Xəbər lenti
19/07/2018 [13:46]:
Prezident əlillərlə bağlı qanunu imzaladı
19/07/2018 [13:45]:
Adnan Oktar əməliyyatı davam edir
19/07/2018 [13:43]:
Yəməndə xəstəlikdən 2300 adam həlak olub
19/07/2018 [13:38]:
Aygünün qızı yeni görünüşü ilə təəccübləndirdi - FOTO
19/07/2018 [13:37]:
Nazpərinin elmi adı saxta çıxdı - Rəsmi açıqlama
19/07/2018 [13:36]:
Bakıda məşhur plazada yanğın olub
19/07/2018 [13:35]:
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq
19/07/2018 [13:28]:
Rozanın özündən gözəl qızı - Anamla bağlı o sualı mənə tez-tez verirlər - VİDEO
19/07/2018 [13:24]:
Anar Bağırov Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışdı
19/07/2018 [13:07]:
DİN Baş DYP İdarəsinin sürücülərə müraciəti yayıldı...
19/07/2018 [13:07]:
Ekspert: “Hurjet”in ilk alıcısı Azərbaycan olacaq - FOTO
19/07/2018 [13:06]:
Sifariş verdi, bağlamanı açınca şoka düşdü: Çarşab əvəzinə kəfən...
19/07/2018 [13:04]:
Hindistanda məktəbli qızı huşunu itirənə qədər zorladılar - FOTO
19/07/2018 [13:00]:
Niyə daha çox Dilqəm Əsgərov və Şahbaz Quliyev? – Bəs digərləri?
19/07/2018 [12:51]:
"Kimisi qızımın özünü atanda lüt olduğunu deyir" - Özünü 17-ci mərtəbədən atan qızın anası danışdı
19/07/2018 [12:38]:
Sabiq deputatın avtomobilinin 60 litrlik bakına 68 litr benzin vurdular...
19/07/2018 [12:11]:
Trampın Ərdoğandan istədiyi keşişin – Şok PKK planı
19/07/2018 [12:06]:
Anasını güllələyən siyasətçi silahın müdafiəsinə qalxdı
19/07/2018 [11:46]:
Rusiya dəhşətli sualtı silahının istehsalına hazırlaşır - Foto
19/07/2018 [11:43]:
Türkiyəli aktyoru öz restoranında döydülər - FOTO
19/07/2018 [11:43]:
Yalan ifşa oldu: ələ keçən erməni xüsusi təyinatlısının - FOTOSU
19/07/2018 [11:40]:
“Bunu öyrədə bilsək, prinsipial dəyişikliyə nail ola bilərik”
19/07/2018 [11:36]:
Elmar Vəliyevin mühafizəçisindən təzə xəbər var
19/07/2018 [11:27]:
Ölkədə qaçqın statusu əsasında yaşayanların sayı 23 faiz artdı
19/07/2018 [11:22]:
Afrika xalqı öz qəhrəmanının 100 yaşını qeyd edir...
19/07/2018 [11:20]:
Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilib
19/07/2018 [11:14]:
“Azərxalça” işğaldan azad olunmuş kəndin qədim xalçalarını aşkara çıxardı - FOTOLAR
19/07/2018 [11:10]:
Firəngiz Ulutürkün səhhətində problem yarandı
19/07/2018 [11:10]:
Skripal ailəsini zəhərləyənlərin kimliyi müəyyən olunub
19/07/2018 [11:05]:
Bakı Metropolitenindən avstriyalı həmkarlarına "gözdağı" - "Biz hansısa şirkəti reklam edə bilmərik"
19/07/2018 [11:00]:
Telekanallarımız və şou-biznesimiz MASONLARIN MƏKRLİ PLANLARINI İCRA EDİR...
19/07/2018 [10:53]:
“Ölkəmizdə idman iqtisadiyyatı və idman turizminin inkişafına ehtiyac var”
19/07/2018 [10:38]:
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən jurnalistlərlə bağlı maraqlı yenilik
19/07/2018 [10:35]:
Abituriyentlərin bilməsi lazım olan 10 mühüm fakt
19/07/2018 [10:30]:
Ermənilərin qətlə yetirdiyi, bolşeviklərin isə məzarını dağıtdığı Cümhuriyyət fədaisi – Həsən bəy Ağayev
19/07/2018 [10:25]:
İtaliya prezidenti Şəhidlər xiyabanını ziyarət edib
19/07/2018 [10:23]:
Bakıdakı hoteldə ərəb turistin cəsədi tapıldı -FOTO
19/07/2018 [10:14]:
Diyarbəkirdə günəş batır...
19/07/2018 [10:06]:
Qisas üçün üç yüz timsahı qətlə yetirdilər - FOTOLAR
19/07/2018 [09:58]:
II və III ixtisas qrupları üzrə qəbul imtahanları iyulun 26-da keçiriləcək
19/07/2018 [09:55]:
Ermənilər atəşkəs rejimini 90 dəfə pozublar
19/07/2018 [09:51]:
Qızılağac Dövlət Təbiət Qoruğunda qanunsuz ova cəhd edən şəxs saxlanıldı
19/07/2018 [09:49]:
Goranboyda avtomobil ağaca çırpılıb - sürücü ölüb
19/07/2018 [09:33]:
Vatikan fərman verdi: ”Xristin gəlinləri” bakirə olmaya bilər
19/07/2018 [09:12]:
Qənirə Paşayeva “Gənclər və sosial şəbəkələr” adlı tədbirdə gənclərə çağırış etdi
19/07/2018 [09:08]:
Türkiyədə fövqəladə rejim ləğv olundu
19/07/2018 [09:06]:
“Qarabağ” III mərhələyə yüksəlsə, “səpələnmişlər” qrupunda qərarlaşacaq
19/07/2018 [08:57]:
“Ermənistan bunların heç birinə məhəl qoymur” - İlham Əliyev
19/07/2018 [08:55]:
Bakıda İtaliya prezidentinin şərəfinə rəsmi qəbul keçirildi -FOTOLAR
19/07/2018 [08:52]:
Radio aparıcılarının davranışı haqda - Açıqlama
19/07/2018 [08:50]:
Prezidentlə xanımı təltifetmə mərasimində - FOTOLAR
18/07/2018 [23:49]:
Mədət Quliyev hərbçilərə cüdo üzrə master-klass keçdi- FOTO
18/07/2018 [23:46]:
Metro sərnişinlərinə 14 min ədəd dezodorant paylandı - İBRƏTAMİZ...
18/07/2018 [23:42]:
Qurban Qurbanova Rauf Əliyev yardım edəcək
18/07/2018 [23:35]:
“Olimpiya”nın baş məşqçisi: “Qarabağ”a azarkeşlik edəcəyik
18/07/2018 [23:34]:
Qarabağ Sloveniya çempionunu ÇL-dən kənarlaşdırdı
18/07/2018 [23:33]:
ƏƏSMN və Beynəlxalq Qızıl Xaç Komitəsi gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edib
18/07/2018 [23:28]:
Azərbaycan və İtaliya dəmir yolları arasında Anlaşma Memorandumu imzalandı
18/07/2018 [23:14]:
Valideynlər övladlarının xarici görünüşünü özləri seçəcəklər
18/07/2018 [23:13]:
İtaliya prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edildi
18/07/2018 [23:12]:
Laura Mattarella “Şöhrət” ordeni ilə təltif edildi
18/07/2018 [22:28]:
Kılıçdaroğluna daha bir zərbə: İstefaya getdi
18/07/2018 [22:27]:
“Barselona”nın futbolçusu məscid tikdirəcək
18/07/2018 [22:23]:
Bakıda yerləşən 317 məktəbdən 300-nün direktoruna töhmət verildi - 30-u işdən çıxarıldı
18/07/2018 [22:19]:
Gümrüdəki rus əsgərlərin davranışları Ermənistanı hərəkətə gətirdi
18/07/2018 [22:16]:
Zaxarova: "Deranın 90 faizi müxalif qüvvələrdən təmizlənib"
18/07/2018 [21:33]:
Bakıda alt geyimində intihar edən qadın barədə yeni faktlar - VİDEO
18/07/2018 [21:32]:
İtaliya ilə iqtisadi əlaqələr genişlənir
18/07/2018 [21:30]:
Adnan Oktar ilk ifadəsində bunları dedi – Video
18/07/2018 [21:15]:
Məhbuslardan 3 silah, 62 telefon götürülüb
18/07/2018 [21:12]:
Qadının nəzakəti ona bir milyona başa gəldi
18/07/2018 [21:11]:
Şimali Kiprdə gəmi batdı - 19 nəfər öldü, 103-ü xilas edildi
18/07/2018 [21:10]:
15 yaşındakı qızdan dəhşətli etiraf: “Anam məni gecə 3-də Adnan Oktara aparırdı” – Foto
18/07/2018 [21:05]:
Azərbaycanlı aktrisa vəfat etdi - FOTO
18/07/2018 [20:45]:
Direktor: “ANAMA-nın 20 illik fəaliyyəti ərzində 796 923 ədəd mina və PHS zərərsizləşdirilib”
18/07/2018 [20:43]:
Azadlığa gedən uzun yol...
18/07/2018 [20:31]:
XİN sözçüsü xarici jurnalistləri Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb
18/07/2018 [20:15]:
Azərbaycan NATO-nun Gürcüstanda keçiriləcək hərbi təlimlərində iştirak edəcək
18/07/2018 [20:13]:
"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə çalışır"
18/07/2018 [20:09]:
İlham Əliyev Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzaladı
Bütün arxiv bir sırada
17/05/2018 [11:55] - Cəmiyyət - ( 937 dəfə baxılıb)

XİN: "Ermənilərin Qarabağ iddiası cəfəngiyyatdır"



Azərbaycan Respublikasının Laçın rayonunun işğalının 26-cı ildönümünü ilə əlaqədar XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama yayıb.

Açıqlamada deyilir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi 18 may 1992-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu işğal olunub:

“İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb və hal-hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib.

Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, iki avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.

54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır.

Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib.

Talan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda Sotheby`s auksionunda 80 min ABŞ dollarına satılıb.

Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir”.

Qeyd olunur ki, Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qərar qəbul edərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib:

“Qərarın 19-20-ci paraqraflarında Laçın rayonu, ələlxüsus Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.

Ermənistanın kəskinləşən hərbi təcavüzü şəraitində BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrinin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edib.

Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyərək işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsinə (anneksiya) yönəlmiş siyasət yürüdür.

Beynəlxalq hüququn imperativ normaları və BMT Nizamnaməsinə zidd olaraq Ermənistan tərəfindən Azərbaycana qarşı qeyri-qanuni gücdən istifadənin, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindən 700.000-dən artıq köklü Azərbaycan əhalisinin zorla qovulması ilə onların fundamental hüquq və azadlıqlarının kütləvi pozulmasının nəticələrinin Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan sayı 90.000-dən az olan erməni azlığın “öz müqəddəratını təyin etmək” və “insan hüquqları” kontekstində təqdim etmək cəhdləri cəfəngiyyatdır və heç bir mənəvi, hüquqi və siyasi çərçivəyə sığmır.

Ermənistan başa düşməlidir ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz və işğala əsaslanan status-kvo Ermənistanın özünü təcridinin və bugünkü sistematik sosial-iqtisadi və demoqrafik böhranının əsas səbəblərindəndir.

Azərbaycan ərazilərinin işğalına son qoyulması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər.

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, Laçın, habelə ölkənin digər işğal olunmuş rayonlarından olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq kimi hüquqlarının təmin edilməsi və ümumilikdə münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi, Azərbaycan dövlətinin şəksiz ayrılmaz hüququdur.

Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərinin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır”.

Nazpərinin elmi adı saxta çıxdı - Rəsmi açıqlama
Diyarbəkirdə günəş batır...
Qisas üçün üç yüz timsahı qətlə yetirdilər - FOTOLAR
Budunu böyütdürmək istədi, əməliyyat masasında qaldı - FOTOLAR
4 yaşlı qızın dərisi oyun parkında tamamilə yandı - DƏHŞƏT...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Sifariş verdi, bağlamanı açınca şoka düşdü: Çarşab əvəzinə kəfən...
Cəmiyyət
“Bunu öyrədə bilsək, prinsipial dəyişikliyə nail ola bilərik”
Araşdırma
Afrika xalqı öz qəhrəmanının 100 yaşını qeyd edir...
Hadisə
“Azərxalça” işğaldan azad olunmuş kəndin qədim xalçalarını aşkara çıxardı - FOTOLAR
Maraqlı
Metro sərnişinlərinə 14 min ədəd dezodorant paylandı - İBRƏTAMİZ...
Həftənin ən çox oxunanları
Kəlbəcərdə hazırlanan yeni terrorçu dəstələrin görüntüləri yayıldı - VİDEO
Prezident Gəncə hadisələri ilə bağlı sərt danışdı - VİDEO
“Gəncə olaylarında Elmar Vəliyevin inanclı insanlara münasibətdə yol verdiyi xətaların da rolu olub”
"Əyalətdə özünü quldurbaşı kimi aparıb xalqın nifrətini qazananlar iqtidardan qovulmalıdır"
Adnan Oktarın villasından çıxan bu ƏŞYA HAMINI ŞOKA SALDI - Ağlasığmaz FAKTLAR
Bakı metrosunda növbəti geyim qalmaqalı - Müdaxilə edən şəxs döyüldü - VİDEO
Yunis Səfərovla bağlı yeni şok məlumatlar üzə çıxdı: Sən demə, Tohid İbrahimbəyli... - FOTO
"Atam DİN-in polkovniki olsa da bizi bir dəfə də xidməti maşını ilə məktəbə göndərmədi"
Emin Ağalarovun xanımının gəlinliyinin qiyməti məlum oldu - İnanmayacaqsız...
“Araz Əlizadənin deputat olması şərəfimə toxunur” - "Onun adını “azar” qoydum"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə