Xəbər lenti
23/06/2018 [23:27]:
Almaniya üçün sonuncu şans - Yenilənib
23/06/2018 [23:26]:
Azərbaycanın hərbi helikopterləri erməniləri təşvişə saldı – FOTO
23/06/2018 [23:19]:
Səfir Qüdsi Osmanovun oğlu azadlığa çıxdı
23/06/2018 [23:14]:
Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 50 faizdən çox artdı
23/06/2018 [23:04]:
Türkiyə seçkilərə hazırlaşır - Sandıq başına saatlar qaldı
23/06/2018 [22:29]:
Qadının başına televizor düşdü, həyatını itirdi - Ad günündə
23/06/2018 [22:21]:
Serj Sarkisyanın qardaşı oğurluqda ittiham olunur
23/06/2018 [22:20]:
Borçalı Cəmiyyəti 10-cu konfransını keçirdi - yeni idarə heyəti seçildi
23/06/2018 [22:18]:
Rusiyanın hərbi eksperti Paşinyanı ifşa etdi
23/06/2018 [21:53]:
DÇ-2018: Meksika yığması növbəti qələbəsini qazanıb
23/06/2018 [21:41]:
“Qarabağ” Bolqarıstan çempionu ilə sülh bağladı
23/06/2018 [20:32]:
İran ordusunun generalı Suriyada öldürülüb
23/06/2018 [20:24]:
Azərbaycan neft hasilatının artırılması qərarını dəstəkləyir
23/06/2018 [20:20]:
Nazir Yavər Camalov vəfat etdi – YENİLƏNİB
23/06/2018 [19:29]:
Səudiyyə Ərəbistanında qadınların sürücülük qadağası qaldırılır
23/06/2018 [19:18]:
“Atamın böyük arzularından biri də yaşadığı evin muzey olması idi” – İsa Muğannanın qızı
23/06/2018 [19:10]:
Buraxılış imtahanlarının nəticələri elan olundu
23/06/2018 [19:00]:
Müdafiə sənayesi naziri vəfat etdi
23/06/2018 [18:59]:
Belçika millisi Tunisi darmadağın etdi
23/06/2018 [18:36]:
AMEA-nın əməkdaşı Türkiyədə görüşlər keçirəcək
23/06/2018 [18:27]:
“Serj Sərkisyan Qarabağ məsələsi üzrə xüsusi elçi təyin edilə bilər…” - Paşinyanın müşaviri
23/06/2018 [18:24]:
Xörək duzu bizi necə məhv edir? - Onu nə ilə əvəzləməliyik?
23/06/2018 [18:18]:
Türkiyənin F-16 tipli təyyarələri Bakıda – FOTO
23/06/2018 [18:16]:
İran ABŞ-ı beynəlxalq məhkəməyə verdi
23/06/2018 [18:14]:
Qəssab: “Bakıda ətin kilosu 15 manata qalxacaq”
23/06/2018 [17:30]:
OPEC və qeyri-OPEC ölkələrinin Nazirlər Şurasının növbəti iclası Bakıda keçirilə bilər
23/06/2018 [17:26]:
"Ordumuzun bölmələri heç bir diversiya fəaliyyəti həyata keçirməyib" - RƏSMİ
23/06/2018 [17:06]:
Ana 100 dollara səkkiz yaşlı qızını seks üçün satışa çıxardı - Həbs edildi
23/06/2018 [17:01]:
Hitlerin çəngəl-bıçaq dəsti satıldı- FOTOLAR
23/06/2018 [16:52]:
Daxili Qoşunların Ali Hərbi Məktəbinin ilk buraxılışı oldu
23/06/2018 [16:49]:
Ölən erməni hərbçiyə görə bölük komandirinin müavini həbs edildi...
23/06/2018 [16:36]:
Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin yeni inzibati binası istifadəyə verildi
23/06/2018 [16:35]:
Magistraturaya qəbul üçün keçirilən müsabiqənin nəticələri açıqlandı
23/06/2018 [16:24]:
Vyanada OPEC və qeyri-OPEC ölkələrin nazirlərinin 4-cü iclası başlayıb
23/06/2018 [16:14]:
“İşbazlar özəlləşdirilən uşaq bağçalarının yerində bina və gözəllik salonları tikdilər”
23/06/2018 [16:10]:
Dəniz nəqliyyatı işçiləri təltif oldundu
23/06/2018 [16:09]:
Maşınqayırma sənayesi işçiləri təltif edilib
23/06/2018 [16:07]:
Şotland və italiyalı qapıçılar “Qarabağ”ın təklifini rədd etdi
23/06/2018 [16:00]:
Deputat: "İngilis dilində danışa bilmir, amma obyektinə ingilis adı qoyur"
23/06/2018 [15:57]:
Bakıda intihara cəhd - Qadın kişini ölümdən xilas etdi + Fotolar
23/06/2018 [15:41]:
Kəlbəcərdə “rayon”un yeni başçısı təqdim edildi...- FOTO
23/06/2018 [15:39]:
Gəncədə körpənin üzündən aldığı xəsarətlə bağlı həkim rəyi açıqlandı
23/06/2018 [15:38]:
“Qarabağ klanının Paşinyanı devirmək şansı kifayət qədər böyükdür” – MÜSAHİBƏ
23/06/2018 [15:33]:
İlham Əliyev mozambikli həmkarını təbrik edib
23/06/2018 [15:32]:
Avstraliyalı aqronom Qarabağdakı erməni fermerləri kimyəvi zəhərlənmədən qorumağa çalışır...- Fotolar
23/06/2018 [15:22]:
Deputatın oğlu keçmiş nazirin oğlu ilə evləndi
23/06/2018 [15:18]:
Ölkəyə gələnlərin çoxu siqaret və spirtli içkilər gətirir - Gömrük idarəsindən açıqlama
23/06/2018 [15:13]:
“Gecə əyləncələrinə getmək, şənlənmək...”- Yüz beş yaşlı qadın bu yaşa çatmasının sirrini açdı...
23/06/2018 [15:04]:
Çində 10 nəfər edam olundu
23/06/2018 [14:59]:
Neymar komanda yoldaşını təhqir etdi
23/06/2018 [14:53]:
“Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir” - Prezident “Mixaylo” haqqında
23/06/2018 [14:41]:
“Google Chrome” brauzeri internetə qoşulmadan işləyəcək
23/06/2018 [14:37]:
Türkiyədə prezidentliyə namizədlər son mitinqlərə HAZIRLAŞIR
23/06/2018 [14:35]:
Deputatlar “Dövlətqaçqınkom”un ilk təşəbbüsünə qiymət verdilər: “Proseslərin çoxu mətbuata sızmır”
23/06/2018 [14:31]:
İlham Əliyev səhiyyə işçilərinə fəxri adlar verdi - SİYAHI
23/06/2018 [14:30]:
Akif Əlizadə AMEA prezidenti vəzifəsinə təsdiq edildi
23/06/2018 [14:27]:
Bəhram Bağırzadə: "Biz oxuyanda belə şeylər yox idi"
23/06/2018 [14:26]:
“Azərbaycan jurnalistikasında keyfiyyət dəyişikliyi baş verməlidir”
23/06/2018 [14:12]:
Nazirlikdən xəbərdarlıq: şimşək, leysan, dolu, güclü külək...
23/06/2018 [14:10]:
Azərbaycanlı məşhur ailəsi ilə ölkəni tərk etdi: hansı ölkədə yaşayacaq?
23/06/2018 [14:07]:
Nazir əlilliyi olan şəxslərlə görüşdü -FOTOLAR
23/06/2018 [13:52]:
Milli Qəhrəmanımızın kəndində erməni balaları təzə məktəbdə təhsil alacaq… - FOTOLAR
23/06/2018 [13:27]:
Dünyanın ən uzun kababı tarixə düşür - Uzunluğu 255 metr...
23/06/2018 [13:23]:
Bərdədə üç il əvvəl törədilən avtomobil oğurluğunun üstü açıldı
23/06/2018 [13:21]:
Bakıda yaşayış binasında yanğın olub, 25 nəfər təxliyə edildi
23/06/2018 [13:20]:
Azərbaycanda 17 tona yaxın xaş-xaş və çətənə kolları məhv edildi
23/06/2018 [13:13]:
Paşinyan İrana səfərə hazırlaşır
23/06/2018 [13:00]:
“Sülhə nail olmaq üçün Rusiyanın zəifləməsini gözləmək sonu görünməyən zaman ala bilər”
23/06/2018 [12:54]:
Rusiya üzərində qələbə: "Baş nazir sevinir, prezident əleyhinədir"
23/06/2018 [12:28]:
Millət vəkili: "Oğlanlarımızı evləndirmək üçün qız tapılmayacaq"
23/06/2018 [12:25]:
“Sınıq Körpü”dən keçən nəqliyyatın sayı bəlli oldu
23/06/2018 [12:10]:
Savçenkodan xəbərdarlıq: Müharibə dayanmasa...
23/06/2018 [12:07]:
Putin Bakı ilə əlaqələri ona həvalə etdi – Qərar
23/06/2018 [11:59]:
Akademiya yaxınlığında yeni Azercell Eksklüziv!
23/06/2018 [11:52]:
Bağçadakı olaya görə 2 nəfər işdən çıxarıldı
23/06/2018 [11:52]:
Kanadanın baş naziri eynəyə görə cərimələndi...
23/06/2018 [11:48]:
Elşad Xose sevgilisinin fotosunu paylaşdı
23/06/2018 [11:38]:
Bu gün Sabunçunun bir hissəsində su olmayacaq
23/06/2018 [11:36]:
Dünən sədri olduğu QHT Şurasının 10, bu gün isə özünün 47 yaşını qeyd edir...
23/06/2018 [11:34]:
Qənirə Paşayeva tanınmış təşkilat rəhbərləri ilə görüşdü -FOTOLAR
Bütün arxiv bir sırada
23/05/2018 [14:22] - Cəmiyyət - ( 3945 dəfə baxılıb)

“Cavid Qurbanov həqiqəti deyir...”



Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünənki iclasında çıxış edən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanov deyib ki, artıq Vergilər Nazirliyində çalışanlar adam balası kimi işləyirlər.

“Hökumətin tərkibi cavanlaşdığından idarəetməyə də yanaşma dəyişməkdədir. Onlar effektiv işləməyə başlayıb. Vergilər Nazirliyində ciddi dəyişikliklər baş verib və bu quruma xeyli cavan kadrlar cəlb olunub. Məhz bunun nəticəsidir ki, artıq Vergilər Nazirliyində çalışanlar adam balası kimi işləyirlər. Mən vergi sisteminin daha da yumşaldılmasını təklif edirəm. Hamı vergi vermək istəyir.Buna görə də vergi sistemini yumşaltmaq lazımdır. Vergilər yumşaldılarsa, vergi yığımı daha yüksək olar”-deyə, C.Qurbanov bildirib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə də deputat həmkarını dəstəkləyib. O, bu məsəlylə bağlı Modern.az-ın suallarını cavablandırıb.

- Çingiz müəllim, dünən deputat həmkarınız Cavid Qurbanov deyib ki, artıq Vergilər Nazirliyində çalışanlar adam balası kimi işləyirlər. Doğrudanmı, qısa zaman çərçivəsində Vergilər Nazirliyində aparılan işlər özünü müsbət formada göstərir?

- Dünən bütün mətbuat səhifələrində başlığa çıxarılan bu fikirlə mən də razıyam. Təkcə Vergilər Nazirliyi deyil, digər nazirliklərdə də yerdəyişmədən sonra müsbət işlərin görülməsi ilə bağlı atılan ilk addımlar təqdirəlayiqdir. Bunu təkcə həmkarım Cavid Qurbanov yox, cəmiyyətimiz də görməyə başlayıb. Bu baxımdan hesab edirəm ki, Vergilər Nazirliyində son təyinatdan sonra vergi ödəyiciləri ilə aparılan işlər,  vergi ödəyicilərinə açıq müraciətlər, onlarla görüş, verginin alınmasının forması və qaydalarının dəyişdirilməsi cəmiyyətdə müsbət hal kimi qarşılanıb. İnsanlar, xüsusilə də sahibkarlar vergilər naziri Mikayıl Cabbarovdan və onun komandasından olduqca müsbət addımlar gözləyirlər. Onu da qeyd edim ki, vergi ödəməyin özü bir mədəniyyətdir. Cavid müəllimin də qeyd etdiyi kimi, “hamı vergi vermək istəyir” ifadəsi həqiqətdir. Həmkarımın “vergi sisteminin daha da yumşaldılması yolu ilə daha çox vergi yığmaq imkanı əldə etmək olar” fikri ilə də tam razıyam. Mən həmçinin digər nazirliklərdəki kadr islahatları və dəyişikliklər barədə çıxış edən həmkarımın fikri ilə tam razıyam. Ümid edirəm ki, hökumətin yeni tərkibinə təyinat alan islahatçı nazirlər həm cənab prezidentin, həm də Azərbaycan xalqımın etimadını doğruldacaqlar. 

- Siz, hələ sabiq vergilər naziri Fazil Məmmədov işdən azad olunmazdan əvvəl Milli Məclisdə hökumətin hesabatı zamanı Vergilər Nazirliyini kəskin tənqid etmişdiniz. Çıxışınız zamanı bildirdimişdiniz ki, biz niyə Gürcüstandakı kimi vergi sisteminə keçə bilmirik? Nəyə görə, şəhəri gəzərkən daha çox ticarət obyektlərinin qapılarının bağlı olduğunu görürük? 

Bildirmişdiniz ki, Vergilər Nazirliyinin qanuni-qanunsuz tələblərinə dözə bilməyən sahibkarlar iş yerlərini bağlayırlar. Belə bir təklif vermişdiniz ki, bəlkə biz daha çox iş yeri açmaqla, daha az vergi sisteminə qayıdaq... Onda həm sahibkarlar, həm də dövlət daha çox qazanar...

- Bəli, mən belə bir təkliflə çıxış etmişdim. Həmkarım Cavid Qurbanovun dünənki təklifi ilə sanki üst-üstə düşür. Hesab edirəm ki, bu, çoxlarının arzusudur. Azərbaycanda vergi sitemi daha da sadələşdirilməlidir. Və daha da yumşaldılmalıdır. Biz daha çox iş yerlərinin açılmasına nail olmaqla, daha az vergi yığımı tətbiq etməklə büdcəyə daha çox verginin ödənilməsinə nail olmalıyıq. O baxımdan hesab edirəm ki, Vergilər Nazirliyində kadr islahatı ilə bərabər, Vergi qanunvericiliyində də xeyli dəyişikliklər edilməlidir. Məsələn, Vergi Məcəlləsinin hazırda qüvvədə olan 13.2-ci bəndində göstərilib ki, daşınar və daşınmaz əmlakın alqı-satqısı zamanı vergidən azad olunan  ailə üzvləri sırasına  ər-arvadlar, valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər, vərəsələr, doğma (ögey) bacılar (qardaşlar), bacı və qardaş övladları, ər-arvadların bacıları, qardaşları və valideynləri, bacıların ərləri və qardaşların arvadları, valideynlərin bacıları (qardaşları) daxil olsa da, həmin siyahıya nəvə salınmayıb. Onda belə çıxır ki, nəvə vergi ödəyicisinin ailə üzvlərinin sırasına daxil deyil. Dünyada Allah-Təalanın insan üçün bəxş etdiyi ən şirin nemətlərdən biri də nəvədir. Bunu bir missal olaraq çəkdim. Vergi Məcəlləsində vergi ödəyiciləri üçün olduqca sərt və əsassız maddələr var. Boşluqlar var. Yaxşı olar ki, Milli Məclisin müvafiq  komitələri və  Vergilər Nazirliyin müvafiq şəxslərinin iştirakı ilə Vergi Məcəlləsinə yenidən baxılsın. Bununla da Məcəllə müasir  dövrün tələblərinə uyğunlşdırılsın.
 
- Bəzi nazirlər işdən azad edildikdən sonra özləri və faəliyyətləri mətbuatda, ayrı-ayrı şəxslər tərəfindən, eləcə də həmkarlarınız tərəfindən olduqca kəskin tənqid olunur. Ancaq siz vergilər naziri Fazil Məmmədov, keçmiş nəqliyyat naziri Ziya Məmmədov, “Dövlətqaçqınkomun” sədri Əli Həsənov, “Azərenerji” QSC-nin sədri Etibar Pirverdiyev fəaliyyətdə olan zaman kəskin çıxışlar etsəniz də, digər nazirlər vəzifədən azad olunduqdan sonra onların arxasınca danışmadınız. Bu nə ilə əlaqədardır?

- Hesab edirəm ki, gedənin arxasınca danışmaq düzgün deyil. Cənab prezident onların fəaliyyətinə qiymət verib və vəzifədən kənarlaşdırıb. Onların fəaliyyətinin yoxlanılması məqsədəuyğun hesab edilsə, müvafiq orqanlar bu yoxlamaları həyata keçirəcəklər. Amma işdən çıxarılan məmurun arxasınca danışmaq, hansısa fikirləri bildirmək hesab edirəm ki, özünə hörmət edən şəxsə o qədər də başucalığı gətirməz. Əgər cəsarətin varsa, həqiqəti demək istəyirsənsə və dediklərin həqiqətdirsə onu həmin məmur işlədiyi zaman tənqidi fikirlərini bildir. Amma gedənin arxasınca danışmaq bizim eldə başqa cür qiymətləndirilir. O, qeybətə bənzəyir.  

- Çingiz müəllim, bizdə olan məlumata görə, siz prezident seçkiləri dönəmində rayonda keçirdiyiniz görüşlərin hamısında Kənd  Təsərrüfatı Nazirliyinin də fəaliyyətini tənqid etmisiniz. 

- Bildiyiniz kimi, mən Milli Məclisə 80 saylı İmişli - Beyləqan seçki dairəsində deputat seçilmişəm. Seçkilər öncəsi mənim həmin rayonlardakı seçicilərimlə 40-dan çox görüşüm olub. Deputat seçildiyim hər iki bölgə aqrar rayondur. İmişli və Beyləqan kənd təsərrüfatı və maldarlıq sahəsi ilə məşğul olan rayonlardır. Orada torpaq problemləri, kənd təsərrüfatı məsələləri ilə bağlı narazılıqlar var. Həmçinin, istehsal olunmuş məhsulların tədarükü ilə bağlı narazılıqlar da var.  Və bütün görüşlərimdə Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin məni qane etmədiyini hələ Heydər Əsədov nazir olan zaman bildirmişəm. Hətta bu fikirlərimə görə həmkarlarım tərəfindən mənə iradlar da olub. Amma hesab edirəm ki, biz nazirləri tərifləməklə məşğul olmamalıyıq. Həm də onların rəhbərlik etdiyi qurumlarda yarıtmaz faktlarla bağlı öz fikirlərimizi bildirməliyik. Bu fikirlər rəsmi qaydada və mətbuat vasitəsilə də ola bilər. Biz bu cür addımları atmaqla cənab prezidentə kömək etmiş oluruq. Eyni zamanda,  qeyd etdiyimiz çatışmazlıqların, qüsurların aradan qaldırılması üçün öz təşəbbüsümüzü ortaya qoymuş oluruq.

“Üzərimdə bomba var” dedi, ortalığı bir-birinə qatdı
Uşaqlarının gözü qarşısında üzərinə benzin tökülərək yandırıldı
İçinə şeytan girdiyi düşünülən qadının dili və dodağı dağlandı - FOTOLAR
Bir otaqda 14 nəfər yaşayırlar - FOTOLAR
Sabunçuda iki avtomobil toqquşdu - FOTO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Serj Sərkisyan Qarabağ məsələsi üzrə xüsusi elçi təyin edilə bilər…” - Paşinyanın müşaviri
Maraqlı
Xörək duzu bizi necə məhv edir? - Onu nə ilə əvəzləməliyik?
Dünya
Ölən erməni hərbçiyə görə bölük komandirinin müavini həbs edildi...
Dünya
“Gecə əyləncələrinə getmək, şənlənmək...”- Yüz beş yaşlı qadın bu yaşa çatmasının sirrini açdı...
Siyasət
“Sülhə nail olmaq üçün Rusiyanın zəifləməsini gözləmək sonu görünməyən zaman ala bilər”
Həftənin ən çox oxunanları
Xankəndi səmasına qırıcılar qaldırıldı - Düşmən “gəl-gəl” deyir... Fotolar+Video
Lotoreyanın sirrini tapan riyaziyyatçı 7 dəfə mükafat qazandı...
Yarıçılpaq səudiyyəli fanat qadın və hicablı rus azarkeş qız - Futbol çempionatındakı təzadlar + VİDEO
32 yaşında dövlət quran, 33 yaşında isə öldürülərək cəsədi dənizə atılan qəhrəman Kırım türkü - ARAŞDIRMA
12 yaşında Kəbəni üzərək təvaf etdi - Gözlənilməz (FOTOLAR)
“Türk Yıldızları” Bakı səmasında uçuşlar keçirəndə hamımız sevincdən ağlayırdıq”
İki Ali Baş Komandanımızın Xankəndindəki paradını bizə çox görməyin: - TARİXİ SEÇİM...
Paşinyanın gəncliyinə aid biabırçı şəkli paylaşıldı - FOTO
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
"Ölkəni mollaxanaya çevirmək istəyənlərə qarşı dirəniş göstərməliyik" -Deputatdan çağırış...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin