İrəvan və Ermənistanın digər iri şəhərlərində baş verən etirazlar Qarabağda yerləşən erməni hərbi hissələrinin geri çağırıla biləcəyi, onların etirazların yatırılması prosesinə cəlb olunmasının mümkünlüyü ilə bağlı ehtimallara yol açıb. Hətta artıq bəzi hərbi hissələrin İrəıvana doğru yol aldığı ilə bağlı informasiyalar mövcuddur.
Moderator.az-a açıqlama verən hərbi eklspert Azad İsazadə bu ehtimalın kifayət qədər real olduğunu vurğulamaqla yanaşı, baş verəcək bu addımın ermənilərin Qarabağdakı mövqelərini zəiflədəciyini də qeyd etdi:
“Xatırladım ki, vaxtiylə Ermənistan rəhbərliyi Qarabağdakı hərbi hissələri götürüb İrəvana gətirmək və öz xalqına qarşı istifadə etməyə məcbur olmuşdu. Əgər etirazlar güclənsə, o zaman Sərkisyan rejimi yenə də bu cür adım ata bilər. Yəni bu ssenari də istisna olunmur. Çox güman ki, vəziyyət bir qədər də ağırlaşsa, rəsmi İrəvan bu addımı təkrarlayacaq. Və təbii ki, Qarabağdakı hərbi hissələrin Ermənistan ərazisinə gətirilməsi, düşmənin oradakı mövqelərinin zəifləməsinə gətirib çxıardacaq”.
Seymur Əliyev