Xəbər lenti
23/06/2018 [14:12]:
Nazirlikdən xəbərdarlıq: şimşək, leysan, dolu, güclü külək...
23/06/2018 [14:10]:
Azərbaycanlı məşhur ailəsi ilə ölkəni tərk etdi: hansı ölkədə yaşayacaq?
23/06/2018 [14:07]:
Nazir əlilliyi olan şəxslərlə görüşdü -FOTOLAR
23/06/2018 [13:52]:
Milli Qəhrəmanımızın kəndində erməni balaları təzə məktəbdə təhsil alacaq… - FOTOLAR
23/06/2018 [13:27]:
Dünyanın ən uzun kababı tarixə düşür - Uzunluğu 255 metr...
23/06/2018 [13:23]:
Bərdədə üç il əvvəl törədilən avtomobil oğurluğunun üstü açıldı
23/06/2018 [13:21]:
Bakıda yaşayış binasında yanğın olub, 25 nəfər təxliyə edildi
23/06/2018 [13:20]:
Azərbaycanda 17 tona yaxın xaş-xaş və çətənə kolları məhv edildi
23/06/2018 [13:13]:
Paşinyan İrana səfərə hazırlaşır
23/06/2018 [13:00]:
“Sülhə nail olmaq üçün Rusiyanın zəifləməsini gözləmək sonu görünməyən zaman ala bilər”
23/06/2018 [12:54]:
Rusiya üzərində qələbə: "Baş nazir sevinir, prezident əleyhinədir"
23/06/2018 [12:28]:
Millət vəkili: "Oğlanlarımızı evləndirmək üçün qız tapılmayacaq"
23/06/2018 [12:25]:
“Sınıq Körpü”dən keçən nəqliyyatın sayı bəlli oldu
23/06/2018 [12:10]:
Savçenkodan xəbərdarlıq: Müharibə dayanmasa...
23/06/2018 [12:07]:
Putin Bakı ilə əlaqələri ona həvalə etdi – Qərar
23/06/2018 [11:59]:
Akademiya yaxınlığında yeni Azercell Eksklüziv!
23/06/2018 [11:52]:
Bağçadakı olaya görə 2 nəfər işdən çıxarıldı
23/06/2018 [11:52]:
Kanadanın baş naziri eynəyə görə cərimələndi...
23/06/2018 [11:48]:
Elşad Xose sevgilisinin fotosunu paylaşdı
23/06/2018 [11:38]:
Bu gün Sabunçunun bir hissəsində su olmayacaq
23/06/2018 [11:36]:
Dünən sədri olduğu QHT Şurasının 10, bu günsə özünün 47 yaşını qeyd edir...
23/06/2018 [11:34]:
Qənirə Paşayeva tanınmış təşkilat rəhbərləri ilə görüşdü -FOTOLAR
23/06/2018 [11:33]:
İlham Əliyev Əlcəzairin ədliyyə nazirini qəbul etdi
23/06/2018 [11:25]:
Cəbhə bölgəsində erməni əsgər öldü
23/06/2018 [11:15]:
Dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək
23/06/2018 [10:49]:
Rusiyada təyyarə qəzaya uğradı...
23/06/2018 [10:48]:
Bakıda 20 yaşlı oğlan otağında özünü asdı
23/06/2018 [10:45]:
Universiteti bitirib diplom ala bilməyən tələbələrin sayı açıqlandı
23/06/2018 [10:28]:
ABŞ Cənubi Koreya ilə bəzi hərbi təlimləri dayandırdı
23/06/2018 [10:27]:
Salah Çeçenistanın fəxri vətəndaşı oldu
23/06/2018 [10:25]:
Duzun ölümcül təhlükəsi sübut edildi
23/06/2018 [10:24]:
ATƏT Cənubi Qafqaza səfərlə bağlı bəyanat yaydı
23/06/2018 [10:23]:
O günəmi qalmışıq ki, başımızın üstündə əxlaq polisi dayansın?
23/06/2018 [10:15]:
Yasamal Rayon İcra Hakimiyyətinin iki şöbə müdiri işdən çıxarıldı
23/06/2018 [10:11]:
"Şəhərin kanalizasiya sistemini quran ermənilər gizli yeraltı yolları ruslara bildiriblər"
23/06/2018 [10:05]:
Cəbhədə erməni təxribatı - Şiddətli atışma oldu
23/06/2018 [09:58]:
Gəncə Dövlət Universitetindən ixtisasını dəyişmək istəyənlərə şans...
23/06/2018 [09:56]:
Ərdoğan: “BMT-də 2 təcrübəli siyasətçi var, biri mənəm, digəri də Putin”
23/06/2018 [09:44]:
Bakı-Tbilisi-Qars dəmir yolunda bir ilk də yaşandı...
23/06/2018 [09:36]:
"Elçibəyin əsas fərqliliklərindən biri də türklüyü ilə qürur duyması idi"
23/06/2018 [09:24]:
“ABŞ-la danışıqlar aparmaq vaxt itkisidir” - Əsəd
23/06/2018 [09:12]:
Tatarıstanda yaşayış binasında partlayış - Ölən və yaralananlar var
23/06/2018 [09:00]:
Məsciddə azarkeşlərin futbol üzrə dünya çempionatını izləməsi üçün şərait yaradıldı və... -GÖZLƏNİLMƏZ
23/06/2018 [08:56]:
Baş nazir ilk dəfə qalstuk taxdı - Ölkə buna niyə sevinir?
23/06/2018 [08:53]:
Livanda qadın polislər turist cəlb etmək üçün şort geyiniblər - VİDEO
23/06/2018 [08:51]:
Kürdəmirdə maşın aşıb, 3 nəfər xəsarət aldı
23/06/2018 [01:15]:
Türkiyə İraqda terrorçuları bombaladı
23/06/2018 [00:35]:
Gəncədə bağçada körpəyə dağ çəkdilər - FOTO
22/06/2018 [23:38]:
Təyyarədən enmək istəməyən sərnişinlər pilot tərəfindən zorla endirildilər - VİDEO
22/06/2018 [23:26]:
“Üzərimdə bomba var” dedi, ortalığı bir-birinə qatdı
22/06/2018 [23:19]:
Xoyski işçisinin səhvinə görə özünü bağışlamadı və bu addımı atdı – Gizli tarix
22/06/2018 [23:17]:
Uşaqlarının gözü qarşısında üzərinə benzin tökülərək yandırıldı
22/06/2018 [23:17]:
İşçilər etiraz olaraq prezident sarayının qazını kəsdilər
22/06/2018 [23:12]:
İçinə şeytan girdiyi düşünülən qadının dili və dodağı dağlandı - FOTOLAR
22/06/2018 [23:08]:
Laçının Bozlu kəndində erməni uşaqlar belə təhsil alır... - VİDEO
22/06/2018 [22:57]:
BMT Rusiyanı Dnestryanıdan çıxmağa çağırdı
22/06/2018 [22:51]:
Sumqayıt sakini qapısına gələn su pulu yığanı bıçaqlayıb
22/06/2018 [22:50]:
Muharrem İncə bu şəxsləri həbs edəcək
22/06/2018 [22:49]:
Dövlət Komitəsinin sədri Gəncədə köçkünlərin müraciətinə baxdı
22/06/2018 [22:48]:
“Dövlətlə vətəndaş cəmiyyəti arasında etimad mühiti yaranıb” – Azay Quliyev
22/06/2018 [22:12]:
Yolda şütüyən BMP avtomobili xurd-xəşil etdi - VİDEO
22/06/2018 [21:41]:
“İstənilən qlobal güc Türkiyə ilə hesablaşmağa məhkumdur”
22/06/2018 [21:25]:
Molla Pənah Vaqifin vəzirlik fəaliyyəti ilə bağlı bilmədiklərimiz - Bir əsanın sirri...
22/06/2018 [21:16]:
Ukrayna Xalq Tribunalı Poroşenkoya ömürlük həbs verdi
22/06/2018 [21:13]:
Rəsulzadənin Yaponiya qəzetinə yazdığı məktub - Əmin Abidin bilmədiyimiz şeiri...
22/06/2018 [20:54]:
Bu ölkədə imtahan zamanı internet kəsiləcək - Feysbuka giriş qadağan ediləcək
22/06/2018 [20:45]:
Tramp Avropanı hədələdi
22/06/2018 [20:42]:
Səfir oğlunun tutulmasından danışdı - “Çox təəssüflənirəm”
22/06/2018 [20:40]:
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
22/06/2018 [20:36]:
Fransız jurnalist Qarabağda kənd təsərrüfatının inkişafı haqda məqalə hazırlayıb...
22/06/2018 [20:32]:
Afaq Aslandan Damlaya “nakaut zərbə”... - "Beləsinin həddini vaxtında bildirəsən ki..."
22/06/2018 [20:30]:
Şirvan sakini xüsusi amansızlıqla öldürüldü
22/06/2018 [20:29]:
Parlament binasının həyətində çətənə kolu tapılıb
22/06/2018 [20:23]:
Azərbaycanda qadın direktor qəzaya düşdü - Fotolar
22/06/2018 [20:17]:
Başqa ölkələrin silahlı qüvvələrinin Xəzərə daxil olması qadağan edildi
22/06/2018 [20:15]:
Ermənistan və Azərbaycan XİN başçıları Minskdə görüşdü
22/06/2018 [20:13]:
DÇ-2018: Braziliya-Kosta Rika 2:0
22/06/2018 [20:12]:
Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzatdı
22/06/2018 [20:11]:
Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbul edib - YENİLƏNİB
22/06/2018 [20:01]:
Əli Həsənov: "Azərbaycanda azad media formalaşıb"
Bütün arxiv bir sırada
21/05/2018 [17:52] - Cəmiyyət - ( 919 dəfə baxılıb)

Azərbaycan və Serbiya prezidentlərinin mətbuata bəyanatları



Mayın 21-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər.

 

Moderator.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib.

 

Prezident İlham Əliyevin

bəyanatı

 

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Cənab Prezident, ilk növbədə, bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Biz Sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, səfərin nəticələri Serbiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin inkişafı üçün yeni imkanlar açacaqdır.

Biz strateji tərəfdaşıq və bu gün imzalanan sənədlər arasında strateji tərəfdaşlıq üzə Birgə Fəaliyyət Planı imzalanmışdır. Bu, çox geniş və əhəmiyyətli sənəddir. Bu sənəddə bizim gələcək əməkdaşlığımızla bağlı bütün önəmli məsələlər öz əksini tapmışdır.

 

Biz beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik. Bütün önəmli məsələlərdə bir-birimizə dəstək göstəririk. Ölkələrimizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı məsələlərdə bütün beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik. Üzləşdiyimiz münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkələrimizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində öz həllini tapmalıdır. Bu məsələ ilə bağlı biz daim bir-birimizə qarşılıqlı dəstək göstəririk və bundan sonra da göstərəcəyik.

 

Bu gün müzakirə olunan məsələlər arasında bizim iqtisadi əməkdaşlıq məsələləri də geniş yer almışdır. Biz bu istiqamətdə atılan addımları yüksək qiymətləndiririk. Ancaq, eyni zamanda, tam əminik ki, mövcud ticarət dövriyyəsi bizim iqtisadi potensialımızı əks etdirmir. Artım var, ancaq mütləq rəqəmlər hələ də çox aşağıdır. Ona görə əminəm ki, səfər zamanı müzakirə olunan və olunacaq məsələlər gələcəkdə ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq, bunun üçün yaxşı imkanlar var.

 

Energetika sahəsində əməkdaşlıq üçün perspektivlər ümidvericidir. Bu məsələ imzalanan Fəaliyyət Planında öz əksini tapmışdır. Azərbaycan nəhəng enerji layihələrinin təşəbbüskarıdır və fəal iştirakçısıdır. Onların arasında “Cənub Qaz Dəhlizi” layihəsi xüsusi yer tutur. Gələn günlər ərzində biz artıq “Şahdəniz-2” layihəsinin başa çatmasını qeyd edəcəyik. Gələn ay TANAP layihəsi istismara verilməlidir. Beləliklə, Cənub Qaz Dəhlizinin əsas layihələri artıq başa çatmış olacaqdır. Bu, enerji təhlükəsizliyi məsələlərinə Azərbaycanın növbəti töhfəsidir. Bu nəhəng enerji layihəsi geniş beynəlxalq əməkdaşlıq məsələlərinin həllinə də öz müsbət təsirini göstərmişdir. Hazırda bizim regionumuzda enerji sahəsində əməkdaşlıq yeni səviyyəyə qalxır.

Ötən ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi ilə bağlı Bakıda mərasim keçirilmişdir. Bu yol da çox böyük əhəmiyyətə malikdir. Bu yolun fəaliyyətə başlaması nəticəsində Asiya ilə Avropa Azərbaycan və digər ölkələr üzərindən bir-biri ilə bağlanır. Bu, Asiyadan Avropaya və əks istiqamətə ən qısa yoldur. Yüklər artıq bu yol vasitəsilə daşınır və yüklərin həcmi getdikcə daha da artacaq. Əlbəttə ki, biz Serbiyanı bu dəmir yolunun fəal iştirakçısı kimi görürük. Hesab edirəm, bizim müvafiq qurumlarımız bu məsələ ilə bağlı artıq danışıqlara başlaya bilərlər ki, biz yükdaşımalarını artıra bilək. Beləliklə, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri geniş əməkdaşlıq üçün yeni imkanlar açır. Bu, turizmin inkişafına təkan verəcək, qarşılıqlı ticarət dövriyyəsini artıracaq və beləliklə, bölgəmizdə, Avrasiya məkanında sabitliyi möhkəmləndirəcək, təhlükəsizliyi təmin edəcəkdir.

 

Serbiya ilə Azərbaycan arasındakı əlaqələrdə humanitar sahə çox önəmli yer tutur. Cənab Prezident, bilirəm ki, Siz Azərbaycan Dillər Universitetində “Serb Dili və Mədəniyyəti Mərkəzi”nin açılışında da iştirak edəcəksiniz. Əminəm, bilirsiniz və görəcəksiniz ki, Sizin xalqınıza, xalqınızın mədəniyyətinə, ədəbiyyatına Azərbaycanda çox böyük maraq, böyük hörmət var. Humanitar sahədə mövcud olan əlaqələr xalqlararası əlaqələrin inkişafında mühüm yer tutur.

 

Hesab edirəm ki, turizm sahəsinin qarşılıqlı şəkildə inkişaf etdirilməsi həm ölkələrimizə gəlir gətirəcək, həm də insanlar bir-birini daha yaxından tanıyacaqlar, dost olacaqlar, necə ki, bizim ölkələr. Bizim ölkələrimiz dost ölkələrdir, qeyd etdiyim kimi, strateji tərəfdaşlardır. Əminəm, səfərdən sonra əlaqələrimizə yeni dinamika, yeni təkan veriləcəkdir ki, Serbiya ilə Azərbaycan daim bir-birini dəstəkləyən, bir-birinə kömək edən ölkələr kimi fəaliyyət göstərsinlər.

Sizin ölkənizdəki işlərlə bağlı apardığınız siyasəti biz yüksək qiymətləndiririk. Siz Serbiyanın müstəqil siyasətini müdafiə edirsiniz, ölkənizi inamla idarə edirsiniz. Xalq Sizə böyük dəstək göstərir. Sizin siyasətiniz Serbiya xalqı tərəfindən yüksək qiymətləndirilir. Biz Sizin dostlarınız kimi buna sevinirik. Əminik ki, Serbiya-Azərbaycan əlaqələri bundan sonra da Sizin gündəliyinizdə önəmli yer tutacaqdır. Serbiya ilə əlaqələr bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Əminəm ki, gələcəkdə bu əlaqələrin uğurlu inkişafı üçün bütün imkanlar, şərait var. Əsas odur ki, çox güclü qarşılıqlı müştərək iradə var. Hesab edirəm ki, biz gələcək illəri də bu arzularla yaşayacağıq, Serbiya-Azərbaycan əlaqələrini inkişaf etdirəcəyik. Sağ olun.

 

X X X

 

Sonra Serbiya Prezidenti bəyanatla çıxış edib.

Prezident Aleksandr Vuçiçin 

bəyanatı

 

- Hörmətli cənab Prezident, əziz dostum cənab Əliyev.

Sizə bu səmimi və xoş sözlərinizə görə təşəkkür etmək istəyirəm. Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafı baxımından gördüyünüz bütün işlərə görə Sizə təşəkkürümü ifadə etmək istərdim.

Düşünürəm ki, mən Sizin Prezident seçilməyinizdən sonra ölkənizə səfər edən ilk dövlət başçısıyam. Bu, mənim üçün çox böyük şərəfdir. Azərbaycan ilə dostluq münasibətlərinin inkişafı bizim üçün çox vacibdir. Bu, bizim dövlətlərimizin və xalqlarımızın maraqlarına tam uyğundur. Bizim əməkdaşlığımız üçün çox böyük meydan var. Məhz bu səbəbdən də mən bizim hökumətimizin demək olar ki, tam yarısı ilə Azərbaycana səfərə gəlmişəm. Çünki biz Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmindəyik.

 

Mənim ölkəmin müstəqilliyinin və suverenliyinin dəstəklənməsinə görə minnətdarıq. Biz də öz növbəmizdə Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləyirik. Hər iki ölkənin bu mövqeyi dəyişməz olaraq qalacaqdır. Cənab Prezident, biz Sizin siyasətinizi çox yüksək qiymətləndiririk. Siz elə bir şəxsiyyətsiniz ki, ölkənizin müstəqilliyini qoruyursunuz, öz azadlığınızı qoruyursunuz və vətəndaşların firavanlığı naminə əlinizdən gələni edirsiniz. Çünki Sizin ölkəniz olduqca mürəkkəb regionda, müxtəlif regionların kəsişməsində yerləşir və Siz ölkənizi nümunəvi şəkildə qoruyub saxlaya bilmisiniz.

Eyni zamanda, iqtisadi maraqlarınız da təmin edilir. Münasibətlərimizin təkmilləşdirilməsində bizim böyük potensialımız var. Bu yaxınlarda bizim hökumətlərarası komissiyanın iclası olacaqdır. Sonuncu iclas 2015-ci ildə olmuşdur. Düşünürəm ki, müxtəlif nəqliyyat layihələrinin icrasında fəal əməkdaşlıq edə bilərik. Azərbaycan şirkəti Serbiyada yol tikintisində uğurla fəaliyyət göstərir. Bununla yanaşı, müxtəlif kənd təsərrüfatı məhsullarının alqı-satqısı sahəsində, mədəniyyət, idman və digər sahələrdə daha böyük nailiyyətlər əldə edə bilərik. Təbii ki, bizim hərbi-texniki və hərbi təhsil sahələrində də böyük potensialımız var. Düşünürəm ki, bunlar da çox vacib sahələrdir.

 

Çox müsbət haldır ki, ölkələrimiz arasında heç bir mübahisəli məsələ yoxdur. Biz müxtəlif beynəlxalq təşkilatlarda bir-birimizi tam şəkildə dəstəkləyirik.

 

Cənab Prezident, fürsətdən istifadə edərək, Sizi burada, media qarşısında Serbiyaya rəsmi səfərə dəvət edirik. Siz orada bizim xalqın qonaqpərvərliyinin, həm Sizə, həm də ölkənizə olan rəğbət və ehtiramın şahidi olacaqsınız. Azərbaycan bizə dost ölkədir və tezliklə Sizi Belqradda görmək ümidindəyik.

Sizi təbrik edirəm ki, ölkənizin qeyri-neft sektorunda 3 faizlik artım qeydə alınıb. Görürəm ki, Siz iqtisadiyyatın şaxələndirilməsinə böyük önəm verirsiniz. Bu da əsl siyasi rəhbərə xas olan bir xüsusiyyətdir. Bizim yaxşı münasibətlərimiz var. Artıq üç ildir ki, bizim büdcəmizdə artım müşahidə olunur. Bu da bizə daha yüksək səviyyədə qarşılıqlı sərmayə qoyuluşu baxımından yaxşı imkanlar yaradır.

 

Cənab Prezident, səmimi dostluğa görə Sizə bir daha təşəkkürümü bildirirəm və Sizi tezliklə Belqradda görmək ümidindəyəm. Sağ olun.

“Üzərimdə bomba var” dedi, ortalığı bir-birinə qatdı
Uşaqlarının gözü qarşısında üzərinə benzin tökülərək yandırıldı
İçinə şeytan girdiyi düşünülən qadının dili və dodağı dağlandı - FOTOLAR
Bir otaqda 14 nəfər yaşayırlar - FOTOLAR
Sabunçuda iki avtomobil toqquşdu - FOTO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
“Sülhə nail olmaq üçün Rusiyanın zəifləməsini gözləmək sonu görünməyən zaman ala bilər”
Maraqlı
"Şəhərin kanalizasiya sistemini quran ermənilər gizli yeraltı yolları ruslara bildiriblər"
Dünya
Təyyarədən enmək istəməyən sərnişinlər pilot tərəfindən zorla endirildilər - VİDEO
Araşdırma
Xoyski işçisinin səhvinə görə özünü bağışlamadı və bu addımı atdı – Gizli tarix
Şou-biznes
Afaq Aslandan Damlaya “nakaut zərbə”... - "Beləsinin həddini vaxtında bildirəsən ki..."
Həftənin ən çox oxunanları
Xankəndi səmasına qırıcılar qaldırıldı - Düşmən “gəl-gəl” deyir... Fotolar+Video
Lotoreyanın sirrini tapan riyaziyyatçı 7 dəfə mükafat qazandı...
Yarıçılpaq səudiyyəli fanat qadın və hicablı rus azarkeş qız - Futbol çempionatındakı təzadlar + VİDEO
32 yaşında dövlət quran, 33 yaşında isə öldürülərək cəsədi dənizə atılan qəhrəman Kırım türkü - ARAŞDIRMA
12 yaşında Kəbəni üzərək təvaf etdi - Gözlənilməz (FOTOLAR)
Paşinyan Azərbaycanda yeni açılan erməni kilsəsinə baş çəkdi- FOTOLAR
İki Ali Baş Komandanımızın Xankəndindəki paradını bizə çox görməyin: - TARİXİ SEÇİM...
Paşinyanın gəncliyinə aid biabırçı şəkli paylaşıldı - FOTO
"Ölkəni mollaxanaya çevirmək istəyənlərə qarşı dirəniş göstərməliyik" -Deputatdan çağırış...
DÇ-2018: Ən gözəl azarkeşlər -FOTOLAR
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin