Xəbər lenti
19/10/2018 [00:38]:
"Həyatda qalmağıma və yaşamağıma görə şəxsən Sizə borcluyam" - MÜRACİƏT...
19/10/2018 [00:18]:
Rusiyanın nüvə silahı obyektləri “dirilir”
19/10/2018 [00:01]:
Rüfət Aslanlının "göyün yeddinci qatı"nda 6 milyon dollarlıq "stadion"u tapıldı...
18/10/2018 [23:45]:
Dövlət Gömrük Komitəsinin Akademiyasında "Dövlət Müstəqilliyi günü" qeyd edildi
18/10/2018 [23:17]:
Avropa İttifaqı Səudiyyə Ərəbistanını hədələyib
18/10/2018 [23:16]:
"Bu, artıq böhran yox, bizim ən böyük faciəmizdir..."
18/10/2018 [23:11]:
Badamdarda uçqunların sayı artıb - YENİLƏNİB
18/10/2018 [23:09]:
FIDE eyni şəxsin iki dəfədən artıq prezident seçilməsinə qadağa qoyub
18/10/2018 [23:03]:
Qərargah: Badamdar sürüşmə ərazisində aktivlik dinamikası dəyişməz olaraq qalır
18/10/2018 [22:42]:
SOCAR rəhbərliyi STAR-da çalışan gənc azərbaycanlılarla görüşüb
18/10/2018 [22:41]:
Tramp daha bir ölkəni hədələdi
18/10/2018 [22:37]:
Aİİ 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününü qeyd etdi
18/10/2018 [22:13]:
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
18/10/2018 [22:05]:
PSJ Neymarın qiymətini açıqladı
18/10/2018 [22:04]:
Rusiyada təyyarə qəzaya uğradı
18/10/2018 [21:16]:
İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı
18/10/2018 [21:13]:
“Öz mahnılarıma qulaq asa bilmirəm” - Əməkdar artist
18/10/2018 [21:07]:
Müstəqillik əleyhinə olan deputatlar 18 oktyabr sessiyasından sonra Mütəllibova nə deyiblər?
18/10/2018 [20:58]:
Bu ölkə 81 nəfəri edam etmək üçün cəllad axtarır: nazirlik elan verdi...
18/10/2018 [20:50]:
İlham Mirzəyev: "İlhamə pişiyinə qoyduğu hörməti Orxana etmirdi"
18/10/2018 [20:40]:
Azərbaycanın varlı xanımları – Onları siz də tanıyın!
18/10/2018 [20:03]:
Putindən təhlükə xəbərdarlığı: "Hərbi əməliyyatlara başladıq"
18/10/2018 [19:23]:
Donald Tramp: "Meksika qaçqın axınının qarşısını almasa, sərhədə qoşun yeridəcəyəm"
18/10/2018 [19:21]:
"Bəzən qiymətli saat da dil açıb danışır..." - Rüfət Aslanlının zamanını dolduran səbəblər... - FOTOLAR, VİDEO
18/10/2018 [19:12]:
Putin: "Biz təcavüz qurbanları kimi cənnətə düşəcəyik"
18/10/2018 [18:43]:
Azərbaycanda beş min eşşək hara yoxa çıxıb?
18/10/2018 [18:43]:
UNEC-də Dövlət Müstəqilliyinə həsr olunmuş iclas keçirildi
18/10/2018 [18:39]:
ADNSU-da 18 oktyabr - Dövlət Müstəqilliyi Günü qeyd olundu
18/10/2018 [18:38]:
Nazir: "İlin sonunadək şəhid ailələrinin 50 faizinə yaxınına birdəfəlik ödəmə veriləcək"
18/10/2018 [18:37]:
Azərbaycanın Baş naziri İtaliya Senatının sədri ilə görüşüb
18/10/2018 [18:36]:
Cavid Qurbanov Moskvada medalla təltif olundu - FOTOLAR
18/10/2018 [18:35]:
Moskvada 10 yaşlı azərbaycanlı qız faciəvi şəkildə ölüb
18/10/2018 [18:31]:
Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşdü - FOTOLAR
18/10/2018 [18:27]:
Badamdarda sürüşmə zonasında yeni çatlar əmələ gəldi
18/10/2018 [18:25]:
“Qarabağ cəbhəsində Sərkisyan-Koçaryan qüvvələri təxribatları dərinləşdirəcək”
18/10/2018 [18:23]:
Tanınmış foto-muxbir vəfat etdi -FOTOLAR
18/10/2018 [18:20]:
Türkiyənin tanınmış siyasətçisi: ”Qarabağın işğalı başa çatmadıqca...”
18/10/2018 [18:13]:
MTN generallarının məhkəməsində şərti cəza alanlar azadlığa buraxıldı
18/10/2018 [18:07]:
Elektrikli avtomobil ilk dəfə sərgiyə çıxarıldı -FOTOLAR
18/10/2018 [18:06]:
Polşada yaşayan Azərbaycanlılar üçün qaynar xətt yaradıldı
18/10/2018 [18:04]:
“Fuad Muradovun bizə maddi və mənəvi dəstəyi çox oldu"
