Xəbər lenti
26/09/2018 [01:20]:
Nəsib Nəbioğlunun kitabının təqdimat mərasimi keçiriləcək
26/09/2018 [00:54]:
Ankarada Camal Mustafayevin xatirəsinə möhtəşəm tədbir keçirildi - FOTOLAR
26/09/2018 [00:08]:
Messi ilk dəfə Ronalduya səs verdi
25/09/2018 [23:53]:
Ərdoğan Trampın çıxışı zamanı zalı tərk etməyib - YENİLƏNİB
25/09/2018 [23:25]:
Tacikistanda sünnət qadağası...
25/09/2018 [23:04]:
Ermənistanın XİN başçısı Nyu-Yorkda ATƏT MQ-nin həmsədrləri ilə görüşüb
25/09/2018 [22:23]:
Ərdoğan Trampla ayaqüstü görüşdü - FOTO
25/09/2018 [22:15]:
Azərbaycanlı nazirin qızı da nazir təyin edildi
25/09/2018 [21:54]:
"Bu terror İranda daxili etnik zəmində münaqişələrin yaranmasına təkan verməkdir"
25/09/2018 [21:43]:
“Məşədi İbadın məşhur “Tarixi Nadir”in əlyazmasının üz qabığı - TARİXİ FOTO
25/09/2018 [21:33]:
Əfsanəvi pambıqçı yenə də iş başında - FOTOLAR
25/09/2018 [21:24]:
"Türkiyə qaçqınlara 32 milyard dollar xərcləyib"
25/09/2018 [21:12]:
“Azər-İlmə” Xalçaçılıq Mərkəzi ilə tanışlıq ali qonaqda xoş təəssürat yaratdı
25/09/2018 [21:10]:
Bağırovun həbsxanadakı son saatları – O, ancaq yazır, yeməkdən imtina edirmiş...
25/09/2018 [21:06]:
AXC-nin gənc təhsil nazirinin tarixi çıxışı – “Bunu etsək, universitet yenə də açılmayacaq”
25/09/2018 [20:38]:
"KQB-nin dəstəyi ilə qabağa gedən yazıçılar olub..."
25/09/2018 [20:36]:
Ermənistan hökümətinin psixoloji problemləri var...
25/09/2018 [20:31]:
Ərdoğan BMT sessiyasında qurumu tənqid etdi - “5 daimi üzvə xidmət edən bir forma alıb”
25/09/2018 [20:26]:
Netanyahu yenə Putinə zəng etdi - Təyyarə vurulması müzakirə edildi
25/09/2018 [20:23]:
Tramp iclasa gecikdi - Növbəsi başqa prezidentə keçdi
25/09/2018 [20:22]:
Ərdoğan BMT Gənclər Fondunun qurulmasını təklif etdi
25/09/2018 [20:15]:
İki başlı ilan görənləri çaşqına çevirdi - VİDEO
25/09/2018 [20:11]:
“Qarabağ” – “Arsenal” oyununa 20 min bilet satıldı
25/09/2018 [20:07]:
Növbəti hərracda yüksək rəqabət: 10 dövlət əmlakına 22 sifariş verildi
25/09/2018 [19:59]:
Ölü doğulan körpəsini rəfdə gizlətdi - DƏHŞƏT...
25/09/2018 [19:47]:
Ateist adam göz yaşları içində İslamı qəbul etdi - VİDEO
25/09/2018 [19:46]:
Ələt-Astara yolunun pullu olacağı tarix AÇIQLANDI
25/09/2018 [19:44]:
Sabah Bakı və Abşeronun bu ərazilərində qaz olmayacaq
25/09/2018 [19:43]:
Aİİ-nin Elmi Məcmuəsinin payız nömrəsinə məqalə qəbulu başlanıldı
25/09/2018 [19:39]:
“Bakcell”dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25/09/2018 [19:03]:
Son illərin ən əhəmiyyətli kəşfi: Tam 400 yaşındadır
25/09/2018 [18:59]:
İranla sərhəddə qaçaqmalçılara qarşı yeni avadanlıq quraşdırılacaq
25/09/2018 [18:31]:
“O vaxt ermənipərəst dövlətlər bizə pul ilə də silah-sursat vermirdilər”
25/09/2018 [18:30]:
“Ermənistanın bu təxribatçı addımı ağır fəsadlara yol aça bilər” -Azərbaycan XİN
25/09/2018 [18:13]:
“Azərbaycan ordusu İrəvan-Mehri yolunu topla vura bilər…” -Erməni komandirdən etiraf
25/09/2018 [17:50]:
Jennifer Beni razı saldı - 30 gündür xəstəxanadadır
25/09/2018 [17:44]:
Donald Tramp: "İran prezidenti Həsən Ruhani gözəl insandır"
25/09/2018 [17:38]:
ADNSU-da Unibook birinci kurs tələbələrinin istifadəsinə verildi
25/09/2018 [17:37]:
"Erməni siyasətçiləri hara, şərəf hara?"
25/09/2018 [17:30]:
2019-cu il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim olundu
25/09/2018 [17:28]:
Azərbaycan Dillər Universitetində Çin təbabəti üzrə seminar təşkil olundu
25/09/2018 [16:52]:
İşıq sürəti ilə hasil olan işıqlı məkanlar - Heydər Əliyev Fondundan yayılan ziya
25/09/2018 [16:39]:
Vüqar Abbasov: “Əlbəttə ki, evdə oturub “bu da belə olsa idi” demək asandır”
25/09/2018 [16:31]:
Pakistanlı alimlər ADAU-da oldular
25/09/2018 [16:30]:
Ramil Usubov sabiq polis rəisinə vəzifə verdi
25/09/2018 [16:29]:
Trampdan gözlənilməz KOMPLİMENT: “Ruhani gözəl insandı”
25/09/2018 [16:28]:
"Qaçqınkom" sədri məcburi köçkünlərlə görüşdü
25/09/2018 [16:27]:
Zeynab Kazımovaya gömrükdə yeni vəzifə verildi
25/09/2018 [16:26]:
Alimlərdən xəbərdarlıq: "Çox su içməyin, ölə bilərsiniz"
25/09/2018 [16:24]:
Votsapda təhlükəli qidalarla bağlı yayılan səsyazısına - Rəsmi reaksiya
25/09/2018 [16:17]:
ADAU-nun rektoru Aqronomluq fakültəsinə qəbul olan 1-ci kurs tələbələri ilə görüşdü
25/09/2018 [16:14]:
Qazaxın icra başçısı vətəndaşları fərdi şəkildə qəbul etdi -FOTOLAR
25/09/2018 [16:14]:
“İrandan bunu gözləməzdim” – Millət vəkili
25/09/2018 [16:11]:
Rəsmi saytlara giriş məhdudlaşdı - Problem yaranıb
25/09/2018 [16:08]:
Gövhər Baxşəliyeva: "Beynəlxalq qurumlar gərək Azərbaycan prezidentinin sözlərindən nəticə çıxarsınlar"
25/09/2018 [16:03]:
“Hər ikisinin öz yeri var...”- Şəhid zabitimizin atası...
25/09/2018 [15:49]:
Bakıda şirkət rəhbəri işə düzəlmək istəyən qıza intim təklif etdi - FAKT
25/09/2018 [15:40]:
Azərbaycanda Rusiya helikopterləri üçün servis mərkəzi yaradılacaq
25/09/2018 [15:40]:
"Lotu Quli"dən ismarıc: "Onu diri-diri yandıracam" - ŞOK SƏS YAZISI
25/09/2018 [15:14]:
Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşdü
25/09/2018 [15:03]:
İlham Əliyev sərgidə silahlarla tanış oldu -FOTOLAR
25/09/2018 [14:47]:
Laçın şəhərində daha bir erməni ailəsi xoşbəxt oldu... - FOTOLAR
25/09/2018 [14:43]:
Deputatdan təklif: "Süni mayalanma ilə bağlı büdcədən vəsait ayrılsın"
25/09/2018 [14:37]:
AMİP Konstitusiya Məhkəməsinin kreditlərlə bağlı qərarına görə bəyanat yaydı
25/09/2018 [14:33]:
Qətərin nüfuzlu qəzetindən separatçı Qarabağ rejimlə bağlı sərt xəbərdarlıq
25/09/2018 [14:29]:
"Dərs oxumayacaqsan, qabağına iki qoyun qatacaqsan sahəsi deyil" -İnam Kərimov
25/09/2018 [14:20]:
Putinin Bakı səfəri və Qarabağda aviasiya təlimi: Təsadüf, yoxsa düşünülmüş ssenari?
25/09/2018 [14:20]:
Körpəsi ilə evdən qaçan gəlinin qayınanası DANIŞDI: "Əri hərbi xidmətdədir..."
25/09/2018 [14:10]:
Zakir Həsənov Bolqarıstanlı həmkarı ilə görüşdü
25/09/2018 [14:07]:
“Azercell”dən maraqlı layihə: “Təhlükəsiz internet və rəqəmsal vətəndaşlıq”
25/09/2018 [14:03]:
İrəvanda xəstəxanada partlayış, ölən var
25/09/2018 [13:53]:
“Putin İlham Əliyevdən konkret nə istəyəcək?..” – Ayaz Mütəllibov cavab verir...
25/09/2018 [13:47]:
“Ürək-damar xəstəlikləri ilə bağlı xüsusi proqram yaradılsın” – Deputatdan təklif
25/09/2018 [13:44]:
Su üzünə həsrət qalan vətəndaş Gəncə “Su kanal” TSC-dən fəryad edir - FOTO + VİDEO
25/09/2018 [13:43]:
Qida Təhlükəsizliyi Agentliyi kərə yağı satışını YOXLAYIB
25/09/2018 [13:42]:
İranlı tələbəni öldürən şəxslərə ağır cəza - 95 il
25/09/2018 [13:39]:
Zaur müğənnilərin Tünzaləyə göndərdiyi pulun miqdarını açıqladı - VİDEO
25/09/2018 [13:33]:
Sabahdan hava pisləşəcək, güclü külək, leysan, daşqın gözlənilir - XƏBƏRDARLIQ
25/09/2018 [13:27]:
Həkim əməliyyatdan sonra xəstəni zorladı
25/09/2018 [13:20]:
"Heç olmasa mənə bir neçə vedrə versinlər ki, yağış yağanda suyun altına qoyum..."
Bütün arxiv bir sırada
06/05/2018 [10:31] - Mədəniyyət - ( 4108 dəfə baxılıb)

Fuad Poladovun son rolu...



O heç vaxt yaddaşımızda xəstə, üzgün, nicatsız mərəzin çəngində naçar qalan kimi canlanmayacaq”. 

Bu sözləri millət vəkili Rafael Hüseynov dünyasını dəyişən xalq artisti Fuad Poladov haqda deyib. R.Hüseynov bildirib ki, Fuad Poladov özü buna imkan vermədi.   

Moderator.az millət vəkilinin “Fuad Poladovun son rolu” yazısını təqdim edir. 

Özü buna imkan vermədi. İstəmədi ki, onu heysiz, üzülmüş, sınıxmış görək. Və ürək yaddaşımıza əbədilik həkk olunan Fuad öz yerində, amma göz yaddaşımızda da o, həmişəki şax yerişi, məğrur duruşu, işıqlı çöhrəsi ilə qalacaq. Bu da onun bizə son yaxşılığı oldu. Heç birimizə fürsət vermədi ki, ömrünün son aylarında onu görək. ...Necə Vaqif Səmədoğlu, elə də Fuad Poladov.
Hər ikisi məşum xərçəngi mərd-mərdanə qarşıladı və ölümün labüd gəlişi, lap yaxından hiss olunan soyuq nəfəsi qətiyyən onları sarsıtmadı, müvazinətdən çıxarmadı. Vaqifin vəfatından bir az əvvəl Nizami muzeyində onun yaradıcılıq gecəsini keçirmişdim, bütün baş verənləri, söylənənləri də başdan-sona lentə almışdıq. 

Həmin gecədən ayrıca veriliş də hazırladım, həm İctimai Televiziyada, həm AZTV-də bir neçə dəfə nümayiş etdirildi. Birincisini ekranda görmək Vaqifin özünə də nəsib oldu. Həm gecənin özü, həm efirdəki təqdimatı onu ruhən xeyli dirçəltmişdi.O gecənin iştirakçılarından bir də əziz Fuad idi.
Zəng gurub dəvət edəndə dərhal: "Hər nə işim olsa da, mütləq gələcəm", -- demişdi

Vaqifi çox sevirdi.
Gözəl danışmışdı, Vaqifin 2 şeirini də əla oxumuşdu.
Səhhətində narahatlıqlar yaranan ilk vaxtlarda ürəyimdən keçdi ki, muzeydə Fuadın da belə bir gecəsini təşkil edim, lentə alaq, ən azı xatirə olaraq qalsın.
Çox tərəddüd eləyirdim ki, necə deyim qəlbinə dəyməsin, bu müraciətim onun bəlkə də xəstəliyin xofu ilə üşənən ürəyinə əlavə nisgil xalı salmasın. Hər halda özümü vadar eləyib dedim. Hələ səsi yerində idi.

Dedi: "Bir az gözlə, babatlaşım, baxaq".
İnad etmədim. 
Amma gərək edəydim!..
Axı acı təcrübələrdən bilirdim ki, bu şoğəribə düçar olanların gün ötdükcə daha artıq haldan düşməsi, mərəzin bir az da dərinlərə işləməsi, asta-asta bədəndən canı sovurması qaçılmazdır.
Və ən faciəlisi də odur ki, xərçəng Fuadın ən böyük gücündən – səsindən yapışdı.
Özündən əvvəl səsini bizdən aldı.
Fuad mətin, iradəli, dözümlü adam idi. 
Fuad qeyrətli adam idi, kişi adam idi.
Lap bu xəstəlik olmasa belə hər bir kəsin qismətində olan ölümün haçansa onun da qapısını döyəcəyi həqiqətindən, Fuad, təbii ki, agah idi. 
Və əslində o, ölüm, əbədi gediş üzərində qələbəsini çoxdan çalmışdı.
Radio və teletamaşalarda, səhnədə yaratdığı surətlərin hamısı olmasa da, bir xeylisi lentləşib, tarixləşib. 
Qalır və qalacaq.

Bədii filmlərdəki təkrarasız obrazları gələcək onillər boyu min dəflərlə baxılacaq.
Və o vəsiləylə Fuad bizə yaşatdığı hissləri ən qadir bir diri kimi sabahın insanlarına da yaşadacaq.
...Adətən Fuadın yaratdığı surətlərin əksərinə dərin psixologizm xas idi.
Fuad həm Milli Dram Teatrında oynayırdı, həm Səməd Vurğun adına Rus Dram teatrının səhnəsində çıxış edirdi.

Bu elə məqamdır ki, o dili və bu dili yaxşı bilmək hələ azdır. 
(Hərçənd bu dildən o dilə keçmək, bir səs aparatından digərinə asudəcə adlamaq, zahirən eyni olan səslərin fərqli dillərdəki başqalaşan məxrəclərinə tam uyğunlaşmaq sadəcə dil bilgisi məsələsi deyil. 
Asan iş olsaydı, başqa neçə aktyorumuz da belə edərdi. 
Fuad hər istedadlı aktyora belə müyəssər olmayanları edə bilən nadirlərdən idi). 
Səhnədə bu gün Azərbaycan dilində, sabah rus dilində ürəyin istəyən kimi, inandıraraq oynaya bilməkçün gərək həmin anda həmin dillə yaşaya biləsən, o dilin stixiyasında olasan.
Məhz həmin anda səsləndirdiyin dilin ruhunun fəzasında uçasan!
Fuad bunu misilsiz istedad və ustalıqla bacarırdı!
...Fuaddan bizə çox yadigarlar qalır. 
Və həmin yadigarlardan birinin yaranmasında mənim də təsirim olub.
Dahi rübai ustası Ömər Xəyyamın aşiqlərindən olan ədəbiyyat məftunu Əli Polad Vahabzadə şairin seçmə rübailərini bir neçə dildə, ayrıca kitablar halında çox nəfis halda nəşr etdiridi. Mən də bu nəcib işlərdə ona bacardığım köməyi göstərirdim və həmin nəşrlərin farscasında, ingilscəsində, ruscasında, türkcəsində Xəyyam haqda yazım da gedib. 
Belə qət edilmişdi ki, farsca nəşrində olduğu kimi rübailərin Azərbaycan nəşrinə də əlavə ediləcək disk buraxılsın. 
Şeirlər musiqinin müşayiəti ilə aktyorların ifasında səslənməli idi. 
Əli bəy özü bu işə Cənubi Azərbaycandan da çox təsirli səs sahibi və heç aktyor olmayan maraqlı insanları taparaq cəlb etmişdi. Mən təklif etmişdim ki, bu qiraətlərə Fuad Poladov mütləq qatılsın.
Çünki filosof Xəyyamın dərin, bir neçə məna qatlı şeirlərini məhz Fuad kimi sadəcə yaxşı aktyor deyil, həm də dərin təfəkkür yiyəsi duyğun insan qəlbəyatan tərzdə canlandıra bilərdi.
Cəmlənmiş rübailər müxtəlif dövrlərin, müxtəlif Azərbaycan şairlərinin tərcümələri idi. Heca ilə çevrilmişləri vardı, əruzda olanları vardı. Əruzdakıları Fuadçün oxumuşdum ki, vəzn baxımından axsamalar, xətalar olmasın.
Fuad oxumuşdu, disk qalır və bu sadəcə qiraət deyil.
Fuad ölməz Ömər Xəyyamın həyat, insan və dünya haqqında düşüncələrinə özünü də əlavə edərək oxuyub həmin şeirləri.
Məhz özünü əlavə edərək, o şeirlərə misra-misra, söz-söz qovuşaraq, əriyib həmin düşüncələrə qatışaraq oxuyub!
Fuad Poladovun səsində dinləyirəm Xəyyamı:
Dünən meyxanədə mən bir qocadan,
Soruşdum ki, gedib bu qədər insan,
Onlardan xəbər ver! Dedi: “Şərab iç,
Gedənlər qayıtmaz bir də heç zaman!”.
Əzizim Fuad! Gedənlərin qayıtmaması gerçəyi sənin kimi möcüzə yaratmağı bacaranlara aid deyil.
Sən həmişə qayıdacaqsan, həmişə bizimlə olacaqsan, dəyərli dost, böyük sənətkar!
...Fuad Poladovu dinləyirəm, qoca Xəyyamın müdrik qəmə bələnmiş misralarını səsləndirir:
Sadəlövh könlümdən mən cana gəldim,
Cəfakeş dünyadan fəğana gəldim,
Mənsiz də dünyanın işi keçərmiş,
Əcəba nə üçün cahana gəldim?!
Bu həqiqət ağrılıdır, qardaşım Fuad!
Dünyanın işi bizsiz keçib, keçir, bizsiz də keçəcək.
İnsanlar gəlir, yaşayır, gedir, dünyasa sonsuz gərdişindədir.
Amma sənin kimi bənzərsizlərin dünyaya gəlişinin bir ayrı ali mənası da var.
Bu sual sənə aid deyil ki, niyə dünyaya gəlmişdin.
Sən həyata bəlli təyinatla gəlmişlərdən idin!
Dünyaya gəldin, yaşadın və elə etdin ki, dünya sənə qədər olduğundan daha gözəl oldu!
Gəldin, gözəlliklər yaratdın, ruhumuzu gözəllik üstündə köklədin və heç vaxt sönməyəcək gözəllik saçan ruhunu millətinə, bu dünyaya, insanlara ərməğan edib getdin.
Tənhalığa çəkilərək, öz içərisinə qapılaraq ölümə və heç nəyə əyilməyən, ən dar macalda da təmənnasızlığını hifz edən, nəfsini tox, vüqarını uca saxlayan mərd Fuad Poladov obrazı həyatının axırıncı bir neçə aylıq parçasında sənin oynadığın son ən möhtəşəm rolun idi!
Bu Gündən həm o, həm bu dünyada yeni yolların başlanır.
Əziz qardaş, əgər orda Haqq dünyasında şeir varsa, dil varsa, şeiri, sözü dinləmək eşqi varsa, orda da sənə hökmən ehtiyac olacaq, arayacaqlar səni!
Allah o dünyanı versin!
Bu dünyadakı ömrünün məhəbbətlərimizdə davam edəcək yeni başlanğıcı mübarək olsun!

Vasif Əlihüseyn

"Bu terror İranda daxili etnik zəmində münaqişələrin yaranmasına təkan verməkdir"
İki başlı ilan görənləri çaşqına çevirdi - VİDEO
Ölü doğulan körpəsini rəfdə gizlətdi - DƏHŞƏT...
Son illərin ən əhəmiyyətli kəşfi: Tam 400 yaşındadır
"Lotu Quli"dən ismarıc: "Onu diri-diri yandıracam" - ŞOK SƏS YAZISI
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
“Məşədi İbadın məşhur “Tarixi Nadir”in əlyazmasının üz qabığı - TARİXİ FOTO
Araşdırma
AXC-nin gənc təhsil nazirinin tarixi çıxışı – “Bunu etsək, universitet yenə də açılmayacaq”
Gündəm
“O vaxt ermənipərəst dövlətlər bizə pul ilə də silah-sursat vermirdilər”
Cəmiyyət
"Heç olmasa mənə bir neçə vedrə versinlər ki, yağış yağanda suyun altına qoyum..."
Siyasət
"Rusiyadakı hamilə qadınlar azərilərin yiyəsiz uşaqlarını dünyaya gətirəcəklər..."
Həftənin ən çox oxunanları
Ata İmam Hüseyn üçün oğlunun başını kəsdi - ŞOK VİDEO (+18)
Bakıda dəhşətli qəza: Ölənlərdən 3-nün kimliyi bilindi - VİDEO (+18)
Düşmən baş nazir Azərbaycanın uca dağlarından birinə belə qalxdı... - VİDEO
“Səməd Səmədov nə oxuyur ki, onun adını “hay-küy”qoymuşam...”
Azərbaycanda mobil telefonların qeydiyyat qaydaları dəyişdi – YENİLİK
“Bu qədər yoxsulluğun olduğu ölkədə lüks bir təyyarəyə minməkdən utanıram" - Prezident...
"Yaxın günlərdə gözləmədiyimiz bir məkanda mütləq terror aktı baş tutacaq" - PROQNOZ
“Nə qədər ki, prezidentin ətrafında iylənmiş məmurlar var, Bakını su basacaq”
Məşhur ürək cərrahı Rəşad Mahmudova yeni vəzifə verildi
“Ağılları yox imiş, Yezidə baş əyib vəzifədən-zaddan alıb yaşamayıblar...”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə