ABŞ-ın təkidi və İsrailin razılığı ilə ABŞ səfirliyinin Qüds şəhərinə köçürülməsi, müsəlman aləmi üçün böyük qıcıq yaratdı. Hər şeydən öncə BMT-nin qətnamələri və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) toplanmaları İsrailin bu planını iflasa uğrada bilmədi. Beləliklə həm BMT həm də İƏT-nın məsləhət verici funksiyadan başqa, tətbiq etmə funksiyasının zəyifliyini görə bilərik. Belə olduğu hal böhran daha da alovlanır.
Əksər müsəlman dövlətlərinin Fələstinə üz çevirdiyi bir anda niyə məhz Türkiyə bu qədər candan duyğularla bu problemə öz dəstəyini verir?
Bu sualı aydınlaşdırmaq üçün ilk öncə “Osmanlı” aspektindən məsələyə yanaşmalıyıq.Osmanlı imperiyası bu əraziləri yüzillərcə idarə edib. Bundan əlavə, hakim Ədələt və İnkişaf Partiyasının “Osmanlı” siyasəti yeritməsi bu regionda Türkiyənin himayəsini artırır. Rəcəb Tayyib Ərdoğanın çıxışlarında “biz Osmanlı İmperiyası idik. Bizim torpaqlarımızda indi başqa dövlətlər yaranmışdır” fikirlərinə rast gəlinir. Məhz bu fikrin səsləndirilməsi, bu torpaqların Türkiyə marağında olduğunun və bu regionda yaşayan xalqların Osmanlı ənənələrini unutmamasını göstərir.
Bundan əlavə olaraq, Türkiyə regionda kasıb ölkələrə təhsil, səhiyyə, hərbi və iqtisadi cəhətdən yardımlar göstərir. Bu yardımlar kasıb ölkə xalqlarına Osmanlı İmperiyasının yaşadığı hissi verir. Beləliklə, Türkiyə regionda özünə dayaq yaradaraq, regiona güclü nüfuz edir.
Fikrimcə, Türkiyənin bu mövqeydən yanaşması zəruridir. Əgər Türkiyə regiona təsir etmək istəyirsə məhz Osmanlı aspektindən çıxış etməlidir. Sadəcə bu siyasət beynəlxalq hüquqa söykənməlidir. Bununla yanaşı, regionda dövlətlər rəngarəngdir və alınacaq qərarlar hamısına şamil olunmalıdır. Bu konfliktin həlli üçün daha çox ərəb dövlətini cəlb etmək lazımdır.
Qüds məsələsi Türkiyənin daxili məsələsidir
Qüds şəhəri qədim dövrdən müxtəlif xalqların yaşadığı dini şəhər olub. Məhz bu zaman Osmanlı himayəsində olan şəhər çox multikultural sistemə sahib olmuş, burada yaşayan xalqlar bir-birlərinə hörmət və ehtiramla yanaşmışlar. Ancaq Birinci Dünya Müharibəsi və ingilislərin bu bölgəyə sahib olması münaqişələr üçün zəmin yaratdı. Türkiyə 1923-cü illərdən buralardan rəsmən çəkilmiş və beləliklə uzun aradan sonra məhz Ədalət və İnkişaf Partiya hakimiyyəti dövründə bu torpaqlara yenidən qayğı başlamışdır. Ancaq ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə rəsmən Türkiyə - İsrail gərginliyi daha da artıb. Türkiyə hər səfərində bu torpaqların hər 2 xalqa aid olduğunu və BMT konvensiyalarına uyğun olmasını tələb edir. Ancaq İsraili dəstəkləyən ABŞ burada həm Ərəb Liqasını özünə çəkmiş həm də İsraili dəstəkləmişdir. Bu halın olması isə Türkiyənin əl-qolunu bağlayır.
Cümə günü İƏT-in İstanbulda görüşündən sonra dolların qalxması ehtimalı yüksəkdir
Bölgədə gərginləşən vəziyyət Türkiyə iqtisadiyyatına mənfi təsir edir. Türkiyənin aktivliyi ona bəzi problemlər yaradır. Yəhudi sərmayəsi Türkiyədə də var. Digər tərəfdən Türkiyənin İsraillə iqtisadi münasibətləri var. Ona görə də bu iki ölkə arasında münasibətlər gərginləşən kimi bu iqtisadi əlaqələrə zərər vurur. Prognozuma görə iki dövlət arasında ciddi qırılmaların olmasından sonra bir çox yahudi şirkətləri öz səhmlərini Türkiyədən çıxara bilər. Belə olduğu an Türkiyədə dollarınməzənnəsi məhz lirəyə münasibətdə 5 ola bilər. Bu halın olmaması üçün Türkiyə İsraillə daha mülayim dialoq qurmalı və Qüds məsələsində tək yox digər dövlətlərlə birgə addım atmalıdır. Belə olduğu halda tək hədəf olmaq riskindən qaçına bilər.
Yadigar Nağıyev
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti