Təməli dahi öndər Heydər Əliyev tərəfindən qoyulan Dövlət Sərhəd Xidməti dinamik inkişafa nail olmuş və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində dövlət sərhədinin etibarlı mühafizəsini təşkil etməyə qadir olan böyük bir quruma çevrilmişdir.
Bu gün Dövlət Sərhəd Xidmətində gənclərin Vətənə, tariximizə, mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması, onlarda sərhədçi peşəsinə marağın artırılması istiqamətində mühüm işlər görülür.
Vətənpərvərliyi ilə bizim hamımız üçün böyük örnək olan Ümummilli Lider haqlı qeyd edirdi ki,"Hər bir vətəndaş vətənpərvər olmalıdır. Əgər öz Vətənini, torpağını, xalğını sevməsən, öz xalqının mənəvi dəyərlərinə sadiq olmasan, sübhəsiz ki, dünyada başqa dəyərləri də qiymətləndirə bilməzsən".
Məhz buna görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ,Təhsil, Gənclər və İdman Nazirliklərinin birgə təsdiqlədikləri fəaliyyət palanına uyğun olaraq, Dövlət Sərhəd Xidməti Sahil mühafizəsi tərəfindən Bakı şəhəri üzrə seçilmiş ümumtəhsil məktəbləri arasında "Sərhədçi" hərbi idman oyunları keçirilir. Keçirilən "Sərhədçi" hərbi idman oyunlarının əsas məqsədi gənc nəsli Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə etmək, sağlam və gümrah gənclər yetişdirmək, onlarda sərhədçi peşəsinə marağı artırmaqdır.
"Sərhədçi" hərbi idman oyunları 3 tur üzrə keçirilir:
1.Sərhədyanı rayonların sərhədyanı kəndlərində yerləşən orta məktəblər üzrə (təyin olunmuş ərazilərdə)
2.Sərhədyanı zonalar üzrə (sərhəd dəstələrində)
3.Final (xüsusi düşərgələrdə)
Oyunlar sərhədyanı kənd orta məktəblərinin 10- cu sinf şagirdləri arasında keçirilir.Hər komanda tərkibinə 5 nəfər oğlan (1 nəfər kapitan ,4 nəfər üzv) iştirak edir.Komandalar hər turda yarışın vaxt normativlərinə uyğun olaraq 8 mərhələsi üzrə öz qüvvələrini sınayırlar.
Yarışın mərhələləri aşadakılardan ibarətdir:
1.Sıra hazırlığı
2.Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkil
3.Avtomatın sökülüb və yığılması.
4.Sərhəd pozucusunun yaxalanması və onun təxliyyəsi
5.Tüfəngdən hədəfə atəş açılması
6.Maskalanma
7.Yaralanmış sərhəd naryadının üzvünə ilk tibbi yardımın göstərilməsi və onun təxliyyəsi
8.Ləpirçilik
Birinci tur ilk olaraq Xəzər rayonu ərazisində seçilmiş ümutəhsil mətəbləri arasında 230 nömrəli tam orta məktəbin ərazisində keçirilmişdir. Keçirilən "Sərhədçi " hərbi idman oyununda Dövlət Sərhəd Xidmənin Sahil Mühafizəsinin zabitləri yarışdan əlavə şagirdlərə professional bilik və bacarıqlarını nümayiş etdirmişlər. Sahil mühafizəsinin zabitləri ümumtəhsil məktəblərinin şagirdlərinə Hərbi Vətənpərvərlik tərbiyəsinin təbliğində Dövlət Sərhəd Xidmətinin çox böyük və vacib rolunun olmasını, məktəblilərin kiçik yaşlarından sərhədçilərin köməkçilərinə çevrilmələrinin və gələcəkdə Dövlət Sərhəd Xidmətində hərbi xidmət keçmək üçün indidən fiziki cəhətdən hazır olmalarının vacibliyi vurğulamışlar.
Sonda bu mühüm yarışların keçirilməsi və təşkilinə görə Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə, başda Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.İnanırıq ki, bundan sonra da Dövlət Sərhəd Xidməti həmişə olduğu kimi vətənpərvərliyin təbliği işində əlindən gələni əsirgəməyəcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin,Təlimə Dəstək Mərkəzinin əməkdaşı
ehtiyatda olan polkovnik-leytenant Mürsəl Qurbanov