Ermənistanda baş verən etirazlar bütün dünyada olduğu kimi, Azərbaycanda da diqqətlə izlənməkdədir. Bəzi siyasilər hesab edir ki, Ermənistanda demokratik qüvvələrin hakimiyyətə gəlməsi Qarabağ probleminin həllinə “yaşıl işıq” yandıra bilər.
Doğrudanmı, demokratik Ermənnistanla Qarabağ məsələsində anlaşmaq anti-demokratik Ermənistanla anlaşmaqdan daha asan olacaq?
Moderator.az-a açıqlama verən politoloq Fikrət Sadıqov bu məsələdə bir sıra amillərin hökmən nəzərə alınması gərəkdiyini qeyd edib:
“Ermənistanda rejim dəyişikliyi olacağı təqdirə, yeni reimin demokratik, yoxsa eyri-demokratik yolla gedəcəyi hələ bəlli deyil. Onlar nələri özlərinə prioritet seçəcək – bu, bizə məlum deyil. Müxalifətin lideri Paşinyanın nə dərcədə demokratik düşüncəyə malik olduğu bəlli deyil. Bəli, o, Qarabağ klanına qarşı çıxan siyasətçidir. Bunlar faktiki olaraq Qarabağ klanını devirdilər.
Təbii, burada müsbət amillər də mövcuddur. Paşinyan vaxtilə Levon Ter-Petrosyanla yaxın münasibətlərə malik olub. Petrosyan isə demokratik düşüncəli bir şəxs idi və o, vaxtiylə problemin mərhələli şəkildə həlinə razılıq da vermişdi. Bu səbəbdən də onu devidilər. Əgər Paşinyan baş nazir olsa, bunu daha güclü şəkildə etsə, nəyəsə nail olsa, o zaman problemin həllində müəyyən canlanma yaşana bilər.
Bir reallıq da var ki, ermənilərin həm demokratları, həm qeyri-demokratlarının strateji məqsəd və düşüncələri eynidir. Onların hamısı “Böyük Ermənistan” xülyasındadırlar. Bu məsələdə onların arasına böyük bir fərq yoxdur. Ikincisi, ola bilsin ki, yeni hakimiyyət hansısa taktiki addımlar atsın. Çünki Ermənistanın izolyasiyadan qurtulması, iqtsiadi baxımdan inkişafı üçün Qarabağ probleminin həlli vacibdir. Əgər Ermnistandakı yeni hakimiyyət bunu dərk etsə, o zaman müəyyən taktiki addımların atılması reallaşa bilər”.
Seymur Əliyev