Xəbər lenti
19/07/2018 [13:46]:
Prezident əlillərlə bağlı qanunu imzaladı
19/07/2018 [13:45]:
Adnan Oktar əməliyyatı davam edir
19/07/2018 [13:43]:
Yəməndə xəstəlikdən 2300 adam həlak olub
19/07/2018 [13:38]:
Aygünün qızı yeni görünüşü ilə təəccübləndirdi - FOTO
19/07/2018 [13:37]:
Nazpərinin elmi adı saxta çıxdı - Rəsmi açıqlama
19/07/2018 [13:36]:
Bakıda məşhur plazada yanğın olub
19/07/2018 [13:35]:
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq
19/07/2018 [13:28]:
Rozanın özündən gözəl qızı - Anamla bağlı o sualı mənə tez-tez verirlər - VİDEO
19/07/2018 [13:24]:
Anar Bağırov Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışdı
19/07/2018 [13:07]:
DİN Baş DYP İdarəsinin sürücülərə müraciəti yayıldı...
19/07/2018 [13:07]:
Ekspert: “Hurjet”in ilk alıcısı Azərbaycan olacaq - FOTO
19/07/2018 [13:06]:
Sifariş verdi, bağlamanı açınca şoka düşdü: Çarşab əvəzinə kəfən...
19/07/2018 [13:04]:
Hindistanda məktəbli qızı huşunu itirənə qədər zorladılar - FOTO
19/07/2018 [13:00]:
Niyə daha çox Dilqəm Əsgərov və Şahbaz Quliyev? – Bəs digərləri?
19/07/2018 [12:51]:
"Kimisi qızımın özünü atanda lüt olduğunu deyir" - Özünü 17-ci mərtəbədən atan qızın anası danışdı
19/07/2018 [12:38]:
Sabiq deputatın avtomobilinin 60 litrlik bakına 68 litr benzin vurdular...
19/07/2018 [12:11]:
Trampın Ərdoğandan istədiyi keşişin – Şok PKK planı
19/07/2018 [12:06]:
Anasını güllələyən siyasətçi silahın müdafiəsinə qalxdı
19/07/2018 [11:46]:
Rusiya dəhşətli sualtı silahının istehsalına hazırlaşır - Foto
19/07/2018 [11:43]:
Türkiyəli aktyoru öz restoranında döydülər - FOTO
19/07/2018 [11:43]:
Yalan ifşa oldu: ələ keçən erməni xüsusi təyinatlısının - FOTOSU
19/07/2018 [11:40]:
“Bunu öyrədə bilsək, prinsipial dəyişikliyə nail ola bilərik”
19/07/2018 [11:36]:
Elmar Vəliyevin mühafizəçisindən təzə xəbər var
19/07/2018 [11:27]:
Ölkədə qaçqın statusu əsasında yaşayanların sayı 23 faiz artdı
19/07/2018 [11:22]:
Afrika xalqı öz qəhrəmanının 100 yaşını qeyd edir...
19/07/2018 [11:20]:
Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilib
19/07/2018 [11:14]:
“Azərxalça” işğaldan azad olunmuş kəndin qədim xalçalarını aşkara çıxardı - FOTOLAR
19/07/2018 [11:10]:
Firəngiz Ulutürkün səhhətində problem yarandı
19/07/2018 [11:10]:
Skripal ailəsini zəhərləyənlərin kimliyi müəyyən olunub
19/07/2018 [11:05]:
Bakı Metropolitenindən avstriyalı həmkarlarına "gözdağı" - "Biz hansısa şirkəti reklam edə bilmərik"
19/07/2018 [11:00]:
Telekanallarımız və şou-biznesimiz MASONLARIN MƏKRLİ PLANLARINI İCRA EDİR...
19/07/2018 [10:53]:
“Ölkəmizdə idman iqtisadiyyatı və idman turizminin inkişafına ehtiyac var”
19/07/2018 [10:38]:
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən jurnalistlərlə bağlı maraqlı yenilik
19/07/2018 [10:35]:
Abituriyentlərin bilməsi lazım olan 10 mühüm fakt
19/07/2018 [10:30]:
Ermənilərin qətlə yetirdiyi, bolşeviklərin isə məzarını dağıtdığı Cümhuriyyət fədaisi – Həsən bəy Ağayev
19/07/2018 [10:25]:
İtaliya prezidenti Şəhidlər xiyabanını ziyarət edib
19/07/2018 [10:23]:
Bakıdakı hoteldə ərəb turistin cəsədi tapıldı -FOTO
19/07/2018 [10:14]:
Diyarbəkirdə günəş batır...
19/07/2018 [10:06]:
Qisas üçün üç yüz timsahı qətlə yetirdilər - FOTOLAR
19/07/2018 [09:58]:
II və III ixtisas qrupları üzrə qəbul imtahanları iyulun 26-da keçiriləcək
19/07/2018 [09:55]:
Ermənilər atəşkəs rejimini 90 dəfə pozublar
19/07/2018 [09:51]:
Qızılağac Dövlət Təbiət Qoruğunda qanunsuz ova cəhd edən şəxs saxlanıldı
19/07/2018 [09:49]:
Goranboyda avtomobil ağaca çırpılıb - sürücü ölüb
19/07/2018 [09:33]:
Vatikan fərman verdi: ”Xristin gəlinləri” bakirə olmaya bilər
19/07/2018 [09:12]:
Qənirə Paşayeva “Gənclər və sosial şəbəkələr” adlı tədbirdə gənclərə çağırış etdi
19/07/2018 [09:08]:
Türkiyədə fövqəladə rejim ləğv olundu
19/07/2018 [09:06]:
“Qarabağ” III mərhələyə yüksəlsə, “səpələnmişlər” qrupunda qərarlaşacaq
19/07/2018 [08:57]:
“Ermənistan bunların heç birinə məhəl qoymur” - İlham Əliyev
19/07/2018 [08:55]:
Bakıda İtaliya prezidentinin şərəfinə rəsmi qəbul keçirildi -FOTOLAR
19/07/2018 [08:52]:
Radio aparıcılarının davranışı haqda - Açıqlama
19/07/2018 [08:50]:
Prezidentlə xanımı təltifetmə mərasimində - FOTOLAR
18/07/2018 [23:49]:
Mədət Quliyev hərbçilərə cüdo üzrə master-klass keçdi- FOTO
18/07/2018 [23:46]:
Metro sərnişinlərinə 14 min ədəd dezodorant paylandı - İBRƏTAMİZ...
18/07/2018 [23:42]:
Qurban Qurbanova Rauf Əliyev yardım edəcək
18/07/2018 [23:35]:
“Olimpiya”nın baş məşqçisi: “Qarabağ”a azarkeşlik edəcəyik
18/07/2018 [23:34]:
Qarabağ Sloveniya çempionunu ÇL-dən kənarlaşdırdı
18/07/2018 [23:33]:
ƏƏSMN və Beynəlxalq Qızıl Xaç Komitəsi gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edib
18/07/2018 [23:28]:
Azərbaycan və İtaliya dəmir yolları arasında Anlaşma Memorandumu imzalandı
18/07/2018 [23:14]:
Valideynlər övladlarının xarici görünüşünü özləri seçəcəklər
18/07/2018 [23:13]:
İtaliya prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edildi
18/07/2018 [23:12]:
Laura Mattarella “Şöhrət” ordeni ilə təltif edildi
18/07/2018 [22:28]:
Kılıçdaroğluna daha bir zərbə: İstefaya getdi
18/07/2018 [22:27]:
“Barselona”nın futbolçusu məscid tikdirəcək
18/07/2018 [22:23]:
Bakıda yerləşən 317 məktəbdən 300-nün direktoruna töhmət verildi - 30-u işdən çıxarıldı
18/07/2018 [22:19]:
Gümrüdəki rus əsgərlərin davranışları Ermənistanı hərəkətə gətirdi
18/07/2018 [22:16]:
Zaxarova: "Deranın 90 faizi müxalif qüvvələrdən təmizlənib"
18/07/2018 [21:33]:
Bakıda alt geyimində intihar edən qadın barədə yeni faktlar - VİDEO
18/07/2018 [21:32]:
İtaliya ilə iqtisadi əlaqələr genişlənir
18/07/2018 [21:30]:
Adnan Oktar ilk ifadəsində bunları dedi – Video
18/07/2018 [21:15]:
Məhbuslardan 3 silah, 62 telefon götürülüb
18/07/2018 [21:12]:
Qadının nəzakəti ona bir milyona başa gəldi
18/07/2018 [21:11]:
Şimali Kiprdə gəmi batdı - 19 nəfər öldü, 103-ü xilas edildi
18/07/2018 [21:10]:
15 yaşındakı qızdan dəhşətli etiraf: “Anam məni gecə 3-də Adnan Oktara aparırdı” – Foto
18/07/2018 [21:05]:
Azərbaycanlı aktrisa vəfat etdi - FOTO
18/07/2018 [20:45]:
Direktor: “ANAMA-nın 20 illik fəaliyyəti ərzində 796 923 ədəd mina və PHS zərərsizləşdirilib”
18/07/2018 [20:43]:
Azadlığa gedən uzun yol...
18/07/2018 [20:31]:
XİN sözçüsü xarici jurnalistləri Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb
18/07/2018 [20:15]:
Azərbaycan NATO-nun Gürcüstanda keçiriləcək hərbi təlimlərində iştirak edəcək
18/07/2018 [20:13]:
"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə çalışır"
18/07/2018 [20:09]:
İlham Əliyev Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzaladı
Bütün arxiv bir sırada
17/05/2018 [22:32] - Cəmiyyət - ( 3923 dəfə baxılıb)

"Çalışıram geyindiyim paltardan tutmuş sürdüyüm maşına qədər hər şey sadə olsun"



“Şirin yuxun olaydım”, “Röyamdasan” musiqilərini onun ifasında, şirin avazında sevdim. Səsinin gözəlliyi ilə yanaşı bu insanın qəlb gözəlliyi, xoş xasiyyəti  də onun dinləyiciləri tərəfindən daha da sevilməsinə təsir edir. Özünün də dediyi kimi, axı sənətkarı tək səsi yox, eyni zamanda insanlığı da sevdirir. Qarabağlıların dili ilə desək insan adamdır Firuz Səxavət.  

Beləliklə, onun Moderator.az -a verdiyi müsahibəni təqdim edirik.

- Firuz müəllim, muğamın inkişafından çox danışılır. Bir xanəndə olaraq bu sahədə hansı çatışmazlıqların olduğunu görürsünüz?

- Birinci xanım Mehriban Əliyeva tərəfindən muğamın inkişafına hər cür dəstək var. Muğam üçün hər cür şərait yaradılıb. Bir neçə muğam müsabiqələri təşkil olunub ki, bunun sayəsində də çox gözəl səsi olan gənclərimiz irəli çəkilib. Ölkəmizdə muğamın gələcəyi  parlaqdır. Bu sahəyə çox istedadlı gənclər gəlir, bir müəllim olaraq biz də onların daha da irəli getməsinə şərait yaradırıq. Bilirsiniz ki, muğam fitri istedad tələb edən bir janrdır. Müəllim nə qədər yaxşı olsa da, tələbəyə can yandırsa da tələbənin istedadı yoxdursa, onu nə xalq qəbul edəcək, nə də musiqiçilər. 

- Yəni demək istəyirsiniz ki, bu sahədə hər şey qaydasındadır?

- Yox, elə bir sahə yoxdur ki, orda hər şey yüz faiz qaydasında olsun. Hər sahədə olduğu kimi burda da bizi qane etməyən, çatışmayan durumlar var. Demək olar ki, bugün muğamın vəziyyəti qənaətbəxşdir. Bilirsiniz, elə bir sistem yoxdur mən kiməsə deyim ki, sən oxumasan yaxşıdır. Müstəqil dövlətdə yaşayırıq. Hər kəsin  oxumaq haqqı var. Məni qane etməyən odur ki, elə muğam oxuyanlar var, onlar ifa edəndə düşünürsən, bu insan elə bu sənətdə olmasa daha yaxşıdır. Elə bir qurum yoxdur ki, biz bu sözü deyə bilək. Düşünürəm ki, bu insanlar da zaman keçdikcə öz səhvlərini anlayacaq, yalnış bir yerdə olduqlarını dərk edəcəklər. Əvvəllər senzura var idi. Hər muğam ifa edəni qəbul etmirdilər. Muğamı ifa etmək üçün xanəndənin mütləq zil səsi olmalıdır. İndi bir çoxları muğamı zildən oxuyanlara irad tuturlar. Ancaq bu düzgün yanaşma deyil. Muğamı zildən oxumaq olmasa o zaman gərək muğam ləğv olunsun. Xanəndənin mütləq zil səsi olmalıdır. Muğam estrada deyil ki, zəif səslə də ifa edə biləsən. Estrada üçün mahnını ifa etmək tərzi, ritmi duymaq lazımdır. 

- Rəhmətlik Səxavət Məmmədovun qardaşı olmağınız sənətinizə təsiri olubmu?

- Səxavət Məmmədov kimi bir sənətkarın qardaşı olmaq mənim üçün hər zaman fəxrli olub. O mənim bu sənətə gəlişimdə, irəliləməmdə bir stimul olub. Onun sayəsində 10 günə gedəcəyim yolu 5 günə getmişəm. Onun adı mənim insanlar tərəfindən qəbul olunmağımda, sevilməyimdə çox böyük dəstək olub. Mənim ona sevgim qardaşlıqdan öncə bir sənətkara olan sevgidir. Günü bugün insanların onu necə sevdiyinin, necə  hörmətlə andığının şahidi oluram və bu hislər  mənə qürur verir. 

- Ümumiyyətlə, sənətkarı sevdirən nədir?

- Sənəti ilə yanaşı həmin insanın xarakteri də olmalıdır. Xaraktersiz insanı ancaq ekrandan sevə bilərlər. Gözəl xarakteri, şəxsiyyəti olmayan insanı isə real həyatda sevməyəcəklər və bu onun sənətinin sevilməsinə də mənfi təsir edəcək. Xalqın içindən çıxan insan kim olursa olsun ilk növbədə insanların hörmətini qazanmalıdır. Qardaşım olduğuna görə demirəm, Səxavəti insanlar sənəti ilə bərabər insanlığına görə də sevirdi. Buna görə də onun itkisi insanlara pis təsir etdi. 

- Efirlərdə çox az görürük sizi...

- Özüm istədiyim vaxt efirə çıxıram. Çalışıram bir ayda 2 ya 3 dəfə efirə çıxım. Bəzi sənətkarlar var ki, hər gün, hər verilişə çıxır. İnsanların səni sevməyi efirə çox çıxmaqla deyil. Bundan əlavə mən həm də dərs deyirəm, buna görə elə də vaxtım olmur. 

Düzünü desəm, hər verilişə də getmirəm. Mikayılın apardığı verilişə bir neçə dəfə dəvət olunsam da qəbul etməmişəm.  Düşünürəm ki, belə verilişlər mənlik deyil. Öz ansamblımla getməyə şərait olsaydı, o zaman bu haqda düşünərdim. 

- Efirdə  müəyyən məhdudiyyətlərlə qarşılaşırsınız? 

- Bəzi verilişlər olur ki, orda muğama az yer verməyimizi xahiş edirlər. Təbii ki, mən yenə də öz istədiyim musiqini  ifa edirəm. Bilirsiniz, milli musiqiyə nə qədər vaxt ayrılsa da yenə də azdır. Çünki bu musiqi bizim milli sərvətimizdir. Bu musiqilər eyni zamanda tərbiyəvi əhəmiyyətə malikdir. Muğam elə bir janrdır ki, burda yüngül insan olmamalıdır. Onu elə bir insan ifa etməlidir ki, cavanlar bu sənətkara baxanda tərbiyəvi ibrət alsın.

Bəxtiyar Vahabzadənin bir sözü var ki, “musiqi var baş tərpədir, musiqi də var ki, ayaq tərpədir”. Muğamı həqiqətən dinləyən insanlar zəka, ağıl cəhətdən üstün olur. Bəziləri düşünür ki, muğam yaşlı nəslin janrıdır. Ancaq baxırsan, elə cavanlar muğam dinləyir ki, yaşlılar onların yanında kölgədə qalır.

- Gənc nəsil milli musiqidən uzaqlaşır...

- Bilirsiniz, əvvəllər elə idi ki, gənclərimiz məlum rejimə görə dünya mədəniyyəti, musiqisi ilə çox da tanış deyildi. Buna şərait də yox idi. Ancaq müstəqillikdən sonra bu məhdudiyyətlər aradan qalxdı. Cavanlar da pop, estrada musiqilərinə meylli olur.

Gənclərin bu musiqilərə həvəs göstərməsinə baxmayaraq, bütün dünya indi muğamı, milli musiqimizi qəbul edir və sevir. Onlar üçün muğam ilahi musiqidir. Bununla yanaşı onlar bu musiqinin mahiyyətini, dərinliyini öyrənmək istəyirlər. Hal hazırda konservatoriyada çox sayda əcnəbi tələbələrimiz var.

- Bəzən muğamı digər janrlarla sintez edirlər...

- Belə halları sevmirəm. Musiqini bir birinə qatmaq olmaz. Hər musiqi öz yerində gözəldir.
Ancaq düşünürəm ki, muğamı başqa janrlarla sintez edənlər də əslində muğamın bütün dünyaya yayılmasına, gənclər arasında sevilməsinə xidmət edir. Hər bir halda muğam elə öz zirvəsində qalsa daha yaxşıdır. 

- Bəzən xanəndələr onlara “əməkdar artist,”, “xalq artisti” adı verilməməsindən şikayət edir. Ümumiyyətlə xanəndə üçün bu adlar önəmlidirmi?

- Bu bir az da şöhrətpərəstlikdən irəli gəlir. Mən özüm sadə insanam. Çalışıram geydiyim paltardan tutmuş sürdüyüm maşına qədər hər şey sadə olsun. Ancaq insanlarımız fərqlidir. Sən sadə maşın sürürsənsə və ya sadə geyinirsənsə sənin haqqında sevilməyən, istənilməyən xanəndə olaraq düşünürlər. Bu adlar da məhz bu səbəblərə görə müəyyən qədər əhəmiyyət daşıyır. Xanəndələrimiz çalışır bu adlara layiq görülsün. Çünki insanlar düşünür ki, filankəs yaxşı ifaçı olsaydı ona da dövlət ad verərdi. Ancaq mənim üçün bunun heç bir əhəmiyyəti yoxdur. Elə xalq artistlərimiz var ki, heç kim onun sənətini qəbul etmir, onu heç bir xeyir işinə dəvət etmirlər bir ifaçı olaraq. Ancaq yenə də qeyd edim ki, azərbaycanlılar üçün bu adlar çox önəmlidir.

- Bir musiqiçi kimi fikrinizi bilmək istərdim. Meyxananın efirdə səslənməsi sizcə düzgündürmu?

- Bu suala cavab verməyə bir az çətinlik çəkirəm. Ona görə ki, meyxanaçı dostlarım var, onların qəlbinə dəyməkdən, incitməkdən ehtiyat edirəm. Ancaq meyxananın efirdə səslənməsinin tərəfdarı deyiləm. Əvvəllər necə deyilibsə, elə də qalsın. 

Lalə Novruzlu

Nazpərinin elmi adı saxta çıxdı - Rəsmi açıqlama
Diyarbəkirdə günəş batır...
Qisas üçün üç yüz timsahı qətlə yetirdilər - FOTOLAR
Budunu böyütdürmək istədi, əməliyyat masasında qaldı - FOTOLAR
4 yaşlı qızın dərisi oyun parkında tamamilə yandı - DƏHŞƏT...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Sifariş verdi, bağlamanı açınca şoka düşdü: Çarşab əvəzinə kəfən...
Cəmiyyət
“Bunu öyrədə bilsək, prinsipial dəyişikliyə nail ola bilərik”
Araşdırma
Afrika xalqı öz qəhrəmanının 100 yaşını qeyd edir...
Hadisə
“Azərxalça” işğaldan azad olunmuş kəndin qədim xalçalarını aşkara çıxardı - FOTOLAR
Maraqlı
Metro sərnişinlərinə 14 min ədəd dezodorant paylandı - İBRƏTAMİZ...
Həftənin ən çox oxunanları
Kəlbəcərdə hazırlanan yeni terrorçu dəstələrin görüntüləri yayıldı - VİDEO
Prezident Gəncə hadisələri ilə bağlı sərt danışdı - VİDEO
“Gəncə olaylarında Elmar Vəliyevin inanclı insanlara münasibətdə yol verdiyi xətaların da rolu olub”
"Əyalətdə özünü quldurbaşı kimi aparıb xalqın nifrətini qazananlar iqtidardan qovulmalıdır"
Adnan Oktarın villasından çıxan bu ƏŞYA HAMINI ŞOKA SALDI - Ağlasığmaz FAKTLAR
Bakı metrosunda növbəti geyim qalmaqalı - Müdaxilə edən şəxs döyüldü - VİDEO
Yunis Səfərovla bağlı yeni şok məlumatlar üzə çıxdı: Sən demə, Tohid İbrahimbəyli... - FOTO
"Atam DİN-in polkovniki olsa da bizi bir dəfə də xidməti maşını ilə məktəbə göndərmədi"
Emin Ağalarovun xanımının gəlinliyinin qiyməti məlum oldu - İnanmayacaqsız...
“Araz Əlizadənin deputat olması şərəfimə toxunur” - "Onun adını “azar” qoydum"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə