Xəbər lenti
26/03/2019 [00:59]:
Canlı yayımda rəzalət: Bir anda müxbirin dodaqlarından öpdü...
26/03/2019 [00:34]:
Xilasetmə əməliyyatı fəlakətlə nəticələndi - QORXUNC... + VİDEO
26/03/2019 [00:05]:
Sosial medianı ayağa qaldıran görüntü: Yaşlı qadını təpikləyərək yumruq atdı... + VİDEO
26/03/2019 [00:03]:
Seçicilər deputatdan prezident və birinci xanıma nəyi çatdırmağı xahiş etdi? – FOTOLAR
25/03/2019 [23:58]:
Sərnişin təyyarəsi səhvən başqa şəhərə uçdu
25/03/2019 [23:47]:
Suriyada üç Rusiya hərbçisi öldü
25/03/2019 [23:40]:
“Yeni Həyat”dan şikayət: Prezident ailəsinin adından istifadə edən şirkət əslində kimindir?
25/03/2019 [23:28]:
Türkiyə millisi Moldovanı darmadağın etdi - VİDEO
25/03/2019 [23:14]:
Göyçayda maşın yandı
25/03/2019 [23:02]:
Suriya XİN-dən Trampın qərarına - Sərt reaksiya
25/03/2019 [22:58]:
Mingəçevirdə avtomobil işıq dirəyini aşırdı
25/03/2019 [22:43]:
İsa Həbibbəyli: "Təhsillə bağlı yeni qanun layihəsinin hazırlıqlarına başlanılıb"
25/03/2019 [22:38]:
Türkiyə ABŞ-ın Colan yüksəklikləri ilə bağlı qərarını pislədi
25/03/2019 [22:36]:
Gəncədə ata ilə 5 yaşlı oğlunu avtomobil vurdu
25/03/2019 [22:32]:
Nemət Pənahlı Azərbaycan Xalq Hərəkatından getdi - Səbəb
25/03/2019 [22:25]:
“Real” futbol tarixinin ən bahalı transferinə hazırlaşır
25/03/2019 [21:56]:
İsrail Qəzzanı bombalayır
25/03/2019 [21:47]:
Parlamentin növbəti iclasının vaxtı məlum oldu
25/03/2019 [21:36]:
Bu kənddə saatlarla sekslə məşğul olurlar - Əhaliyə viaqralı su verilir- FOTOLAR
25/03/2019 [21:09]:
Əsla normal bir həyatı olmayacağını söylədilər,amma elə bir şey etdi ki,... - MARAQLI
25/03/2019 [21:03]:
Qazaxıstanda daha üç şəhərin adı dəyişiləcək
25/03/2019 [20:58]:
Rusiya Venesuelaya 100-ə yaxın əsgər və 35 ton avadanlıq göndərdi
25/03/2019 [20:51]:
Son istifadə tarixi keçsə də qəbul edə biləcəyimiz qidalar - MARAQLI
25/03/2019 [20:46]:
Tramp İsrailin Colan üzərindəki suverenliyini tanıyan sənədə imza atıb
25/03/2019 [20:42]:
Timsah iti sahibəsinin gözü qarşısında yedi - VİDEO
25/03/2019 [20:42]:
Nikola Yurçeviç: "Bir qol olmadı ki, ardı gəlsin"
25/03/2019 [20:16]:
Yunanıstanın baş naziri: “Türk təyyarələri helikopterimin uçuşuna mane oldu”
25/03/2019 [20:09]:
Gəncədə iki maşın toqquşdu, yaralılar var - FOTO/VİDEO
25/03/2019 [19:30]:
Qiyamət kitabxanası tikildi -MARAQLI...
25/03/2019 [19:10]:
"Oğlumun ad gününə gəldi, ərimi əlimdən aldı" - Xoşqədəm daha bir məşhuru biabır etdi
25/03/2019 [19:09]:
Dağlıq Qarabağda da vəziyyət gərginləşdi- Xocavənddə qarşıdurma...
25/03/2019 [19:03]:
Qadınların kişilərin ağlını başdan ALAN 5 XÜSUSİYYƏTİ
25/03/2019 [18:43]:
Ərdoğan hədələyir, lirə ucuzlaşır –“Seçkidən sonra bunun hesabını sizə ağır kəsəcəyik…”
25/03/2019 [18:34]:
Rasim Balayev Afət Fərmanqızını "virus" adlandırdı -“Günah onu efirə buraxanlardadı”
25/03/2019 [18:31]:
İranın Şiraz şəhərində daşqın fəlakəti - 17 ölü, 74 yaralı +Yenilənib
25/03/2019 [18:05]:
Cəlilabadda kütləvi dava olub, xəsarət alan var
25/03/2019 [18:03]:
Havalar niyə soyuq keçir? - Baş hidroloq aydınlıq gətirdi
25/03/2019 [18:00]:
Sel fəlakəti İranı cənginə alıb: 11 ölü - FOTO/VİDEO
25/03/2019 [17:31]:
Müəllimə açıq-saçıq fotosunun qurbanı oldu -Ərizəsini yazdı...
25/03/2019 [17:26]:
Lotu Qulinin “sağ əli”ndən Əli İnsanova cavab: “Yaşından utan…” – Video
25/03/2019 [17:25]:
“Məscidlərə edilən hücumların heç bir dinlə əlaqəsi yoxdur” -Eləcə də xristianlıqla...
25/03/2019 [17:21]:
Millimizin Litva ilə oyun üçün start heyəti açıqlandı
25/03/2019 [16:59]:
Evini satıb heyvanlara sığınacaq tikən qadın -İBRƏTAMİZ...
25/03/2019 [16:51]:
Azərbaycan Belarusdan yeni hərbi kompleks alıb - FOTO
25/03/2019 [16:45]:
“Rusiya ilə yaxınlaşma Türkiyənin təhlükəsizlik maraqlarına cavab verir”
25/03/2019 [16:24]:
Nəsrin bu geyiminə görə həm tərif eşitdi, həm də tənqid olundu -FOTOLAR
25/03/2019 [16:16]:
İmtahan öncəsi şagirdlərinə ilham verən müəllimdən qeyri-adi addım -FOTOLAR
25/03/2019 [16:04]:
Dünyanın 3 ildir intizarla gözlədiyi hesabat bitdi Tramp xilas oldu, yoxsa fırtına hələ indi başlayır?
25/03/2019 [15:59]:
“Bəzən fikirləşirəm ki, bizim ayıblarımızı diktatura rejimi örtürmüş" - VİDEO
25/03/2019 [15:47]:
“Jurnalistlər kənardan heç bir qurumun hədiyyəsini qəbul etməməlidir...” - Ekspert...
25/03/2019 [15:44]:
Sabunçuda bağ evlərindən oğurluq edən dəstə tutuldu
25/03/2019 [15:42]:
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçiriləcək
25/03/2019 [15:37]:
“Onun bir insan və şair kimi taleyi Azərbaycanın taleyi ilə qırılmaz tellərlə bağlıdır...”
25/03/2019 [15:36]:
“Reytinqə görə məxluqları efirə çıxarıb dağ başına qoyurlar” - Əkbər
25/03/2019 [15:25]:
Ali məktəbələrə sənəd qəbulu davam edir - 10 gündə qeydiyyatdan keçənlərin sayı
25/03/2019 [15:18]:
Yoxa çıxmış bankomat göldən çıxarıldı –Gözlənilməz- FOTOLAR 
25/03/2019 [15:10]:
“Uşaqları vətənpərvər yetişdirmək istəyiriksə, onlara yaxşı təhsil verməliyik”
25/03/2019 [15:07]:
Fəzail Ağamalı: “Əli İnsanovun siyasi perspektivi yoxdur”
25/03/2019 [14:59]:
Gömrükçülər 2 avtomobildən 14 telefon aşkarladı - FOTO
25/03/2019 [14:57]:
80 min Qarabağ veteranı Prezident təqaüdü alacaq
25/03/2019 [14:55]:
Azərbaycandakı tənha ahılların sayı AÇIQLANDI
25/03/2019 [14:51]:
Almaniyanın tanınmış elm mərkəzində “Bakı sirrləri” adlı təqdimat keçirildi - FOTO
25/03/2019 [14:48]:
Bədii gimnastımız beynəlxalq turnirdə iki bürünc medal qazandı
25/03/2019 [14:47]:
ABŞ-da məscidə od vuruldu
25/03/2019 [14:39]:
Mövlud Çavuşoğlu: "Türkiyə Rusiya vətəndaşları üçün vizanı ləğv edir"
25/03/2019 [14:28]:
Bakıda avtomobil yük maşınına çırpıldı: ölən var
25/03/2019 [13:59]:
Həsən Həsənov Xocalı faciəsi ərəfəsində  nədən Mütəllibova dəstək vermirdi?..
25/03/2019 [13:32]:
Aprel ayından müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq
25/03/2019 [13:32]:
Afətdən xalq artistlərinə ağır sözlər: "Qələt edirsiz, məni tənqid etdiyiniz yerdə!" - FOTO+VİDEO
25/03/2019 [13:30]:
Dəridəki ölü hüceyrələri təmizləyəcək 5 üsul
25/03/2019 [13:28]:
“Meydan TV”-nin rəhbəri Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı
25/03/2019 [13:20]:
Hərbçiləri aparan avtobus qəzaya düşüb - ölən və yaralanan var
25/03/2019 [13:18]:
Dəniz geyimini tənqid edənlərə səsləndi: "Səhnəyə çılpaq çıxmaq..."
25/03/2019 [13:17]:
“Rusiyanın bu ölkəyə bombardımançı təyyarələr göndərməsi hədələyici addım idi”
25/03/2019 [12:55]:
“Belə çıxır ki, ayıblarımızı diktatura rejimi örtürmüş?!” - Brilliant Afətdən danışdı
25/03/2019 [12:47]:
Məmurları tənqid edənlərə qadağa qoyuldu
25/03/2019 [12:45]:
Prokuror Trampın "Rusiyaya işləməsi"nə dair heç nə tapa bilmədi, amma...
25/03/2019 [12:28]:
Ermənistanda bunt qaldıran əsgərləri Qarabağa sürgün etdilər- Anaları etiraz aksiyası keçirib...
25/03/2019 [12:25]:
Ukraynada prezident seçkilərində namizədlərin reytinq siyahısı açıqlandı –İlk "üçlükdə" kimlərdir?
25/03/2019 [12:23]:
Kürdəmirdə 28 yaşlı qadın intihar etdi
Bütün arxiv bir sırada
15/05/2018 [23:29] - Müsahibə - ( 2885 dəfə baxılıb)

“Türkiyə Rusiya ilə nə qədər yaxınlaşırsa, Azərbaycanın problemləri bir o qədər arxa planda qalır”



Professor, siyasi icmalçı Qulu Məhərrəmli Strateq.az-a müsahibəsində Azərbaycandakı hazırki durum, cəmiyyətdə, ölkədə və regionda cərəyan edən hadisələr, qonşu ölkələrdə baş verən olayların mahiyyəti, onun kənar təsirləri barədə danışıb.

Müsahibəni oxuculara təqdim edirik:

– Regionda və dünyada gedən hazırki proseslərə Azərbaycan cəmiyyəti nə dərəcədə adekvatdır? Yəni, bizim qiymətləndirmələrimiz, reaksiyamız, hərəkətlərimiz doğru istiqamətdədirmi?

– Azərbaycan cəmiyyətinin bu gün dünyada və regionda gedən proseslərə adekvat olub-olmaması çox mübahisəlidir.

Böyük ölçülərlə götürdükdə, qonşu ölkələrdə, dünyanın bir sıra regionlarında gedən dinamik hadisələr baxımından Azərbaycan cəmiyyəti adekvat deyil. Amma Azərbaycanın öz daxili problemlərinə, ölkənin indiki durumuna nəzər yetirdikdə, adekvat sayıla bilər. Bizdə, şüurlarda belə bir təsəvvür daşlaşıb ki, gözlənilməz kəskin davranış ciddi problemlərə gətirib çıxara bilər. Cəmiyyətdə belə bir düşüncənin hakim olması, təbii ki, onu inkişafdan saxlayır. Biz çağdaş dünyanın bir parçası olduğumuz üçün onunla ayaqlaşmalıyıq.

– Bizdə milli məsələlərlə bağlı dərin ictimai müzakirələr getmir. Eyni zamnda milli, dövlət maraqları heç bir müstəvidə özünə müzakirə imkanı qazanmır. Gündəmi daha çox kriminal xəbərlər, şou-biznes adamlarının dartışmaları məşğul edir. Sizcə, cəmiyyət niyə bura doğru istiqamətlənib?

– Bu, çox ciddi məsələdir. Bizim varlığımızın, mövcudluğumuzun mənbəyi milli və dövlət maraqlarının qorunmasıdır. Burada bir məsələnin dürüst dərk edilməsi çox vacibdir; milli, dövlət maraqları başqa şeydir, şəxsi, hakimiyyət, qrup maraqları isə tamamilə başqa şeylərdir. Məsələ bir az şüurlu yanaşma tələb edir. Yəni biz mücərrəd anlayışdan yox, konkret maraqdan danışmalı, bununla  bağlı  ciddi ictimai müzakirələr aparmalıyıq. Bu mənada 1918-20-ci illərin –  Azərbaycan Cümhuriyyətinin təcrübəsini öyrənməyə dəyər. O dövrün mətbuatına baxın, yazanlar kimlər idi – Üzeyir bəy də, Rəsulzadə də, Ömər Faiq, Əhməd Həmdi də dövlətin varlığını, milli maraqları  təhlükələrdən qorumaq  istiqamətində müzakirələr aparırdılar. İndi də belə müzakirələrə ehtiyac var, Ortaya düşmüş bir-iki “ekspertin” bayağı çıxışları ilə iş aşmaz, problemin mahiyyətinin düzgün dərk olunması üçün ictimai müzakirələr ən yaxşı formadır. Bir var effektsiz təbliğat maşını işləyir və çax-çax kimi baş ağrıdır, başqa variant da var ki, həqiqətən şüurlara, beyinlərə təsir edən diskusiyalar aparılır. Bu mənada ekranlarda ictimai müzakirələrin olmaması təəssüf doğurur.

– Amma əvvəllər belə müzakirələr vardı…

– Bəli vardı, həm də o müzakirələrdə çox ciddi məsələlər qoyulurdu. Amma son illərdə bütün KİV materiallarında, o cümlədən televizyalarda əyləncə seqmentinin, kriminal xəbərlərinin artması, cəmiyyətin tör-töküntülərinin ekrana daşınması, efirdə küçə adamlarının məişət səviyyəsində özlərini təqdim etməsi, belə bir təsəvvür yaradır ki, sanki Azərbaycan xalqının min illər ərzində topladığı dəyərlərə qarşı səlib müharibəsi başlanıb. Əbəttə, belə yanaşma, ictimai əxlaqa da, milli-strateji maraqlara da ziddir. Biz millət quruculuğu işini davam etdirmək, beyinləri bu günün havası ilə təmizləmək istəyiriksə, başqa tədbirlərlə yanaşı normal diskusiyaları da bərpa etməliyik. Çünki milli şüur, dövlət düşüncəsi olmadan, bu maraqları dərk edib ruhumuza hopdurmadan, irəli gedə bilmərik.

– Bu mənfi tendensiya, həm də Azərbaycanın milli təhlükəsizlik problemidir. Əgər, milli, dövlət maraqları cəmiyyəti narahat etmirsə, xarici təcavüz, yaxud dövləti təhdid edən başqa bir proses müqavimətsiz qala bilər. Təhlükələri önəlmək üçün nə etmək lazımdır, bunu kim, yaxud hansı qüvvə etməyə çalışmalıdır?

– Bu sual da, əvvəlki sualla müəyyən qədər bağlıdır. Milli təhlükəsizlik problemi dövlətin, millətin əsas problemidir. Yaxşı cəhət odur ki, neçə illər əvvəl Azərbaycanda milli təhlükəsizlik konsepsiyası qəbul olunub.  Bu konsepsiya, bütün parametrləri ilə o istiqamətləri görməyə imkan verir.  Ona görə, cəmiyyət bundan xəbərdar olmalıdr.  Bu da gəlib dirənir effektli maarifləndirmə və dürüst təbliğat məsələlərinə. Cəmiyyətin bu barədə bilgisi çox olanda, problemləri dərindən duyanda onun həssaslığı, kənar təsirlərə müqaviməti və reaksiyaları artır, yəni ağla-qaradan seçib qərar verə bilir. Amma bütövlükdə götürdükdə, Azərbaycan cəmiyyəti zəifdir, onu  diri və dinamik cəmiyyət hesab etmək olmaz.

– Yəqin ki, bizdə vətəndaş cəmiyyəti formalaşmadığı, onun institutları çox zəif olduğu üçün belə deyirsiniz…

– Bəli, vətəndaş cəmiyyəti zəifdirsə, ümumiyyətlə milli problemləri qavramaq, təhlükəsizliklə bağlı həssaslıq və müqavimət formalaşdırmaq çətin olur. Ona görə də hesab edirəm ki, bunların hamısı biri-biri ilə bağlı olan məsələlərdir. Ümumi problemi bir kənara qoyub, onun hansısa bir elementi ilə məşğul olmaq çətinliklər yaradır. Dövlət və millət quruculuğu məsələsi çoxşaxəli bir missiyadır. Bu iş eyni kök, eyni bünövrə üzərində və paralel şəkildə aparılmalıdır. Qabaqcıl dövlətlərin təcrübəsi bunu açıq şəkildə göstərir.

“Ermənistanda baş verən hadisələrin regiona təsiri olmayacaq”

– Ermənistanda qansız inqilab oldu, hakimiyyət dəyişdi, Azərbaycan cəmiyyətinin bu hadisələrə reaksiyasını necə qiymətləndirirsiniz? Burada hakimiyyətin, müxalifətin, ümumilikdə ictimaiyyətin mövqeyini ayrı-ayrlıqda necə şərh etmək olar?

–  Ermənistanda baş verən hadisələrin əsl mahiyyətini Azərbaycanda yaxşı bilirlər. Amma kimin necə qiymətləndirməsindən asılı olmayaraq, bu proseslər ölkəyə siyasi dividend gətirdi, Ermənistan cəmiyyətinin dünyada və beynəlxaq qurumlarda demokratik imicini formalaşdırdı. Digər tərəfədən, xalq iradəsinin qələbəsi cəmiyyətin özündə sabaha müəyyən bir inam yaradır. Həm də işğalçı dövlət dünyaya belə bir mesaj verir ki, Ermənistanda guya insan haqları, demokratiya, sərbəst toplaşma azadlığı ilə bağlı ciddi problem yoxdur. Əlbəttə, xarici müşahidəçilər hakimiyyətin özünü necə aparmasına, cəmiyyətin mövqeyinə,  müxalifətin davranışına da diqqət yetirdi.  Hesab edirəm ki, son hadisələrdə müəyyən tamaşa elementləri də vardı, xüsusən erməni diasporunun istəklərinə uyğun gələn və əvvəlcədən düşünülmüş mexanizmlər də sınaqdan keçirildi. Amma bütün hallarda bu hadisələrdə  Ermənistan cəmiyyətinin ciddi mesajları da göründü.

– Sizcə, nə mesajlardır bunlar?     

– Əsas mesaj bu oldu ki, Ermənistanın istər xarici siyasətində, istərsə də Rusiya ilə münasibətlərində heç nə dəyişməyəcək. Qarabağ məsələsində də həmin maksimalist mövqe qalacaq. Yerevan Rusiyanın forpostu olsa da, hərbi və iqtisadi cəhətdən Rusiyadan asılılığı artsa da, Qərblə, beynəlxalq təşkilatlarla, xüsusən, Avropa Birliyi ilə dialoqunu davam etdirəcək.

– O zaman dəyişən nə oldu?

– Köçəryan və Sərkisyanın yaratdığı Qarabağ klanı hakimiyyətdən salındı, amma mahiyyətcə heç bir şeyi dəyişməyən hərəkat oldu. Əslində Ermənistanda ən böyük dəyişilklik bir az əvvəl- ölkə parlament üsul-idarəsinə keçəndə baş vermişdi. İndi isə sadəcə, cəmiyyətin özündəki kinetik enerji üzə çıxdı və bu cəmiyyətin etiraz gücünün hələ qaldığı göründü.  “Bu hadisələr Ermənistan cəmiyyətini irəlilədəcəkmi” sualının cavabını məncə, bir az gözləmək lazımdır.

– Ermənistandakı dəyişikliklər regionda situasiyaya necə təsir göstərə bilər?

– Ermənistanda baş verən dəyişiklərin regiona heç bir ciddi təsiri ola bilməz. Çünki bu lokal bir hadisədir, hakimiyyət dəyişikliyinin çox adi üsuludur. İnsanlar küçələrə çıxıb etiraz edirlər, kimsə hakimiyyətdən gedir. Düzdür, bəzi avtoritar rejimlər bu hadisələrdən narahat oldu. Məsələn, Belarusda prezident Lukaşenko toplantıların birində dedi ki, Ermənistanda baş verən hadisələrin burada təkrarlanmasına yol verə bilmərik. Bunlar bir az impulusiv yanaşmalardır. Yəni o təsir müəyyən müddət qalır və sonra sovuşub keçir.

– Yeni baş nazir Nikol Paşinyan kresloya əyləşər-əyləşməz Qarabağa gəldi, separatçıların danışıqlarda tərəf kimi iştirakını şərt kimi qoydu. Bizi reaksiyamızı necə qiymətləndirirsiniz? Bu ritorika danışıqların taleyini sual altında qoyurmu?

– Onsuz da Qarabağ danışıqları dalana dirənib və yeni heç nə yoxdur. Paşinyan separatçıların könlünü xoş eləmək üçün belə bəyanatlar verir. Həm də bu, onun dediyi yeni məsələ deyil. 1992-ci ildə BMT müşahidəçiləri də münaqişə ilə məşğul olarkən, Qarabağdakı separatçıların danışıqlarda tərəf kimi iştirak etməsi məsələsi qaldırılmışdı. Vaxtilə Rusiyanın danışıqlardakı vasitəçisi Vladimir Kazimirov da bu fikri dəstəkləyirdi, Bişkek protokolu imzalananda da bu məsələ qalxmışdı. Azərbaycan o vaxt da, indi də buna qəti şəkildə etiraz edib. Axı hamıya aydındır ki, müharibəni aparan Ermənistandır, onun arxasında dayanan isə Rusiyadır.

– Rusiyanın bölgəyə təsiri hansı səviyyədə qalacaq, Moskva status-kvonun dəyişməsində maraqlı olacaqmı?

–  Rusiyanın yaxın zamanlarda regionda status-kvonu dəyişməsi inandırıcı görünmür. Qafqaz siyasətinin konturlarından  aydın görünür ki, Moskva bütün vasitələrlə Qarabağ problemindən istifadə edərək həm Ermənistana, həm də Azərbaycana təzyiq göstərməyə, bölgədə təsirini saxlamağa, öz iradəsini diqtə etməyə çalışır. Azərbaycan buna müəyyən qədər müqavimət göstərə bilirsə, Ermənistan Moskvanın qarşısnda çox itaətkardır. Rusiyanın hərbi bazası Ermənistan üçün Domokl qılıncıdır.  Buna görə də Yerevandakı son olayları Rusiyanın iradəsindən kənar hadislər kimi təqdim etməyə çalışmaq doğru deyil. Rusiyanın regiona təsirinin dəyişməsinə gəldikdə isə, bu,  həm dünyada gedən qlobal hadisələrdən, həm də Rusiyanın iqtisadi vəziyyətindən asılı olacaqdır.

– Türkiyə Azərbaycanın təbii, strateji müttəfiqidir. Amma Azərbaycanla bağlı məsələlərdə fəal deyil. Bakı Ankaraya böyük meydan vermir, yoxsa, bu, Türkiyənin ehtiyatlı mövqeyinin göstəricisidir?

– Sizinlə razıyam, o mənada ki, Azərbaycanla bağlı Türkiyənin siyasətində müəyyən bir sükunət nəzərə çarpır. Düzdür, yaxşı iqtisadi əlaqələr, neft-qaz layihələri davam edir. Amma Qarabağ məsələsində addımlar bəyanatdan o tərəfə getmir. Hesab edirəm ki, Türkiyə Rusiya ilə nə qədər yaxınlaşırsa, onun üçün Azərbaycanın problemləri bir o qədər arxa planda qalır. Əlbəttə,  biz Türkiyə ilə strateji müttəfiqik, bizi biri-birimizə çox yaxın tellər bağlayır, amma  bununla yanaşı, böyük dövlətlərin böyük maraqları olur. Onlar yalnız özlərinə lazım olan anlarda başqa bir ölkəyə kömək edə bilirlər.  Fikrimcə, bu məsələdə Türkiyədən çox şey ummaq da olmur. Ankara xarici siyasətində, xüsusən, Rusiya ilə münasibətlərdə kəskin dönüş etdiyinə görə, Qərb ölkələri, Avropa Birliyi ilə ciddi problemlər yaşayır.  Belə bri şəraitdə görünür, Cənubi Qafqazda Türkiyə Rusiyanın maraqlarına qarşı çıxa bilmir.  Əvvəlki sərt yanaşması yoxdur. Düzünü desək, belə bir əlverişsiz şəraitdə Ankaranın Azərbaycanı aktiv müdafiə etməsinin böyük faydası olacağını da düşünmürəm. Həm də 90-cı illərdən fərqli olaraq, indi Türkiyə çox aydın şəkildə başa düşür ki, Qafqazda Rusiyanın geopolitik imkanları daha çoxdur. Ona görə, bu reallığı qəbul etməyə, onunla razılaşmağa məcburdur.

– Sonda Türkiyədə gedən proseslərdən nə gözləyirsiniz? Hakimiyyətin qalması və ya dəyişməsi, Azərbaycanla münasibətlərdə necə hiss oluna bilər?

– Əlbəttə, Türkiyədə indi çox çətin və maraqlı proseslər gedir, seçkiöncəsi ehtiraslar qızışır. Görünən odur ki, Ərdoğan bütün imkanlarını səfərbər edərək daha əzmlə seçki marafonuna qoşulub. Müxalifət də kifayət qədər düşünülmüş addımlar atır. Ərdoğana qarşı yaradılmış koalisiya, irəli sürülən namizədlər göstərir ki, çox kəskin mübarizə gedəcək. Aydındır ki, Ərdoğanın resursları daha çoxdur, TV-lərə ciddi nəzarət edilir, amma gözlənilməzliklər də tam mümkündür. Arfindəki qələbə havası keçib gedib, ölkədə iqtisadi vəziyyətin pisləşməsi tendensiyası özünü göstərir, türk lirəsinin dəyərsizləşməsi müəyyən təlaş yaradır, pullu adamların ölkədən çıxması, ölkəyə investisiyanın gəlməməsi də pis əlamətlərdir. Ona görə də seçkilərin ikinci turda davam etməsi ehtimalı var və belə olsa, müxalifət öz üstünlüyünü reallaşdıra bilər. Bir də çox aydın görünür ki, Türkiyə 10-15 il əvvəlki ölkə deyil, mənzərə bir qədər tündləşib, dialoq havası azalıb, indi hər seçki siyasi partiyalar arasında, eləcə də cəmiyyətlə hakimiyyət arasında çatların dərinləşməsinə səbəb olur. Türkiyədə demokratik ab-hava, o cümlədən söz və mətbuat azadlığının meydanı  getdikcə daralır, bu isə ölkə üçün çox ciddi təhlükələr deməkdir.

Canlı yayımda rəzalət: Bir anda müxbirin dodaqlarından öpdü...
Xilasetmə əməliyyatı fəlakətlə nəticələndi - QORXUNC... + VİDEO
Sosial medianı ayağa qaldıran görüntü: Yaşlı qadını təpikləyərək yumruq atdı... + VİDEO
Əsla normal bir həyatı olmayacağını söylədilər,amma elə bir şey etdi ki,... - MARAQLI
Son istifadə tarixi keçsə də qəbul edə biləcəyimiz qidalar - MARAQLI
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Timsah iti sahibəsinin gözü qarşısında yedi - VİDEO
Dünya
Qiyamət kitabxanası tikildi -MARAQLI...
Dünya
İmtahan öncəsi şagirdlərinə ilham verən müəllimdən qeyri-adi addım -FOTOLAR
Cəmiyyət
“Jurnalistlər kənardan heç bir qurumun hədiyyəsini qəbul etməməlidir...” - Ekspert...
Dünya
Prokuror Trampın "Rusiyaya işləməsi"nə dair heç nə tapa bilmədi, amma...
Həftənin ən çox oxunanları
"Telmandan soruşdum ki, bəs Monika Belluçi nə edəcək, dedi ki, o sadəcə..."
Putinə "ilişən" 35 yaşlı generalın məhvi – Rütbələrini soyub, 22 il həbs verdilər...
Üç uşaq atası biləndə ki, o əvvəldən dölsüzdür, arvadını...
Uşaq pulunun bərpası ilə bağlı yayılan xəbərlərə - Nazirlikdən reaksiya
Nazarbayevin varisləri: Boşanmış qızı, general qardaşı oğlu, 52 yaşlı kürəkəni, yoxsa nəvəsi?
Xorvatiyanın sabiq prezidenti: "Avropa bacarmadı, amma İlham Əliyevdə alındı"
Keçmiş prezident evini 80 dollara kirayəyə verir - Hətta həyətdəki meyvə-tərəvəzlərdən də dadmaq olar
Paşinyanın arvadı Azərbaycan şəhərində  əri ilə sərbəst çəkdirdiyi fotoları paylaşdı…
“Bir də ayılacağıq ki, Tramp deyir: "Qarabağı Ermənistan ərazisi kimi tanımaq lazımdır"...”
“Əgər biz bir neçə strateji bölgəni işğaldan azad etsək...”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə