanlı xanəndə “Könül bağı” proqramında qonaq oldu - FOTO
17/10/2018 [16:55]:
Kaşıkçının qətlində şübhəlilərdən birinin şahzadə ilə - Fotosu üzə çıxdı
17/10/2018 [16:52]:
Təcavüzdə ittiham olunan Hindistanın XİN başçısı istefa verdi
17/10/2018 [16:51]:
“ABŞ Ermənistana sanksiya tətbiq edərsə...”
17/10/2018 [16:44]:
Bakının mərkəzində yol çökdü - YENİLƏNİB + FOTO
17/10/2018 [16:41]:
Aİİ-də “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda növbəti seminar keçirildi
17/10/2018 [16:35]:
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir “
17/10/2018 [16:26]:
ADAU-da Müstəqillik günü qeyd edildi
17/10/2018 [16:20]:
Qənirə Paşayeva Boluda “Yeni Dünya Qaydası və Gələcəyin Xəritəsi" adlı konfransda çıxış etdi
17/10/2018 [16:11]:
Maykl Pompeo: “Camal Qaşıqçının itkin düşməsində əli olan yüksək səviyyəli məmurlar məsuliyyətə cəlb ediləcəklər”
17/10/2018 [16:08]:
ADU-da Ümumdünya Qida Günü ilə bağlı tədbir keçirildi
17/10/2018 [16:06]:
UNEC “Təhsil almaq üçün hansı universiteti seçərdiniz” nominasiyasının qalibi oldu
17/10/2018 [16:03]:
Krım teraktı: Əraziyə BTR-lər yeridildi - Video
17/10/2018 [16:03]:
Milli qəhrəmanla bağlı “Yüksəlişin sirri” filmi təqdim olundu -FOTOLAR
17/10/2018 [15:58]:
Ərdoğan onun haqqında təhqiramiz plakat qaldıran tələbə təşkilatını bağışladı
17/10/2018 [15:56]:
Ermənistanda 2019-cu ilin büdcəsi qəbul olunmaya bilər
17/10/2018 [15:56]:
Buzovnada evə basqın - 82 yaşlı qadını döyüb qarət etdilər
17/10/2018 [15:55]:
Dünyanın ən yaşlı insanı: “Uzun ömür Tanrının mənə cəzasıdır”
17/10/2018 [15:53]:
Türkiyəli nazir: "Bakı-Tbilisi-Qars vasitəsilə yük daşımaları 3 milyon tona çatdırılacaq"
17/10/2018 [15:52]:
14 İran əsgəri Pakistanla sərhəddə oğurlandı
17/10/2018 [15:50]:
Maşın bazarını su basdı - VİDEO
Bütün arxiv bir sırada
20/04/2018 [22:10] - Cəmiyyət - ( 1784 dəfə baxılıb)

Bizi yaxınlaşdıran və uzaqlaşdıran zaman...



(Tələbəlik dostum, gözəl insan, istedadlı alim Akif Məmmədov haqqında xatirələrim)
    
- Salam, müəllim. Sizi narahat edən Akif müəllimin bacısı qızıdır. 
Mənim Akif adda bir xeyli-dost tanışım var. Amma ürəyimə damdı ki, söhbət Akif Məmmədovdan gedir. 
Zənnim məni aldatmayıbmış. Zəng edən xanım telefonda bunları da əlavə etdi:
- Mən Akif müəllimin qohumu olmaqla yanaşı, həm də onun iş yoldaşı olmuşam. Onunla birlikdə işləmişəm. Adım Ruhəngizdir. İstəyirəm ki, onunla bağlı xatirələrinizi yazasız. Bildiyim qədər yaxın olmusuz...
Həyatdı tərk etmiş dostlar haqda danışmaq, yazmaq nə qədər çətin olsa da, zamanın sərt və bəzən də çox amansız qanunları ilə razılaşmalı oluruq. Yəni bu dünyaya gələnlər bir gün bu dünyadan getməlidir. Bu, təbii ki, anlaşılandır. Amma adamı bir çox hallarda yandıran, cəmiyyət və millət üçün  gərəkli adamların bu dünyadan vaxtsız köçməsidir.
Akif Məmmədovla biz eyni qrupda oxumuşuq. İlk dərs günlərini xatırlayıram. Bu qarayanız, çəlimsiz, zahirən diqqəti o qədər də cəlb etməyən oğlan çox tezliklə onu tanıyanların sevimlisinə çevrildi. 
Akif ilk baxışda hamıdan uzaq gəzməyə çalışan, qapalı, sərt adam təsiri bağışlayırdı. Amma onun necə alicənab, duyğulu, səmimi bir adam olduğunu bilmək üçün bu “qapalı” insanla qısaca ünsiyyət kifayət edirdi. Onün özünəməxsus, xəfif yumoru vardı. 
Əlbəttə, tələblər arasında özünü “gözə soxmaq” istəyən, yüksək qiymət almaq üçün müxtəlif hiylələrə əl atanlar da olurdu. Belələri haqda Akif mənalı tərzdə “sifətlər” deyərdi. Bu, əslində elə “sifətsizlər” demək idi. 
Ucqar dağ rayonundan- Lerikdən o zamankı qaynar şəhər mühitinə düşmüş Akifi əhatəsində olduğu adamlara ilk mövbədə onun yüksək mədəniyyəti sevdirirdi. Akif hamı ilə dil tapan, həssas, zəhmətkeş, intellektual bir adamdı.
O, dərs əlaçısı idi.  İlk semestirdən tutmuş  ta son buraxılış imtahanlarına qədər bütün fənlərdən  aldığı qiymətlər yalnız “əla” idi. Arada bizim ümumi dostumuz Məhərrəm Balıyev ona zarafatla söz atardı: “Akif, arada bizim kimi bir “yaxşı” da al, sonra elə bilərlər ki, yalançı əlaçısan”.  Təəssüf ki, artıq Məhərrəm haqda da keçmiş zamanda danışmalı oluruq.
Akiflə adətən, ön sırada, arabir də orta sıralarda “neytral” bir partada  əyləşərdik.  Amma o, hərdən dalğın olar,  özünə qapılar, əlini çənəsinə dirəyib küncdəki partaların birində oturar, sanki “gözdən-könüldən” uzaqda durmaq istəyərdi. Lakin harada əyləşməyindən asılı olmayaraq o, auditoriyadakıların hamısının diqqətini  maqnit kimi özünə sarı çəkərdi.  Bu cazibə, bu “özünəçəkmə”  Akifin biliyi, məlumatı, sadəliyi, yuxarıda dediyim kimi, geniş erudisiyası ilə bağlı idi. O, bəzən müəllimlərin belə, cavab verə bilmədiyi sualları özünəməxsus bir təmkinlə “xırdalayır”, izah edirdi. Mənim bu əməksevər dostumun çox güclü yaddaşı, rəvan nitqi, məntiqi təfəkkürü vardı.
Biz sonuncu kursda oxuyanda qara bir xəbər gəldi. Sarsıldım. Atam Qədimalı müəllim məktəbdə, dərsarası fasilə zamanı müəllimlər otağında qəflətən vəfat etmişdi. Qış imtahan sessiyamız təzəcə başa çatmışdı.  Xəbəri eşidən kimi heç kəsə bir söz demədən yola düşdüm. Ağır anlarım, dərdli-qüssəli vaxtlarım idi. Sübh tezdən Qovlar stansiyasında qatardan düşüb Şınığa tərəf  yola düşən avtobusa mindim. Hər tərəfi qar basmışdı. Mən mərkəzi magistraldan öz evimizəcən olan uzun bir yolu piyada qət etdim.  Özümə yer tapa bilmirdim. Belə bir dərdli çağımda Akif qəfildən evimizdə peyda oldu. Mən təəccübləndim. Görəsən o, bu xəbəri haradan eşitmişdi? Akif  yaşına yaraşmayan bir təmkinlə, yəni əsl müdrik, dünyagörmüş, aqil, ahıl insanlar kimi mənə ürək-dirək və təsəlli verdi. Gecə sübhəcən Akiflə dərdləşdik. Gənclik xəyallarımızı bölüşdük. Gələcəkdə hər ikimiz elm ardinca getmək niyyətində idik. Elə bu cür də oldu.
Bizim evimiz İsalı kəndinin yuxarı hissəsində yerləşir. Buradan az qala Şınıxın bütün kəndləri görünür. Səhərisi günü artıq günəş çıxmışdı. Akif əlini gözünün üstə qoyub uzaqlara, sanki ağ-gümüşü qalaya çəkilmiş dağlara  nəzər salaraq dedi:
-Bir o qarlı dağlara bax. Sanki bizim Lerikin dağlarıdır. İlahi, dağlar da adamlar kimi bir-birinə necə oxşarmış...
Biz bir neçə gündən sonra o “qalaylanmış”  dağların ətəyi ilə burula-burula şəhərə baş alıb gedən yola çıxdıq və birlikdə Bakıya  qayıtdıq. Artıq son semestrin dərsləri başlamışdı. 
Akif təyinatla o zamankı Puşkin rayonuna (indiki Biləsuvar rayonuna)  getdi. Bir müddət orada müəllim işlədi. Qrup yoldaşımız Səadət xanımla ailə qurdu. Gözəl övladlar böyütdü. O, öz şəxsi-insani keyfiyyətləri ilə əslində elə anadangəlmə pedaqoq idi, müəllim idi. 
Sonralar Akif Bakıya gəldi, Təhsil Problemləri İnstitutunda, Təhsil Nazirliyinin jurnalında çalışdı. Dissertasiya müdafiə etdi, ciddi elmi əsərlər yazdı. Universitetlərdə dərs dedi.
Ötən əsrin 90-cı illərinin ortasında mən “Maarifçi” adlı qəzetin baş redaktoru idim. Akifə zəng vurub dedim:
-Bura bax, sən onsuz da anadangəlmə maarifçisən. Niyə bizim qəzet üçün yazmayasan?
Akifin yazıları tez-tez qəzet-jurnallarda dərc edilirdi. O, öz yazı üslubu, problemə yanaşma tərzi ilə də seçilirdi.
Onun qələmindən çıxan onlarla dərslik, dərs vəsaiti, metodik tövsiyə və proqramlar hələ uzun müddət öz aktuallığını qoruyub saxlayacaq. 

Akiflə tez-tez zəngləşər, məktublaşardıq. Son illər meydana gələn sosial şəbəkə isə bizim ünsiyyətimizin təzədən “bərpa edilməsində” əvəzsiz rol oynamışdı.
Dostum Akif Məmmədovun vaxtsız ölümü məni çox sarsıtdı.
         
P.S. Akif dostları-tanışları ilə bağlı maraqlı, məzəli məqamları ustalıqla danışır, bəzənsə qələmə alırdı. O, mənimlə əlaqədar bəzi “hadisələri” də öz yaddaşına yazmışdı. Sonralar həmin “yaddaş yazılarının” bir qismini mənə göndərmiş, hətta, bəzilərini dərc etdirmişdi. 
İndi mən vaxtilə Akifin qələmə aldığı, hazırda  əlimin altda olan həmin zarafatyana “əhvalatlardan”  bir-ikisini təqdim etmək istəyirəm:
Akif Məmmədov:

DOSTUM Firuz Mustafa HAQQINDA XATİRƏLƏRİMDƏN

“Yol əhvalatı

Yazıçı, filosof Firuz Mustafa ilə bir qrupda oxumuşuq, çox vaxt bir partada oturmuşuq. Məhərrəm adlı dostumuz da var idi, duzlu-məzəli zarafatları ilə tanınırdı (Allah rəhmət eləsin, dünyasını tez dəyişdi). Günümüz, demək olar ki, bir yerdə keçərdi. Bir dəfə dərsdən çıxıb, indiki Bülbül prospekti ilə üzüaşağı düşdük. 26-lar bağının (indiki Sahil) yanında ayrıldıq - Firuzla mən M. Axundov kitabxasına, Məhərrəm isə metroya tərəf.
Bir həftədən sonra Firuzu dekanlığıa çağırdılar. Qayıdanda çox pərt idi, həyəcandan qızarmışdı. Məsələnin mahiyyətini isə sonra Məhərrəm danışdı. Demək, bir həftə əvvəl bizdən ayrılıb metroya gedən Məhərrəmi yolu düz keçmədiyinə görə milis (indiki yol polisi) saxlayır. Kimliyini və harada oxuduğunu soruşur. O da Firuzun adını, soyadını, atasının adını deyir və canını qurtarır. Milis də qaydaya əməl etməyən bu sovet tələbəsini tənbeh etmək üçün hadisəni protokollaşdırıb oxuduğumuz ali məktəbə göndərir. Firuz elə dekanlıqdaca məsələnin nə yerdə olduğunu başa düşmüş, ancaq səsini çıxarmamışdı. Odur ki, Məhərrəmə çatanda: “Mirzə, (Zarafatla bir-birinə belə müraciət edirdilər. O vaxt müəllimlərimiz Feyzulla Qasımzadə və İmran Babayevdən, necə deyərlər, “kopyalamışdılar”) Allah sənə lənət eləsin, məni biabır elədin”, - dedi.
Firuz dekanlıqda baş verənləri, Məhərrəm də yol milisi ilə aralarında olan əhvalatı olduğu kimi danışdı. Hamımız gülüşdük. Arada isə heç bir inciklik olmadı”.

Daraq məsələsi

“Birinci kursda oxuyurduq. Əksəriyyətimiz kənd uşaqları idi, hər şeydən çəkinir, bütün hərəkətlərimizi yüz ölçüb-biçir, dərsdə səsimizi çıxarmırdıq və s. Ancaq Firuz hərəkətlərinin sərbəstliyi, dünyagörüşünün zənginliyi ilə bizdən seçilirdi. Bir dəfə başını ülgüclə daz qırxdırıb dərsə gəlmişdi. Adətən, qabaq partada oturardı. Bilmirəm, səs saldı, ya nə elədisə, müəllim əsəbiləşdi və Firuzdan yerini dəyişib arxa partaya keçməyi tələb elədi. O da dinməz-soyləməz arxadakı boş partalardan birində əyləşdi. Dərsdə gərgin vəziyyət yarandı, hamımız qorxmağa başladıq ki, onsuz da qan-qan deyən bu müəllim indi bizi dolaşdırıb hamımıza iki verəcək. Dərsin “şirin” yerində Firuzun gur səsi hamımızın diqqətini ona yönəlti. O, Məhərrəmə müraciətlə: 
- Mirzə, - dedi.
Məhərrəm də qeyri-ixtiyari cavab verdi:
- Can mirzə.
- Mirzə, o darağı tulla bəri, saçlarımı darayım.
Hamı, o cümlədən müəllim də Firuzun pəncərədən düşən işıqda par-parıldayan başına baxdı. Əvvəl özünü saxlaya bilməyən müəllimin, sonra da uşaqların qəhqəhəsi otağı bürüdü...”
**
 
Fəlsəfə dərsində

“Fəlsəfə”dən (“Marksiz-leninizm fəlsəfəsi”ndən) bizə mərhum Həmid Əfəndiyev dərs deyirdi. O, tanınmış filosof Asif Əfəndiyevin doğmaca əmisi idi. Son dərəcə tələbkar, sərt olan bu müəllimdən qiymət almaq çox müşgül məsələ idi. Qatı kommunist idi, Kommunist Partiyasına, Sovet dövlətinə fanatcasına vurğun idi. Bir dəfə Məhərrəmdən soruşdu ki, hardansan? Məhərrəm də cəsarət və qürurla: “Gəncədənəm!”, - dedi (O vaxt bu şəhər “Kirovabad” adlanırdı). Kişini od götürdü, hikkəli-hikkəli az qala bir saat S. M. Kirovdan, onun Azərbaycan üçün əvəzsiz xidmətlərindən, Kompartiyanın ana xəttindən danışdı və Məhərrəm kimiləri nankorluqda, qədirbilməzlikdə suçladı. Firuzla Məhərrəm yenə dinc durmur, arada müəllimə atmacalar atırdılar. Həmid müəllim əsəbiləşirdi. 
Nəhayət, qorxduğumuz an – fəlsəfə imtahanı gəlib çatdı. Yuxarı kursun uşaqları Həmid müəllim və onun imtahandakı “əzazilliyi” haqqında o qədər danışmışdılar ki, qorxumuz birə on artmışdı. Əvvəlcə mən bilet çəkdim. Onun bir xasiyyəti var idi: sualı verirdi və konkret, kəsə cavab istəyirdi. Deyəsən, məndə alındı, sual-cavabdan pis keçmədim, qiymət kitabçama “beş” yazdı. Hələ üstəlik icazə də verdi ki, oturub o biri uşaqların cavablarına qulaq asım.
Qrupumuzda Qərib adında bir oğlan vardı. Blet çəkib əyləşdi, nə isə cızma-qara elədi, ancaq cavab verə bilmədi. Həmid müəllim Qəribin qaralamalarına baxdı, başını buladı. Sonra yazılı cavab tələb etdi.  Qəribin cavab əvəzinə kağızda çəkdiyi əcaib şəkillərə görəndə isə kişi başını tutub qışqırdı: “Sən Kommunst Partiyasını ələ salırsan, ona karikatura çəkirsən? Dur çıx!”. “İki” yazdı və səhv eləmirəmsə, elə o “iki” ilə də Qərib institutdan qovuldu.
Açığı, Firuz fənlərin proqramı ilə o qədər də maraqlanmırdı, daha doğrusu, proqram çərçivəsinə sığmırdı. Geniş mütaliəsi var idi, çox vaxt proqramda olanları bir kənara qoyub, dünya ədəbiyyatından, fəlsəfə tarixindən... elə məsələləri öyrənərdi ki, onların çoxu heç proqramda olmurdu. 
Amma Həmid müəllimlə belə “zarafat” eləmək təhlükəli idi. Hər ehtimala qarşı ehtiyat tədbirləri görmək lazım idi. Müəllimlərimizdən biri gəlib elə imtahanın gedişi zamanı Firuzu “əzazil” müəllimimizə  tapşırdı. Həmid müəllim daha da  əsəbiləşdi. Firuz bilet çəkdi, elə oradaca biletin suallarına baxdı və: “Müəllim, olar cavab verim, tanış suallardır”, - dedi. Və çox gözəl də cavab verdi. O danışdıqca Həmid müəllimin təəccübü artırdı. Firuz qurtaran kimi Həmid Əfəndiyev: “Bəs sən “Fəlsəfə”ni bu cür yüksək səviyyədə bilirsən, utanmırsan, filan hörmətli adamı mənə xahişə göndərirsən?”, - dedi. Firuz dedi ki, o adamı mən göndərməmişəm özü gəlib, çünki sizin xasiyyətinizə bələddir.  Həmid müəllim qiymət kitabçasına “5” yazdı, ayağa durub, Firuzun əlini çıxaraq təbrik etdi. (“5” alanları bu cür yola salmaq onun adəti idi). Sonralar dostum Firuz elə fəlsəfəni bir ixtisas və tədqiqat sahəsi kimi seçdi, ölkəmizin tanınmış filosoflarından biri kimi tanındı.
**
Mən Akif Məmmədovla bağlı xatirələrimə onula yazışmalarımın kiçik bir parçasını da əlavə edirəm. “Epistolyar janrın”  bu kiçik nümunəsində Akif mənim bir tarixi dramım barədə söhbət açaraq yazır:
Акиф Меммедов: ”Hörmətli Firuz bəy, çiyninizi çox çətin və təbii ki, məsuliyyətli bir yükün altına vermisiniz. Pyesi diqqətlə bir də oxudum. Gəldiyim ilkin qənaət: Siz təkcə bədii yox, həm də elmi-tarixi-ədəbi faktlarla zəngin bir elmi əsər yazırsınız. Ədəbiyyatşünaslıqda "lize dram" deyilən bir janr var, bu dram əsərləri səhnəyə qoyulmaq üçün nəzərdə tutulmur, Cavidin "Peyğəmbər" dramı kimi. Mən inandım ki, əsəri yazanda Siz də o cür janrın tələbinə uyğun olaraq tamaşaçını qətiyyən nəzərə almamısınız. Yəni yaxşı eləmisiniz. İnanmıram ki, adi tamaşaçı oturub birnəfəsə bu əsərə tamaşa edə və bu qədər faktları həzm edə bilsin. Əsər tamaşaya qoyulsa, teatra yalnız intellektual səviyyəli adamlar gələcək, kütəvi tamaşa olmayacaq. Qardaşım, sən yaz. Amma nəzərə al ki, sən Azərbaycanın nisbətən az öyrənilən tarixini yazırsan! Tələbəlik dostumuz Heyran Yusifova demiş, "Bu cetin,mesuliyyetli, İlahi missiyanin altindan ugurla, sherefle qalxacagina eminem"

Mən Akifə belə bir cavab yazdım:
Фируз Мустафа: “Əzizim Акиф bəy. Doğrudur,  "lize dram"-qiraət (oxunmaq) üçün dramdır. Bunun ən parlaq nümunəsi Hötenin "Faust"u hesab olunur. Mən bu əsərdə qismən də olsa o dövrün (20-ci illərin) mənzərəsini yaratmaq istəyirəm. Əsərdə elmi-tarixi araşdırmalara da yer verilir. Həcmi geniş olacaq-təxminən üç yüz səhifə. Düz deyirsən, bu əsərdə bir neçə janrın "izi" hiss olunur. Elə əvvəldən nəzərdə tutmuşam ki, məhz bu cür olsun. Amma gələcəkdə bu əsəri həm də sırf dram əsəri kimi (səhnə üçün) işləmək istəyirəm. Yəni bəzi hallarda "dram içində dram" elementlərini qoruyub saxlayıram. Vaxt sərf edib oxuduğun və fikir dediyin üçün təşəkkür...”

İndi Akif bu dünyada yoxdur. O, əbədiyyət karvanına qoşulub. Amma mən öz əziz dostum Akif Məmmədovu daim ehtiramla xatırlayıram. Onun gülər çöhrəsi gözlərimin önündən bir canlı portret kimi asılıb.
Vaxt sürətlə keçir. Mənbəyi və mənsəbi bilinməyən zaman çayı sonsuzluğa doğru axır. 
Hərdən sıramızda olmayan dostları yada salarkən düşünürəm ki, bir tərəfdən bizi bir-birimizdən uzaqlaşdıran, aramızdan keçən  zaman çayı, o biri yandan bizi həm də bir-birimizə yaxınlaşdırır.

Firuz Mustafa

Pul üçün özünü ölü göstərdi, həyat yoldaşı həqiqət sanıb intihar etdi - FOTO
Rövşən Lənkəranskinin adamı atışma zamanı öldürüldü
Lütfi Zadənin dünya alimlərinə nümunə göstərdiyi professor – “Potensialımı dəyərləndirən yoxdur”
“Erməni Qarabağda Allahın haqqına təcavüz edib” - Ərdəbildə möhtəşəm Qarabağ tədbiri
“Heydər Əliyevlə gecə ikinin yarısınadək söhbət etdik”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Müsahibə
"Onların efirdəki sözlərinə baxanda adam qalır məəttəl ki, bunun alimi belə danışırsa..."
Hadisə
Ukrayna hüquq-mühafizə orqanları Qarabağ üçün nümunə göstərdi - İBRƏT DƏRSİ...
Cəmiyyət
Yüz azərbaycanlı yazarın əsərlərindən ibarət antologiya çapdan çıxdı
Gündəm
“18 oktyabr tariximizin qızıl səhifəsidir”
Gündəm
“ABŞ Ermənistana sanksiya tətbiq edərsə...”
Həftənin ən çox oxunanları
Cahangir Hacıyevin xanımı hər gün 2500 dollarlıq şərab içirmiş -Dünya belə pul xərcləyən qadın görməyib
Sərkisyan və Saakyan arvadları ilə Azərbaycan şəhərlərini gəzdi... -FOTOLAR
Paşinyan istefa verdi - Son dəqiqə
"Cavan oğlanı nə edirsən, pul xərcləməyəcək" - Rövşanədən müğənniyə
Dədə Şəmşirə uzanan yaman dil "kəsildi"...
"Tikintidəki özbaşınalığa Abid Şərifovla Hacıbala Abutalıbov cavab verməlidir"
İstanbulda küçəyə erməninin adı verildi
“Erməni-rus qruplaşması hansı halda Azərbaycanla döyüşə girə bilər?”- General cavab verir (Video)
Qarabağ qazisi Etimad Əsədov vəfat etdi
"Bunun üçün ölkə başçısına müraciət etmişəm, İqtisadiyyat Nazirliyi ilə söhbətimiz olub"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə