Xəbər lenti
16/01/2019 [22:22]:
Azərbaycanla Rusiya arasında ikitərəfli sənədlər təsdiqləndi
16/01/2019 [22:21]:
Sarkisyan baş nazirin müavinlərini də dəyişmədi
16/01/2019 [22:19]:
Tbilisidə yaşayış binasında partlayış - 3 nəfərin cəsədi çıxarılıb
16/01/2019 [21:28]:
Ermənistan sakini minaya düşdü - Ayağı kəsildi...
16/01/2019 [21:11]:
Bakıda həyat nə qədər rahatdır?
16/01/2019 [21:01]:
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirildi
16/01/2019 [20:55]:
Azərbaycanlı “donuz qripi”nə yoluxdu
16/01/2019 [20:32]:
Dəmiryolunda təcili yardım lokomotivi istifadəyə verildi
16/01/2019 [20:30]:
Seysmoloji Xidmət zəlzələ olacağı ilə bağlı məlumatlara CAVAB VERDİ
16/01/2019 [20:10]:
2500-dək neftçi təxliyyə edildi
16/01/2019 [20:08]:
Ac qal, sağlam ol - Alimlərdən tövsiyə
16/01/2019 [20:04]:
Pərvin dekoltesi ilə gündəmdə - "Ondansa paltarsız gəz"
16/01/2019 [19:49]:
Ermənistanda sığorta agentləri də etiraza qalxdı
16/01/2019 [19:48]:
İranla Azərbaycan arasında hərbi sahədə protokol imzalandı
16/01/2019 [19:46]:
Xarici işlər nazirləri fevralda yenidən görüşəcək
16/01/2019 [19:45]:
SOCAR-ın 2500-ə yaxın neftçini dənizdən təxliyyə edib
16/01/2019 [19:44]:
Peşəkar rejissorların rəhbəri: “Gəlmək istəyəni qapıdan qovmamışıq”
16/01/2019 [19:34]:
Səfər Mehdiyev səfir və generalla görüşdü
16/01/2019 [19:33]:
Putinlə Ərdoğanın görüş tarixi və yeri açıqlandı
16/01/2019 [19:31]:
Tereza Meyin qərarı qətidir - “Ölkə Aİ-dən çıxacaq”
16/01/2019 [19:30]:
Prezidentdən ETSN-lə bağlı fərman - Yeni xidmətlər və agentlik yaradılır
16/01/2019 [19:20]:
Anar qurultayın təxmini vaxtını açıqladı: “Oktyabrda daha konkret cavab verə bilərəm...”
16/01/2019 [19:13]:
BSU-da 20 Yanvar faciəsi anıldı
16/01/2019 [19:07]:
Soçidə Azərbaycan və Rusiya prezidentləri arasında imzalanmış Birgə Bəyanat təsdiq edilib
16/01/2019 [19:02]:
Əli Əmirli: “Teatrların özlərində gənc dramaturqlarla münasibət zəifdir”
16/01/2019 [18:50]:
Dövlət Gömrük Komitəsinin Akademiyasında mediatur keçirildi - FOTOLAR
16/01/2019 [18:47]:
Agentlik 50-ə yaxın obyekti cərimələdi
16/01/2019 [18:43]:
Orxan Fikrətoğludan “YUĞlama”: “Biz Avropaya Mirsahibin tamaşasını çıxara bilərik, ona görə də...”
16/01/2019 [18:41]:
Rövşən Rzayev Sabunçuda köçkünlərlə görüşdü - FOTO
16/01/2019 [18:39]:
Rektor universitetdə imtahanları dayandırdı
16/01/2019 [18:31]:
“Erməni probleminin araşdırılması üçün ayrıca institutlar yaradılmalıdır”
16/01/2019 [18:28]:
800 min işçi 25 gündür maaş ala bilmir -MARAQLI
16/01/2019 [18:20]:
"Bir dəfə doğulub əbədi yaşayanlar" adlı bədii-sənədli gecə keçirildi
16/01/2019 [18:13]:
Dmitri Peskov: "Bəzən məmur olduğumu deməyə utanıram"
16/01/2019 [18:11]:
Bakıya niyə Makron yox, Sarkozi gəldi? –Keçmiş prezident növbəti seçkiyə hazırlaşır
16/01/2019 [18:07]:
Aksizsiz spirtli içkilər aşkarlandı
16/01/2019 [18:06]:
Daxili orqanlarından narkotik çıxdı
16/01/2019 [18:04]:
“Bir Zamanlar Çukurova”da gərginlik - Maaş verilmir
16/01/2019 [18:03]:
Zakir Qaralov da görüşün vaxtını dəyişdi
16/01/2019 [18:03]:
Dünyanın ən soyuq nöqtəsində şaxtaya meydan oxudu - MARAQLI
16/01/2019 [17:59]:
Azərbaycan məscidinin bağlandığı Moskvada yeni erməni kilsəsi üçün yer ayrıldı...
16/01/2019 [17:52]:
Mətbuat Şurasında bəzi saytlarla bağlı şikayətlər araşdırılıb – Komissiyanın növbəti iclası keçirilib
16/01/2019 [17:50]:
Səhiyyə Nazirliyi sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı açıqlama verib
16/01/2019 [17:35]:
“Əgər Hacı Allahşükür Paşazadə olmasaydı, bu cür fotoları çəkə bilməzdim...”
16/01/2019 [17:34]:
ABŞ-ın Miçiqan Universitetinin alimləri “Facebook”dan psixoloji asılılığı qiymətləndiriblər
16/01/2019 [17:24]:
“7000 min məqalə və müsahibələrimin heç birində özümü ekspert kimi təqdim etməmişəm” –Nadir İsrafilov
16/01/2019 [17:21]:
Mübariz İbrahimovun sinif yoldaşı: “Onu, yalvara-yalvara şənliyə gətirdə bildik, çünki...”
16/01/2019 [17:19]:
Alimlər qışda dondurma yeməyi məsləhət görürlər – Çünki…
16/01/2019 [17:18]:
Erkən ölümün qarşısını almağın yolu tapıldı
16/01/2019 [17:17]:
Canavar vasitəsilə yetişdirilən məktəblilər – Qeyri-adi metodun fotoları
16/01/2019 [17:13]:
Zakir Həsənov Milli Orduya göstəriş verdi
16/01/2019 [17:08]:
Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə protokol imzaladı
16/01/2019 [17:07]:
“Azərsu” da gücləndirilmiş rejimə keçdi
16/01/2019 [17:04]:
Nazirlk: "Pensiya, müavinət və təqaüdlərdə artım tempi davam edib"
16/01/2019 [17:03]:
Bakıdakı sosial sığınacaqlar da gücləndirilmiş iş rejiminə keçdi
16/01/2019 [17:01]:
Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu
16/01/2019 [16:57]:
Ayaq izləri aşkar edildi - Sərhəddi keçmək istəyən silahlı şəxs saxlanıldı
16/01/2019 [16:51]:
“UNEC-100” İnkişaf Strategiyası: əsas hədəflər
16/01/2019 [16:34]:
Əflatun Amaşov: "Media mahiyyətcə dağıdıcılıqdan uzaq durmalı, birləşdirici olmalıdır"
16/01/2019 [16:28]:
Hava şəraiti ilə əlaqədar Dövlət Turizm Agentliyinin müraciəti
16/01/2019 [16:21]:
“Xəzər Dəniz Gəmiçiliyi” təhlükəsizlik tədbirlərini gücləndirdi
16/01/2019 [16:19]:
Havaların soyuq keçəcəyi günlərdə təbii qaza olan tələbat artırılacaq - “Azəriqaz” əmin edir...
16/01/2019 [16:15]:
Nazir tapşırıq verib, hava şəraiti ilə əlaqədar xəstəxanalar tam hazır vəziyyətə gətirilib
16/01/2019 [16:05]:
"Kadr islahatları zamanı Qərb idarəetmə dəyərlərini mənimsəyən insanları irəli çəkmək lazımdır"
16/01/2019 [15:59]:
Gömrük Akademiyası xaricdə təhsil alan magistrlara müraciət edib
16/01/2019 [15:56]:
Sürücülərə müraciət edildi: Kəskin hava şəraiti ilə bağlı
16/01/2019 [15:50]:
MTRŞ: "Televiziya kanalları daha çox ucuz yollara əl atır"
16/01/2019 [15:48]:
Azercell-in yeni konseptli xidmət mərkəzi indi Bakı Beynəlxalq Avtovağzalında
16/01/2019 [15:44]:
Məşhur model 2 ildir yaşadığı zorakılığı göz yaşları ilə paylaşdı - DƏHŞƏT...+ FOTOLAR
16/01/2019 [15:37]:
Küləkli havada sosial sığınacaqlar gücləndirilmiş iş rejimində işləyəcək
16/01/2019 [15:35]:
Dərman qəbulunun yeni üsulu icad edilib
16/01/2019 [15:34]:
"Kiminsə arvadının qohumuna, qardaşına vəzifə verməkdən ötrü bu qədər qurum yaratmaq nə məqsəd daşıyırdı?
16/01/2019 [15:33]:
Sergey Lavrov: "Rusiya 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək"
16/01/2019 [15:28]:
“Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur” - Prezident
16/01/2019 [15:21]:
Sabah universitetlərdə də dərs olmayacaq - İmtahanlar təxirə salındı
16/01/2019 [15:04]:
“Arzum odur ki, Allah məni Qarabağa həsrət öldürməsin...”- Yubiley təəssüratı...
16/01/2019 [14:42]:
Nazirlikdən güclü küləklə bağlı işəgötürənlərə MÜRACİƏT
16/01/2019 [14:41]:
Rotşildlərin Azərbaycana  qohumluğu varsa? - Qarabağın azadlığına dəstək versinlər...
16/01/2019 [14:34]:
Selfi çəkən şeytan heykəli bir ölkəni ayağa qaldırdı - MARAQLI
16/01/2019 [14:21]:
Təhsil müəssisələrində iki gün tətil elan olundu - ƏMR VERİLDİ
Bütün arxiv bir sırada
23/05/2018 [21:44] - Cəmiyyət - ( 3898 dəfə baxılıb)

“Onun başçılıq etdiyi quldur dəstə Musa Nağını girov götürmüşdü...”- Rəsulzadənin Stalinlə bağlı xatirə yazısı



Moderator.az Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi və “Xalq Cümhuriyyəti” ili ilə bağlı Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin Stalinlə bağlı xatirə yazılarını silsilə şəkildə təqdim etməyə davam edir. Bu dəfə M.Ə.Rəsulzadənin “Bizim 200 rublə” adlı xatirə yazısını təqdim edirik. 
 
“Yuxarıda izah etdiyim hərci-mərci illərində Rusiyada və Qafqaziyanın hər tərəfində olduğu kimi, Bakıda da müxtəlif izinli və izinsiz cəmiyyətlər fəaliyyət halında idi. Ümumi xeyir işləri və maarif yapan cəmiyyətlərlə bərabər gizli fəaliyyətlərdə bulunan siyasi-ideoloji təşkilatlardan başqa hökümət idarəsindəki zəiflikdən istifadə edən bir soyğunçu dəstələri də fəaliyyətdə idi. Müxtəlif idealar namına möhtəkirlik yapan bu quldur dəstələri zənginləri təhdid edərək para çəkir, bəzilərini çalıb-çapır, aldıqları girov pulu müqabilində buraxır, çox kərə böyük firmalara göndərdikləri təhdid məktubları ilə bunları xərraca bağlayırdılar. 

Bakının məşhur milyonerlərindən Musa Nağı bir aralıq tutulmuş, verdiyi böyük miqdarda bir nicat puluna müqabil hürriyyətinə qovuşmuşdu. Hali fəaliyyətdə bulunan bu quldur dəstələri arasında bolşevik partiyası hesabına çalışan bir dəstənin də mövcudiyyətindən bəhs olunurdu. Bu çetenin başında isə Erivan meydanının qəhrəmanı (bu hadisə məşhurdur) şəxsən Kobanın bulunduğu sonradan öyrənilmişdi. 
Sonraları, İstanbulda eşitdiyim bir rəvayəti bu söylədiklərimlə ilgili olduğundan burada zikr edim:
Sözü keçən dövrdə polisin acizliyini görən bəzi firmalar təhlükəsizliyini verdikləri dolğunca maaş müqabilində Bakının “qoçu” deyə məşhur olan qoçaqlarına əmanət etmişdirlər. O cümlədən məşhur petrol şirkəti Nobel bu məqsədlə H.M.-yev deyilən birisilə bağlaşmışdı. Bu zat 1927-28-ci illərdə emiqrant ikən İstanbulda bir çoxlarına Bakıya aid xatirələri arasında şayani-diqqət bir hekayə danışmışdı:

Bolşevik partiyasının təhdid qolundan adı keçən firmanın neft alan şöbəsinə bir məktub gəlir. Məktub 50000 rublənin müəyyən gün və saatda gələcək yoldaşlara təslim edilmək üzrə hazırlanmasını tələb edir. Firmalara təslim edilmək üzrə hazırlanmasını tələb edir. Firmanın müdiri H.M.-i çağırır və ondan təyin olunan saatda terroristlərlə qarşılanmasını tələb edir. H.M. bir neçə qoçusu ilə birlikdə gözləyir. Təyin olunan saatda iki yoldaş ilə Koba (yəni Stalin) peyda olur. Qorxu təlqin edən sərt bir baxışla M.H.-i süzən Koba ona ismi ilə xitab edərək qandırıcı bir ifadə ilə:

-H.,deyir, biz adi bir oğru-quldur deyilik. Kapitalizmə qarşı vuruşan bir işçi partiyasıyıq. Hədəfimiz Rusiya çarlığıdır. Biz işçilər zülmün altındayıqsa, siz müsəlmanlar iki zülmün altındasınız. Başqasının xüsusi mənfəətini qorumaq üçün bizə qarşı silah çəkmək, canınızı mənasız yerə hədər etməkdir. Halbuki bizim paralar hüriyyət üçün sərf olunur; bir millət olaraq sizin hürriyyətiniz də bunun içindədir. 

Bundan sonra H.M.bəyin müqaviməti qırılır və həmən arkadaşlarına dönərək:
-Biz pas, deyir. 
Mahiyyətinə qısaca təmas etdiyimiz bu dövrdə mən Bakıda maarif yayan “Nicat” cəmiyyətinin rəyasətində bulunurdum. Bu, rəsmi icazə ilə fəaliyyət yapan bir cəmiyyət idi. Onun pərdəsi altında siyasi fəaliyyətdə bulunan gizli bir qrup gizlənirdi. Bu qrup çarlığa qarşı konspirasiya yapan bütün ixtilal partiyası və qrupları ilə təmas halında idi. 
Günün birində bolşevik partiyası müliyyə komisyonuna mənsub üzvlərdən bir neçəsi mənə müraciət etdi:
-Müştərək bağ gəzintisi yapaq, siz rəsmi ünvanınızı verir, biz də şəhərdə və cəmiyyət içində nüfuzu olan məşhurxanım və bəylərdən, tanınmış aktyor və aktirisalardan mürəkkəb bir dəstə ilə bağ gəzintisinin başarılı olmasını təmin edərik, dedi. 

Nəticədə: “Nəticədə olur-olsun, gəliri aramızda bölüşdürərik” təklifində bulundu. 
O dövrdə bu kimi kombinasiyalar adi işlərdəndi. Bunun heyrət ediləcək bir tərəfi yoxdu. İdarədəki yoldaşlarla görüşdüm. Hamısı çarlıq əleyhdarı adamlar olduğundan təklifi iyi qarşıladılar. Hərəkətə keçildi. Bağ gəzintisi başlandı. Bakının məşhur valı bağçasında tərtib olunan bu bağ gəzintisi üç gün davam edəcəkdi. Gəzintinin ilk günü başarılı oldu. Yaxşı gəlir əldə edildi. Bu temp ilə davam edəcək olursa, gəzintinin tam bir gəlir verəcəyi hər dürlü şübhənin xaricində idi. İkinci gün də gəzinti eyni temp ilə davam etdi. 

Burada şərikimiz maliyyə komisyonu üzvlərindən Serebryakov mənə müraciət edir: “Kobanı tanıyırsan, onu Bayıl həbsxanasından (Bakının Bayık burnu deyilən xəlicində üç tərəfi su olan bir həbsxana qalası ki, bir zaman mən də bunun sakinlərindəndim) qaçırmaq istəyirik, deyir. Bağ gəzintisinin başarılı olduğu və yaxşı hasilat verəcəyi şübhəsizdir. Bizim hissəmizə düşəcək gəlir hesabına yoldaş Kobanın (yəni Stalinin) qaçırılmasına finansə etmək üzrə gəzintinin müdiri sifətilə 200 rübləlik bir avans versəniz minnətdar olarıq”, deyir; işin təcili olmasını da Kobanın iki gün sonra gedəcək məhbuslar kəfiləsi ilə göndərmək zərurəti ilə izah edir. “Hər ehtimala qarşı bəklədiyimiz nəticə aldığımız avansı qapamayacaq olsa, hissəmizə düşən açığı dərhal ödəməyi təəhüd edirik”, deyə təminat verməyi də ihmal etmir. Məsələni yoldaşlara deyirəm: istənilən avansı verməklə bir maneə görülmür.

Bağ gəzintisinin üçüncü günü kassadakı pulun hamısını, lotereya üçün zərgərlik mağazalarından borc edilmiş gümüş əşya qalıqlarını və sairəni toplayaraq gəzintinin baş qadın müdiri madam Baykova, “maliyyə komisyonu” üzvü və “Nicat” cəmiyyəti idarə heyəti üzvlərindən bir yoldaşla birlikdə nəticəni bir hesabat halında təsbit etmək üzrə madamın evinə doğru hərəkət edirik. Qubernator iqamətgahının yanında bulunan şəhər bağçalarında aralanmış, elə yan küçələrindən birinə dönmüşdük ki, əli silahlı banditlər arabalarımıza hücum edir, kassa pulu ilə gümüş əşyanı alır, üstəlik madamın bilərzikləri ilə sırğalarını da çəkib qeyb olurlar. 

Təxmin edəcəyiniz bir həyəcan və təəssür içində madamın evinə gəlirik; normal protokol yapacağımıza polis zəbti hazırlamaq lazım gəlir. Bağ gəzintisi gözlənilmədən bir fiasko ilə nəticələnmişdi. Bizim şəriklər indi zərərləri qapamaq deyil, aldıqları 200 rubləlik avansı belə qaytarmaq niyyətində deyillər. Bu gün-sabah deyə məsələni boyunlarından atırlar. 
İşin arxası var: Soyğunçuların bizzat bolşeviklər partiyasına mənsub terroristlər olduğu qüvvətlə söylənilir. Lenin iş başına gəlincə çarlığın millətlərarası bütün borclarını ləğv etmiş ikən, 1903-cü ildə Rusiya Sosial Demokrat Partiyasının konqresini finansə etmək üçün yapılan borcu dərhal ödəmiş. “İnqilab öz borcunu ödəyər!” deyə lovğalanmışdı. Ya bizim 200 rublə...”

Vasif Əlihüseyn 

Mənbə: M.Ə.Rəsulzadənin “Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri” kitabı.

Anar qurultayın təxmini vaxtını açıqladı: “Oktyabrda daha konkret cavab verə bilərəm...”
Dövlət Gömrük Komitəsinin Akademiyasında mediatur keçirildi - FOTOLAR
800 min işçi 25 gündür maaş ala bilmir -MARAQLI
Dünyanın ən soyuq nöqtəsində şaxtaya meydan oxudu - MARAQLI
Məşhur model 2 ildir yaşadığı zorakılığı göz yaşları ilə paylaşdı - DƏHŞƏT...+ FOTOLAR
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Erməni probleminin araşdırılması üçün ayrıca institutlar yaradılmalıdır”
Cəmiyyət
“Arzum odur ki, Allah məni Qarabağa həsrət öldürməsin...”- Yubiley təəssüratı...
Maraqlı
35 ildir sarı rəngə “boyanan” adam: Eşq simvolu, yoxsa şifrəli mesaj?
Mədəniyyət
“Hər bir vətəndaşımızın tarixi faciələrimizə öz münasibəti olmalıdır”
Cəmiyyət
Yuxunuzu yalnız mömin şəxslərə danışın...
Həftənin ən çox oxunanları
ABŞ prezidentinin Stalinə verdiyi məxfi məktubda Azərbaycan haqda nə yazılmışdı?..
Qarşı cinsə marağı azalan, intim hissləri qaydasında olmayan cütlüklər onu çeynəsələr...
Putin Paşinyanı qucaqlayır, Lukaşenko İrəvan yolçuluğunda... - Bəs biz nəyi gözləyirik?
"Bu ölkənin şeyxi hara baxır, Anar, Çingiz Abdullayev, Ramiz Rövşən və digərləri hara baxır?"
Azərbaycanda boşanma iddiası qaldıranların çoxu kişilərdir - Səbəb UTANCVERİCİDİR
“102-ci baza ləğv edilsə, Qarabağda  genişmiqyaslı müharibə başlayacaq...”
"Hamımız nədənsə düşmüşük televiziyalarda Xoşqədəmlərin, Zaurların üstünə, ancaq..."
Ucarda dəhşət: 16 yaşlı qız qaçırılıdı, zorlandı, sonra ailəsinə qaytarıldı - VİDEO
“Şəhidlər Xiyabanına gedəndə xəcalət çəkirəm, mənə elə gəlir şəhidlər dil açıb deyir ki..."
Sən xəstə deyilsən, susuzsan! - Xəstələrini adi su və duzla müalicə edən məşhur həkim...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə