“Amerikanın İrana qarşı sanksiyalarına çox ölkə qoşulmayacaq. Avropa və Rusiya da bu sanksiyalara qoşulmayacağını bəyan edib”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspertin sözlərinə görə,
Ağ Evin iqtisadi müstəvidə atacağı addımlar ciddi effekt verməyəcək:
“Iranın dövlət kimi 2500 il, ABŞ-ın isə 300 il yaşı var. Kim-kimdən qədim və bacarıqlıdır, göz önündədir. İrana hərbi cəhətdən heç nə edə bilməzlər. Əgər İrana qarşı hərbi cəhətdən hər hansı addım atılarsa, İsrail məhv olacaq.
İqtisadi baxımdan tətbiq ediləcək sanksiyalara gəlincə, bu da heç nəyi dəyişməyəcək. 30 ildir ki, İran bu cür sanksiyalarla yaşayır. Kuba 50-60 ildir ki, sanksiyalarla yaşayır. Şimali Koreya da sanksiyalarla yaşayır. Əlbəttə ki, müəyyən rahatsızlıqlar, problemlər olacaq. Amma bu, İranı geri çəkilməyə vadar etməyəcək. ABŞ dünyann ağası deyil. Bunu anlamalıdır”.
Seymur Əliyev