Xəbər lenti
20/08/2018 [00:35]:
Əfqanıstan prezidenti “Taliban”la atəşkəs elan etdi
20/08/2018 [00:09]:
Elmar Qasımov Avropa açıq çempionatının qalibi olub
20/08/2018 [00:07]:
Melanya Trampa qonşu olmaq istəyirsinizmi? - Bu mümkündür, azərbaycanlılar üçün də...(FOTOLAR)
19/08/2018 [23:23]:
“Tibbi optika haqqında” qanun layihəsi parlamentdə müzakirəyə çıxarılır
19/08/2018 [23:05]:
“Neftçi” çempionatın lideri oldu
19/08/2018 [22:51]:
Hansı yaşda əks cins maraqlı olur? - Necə ola bilər ki, belə bir qadın sizin üçün cəlbedici olmasın?”
19/08/2018 [22:05]:
Türkiyə-Bolqarıstan sərhədində 18 kilometrlik növbə yarandı
19/08/2018 [21:57]:
İranın müdafiə naziri: "Azərbaycanla əlaqələr səmimiyyət üzərində qurulub"
19/08/2018 [21:52]:
Ağstafada yol qəzası baş verib, xəsarət alanlar var
19/08/2018 [21:50]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ZEYNALABDİN MARAĞALI
19/08/2018 [21:20]:
Qazaxda yanacaqdoldurma məntəqəsinin açılışı oldu -FOTOLAR
19/08/2018 [21:11]:
Ermənilərin Azərbaycanda yeni çoxmərtəbəli binalar tikdiyi bəlli oldu... - VİDEO
19/08/2018 [20:46]:
Türkiyə yeni helikopterini təqdim etdi – FOTO
19/08/2018 [20:41]:
Suriyalı qardaşlar 7 il sonra Həcc ziyarətində qarşılaşdılar - VİDEO
19/08/2018 [20:41]:
20 min avroya günəş enerjisi ilə çalışan avtomobil istehsal olundu - FOTOLAR
19/08/2018 [20:36]:
Deputat: "Beyinlərin yuyulmasına ehtiyac var"
19/08/2018 [19:59]:
Millət vəkili Makedoniya türklərinin və Koreyadan Türk Dünyasının ziyalıları ilə görüşdü
19/08/2018 [19:58]:
Azərbaycanda benzinin qiyməti qalxdı - Son qiymət
19/08/2018 [18:34]:
Avropada nikah institutu dağılır və ölür - Maraqlı Statistika
19/08/2018 [17:48]:
Saatlı sakini özünü odlu silahla vuraraq intihar etdi
19/08/2018 [17:40]:
Möhtəşəm ixtira: Artıq sizi aldada bilməyəcəklər
19/08/2018 [17:35]:
Azərbaycanın ilk Xalq şairi Mirvarid Dilbazi - Qadınlar arasında
19/08/2018 [17:31]:
Lütfi Zadənin qəbirüstü abidəsi bu tarixdə tam hazır olacaq – “Son işlər gedir”
19/08/2018 [17:27]:
Şimali Koreya icazə verdi: "Yoxlayın"
19/08/2018 [17:23]:
Daha bir ölkədən Türkiyəyə dəstək...
19/08/2018 [17:19]:
Putin görün nazirə nələr hədiyyə etdi - Video
19/08/2018 [17:17]:
“Fotolarında istəyirdim ki, üzüyü də düşsün...” - Maestro Niyazinin fotoqrafı...
19/08/2018 [17:16]:
Putini yenə toya çağırdılar? – Kremldən açıqlama
19/08/2018 [17:14]:
Yadplanetlilər Azərbaycanın sirrini açdılar - Ilk insanlar bura gətirilib...
19/08/2018 [17:06]:
Türkiyə zəvvarları Mədinədə Peyğəmbər(s) kimi qarşılandı - GÖZLƏNİLMƏZ...+VİDEO
19/08/2018 [17:01]:
23-qat olimpiya çempionu: "Güclü depressiyaya düşdüm"
19/08/2018 [16:59]:
"Qaranlıq keçmişə dönüş etməkdənsə, işıqlı gələcəyə irəliləməyə çalışmaq lazımdır"
19/08/2018 [16:26]:
Həftənin ilk iş gününə olan hava proqnozu açıqlandı
19/08/2018 [16:17]:
“Rəşad hücumun birinci halqasıdır” - Boretsdən Sadıqova dəstək
19/08/2018 [16:11]:
ABŞ-da konsertdə konstruksiya aşdı - 14 yaralı var
19/08/2018 [16:08]:
Yeni albomuna 1 milyon xərclədi
19/08/2018 [16:03]:
19 avqust Beynəlxalq Humanitar Yardım Günüdür
19/08/2018 [16:00]:
Dəmirçi-Lahıc yolu bağlandı
19/08/2018 [15:40]:
Lukaşenko: “Belarus heç vaxt Rusiyanın bir hissəsi olmayacaq”
19/08/2018 [15:34]:
Alkoqollu və enerjili kokteyllərin zərəri açıqlandı: Akvarium balıqları üzərində eksperiment...
19/08/2018 [15:22]:
ABŞ-da Trampın şəklinin yerinə Putinin portretini qoydular
19/08/2018 [14:38]:
Səməd Seyidov: “Bu sənəd Qarabağ məsələsinin həllinə ciddi təsir göstərəcək”
19/08/2018 [14:37]:
Erməni ekspertlər: "Qızışan siyasi mübarizə Ermənistanın məhvinə səbəb olacaq"
19/08/2018 [14:35]:
Gəncədə şəhid olan polislərin 40 mərasimi keçirilib - FOTOLAR
19/08/2018 [14:29]:
Türkiyədə zəlzələ baş verdi
19/08/2018 [14:27]:
Xətalarımla, günahlarımla, savablarımla, müsbətlərimlə...bu, mənəm...
19/08/2018 [14:19]:
Yığdıqları pulu bölən dilənçilər kadra düşdülər - VİDEO
19/08/2018 [14:11]:
"Xalqımızın mövqeyi Rusiyaya bəlli olsa da, şimal ayısı tutduğunu buraxmaq istəmir"
19/08/2018 [14:01]:
Rövşən Lənkəranskinin qardaşı Şeyx Həmzətlə görüşdü - FOTO
19/08/2018 [13:03]:
"Biriləri sosial şəbəkədə Rəsulzadəni və Elçibəyi fahişələrə məxsus üslubda təhqir edirsə..."
19/08/2018 [12:55]:
"Ermənistanda kim Qarabağda güzəştə getmək istəsə, Dəmirçiyanın aqibətini yaşayacaq"
19/08/2018 [11:52]:
Ayseldən çimərlik geyimində cəsarətli FOTOLAR
19/08/2018 [11:43]:
Bir xəstəxananın 16 tibb bacısı eyni vaxtda hamilə oldu - FOTO/VİDEO
19/08/2018 [11:34]:
Bakıda avtobusda yaşlı qadınla gənc qız arasında əlbəyaxa dava - VİDEO
19/08/2018 [11:15]:
Dünyanın ən ecazkar şəhəri - Vyana Melburnu, Osakanı, Kalqarini geridə qoydu...
19/08/2018 [10:53]:
QKÇP qiyamından 27 il keçdi
19/08/2018 [10:27]:
Lənkəran sakini sinəsinə dəryaz batması nəticəsində ölüb
19/08/2018 [10:21]:
“Sərkisyanın anası günlərlə prezident iqamətgahı önündə qaldı, Köçəryan onu qəbul etmədi”
19/08/2018 [10:18]:
"Təhsili korrupsiyadan qurtarmaq üşün alverçiləri oradan uzaqlaşdırmaq lazımdır"
19/08/2018 [10:18]:
Aktrisadan adına çıxılan yataq görüntüsü xəbərinə üsyan: "Tüpürüm sifətinizə!”
19/08/2018 [10:17]:
Ronaldu “Yuventus”da ilk oyununda rəqibin burnunu sındırdı
19/08/2018 [10:09]:
Messi İspaniya çempionatında 6000-ci qolun müəllifi olub - VİDEO
19/08/2018 [10:06]:
Kələm xərçəngi necə əngəlləyir? - Alimlərdən xəbərdarlıq
19/08/2018 [10:00]:
İranda ölkəyə gələn xarici turistlərin pasportlarına möhür vurulmayacaq
19/08/2018 [09:58]:
Zaqatalada qara pomidor yetişdirildi - VİDEO
19/08/2018 [09:37]:
Qiyamət necə başlayacaq?
19/08/2018 [09:22]:
Toylarında Sezen Aksu oxuyacaq
19/08/2018 [09:03]:
Səfir: "Azərbaycan və Çin birgə müəssisələr yarada bilərlər"
19/08/2018 [08:57]:
İranda ölkəyə gələn xarici turistlərin pasportlarına möhür vurulmayacaq
19/08/2018 [08:50]:
Ərdoğan Türkiyə tarixində ən böyük layihədən danışdı
19/08/2018 [08:49]:
Son 6 ayda babasını və əmilərini itirən tələbə dənizdə boğuldu - FOTO
19/08/2018 [08:45]:
Bankların girovu olan mənzillər satışa çıxarılıb - QİYMƏTLƏR
19/08/2018 [08:44]:
Azərbaycan cüdoçusu Minskdə bürünc medal qazandı
19/08/2018 [08:43]:
“KQB” zabiti Azərbaycan səmasında “uçan boşqabdan” danışdı
19/08/2018 [08:38]:
Azərbaycan nefti yenidən 73 dolları ötdü
19/08/2018 [00:34]:
Avstriyalı nazirin toyundan - Fotolar + Video
19/08/2018 [00:18]:
Müşfiqin aldadılaraq repressiya edilən qohumuna verilən ağır işgəncələr- Dəhşətli əzablar və illər
19/08/2018 [00:17]:
Qurban bayramında heyvan kəsimi bu ünvanlarda olacaq - Siyahı
18/08/2018 [23:32]:
İlham Əliyev Ərdoğanı təbrik etdi
18/08/2018 [23:28]:
Sadə üsulla damarları təmizləyib, inanılmaz rahatlıq yaşayın - Bir çox xəstəliklərdən qurtulun...
Bütün arxiv bir sırada
23/04/2018 [10:25] - Gündəm - ( 1265 dəfə baxılıb)

Ermənistanda ikinci “24 aprel” kabusu –Vətəndaş müharibəsi başlayırmı...



Ermənistanda baş nazir Serj Sərkisyanın timsalında Qarabağ klanının əbədi hakimiyyət planlarına qarşı etirazlar 11-ci günə keçib. Nümayişlər, vətəndaş itaətsizliyi paytaxt İrəvanla yanaşı, artıq bütün ölkəni bürüyüb və getdikcə daha mütəşəkkil şəkil almaqdadır. Etiraz hərəkatının lideri, “Vətəndaş Müqaviləsi” partiyasının rəhbəri, qərbyönlü siyasətçi kimi tanınan deputat Nikol Paşinyan aprelin 24-nü - (“qondarma” soyqırımın növbəti ildönüm günü) etiraz hərəkatı üçün pik nöqtə elan edib. Yəni, faktiki, hakim rejimə ultimatum verib.

İrəvandakı mitinqdə Paşinyan həmçinin, hakimiyyətin dialoq təklifini rədd edərək, onunla yalnız istefanın şərtlərini müzakirə edə biləcəklərini, Serj Sərkisyanın hakimiyyəti itirdiyini bildirib. Paşinyanın elan elədiyi “Yol xəritəsi”nin birinci bəndi də elə S.Sərkisyanın istefası barədədir. Sərksiyan isə vəziyyətdən çıxmaq üçün “Qarabağ kartı”nı ortaya ataraq, xalqı, müxalifəti təhdid edib. Guya o, hakimiyyətdən getsə, Qarabağ da gedəcək.

*****

Dünən, aprelin 22-də - etirazların 10-cu günü İrəvandakı “Mariott” otelində Serj Sərkisyanla Nikol Paşinyan arasında jurnalistlərin iştirakı ilə ilk görüş baş tutub. Görüş cəmi bir neçə dəqiqə çəkib və gözlənildiyi kimi, nəticəsiz bitib. Paşinyan əsas tələbi baş nazirin diqqətinə çatdıran kimi Sərkisyan buna aqressiv reaksiya verib və onu, etirazçıları 2008-ci il 1 mart qırğını ilə hədələyib.

“Bu, sadəcə, ultimatum, dövləti və qanuni hökuməti şantaj eləməkdir. Siz öz məsuliyyətinizin dərəcəsini anlamırsız. Siz 1 mart hadisələrindən dərs götürməmisiz. Əgər bu tonda danışacaqsızsa, mənə yalnız sizə məsləhət vermək qalır: qanuni müstəviyə, bütövlükdə məntiqi hərəkətlərin sərhədinə qayıdın. Əks halda bütün məsuliyyət sizin üstünüzdə qalacaq”, - deyə o, ayağa duraraq, narazı şəkildə görüş yerini tərk edib.

Paşinyan isə jurnalistlərə açıqlamasında S.Sərkisyanı ölkədəki situasiyadan yaxşı baş açmamaqda, məsuliyyət hissini tamamilə itirməkdə, qeyri-adekvat davranışda ittiham edib və xalqı saat 19:00-da (dünən - red.) bu dəfə daha böyük izdihamla İrəvanın mərkəzi meydanına toplaşmağa çağırıb.

Göründüyü kimi, qarşıdurma sürətlə öz finalına doğru gedir. Odur ki, hadisələrin dramatik axarda inkişafını da gözləmək lazım gəlir. Ayrı sözlə, nümayişçilərə qarşı güc tətbiqi, canlı itkilər, ermənilər üçün ikinci “1 mart” və ya “24 aprel” sindromu istisna deyil.

Hələliksə hakim rejim, onun güc strukturları etirazçı kütləyə münasibətdə maksimum dözümlü olmağa çalışır. Bu da ilk baxışda təəccüblü görünür. Hər halda, 10 il öncə - 2008-ci il martın 1-də analoji vəziyyətdə Serj Sərkisyan prezident postunu qorumaq üçün cəmi 1-2 gün dözmüş, sonra da etirazçı kütləni gülləbaran etmək əmri vermişdi. Nəticədə 8 nümayişçi öldürülmüşdü...

Sərkisyanın öz xalqına qarşı qəddarlığı bəllidir. Budəfəki nisbi dözümlülüyün səbəbi də çətin ki, Sərksiyanın “humanistliyi” ilə bağlı olsun. Səbəb ən əvvəl ötən 10 ilin bəzi dərsləri ilə bağlıdır. Məsələ ondadır ki, əgər 10 il öncə, prezidentliyin ilk müddətinə qanla başlayan Serj Sərkisyan müəyyən mənada ermənilər üçün “bağlı boğça” idisə, indi o, Azərbaycanla “4 günlük” aprel savaşını uduzan, ölkəni daha ağır sosial-iqtisadi duruma və səfalətə, daha böyük kütləvi köçə tuş edən biri kimi qəbul olunur. Yəni budəfəki güc tətbiqinin nəticələri, xüsusən də nümayişçilərdən bir neçəsinin qətli Serj və onun mafioz klanına qat-qat baha otura bilər.

Başqa yandan, bu cur sonluq Sərkisyan rejiminin özü haqda Qərbdə son illər yaratmağa çalışdığı “tolerant rəhbər” imicinə, “demokratik imicə”, ən əsası, “iki stul”da oturmaq siyasətinə ciddi zərbə olardı. Aydındır ki, Rusiyadan fərqli olaraq, Qərb Ermənistanla əlaqələrdə universal dəyərlərə üstünlük verir. Avropa Birliyi ilə ötən ilin noyabrında imzalanmış və üzv ölkələr tərəfindən hələ ki, ratifikasiya edilməmiş tərəfdaşlıq sazişində də bu tələb qırmızı xəttlə keçir və yalnız onun reallaşması qarşısında Ermənistana hansısa iqtisadi köməklik vəd olunur.

İqtisadi amil isə hakimiyyət üçün heç vaxt olmadığı qədər həyati əhəmiyyət kəsb edir, rejimin mövcudluğunun iki əsas şərtindən biri sayılır (birinci şərt - təhlükəsizlik və siyasi dəstək amili Rusiya ilə bağlıdır). Yəni əslində Sərksiyan rejimi, Qarabağ klanı hazırda məhz girovu olduğu “iki stul”da oturmaq siyasətinin altını çəkir. 

Üçüncü - köməkçi səbəb də var. İş ondadır ki, hazırda Ermənistan hökuməti “Minilliyin çağırışı” proqramı çərçivəsində ABŞ-dan da maliyyə yardımı qoparmağa ümid edir. Bu məqsədlə bir neçə gün qabaq baş nazirin müavini təyin edilmiş Vaçe Qabrielyan nümayişlərin getdiyi krtik günlərdə Vaşinqtonda danışıqlar aparır. ABŞ Dövlət Departamenti, Konqres, Dünya Bankı, donorlarla görüşlər keçirir. Faktiki, gələcək hökumət üçün pul axtarır. Amma belə görünür, dəstək və kreditləri donorlar dinc nümayişçilərə qarşı güc tətbiq olunmaması ilə əlaqələndirirlər.

Belə ki, Qabrielyanın sözlərinə görə, həmin görüşlərin iştirakçıları Ermənistandakı etirazların dinc xarakterli olmasını yüksək qiymətləndiriblər. “Onlar deyirlər ki, proseslər dinc xarakterli olmalıdır, hər iki tərəfdən məhdudiyyətlər olmamalı, həmçinin zorakılıq tətbiq edilməməlidir. Qeyd edirlər ki, hökumət, xüsusən də polis yüksək dərəcədə peşəkarlıq göstərir”, - deyə o əlavə edib.

*****

Təbii ki, Rusiya da prosesləri diqqətlə izləyir, proseslərə öncəliklə Qərbin planları, pulları, o sırada “məxməri inqilab” kontekstində baxır və “düymə”yə də məhz o zaman basacaq ki, Qərb amili, onun altdan-altdan dəstəklədiyi müxalif qüvvələr “qırmızı xətti” keçsin, Ermənistanda “Gürcüstan ssenarisi” təhlükəsi real olsun.

Kremlin etirazlara müdaxiləsi isə əlbəttə ki, Sərkisyan rejiminin əli ilə ediləcək. Hətta ehtimala görə, yerli polis nümayişçilərlə loyal olsa, bu işi Rusiyanın Ermənistanda, Gümrü hərbi bazası nəzdində təzəcə formalaşdırmağa başladığı xüsusi təyinatlı polis qüvvələrinin köməyi ilə edəcək.

Bu xüsusda Kremlin “danışan dilləri”ndən olan politoloq Aleksandr Duqinin 1 in.am saytına hədə və xəbərdarlıq xarakterli açıqlaması təsadüfi sayıla bilməz (Axar.az). Duqin deyib: “Putindən və indiki Rusiya hakimiyyətindən Ermənistandakı vəziyyətə müdaxilə tələb eləmək gülməlidir. Rusiya və onun hökuməti Ermənistana formal prinsip əsasında münasibət göstərir. Putin Sərkisyanla danışmağa adət edib və o, Putini qane edir. Məhz buna görə də rus lider Sərkisyanı dəstəkləyir. Yerdə qalanlar isə oyundan kənardırlar. Sərkisyana münasibət sizin daxili işinizdir, amma əgər bu qarşıdurmada Rusiyaya qarşı münasibət pozulsa, bu, ilk növbədə ermənilərin özü üçün pis olacaq. Biz belə hadisələrin digər postsovet məkanı ölkələrində necə bitdiyinin şahidi olmuşuq. Rusiyanın müttəfiqi olan ermənilərin heç bir çıxış yolu yoxdur. Putin Sərkisyanı ona görə dəstəkləyir ki, Sərkisyan onun üçün Ermənistanın özüdür. Əgər rejim dəyişikliyi Rusiya ilə münasibətləri qoruyub saxlayacaqsa, bu, Ermənistanın daxili işidir. Ən vacibi xarici güclərin manipulyasiyasından qaçmaqdır. Bu, hər kəs üçün - ermənilər, rusiyalılar və regionun stabilliyi üçün vacibdir. Əks halda manipulyasiya rejim dəyişikliyi ilə bitməyəcək. Bu, dövləti dağıdacaq”.

Bu, əslində Ermənistana, xüsusilə qərbyönlü müxalifətə ünvanlı açıq hədə, xəbərdarlıqdır.

*****

Baş verənlərlə bağlı Lragir.am nəşrində getmiş şərh də diqqət çəkir. “Yeni Müsavat”ın məlumatına görə, şərhdə deyilir: “Bu iki faktor - ABŞ-dan maliyyə dəstəyi və Avropa Birliyi ilə saziş məsələsi Ermənistan iqtidarı üçün hazırda ən güclü çəkindirici faktorlardır. Əgər indiki hakimiyyətin başının altından müstəsna olaraq Qərbin təmin elədiyi maliyyə ”yastığını" götürsək, hakimiyyət özünün sosial və büdcə öhdəliklərini yerinə yetirə bilməyəcək. Bu isə o deməkdir ki, vətəndaş etirazlarına sosial etirazlar da əlavə olunacaq. Ermənistan hakimiyyəti özünün “komplementar” (oxu: “iki stul”da oturmaq - “YM”) siyasətinin girovuna çevrilib: Rusiya ilə siyasi-hərbi ittifaq və Qərblə maliyyə köməyinə, kreditlər almağa imkan verən anlaşmalar".

Müəllifə görə, Rusiya ilə hərbi-siyasi ittifaq uzun illər hakim qüvvəyə xalqa qarşı zorakılıq eləmək və hakimiyyəti mənimsəmək imkanı veribsə, hazırda görünür “maliyyə” yastığı daha böyük əhəmiyyət daşımağa başlayıb. “Yaranmış situasiyada Serj Sərkisyan hansı yola üstünlük verəcək? O, Nikol Paşinyanı dialoqa çağırıb. Ancaq onun özü də başa düşür ki, ”girovluqdan" qurtulmağın ən legitim üsulu istefa və hakimiyyəti legitim qaydada, zorakılıqsız təhvil verməkdir" - məqalədə deyilir.

P.S. Qəzet çapa gedərkən xəbər gəldi ki, İrəvanda polis müxalifətin dinc aksiyalarına müdaxilə etməyə başlayıb. Aksiyalara rəhbərlik edən Nikol Paşinyan saxlanılıb. Paşinyanın saxlanması zamanı xüsusi vasitələr tətbiq olunub. Ardında aksiyalara başçılıq edən Mikaelyan da daxil 200-dən çox nümayişçi saxlanılıb. Lakin az sonra Paşinyan Facebook səhifəsindən xalqı küçələrə çıxmağa, polisi isə xalqın tərəfinə keçməyə, “ölməkdə olan rejimin məsuliyyətinə şərik olmamağa” çağırıb, üç deputat saxlansa da, təşəbbüs qrupunun vəziyyətə nəzarət etdiyini bildirib. Respublika Meydanında yenidən S.Sərkisyana “istefa!” tələbi ilə mitinq başlayıb. Ermənistanda vəziyyət gərgin və qeyri-müəyyən olaraq qalırdı...(musavat.com)

Azərbaycanda benzinin qiyməti qalxdı - Son qiymət
Putin görün nazirə nələr hədiyyə etdi - Video
Xətalarımla, günahlarımla, savablarımla, müsbətlərimlə...bu, mənəm...
Kələm xərçəngi necə əngəlləyir? - Alimlərdən xəbərdarlıq
"Qeyri - adi insanla hər görüş unudulmaz xatirəyə çevrilir..." - FOTO
İdrak Liseyi - Keyfiyyətli təhsil
Nabranda ailəvi istirahət üçün kotec tipli kirayə evlər. Ətraflı məlumat üçün əlaqə nömrələri:

050 311 11 64, 055 681 11 64

N.Tusi adına Klinika
Dünya
Hansı yaşda əks cins maraqlı olur? - Necə ola bilər ki, belə bir qadın sizin üçün cəlbedici olmasın?”
Dünya
Avropada nikah institutu dağılır və ölür - Maraqlı Statistika
Mədəniyyət
“Fotolarında istəyirdim ki, üzüyü də düşsün...” - Maestro Niyazinin fotoqrafı...
Siyasət
"Qaranlıq keçmişə dönüş etməkdənsə, işıqlı gələcəyə irəliləməyə çalışmaq lazımdır"
Cəmiyyət
Dünyanın ən ecazkar şəhəri - Vyana Melburnu, Osakanı, Kalqarini geridə qoydu...
Həftənin ən çox oxunanları
Ərdoğan Trampa QALİB GƏLDİ: dollar sürətlə düşür
Şagirdlər kütləvi şəkildə dəfn olundular – Faciənin fotosu
Bakıda "moyka"da biabırçılıq: qızı lüt soyundurub maşın yuduzdurdular – VİDEO
“İstanbul təslim olarsa, nə Bakı qalar, nə Astana, nə Daşkənd, nə Aşqabad...” -Fikir savaşı
“Böyükdən kiçiyə qədər onlara tüpürmüşəm...” - Xalq artisti televiziya rəhbərlərini sərt qınadı...
Avtobus sürücüsü salonda unudulmuş 852 mini sahiblərinə qaytardı - İBRƏTAMİZ
“Extibar, Extibar, ŞTO TAKOYE “BAMBILI”?..”
"Səhv etmirəmsə, Şeyxülİslam Allahşükür Paşazadə də Baqramyanla bərabər gəlmişdi"
Hadi Rəcəbli barəsində yazanlara xəbərdarlıq etdi: “Bu qədər şərəfsiz hərəkət etmək olmaz”
FHN generalının otellər şəbəkəsi üzə çıxdı - FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə