Türkiyə iqtisadiyyatında nələr baş verir? Türk lirəsi hansı səbəblərdən dəyərini itirir? Türkiyə iqtisadiyyatında canlanma nə zaman baş verəcək?
Bu Türkiyədə ən çox müzakirə olunan suallardır. Bir çox ölkə iqtisadiyyatlarına Amerika Mərkəzi Bankı (FED) ve Moody’s kimi quruluşların təsiri var. Türk lirəsi son 4 ildə ortalama 2 dəfəyə yaxın dəyərini itirib. ABŞ dollarının en çox dəyər qazandığı aylardan biri 2018-ci ilin mart ayının sonları olub. 3.80 türk lirəsi civarında olan dollar son 2 ayda 4.50 səviyyəsinə qalxıb. Bunda ABŞ prezidenti Donald Trampın İranla nüvə razılaşmasından çıxmasının rolu da olub.
Türkiyədə digər problem işsizlikdir. İşsizlik 10 faizi üstələyib, turizm ve inşaat sektorunda son vaxtara qədər durğunluq var idi, idxal-ixrac əməliyyatları azalmışdı, xarici borc artırdı. Dolların artışı digər malların qiymətinə də avtomatik təsir edir. Əhali bundan narahatdır. Çünki dollar qalxdıqda ilk olaraq yanacağın qiyməti qalxır. Bu da avtomatik ərzaq qiymətlərinə təsir edir. Beynəlxalq Valyuta Fondu (BVF) da Türkiyə iqtisadiyyatında yaranan durumdan narahatdır. BVF-nin hesabatları da bundan xəbər verir.
Buna baxmayaraq, Türkiyədə turizmdə çətin günlər arxada qalxıb, bu sektorda canlanma müşahidə olunur. Türkiyəyə turist daşıyan gəmilərin sayı artır. Bəs dolların kursu necə olacaq? Türkiyədə hamı 24 iyun prezident və parlament seçkisinin nəticəsini gözləyir. Seçki sonrası iqtisadiyyatın yerinə oturacağına dair müxtəlif fikirlər var. Rəcəb Təyyub Ərdoğanın yenidən prezident seçilməsi iqtisadiyyatda sabitliyi yerinə oturmasına yardımçı ola bilər. Bütün problemlər həll olunmasa da, yaşam standartlarının düzələcəyinə dair inam var. Bundan başqa Türkiyənin iştirak etdiyi böyük regional layihələr var ki, onlar da iqtisadiyyata müsbət təsir etməlidir. Bu sırada Türkiyənin Azərbaycanla birgə reallaşdırdığı böyül layihələrin xüsusi rolu var.
Mehdi Məmmədli
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin araşdırmaçısı
Türkiyədən xüsusi olaraq Moderator.az saytı üçün