18/10/2018 [18:00]:
“Azərsığorta” şəhid vərəsələrinin birdəfəlik ödənişlə bağlı narazılığına CAVAB VERDİ
18/10/2018 [17:52]:
Putin Trampla münasibətləri HAQDA
18/10/2018 [17:46]:
"İşğalçı ölkə Qarabağdan diqqətləri yayındıraraq Naxçıvan istiqamətinə yönəltməyə çalışır"
18/10/2018 [17:13]:
Qənirə Paşayeva "IV Qardaşlıq Mədəniyyəti" adlı tədbirində iştirak etdi
18/10/2018 [17:13]:
Azərbaycanın sabiq məmurunun kürəkəninin güllələnmə anı - VİDEO
18/10/2018 [17:10]:
“Türkiyə artıq əvvəlki deyil və olmayacaq” - ekspert
18/10/2018 [17:08]:
Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti tədbiri dini-tarixi abidələrə həsr olundu
18/10/2018 [17:04]:
Gömrük orqanları arasında işgüzar dialoq ikitərəfli əlaqələrin inkişafına töhfə verir
18/10/2018 [17:01]:
Azərbaycanda beş min eşşək hara yoxa çıxıb?
18/10/2018 [16:58]:
Siqaretlə şəkli yayılan azərbaycanlı futbolçu: " Bu, dörd il əvvəl olub"
18/10/2018 [16:51]:
Oqtay Əsədov İtaliya Senatının sədrini qəbul edib
18/10/2018 [16:48]:
Nemət Pənahlı həbsdə qaldı
18/10/2018 [16:47]:
“Lotu Quli”nin Türkiyədə yaşaması üçün heç bir əngəl qalmadı
18/10/2018 [16:45]:
Zakir Həsənov hərbi sərgidə -FOTOLAR
18/10/2018 [16:41]:
Qondarma Kosovo dövləti öz ordusunu yaradır - Parlament təsdiqlədi
18/10/2018 [16:40]:
Gəncədə daha bir şəxs vəzifəsindən getdi
18/10/2018 [16:39]:
Qəzalı vəziyyətə düşmüş ağaclara aqrotexniki qulluq göstərilib
18/10/2018 [16:37]:
Bakının ən təhlükəli sürüşmə əraziləri açıqlandı - SİYAHI
18/10/2018 [16:35]:
Tarixi yurdumuz İrəvan necə “Ermənistan” oldu?! – Analitik yazı
18/10/2018 [16:31]:
AQTA: Azərbaycana gətirilən bəzi məhsullar geri qaytarılıb
18/10/2018 [16:24]:
Novruz Məmmədov iki şöbə müdirini işdən çıxardı
18/10/2018 [16:23]:
İki sığorta şirkətinin lisenziyası ləğv edildi
18/10/2018 [16:21]:
Cəsur MTN əməliyyatçısı, mübariz döyüşçü Oqtay Əliyev kimdir?
18/10/2018 [15:21]:
Kəlbəcərdə mehmanxana biznesi kursları başlandı...- Qanunsuz sakinlər üçün
18/10/2018 [15:17]:
Bakıda qadını liftdə bıçaqlayan şəxs ölkədən necə qaçıb? - VİDEO
18/10/2018 [15:10]:
Filmlərdə tütün məhsullarının açıq şəkildə təbliği qadağan olunur
18/10/2018 [15:01]:
“Tarix göstərdi ki, biz Ehtiramı seçməklə düzgün etmişik...”- Xalq artisti...
18/10/2018 [14:55]:
Milli Məclisin ən çox maaş alan deputatları - Kim nə qədər alır? - SİYAHI
18/10/2018 [14:49]:
Kanadalı öz dəfnindən sonra evə döndü - FOTO
18/10/2018 [14:49]:
Pult üstündə qardaşını öldürənə 17 il həbs verildi
18/10/2018 [14:17]:
Səməd Vurğun adına Mərkəzi Kitabxanada Müstəqillik Günü ilə bağlı möhtəşəm tədbir
18/10/2018 [13:56]:
"Əgər ərindən ayrılıb müğənni olubsansa, valideynin səni evdən qovub müğənni olmusansa..."
18/10/2018 [13:53]:
AMİP-dən Müstəqillik Günü təbriki: "Ruhu azad olan bir milləti heç kəs köləlikdə saxlaya bilməz"
18/10/2018 [13:48]:
“Acınacaqlıdır ki, müstəqillik uğrunda can qoyanların heç biri lazımi qiymətini almayıb”
18/10/2018 [13:31]:
“AccessBank” “UNEC Business Conversation Club” layihəsini ənənəyə çevirdi
18/10/2018 [13:30]:
Şəbnəm özünü fotoşopla arıqladırmış -FOTOLAR
18/10/2018 [13:14]:
Koçaryan siyasətə qayıtdı - Yeni partiya yaradır
18/10/2018 [13:13]:
Şeyx Əbdül Hacıbala Abutalıbovla barışdı - DÜNYANIN SƏKKİZİNCİ MÖCÜZƏSİ...
18/10/2018 [13:10]:
Akademikdən maaşının artmasına münasibət – “Maddi ehtiyaclarım var idi, ona görə də... ”
Bütün arxiv bir sırada
25/04/2018 [12:52] - Köşə - ( 13009 dəfə baxılıb)

Niyə hücuma keçmirik?.. – Kimdən qorxuruq?..

Sultan Laçın

Onsuz da hər  gün azı, 10-15, hər il 4-5 min torpaq dərdli qaçqın vərəmləyib, təsadüfi gülləyə, qəzaya tuş gəlib  dünyadan köçür...

Bu sual 3-cü onillikdir ki,  Azərbaycanı sevən hər kəsi, xüsusən işğal altındakı yurdlarımızın əsl sahiblərini – o torpaqlardan didərginləri düşündürür...

***

Dünən daşnak ermənilər müstəqil(!) Azərbaycanın hüquqi ərazisində - işğal altındakı Xankəndinin mərkəzində Azərbaycan və Türkiyənin bayraqlarına nümayişkaranə şəkildə od vurdular, onları tapdaladılar...

*** 

Bir müstəqil(!) dövlət üçün bundan böyük təhqir ola bilərmi? Sənin öz torpağında, öz şəhərində dövlət bayrağını, qardaş dövlətin bayrağıyla birgə yandırıb-tapdayırlar... Bayraq şərəfdir, namusdur, qeyrətdir...

*** 

Daha nəyi gözləyirik? Sabah eyni hərəkətin Gəncədə, Bərdədə, Tərtərdə, Yevlaxda, bir az sonra da Bakıda təkrarlanmasınımı?..

***   

Bir dövlətin yalnız bayrağının yandırılması kifayətdir ki, bu hərəkəti təşkil və icra edənlərə qarşı qəti cəza tədbirləri görsün...

*** 

Sabah Allah eləməmiş, biri Bakının mərkəzində üçrəngli bayrağımızı yandırsa, tapdalasa, ona qarşı nə edəcəyik? Əlbəttə ki, yerin deşiyində də olsa, tapıb həbs edib müvafiq maddə ilə cəzalandıracağıq. Bəs həmin adam məhkəmədə sual versə ki, 27 ildir, Xankəndində bayrağımızı yandırıb-tapdayanları niyə həbs etmirsiz? Onda nə cavab verəcəyik?.. Deyəcəyik ki, qorxuruq, Xankəndinə, öz torpağımıza girə bilmirik?..

*** 

Məgər hücuma keçmək üçün, köhnə kişilər demiş, girəvə deyil? Sərkisyan devrilib... Moskva başını itirib, onun Qarabağdakı separatçı oyuncağı Bako Saakyan ora-bura vurnuxur... İrəvanda həm iqtidar, həm müxalifətlə tələsik görüşlər keçirir... Rusiyanın başı o tərəfdən də ABŞ-ın təzyiqlərinə, iqtisadi durumuna, Suriyaya qarışıb...

***

Özü də birbaşa hərbi hücumdan söhbət getmir... Bütün müstəvilərdə: siyasi, ictimai-siyasi, diplomatik və s. qəti hücum gərəkdir... 
 
***

...Qarabağın yağılardan azad edilməsi məsələsi haqda düşünəndə daim bir fakt ağlıma gəlir: işğal altındakı torpaqlarımızda doğulmuş, o yurdlarda yaşamış, o yerlərin gözəlliyini bilavasitə görmüş neçə soydaşımız, vətəndaşımız həyatdadır... Hamımız yaxşı bilirik ki, bu insanların sayı gündən-günə, aydan-aya, ildən-ilə azalır...

*** 

2018-ci ilin martına olan rəsmi statistik məlumatlardan belə nəticəyə gəlmək olur ki,  Azərbaycanda hər gün orta hesabla 156 insan dünyasını dəyişir. Əhalinin təxminən onda birinin  doğma dədə-baba torpağından didərgin düşənlər olduğunu nəzərə alsaq, deməli, gündə, ən azı, 10-15 Qarabağ köçkünü, yaxud Qərbi Azərbaycan(“Ermənistan”) qaçqını  doğma torpaq, yurd, ocaq həsrəti ilə,  ürəklərində 20-30 ildir BMT-yə, ATƏT-ə, müstəqil(!) dövlətimizə bəslədikləri ümid, gözlərindəki sonsuz həsrət və yanğıyla  torpağa gömülürlər...

*** 

Artıq heç bir qüvvə: nə fövqəldövlət ABŞ, nə BMT, nə ATƏT, nə AŞ, nə də öz dövlətimiz torpaqsız, Qarabağsız ölən həmin insanları geri qaytarmaq gücündə deyil... Artıq o insanların bu dünyada xəbəri olmayacaq Qarabağ azad edildi, onun oğlu-qızı, nəvə-nəticəsi o yurdlara qayıda bildi-bilmədi... Və nadir istisnalarla, onlardan geridə qalan oğul-qız, nəvə-nəticə o insanlar qədər Qarabağı, Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, Zəngəzuru, Göyçəni sevməyəcək, o yurdlara qayıtmağa çalışmayacaq... 

***

...İşğal altındakı torpaqlardan gəlmiş elə nəsillər var ki, onlardan bir ata, bir oğul qalıb. Ata  1-ci Qarabağ savaşında şəhid olub, yaxud atəşkəs dövründə torpaq dərdi çəkməkdən vərəmləyib dünyadan köçüb, oğul da əsgər gedib ermənilərlə üzbəüz səngərdə  bircə anda snayper gülləsinə tuş gəlib şəhid olub. Vəssəlam, o nəsil bitdi...  Artıq  sabah  torpaqlar azad olunsa belə, Qarabağda, Zəngəzurda, Göyçədə həmin nəslin nümayəndəsi olmayacaq... Axı, bu, xalqın genofondudur... Bunu düşünən varmı?.. Qarabağın, Zəngəzurun, Göyçənin azərbaycanlı, müsəlman genofondu, soykökü ildən-ilə bitir, məhv olur...

*** 

Digər bir məsələ... Bəli, Aprel döyüşləri zamanı xalqda görünməmiş ruh yüksəkliyi yaranmışdı. On minlərlə gənc,  orta yaşlı, hətta qoca, qadın və yeniyetmə düşmənin üzərinə gedib şəhid olmağa hazır vəziyyətə gəlmişdi... Amma hücum əməliyyatının dayandırılması psixoloji ümid sarsıntısına səbəb oldu. Və yenidən hər şey əvvəlki məcrasına döndü... Yaşlılar ümidlərini itirərək bir-bir ya zəlzələdən-ya vəlvələdən dünyadan köçür, cavanlar isə Amerika, Avropa mədəniyyətsizliyininn təsiri altında kosmopolitləşməkdə, liberallaşmaqda, potensiallarını lazımsız istiqamətlərdə xərcləməyə davam edirlər... Artıq dinini, adını dəyişib xaricə köçən neçə-neçə ali təhsilli, intellektli, amma dinsiz-imansız Azərbaycan gənci peyda olmaqdadır... 

***

Bütün bunları bilə-bilə niyə xalqı, dövləti bir yumruq kimi səfərbər edib hücuma keçmirik? Kimdən və nədən qorxuruq?..

*** 

Bəziləri xalqın gözünü itkilərlə qorxudur. Deyirlər ki, ay aman, cavanlar qırılacaq, on minlərlə itki verəcəyik... Bu, qorxaqların məntiqidir. Bu düşüncə ilə, bu məntiqlə bir gün ayılacağıq ki, bizi nəinki Kürdən, Xəzərdən də o taya qovublar. Heç dənizdən keçməyə gəmi, qayıq da tapmayacağıq, batacağıq...

*** 

İkincisi də, onsuz da qırılırıq da... Cavanlarımız da, özümüz də... Torpaq dərdindən hər il minlərlə insan vərəmləyib dünyadan köçür... Gənclərimiz, say-seçmə igid oğullarımız, “atəşkəs” uğrunda səngərlərdə bəzən gerçək atışmada, bəzən də təsadüfi erməni  gülləsininin güdazına  gedirlər... 

*** 

İmam Hüseyn(s) demiş, zillətlə yaşamaqdandısa, şərəfli ölüm yaxşıdır... Xəstə yatağında çürüyüb ölməkdən, cavanları təsadüfi gülləyə qurban verməkdəndirsə, birdəfəlik səfərbər olub hücuma keçmək doğru deyilmi?..

*** 

Qayıdaq bayaqkı statistikaya... 2017-ci ildə ölkədə 57109 ölüm halı qeydə alınıb. Əvvəlki illərdə əhalinin sayının az olduğunu nəzərə alıb 1994-cü ildən bəri, yəni 24 ildə hər il orta hesabla 45 min  vətəndaşın vəfat etdiyini nəzərə alsaq... Bunların da təxminən 10 faizini qaçqınlar təşkil edir. Məlum olur ki, hər il orta hesabla 4500 nəfər torpağını itirmiş azərbaycanlı dünyasını dəyişir... Bu da atəşkəsdən bəri keçən 24 il ərzində 110 mindən çox  qaçqın-köçkün deməkdir. Düzgün təhlillər aparılsa, məlum olar ki, ölən qaçqınların azı 30 faizi, yəni 30 mindən çoxu təbii ölümlə deyil, köçdükləri yerlərə fizioloji-psixoloji baxımdan uyğunlaşmamaqdan, torpaq dərdindən, təsadüfi güllədən, avtomobil qəzasından-filandan həlak olub... Axı Qarabağdakı orta ömür həddi də yüksək olub... 

***

Bəs 1-ci Qarabağ savaşında neçə insanımız həlak olub? Təxm. 20-30 min nəfər... Onu da nəzərə alaq ki, o dövrdə müstəqil dövlətin yenicə formalaşması, təzəcə yaranan ordunun vahid komandanlığı olmaması, intizamsızlıq, özbaşınalıq, silah-sursat çatışmazlığı və s. səbəblərdən itkilər çox olub. Amma indi, şükür Allaha, deyirik ki, ordumuz Güney Qafqazda ən güclü ordudur... Vahid komandanlıq, peşəkar general və zabitlər,  müasir silah-sursat və texnikamız var... Yəni, müharibəni qısa müddətdə və minimal itki ilə başa vurmaq şanslarımız çoxdur...  

 *** 

Hücuma keçməkdən ehtiyat etməyimizin bir səbəbi də Rusiya və Qərbin hərbi-siyasi təzyiqləri hesab olunur. Bu təhlükələri önləməyin ən optimal yolu dövləti, xalqı tam səfərbər edib birgə, bütöv gücü ortalığa qoymaqdır... Həmişə dediyimiz kimi, kirpi kirpiliyi ilə ayını, pələngi görəndə tikanlarını qabardıb necə dəyanətlə dayanırsa, tikanları ayaqlarına batan yırtıcılar özlərindən dəfələrlə kiçik bu heyvana məğlub olub qaçırlar...

*** 

Bizim dövlət başçısına, rəhbərliyə məsləhət vermək həddimiz, səlahiyyətimiz yoxdur... Amma biz də vətəndaşıq, insanıq, torpağımızı, yurdumuzu, əzizlərimizi, dədə-babalarımızın məzarlarını, illərlə qirub-tikdiyimiz isti ocaqlarımızı, gözəl dağlarımızı, yaylaqlarımızı, havamızı, suyumuzu itirmişik...İçimiz yanır... Söz demək, fikir söyləmək, torpağımızı tələb etmək haqqımız var...

***

Qarabağ Azadlıq Təşkilatı mayın 12-də Qarabağ mitinqi təyin edib. Həmin mitinqə dövlət səviyyəsində dəstək verilsin, yüz minləri toplayaq Azadlıq meydanına, beynəlxalq təşkilatların, BMT-nin, ATƏT-in –filanın, ABŞ, Rusiya, Fransa səfirliklərin qarşısına... 1988-ci ildə Topxanada bir armud ağacının kəsilməsi hayına niyə 1 milyonadək insan yığışdı meydana... O güc vasitəsilə SSRİ boyda imperiya yıxıldı... Bu, həmin xalqdı. O qədər dəyişməyib... Bunu Aprel savaşı da göstərdi... 

*** 

O gün Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri, hörmətli Mədət müəllim də dedi ki, Azərbaycanda heç bir daxili təhlükə yoxdur...Yəni Qarabağ separatçılarından savayı... Lap yaxşı... Daxildən-özümüzdən arxayınıq.  Qarabağdakı təhlükəni də aradan qaldırmaq üçün xalq: əsasən orta yaşlılar, qadınlar, tələbələr beynəlxalq güclərdən Ermənistana təzyiq etmələri tələbilə meydanlara yığışır... 20-dən -60-dək ön cəbhədə vuruşmağa, arxa cəbhədə yardım etməyə gücü çatan kişilər də, qadınlar da hamısı səfərbər olub hazır vəziyyətdə dayanır... Günlərlə, lazım olsa, aylarla meydanlardan çəkilmirik... Konkret vaxt qoyuruq... Həmin müddətdə beynəlxalq  güclər Ermənistana təzyiq edib qoşunlarını torpaqlarımızdan çıxarmağa məcbir etməyəcəyi halda öncə daxili qoşunlar təmas xəttinə yığışıb separatçı rejimə  silahı yerə qoymaq haqda ultimatum  verir. Təslim olmayacaqları, Ermənistanın da sərhəddən yeni qüvvələr göndərəcəyi təqdirdə Milli Ordunun, artilleriya və aviasiyanın da dəstəyi ilə bütün istiqamətlərdən Xankəndi- Şuşa istiqamətində planlı şəkildə və qəti hücuma keçirik...  Sonrası diplomatiyamızın və hərbi komandanlığın işidir...

*** 

Kimdən qorxuruq? Qorxa-qorxa ömür boyu gözü qıpıq qalıb olan-qalan torpaqlarımızı da itirəcəyik... İnanın ki, Qərb, ABŞ da bizim qara qaşımıza-gözümüzə yox, “qara qızıl”ımıza, sərvətlərimizə aşiqdir... Neft-qaz qurtaran kimi bütün Qafqazı öncə xristianlaşdırmaq,  sonra da tamam dinsizləşdirmək, satanistləşdirmək məqsədi ilə ermənilərə Bakını da götürməyə şərait yaradarlar...

***

Qorxuya qalanda ən böyük qorxumuz Allahdan, onun qarşısındakı günahlarımızdan olmalıdır... Görəsən, torpaqları azad etməyə məsul olan şəxslərimiz Qiyamət günü dünyasını  Qarabağsız dəyişmiş qaçqınların “Torpaqlarımızı niyə azad etmədiniz” sualına necə cavab verəcəklər? Deyəcəklər ki, ölməkdən qorxduq, ABŞ-dan, Rusiyadan qorxduq...

*** 

Torpaqlarımız atəş içində ikən biz öz canımızın, nəfsimizin, hakimiyyətimizin hayında ola bilmərik. Hər birimiz üzərimizə düşəni, əlimizdən gələni gərəyincə yapmalı, içimizdə də, çölümüzdə də şər olan nə varsa, hamısına qarşı qəti hücuma keçməliyik...

Azərbaycanın varlı xanımları – Onları siz də tanıyın!
Akademikdən maaşının artmasına münasibət – “Maddi ehtiyaclarım var idi, ona görə də... ”
“Xalqıma müraciət edərək demək istəyirəm ki...” - Xalq artisti...
"Aytən Vip Decor" fəaliyyətə başladı... - FOTOLAR
“Bəzi deputatlar Azərbaycanın müstəqilliyinə səs vermədilər” - “İstiqlalçı deputat"
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Elektrikli avtomobil ilk dəfə sərgiyə çıxarıldı -FOTOLAR
Cəmiyyət
“Tarix göstərdi ki, biz Ehtiramı seçməklə düzgün etmişik...”- Xalq artisti...
Cəmiyyət
“Acınacaqlıdır ki, müstəqillik uğrunda can qoyanların heç biri lazımi qiymətini almayıb”
Gündəm
"Torpaqlarımızı axırıncı metrinə qədər azad edib Azərbaycan dövlətçiliyini bərpa etsəydik..."
Müsahibə
"Onların efirdəki sözlərinə baxanda adam qalır məəttəl ki, bunun alimi belə danışırsa..."
Həftənin ən çox oxunanları
Sərkisyan və Saakyan arvadları ilə Azərbaycan şəhərlərini gəzdi... -FOTOLAR
Paşinyan istefa verdi - Son dəqiqə
"Cavan oğlanı nə edirsən, pul xərcləməyəcək" - Rövşanədən müğənniyə
Dədə Şəmşirə uzanan yaman dil "kəsildi"...
Ermənilər Tərtərdəki futbol stadionunu Avropa çempionatına hazırlayır - FOTOLAR
İstanbulda küçəyə erməninin adı verildi
“Erməni-rus qruplaşması hansı halda Azərbaycanla döyüşə girə bilər?”- General cavab verir (Video)
Qarabağ qazisi Etimad Əsədov vəfat etdi
"Bunun üçün ölkə başçısına müraciət etmişəm, İqtisadiyyat Nazirliyi ilə söhbətimiz olub"
Qaşıqçının konsulluqda öldürülməsi sübut olundu - Təcili
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə