Xəbər lenti
13/12/2018 [16:53]:
Kremlin Qarabağdakı baş agenti  “Qərbin adamı” Paşinyanın hüzuruna getdi...-Foto
13/12/2018 [16:45]:
Nura Suri: "Aygün Kazımovanı belə təqdim etməməliydilər"
13/12/2018 [16:34]:
Nazənin Təranə Qumralı susdurdu:"Çaşma" - QALMAQAL
13/12/2018 [16:30]:
XİN sabahkı beynəlxalq tədbirlə bağlı məlumat yaydı
13/12/2018 [16:25]:
İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE
13/12/2018 [16:18]:
Prezident idmanın inkişafında xidmətləri olan şəxsləri təltif edib - SİYAHI
13/12/2018 [16:11]:
Xətai rayonunun icra başçısı vəzifəsindən azad edilib
13/12/2018 [16:10]:
“DaimOnline” kampaniyası daha iki universitetdə
13/12/2018 [16:10]:
ETSN neftlə çirklənmiş ərazilərin təmizlənməsinə təcrübəli xarici şirkətləri cəlb edib
13/12/2018 [15:47]:
Ermənistanda ETİRAF: “Belə ordu ilə qalib gələ bilmərik”
13/12/2018 [15:45]:
Avropa parlamentində Azərbaycanın maraqlarına tam cavab verən qətnamə qəbul edildi
13/12/2018 [15:31]:
İlham Əliyev Ərdoğana başsağlığı verdi
13/12/2018 [15:28]:
“Bu əməliyyatın razılaşdırılmadan həyata keçirilməsi riskli olar”
13/12/2018 [15:22]:
Diplomatların davası, müəmmalı məktublar və çat verən səfirlik – Kiyevdən reportaj - FOTOLAR
13/12/2018 [15:10]:
ADAU-nun rektoru valideynlərlə görüşüb
13/12/2018 [15:08]:
Azərbaycanın xarici ölkələrdə rəsmi turizm nümayəndəlikləri açıldı
13/12/2018 [14:49]:
“Nar MiFi” paketini al, 6 aya qədər pulsuz internet əldə et!
13/12/2018 [14:47]:
"Forbes” ən çox günah qazanan yazarların siyahısını da verəcəkmi?..- Replika...
13/12/2018 [14:47]:
İlham Rəhimov: “ÜAK-ın ləğvindən ən çox narahat olan prezident Əliyevdir”
13/12/2018 [14:42]:
"İndidən qırılıb ölürük, bəlkə heç 65 yaşa çıxmadıq..."
13/12/2018 [14:41]:
“Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının növbəti sayları çap olunub
13/12/2018 [14:36]:
“SÖNMƏZDİR, ƏBƏDİDİR HEYDƏR ƏLİYEV!” adlı anım mərasimi keçirilib
13/12/2018 [14:34]:
Birdən cibimdəki manatı gördü: “Qurban olum qruzinski bığlara, sal əlinlə sol cibini qurdala”
13/12/2018 [14:29]:
Pornoulduz Trampa böyük məbləğ ödəməli olacaq - Ağ evin rəhbərinə "ilişməyin" bədəli...
13/12/2018 [14:24]:
Şəhid ailələrinə, 20 Yanvar və Qarabağ əlillərinə mənzillər verildi
13/12/2018 [14:14]:
100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazır olduğunu bəyan etdi...
13/12/2018 [14:13]:
Bakı merinin qardaşına yüksək vəzifə verildi
13/12/2018 [14:09]:
İsraildə niyə xərçəng yoxdur? - Yəhudi həkimdən xərçəng və qriplə bağlı maraqlı açıqlama...
13/12/2018 [13:53]:
Hansı kommunal xidmətə borclular çoxdur?..
13/12/2018 [13:42]:
Ofisiant yeməyi Kral Akademiyası prezidentinin üstünə tökdü - VİDEO
13/12/2018 [13:41]:
Əməkdaşlıq münasibətləri vergi nəzarətinin zəifləməsi demək deyil
13/12/2018 [13:37]:
Tünd rənglər daha çox ciddiyyəti, soyuqluğu simvolizə edir? - Məşhur xanımların rəyi...
13/12/2018 [13:34]:
2018-ci ilin iqtisadi HADİSƏLƏRİ - Uğurlar, problemlər və təkliflər...
13/12/2018 [13:21]:
Bakıda evə qənim kəsilən Gürcüstan vətəndaşı tutuldu
13/12/2018 [13:16]:
Bakının priotexniki vasitələr satılan Yeni il yarmarkaları - REPORTAJ
13/12/2018 [13:08]:
“Maşın Şou”nun yayımlanacağı vaxt açıqlandı
13/12/2018 [13:08]:
Türkiyədə daha bir polis məmuru ölü tapıldı - İntihar?
13/12/2018 [13:04]:
Aysel Türkiyə şou-biznesinə qatıldı
13/12/2018 [12:56]:
Sabahın havası...
13/12/2018 [12:55]:
Aİİ-də “Azərbaycanda sufilik” mövzusunda “dəyirmi masa” keçirilib
13/12/2018 [12:51]:
Avropa Parlamentindən erməniləri pərt edən qətnamə: Qurum ikili yanaşmalardan imtina edir...
13/12/2018 [12:48]:
Azərbaycan və Ermənistan dövlət sərhədində monitorinq keçirilib
13/12/2018 [12:47]:
Ermənistanın RÜSVAYÇI ÜZÜ: həbsxanalarda...
13/12/2018 [12:45]:
Rusiya Ermənistana satdığı qazın qiymətini artıracaq
13/12/2018 [12:43]:
Saatlıda qanunsuz ov edən şəxslər saxlanılıb
13/12/2018 [12:38]:
Şirvanda oğurluq edən şəxslər saxlnılıb
13/12/2018 [12:36]:
Səbinə Mirzəyevanın kitabı satışa çıxarıldı - Xeyriyyə aksiyası
13/12/2018 [12:36]:
Bu dövlət bizə ulu öndərimizin əmanətidir...
13/12/2018 [12:33]:
Quldurluq edən tutuldu
13/12/2018 [12:29]:
Sərkərdə Teymurun ABŞ-da yaşayan adaşı...
13/12/2018 [12:28]:
Sərxoş vəziyyətdə polisə zəng edib “3 bomba qoyulub” dedi - AZƏRBAYCANDA
13/12/2018 [12:25]:
Partiya sədrindən Qarabağla bağlı ümidsiz PROQNOZ
13/12/2018 [12:19]:
Sabunçu rayonunda kobud qayda pozuntuları törədən sürücülərə qarşı reyd keçirilib
13/12/2018 [12:07]:
Kapital Bank-da “Könüllülər”in məzun günü keçirilib
13/12/2018 [12:04]:
Bakıda quldurluq – Küt alətlə vurub pulunu aldılar
13/12/2018 [12:01]:
Növbəti günlərin havası...
13/12/2018 [11:58]:
Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
13/12/2018 [11:54]:
Daşqınlar 14 nəfərin ölümünə səbəb olub - VİDEO
13/12/2018 [11:49]:
Beynəlxalq Əmək Təşkilatı ilə birgə təlim kursu keçirilib
13/12/2018 [11:43]:
“Ermənilər ağıllı və zəhmətkeş insanlardır...” - Bunu ABŞ prezidenti söylədi?..
13/12/2018 [11:41]:
Bakıda vaxtı keçmiş nəm salfetlər satılır - FOTOLAR
13/12/2018 [11:32]:
“UNEC-dən dünyaya” – tələbələr danışır...
13/12/2018 [11:28]:
“Kosmik diversiya”: Səmadakı terrorçu kimdir?
13/12/2018 [11:27]:
Daşınmaz əmlak kreditləri manatla veriləcək
13/12/2018 [11:25]:
Nadir Qafarzadənin 100 min manatını OĞURLADILAR
13/12/2018 [11:25]:
Qarabağ separatçılarının hərbi rəhbərliyi istefaya göndərilib?
13/12/2018 [11:23]:
Malik Ayub Sumbal: "Azərbaycan Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya əsasında inkişaf edir"
13/12/2018 [11:09]:
Avtomobildən 8 kiloqramdan çox tiryək aşkarlanıb
13/12/2018 [11:07]:
“Çoxdandır ad günü keçirmirəm”
13/12/2018 [11:03]:
İstanbulda daha bir ƏMƏLİYYAT - 11 terrorçu tutuldu
13/12/2018 [11:03]:
Azərbaycanda dollar kreditlərinin verilmə qaydası DƏYİŞDİ
13/12/2018 [10:59]:
Pentaqondan Ankaraya XƏBƏRDARLIQ
13/12/2018 [10:42]:
Ramin Quluzadə Biləsuvarda vətəndaşlarla görüşəcək
13/12/2018 [10:38]:
Attestat almaq istəyənlər! - Sənəd qəbulu başa çatır
13/12/2018 [10:28]:
Vüqar Əhmədə vəzifə verildi
13/12/2018 [10:20]:
Baş nazirdən mühüm qərar
13/12/2018 [10:13]:
Səmada 80 km uzunluğunda naməlum bulud peyda oldu
13/12/2018 [10:11]:
ABŞ Çinə qarşı MÜHARİBƏ elan edir - Dünya tikan üstündədir
13/12/2018 [10:01]:
Çimərlikdə hicablı xilasedicilər işə başladı... -Foto
13/12/2018 [09:58]:
Emin Ağalarovun ad günündən maraqlı görüntülər - VİDEO
Bütün arxiv bir sırada
13/05/2018 [16:37] - Kriminal - ( 1617 dəfə baxılıb)

Bakıda yarım milyonluq seyfi aparmış oğrunun özünü oğurladılar...



“Oğrudan oğruya halaldır” deyib seyfdən 500 min manata yaxın pul oğurlayan dəstə üzvlərindən birinin özünü oğurlayıblar. Üç gün əl-qolu bağlı vəziyyətdə girov saxlayıblar. İndi hər iki tərəf həbsdədir – seyfi aparan da, seyfi aparanı oğurlayanlar da…

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda ittiham olunan Abşeron rayonu, Hökməli qəsəbə sakinləri – 37 yaşlı Turab Nağıyev, 38 yaşlı Şahmar Nağıyev və 30 yaşlı Altay Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, adıçəkilən şəxslər Pərviz Quliyevin öz dostları ilə birgə “Odlar Yurdu” Universitetinin prorektoru M.Vəliyevin iş otağından külli miqdarda pul oğurladığını öyrəniblər. Həmin pulları ələ keçirmək məqsədilə Pərviz Quliyevə (Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib – red.) zəng vuraraq, prorektorun seyfininin yağmalanmasından xəbərdar olduqlarını bildiriblər. Əgər onların payını çatdırmazsa, pulları bölməzsə, bu haqda polisə məlumat verəcəkləri ilə hədələyiblər. P.Quliyev tələbləri rədd etdikdə isə bir neçə dəfə onun yaşadığı evə gedərək ailə üzvlərinə “Pərvizə deyin, yanıma gəlsin, yoxsa evinizi yandıracağam, sizi yaşamağa qoymayacağam” deməklə hədələyiblər.

Ötən il martın 13-də Nağıyev qardaşları Pərvizin Novxanı qəsəbəsindəki “Qızılqum” kafesində olduğunu öyrənib oraya yollanıblar. Kafedən çıxan Pərvizin qarşısını kəsib onu zorla Altay Əliyevin idarə etdiyi avtomobilə oturdublar, Hökməli qəsəbəsinə aparıb orada döyüblər, əldə etdiyi pulu onlarla bölməsini tələb ediblər. Üç gün qəsəbədə saxlayıblar, nəhayət, P.Quliyevdən 18 min manat qopara biliblər.

Təqsirləndirilən Şahmar Nağıyev ona elan olunmuş ittihamlarla razılaşmayıb. O, ifadəsində Pərvizlə əvvəllər qonşu olduqlarını, aralarında ədavət, düşmənçilik olmadığını göstərib: “Məhəlləyə gələn polislərdən Pərvizin bacısı oğlu Həzrətin (Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib – red.) bir neçə nəfərlə birgə Nərimanov ərazisində oğurluq etdiklərini eşitmişdim. Amma nə qədər pul oğurladıqlarını, Pərvizin harada olmasını və Turabla aralarındakı söhbətlərdən xəbərim olmayıb. Pərvizi döyməmişəm, ona xəsarət yetirməmişəm, pul tələb etməmişəm. Turabla Altayın onu döymələrindən, pul tələb etmələrindən xəbərim olmayıb, görməmişəm”.

Təqsirləndirilən Altay Əliyev ona qarşı irəli sürülən ittihamlarla özünü təqsirli bilməyib. O, ifadəsində Pərvizin bir neçə ildir ki, Hökməli qəsəbəsinə köçdüyünü, aralarında normal münasibət olduğunu göstərib:”Şahmar Nağıyev bacımın həyat yoldaşıdır. Pərvizgilin oğurluqları haqda eşitmişsəm də, harada olduğunu bilməmişəm. Pərvizi oğurlamamışam, döyməmişəm, heç bir söhbətdən xəbərim yoxdur”.

Təqsirləndirilən Turab Nağıyev də eyni məzmunlu ifadə verib və Pərvizi oğrlanmasında və yaxud döyülməsində əli olmadığını göstərib.

Zərərçəkmiş Pərviz Quliyev ifadəsində göstərib ki, 9 yanvar 2016-cı ildə Vüqar Vəliyev, Həzrət Məmmədov və Ramil Abbasovla birgə “Orlar Yurdu” Universitetindən 500 min manata yaxın pul oğurluğu faktına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib, hazırda 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. “Məşədi Turab” kimi tanınan Turab Nağıyevlə münasibəti həmişə yaxşı olub. Hətta bir ara Hökməli qəsəbəsində Turaba məxsus çayxananı icarəyə götürüb işlədib.

P.Quliyevin ifadəsinə görə, sözügedən oğurluq hadisəsini törətdikdən sonra Ramil və Həzrətlə birlikdə gizlənmək üçün Qax rayonuna gedib istirahət mərkəzlərinin birində qalıblar. Bir neçə gün sonra Həzrətin dayısı “Məşədi Turab”zəng vurub polislərin onları axtardıqlarını söyləyib. “Siz universitetdən yarım milyon pul aparmısınız, mən polislərin qabağına çıxmışam, onlara qonaqlıq vermişəm, bu məsələni həll etməliyəm, ona görə toplaşıb mənə də pul verməlisiniz”, – deyib. Həzrət dayısının sözlərini dostlarına çatdırsa da, öz aralarında Turaba bir manat da verməmək qərarına gəliblər. Bundan sonra Bakıya geri qayıdıblar: “Həzrətgildən ayrılıb Masazıra getdim. Müvəqqəti gizlənmək üçün orada kirayə ev tutdum, Həzrətlə də, Ramillə də əlaqəni kəsdim. Oğurluqdan əldə etdiyim pulla özümə 40 min manata kreditlə ikiotaqlı mənzil alıb təmir etdirməyə başladım”.

Bir qədər keçdikdən sonra P.Quliyev onunla birgə cinayət törədənlərin yaxalandıqlarını eşidib və müxtəlif ünvanlarda gizlənib. Gizli nömrədən ailə üzvləri ilə əlaqə saxladıqda anası ona “Məşədi Turab”ın qorxusundan evdən çölə çıxa bilmədiklərini deyib: “Anam dedi ki, “Məşədi Turab” gecə-gündüz evimizə gəlib bizi hədələyir, sənin yerini soruşur, deyir Pərvizə çatdırın ki, mütləq mənə pul versin, yoxsa evinizi yandıracağam, sizi yaşamağa qoymayacağam. Turabın məndən pul tələb etdiyini başa düşüb ondan da gizlənməyə başladım. 13 mart 2016-cı ildə “Qızılqum” kafesində oturub çay işərkən qəflətən Turab içəri girib “dur gedək, səninlə işim var” dedi. Heç nə deməyib onunla getdim. Çöldə Turabın qaynı Altay maşınla dayanmışdı. Turabla Altay məni zorla maşına mindirdilər”.

P.Quliyev ifadəsində göstərib ki, onu Turaba məxsus çayxanaya gətirib üç gün əli-qolu bağlı vəziyyətdə saxlayıblar, döyüb-incidiblər, mobil telefonunu sındırıblar, seyfin oğurlanması zamanı payına düşən pulu onlara verməyi tələb ediblər: “Bir qədər sonra Turabın qardaşı Şahmar da gəldi. Yenidən məni döyməyə başladılar, pulu harada gizlətdiyimi soruşdular. Dedim pulu xərcləmişəm, özümə ev almışam. Artıq əzablara dözməyib, məcbur olub Turabın telefonu ilə tanış maklerə zəng vurdum, çətin vəziyyətə düşdüyümü dedim, evi ucuz qiymətə satmağını xahiş etdim. Üç gün ərzində makler evi 15 min manata və 2 maşına satdı. Pulu tanışım Raminin vasitəsilə Hökməlidəki beton yolun kənarına gətirib mənə verildi. Həmin yerə Altayın maşını ilə getdik. Turab maşından düşüb kənarda mənə nazarət etdi. Pulu götürüb hamısını Turaba verdim. Bundan sonra məni azadlığa buraxdılar. Turabgil üç gün məni çayxanada əl-qolu bağlı vəziyyətdə saxladılar. Makler zəng vurub evi tezliklə satıb pulu gətirəcəyini deyənə qədər döydülər”.

Məhkəmə prosesində isə P.Quliyev təqsirləndirilən şəxslərin onu oğurlamadıqlarını, ittihamda yazılanların doğru olmadığını deyib.

Məhkəmənin hökmü ilə Turab Nağıyev 11 il, Altay Əliyev 10 il, Şahmar Nağıyev isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların barəsindəki polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs olunublar.

İsraildə niyə xərçəng yoxdur? - Yəhudi həkimdən xərçəng və qriplə bağlı maraqlı açıqlama...
Avropa Parlamentindən erməniləri pərt edən qətnamə: Qurum ikili yanaşmalardan imtina edir...
Ağrı kəsici verilərək kameraya göndərilən məhkum təkbaşına doğuş keçirdi - FOTO
1 ton şokolad yola dağıldı - FOTO
5 yaşlı uşağa əməliyyat zamanı oksigen əvəzinə azot verildi - DƏHŞƏT...
Dr. Günel Azayeva - Həkim kosmetoloq
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
“Bu əməliyyatın razılaşdırılmadan həyata keçirilməsi riskli olar”
Hadisə
Pornoulduz Trampa böyük məbləğ ödəməli olacaq - Ağ evin rəhbərinə "ilişməyin" bədəli...
Maraqlı
“Kosmik diversiya”: Səmadakı terrorçu kimdir?
Dünya
Səmada 80 km uzunluğunda naməlum bulud peyda oldu
Mədəniyyət
“Rafiq Hüseynovun barelyefi yaşadığı binada qoyulacaq” – Diktorun xanımı
Həftənin ən çox oxunanları
Paşinyan sərhədlərin açılması ilə bağlı Türkiyəyə yalvardı: "Bir şərtlə ki..."
"Həyat yoldaşım əşyadır ki, onu gizlədəm?" - "O, elə bir yerdə işləyir ki..."
“Təki, erməni ordusu güclü olsun -  pensiyamızın qalxması vacib deyil...”-Xankəndindəki erməni qarı-
Putin Paşinyanın xeyir-duasını çoxdan verib – Biz Qarabağın gününə ağlayaq...
Putin Paşinyandan niyə çəkinir?
"Ermənilərin yaşadığı ərazi Hüseynqulu xanın torpaqlarıdır, oranı da geri almalıyıq...”
"Bacı bacının balasını bu günə qoyarmı?" deyən baldızının Arif Əsgərova deyəcəkləri var...
Arif Əsgərov hardan biləydi ki, baldızı oğlu təhlükəli sularda üzür: Bir həbsin izi ilə...
"Bunu edən adam öz namussuzluğunu ictimailəşdirdi"
"Lotu Quli"nin azadlığa çıxdığı anın görüntüləri yayıldı - VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə