ABŞ-ın təkidi ilə Qüdsün İsrailin paytaxtı elan olması, o cümlədən ABŞ səfirliyinin bu şəhərdə açılması İsrail əsgərlərinin fələstinlilərə atəş açması və qətlərlə müşahidə olundu. İslam Əməkdaşlıq Təşkilatının növbəti İstanbul toplantısı son gərginliyə həsr olundu. Toplantıda 30 maddəlik proqram qəbul edildi.
“Fələstin bütün üzv dövlətlər tərəfindən rəsmi olaraq tanınmalı və paytaxtı Qüds şəhəri olaraq bilinməlidir”. Bu həqiqətdir, ancaq reallaşdırılması çətindir. Çünki, bu təklif çox dövlətlər tərəfindən tətbiq edilməyəcək. Digər tərəfdən üzv dövlətlər iqtisadi problemlərin yarana biləcəyindən də ehtiyat edirlər.
“İsrail hakimiyyəti və İsrail əsgərləri qətlə yetirdiyi Fələstin xalqı üçün BMT səviyyəsində cəzalandırılmalı və qısa müddət ərzində BMT Təhlükəsizlik Şurasında müvəqqəti hakimiyyətdə olan Küveyt vasitəsi ilə bu problem gündəmə gətirilməlidir”. Bu fikir, hüquqi aspekt daşısa da, Küveyt daha çox ABŞ tərəfli siyasət yeridən müsəlman ölkədir.Küveytin bu addımı atması belə ABŞ-la qarşılıqlı razılıqlar əsasında olacaq. Bu məsələnin daha da ABŞ tərəfdən çıxışına şərait yaradacaqdır.
“İsrail və İsraili dəstəkləyən dövlətlərə qarşı iqtisadi sıxışdırmalar və qeyri İsrail istehsalı mallara qarşı mübarizə aparılacaq”. Bu təklifin reallaşdırılması da mümkün görünmür. Çünki ərəb dövlətləri arasında yekdillik yoxdur və bəziləri ABŞ-ın bölgədəki müttəfiqləridirlər.
“Mərakeş və İordaniya Qüds şəhərinin müdafiyyəsi ilə maraqlanacaq”.
2013-cü il Fələstin və İordaniya arasında Qüds şəhərinin müdafəsi ilə bağlı müqavilə imzalanıb. İstanbuldakı iclasdan sonra bu müqavilə daha da gücləndirildi. Düşünürəm ki, bu hal bu səbəblərdən dolayı yaranır ki, ilk olaraq Türkiyədə seçki ərəfəsidir.Türkiyənin regionda uğursuz hərbi əməliyyat etməsi iqtidar partiyasına problem yarada bilər.Bunun yerinə regionda Türkiyəyə yaxın olan dövlətlərin xüsusi ilə də Fələstinə yaxın İordaniyanın təsirinin olması stratejik olaraq uyğundur.Ancaq düşünmürəm ki, İordaniya ordusu ABŞ-ın razılığı olmadan hərəkət edə bilsin. Bunun üçünsə Türkiyənin seçkiləri yola verməsi və İordaniyanın regionda güclənməsi lazımdır.
NAĞIYEV YADİGAR
QƏRBİ KASPİ UNİVERSİTETİ TƏTBİQİ POLİTOLOGİYA MƏRKƏZİ EKSPERTİ