Xəbər lenti
25/05/2018 [12:30]:
Ümumdünya Turizm Təşkilatı 110-cu sessiyanı Bakıda keçirəcək
25/05/2018 [12:29]:
“Türkiyə bu günə qədər elə zərbələri dəf edib, bu zərbələr istənilən dövləti paramparça edərdi”
25/05/2018 [12:27]:
Birinci vitse-prezident və vitse-prezidentlərlə bağlı qanuna dəyişiklik edilir
25/05/2018 [12:26]:
Əfv olunan məhkumlar ailələrinə qovuşdu - FOTOLAR
25/05/2018 [12:22]:
Tarix onu bilməyənləri cəzalandırır...
25/05/2018 [12:19]:
Qarabağ döyüşçüsü özünə qəsd etmək istəyir – Səbail rayonunda özbaşınalıq
25/05/2018 [12:17]:
“Kobud ehtiyasızlıq nə deməkdir?” – Rafael Cəbrayılovdan irad
25/05/2018 [12:15]:
“Ünvanlı yardımın və əlilliyin verilməsində neqativ hallar yaşanır” -Hadi Rəcəbli
25/05/2018 [12:12]:
Kənd məktəbində biabırçılıq! - Müəllim qadın tualetinə kamera yerləşdirdi
25/05/2018 [12:11]:
Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanında Nuxa qəzasını təmsil etmiş ŞƏXSLƏR
25/05/2018 [12:05]:
Məmmədyarov: "Bu, sülh prosesini öldürmək deməkdir"
25/05/2018 [11:42]:
“Avtoritar idarəçiliyi olan məktəb direktorlarının yenilikçi müəllimləri qəbul etmək fikirləri yoxdur”
25/05/2018 [11:41]:
Neftçala Polis Şöbəsinə pul ayrılıb, lakin bina təmir edilməyib
25/05/2018 [11:39]:
Saday Şəkərli azadlıqda- FOTOLAR
25/05/2018 [11:39]:
Amerikalı 70 şagird də Azərbaycan dövlət sərhədini pozdu... - FOTOLAR
25/05/2018 [11:38]:
“Onların heç birini jurnalist saymıram”
25/05/2018 [11:36]:
On kilometr yolu qolları üstə qətt etib Ginnesin rekordlar kitabına düşdü- FOTO+VİDEO
25/05/2018 [11:35]:
Türkiyədən Azərbaycana möhtəşəm jest - 100 illiyin şərəfinə pul
25/05/2018 [11:32]:
Mehriban Əliyeva Qarabağ əlillərini protezlə təmin etdi -VİDEO
25/05/2018 [11:11]:
Məşhur filmlərdə gördüklərinizə inanmayın - Reallıq başqadır+Fotolar
25/05/2018 [11:11]:
ADPU-da “Qafqaz İslam Ordusu” adlı tədbir keçirildi
25/05/2018 [11:08]:
ADPU-da AXC-nin yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib
25/05/2018 [11:05]:
Bu yollarda hərəkət məhdudlaşdırılır
25/05/2018 [11:02]:
Türkiyədə dövlət sturkturları gücləndirilmiş iş rejiminə keçir
25/05/2018 [11:01]:
Gədəbəyin keçmiş icra başçısı təcridxanada ölüb? - DİN-dən AÇIQLAMA
25/05/2018 [10:58]:
Magistratura imtahanının II mərhələsində iştirak edəcək bakalavrlara XƏBƏRDARLIQ
25/05/2018 [10:55]:
Bakıdakı partlayışda yanan qadının vəziyyəti kritikdir
25/05/2018 [09:52]:
Məşhur futbolçu eyni anda iki qadınla evlənir - FOTOLAR
25/05/2018 [09:48]:
Ermənilər atəşkəsi 94 dəfə pozdular
25/05/2018 [09:45]:
"Qəbul imtahanlarının ödənişsiz olması ilə bağlı müzakirələr aparılır"
25/05/2018 [09:44]:
Mətbuat Şurası bəzi saytları bağlamaq üçün səlahiyyətlərinin artırılmasını istəyir - AÇIQLAMA
25/05/2018 [09:41]:
“Bu il çox hərarətli olacaq” - Emin Ağalarov
25/05/2018 [09:39]:
Media təmsilçiləri və özəl sektor üçün təlim keçirildi
25/05/2018 [09:36]:
Liviyada minalanmış avtomobil partladı - 6 ölü, 20 yaralı
25/05/2018 [09:25]:
32 yaşlı gəlin evdən qaçdı... -İki uşağı var
25/05/2018 [09:23]:
Şabranda 14 yaşlı məktəbli itkin düşüb - Fotolar
25/05/2018 [09:20]:
“Xəyanət heç bir formada müzakirə olunmur” - Sona Vəliyeva
25/05/2018 [09:18]:
“Ən azı, 300 cüt ayaqqabım, yüzlərlə çantam var” - Günel
25/05/2018 [09:11]:
Əfv edilənlər azadlığa buraxılır...
25/05/2018 [09:05]:
Məhəmməd Salah “Real Madrid”lə final oyunu ərəfəsində də orucunu pozmayacaq -İBRƏTAMİZ
25/05/2018 [08:59]:
ABŞ Ankaraya “S-400”ün alternativini təklif etdi
25/05/2018 [08:58]:
Atışmada iştirak edənlərin cəzaları artırılıb -FOTOLAR
25/05/2018 [01:17]:
Alpinistlər həmkarlarının öldüyü yeri ziyarət edib — FOTO
25/05/2018 [01:01]:
AXC xadimlərinin yaxın dostu imkansızlıqdan evini “restoran”a çevirdi- Araşdırma
25/05/2018 [00:42]:
Suriya aerodromu raket hücumuna məruz qaldı
25/05/2018 [00:17]:
“Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir”
24/05/2018 [23:56]:
FİFA ilə UEFA arasında gərginlik: Tənqiddən təhqirə keçdilər
24/05/2018 [23:51]:
Moskvada rəssam üç nəfəri girov götürüb – VİDEO
24/05/2018 [23:44]:
Ermənistan ordusuna yeni baş qərargah rəisi təyin olundu
24/05/2018 [23:22]:
Bundan sonra manqaldan kənar gəzəcəksiniz: Alimlər kababın yeni təhlükəsini aşkarladılar...
24/05/2018 [23:02]:
Naxçıvanda iki publik hüquqi şəxs yaradıldı
24/05/2018 [22:54]:
Məşhur repçi həbs olundu
24/05/2018 [22:53]:
Vida öpüşü zamanı sevgilisinin dilini dişlədi – VİDEO
24/05/2018 [22:52]:
Üz tanıma texnologiyası ilə 3 cinayətkar yaxalandı
24/05/2018 [22:51]:
Hamı tərəfindən qəbul olunmuş 10 yalan- Bizi necə inandırıblar...?
24/05/2018 [22:34]:
Oruc tutmaq istəyən balaca oğlan hər kəsi güldürdü - VİDEO
24/05/2018 [22:32]:
İnək kəsən müsəlman dərzi linç edilərək öldürüldü
24/05/2018 [22:08]:
Sürətlə gələn yük avtomobilinin önünə tullandı – VİDEO
24/05/2018 [22:06]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİR MÖHSÜN NƏVVAB
24/05/2018 [22:03]:
Şəhid ailələrinə 11 min manat nə vaxt ödəniləcək? – VİDEO
24/05/2018 [22:00]:
Astanada Xəzərin hüquqi statusu ilə bağlı müzakirələr aparıldı
24/05/2018 [21:58]:
Blokadaya düşən sahibkar ölkə başçısına müraciət etdi - FOTOLAR
24/05/2018 [21:38]:
Xəzərdə tapılan iki meyit FHN gəmisinin göyərtəsinə götürülüb- YENİLƏNİB
24/05/2018 [21:34]:
Morqan Frimen cinsi istismarda ittiham olunur
24/05/2018 [21:22]:
ABŞ “Tomohawk”ın istehsalını dayandırır
24/05/2018 [21:16]:
"Görünür, rusların əlində şərəfini itirmiş milli satqınlarla bağlı elə məlumatlar var ki..."
24/05/2018 [20:59]:
Ərdoğan regionla bağlı planlarını açıqladı
24/05/2018 [20:52]:
Laçının icra başçısı Rəhim Qazıyevə hansı sualları verdi?
24/05/2018 [20:35]:
Ana fil öz balasına yoxuşu çıxmaq üçün belə kömək etdi - VİDEO
24/05/2018 [20:32]:
Saday Şəkərli azadlığa çıxır- Şad xəbər...
24/05/2018 [20:31]:
Azərbaycana xaricdən pul köçürmələri kəskin artdı
24/05/2018 [19:47]:
Sabir Rüstəmxanlı Rüstəm İbrahimbəyovun filmi haqda danışdı: “Bu, nə xəstəlikdir?”
24/05/2018 [19:43]:
Əliyevin əfv sərəncamında 16 qadın var - Siyahı
24/05/2018 [19:36]:
Çin lideri: "Ölkəmiz Azərbaycanın uğurlarına ürəkdən sevinir"
24/05/2018 [19:33]:
“F-35” Rusiyanın “S-300”nə qalib gəldi
24/05/2018 [18:59]:
Xəzərdə tapılan meyitlərin kimliyi müəyyənləşdi: İtkin idmançılar imiş
24/05/2018 [18:53]:
Putin: "Azərbaycanın beynəlxalq aləmdə çox böyük nüfuzu var"
24/05/2018 [18:52]:
BP-nin rəhbəri: Neftin qiyməti 100 dollara çatmayacaq
24/05/2018 [18:49]:
Rüstəm İbrahimbəyov üçün filmin sonu...
24/05/2018 [18:44]:
Türkiyə şahinləri Bakıda hərbi paradda uçacaq
Bütün arxiv bir sırada
16/05/2018 [14:33] - Cəmiyyət - ( 789 dəfə baxılıb)

İlham Əliyev Naxçıvandakı hərbi hissədə



Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev mayın 16-da Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhər Qaraçuq ərazi dairəsində Əmiraslan Əliyev adına Sərhəd Dəstəsində yaradılan şəraitlə tanış olub.

 

Üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılması, şimal və şimal-qərb sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin Sərhəd Qoşunlarının formalaşdırılması istiqamətində verdiyi qərarların nəticəsində Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadir olan ölkəyə çevrildi. Müstəqil dövlətimizin sərhədlərinin etibarlı qorunmasının yüksək səviyyədə təşkili sonrakı dövrdə də prioritet oldu. Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğunun əsas istiqamətlərindən olan Sərhəd Qoşunlarını da dövlət qayğısı ilə əhatə etdi. Ali Baş Komandanın ölkəmizin sərhədçiləri ilə çoxsaylı görüşləri Dövlət Sərhəd Xidmətinin inkişafına, ölkəmizin sərhədlərinin mühafizəsinə göstərilən diqqət və qayğının əyani təzahürünə çevrildi. Təsadüfi deyil ki, son illərdə Dövlət Sərhəd Xidmətinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Xidmətin maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələri və zastavalarında müasir şəraitin yaradılması əlbəttə ki, Sərhəd Qoşunlarının inkişafına göstərilən qayğının bariz nümunəsidir.

 

Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri Asəf Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

 

Bildirildi ki, Əmiraslan Əliyev adına Sərhəd Dəstəsinin qərargah və yataqxana binası üç mərtəbədən ibarətdir. Binada rabitə, xidmət, silah, yataq otaqları, mətbəx, əsgər və zabit yeməkxanası yaradılıb. Binanın ikinci mərtəbəsində hərbçilər üçün 16 yerlik yataqxana, 48 yerlik əsgər yataqxanası və 4 yerlik zabit yataqxanası yerləşir. Burada ərzaq mağazası və əsgərlər üçün əlavə ləvazimatların satışı dükanı da hərbçilərə xidmət göstərəcək. Binada, həmçinin ikiotaqlı 4 mənzil də var.

 

Dövlətimizin başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqət mərkəzində saxlayır. Havada, suda və quruda sərhədlərin etibarlı şəkildə qorunmasını təşkil etmək üçün bütün zəruri tədbirlər görülür. Bu işlərlə yanaşı, sərhədçilərin mənzil-məişət, sosial məsələlərinin həllinə də daim diqqət göstərilir.

 

Zastavanın texniki binasında əsgərlər üçün müasir səviyyədə hamam və camaşırxana, ərzaq, əşya və silah anbarları, avtomobillərin saxlanması üçün qaraj da yaradılıb. Kinoloji xidmət üçün 7 yerlik və atların saxlanması üçün 12 yerlik tövlə binası tikilib. Ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb. Burada hərbçilərin idmanla məşğul olmaları üçün hər cür şərait yaradılıb.

 

***

 

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki Təlim-Tədris Mərkəzində yaradılan şəraitlə tanış olub.

Azərbaycan müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev dövlətimizin başçısına raport verdi.

 

Ölkəmizdə yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür.

 

Bu baxımdan Naxçıvan Muxtar Respublikasında da böyük əhəmiyyətə malik layihələr icra olunub. Bu gün muxtar respublikanın müdafiə potensialı və gücü durmadan artır. Ümumilikdə, ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu gün hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədədir, əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə təmin olunması ardıcıl şəkildə həyata keçirilir. Bununla yanaşı, birinci əməliyyat eşelonu birliklərində dayanıqlı müdafiənin təmin olunması istiqamətində əməli tədbirlər görülüb, müdafiə sistemi təkmilləşdirilib, qoşunların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılıb. Ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlimi keçirilib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub və həmin təlimlərdə ən müasir tələblərə cavab verən simulyator və kompüter şəbəkələrindən istifadə edilib. Son illərdə ordunun müasir silah və texnika ilə təchiz olunması istiqamətində də əməli tədbirlər görülüb. Dövlətimizin başçısının təşəbbüsü ilə 2005-ci ildən fəaliyyət göstərən Müdafiə Sənayesi Nazirliyinin yenidən qurulan müəssisələrində istehsal olunan silah və texnika hazırda ordumuzun maddi-texniki təchizatında aparıcı rol oynayır.

 

Yeni yaradılan hərbi hissədə əsgər yataqxanaları, Əsgəri-Məişət Kompleksi, Təlim-Tədris Mərkəzi, qərargah binası, xəstəxana inşa olunub, sıra meydanı, idman şəhərciyi salınıb.

Əlahiddə Ümumqoşun Ordusunun Təlim-Tədris Mərkəzində taktiki simulyasiya, trenajor, mədəni-kütləvi işin təşkili bölmələri, sənədli və tədris filmləri kinostudiyası, hərbi mətbəə yerləşir. Ümumi sahəsi 7500 kvadratmetr olan üçmərtəbəli binada, həmçinin zirehli texnika, raket-artilleriya sistemləri, rabitə, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər sinif otaqları, kitabxana, xarici dillər kabinəsi və 700 yerlik tədbirlər zalı vardır. Hərbi tədris proqramının keyfiyyətlə mənimsənilməsi, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılması üçün sinif otaqlarında lazımi şərait yaradılıb, kompüterlər quraşdırılıb, əyani vəsaitlər və məlumat stendləri qoyulub. Trenajor zalında tank, artilleriya və digər zirehli texnikaların idarə olunması, eləcə də texniki və atış sistemləri üzrə 18 trenajor quraşdırılıb. Trenajorlar vasitəsilə zirehli texnikaların idarə olunması və döyüş zamanı onlardan atəş açılması öyrədilir. Keçirilən təlimlərin sonunda qiymətləndirmənin aparılması isə şəxsi heyətin bilik səviyyəsini və peşəkarlığını müəyyən etməyə imkan verir. Simulyasiya mərkəzində artilleriya qurğularının taktiki-texniki xüsusiyyətləri, həmçinin atışın idarə olunması üzrə məşğələlərin praktik mənimsənilməsi üçün hər cür şərait yaradılıb, otaqlarda mərkəzdən idarə olunan və xüsusi proqram təminatına malik 100 kompüter və proyektor quraşdırılıb. Atəş hazırlığı otağında yaradılan virtual təlim meydançası döyüş sursatı sərf etmədən müxtəlif şəraitdə atəşin idarəolunmasını həyata keçirməyə imkan verir. Həmçinin burada atəş tapşırıqlarını təhlil etmək və qiymətləndirmək, atəş göstəricilərinin dəqiqliyini müqayisə etmək mümkündür. Mərkəzin kitabxanasında Azərbaycan və dünya ədəbiyyatı nümunələri, eləcə də ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən 16 mindən artıq kitab, qəzet və jurnal materialları toplanıb. Burada şəxsi heyətin gündəlik dövri mətbuatla tanış olmaq, hərbi və bədii ədəbiyyatları mütaliə etmək imkanı var. Hərbi sahəyə dövlətimizin göstərdiyi diqqətin nəticəsidir ki, bu gün Əlahiddə Ümumqoşun Ordusunda gənc əsgərlərin peşəkar döyüşçü kimi hazırlığı da daxil olmaqla, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, gizir və zabit hazırlığı kursları da təşkil edilir, zabit heyətinin təkmilləşdirilməsi kursu da uğurla icra olunur.

 

Sonra Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsinin yeni hərbi xəstəxanasının açılışını etdi.

 

Dövlətimizin başçısı xəstəxana binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, ən müasir tibbi avadanlıqla təchiz edilən üçmərtəbəli yeni xəstəxana binasında poliklinika-qəbul, terapiya, cərrahiyyə, anesteziologiya və reanimotologiya, təminat bölmələri və inzibati bölmə mövcuddur. Xəstəxananın poliklinika-qəbul bölməsində oftalmologiya, ginekologiya, lor, ultrasəs və elektroqrafiya kabinələri və laboratoriya fəaliyyət göstərəcək. Altmış çarpayılıq xəstəxana binasında şəxsi heyətə ilkin tibbi yardım göstərmək üçün sarğı, prosedur və təxirəsalınmaz yardım otaqları da yaradılıb. Xəstəxanada hərbi qulluqçuların qidalanması üçün hərtərəfli şərait var. Şəxsi heyətin tibbi biliklərinin daha da artırılması məqsədilə hərbi tibbi hazırlıq üzrə məşğələlər keçmək üçün müasir tədris vəsaitləri ilə təmin edilən sinif və mühazirə zalı mövcuddur. Buradakı laboratoriya müasir avadanlıqla təchiz olunub. Bu isə laborator müayinələri operativ və yüksək dəqiqliklə yerinə yetirməyə imkan verir. Bir sözlə, xəstəxanada əsgər və zabitlərə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hərtərəfli şərait yaradılıb. Bu tibb müəssisəsinin müasir avadanlıqla təchiz olunması Azərbaycanda ordu quruculuğu sahəsinin inkişafına göstərilən dövlət qayğısının əyani təzahürüdür. Bütün bunlar bir daha sübut edir ki, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev əsgər və zabitlərin sağlamlığının qorunmasına, həmçinin sosial məsələlərinin həllinə xüsusi həssaslıqla yanaşır və bu istiqamətində mühüm işlər görür.

 

Sonra dövlətimizin başçısı silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış oldu.

 

Yüz illiyini qeyd etməyə hazırlaşdığımız Azərbaycan Silahlı Qüvvələri bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf dövrünü yaşayan ordumuzda həyata keçirilən islahatların nəticəsidir ki, Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur. Yüksək döyüş, mənəvi-psixoloji hazırlığı ilə seçilən Azərbaycan Ordusu bu gün həm də ən müasir silah-sursat, hərbi texnika ilə təmin olunur. Silahlı Qüvvələrimizin balansında olan bu müasir texnika bir çox özəllikləri ilə seçilir.

 

Ən əsası isə odur ki, ordumuz bu cür müasir silah-sursatın, hərbi texnikanın vasitəsilə Ali Baş Komandanın əmri ilə istənilən anda düşmənə sarsıdıcı zərbə vura və tarixi torpaqlarımızı işğaldan azad edə bilər. Azərbaycan əsgəri bunu düşmənə dəfələrlə sübut edib. Bu gün Azərbaycan Ordusunun arsenalı dünyanın aparıcı ölkələrinin istehsalı olan silah-sursatla genişlənir. Mühüm məqam ondan ibarətdir ki, son illərdə dövlətimizin başçısı, Ali Baş Komandanın diqqəti sayəsində ölkəmizdə yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda ən müasir hərbi texnikanın, silah-sursatın istehsalına imkan verir. Təsadüfi deyil ki, indi ordumuzun silah-sursatı bir çox parametrlərinə görə dünyada ilk yerlərdən birini tutur.

 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illərdə maddi-texniki bazası daha da möhkəmlənən Azərbaycan Silahlı Qüvvələri haqlı olaraq dünyanın ən qüdrətli ordularından biri kimi tanınır, hərbçilərimizin peşəkarlıq səviyyəsi getdikcə daha da artır, nəticə etibarilə Azərbaycanın ordu və müdafiə potensialı güclənir.


Kənd məktəbində biabırçılıq! - Müəllim qadın tualetinə kamera yerləşdirdi
Məşhur filmlərdə gördüklərinizə inanmayın - Reallıq başqadır+Fotolar
Məşhur futbolçu eyni anda iki qadınla evlənir - FOTOLAR
Vida öpüşü zamanı sevgilisinin dilini dişlədi – VİDEO
Üz tanıma texnologiyası ilə 3 cinayətkar yaxalandı
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Avtoritar idarəçiliyi olan məktəb direktorlarının yenilikçi müəllimləri qəbul etmək fikirləri yoxdur”
Araşdırma
AXC xadimlərinin yaxın dostu imkansızlıqdan evini “restoran”a çevirdi- Araşdırma
Maraqlı
Hamı tərəfindən qəbul olunmuş 10 yalan- Bizi necə inandırıblar...?
Gündəm
“Media intiharlarla bağlı xəbərlərin işıqlandırılmasından çəkinməlidir, çünki...”
Siyasət
Litva prezidenti: "Gürcüstan Cənubi Qafqazda yeganə ölkədir ki, ona bel bağlamaq olar..."
Həftənin ən çox oxunanları
Alpinistlərlə bağlı şok iddia - “Meyitlər şübhəli şəkildə, anidən tapılıb”
Korrupsionerin evindən çıxan pullar hamını heyrətləndirdi...- FOTO
"Bu adam görün nə qədər ləyaqətsizdir ki, öz xalqını erməninin ayağına verir"
Bu baş versə, hamımız yanacağıq - Ərdoğan
"Bu xəyanətinin arxasında köynəyinin altında məharətlə gizlətdiyi paqonlarının "ağırlığı" durur"
"4 bacının tək qardaşı idi..." - Dünən şəhid olan əsgərimizin FOTOSU
“Xaricdə bank vətəndaşlara, bizdə isə vətəndaşlar banklara yalvarır”
"Ermənistanda Naxçıvan daha populyardır, çünki…" -Ehtiyatda olan polkovnik
“Özünə ayaqyolu axtaran xanım video çəkməz...” - “Unibank”dan müştəri ittihamına cavab...
Oleq Kuznetsov: "Paşinyan ABŞ-ın istəyilə Naxçıvana atəş açdı"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin