Xəbər lenti
19/01/2019 [10:24]:
Ukrayna əhalisinin sayı 208,8 min nəfər azalıb
19/01/2019 [10:23]:
Şahmat üzrə Azərbaycan çempionatının III turu yekunlaşdı
19/01/2019 [10:17]:
İspaniyanın ilk Oskar alan aktyoru - 50 yaşlı məşhur...
19/01/2019 [10:09]:
Ermənilər kəndlərimizi atəşə tutdu
19/01/2019 [09:38]:
ABŞ-da tərcüməçi işləyən azərbaycanlı xanım
19/01/2019 [09:36]:
Putinin sirli perspektivi...
19/01/2019 [09:31]:
Deputatlar alkoqol və tütünün  adi dükanlardan yığışdırılmasını təklif etdi...
19/01/2019 [08:25]:
"Bu külək əslində Allahın görünməyən ordusu idi..."
19/01/2019 [01:38]:
“Görmək istədiyimiz dünya” adlı qısa film təlimləri və yarışması...
19/01/2019 [00:27]:
Gözlənilən bir qəsbin tarixçəsi: Dini liderin siyasi cəlladlara verdiyi tarixi dərslər...
18/01/2019 [23:56]:
Qarsda Qanlı Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla yad olundu - FOTOLAR
18/01/2019 [23:26]:
Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı
18/01/2019 [23:12]:
64 yaşında gənc qalmağının sirrini açdı - “Ət yemirəm”
18/01/2019 [22:58]:
Türkiyəli aparıcıya Bakıda kirayə ev vermirlər - BU SƏBƏBƏ GÖRƏ...
18/01/2019 [22:56]:
“Sabah ölkədə elə proseslər baş verə bilər ki, eşidəndə adamın tükləri biz-biz olar...”
18/01/2019 [22:18]:
"Oğru dünyasında" istifadə edilən sözlərin inanılmaz mənası: "Adaxlı", "müftə", "talvar"
18/01/2019 [22:04]:
Putin 30 yaş kiçik sevgilisi ilə evləndi -FOTO
18/01/2019 [22:01]:
"Şou-biznesdə maddiyat mənəviyyatdan üstündür" - Rövşanədən qalmaqallı sözlər
18/01/2019 [21:53]:
“Bəlkə elə ölkədəki bu korrupsionerlər “KQB” agentləridir? -Oturaq, gözləyək ki?..”
18/01/2019 [21:50]:
Kraliçanın qəza törədən əri hamını qəzəbləndirdi - “97 yaşında niyə maşın sürür?”
18/01/2019 [21:46]:
“Sarı jiletlilər”dən xəbərdarlıq - “Daha böyük aksiya olacaq”
18/01/2019 [21:45]:
Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada saxlanıldı
18/01/2019 [21:22]:
Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard manat xərcləyib
18/01/2019 [21:16]:
Suriya ordusu hərbi əməliyyatı dayandırmalı oldu
18/01/2019 [21:04]:
“Məhəmməd İmanlı bildirdi ki, 30 min hakimin qabağına atsa, Feyzullanı təmizə çıxaracaq”
18/01/2019 [21:03]:
Həmkarları tərəfindən zorlandığını iddia edən qadın polis işdən çıxarıldı
18/01/2019 [20:35]:
Bakıda dəhşətli qəza: "Mazda" 2 ayın gəlinini vurub öldürdü - FOTOLAR 18+
18/01/2019 [20:10]:
Rəsmi Bakıdan Rusiya XİN-in mətbuat xidmətinə sərt cavab
18/01/2019 [20:08]:
Gəlin öz toyunda güllələndi - Nikaha davam elədi
18/01/2019 [20:06]:
“Ərdoğan 6 ay sonra boşanacaqsan dedi, elə də oldu”
18/01/2019 [20:05]:
Bu yol nişanlarında dəyişiklik edilir -DİQQƏT
18/01/2019 [20:03]:
Bu nazirliyin qurumlarından 3-ü birləşdirilir - SİYAHI
18/01/2019 [20:01]:
Sınaq imtahanlarına qeydiyyat sabah başa çatır
18/01/2019 [20:00]:
Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
18/01/2019 [19:55]:
Metropoliten gücləndirilmiş iş rejiminə keçir
18/01/2019 [19:54]:
Rövşən Rzayev İmişlidə vətəndaşları qəbul etdi
18/01/2019 [19:51]:
Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar qurbanları anılıb
18/01/2019 [19:20]:
Ebru ilə Sılanın adından dələduzluq edən Tural həbs olundu
18/01/2019 [19:18]:
Mehriban Əliyevaya fəxri medal verildi
18/01/2019 [19:17]:
Sərnişinin xilası üçün əlverişsiz havada uçuş həyata keçirildi
18/01/2019 [19:16]:
Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı
18/01/2019 [19:09]:
Ötən il 634 məhkum əfv edilib
18/01/2019 [19:09]:
Rusiya holdinqi Xankəndində separatçı rejimin “hökumət binası”nı bərpa etdi-FOTO
18/01/2019 [19:03]:
Faiq Sücəddinov: “Cümhuriyyətlə bağlı opera, Mirzə Cəlilə aid musiqi yazdım”
18/01/2019 [19:03]:
Dabo da “Neftçi”dən ayrılır? - Bordindən narazıdır
18/01/2019 [18:50]:
Qənirə Paşayeva MM-in Səhiyyə komitəsində əhalinin sağlamlığı ilə bağlı bir sıra vacib təkliflərlə çıxış edib
18/01/2019 [18:50]:
Vaqif Səmədoğlunun xanımı: “Bu işləri mən görməsəm, kim edəcək?!”
18/01/2019 [18:48]:
Azercell NNTV xidmətini təqdim edir
18/01/2019 [18:47]:
Hindistanda 17 gündə 40, Yəməndə 79 nəfər - “Donuz qripi”nin yeni qurbanları
18/01/2019 [18:44]:
Bakcell və Hesab.az avtomatik ödəniş funksiyasını təqdim edib
18/01/2019 [18:42]:
“Nar”ın “Full” paketlərindən istifadə edən abunəçilərin sayı sürətlə artır
18/01/2019 [18:37]:
Əmlak Komitəsinin də səlahiyyətləri azaldıldı
18/01/2019 [18:31]:
"Arvadı pencək kimi dəyişən əbləhlər efirdə ailə dəyərlərindən danışırlar"
18/01/2019 [18:21]:
Penitensiar xidmət ötən il 579 cinayətin üstünü açıb
18/01/2019 [18:06]:
Siyavuş Novruzov: "Avropa Parlamentinin bəzi deputatları ermənilərin "konyak diplomatiyası"na qurban gediblər"
18/01/2019 [18:00]:
Deputat: "Mehman Hüseynovla bağlı qətnamənin qəbulu onu göstərir ki..."
18/01/2019 [18:00]:
""Sorosun uşaqları" həm daxildə, həm də xaricdə fəallaşıblar"
18/01/2019 [17:48]:
Mehriban Əliyeva fəxri medalla təltif edildi
18/01/2019 [17:43]:
Deputat həkimlərdən ƏDV tutulmasının əleyhinə çıxdı
18/01/2019 [17:36]:
Manatın üçgünlük MƏZƏNNƏSİ
18/01/2019 [17:33]:
Nazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDI
18/01/2019 [17:15]:
Hafiz Hacıyevdən xanım jurnalistə təzyiqə sərt reaksiya: “Axırı Yediyarov kimi olacaq”
18/01/2019 [17:03]:
Deputat: "Bu gün Azərbaycanda istənilən şəxs stomatoloji kabinet açır"
18/01/2019 [16:58]:
“Elmi dərəcələri ifadə edən termin təkmilləşdirilməlidir…”
18/01/2019 [16:28]:
"Quş qripi" ilə bağlı monitorinq başa çatdı - NƏTİCƏLƏR deyir ki...
18/01/2019 [16:16]:
Xaricdə oxumaq istəyənlərə hərbi xidmətdən möhlət hüququ verilir? – Ekspertdən cavab
18/01/2019 [15:54]:
20 Yanvar günü Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq
18/01/2019 [15:48]:
Orqan transplantasiyası haqda yeni sənəd HAZIRLANIR
18/01/2019 [15:47]:
Komitə sədrindən gecikmiş etiraf: "Bunun ikinci yolu yoxdur..."
18/01/2019 [15:43]:
“20 Yanvar xalqın sovet imperiyasına inamına birdəfəlik son qoyan hadisə oldu”
18/01/2019 [15:36]:
Qanlı Yanvarın həkimi: “Qadınlar şəhidlər üçün xonça bəzəyib gətirmişdilər...”
18/01/2019 [15:19]:
“Deyirlər, Putin gizlicə  Kəlbəcərdəki qızıl mədəninə baş çəkib...”
18/01/2019 [15:17]:
"Volodinin uşaqları" adlandırılan Milli Şuraya siyasi şillə - "Bu addım duyğu sümürgəçiliyidir"
18/01/2019 [15:09]:
“Zamanın yeganə meyarı yaddaşdır”
18/01/2019 [14:58]:
“İran-Azərbaycan hərbi əməkdaşlığının inkişafı hər iki ölkənin marağına cavab verir”
18/01/2019 [14:53]:
Deputatlar bu məsələlərin müzakirəsi üçün Strasburqa gedir – SİYAHI
18/01/2019 [14:41]:
Gürcüstanda qızılca epidemiya həddinə çatıb, əhali pulsuz peyvənd olunacaq
18/01/2019 [14:37]:
“Cəlil Məmmədquluzadə əlyazmalarını sobaya ataraq yandırıb ki, uşaqları soyuqdan donmasın...”
18/01/2019 [14:28]:
Azərbaycanda vergi müfəttişləri HƏBS OLUNDU
18/01/2019 [14:19]:
11 saylı Vəkil Bürosunun yeni inzibati binası istidadəyə verilib
Bütün arxiv bir sırada
20/05/2018 [19:05] - Cəmiyyət - ( 3508 dəfə baxılıb)

Dərviş paltarı ilə çölləri gəzən əsilzadə rəssam – ARAŞDIRMA



Orta yüzilliklərin qaynaqları Əfşarların  IX  yüzillikdə Dəşt-i Qıpçaqda yaşadıqlarından və Səlcuqların tərkibində Xorasana, Azərbaycana, Kiçik Asiyaya gələrək yerləşdiklərini yazırlar. Azərbaycanda əfşarlar yaşadıqları bölgələrin çoxu unudulsa da Ağcabədi rayonundakı iki kənd hələ də Əfşar adlanır.
Yaxın Şərqin siyasi həyatında mühüm rol oynamış  Əfşarlar qızılbaş tayfa birliyinin tərkibində Səfəvilər dövlətinin qurulmasında da fəal iştirak etmişlər. Sadiq bəy Əfşarın adı da Səfəvilər dövrünün sənədlərində tez-tez xatırlanır və onun istedadını Allah vergisi kimi qiymətləndirirlər. Əsasən, miniatürçü rəssam kimi tanınsa da o, qabiliyyətini yalnız təsviri sənətdə deyil, xəttatlıqda musiqidə, şeir və nəsr sahələrində, tarixi salnamə və təzkirələr yazmaqda da sınamış, demək olar ki, hamsında da uğurlar qazanıb.

Araşdırmaçı alim Əli Şamil Moderator.az-a açıqlamasında Sadıq bəy Əfşar barəsində maraqlı  məlumatlar verir: 

“Sadiq bəy 1533-cü ildə Təbrizdə əsilzadə bir ailədə dünyaya gəlib. Uşaqlıqdan poeziya və rəssamlıqla maraqlanır. İyirmi yaşında atasını itirən Sadiq bəy dərviş libasında ərəb dünyasının bir çox ölkə və şəhərlərini gəzir. Vətənə döndükdən sonra isə xırda hakimlərin malikanələrində təsərrüfat işlərində çalışmağa başlayır. Lakin bu iş onun güzaranını yaxşılaşdırsa da daxili təlabatını ödəmirdi. Qeyri-adi fiziki və yaradıcılıq enerjisi olan Sadiq bəy məmurluqdan uzaqlaşmasının səbəblərini belə izah edir: 

“Əgər sənətə və peşəkarlığa can atırsansa, nə qədər bacarsan, özünü kamilləşdirməyə çalış. İncəsənətsiz həyat ömür-gün deyil”.

Ömrünün yetkinlik çağında gəncliyini xatırlayan sənətkar  yazır: “hansı işdən yapışırdımsa, mənə sadə və asan gəlirdi. Ən böyük arzum Behzadın sənətinə yiyələnmək idi... Buna görə də özümə Behzada bərabər bir ustad axtarırdım. Nəhayət, açıq ürəkli, dövründə tayı olmayan bir ustad tapdım ki, o da sənəti Behzad fırçasından öyrənmişdi.

Bu ustad böyük rəssam Behzadın qohumlarından olan Müzəffər Əli idi. Müzəffər Əliyə şagirdlik edən Sadiq sənətin sirrlərini öyrənəndə dövrün içtimai siyasi hadisələrindən kənarda qala bilmir. Mən sənətkaram, mən rəssamam savaşlarla, döyüşlə nə işim demir. Ölkənin bütövlüyü, sərhədlərinin toxunulmazlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edir”.

Sadiq bəy Astrabad Türkmənləri ilə döyüşlərdə göstərdiyi igidliyi ilə məhurlaşır. Bu sənətkarın zorla cəlb edildiyi savaş deyildi. Təbiətindən və ya genlərindən gələn bir çılğınlığın nəticəsi idi. Sənətdə yüksəldiyi zirvəyə döyüşlərdə də yüksələn Sadiq bəy xarakterinin çizgilərini bu cür izah edir: 

"Türklüyümü gözə çarpdırmaqla və qızılbaş ənənələrinə sədaqət göstərməklə özümü cəsur və qorxmaz sayır və zamanımın cəsur adamlarından heç kimi özümə tay bilmirəm".

Sadiq bəy ömrünün səkkiz ilini Müzəffər Əlinin yanında keçirir. Orada yalnız ustadının deyil, ondan çox-çox əvvələr yaşamış sənətkarın əsərlərindən də öyrənir. Çağdaşlarının yazdığına görə, Sadiq bəy "nəhayət, böyük uğurlar qazanır və tayı-bərabəri olmayan incə fırçalı miniatür rəssamına çevrilir. Ömrünün sonunadək, minlərlə portret işləyir." Şöhrəti yaşadığı şəhərdən çox-çox uzaqlara yayılır. Hökümdarların sarayında da onun əsərlərinin gözəlliyindən söz açılır. Sənətkar, şair, cəsur döyüşçü kimi tanınan Sadiq bəyi saraya işə dəvət edirlər. II. Şah İsmayılın dövründə Sadiq bəy şah kitabxanasının nəzdindəki emalatxanalarda işləyir.

Sarayda çalışan Sadiq bəy buradakı minatürçülərdən, nəqqaşlardan, cildçilərdən, şairlərdən, səlnaməcilərdən həm öyrənir, həm də öyrədir. Təşkilatçılıq bacarığını görən Şah Məhəmməd Xudabəndənin saray kitabxanasının rəhbəri təyin edir və onu "Sadiq-Kitabdar" adlandırır. Bu, həmin kitabxana idi ki, vaxtilə ona dahi miniatürçülərdən Behzad və Sultan Məhəmməd rəhbərlik etmişdi. Əslində bura kitabxanadan çox Akademiyanı xatırladırdı. Buradakı emalatxanalarda kitabların üzü köçürülür, miniatürlər yaradılır, rəng və kağız istehsalının texnologiyası işlənib hazırlanır, bədii cəhətdən kamil cildlər düzəldilirdi. Xəttat, nəqqaş, qızıl suyuna çəkmə, rəngkar, karton və dəri cildləmə üzrə kadrlar hazırlanırdı. Eyni zamanda burada şairlər poezya tarixini, nəzəriyəsini müzakirə edir, yeni yazdıqları əsərləri oxuyurdular. Salnamaçiləri və təzkirəçiləri də tez-tez burada görmək olarmiş.
Sadiq bəy I Şah Abbasın vaxtında da həmin vəzifədə çalışır. Yaşlandıqdan sonra onu istedadlı xəttat, saray xadimi və elə buna görə də "Şah Nəvaz" ("şahın nəvazişçisi") adlandırılan Əlirza Təbrizi əvəz edir. I Şah Abbas dövrünün əvəzsiz tarixçisi İskəndər Münşi "Tarixi -aləmarayi-Abbasi" əsərində yaz: Sadiq bəy bundan sonra da formal olaraq, kitabdar sayılır, ölənə qədər onun xidməti vəziyyətində dəyişiklik olmur və o, dövlət dəftərxanasının kitabdarı kimi maaş almaqda davam edir. "
"Sadiqi" təxəllüsü ilə gözəl şerlər yazan Sadiq bəy ondan artıq müxtəlif nəzm və nəsr əsərinin müəllifidir. Onundan Türk və fars dillərində qələmə aldığı şeirlər "Divan"ı, I Şah Abbasın hərbi yürüşləri haqqında bir neçə min gözəl beytdən ibarət "Fəthnameyi-Abbasi-namdar" ("Məşhur Abbasın fəthlər kitabı") adlı tarixi-epik poeması da vardır. İskəndər Münşi həmin əsəri Firdovsinin "Şahnamə"si ilə müqayisə edir. Hər iki poema eyni vəzndə və ölçüdə qələmə alınmışdır.

Sadiq bəyin ana dilində yazdığı "Məcməül-xəvas" adlı təzkirəsində isə Səfəvilər dövründə fəaliyyət göstərmiş 480 şair, rəssam və xəttat haqqında qiymətli məlumat vermişdir. Həmin əsər həm Azərbaycan, həm də fars mədəniyyət və incəsənətinin tədqiqi üzrə önəmli mənbələrdəndir.
Onun təsviri incəsənətin metodika və praktikasına həsr edilmiş "Qanun əs-Sovər" ("Təsvirin qanunları") adlı pedoqoji təlimatlar kitabı mütəxəssislər arasında böyük şöhrət qazanmışdır. Bundan başqa həmin əsər müasir surət çıxaran rəssamlar və bərpaçılar üçün əvəzsiz vəsaitdir. Burada miniatürlərin üzünü çıxarmaqdan ötrü fırça və kağız hazırlığından tutmuş rəng seçiminə qədər hər şey haqqında məlumat verilir.

Sadiq bəyin əsərləri hələ onun sağlığında yaşadığı ölkənin hüdudlarından kənarlarda yüksək qiymətləndirilirdi. Çağdaşı Qüruriyə qəsidəsində Sadiq bəyin sənətini və şəxsiyyətini yüksək qiymətləndirir. O da şairə bağşladığı rəsmlərinə bir beyt də əlavə edir. Beytdə deyilir: "Mənim işlərimin hər vərəqini tacirlər üç tümənə alıb Hindistana aparırlar, sən də ucuz satma. "

Sadiq bəy onlarla portret çəkib. Onlardan İmam Qulu xanın, Teymur xan Türkmənin portretlər, habelə "Əmir" və "Gəzərgi dərviş" şəkilləri İstanbul, Paris, Boston, Sankt-Peterburq muzeylərində saxlanılır. Sənətkarın illüstrasiyalar çəkdiyi bir neçə kitab günümüzədək gəlib çatmışdır.

Azərbaycan miniatür sənəti tarixində Sadiq bəy gözəl portret ustası kimi qalmışdır. Onun əsərləri təsvir obyektini realist cizkilərlə vermək və perspektivi göstərməyə cəhd göstərməklə yadda qalandır. 

Mütəxəssislərin fikrincə, onun yaradıcılığı miniatür sənətinin, o cümlədən İsfahan minatür məktəbinin inkişafında böyük rol oynamışdır.

80 il ömür sürmüş böyük sənətkarın həyatı və sənəti onlarla insana nümunə olmuşdur.

Komitə sədrindən gecikmiş etiraf: "Bunun ikinci yolu yoxdur..."
"Paşinyan sələflərinin Qarabağ siyasətini davam etdirəcəksə, Azərbaycan münaqişənin hərbi yolla həllini seçəcək"
Zakir Həsənovun İran generalı ilə görüşü erməniləri qorxuya salıb
Sinifdə uşaqların zehni inkişafını artıran maraqlı oyun – Müəllimlər mütləq yararlansınlar
Zamirə Hacıyevanın 49 milyonluq əmlakı müsadirə oluna bilər - FOTO
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Vaqif Səmədoğlunun xanımı: “Bu işləri mən görməsəm, kim edəcək?!”
Araşdırma
“Elmi dərəcələri ifadə edən termin təkmilləşdirilməlidir…”
Cəmiyyət
“Zamanın yeganə meyarı yaddaşdır”
Gündəm
“İran-Azərbaycan hərbi əməkdaşlığının inkişafı hər iki ölkənin marağına cavab verir”
Müsahibə
Nəcməddin Sadıkov: “Ermənistana fürsət verilib ki, düşünsün”
Həftənin ən çox oxunanları
Bakıda gözlənilən tornado Elman Rüstəmovla Əhməd Əhmədzadəni Londondan vurdu - FOTOLAR
Bu ölkədən idxal olunan 7 ərzağı başınıza silah dirəsələr də YEMƏK OLMAZ!!!
Bakıda dəhşətli qəza: "Mazda" 2 ayın gəlinini vurub öldürdü - FOTOLAR 18+
Qarşı cinsə marağı azalan, intim hissləri qaydasında olmayan cütlüklər onu çeynəsələr...
Putin Paşinyanı qucaqlayır, Lukaşenko İrəvan yolçuluğunda... - Bəs biz nəyi gözləyirik?
"Bu ölkənin şeyxi hara baxır, Anar, Çingiz Abdullayev, Ramiz Rövşən və digərləri hara baxır?"
Xalqı hansı sülhə hazırlayırlar? - Təhlükə başımızın üstündədir, yoxsa...?
Azərbaycanda boşanma iddiası qaldıranların çoxu kişilərdir - Səbəb UTANCVERİCİDİR
Ucarda dəhşət: 16 yaşlı qız qaçırılıdı, zorlandı, sonra ailəsinə qaytarıldı - VİDEO
Şəhər meri 30 il kirayədə yaşayan süpürgəçiyə ev verdi-İbrətamiz- FOTOLAR  
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə