Xəbər lenti
21/10/2018 [11:44]:
Zaqatalada bir ailənin 7 üzvü qidadan zəhərlənib
21/10/2018 [11:37]:
Tənha səyahətçilər üçün dünyanın ən populyar ölkələrinin adı bəlli oldu - MARAQLI...
21/10/2018 [11:34]:
Çində kömür mədənində partlayış - 22 işçi yerin altında qaldı
21/10/2018 [11:31]:
Qaşıqçının qətli işinə Səudiyyə məhkəməsi baxacaq
21/10/2018 [11:10]:
Cəfər Cabbarlının ömrünün son saatları - O, öz ölümünü yuxuda bu cür görmüşdü...
21/10/2018 [11:08]:
Bu il övladlığa verilən və övladlığı ləğv edilən uşaqlar - OĞLANLAR DAHA ÇOXDUR
21/10/2018 [10:45]:
Azərbaycanın dissident şairləri: Milli mücahid-İsfəndiyar Coşğun
21/10/2018 [10:37]:
Cənazə evindən 63 körpə cəsədi tapıldı: Ölkəni şoka salan hadisə - FOTOLAR
21/10/2018 [10:32]:
İnsanın pozitiv olmasına və nikbin düşünməsinə yardım edən 8 ƏMƏL
21/10/2018 [10:21]:
Nazirlik: "Sürüşmə zonasında çatlarda genişlənmə müşahidə edildi"
21/10/2018 [10:19]:
İmişlidə meyiti tapılan kişi meşə sahəsinin rəisi olub - YENİLƏNİB
21/10/2018 [10:16]:
"Arzu edirəm ki, tezliklə işğal altındakı torpaqlarımızda da işıqlarımız yansın"
21/10/2018 [10:15]:
Sosial mənzil sahibi olanlar bu tarixdə evlərinə KÖÇƏCƏK
21/10/2018 [10:12]:
Ermənilər atəşkəsi 27 dəfə pozdu
21/10/2018 [10:07]:
"Müharibə veteranları inanırlar ki, bu özbaşınalıq və qanunsuzluq aradan qaldırılacaq"
21/10/2018 [10:02]:
İran millət vəkili Tehranda “Azərbaycan”ı səsləndirdi – VİDEO
21/10/2018 [10:00]:
Nigeriyada toqquşmalar zamanı 55 nəfər həlak olub
21/10/2018 [09:58]:
Gəncədə ev yanıb
21/10/2018 [09:54]:
Tramp ABŞ-ın BMT-dəki nümayəndəsi vəzifəsinə qadın namizədi seçməyi üstün tutur
21/10/2018 [09:48]:
Kamerunda silahlılar 5 məktəblini qaçırıb
21/10/2018 [09:47]:
"Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edildi
21/10/2018 [09:46]:
Tayvanda 4,4 bal gücündə zəlzələ olub
21/10/2018 [09:44]:
Almaniya Səudiyyə Ərəbistanına silah tədarükünü dayandırdı
21/10/2018 [01:39]:
Avtomobilini itələyib dənizə saldı, sevincdən ətrafdakıları öpdü - FOTO
21/10/2018 [01:22]:
Rekord çəkidə naqqa balığı tutuldu - FOTO
21/10/2018 [00:07]:
Həbsxanada yer olmadığı üçün qatil azadlığa buraxıldı
20/10/2018 [23:57]:
Bir Millətin iki dövlətinin bir "Dev proje"si dünyaya açıq mesajdır... - POLİTOLOQ
20/10/2018 [23:23]:
İsveçrədə keçirilən yarışda azərbaycanlı tələbə iki qızıl medal aldı - FOTOLAR
20/10/2018 [23:20]:
Camal Qaşıqçının sonuncu görüntüləri yayıldı -FOTOLAR
20/10/2018 [23:13]:
Müəllimə anatomiya dərsində soyunub uşaqlara öz orqanlarını göstərdi - FOTO+VİDEO
20/10/2018 [22:36]:
Qurban Qurbanov texniki məğlubiyyətdən danışdı VİDEO
20/10/2018 [22:10]:
“Acınacaqlıdır ki, Azərbaycan ziyalısının başı millətin yox, öz taleyinə qarışıb”
20/10/2018 [22:00]:
"Yalnız sistemli addımlarla insanların sağlamlığı üçün güvənli bir ortam yaratmaq mümkündür”
20/10/2018 [21:54]:
Ağır vəziyyətdə olan Qazimizin xilası üçün şəxsi təyyarəsini təklif etdi - İBRƏTAMİZ...
20/10/2018 [21:42]:
“Səbail”ə qalib gələn “Qarabağ”a texniki məğlubiyyət veriləcək
20/10/2018 [21:34]:
“Neftçi” mövsümdə ilk məğlubiyyətini aldı
20/10/2018 [21:27]:
Əli Həsənov: "Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır"
20/10/2018 [21:13]:
“O vaxt Çaykənd əməliyyatını keçirməsəydik, ermənilər Gəncəni də işğal edə bilərdi”
20/10/2018 [21:10]:
KİV: Səudiyyəli jurnalisti boğaraq öldürüblər
20/10/2018 [20:48]:
Saakaşvili toyunun ildönümünü Gürcüstanda qeyd edəcək
20/10/2018 [19:48]:
Gülay Zeynallıya ağır itki...
20/10/2018 [19:39]:
Ət fabrikində iyrənc görüntü: Ətlərin üzərinə elə bir şey etdi ki,…+VİDEO
20/10/2018 [19:23]:
"Oxumağım mənə düşmən oldu, öldürmək istədilər, zəhər verdilər, 6 ay səsim batdı"
20/10/2018 [19:23]:
İlk dəfə cinsiyyətsiz pasport verildi - MARAQLI
20/10/2018 [18:42]:
"Rüfət Aslanlının bu boyda talançılığı cəzasız qalsa..."
20/10/2018 [18:39]:
Şuşi adlı erməni qızı Laçında “Artsax” mahnısı oxuyur- VİDEO
20/10/2018 [18:15]:
Dəhşətli qətlin kadrları yayıldı – VİDEO
20/10/2018 [17:52]:
25 yaşlı iş qadını estetik əməliyyatın qurbanı oldu - FOTOLAR
20/10/2018 [17:51]:
Fırıldaqçılıqda yeni “mərhələ”: Siçanı it əvəzinə satdılar – Video
20/10/2018 [17:46]:
Bu adam beş böyrəklə yaşayır - Üçünü ailə üzvləri verib-FOTOLAR
20/10/2018 [17:40]:
“Qaşıqçının qatilləri dərhal tapılmalıdır”
20/10/2018 [17:38]:
“Azərenerji”də yeni təyinatlar olub
20/10/2018 [17:38]:
Azərbaycanlı xanım müğənniyə ŞOK – “oteldən intim görüntüləri…” – FOTOLAR
20/10/2018 [17:36]:
Atasının cəsədini 10 il ərzində evində saxladı - AĞLASIĞMAZ...
20/10/2018 [17:28]:
Azərbaycanda gənc xəstəxana işçisi küçədə qəfildən ölüb
20/10/2018 [17:19]:
Tanzaniyada oğurlanan ən gənc afrikalı milyarder evinə qayıdıb
20/10/2018 [17:14]:
“Kanada, Almaniya kimi ölkələrdə Azərbaycan məktəbləri açmağa ehtiyac var”
20/10/2018 [17:08]:
“Hizbullah”a yüksək dəqiqlikli raketlər üçün avadanlıq aparan təyyarə Livana enib
20/10/2018 [17:06]:
Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - VİDEO
20/10/2018 [17:01]:
Sevinərək dediyimiz “Pəh” sözünün yaranma tarixi – Kökü hürufilərə gedib çıxırmış
20/10/2018 [17:00]:
Bəhramtəpədə əməliyyat: narkotacirlər saxlanıldı - VİDEO
20/10/2018 [16:47]:
"Seçkilərdə Paşinyanın komandasının qalib gəlməsindən sonra da Ermənistanda vəziyyət gərgin olaraq qalacaq"
20/10/2018 [16:43]:
Prezident sərəncam imzaladı
20/10/2018 [16:26]:
“Kiminsə şəxsi kitabxanasının olmaması savadsızlıq deyil” – Evlərdə ölmüş ruh
20/10/2018 [16:08]:
"Həyat yoldaşım ən yaxın rəfiqəmi 5 dəqiqədə hamilə buraxdı" - Canlı yayında ŞOK ETİRAF (VİDEO)
20/10/2018 [15:59]:
MMA çempionu: "Floyd Həbibi döyəcək"
20/10/2018 [15:45]:
Uşaq otağına yerləşdirdiyi kameraya baxan qadın dəhşətə gəldi - VİDEO
20/10/2018 [15:38]:
Prezident dəniz nəqliyyatı işçilərini təltif edib - SİYAHI
20/10/2018 [15:35]:
Bakı və Sumqayıtda avtobus piyadaları vuraraq öldürüb
20/10/2018 [14:50]:
Dünya azərbaycanlıları arasında yeni həmlə - DİASPORDA NƏ BAŞ VERİR ?
20/10/2018 [14:49]:
Şəkidə məcburi köçkün məktəblilərə dərs ləvazimatları paylanılıb
20/10/2018 [14:48]:
Bərdədə 600 kq at əti aşkarlandı
20/10/2018 [14:45]:
Qarabağdakı xərçəng ermənilər yeni binada müalicə alacaq - FOTOLAR
20/10/2018 [14:43]:
Abşeron və Şamaxı rayon sakininlərindən silah aşkar edilərək götürüldü
20/10/2018 [14:39]:
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
20/10/2018 [14:36]:
Qorxunc hörümçəyin yol polisinə “hücum” anı kameraya yaxalandı – VİDEO
20/10/2018 [14:33]:
Dünyanın ən böyük amfibiya təyyarəsinin ilk uçuşu – Video
20/10/2018 [14:31]:
"Onu öldürərəm..." - Xoşqədəmdən ŞOK ETİRAF
20/10/2018 [14:18]:
Arda Turana daha bir zərbə QAYINATASINDAN GƏLDİ - Hamilə xanımını...
20/10/2018 [14:15]:
Kabildə seçki günü 3 partlayış: Uşaq ölüb, 30 yaralı var
Bütün arxiv bir sırada
24/05/2018 [18:49] - Köşə - ( 2361 dəfə baxılıb)

Rüstəm İbrahimbəyov üçün filmin sonu...

Elşad Paşasoy

Bu film söhbəti ortaya çıxandan 2-3 saat qabaq vaxtilə Rusiyada işləmiş məşhur tibb professoru ilə Rüstəm İbrahimbəyovdan danışmışdıq. Sonda eyni fikri paylaşdıq: Azərbaycanın “vitrin”indəki kinorejissor vaxtını siyasi iddialara xərcləməsəydi, 2-3 azərbaycanlı aktyoru da cəlb etməklə, Azərbaycan tarixi barədə bir kino çəksəydi, daha böyük iş görmüş olardı.

Və az sonra xəbər yayıldı ki, bəs, Rüstəm İbrahimbəyov kino çəkibmiş, özü də 2015-ci ildə, hətta bir il sonra Moskvadakı “Lyuksor” kinoteatrında premyerası da keçirilibmiş. Sadəcə biz xəbərsiz qalmışıq. Lakin ortaya çıxan qənaət budur ki, İbrahimbəyov ssenari müəllifi olduğu filmi çəkməkdə Azərbaycan tarixində əbədi yer almağı qarşısına məqsəd qoymayıb, heç günün birində Fəxri Xiyabanda, Vətən torpağında dəfn olunmağı da niyyət etməyib. Əks təqdirdə, filmdə azərbaycanlıları “qəddar, vəhşi, yaramaz, mədəniyyətsiz, milli kökləri olmayan adamlar”, erməniləri isə “alicənab, sülhsevər, intellektual, vəhşi türklərin qurbanları” kimi göstərmək istəməzdi. Hətta gürcüyə də qənim kəsilən  azərbaycanlı (!) obrazını ortaya çıxarıbmış...

Bir çoxları kimi, mən də bu filmə baxmamışam. Amma yayılan bəzi kadrlardan aydın görünür ki, Rüstəm İbrahimbəyovun Eldar Şengelaya və Fuad İbrahimbəyovla birgə çəkdikləri film azərbaycanlıların aşağılanmasına hesablanıb. Dənizin dadını bilməkdən ötrü bir damcı kifayət etdiyi kimi, “Qafqaz trio”sundakı erməninin “vəhşi” azərbaycanlılar tərəfindən döyülməsi səhnəsini izləmək də filmə münasibət bildirmək üçün kifayətdir. Deməli, bu, “Daş yuxular”ın ruhunda çəkilmiş kinodur, bir zəncirin həlqəsidir. Qarabağ ermənilərinin “biz Azərbaycanın tərkibindən yaşaya bilmərik” iddiasının kino dili ilə təsdiqidir. Xəyanət deyilmi?!

Heyrətamiz olanı bilirsiniz nərdir? Bu film üç ildir ortadadır, amma Rusiyadakı Azərbaycan diasporunun bir nümayəndəsi ona etiraz etməyib, bir nəfər Rüstəm İbrahimbəyova niyə bu işi tutmusan, məzmunlu irad bildirməyib. Yalnız kinorejissor Ayaz Salayevin məqaləsindən sonra bizlər də nə baş verdiyindən xəbər tutduq. Niyə susublar, nədən çəkiniblər?

Rüstəm İbrahimbəyov da susmuşdu, azərbaycanlıların ən böyük diaspora təşkilatı Ümumrusiya Azərbaycanlıları Konqresi müxtəlif bəhanələrlə ləğv ediləndə. Hətta ondan sonra yeni diaspora təşkilatının təsis olunmasına Rusiyadakı erməni mənşəli məmurlar “qulp” qoymaqda davam edir, İbrahimbəyov yenə də susur. Bir dəfə bu barədə onun mövqeyini soruşdum, dedi diaspora mənə müraciət etməyib. Təsəvvür edin, Azərbaycanın ziyalısı, “Şöhrət” ordenli yazıçısı gözləyirdi ki, azərbaycanlıların haqqının tapdanmasına etiraz etməkdən ötrü kimsə ona müraciət eləsin. Özü də  vaxtilə vitse-prezidenti olduğu Konqresin ləğvinə görə.

İndi maraqlıdır, Rüstəm İbrahimbəyov “Qafqaz triosu”nda azərbaycanlıları aşağılamaqdan ötrü kimdənsə sifarişmi alıb, yoxsa öz ürəyinin səsi ilə bu ssenarini ortaya qoyub?

Bəli, biz “Oskar” mükafatçısı olan yeganə azərbaycanlı rejissordan yeni film(lər) gözləyirdik. Demirəm ki, İbrahimbəyov Xocalı soyqırımı haqqında film çəkməliydi. Bu, inandırıcı da deyildi. Çünki o, yaradıcılığında ermənilərin işğalına, azərbaycanlılara qarşı törədilən soyqırımlara yer ayırmağı məqsədəuyğun saymayıb. Hətta illər öncə ermənilərin Bakını tərk etməsi ilə elitaya da son qoyulduğunu iddia edən yazı yazmışdı…

Rüstəm İbrahimbəyov ömrünün 80-ci ili ərəfəsində həm özünə, həm də Azərbaycana böyük bir hədiyyə edə bilərdi, özündən 21 yaş böyük Cümhuriyyətimizə aid bir film çəkməklə. Əminəm ki, onun belə bir istəyi, ssenarisi olsa, dövlət də dəstək verərdi, Rusiyadakı milyarderlərimiz də. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı dünya ölkələrindən təbrik gəlir Azərbaycan prezidentinə. Azərbaycanlıların “bir millət kimi yetişmədiyini” deyən Rüstəm İbrahimbəyov isə potensialını erməniləri ucaltmağa xərcləyir, “təbrik” əvəzi.

Demirəm ki, İbrahimbəyovdan Ağdam xarabalıqları, azansız qoyulmuş Şuşa məscidi, 4 ildir girovluqda olan Dilqəm və Şahbazın taleyi haqda film gözləyirdik. Onun baxışı və çevrəsi buna imkan da verməzdi. Amma heç olmasa Bakıda yaşayan 30 min ermənidən, Bakının mərkəzindəki erməni məscidindən bəhs edən kino çəkə bilərdi axı. Bütün dünya bilir ki, biz erməniləri öldürmək istəməmişik, onlara torpağımızda yer vermişik, sonra paytaxt, sonar əyalət vermişik, sonra onlar ilan kimi boğazımıza dolanıb Qarabağı işğal ediblər, indi də deyirlər Naxçıvanı “geri qaytarmalıyıq”. Ermənilər 30 min azərbaycanlını Qarabağda qətlə yetirdikləri halda, biz 30 min Bakı ermənisindən qisas almaq barədə düşünməmişik heç vaxt. Onlar bizi öldürməyə başlayıb, biz yox. Hətta ara-sıra Bakıya gəlib nostaljiyə qapılan ermənilərə də ürəyimiz ağrıyır, “baisin evi yıxılsın” deyib müharibəni də lənətləyirik. Rüstəm İbrahimbəyov bu mənzərəni canlandırmaq, kino dili ilə Azərbaycan həqiqətlərini dünyaya yaymaq  əvəzinə, öz millətinə elə böyük pislik etdi, öz əli ilə özünə elə bir zərbə vurdu ki...

 Bəlkə də bu, onun sonuncu şansı idi, özü dediyi kimi, “darıxdığı” Bakıya qayıtmaq, burada izdihamlı yubiley mərasimində kürsüdə yer almaq üçün. Amma şansını əldən verdi. Biz unutsaq da, bağışlasaq da, şəhidlərin ruhu onu bağışlamayacaq…Rüstəm İbrahimbəyov bu illərdə çevrəsindəki erməni ziyalıların dünya ermənilərinə, Ermənistana sevgisi və xidmətindən nümunə götürmək, öz xalqını yüksəltmək əvəzinə, onların ermənilərə sevgisini paylaşmağı öyrəndi. Bir erməni rejissor İbrahimbəyov kimi davranmadı, öz millətini aşağılamadı...Daha bundan sonra nə çəkirsə, çəksin, bizimçün fərqi yoxdur, əlindən gələni etdi. Çox təəssüf...

Ət fabrikində iyrənc görüntü: Ətlərin üzərinə elə bir şey etdi ki,…+VİDEO
"Oxumağım mənə düşmən oldu, öldürmək istədilər, zəhər verdilər, 6 ay səsim batdı"
25 yaşlı iş qadını estetik əməliyyatın qurbanı oldu - FOTOLAR
Atasının cəsədini 10 il ərzində evində saxladı - AĞLASIĞMAZ...
Tarix İnstitutunun saytı yeni versiyada təqdim edildi
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Ədəbiyyat
Cəfər Cabbarlının ömrünün son saatları - O, öz ölümünü yuxuda bu cür görmüşdü...
Araşdırma
Azərbaycanın dissident şairləri: Milli mücahid-İsfəndiyar Coşğun
Cəmiyyət
"Müharibə veteranları inanırlar ki, bu özbaşınalıq və qanunsuzluq aradan qaldırılacaq"
Cəmiyyət
Şuşi adlı erməni qızı Laçında “Artsax” mahnısı oxuyur- VİDEO
Dünya
Bu adam beş böyrəklə yaşayır - Üçünü ailə üzvləri verib-FOTOLAR
Həftənin ən çox oxunanları
Ağır vəziyyətdə olan Qazimizin xilası üçün şəxsi təyyarəsini təklif etdi - İBRƏTAMİZ...
Rüfət Aslanlının "göyün yeddinci qatı"nda 6 milyon dollarlıq "stadion"u tapıldı...
Azərbaycanlı xanım müğənniyə ŞOK – “oteldən intim görüntüləri…” – FOTOLAR
Sərkisyan və Saakyan arvadları ilə Azərbaycan şəhərlərini gəzdi... -FOTOLAR
Paşinyan istefa verdi - Son dəqiqə
"Cavan oğlanı nə edirsən, pul xərcləməyəcək" - Rövşanədən müğənniyə
Dədə Şəmşirə uzanan yaman dil "kəsildi"...
Ermənilər Tərtərdəki futbol stadionunu Avropa çempionatına hazırlayır - FOTOLAR
"Biz bəyəm buna görə müstəqil olmuşuq ki, kimsə 109 milyonu oğurlayıb xaricə getsin...?"
Dul kişilər daha darıxmayacaq...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə