Xəbər lenti
19/09/2018 [09:49]:
Qəflətən Qarabağa gələrək sərsəmlədi: "Biz sülh danışıqlarına, eyni zamanda müharibəyə də hazırıq”
19/09/2018 [09:42]:
Azərbaycandakı cəzaçəkmə müəssisələrindən 17 nəfər qaçdı
19/09/2018 [09:34]:
Bu gün Çempionlar Liqasında I tura yekun vurulacaq - TƏQVİM
19/09/2018 [09:23]:
Onlara yeni mənzillər verildi -FOTOLAR
19/09/2018 [09:06]:
Çempionlar Liqasında 8 oyun keçirildi - NƏTİCƏLƏR
19/09/2018 [09:04]:
Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi anıldı
19/09/2018 [08:48]:
Azərbaycana gələn ərəblərin sayı artdı
19/09/2018 [08:46]:
Şimali və Cənubi Koreya prezidentləri hərbi sahədə saziş imzaladılar
19/09/2018 [08:44]:
Bir ayağı olmayan qız “İtaliya gözəli” seçildi
19/09/2018 [08:39]:
100 il öncə Bakını millətçilik yox, ümmətçilik xilas etdi... -FİKİR SAVAŞI
19/09/2018 [08:31]:
Dietoloq məktəblilərlə bağlı çağırış etdi
19/09/2018 [00:48]:
Alimlər 15 yaş cavan görünmənin sadə sirrini "tapdılar"...
19/09/2018 [00:23]:
Türkiyəli alim Azərbaycanda dissertasiya müdafiə etdi
19/09/2018 [00:18]:
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdi - FOTOLAR
19/09/2018 [00:16]:
Üzeyir bəyin fövqəlzəkası – “Məşədi İbad papağı”nın sirri – Anım günü
18/09/2018 [23:57]:
Ermənistan: "Saşik" Sarkisyan bankda dondurulmuş pullarından büdcəyə "pay verməyə" hazırdır
18/09/2018 [23:53]:
Kəlbəcərə gələn adam, heç Kəlbəcərdən qayıdan günün olmasın!
18/09/2018 [23:47]:
Bu avtomobildən neçə adamın çıxdığına inanmayacaqsınız - VİDEO
18/09/2018 [23:34]:
Bu restoranda yemək yemək üçün çevik olmaq lazımdır - MARAQLI
18/09/2018 [23:28]:
“Milyonçu Tağıyevin Hacıbəyli qardaşlarna ayırdığı pulu mühasib niyə gizlədir? – Anım günü
18/09/2018 [23:20]:
“Televiziya kanalları, mətbuat Üzeyir bəyi bu gün bir az da çox təbliğ etməlidirlər, çünki....”
18/09/2018 [23:17]:
Yaşlı kişi əli silahlı soyğunçulara meydan oxudu - VİDEO
18/09/2018 [23:16]:
“Menyuların yalnız xarici dildə olması əsas problemdir”
18/09/2018 [23:13]:
NATO nümayəndəsi: "Ermənistanın yeni rəhbərliyi bizi ürəkləndirir"
18/09/2018 [23:03]:
Ölən dostlarının ətrafına toplaşaraq yas tutdular - VİDEO
18/09/2018 [22:59]:
"Buradakı tələbələr Üzeyir bəyin kimliyini yaxşı bilirlər, əsərlərini səhənləşdirirlər” – Cavanşir Quliyev
18/09/2018 [22:40]:
Taleh Məmmədov Minskdə çempion oldu
18/09/2018 [22:22]:
“Onlar bir-birlərinə qarşı ortada görünmədən mübarizə aparacaqlar”
18/09/2018 [22:15]:
İsrail KİV-ləri: “Liberman Azərbaycanı kəşf etdi”
18/09/2018 [21:41]:
Netanyahu Putinə zəng etdi
18/09/2018 [21:39]:
“Fənərbağça”nın futbolçusu karyerasına fasilə verdi
18/09/2018 [21:38]:
Qobustan rayonunda zəlzələ oldu
18/09/2018 [21:32]:
İçməli sudan 27 min insan zəhərlədi
18/09/2018 [21:31]:
“Bu il ən azı 600 kəndin yolunun əsaslı təmiri nəzərdə tutulub” -İlham Əliyev
18/09/2018 [21:09]:
İlham Əliyev: “Bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz”
18/09/2018 [20:48]:
"Telekanallarımız 10-15 il əvvəlki televiziya səviyyəsindən təxminən 100 addım geridir"
18/09/2018 [20:45]:
Qatarla 1,7 milyondan çox sərnişin daşındı
18/09/2018 [20:44]:
"Təyyarəmizin vurulmasını cavabsız qoymayacağıq” - Müdafiə naziri
18/09/2018 [20:42]:
Daxili İşlər Nazirliyi həkim axtarır
18/09/2018 [20:42]:
Hamburq universitetinin professoru Azərbaycanda separatçılara dəstək verdi - FOTOLAR
18/09/2018 [20:41]:
"Nəvəm dedi ki, Heydər Əliyev çox cəsarətli və bacarıqlı əskərdir" - Fikrət Qoca
18/09/2018 [20:39]:
Həyat yoldaşı ilə 4 qızını öldürən kişi və oğlu ömürlük həbs cəzası aldı
18/09/2018 [20:37]:
Bakının bu hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldı
18/09/2018 [20:25]:
Daha bir kəndə qaz verildi
18/09/2018 [19:31]:
Çindən ticarət müharibəsində ABŞ-a cavab zərbə
18/09/2018 [19:21]:
Çeçen toyunda kütləvi dava - VİDEO
18/09/2018 [19:12]:
Moskvada azərbaycanlı jurnalistin xatirə gecəsi keçirildi - FOTO
18/09/2018 [19:09]:
Zakir Həsənov dağlarda xidmət aparan əsgərləri yoxladı – FOTO
18/09/2018 [19:06]:
DTX Ağsuda əməliyyat keçirdi
18/09/2018 [18:35]:
İstanbulda oğurluq edən rus və erməni ələ keçdi - VİDEO
18/09/2018 [18:27]:
Az qalıb, bəy!
18/09/2018 [18:18]:
Putin vurulmuş təyyarəyə görə cavab tədbirlərindən danışdı
18/09/2018 [18:03]:
"Əgər qaçsaydım, indi onun yerində mən oturmuşdum" - 25 nəfərin öldüyü yanğına dair cinayət işi
18/09/2018 [17:56]:
Prezident 5 sərəncam imzaladı: 12 milyon manat ayrıldı
18/09/2018 [17:56]:
Qohum evliliyi 70 nəfəri kor etdi - FOTO
18/09/2018 [17:52]:
Rüşvətxor prokuror məhkəmə qarşısında
18/09/2018 [17:39]:
“Nar”ın dəstəyi ilə “Brain Ring” başladı
18/09/2018 [17:31]:
Balıq məhsulları ilə bağlı XƏBƏRDARLIQ
18/09/2018 [17:28]:
Eldar Əzizov daha bir kadrını yanına gətirdi
18/09/2018 [17:22]:
Məcburi köçkünlərin növbəti qəbulu keçirildi
18/09/2018 [17:20]:
Qətər-Azərbaycan arasında qarşılıqlı investisiyalar müzakirə olundu
18/09/2018 [17:06]:
Nikol Paşinyanın partiyası seçkilərdə uduzacaq?
18/09/2018 [17:03]:
Kəmaləddin Heydərovla bağlı yayılan xəbərlərə AYDINLIQ GƏTİRİLDİ
18/09/2018 [17:01]:
Ağcəbədinin su təchizatı yaxşılaşdırıldı
18/09/2018 [16:58]:
Mübariz Qurbanlı: " Zəncir vurmaq uydurulmuş hərəkətdir"
18/09/2018 [16:57]:
Fərhad Əhmədov və italyanların “bağ məsələsi” – YENİ FAKTLAR
18/09/2018 [16:42]:
QAT qadınları riyakar sülh təklifini rədd etdi
18/09/2018 [16:41]:
Azercell Gəncədə yeni Eksklüziv mağaza açdı
18/09/2018 [16:40]:
İsraildən rus təyyarəsinin vurulmasına ilk reaksiya - Günahkar Suriya, İran və...
18/09/2018 [16:38]:
“Prezidentin övladının hərbi xidmətə getməsi yaxşı örnəkdir”
18/09/2018 [16:37]:
"Onun böyüklüyü ondadır ki, əlində olan vəsaitini jurnalistikanın inkişafı üçün xərcləyib"
18/09/2018 [16:35]:
“Düzgün ixtisas seçimi uğurlu gələcəyin təminatıdır” layihəsi çərçivəsində seminarlar təşkil edildi
18/09/2018 [16:33]:
Ermənilər işğal etdikləri torpaqlarımızdan 790,5 ton üzüm yığdılar - FOTOLAR
18/09/2018 [16:25]:
“Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil”
18/09/2018 [16:23]:
Ön cəbhədə xidmət etmiş yüksək vəzifəli məmur övladlarının adları -SİYAHI
18/09/2018 [16:22]:
“İki gün əvvəl sinaqoqda çəkilib” - Nazirlərin fotosu ilə bağlı açıqlama
18/09/2018 [16:09]:
"Hələ eşitməmişəm ki, bir nazirin, bir icra başçısının oğlu hərbi xidmətə getsin"
18/09/2018 [16:02]:
“Nikol, ağlın olsun, Köçəryanla Sərkisyanı Azərbaycana təhvil ver, CANIN QURTARSIN...”
18/09/2018 [15:55]:
“UNEC Azərbaycanın ən yaxşı universitetləri sırasındadır” - Prezident təqaüdçüsü
18/09/2018 [15:43]:
Dövlət Komitəsi diaspor təşkilatlarına texniki dəstək göstərəcək
Bütün arxiv bir sırada
16/05/2018 [12:28] - Müsahibə - ( 2817 dəfə baxılıb)

“Haqqımda yazılan böhtanlara, şayiələrə cavab vermirəm” -Xalq yazıçısı

“Artur Rasizadə milli və ləyaqətli insandır”


Xalq yazıçısı, baş nazirin sabiq müavini Elçin Modern.az saytına geniş müsahibə verib.

Müsahibə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda baş tutub. Qeyd edək ki, mayın 13-də Elçin Əfəndiyevin 75 yaşı tamam olub.


Moderator.az Modern.az-a istinadən Elçinlə müsahibəni təqdim edir.


- El
çin müəllim, doğum günü ərəfəsində prezident İlham Əliyev sizi “Şöhrət” ordeni ilə təltif etdi. Belə yüksək ordenə layiq görülməyinizi necə qiymətləndirirsiz?

- Fürsətdən istifadə edib cənab prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu, mənim üçüncü ordenimdir.  “İstiqlal” ordeni, “Şərəf” ordeni və “Şöhrət” ordeni!  Bunu çox yüksək qiymətləndirirəm. Müstəqil Azərbaycanın 3 ordenini almışam, gizlətmək istəmirəm, bu, mənə çox böyük qürur verir. Mən 25 il Baş nazirin müavini vəzifəsində çalışmışam.  Bu, Ginnesin rekordlar kitabına düşəcək rəqəmdir. Sizə deyim ki, 25 ili həyatımda çox əlamətdar dövr hesab edirəm. Ona görə ki, bir var Azərbaycanın  müstəqillik uğrunda apardığı mübarizəyə kənardan baxasan, bir də var ki, bilavasitə bu işlərin içində olasan. 25 ilin 10 ilini ulu öndər Heydər Əliyevin dövründə işləmişəm. 1993-cü ildən 2003-cü ilə qədər... Heydər Əliyevin şəxsiyyətinin miqyası olduqca böyükdür. Heydər Əliyev məktəbi çox zəngin bir məktəbdir. 15 il isə cənab İlham Əliyevin Respublikaya rəhbərliyi dövründə çalışmışam. Bu da unudulmaz illərdir. İlham Əliyev Azərbaycan xalqının müstəqilliyi, azadlığı, ərazi bütövlüyümüz  uğrunda  böyük mübarizə, mücadilə aparır. Hazırda dünyanı idarə edən ikili standartlar siyasəti mövcuddur. İlham Əliyevin  həmin ikili standartlara qarşı apardığı mübarizə isə tarixi mübarizədir. Yenə də fürsətdən istifadə edib Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafı və təbliği ilə bağlı xidmətlərini xüsusi qeyd etmək istəyirəm.

- Mərhum HeydəƏliyevlə ilk tanışlığınız nə vaxta təsadüf edir? 

- 1975-ci ilin oktyabrında Nizami institutunda çalışırdım. Cavan oğlan idim. O zaman Heydər Əliyev  ilk dəfə məni qəbul etdi. Rəhmətlik İmran Qasımov Azərbaycan Yazıçılar İttifaqında 1-ci katib idi. O, Yazıçılar İttifaqına katib gəlməyimi istəyirdi. Amma bir qrup yazıcı – rəhmətə getdikləri üçün ad çəkmək istəmirəm- mənim İttifaqa gəlməməyimə görə təzyiq göstərirdilər. İmran Qasımov isə Yazıçılar  İttifaqında yeniliyə, gəncləşməyə  çalışırdı. Heydər Əliyev o görüş  zamanı dedi ki: “İmran Qasımov Yazıçılar İttifaqını cavanlaşdırmaq istəyir. Bu çox yaxşıdır. Məsələnin digər tərəfi də var. Yenilənmə... Ədəbiyyat ocağına gedirsənsə, ədəbiyyatda yenilənmə etməlisiniz”.
1975-ci ildən Yazıçılar İttifaqına getdim. Sonra “Vətən” cəmiyyətini yaratdıq. Daha sonra isə Nazirlər Kabineti....



- 25 il 
çox böyük rəqəmdir. Dediyiniz kimi, 25 il Ginnesin rekordlar kitabına düşəcək tarixdir.  İnsan müəyyən müddətdən sonra eyni işdən, eyni vəzifədən  yorulur. Sizdə isə eyni proses 25 il davam etdi. “Səhər işə get, axşam evə gəl”. Bezib usanmadınızmı?

- Bezib yorulmaq söhbəti deyil, mən harda işləsəm də, ilk növbədə yazıçıyam. O vəzifədə ki çalışırdım, bu, yazıçı üçün çox böyük material idi. Cəmiyyətin müxtəlif təbəqələri ilə təmasda olurdum. İnsanların problemləri, xoşbəxtliyi, faciəsi... Mən gördüyüm, ərsəyə gətirdiyim işləri reklam etməyi sevmirəm. Adətən səhərlər erkən yuxudan dururam, saat 5-də, zəngli saatsız.  Saat 5-9 arası yaradıcılıq işlərimdir. Ümumiyyətlə, mən səhərlər yazıram.  Amma çox yazarlar axşam yazır. Məsələn, rəhmətlik İsa Hüseynov gecə 12-dən, 1-dən sonra, İlyas Əfəndiyev də axşamlar yazıb səhərlər redaktə edirdi. Gündəlik yaşayışım bu cür formalaşıb. Səhər saat 9.30-da işdə olurdum. İş vaxtı 6-da qurtarsa da, müəyyən işlərə görə evə gec də gedə bilirdim. Bu, işin çoxluğundan asılı idi. Əlbəttə, hər bir vəzifə zaman məsələsində yazıçının vaxtını alır.

- Amma yaradıcı insana vəzifə verilən zaman  təbrik edənləçox olsa da,  təəssüf məqamı həmişə var. Çünki vəzifə yaradıcı insanısadə vətəndaşın arasından tamamilə qoparır deyirlər. Maraqlıdır, yaradıcı insanlara vəzifə verilərkən onlar nəyi itirib, nəyi qazanırlar?

- Bu, həmin insandan asılıdır. Özümü müqayisə mənasında demirəm, ancaq Şah İsmayıl Xətai böyük imperiyanın başında dayanmışdı. Eyni zamanda, böyük şair idi. Yaxud da Molla Pənah Vaqifi nümunə gətirək. Bir tərəfdən qoşmalarında, gəraylılarında gözəlləri vəsf edirdisə, o biri tərəfdən də dövrün ağır proseslərində, siyasi həyatında çox aktiv iştirak edirdi. Qarabağ xanının vəziri idi. Dediyim odur ki, hər şey şəxsin özündən asılıdır. Əgər şəxs həqiqi yazıçıdırsa, onun üçün mövzu qıtlığı olmamalıdır. Hər adam onun üçün maraqlı olmalıdır. Həyatda bir-birinin eyni olan iki adam yoxdur. Hətta, əkizlər belə zahiri olmasa da, daxili aləmlərinə görə bir-birindən fərqlənir. Bunu görməyi bacarmaq lazımdır. Əgər bunları görə bilirsənsə, bu sənin yazıçı missiyana kömək edəcək.

- “Ölüm hökmü”, “Mahmud və Məryəm”,  “Ağ dəvə” kimi iri romanlarınızı, bir çox hekayələrinizi Sovet dövründə qələməalmısız. Maraqlıdır ki, Sovet dövrü ilə müqayisədə indiki əsərlərinizdə mövzu fərqliyini hiss edə bilirsinizmi?


- Heç bir fərq hiss etmirəm. Sovet dövründə yazdıqlarımın  içində müstəqil Azərbaycan vətəndaşından gizlədiləcək bir mövzum yoxdur. Bu gün də Sovet dövründə çap olunan adını çəkdiyiniz romanların hər birini, bir yerini dəyişmədən, ixtisar etmədən oxucuya təqdim edirəm.

- Bəs Qarabağ,  şəhidlər mövzusu Elçin müəllimin yaradıcılığında necə yer alıb?

- “Bayraqdar” povestim, qaçqınların həyatından bəhs edən hekayələrim var. “Qarabağ şikəstəsi” adlı böyük  hekayəm var və s. İndi hansı qəzeti, yaxud jurnalı əlinə götürsən, şəhidlər, Qarabağ haqqında yazılar görəcəksən. Təəssüf ki, o yazıların böyük əksəriyyəti bədiilik baxımından  şəhidlərin ruhuna layiq səviyyədə deyil. Bir məqamı deyim. Sovet dövründə mövzu arxasında gizlənənlər vardı. Traktordan, pambıqdan, camışçılıqdan yazırdılar. Öz istedadsızlığını bu mövzuların arxasında gizlədirdilər. İndi bizdə də bunun əks tərəfi baş verib. Oxucu üçün müqəddəs olan mövzuların arxasında gizlənirlər.

- İndi çox şeyə “don geyindirənlər” tapılır. Fikir vermisinizsə, son dönəmlərdə cəmiyyət sadə hadisələri belə sakit qarşılaya bilmir. Bunun səbəbləri nədir?

- Cəmiyyət  ayrıca bir qurum deyil. Müxtəlif təbəqələrin, müxtəlif düşüncəyə sahib olanların toplusudur. Cəmiyyətdə formalaşan insanların arasında savadlı və savadsız, nələrdənsə incik düşən, səhv edən,  yaxud etməyən  kəsim mövcuddur. Bu məsələlərə diferensial, soyuqqanlı  yanaşmaq lazımdır. Bəzi qələm  dostlarımdan  fərqli olaraq, mən haqqımda yazılan böhtanlara, şaiyələrə, naşı yazılara  cavab yazmıram. Səviyyəsizlik həmişə olub və olacaq.


- Bir vaxtlar haqq
ınızda belə sözlər yazılırdı. Sizdən söz düşəndə o məsələ mütləq gündəmə gəlir. 


“Elçin baş nazirin müavini olduğüçün pyesləri Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulur”. Yəni sizin yazıçılığınız yox, vəzifəniz qabardılırdı

- Əgər mənim yaradıcılığım bu cür fikirlərə dözməyəcəksə, o zaman yaxşı edib yazırlar. Özümü müqayisə etmirəm, ancaq  baxın, Azərbaycan mətbuatında Cəlil Məmmədquluzadənin və onun “Molla Nəsrəddin” jurnalı haqqında nələr yazmayıblar?!. Üzeyir Hacıbəyov haqqında nələr yazmayıblar?! Yaşayan kimdir?! Yaşayan yenə də Cəlil Məmmədquluzadə,  Üzeyir Hacıbəyovdur. Təsəvvür edin, mənim pyeslərim Londonda bir neçə dəfə tamaşaya qoyulub. O zaman zəng etməliyəm Kraliçaya ki, danışan baş nazirin müavinidir. Əsərimi orada tamaşaya qoyun?  Nyu-Yorkda “Şekspir” pyesim tamaşaya qoyulanda mənim üçün sürpriz olmuşdu. Deməli, Amerika prezidentinə zəng etməliyəm ki, baş nazirin müaviniyəm. Əsərimi tamaşaya qoyun?! Gülünc bir şeydir.   Əgər bir pyesi teatra təqdim edəcəmsə, onu uzun müddət saxlayıram, oxuyuram. Fikrinə inandığım insanlara oxumaq üçün təqdim edirəm. Əgər hiss etsəm ki, cüzi narazılıq var, heç vaxt o əsərin tamaşa qoyulmasına razı olmaram.  Azərbaycanın teatrları yaxşı əsəri heç vaxt geri qaytarmaz. Yaxşı əsərə həmişə ehtiyac var. Mən, Ərəbzəngi kimi deyirəm ki, kimsə “Azdrama”ya pyes təqdim etməsin?! Gülüncdür. “Elçin vəzifəsindən istifadə edib əsərlərini tamaşaya qoydurur”. Bu,  o qədər cəfəng söhbətdir  ki, üzərində dayanmağa ehtiyac yoxdur.

- Yeri gəlmişkən, bir məqama da toxunaq. Tez-tez vəzifədə olan, vəzifədən gedən məmurlar haqqında faktlara əsaslanan yazılar yazılır. “Filankəs, filan yeri monopoliyaya alıb. Filan sahə onun inhisarındadır” tipli məsələlər cəmiyyəti narahat etməkdədir. Bu məsələlərlə bağlı hər hansı narahatlığınız yoxdur ki?

- Qətiyyən! Heç bir narahatlığım yoxdur. Bir məsələni xüsusi vurğulamaq istəyirəm. Azərbaycan mətbuatında böyük vəzifə ajiotajı var. “Filankəsi sabah vəzifədən çıxaracaqlar. Filan yer boşdur. Mötəbər mənbələrdən eşitmişik ki, bunun yerinə filankəsi qoyacaqlar” və sairə. Azərbaycan mətbuatında bu dərəcədə vəzifə aludəçiliyi yerə-göyə sığmır. Şayiələr mətbuatda yerə-göyə  sığmır. Düzdür, bu cür hallar mətbuatda həmişə olub, ancaq bu, təsginlik deyil.

- Yeni formalaşan Nazirlər Kabinetində artıq yoxsunuz... 

- 25 ildən sonra, eyni vəzifədən getməyim təbiidir. Yeni tərkibdə olmamağıma son dərəcə təbii hadisə kimi baxıram. Vəzifə kiminsə boyuna biçilməyib.

- Nazirlər Kabinetinin yeni tərkibində gənclərin sayı üstünlük təşkil edir. Hökumətdə gənc kadrların yer almasını necə qiymətləndirirsiniz? 

- Gənclərlə işləmək çox yaxşıdır. Formalaşan yeni kabinetdə yer alan gənclərin bir qismini tanıyıram. İndiki vergilər naziri Mikayıl Cabbarovla hələ təhsil naziri olduğu vaxtlarda bir yerdə çalışmışıq. Çox qabiliyyətli insandır. Öz vəzifəsinin öhdəsindən gələ biləcək. Buna şübhəm yoxdur. Etimadı doğruldacaq. 
Yeni təhsil naziri Ceyhun Bayramova da yaxşı tanıyıram. Onunla bir neçə ay birgə çalışmışıq. O da məndə xoş təəssürat yaradıb. İşgüzar, dünyagörüşü olan gəncdir. O birilərini yaxşı tanımıram. Sadəcə olaraq gənclərin hər biri ilə bağlı arzum odur ki, prezidentin etimadını doğrultsunlar. Prezidentin etimadını doğrultmaq o deməkdir ki, həm də xalqın etimadını doğruldurlar. Xalqın rifahı üçün çalışsınlar və bu etimadı doğrultsunlar.

- Hər kəsi bir sual düşündürür. Elçin Əfəndiyev 25 illik qaynar fəaliyyətdən sonra yeni vəzifə gözləyirmi?

- Mənim ən böyük vəzifəm yazıçı olmağımdır.

- Sabiq baş nazir Artur Rasizadə ilə əlaqə saxlayırsınızmı?

- Əlbəttə, elə dünən telefonla danışmışıq.

- Razılaşarsınız ki, Artur Rasizadə çox tənqid olunan hökumət adamlarından olub. Xüsusən də, onun öz ana dilində danışa bilməməsi qınaq obyektinə çevrilib.


- Artur müəllim haqqında bu tipli  yazılanlarda böyük yanlışlıq var. Bu da onu tanımamaqdan irəli gəlir. Əlimərdan bəy Topçubaşov Azərbaycan dilini çox pis bilirdi. Lakin bu onun böyük fəaliyyətini azaldırmı?  Rasizadə  rus təhsili alıb. Sizə bir söz deyim:  Artur müəllim, Azərbaycan dilini də çox yaxşı  bilir. Onunla həmişə Azərbaycan dilində danışmışam. Rasizadənin yaşının çox olmasına  baxmayaraq, kobud səslənsə də, onun zehni kompyuter kimi çalışır. O, iqtisadiyyatı, sənayeni, maliyyə məsələlərini dərindən bilən adamdır.  O, çox təcrübəli şəxsdir. Artur Rasizadə milli və ləyaqətli insandır.

- Azərbaycanda yeni yazarlar nəsli formalaşmaqdadır. Gənclərdən kimləri oxuyursuz?

- Misal üçün, Mübariz Cəfərlinin, Şərif Ağayarın  əsərlərini oxuyuram. Qan Turalının məqalələri, esseləri xoşuma gəlir. İstedadlı adamdır. Xüsusilə, qadın şairələr var. Hətta, onlar haqqında böyük məqalə yazdım. Misal üçün, Hədiyyə Şəfaqət və başqaları...

- Yaradıcılığınızda uşaqlar üçün yazdığınız maraqlı  hekayələr var. “Aysunun, Humayın, Günayın nağılları hekayəniz daha çox diqqəçəkir. Hekayəyə qızlarınızın adını vermisiz. 3 qız atasısız. Nədir qız atası olmağıüstünlükləri?

- O qızlara malik olmağın özü elə üstünlükdür.


- Ad
ətən, qız uşaqlarının atasına daha yaxın olduğu söylənilir. Sizdə vəziyyət necədir?

- Qızlarımla ilk növbədə dostam. Məncə, bu yetər.

- Bir ara Yazıçılar Birliyinin sədri Anarla münasibətlərinizin soyuq olduğu deyilirdi. İndi münasibətlər necədir?

- Anarla münasibətlərimiz həmişəki kimidir. Biz həmişə dost olmuşuq. Bizi birləşdirən bir çox cəhətlər var. Ailələrimiz bir-birlərini tanıyıblar. Anarla 50 ildir ki, dostluğumuz var. Anar mənim üçün məhrəm bir adamdır. Ola bilsin ki, ayrı-ayrı vaxtlarda aramızda um-küsü olub. Amma sərhədi keçmək söhbəti olmayıb. Bizə görə kimsə nigaran olmasın.  Hətta, sizinlə görüşdən yarım saat qabaq telefonda danışdıq. Oljas Süleymanovla  nahara  dəvət etdi. Sizinlə görüşüm, sonra da rayona səfərim olduğu üçün, gedə bilmədim.

- Bir qədər də pedaqoji fəaliyyətinizdən danışaq. Bundan sonra yazıçı Elçin tələbələr qarşısında tez-tez görünə biləcəkmi?

- Bakı Dövlət Universitetinin professoruyam. Auditoriya qarşısına çıxıb-çıxmamağımla bağlı fikirləşirəm. Amma cavanlarla işləmək mənim üçün də maraqlıdır. Növbəti dərs mövsümünə qədər bu barədə düşünmək istəyərəm. Hələ ki, qərara almamışam.

- Yeni iş təklifləri olurmu?

- Həm Azərbaycan, həm də Türkiyə universitetlərindən  dəvətlər gəlir. Xüsusilə, Türkiyənin Yedi Təpə Universiteti orada mühazirələr oxumağımı istəyir. Ancaq hələ ki  bir az başım qarışıqdır.  Bu günlərdə Rus Dram Teatrı “Absurd” pyesimin tamaşasının  məşqlərinə başlayıb. Bir müddət bundan qabaq Londondan  xəbər gəldi. İngilis bəstəkar “Cəhənnəm sakinləri” pyesim əsasında muzikl  yazıb. Bu muzikl  mənim üçün gözlənilməz oldu. İngilis bəstəkar Azərbaycan yazıçısının pyesi əsasında muzikl yazıb və əsəri Cənubi Koreyanın Opera və Balet Teatrı sifariş edib. Seulda tamaşaya qoyuldu. Təəssüf ki, o tamaşaya baxa bilməmişəm. İndi Londonda tamaşa hazırlanır.

- Bir vaxtlar “Vətən” Cəmiyyətiniz vardı. Orada sədr idiniz. İndi o cəmiyyət fəaliyyət göstərirmi?

- O cəmiyyət artıq öz missiyasını başa vurub.

- Yenidən elə bir cəmiyyətin yaranmasına ehtiyac duyursunuzmu?

-Hər şey Diasporla İş üzrə Dövlət Komitəsindən asılıdır.  Əgər bu komitənin işi geniş miqyas alarsa, hər hansı cəmiyyətin yaranmasına ehtiyac görmürəm. Çünki  dövlətin xüsusi bir komitəsi var. Komitə üzərinə düşən işi bundan sonra daha da yaxşı yerinə yetirməlidir.

- Son olaraq istirahətiniz barədə soruşmaq istərdim. Bu qədər gərgin işin içində necə istirahət edirsiz?

- Mənim istirahətim odur ki, səs salmayın işləyirəm.

Alimlər 15 yaş cavan görünmənin sadə sirrini "tapdılar"...
Türkiyəli alim Azərbaycanda dissertasiya müdafiə etdi
Bu avtomobildən neçə adamın çıxdığına inanmayacaqsınız - VİDEO
Bu restoranda yemək yemək üçün çevik olmaq lazımdır - MARAQLI
Yaşlı kişi əli silahlı soyğunçulara meydan oxudu - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Menyuların yalnız xarici dildə olması əsas problemdir”
Mədəniyyət
"Buradakı tələbələr Üzeyir bəyin kimliyini yaxşı bilirlər, əsərlərini səhənləşdirirlər” – Cavanşir Quliyev
Köşə
Az qalıb, bəy!
Cəmiyyət
"Onun böyüklüyü ondadır ki, əlində olan vəsaitini jurnalistikanın inkişafı üçün xərcləyib"
Siyasət
Ermənilər işğal etdikləri torpaqlarımızdan 790,5 ton üzüm yığdılar - FOTOLAR
Həftənin ən çox oxunanları
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Puldan “divar” yaradan məmur həm də 256 məşuqə saxlayırmış - HEYRƏTAMİZ+VİDEO
Bakıda satılan 5 otaqlı evin qiymətinə Braziliyada ada almaq olar - Fantastik qiymət (FOTOLAR)
“Polis Bərdə-Ağdam yolunu tankla kəsmiş erməniləri saxladı...”
"Müdafiə Nazirliyində çalışdığım 7 ildə cəbhə bölgəsində vəzifəli şəxsin övladını görmədim"
"Cənab Prezident, çox hörmətli Mehriban xanım, bu sətirləri Sizə utanaraq yazırıq..."
Mehriban Əliyevanın təşəbbüsü ilə 1-ci siniflərə - Hədiyyə
Fərhad Əliyevin kəndində evləri daşa basıb, sakinləri qorxuya salan kimdir? - VİDEO
"Biz də "Səni deyirlər"i Güneyin ruhu ilə oynadıq...” - VİDEO
"Sabah Qarabağda savaş başlasa bizim Bakıda Nuru Paşalara ehtiyacımız olmayacaq, çünki..."
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə