Xəbər lenti
20/06/2018 [21:14]:
Yuliya Timoşenko yenidən Ukrayna prezidentliyinə iddialıdır
20/06/2018 [21:10]:
Ərə getmək istəmədi, küçədə öldürüldü – VİDEO
20/06/2018 [21:01]:
Türkiyədən Azərbaycana 100-dək hərbi qulluqçu gəlib
20/06/2018 [20:22]:
Necati Şaşmaz tanınmaz halda – FOTO
20/06/2018 [20:21]:
“Ermənilərin “Mi-8” vertolyotunu Cıdır düzünə endirtdik...” - “Zəhmli polkovnik”
20/06/2018 [20:20]:
“Ronaldo şərab kimidir, yaşı artdıqca yaxşılaşır”
20/06/2018 [20:19]:
36 yaşlı siyasətçi Gürcüstanın baş naziri oldu
20/06/2018 [20:17]:
Azərbaycanda bu şəxslərin pensiyaları yenidən hesablanacaq
20/06/2018 [20:17]:
Ukrayna ordusu Donbasda hücuma keçdi
20/06/2018 [20:16]:
DİN 36 nəfəri cərimə etdi
20/06/2018 [20:01]:
Erməni gülləsinə tuş gələn keçmiş əsgərin acınacaqlı güzəranı: Fəhləliklə ev dolandırır
20/06/2018 [19:48]:
"Atası gələndən sonra toy edəcək..."- Dilqəm Əsgərovun qardaşı...
20/06/2018 [18:58]:
İki kişinin inək kəsməsi birinin ölümüylə nəticələndi - FOTO
20/06/2018 [18:56]:
Nazir müavini: “Saxlama yerlərində insan hüquqlarının pozulması halı aşkarlanmayıb"
20/06/2018 [18:55]:
“Əjdər Xanbabayevi mənim Bakıya gəlməyimin qarşısını almaq üçün öldürdülər...”
20/06/2018 [18:42]:
İsmayıllıda yol tikintisinə 5,4 milyon manat ayrıldı
20/06/2018 [18:37]:
“Bəzi məmurlar bu məsələdə Prezidentin yanında deyil” -Qaçqınlar Cəmiyyətinin sədri
20/06/2018 [18:32]:
Dövlət Miqrasiya Xidmətinin rəisi: “Ürək ağrısı ilə deməliyik ki...”
20/06/2018 [18:31]:
Komitə sədri: “Köçkünlərin öz torpaqlarına qayıdış ümidi güclənib"
20/06/2018 [18:30]:
Bakcell ən yüksək nəticə göstərdi
20/06/2018 [18:29]:
Azərbaycan dünyanı bu silahlarla heyrətə salacaq - SİYAHI
20/06/2018 [18:04]:
DİN-dən yeniyetmə qızın təcavüzə məruz qalması xəbərinə MÜNASİBƏT
20/06/2018 [17:56]:
Nazilə Səfərlinin qardaşı arvadı video yaydı: "İntihar edəcəm, o səs yazısında..."
20/06/2018 [17:50]:
XİN: "Azərbaycanda məcburi köçkünlərin sayı 1.2 milyon nəfərdən çoxdur"
20/06/2018 [17:43]:
"Qəbələ"nin rəqibi Azərbaycana erməni hücumçu gətirə bilər
20/06/2018 [17:41]:
“XTQ-nin devizi heç vaxt əsir düşməməkdir...”
20/06/2018 [17:33]:
"Ədalətsizliyi aradan qaldırmaq istəyiriksə..." - Əli Əhmədov
20/06/2018 [17:31]:
İstefa verən rəisdən açıqlama: “Mən zəhərlənən pambıqçılara görə..."
20/06/2018 [17:16]:
“Nar” 700 bal toplamış abituriyentləri mükafatlandıracaq
20/06/2018 [16:59]:
Nişanlısının xəyanətinə görə intihar etmək istədi
20/06/2018 [16:46]:
Aprel döyüşçümüzdən şad xəbər: Artıq ayağa qalxacaq!
20/06/2018 [16:39]:
Zaxarova: "Rusiya Qarabağ münaqişəsinin həlli üçün hər şey edəcək"
20/06/2018 [16:30]:
Hərbi ekspert: "Laçın yoluna nəzarət işğaldan qurtulmaq üçün addımdır"
20/06/2018 [16:11]:
"Qarabağ"ın oyununun vaxtı dəyişdi - UEFA-dan yeni qərar
20/06/2018 [15:56]:
Bakıda dəhşətli qəza - Bir ailə məhv oldu
20/06/2018 [15:52]:
Büdcədən 58 milyon ayrıldı - Prezident Fərman vermişdi
20/06/2018 [15:52]:
Vahid Əhmədov: “Büdcədə dəyişikliyin olması gözlənilən idi”
20/06/2018 [15:38]:
Afaq Aslan Damlanın keçmişilə bağlı qalmaqallı iddianı təsdiqlədi: "Pula görə yad kişilərin stollarının altından..."
20/06/2018 [15:36]:
Dünyanın ən yaxşı restoranları... - Maraqlı
20/06/2018 [15:35]:
Erməni generalın Qarabağdakı mülkündə axtarış aparıldı
20/06/2018 [15:30]:
Yıldırım: "Əhd etmişik, onları yaşamağa qoymayacağıq"
20/06/2018 [15:28]:
Stalin repressiyasının məhv etdiyi İslam filosofu – Azərbaycanda ona kimlər əl tutmuşdu?
20/06/2018 [15:25]:
“Biz Heydər Əliyevi hakimiyyətə şərik etmək üçün gətirmişdik”
20/06/2018 [15:21]:
Eldar Mansurov: “Bunların əlindən Bakıda maşın sürə bilmirdim”
20/06/2018 [15:01]:
“Bu, 3 yaşlı uşağın üstünə tankla getmək kimi bir şeydir...”
20/06/2018 [14:54]:
Ümidini Paşinyan-Putin qarşıdurmasına bağlayanlar... - İlham İsmayıl
20/06/2018 [14:49]:
Ermənistan XİN rəhbəri Aİ komissarı ilə Qarabağı müzakirə etdi
20/06/2018 [14:47]:
Azərbaycan yeni hərbi helikopterlər əldə edib
20/06/2018 [14:45]:
ATV-nin məşhur aparıcısının modellə seksual FOTOLARI
20/06/2018 [14:43]:
XİN: "Məcburi köçkünlərin sayı bir milyonu keçib"
20/06/2018 [14:40]:
Rozanın geri qaytardığı maşına nə oldu?
20/06/2018 [14:38]:
ABŞ BMT İnsan Hüquqları Şurasından çıxdı - “Yalançı və tamahkar təşkilat...”
20/06/2018 [14:34]:
Zəhərlənən pambıqçılara görə rəis işdən çıxarıldı
20/06/2018 [14:30]:
Xərçəng xəstəsi olan gənc qız keçirdiyi əməliyyat sonrası tanınmış model oldu - FOTOLAR
20/06/2018 [14:22]:
“Xarici ölkələrə tələbə qəbulu xidməti göstərən şirkətlərin heç birinin Təhsil Nazirliyi ilə bir bağlantısı yoxdur”
20/06/2018 [14:16]:
Türkiyə iyunun 21-də bu qırıcılara sahib olacaq
20/06/2018 [14:14]:
“Bu adamı durdurmaq mümkün deyil” - Tramp nəyin bahasına olursa-olsun, Putinlə görüşmək istəyir
20/06/2018 [13:59]:
Novella Cəfəroğlu: “Elçibəy prezident seçilən gecə bizim evdəydi”
20/06/2018 [13:44]:
ŞOK: Şortikə görə tənqid edilən qız intihar etdi - Foto
20/06/2018 [13:36]:
“Çörək də götürə bilmədik” – 25 ildir torpaq həsrəti ilə yaşayanlar – VİDEO
20/06/2018 [13:34]:
Paşinyan rəqiblərini “siyasi meyit”ə çevirir - Növbəti hədəf kim olacaq?
20/06/2018 [13:33]:
Şengen vizası bahalaşır
20/06/2018 [13:32]:
Türkiyə seçkiləri - Ərdoğan öndə gedir, Akşenersə İncenin kölgəsində qalıb
20/06/2018 [13:31]:
Türkiyədə doğulan suriyalı qaçqınların sayı 276 minə çatıb
20/06/2018 [13:31]:
Sabah havanın temperaturu 36 dərəcəyə YÜKSƏLƏCƏK
20/06/2018 [13:27]:
“Olimpiya”nın baş məşqçisi “Qarabağ”la ÇL oyunlarından danışdı
20/06/2018 [13:15]:
Ramin Hacılı hələlik 2 ay müddətinə həbs edildi
20/06/2018 [13:12]:
Aprel şəhidi haqqında film çəkilir -FOTOLAR
20/06/2018 [13:09]:
“Mərkəzi prospektlərindən birinə Əbülfəz bəyin adı verilsin” -Elçibəylə bağlı təklif
20/06/2018 [12:58]:
Millət vəkili Almaniya, Fransa və İtaliyanın fəal qadınları ilə Qarabağdan danışıb
20/06/2018 [12:56]:
Azərbaycanın müdafiə xərcləri artırıldı
20/06/2018 [12:52]:
"Qızım həddi-buluğa çatdıqdan sonra verəcəm həmin oğlana" -Lerikdə qızı zorlanan ata danışdı
20/06/2018 [12:47]:
"Sizin boğazdan yuxarı dediyiniz "bu iş prezidentin şəxsi nəzarətindədir" ifadəsi kimə lazımdır"
20/06/2018 [12:44]:
Nazir: "Dövlət ordunun bütün tələbatını ödəyir"
20/06/2018 [12:37]:
Zakir Həsənovdan KİV-ə çağırış - Əsgər ölümləri ilə bağlı məlumat yayarkən...
20/06/2018 [12:32]:
İtaliyada göldə batmış azərbaycanlı tələbənin meyiti tapıldı - YENİLƏNİB
20/06/2018 [12:28]:
Zakir Həsənov: “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”
20/06/2018 [12:17]:
“26 iyun paradı bizi istəyən və istəməyən hər kəs üçün maraqlı olacaq”
20/06/2018 [12:16]:
Prezident büdcə sənədini parlamentə göndərdi
20/06/2018 [12:13]:
Rusiya yeni aviabomba yaratdı
Bütün arxiv bir sırada
23/05/2018 [18:27] - Cəmiyyət - ( 3850 dəfə baxılıb)

Sumqayıtda Dədə Şəmşirin 125 illiyinə həsr olunmuş tədbir keçirildi - FOTOLAR



Sumqayıt şəhər İcra Hakimiyyətinin xətti ilə  Sumqayıtda Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunumuş təntənəli tədbir keçirilmişdir. Əsaslı təmir və yenidənqurma işlərindən sonra şəhər sakinlərinin ixtiyarına verilmiş möhtəşəm “Kimyaçı” Mədəniyyət sarayıda keçirilən tədbirdə şəhər rəhbərliyi, Milli Məclisin deputatları, şəhər ictimaiyyətinin nümayəndələri, media mənsubları, ustad sənətkarın ailə üzvləri, yaxınları və əzizləri iştirak etmişlər. 
Tədbiri giriş sözü ilə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov açmış və Dədə Şəmşirlə bağlı fikirlərini bölüşmüşdür. Qeyd olunmuşdur ki, ustad aşıq 1893-cü ildə Kəlbəcər rayonunun Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Ağdabanlı Qurbanın ailəsində dünyaya göz açıb. Aşıq Qurban Aşıq Ələsgərin müasiri, həm də yaxın dostu olub. Belə bir ailədə dünyaya gələn Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başlayıb. O, qələmə aldığı qoşma, gəraylı, təcnis, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini formalaşdırıb, eyni zamanda 40-dan artıq şəyirdin ustadı kimi öz məktəbini yaradıb. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və digər saz-söz sənətkarlarının püxtələşməsində, kamilləşməsində bu məktəbin əvəzsiz rolu olub, Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə zəmin yaradıb. Sazı-sözü ilə ürəklərdə əbədi məskən salan Aşıq Şəmşir 1980-ci ildə, 87 yaşında dünyasını dəyişib və özündən sonra böyük ədəbi irs qoyub.
Natiq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında 2 aprel 2018-ci il tarixli sərəncam imzalamışdır. Sərəncamda qeyd olunur ki, Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarındandır. Qədim saz havalarının və dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı daim vətən torpağına bağlı olub, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm etmişdir. Sərəncama uyğun olaraq Aşıq Şəmşirin 125 illiyi ilə bağlı xüsusi tədbirlər planını hazırlanmışdır ki, bu tədbir də onun tərkib hissəsidir.
Tədbirin aparıcıları - Sumqayıt Dövlət Dram teatrının aktyorları, əməkdar artistlər Cəlal Məmmədov və İlahə Səfərova tədbir iştirakçılarının diqqətinə çatdırmışlar ki, ustad sənətkar Aşıq Şəmşirin “Şeirlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılmış, sonralar müəyyən fasilələrlə “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Öyüdlər” və s. kitabları işıq üzü görmüşdür. Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş “Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir”, “Saxla izimi, dünya”, “Dədə Şəmşir yaddaşlarda” kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmış, musiqişünas Əminə Eldarova ilk dəfə Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürmüşdür. 
Tədbirdə Aşıq Ədalət Dəlidağlı, Aşıq Zülfiyyə, Aşıq Famil Laçınlı, Aşıq Kəmalə Qubadlı, Aşıq Şəhriyar Laçınlı, Aşıq Avdı, Aşıq Şaiq, Aşıq Əfsanə Kərimli ustad sənətkarın qoşma və gəraylılarını aşıq havacatları üstündə tamaşaçılara təqdim etmişlər.
Sumqayıt Dövlət Dram teatrının aktyorları Vidadi Məmmədov, Habil Xanlarov Dədə Şəmşir rolunun ifaçısı Aşıq İlham Aslanbəyi Aşıq Şəmşirlə xalq şairi Səməd Vurğunun görüşünün, həmçinin ustad sənətkarla bağlı bir rəvayətin səhnələşdirilmiş variantını tamaşaçılara təqdim etmişlər. Aşıq Qaracan Borçalı isə Dədə Şəmşirin ahıl çağlarında xəstəxanada yatdığı zaman tibb bacıları ilə söhbətini və söhbət əsnasında bədahətən dediyi qoşmanı gözəl bir yorumla tamaşaçıların diqqətinə çatdırmışdır.
Tədbirdə həmçinin Habil Xanlarov Dədə Şəmşirin “Vətənim”, Cəlal Məmmədov Qənbər Şəmşiroğlunun “Eşqinə”, Aşıq Şəhriyar Laçınlı Cavid Qurbanovun “Dağlar bizim dağlar deyil”, Rauf Ağakişiyev Nəriman Ocaqlının “Dədə Şəmşir” şeirlərini bədii qiraət etmiş, gənc xanəndələr Gülzar Fərəcova və Vüqar Əliyev bu böyük el sənətkarının şeirlərini muğam üstündə ifa etmişlər. 
Tədbir boyu monitorlarda Dədə Şəmşirin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunmuşdur. Ulu Öndər Heydər Əliyevin Kəlbəcərlə bağlı söhbəti və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğal altında olan torğaqlarımızın tezliklə azad olunacağı ilə bağlı fikirlərinin təqdimatı tamaşaçılarda nikbin ruh yaratmışdır. 
Dədə Şəmşirin nəvəsi, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara dərin minnətdarlığını bildirmişdir. Natiq qeyd etmişdir ki, babası Dədə Şəmşirin Azərbaycana daha yaxından tanıdılmasında böyük Səməd Vurğunun əvəzsiz rolu olmuşdur. İstisu yaylaqlarında istirahət edən görkəmli şair Aşıq Şəmşirlə tanış olmuş və bu tanışlıqdan təsirlənərək ona məşhur “Məni” qoşmasını həsr etmişdir. Dövlətimiz tərəfindən Dədə Şəmşirin yaradıcılığı yüksək qiymətləndirilmişdır. Hələ 2003-cü ilin 5 iyulunda Ulu öndər Heydər Əliyev Azərbaycan aşıq sənətinin inkişafında böyük xidmətləri olan Aşıq Şəmşirin 110 illik yubileyinin ölkəmizdə keçirilməsi haqqında Sərəncam imzalamış və “Qədim köklərə malik olan Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi vardır. Ömrünün 60 ilini öz sənəti ilə xalqa xidmətə həsr edən el şairi aşıq şerinin ən müxtəlif formalarında gözəl sənət nümunələri yaratmış, canlı həyat lövhələri ilə dolu əsərlərində doğma xalqının fikir və duyğularını yüksək sənətkarlıqla ifadə etmişdir. Şifahi xalq mədəniyyətimizin dərin bilicisi, mahir dastan ifaçısı kimi tanınan söz ustasının bədii yaradıcılığında Azərbaycan təbiətinin gözəllikləri, Vətən sevgisi, torpağa bağlılıq başlıca motivlərdir. Ustad aşığın yaradıcılığı öz qaynağını xalqımızın milli-mənəvi dəyərlərini tərənnüm edən zəngin saz və söz xəzinəsindən, klassik sənətkarlarımızın bədii irsindən alır” fikirləri ilə Dədə Şəmşir yaradıcılığına yüksək qiymət vermişdir. 15 il sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında 2 aprel 2018-ci il tarixli sərəncam imzalamışdır ki, bu da Aşıq Şəmşir ocağına, bütövlükdə isə Azərbaycan aşıq sənətinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Tədbirin sonunda Cavid Qurbanov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova bir daha təşəkkürlərini çatdırmış, həyata keçirilən abadlıq və quruculuq işləri nəticəsində Sumqayıtın regionun ən gözəl şəhərlərdən birinə çevrildiyini vurğulamış və "Aşıq Şəmşir" Mədəniyyət ocağı İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun imzaladığı diplom və təşəkkürnaməni şəhər rəhbərinə təqdim etmişdir.

Rafiq Oday, Əməkdar jurnalist




İki kişinin inək kəsməsi birinin ölümüylə nəticələndi - FOTO
Afaq Aslan Damlanın keçmişilə bağlı qalmaqallı iddianı təsdiqlədi: "Pula görə yad kişilərin stollarının altından..."
Dünyanın ən yaxşı restoranları... - Maraqlı
ATV-nin məşhur aparıcısının modellə seksual FOTOLARI
Körpələrinin adını müəyyənləşdirmək üçün səsvermə keçirdilər - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Əjdər Xanbabayevi mənim Bakıya gəlməyimin qarşısını almaq üçün öldürdülər...”
Müsahibə
“Biz Heydər Əliyevi hakimiyyətə şərik etmək üçün gətirmişdik”
Dünya
Xərçəng xəstəsi olan gənc qız keçirdiyi əməliyyat sonrası tanınmış model oldu - FOTOLAR
Cəmiyyət
Zakir Həsənov: “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”
Dünya
Qatarda doğulan uşağa 25 il pulsuz istifadə hüququ verildi
Həftənin ən çox oxunanları
Maşın Rozanın əlindən alındı - SON DƏQİQƏ
Xankəndi səmasına qırıcılar qaldırıldı - Düşmən “gəl-gəl” deyir... Fotolar+Video
Tanınmış aparıcı canlı yayımdan qovuldu, səbəbi hər kəsi təəccübləndirdi - FOTO
Rekord sayda lüt qadın buzlu dənizdə belə çimdi... - (Video+18)
32 yaşında dövlət quran, 33 yaşında isə öldürülərək cəsədi dənizə atılan qəhrəman Kırım türkü - ARAŞDIRMA
TANAP-dan danışan gənc kimin övladıdır? - FOTO+VİDEO
Yarıçılpaq səudiyyəli fanat qadın və hicablı rus azarkeş qız - Futbol çempionatındakı təzadlar + VİDEO
Paşinyan Azərbaycanda yeni açılan erməni kilsəsinə baş çəkdi- FOTOLAR
İki Ali Baş Komandanımızın Xankəndindəki paradını bizə çox görməyin: - TARİXİ SEÇİM...
"Ölkəni mollaxanaya çevirmək istəyənlərə qarşı dirəniş göstərməliyik" -Deputatdan çağırış...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin