Akademikin aşağıladığı alimlər “Sözlüy”ü darmadağın etdi
Oxunub: 1887
21 Apr 2018 | 12:18
Akademikin aşağıladığı alimlər “Sözlüy”ü darmadağın etdi
Akademik Nizami Cəfərovun “Kim Tərcümə Mərkəzinin “Sözlüy”ünü “plagiat” sayırsa, çox böyük səhv edir" məqaləsinə və səsləndirdiyi ittihamlara AMEA Dilçilik İnstitutunun bir qrup alimi nəhayət ki, cavab verib.

Akademik, millət vəkili Nizami Cəfərov özünə və üslubuna xas olmayan bir kəskinliklə həmkarlarının iradlarına qarşı yazılan böyük məqaləsində Dilçilik İnstitutunun bu sahə ilə məşğul olan alimlərinin ünvanına aşağılayıcı ifadələr işlətməkdən də çəkinməmişdi (Ətraflı BURADA).

Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsi adından redaksiyamızın ünvanına göndərilən cavabı təqdim edirik:

2018-ci il aprelin 16-da Report agentliyində dərc edilmiş "Nizami Cəfərov: Kim Tərcümə Mərkəzinin “Sözlüy”ünü “plagiat” sayırsa, çox böyük səhv edir" məqaləsinə cavab olaraq AMEA Nəsimi adına Dilçilik İnstitutu Tətbiqi dilçilik şöbəsi adından bildirmək istəyirik ki, Tərcümə Mərkəzinin nəşr etdirdiyi "Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü" akademik nəşr olan "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin elektron variantı üzərində işlənildiyinə və bu zaman istifadə edilmiş mənbə göstərilmədiyinə görə müəllif hüquqlarını kobudcasına pozan bir nəşrdir.

Misal kimi göstərə bilərik ki, 2009-cu ildə çapdan çıxmış "Azərbaycanca-türkcə, türkcə-azərbaycanca lüğət"in tərtibatında Türk Dil Qurumunun imla kılavuzu əsas götürülərək, AMEA Nəsimi adına Dilçilik İnstitutunun "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən bəhrələnildiyi göstərilmişdir. Bu da müəlliflik hüququnun qorunmasına və etik normalara əməl olunmasına bariz nümunədir.

Bəli, “Sözlük” tərəfdarları üçün nə qədər ağır olsa da, akademik Kamal Abdullanın dediyi kimi, "Sözlük", həqiqətən, plagiatdır, o mənada ki, gərgin zəhmət çəkmədən, əziyyətsiz-filansız Dilçilik İnstitutunun əmlakının – “Orfoqrafiya lüğəti”nin elektron variantından götürülmüş sözlərin üzərində ixtisarlar aparılaraq düzəldilmişdir.

Lakin müəlliflik hüquqlarının pozulması bir yana dursun, gecə-gündüz işləyən, dizini qatlayıb müxtəlif bədii və elmi ədəbiyyatlardan, rəsmi sənədlər, dövri mətbuat və dərsliklərdən sitatlar və leksik vahidlər toplayaraq az qala fəhlə əziyyəti çəkən, öz səviyyəsinə yaraşdırmayaraq qeyri-etik yazılara cavab vermək istəməyən halal elm adamlarına bu cür haqsız və bir çox hallarda diletant hücumların əsl səbəbinin arxasında hansı maraqlar durur, görəsən?

Əvvəla, bildirmək istəyirik ki, akademik lüğətin təşəbbüskarı və 2004-cü il nəşrinin redaktoru olmuş mərhum A.Axundovun ideyası ondan ibarət idi ki, lüğət dildəki həm işlək, həm də işlək olmayan sözləri ehtiva etsin. Bunu dünya lüğətçiliyi də tələb edir. Şöbəmizin əməkdaşı f.ü.f.d. Xədicə Heydərova "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə hansı sözlər daxil edilməlidir?" adlı məqaləsində bu məsələnin elmi əsaslarını vermiş, müasir dövrdə qabaqcıl lüğətlər olan "Kollins lüğəti" (Collins Dictionary), "Meriam Vebster" (Merriam Webster), "İngilis dilinin Oksford lüğəti"nin (Oxford English Dictionary) saytlarında onların iş prinsiplərini araşdıraraq həmin əsərlərin redaktorlarının (Meri Onil, Piter Qilliver, Anqus Stivenson) ümumişlək olmayan sözlərlə bağlı fikirlərini, rus-sovet orfoqrafiya lüğətlərinin ön sözlərinin müddəalarını əks etdirmişdir. Bizimlə eyni mövqedə çıxış edən dünyaca məşhur elm adamlarını da Nizami Cəfərov "kəmsavad" hesab edir?

Hər il "Oksford" lüğətinə 1500-ə qədər yeni söz daxil edilir. Məgər onların hamısı işlək sözlərdir? Diqər tərəfdən, əgər bir adam işlək olmayan bir sözün yazılışını öyrənmək istəsə, hara müraciət etməlidir?! Dil axı təkcə işlək sözlərdən ibarət deyil!

Biz, elm adamları azərbaycançılığa, milli maraqlara, Prezidentimiz İlham Əliyevin 2012-ci il sərəncamına əsasən, dünya dilçilik elminin inkişaf meyilləri istiqamətində lüğətçiliyimizin inkişafına çalışmalı olduğumuz halda, niyə bunun əksinə gedilir və A.Axundovun sağlığında ona söz deməyə cəsarət edə bilməyənlər indi mərhum akademikin ideyalarına qarşı çıxaraq ruhuna hörmətsizliik edirlər? Ümumiyyətlə, istər flektiv, istərsə də aqlütinativ dillərdə ümumişlək olmayan sözlərlə bağlı hansı fərq ola bilər ki, morfoloji xüsusiyyət irad olaraq verilir? Fundamental akademik lüğətlə işlək sözlər sözlüyünün statusu, məqsəd və vəzifələri arasındakı fərqi görmək bu qədərmi çətindir?! Sual olunur: işlək olmayan sözləri axtaranlar onları hardan tapmalı və orfoqrafik normasını necə öyrənməlidirlər? Alınma sözlərin transliterasiyasını fizik, bioloq, cərrah, bəlkə təyyarəçi müəyyənləşdirməlidir?

Keçək "Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü"nün nöqsanlarına:

Araşdırmalarımız göstərir ki, “Sözlüyün” baş redaktorunun (akademik Nizami Cəfərovun) “Sözlüy”ün içində olanlardən xəbəri yoxdur, çünki əvvəldə verilən izahlar və “Lüğətə” tutulan iradlar "Sözlük"dəki sözlərlə ziddiyyət təşkil edir. Məsələn, baş redaktorun yazdığı ön sözdə "heç bir ehtiyac olmadan (AMEA-nın Lüğətinin – müəlliflər) söz yaradıcılığı hesabına yüklənməsi və ya süni şəkildə həcmcə genişləndirilməsi" iradı işlənsə də, “Sözlük”də "kitab" leksik vahidinin kitab, kitabaltı, kitabça, kitabçı, kitabçılıq, kitabə, kitabxana, kitabxanaçı, kitabxanaçı-biblioqraf, kitabxanaçılıq, kitabxanalararası, kitabxanaşünaslıq, kitabpərəst, kitabpərəstlik, kitabsevər, kitabsevərlik, kitabsız, kitabşünas, kitabşünaslıq derivativ inkişafını görmək mümkündür.

Baş redaktor Nizami Cəfərov tərəfindən yazılmış ön sözdə astroid sözünün, əslində, asteroid olduğu iddia edilir. Amma hörmətli akademik bilməlidi ki, bunlar tamam fərqli mənalar ifadə edən sözlərdir. Astroid riyazi termindir. Asteroidlər isə, xüsusilə, Günəş sistemi içərisində olan kiçik planetlərdir.

Baş redaktor yazır ki, dialektizmlər lüğətdə əks olunmamalıdır. Amma elə həmin "Sözlük"də kifayət qədər dialektizmlər tapmaq olar. Məsələn:

HALOVUŞ (iltihab) – Bu söz Şuşa dialektində halo:uş şəklində işlənir (Çivanımın halo:uşu artmışdı, dərman qoydum, deşildi). Azərbaycan dilinin dialektoloji lüğəti.

HAYIXMAQ (cummaq) – HAYIXMAX I (Qarakilsə) 1. hücum etmək 2. irəli cummaq, şığımaq. (Hayıxır ki, öldürə, qoymullar) HAYIXMAX II (Çənbərək) özündən çıxmaq. (Mürtüz hayıxıf, saymır heş kəsdiyi). Azərbaycan dilinin dialektoloji lüğəti.

URUB (çəki vahidi) – I (Cəlilabad, Kürdəmir, Oğuz) 1. 25 qramlıq çəki vahidi (Oğuz) 2. 100 qramlıq çəki vahidi (Cəlilabad, Kürdəmir). – Urubu qoy, az alacam (Kürdəmir) II (Quba, Xaçmaz) cem (turşu). – Urubi ərigdən, cirdən bişirəllər (Quba) III (Zaqatala) 0,06 hektar … Azərbaycan dilinin dialektoloji lüğəti.

YATA (suvarma üsulu) – Kənd təsərrüfatında müxtəlif suvarma üsulları vardır: şırım, püskürmə, damcılama, selləmə və s. Lakin lüğətdə göstərilmiş yata adlı suvarma üsulu mövcud deyil.

UYDUR – (Şəki) baramanın ipəyi alınandan sonra yerdə qalan çıxar hissə. (İpəyin alılar baramanın, qalır uydur). Azərbaycan dilinin dialektoloji lüğəti.

HƏRASAN (hövlnak) – (Lənkəran). (Yoxidən hərasan oyandım, heç kəs yox idi). Azərbaycan dilinin dialektoloji lüğəti.

"Sözlük"də hətta orfoqrafik səhvlərə də rast gəlmək mümkündür. Ukraynaca səhv olaraq ukraincə, ukraynalı (-lar) isə ukrain (-lər) variantında verilmişdir. 2004-cü il orfoqrafiya lüğəti, 2006-cı il "Azərbaycanca-rusca lüğət" və 2005-ci il "Rusca –azərbaycanca lüğət"lərə müraciət olunsaydı, belə bir kobud səhvə yol verilməzdi.

HANNİBAL – əslində, Hannibal yox, kannibal olmalıdır, Hannibal məşhur Karfaqen generalının və "Quzuların susması" filmindəki personajın adıdır.

HANNİBALİZM – anlayışı, ümumiyyətlə, yoxdur.

HAMBALBAŞI – işlək söz deyil, arxaikləşmiş sözdür. Qəbul edə bilmədiyiniz arxaik sözlərdən olan hambalbaşı leksik vahidini niyə "Sözlüy"ə daxil etmisiniz?

HASARÇA – nə deməkdir, yoxsa bu da Azərbaycan dilinin işlək sferasında işlək sözdür?

"Sözlük"də əks olunmuş dilimizdə işlək olmayan türkcə sözlər: uysal (üzüyola), uysallıq, uynumaq (uyuşmaq), unison (ahəngdar), uzuntu (başağrısı), urup (texn), usal (ağıllı) və s.

Bu tipli nöqsanlar "Sözlük"də kifayət qədərdir. Yeri gəldikcə, onları qruplaşdırıb oxucu diqqətinə təqdim edəcəyik. Diqqətə çatdırmaq istəyirik ki, Nizami Cəfərovun "bu kitabın təcrübəsindən yararlanın" çağırışına uyğun gəlməyən nöqsan dolu bir "Sözlük" bizə nümunə ola bilməz. Bundan sonra da bu cür kitablar çıxaran müəlliflərin elmə zidd fikirləri tərəfimizdən qətiyyətlə təkzib olunacaq və elmi cəhətdən cavabı veriləcəkdir.

Elmi polemika etik normalar çərçivəsində, diçiliyimizə xidmət edərək, ümumi amallar uğrunda həyata keçirilməlidir. Əlbəttə, bizim işimiz də qüsursuz deyil. Nöqsansız iş yoxdur. Lakin gəlin bir-birimizə hörmət edək və bu nöqsanları dilçiliyimizin inkişafı naminə mədəni şəkildə aradan qaldıraq!(kult.az)
Oxşar xəbərlər
15:52, Bu gün
Bakının pozduğu ssenarilər – Qərbə ümid edən “şamsız” yatar, Azərbaycana - yox!
15:47, Bu gün
Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm” - FOTO + ÖZƏL
15:42, Bu gün
İlham Əliyevin yeni qələbəsi - ŞƏRH
15:36, Bu gün
Azərbaycan və Ermənistan vasitəçi olmadan razılaşdı - Sülh müqaviləsi və Zəngəzur dəhlizinə gedən yol qısaldı
15:30, Bu gün
"Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var"
15:26, Bu gün
Cavanşir Məmmədovun cənazə namazı qılınır - YENİLƏNİR + FOTO/CANLI YAYIM
15:25, Bu gün
Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdir”
15:20, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:15, Bu gün
Sabiq türkiyəli diplomat: "Ay erməni xalqı, bu fürsətdən sən də yararlan..."
15:14, Bu gün
Kahalarda cəmi 18 gün gizlənə bilmişdilər... - Başlıbel faciəsinin şahidləri ilə Başlıbeldə - REPORTAJ
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:54, Bu gün
Bakıda növbəti ümumşəhər iməcliyi keçirildi - FOTO
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
GÜNLÜK
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA