Xəbər lenti
19/06/2018 [10:28]:
Türkiyədə mina partladılıb: bir hərbçi şəhid olub, ikisi yaralanıb
19/06/2018 [10:26]:
Göy üzündə bu qədər ulduz görməmisiniz... - FOTOLAR
19/06/2018 [10:13]:
Tramp Çini 200 milyard dollar ziyana salacaq
19/06/2018 [10:09]:
Rusiyadan gəldiyi gün Bakıda bıçaqlandı
19/06/2018 [10:08]:
Dünya Çempionatında bu gün daha 3 oyun keçiriləcək
19/06/2018 [09:38]:
Xorvatiya millisində ara qarışdı - Hücumçu komandadan qovuldu
19/06/2018 [09:38]:
İsrail həbsxanasında 18 yaşlı müsəlman gəncin gözləri tutuldu - FOTO
19/06/2018 [09:25]:
2018-Dünya Çempionatının çılğın qadın azarkeşləri - FOTOLAR
19/06/2018 [09:22]:
Sarkisyan və Koçaryanın fəxri adları ləğv olundu
19/06/2018 [09:20]:
Futbolçuları daşıyan təyyarə alovlandı - Dünya çempionatında
19/06/2018 [09:20]:
Bir məsciddə eyni vaxtda 2 milyon müsəlman Quran oxudu...- İbrətamiz- FOTOLAR
19/06/2018 [09:13]:
Göyçayda xırdabuynuzlu heyvanlar kütləvi tələf olur - VİDEO
19/06/2018 [09:10]:
Kürdə 16 yaşlı gənc batdı
18/06/2018 [23:45]:
Uduşa qoyulan maşın xeyriyyə məqsədilə verilərsə...
18/06/2018 [23:24]:
Şəkil çəkdirmək üçün şəlaləyə dırmaşdı, yıxılaraq həyatını itirdi - VİDEO
18/06/2018 [23:16]:
İranda etirazlar: qadın küçədə hicabı açdı və... - Video
18/06/2018 [23:10]:
İtaliyada göldə boğulan azərbaycanlı tələbənin cəsədi tapıldı
18/06/2018 [23:01]:
"Zamin Hacının telekanalizasiya anlayışı özünü doğrultdu": MÜDRİK PROQNOZ...
18/06/2018 [22:56]:
Maykl Ceksonun fili zooparkdan qaçdı - FOTO
18/06/2018 [22:55]:
Bakı metrosunda geyiminə görə qızı döymək istədilər - VİDEO
18/06/2018 [22:23]:
Millət vəkili dünyanın nüfuzlu təşkilat rəhbərlərinə ölkəmizlə bağlı geniş məlumatlar verib
18/06/2018 [22:23]:
Anasının tabutunun altında qalaraq həyatını itirdi - FOTO + VİDEO
18/06/2018 [22:17]:
Hadisənin bilinməyən xəstəliyi...
18/06/2018 [22:11]:
Tramp: "ABŞ-da qaçqın düşərgəsi olmayacaq"
18/06/2018 [22:09]:
Kənd Təsərrüfatı Nazirliyində daha bir təyinat...
18/06/2018 [22:09]:
DÇ-2018: Belçika yığması Panamaya qalib gəlib
18/06/2018 [22:05]:
“Mübariz mövzusu bir zəncirdi...”- Milli Qəhrəmanın qardaşı...
18/06/2018 [21:53]:
Qırğızıstanın sabiq baş naziri həbs edildi
18/06/2018 [21:47]:
Erməni dığa və harsınları Daşaltı dərəsində ilk asma ayaqkörpüsü saldıqları üçün sevindilər - FOTOLAR
18/06/2018 [21:21]:
Abşeronun ən təmiz çimərliyindən- Reportaj+FOTOLAR
18/06/2018 [21:08]:
Nikola Kaliniç Xorvatiya yığmasından qovuldu
18/06/2018 [21:04]:
İndoneziyada göyərtəsində 80 sərnişin olan gəmi batıb
18/06/2018 [21:02]:
Argentinalı senatorun arvadı və oğlu ölü tapılıb
18/06/2018 [20:40]:
“Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz”
18/06/2018 [20:25]:
Ət kəsiminin sanitar normaları açıqlandı
18/06/2018 [20:04]:
Gürcüstanda “qanuni oğru” əməliyyatı: “Çalbaş”, “Drel” və “Odo”nu Lotu Quliylə nə birləşdirib? - TƏFƏRRÜAT
18/06/2018 [20:02]:
Xudatda narkotacir ələ keçdi - FOTO
18/06/2018 [20:01]:
Quşadasında fahişə əməliyyatı: Azərbaycanlı qadınlar tutuldu
18/06/2018 [19:59]:
Sürücünün ürəyi getdi, avtobus ən son anda qəzadan qurtuldu - VİDEO
18/06/2018 [19:58]:
Xızıda çobanları ildırım vurdu
18/06/2018 [19:50]:
Ağsu və İsmayıllıda işıq hər yerdə bərpa ediləcək - “Azərişıq”
18/06/2018 [19:11]:
Günay Bank qalmaqalı ilə bağlı yeni iddialar və məlumatlar
18/06/2018 [19:03]:
Salyanda DƏHŞƏT: İki gənc intihar etdi
18/06/2018 [18:59]:
“Ermənilərin Manvel Qriqoryanla bağlı “razborkasına” qarışmamalıyıq”
18/06/2018 [18:54]:
“Şahzadəyə dedim ki, qızıma əl qaldırma...”
18/06/2018 [18:38]:
Paşinyanın yeni səngər fotosessiyası yayıldı – Azərbaycan torpaqlarında... (Fotolar)
18/06/2018 [18:06]:
Palata: ““Günay Bank”la bağlı yayılmış məlumatlar əsassızdır”
18/06/2018 [17:42]:
Təbii fəlakət Xankəndidə dağıntılara səbəb oldu- FOTOLAR
18/06/2018 [17:34]:
Yatağından yıxılan “Yeşilçam” ulduzu xəstəxanalıq oldu
18/06/2018 [17:32]:
Türk əsgərləri Suriyanın Menbiç şəhərinin ətrafına daxil oldu
18/06/2018 [17:29]:
Dünya Çempionatını izləyən aktyorun beyninə qan sızdı
18/06/2018 [17:16]:
Azərbaycanlıların qatili olan erməni generala daha bir şok: oğlu da istefa verdi - VİDEO
18/06/2018 [17:05]:
Xoyskinin anasının Nərimanova yazdığı məktub: ”Oğlumu mənə qaytarın”
18/06/2018 [17:02]:
Raket-artilleriya bölmələrimiz istənilən anda aeroportun infrastrukturunu məhv edə bilər - HƏRBİ EKSPERT
18/06/2018 [17:00]:
V Beynəlxalq Qarabağ Forumu keçiriləcək
18/06/2018 [16:58]:
Britaniya kral ailəsində ilk “mavi” toyu
18/06/2018 [16:56]:
“Audi” şirkətinin rəhbəri həbs olunub
18/06/2018 [16:49]:
Erməni qızlar üsyan etdi — “Ermənilər kişi deyil, biz Azərbaycan kişilərini istəyirik” - VIDEO
18/06/2018 [16:45]:
Avropa İttifaqı Krımla bağlı sanksiyaların müddətini uzadıb
18/06/2018 [16:43]:
Ekspert: "Qarabağdakı aviaşou Paşinyanın zəifliyinin göstəricisidir"
18/06/2018 [16:34]:
İstanbulda göydən pul yağdı, vətəndaşlar axın etdi – VİDEO
18/06/2018 [16:32]:
"Bu faktlar bizə onu deyir ki, Qərb Ərdoğanın qələbəsini satın alır..." - TƏHLİL...
18/06/2018 [16:32]:
İŞİD Suriyada əsas istinadgahını itirib
18/06/2018 [16:20]:
Son 3 gündə yollar 4 can aldı - 18 yaralı
18/06/2018 [16:19]:
Leysan İsmayıllının 66 kəndini, Ağsunun 70%-ni işıqsız qoydu
18/06/2018 [16:18]:
Türkiyənin keçmiş naziri dünyasını dəyişdi
18/06/2018 [16:16]:
“Atasının ölümünə səbəb Aytacdır” - Müğənninin ögey anası+Video
18/06/2018 [16:14]:
“Mübariz Mənsimovu şər-böhtanlara hədəf seçmək – ERMƏNİ DƏYİRMANINA SU TÖKMƏKDİR...”
18/06/2018 [16:02]:
"Paşinyan siyasətlə yox, Feysbukda "layk" yığmaqla məşğuldur"
18/06/2018 [15:54]:
Atasının tualetə zəncirlədiyi 4 yaşlı qızı evə gələn qonaq xilas etdi- FOTOLAR
18/06/2018 [15:29]:
Seks-robot naz edir, inciyir, “yox” da deyə bilir...- FOTO
18/06/2018 [14:29]:
Putin mübahisələrə nöqtə qoydu: “Rus qadınları Dünya Kubokuna gələn turistlərlə...”
18/06/2018 [14:23]:
“Şəhid olsam, ağlamayın...”- Mübariz İbrahimovun şəhadətindən səkkiz il ötür...
18/06/2018 [14:16]:
“Ermənistanda heç kimin idarə edə bilməyəcəyi xaos baş verəcək” – MÜSAHİBƏ
18/06/2018 [13:59]:
Kütləvi çılpaq çəkilişə icazə verildi - FOTOLAR
18/06/2018 [13:58]:
Metro stansiyasındakı qadının etdikləri hər kəsi heyrətə gətirdi
18/06/2018 [13:54]:
XİN-dən azərbaycanlı əsirlərə işgəncə verən erməni generalın həbsinə MÜNASİBƏT...
18/06/2018 [13:32]:
Аzərbaycanlı milyarderin obyektində dəyəri on milyonlarla ölçülən toy oldu: kimlər gəldi, nələr etdi...
18/06/2018 [13:29]:
Şimali və Cənubi Koreya arasındakı müharibəyə bu tarixdə SON QOYULACAQ
18/06/2018 [13:21]:
Gürcüstanda "Lotu Quli"nin adamları saxlanıldı
Bütün arxiv bir sırada
25/05/2018 [12:22] - Cəmiyyət - ( 1365 dəfə baxılıb)

Tarix onu bilməyənləri cəzalandırır...

Cumhuriyyətimizin 100 illiyinə...


Bizləri 28 May bayramından sayılı günlər ayırır.Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşını elliklə  qeyd  edəcəyik. Xoş ovqat  soydaşlarımızın məskunlaşdığı, səpələndikləri ölkələri ,yerləşdikləri qitələrdən asılı olmayaraq ağuşuna alacaq. Bəs bu məhəbbət, rəğbət, doğmalıq hardandır?! Tariximizi bilmədən , qaynaqlara bağlı olmadan bu sualın məntiqi cavabını tapmaq müşkül məsələdir. Tarix isə öz xalqının həyatında silinməz izlər buraxan hadisələrə ötəri bələd olanların ən azı bilgisizliyinə görə cəzalandırır. 

Bir əsr əvvəl mayın 28 də nə baş vermişdiki, bu olayın dəyər və əhəmiyyətini, Sovet rejiminin totalitar qaydaları ,senzura məngənələrində hafizələrdən silə bilmədi. Bir kərə yüksələn bayraq yenidən başımızın üzərindən dalğalandı. Kimlərəsə yenildiyi görünən bu rəmz on illər  boyu rəsmi yerlərdə olmasa da qəlbimizdə dalğalandı. 

Ata-babalarımız ,ziyalılarımız  xəlvəti toplantılarda pıçıltılı məclislərdə “Bir Xalq Cümhuriyyətimiz  var idi,bütün şərqdə istiqlal rəmzi sayılırdı. Bir də baş nazirimiz, ictimai-siyasi xadim, jurnalist ,publisist  M.Ə. Rəsulzadəmiz və onunla billur kimi  saf xalqına , məsləkinə bağlı silahdaşları vardı.  Tanrı sanki bilərəkdən onları birləşdirmişdi” deyirdilər. Azlıqda görünən bu şəxslər  heç özləri  hiss etmirdilərki, əslində çoxluqun təmsilçiləridirlər.   Sadecə qarşı tərəf zoru ,topu-tüfəngi  ilə  güclüdür, amma ideya təməlləri çoxdan laxlayıb. Birləşdirici ,təkanvericiqüvvə ,təşkilatlazımdırki, sakit görünən həmin qüvvə  dag şəlaləsi,  çayı ,Xəzər ,Kür-Araz kimi  coşsun, çaglasın, layiq oldugu  haqqa yetişsin. 
İnsanlar  70  ildən sonra paytaxtın və bölgələrin meydanlarına axışmaqla bu gücün mövcudluğunu ortaya qoydular. Azərbaycan müstəqil oldu bu haqqı ona göydən düşən üç  alma kimi vermədilər.  Günlərlə Azadlıq ,Müstəqillik hayqıraraq  20 Yanvarın qırğınlarından, şəhidlər verərək,  keçərək layiq olduğunu sübuta yetirdi. 28 ildir ki, azad ,suverən səsi ən mötəbər  beynəlxalq təşkilatlardan gələn dövlətin sakinləriyik,  vətəndaşlarıyıq.

Müstəqillik bizə nə verdi sualına  və  28 Maya doğru gedən yoldan bu günədək qət etdiyimiz məsafəyə birgə nəzər salaq.

Hər bir Azərbaycan türkü, azərbaycanlı müsəlman Şərqində ilk demokratik respublikasının məhz Azərbaycanda yaranması ilə fəxr edə bilər.Müsəlman Şərqində ilk parlament respublikası  Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dovlət təsisatlarının yaradılmasına nail olmuşdu. 

1920-ci ilin əvvəllərindən başlayaraq Bakıda dəhşətli hadisələr baş verir. Dəhşətli hadisələr bolşeviklər və Qızıl Ordunun zabit  və əsgərləri tərəfindən törədilir. Xalq bolşevik istilasına qarşı ayağa qalxır. Gəncə, Ağdam, Şuşa, Şəki, Lənkəran, Quba və b. qəzalarda üsyanlar baş verir. Şəki üsyanı amansızlıqla yatırılır. Qızıl Ordu Gəncə və başqa qəzalarda böyük itkilər verirdi.Ermənilər Azərbaycan və Türkiyə torpaqlarında dövlət yaratdıqdan sonra daha da fəallaşmışdılar. Ermənistan bolşevik hökuməti təsis edilər-edilməz Azərbaycana qarşı  torpaq iddiasında bulundu.  Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir. Bununla belə, bu tarixdə ürəyimizi qürur hissi ilə dolduran hadisələrlə yanaşı, ümummilli faciələrə yol açan səhifələr də vardır. Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət kəsb edirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi. Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə və digər görkəmli şəxsiyyətlər tərəfindən təməli qoyulmuş proseslər Azərbaycanda yeni tipli teatrın, məktəbin və mətbuatın yaranması ilə nətıcələnmiş, milli özünüdərkin gerçəkləşməsinə böyük təsir göstərmişdir. Bakının neft paytaxtına çevrilməsi milli sahibkarlar təbəqəsinin   formalaşması ilə yanaşı, dünyanın aparıcı universitetlərində təhsil almış ziyalılar nəslinin yetişməsinə şərait yaratmışdır. Əlimərdanbəy Topçubaşov və başqa ziyalıların siyasi proseslərə qatılması, Dumaya seçilməsi və Rusiya 7 müsəlmanlarının təşkilatlanmasında oynadıqları rol tariximizin unudulmaz səhifələrindəndir. Birinci Dünya müharibəsinin fəsadları və bir sıra digər amillər Qafqazı ayrı-ayrı siyasi qüvvələrin qarşıdurma meydanına çevirmişdi. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə göstərdiyi maraq vəziyyəti daha da gərginləşdirirdi. 

Parlament daxilində hökm sürən hərc-mərclik, Qarabağda və Zəngəzurdakı erməni silahlı dəstələri ilə qarşıdurmalar gündən-günə dərinləşirdi. Əhalinin əsas hissəsinin ağır durumu isə bolşevik təbliğatı üçün münbit zəmin yaradırdı. İrəvanın ermənilərə paytaxt kimi verilməsindən sonra İrəvan mahalından qaçqın düşmüş 150 mindən artıq soydaşımızın vəziyyəti olduqca gərgin idi. Belə bir vəziyyətdə parlamentin son 8 iclasında bolşevik ultimatumunun qəbul edilməsi aprel işğalı ilə nəticələndi. Aprel işğalı Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin bir qismini Məhəmməd Əmin Rəsulzadə kimi mühacir həyatı yaşamağa məhkum etdi, digər qismini Fətəli Xan Xoyski və Həsən bəy Ağayev kimi erməni terrorunun qurbanına çevirdi, qalanlarını da bolşevizmin amansız repressiyalarına məruz qoydu. 1920-ci il aprelin 28-də ikinci respublika Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı. İki il ərzində öz müstəqilliyini qoruyub saxlamağa nail olan respublika 1922- ci ildə SSRİ-nin tərkibinə daxil olduqdan sonra öz müstəqilliyinin ancaq formal atributlarını saxlaya bilmişdi. 

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlarının Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. 

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947- ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və bunun əsasında, 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.

Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin guya erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur. 

1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qanunsuz qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.

1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı. 

Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı qəsbkar hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış, çətin şəraitdə yaşamağa məhkum edilmişdir. Ərazimizin 20 faizinin erməni silahlı qüvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır.
Bu - erməni faşızminin yalnız bir əsrdə törətdiyi qisa icmaldır...

Azərbaycanda martın 31-i azərbaycanlıların Soyqırımı Günü qeyd edilir. Azərbaycanlıların soyqırımı XX  əsr, ermənilərin əli ilə müxtəlif güclər tərəfindən azərbaycanlılara qarşı  qəddar siyasətdir.
Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiyası tarixdə  öz  izini  qoyub.Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan evindən-obasından didərgin düşmüşdur.
Soyqırım siyasətini həyata keçirmək üçün  öz dövlətlərinə malik olmayan ermənilər "Böyük Ermənistan" dövlətini yaratmaq üçün Rusiyanın imperiya siyasətindən  səmərəli istifadə etmişdilər.
Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir.

1813-1828-ci illər Rusiya ilə İran arasında gedən iki müharibənin ( 1804-1813, 1826-1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri Azərbaycan xalqının tarixində faciəvi rol oynamış və Azərbaycanın parçalanmasına gətirib çıxarmışdır. Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın idarəçiliyinə keçmişdir.

1905-1906 illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini ermənilər talan ediblər. Statistik məlumatlara əsasən demək olar ki, 1905-1907-ci illərdə baş verən hadiəsələrdən sonra azərbaycanlılara qarşı kütləvi repressiyalar gizli şəkildə aparılıb. 1916-cı ilin məlumatları göstərir ki, 1831-ci illə müqayisədə həmin il İrəvan quberniyasının 5 əyalətində əhalinin sayı 40 dəfə artaraq 14 min 300-dən 570 min nəfərədək yüksəlmişdir. Ancaq həmin zaman kəsiyində azərbaycanlıların sayı cəmi 4,6 faiz artaraq 246 min 600 nəfər təşkil edib. Yaxud başqa bir nümunə, əgər 1886-1897-ci illərdə əhalinin mütləq artımı 40 min nəfər olubsa, 1905-1916-ci illərdə bu rəqəm cəmi 17 min nəfər olub. Halbuki hələ 1905-ci ildə 1886-cı illə müqayisədə əhalinin sayı 61 min nəfər çox olub. Bu rəqəmlər çar Rusiyasının idarəçiliyi dövründə erməni millətçilərinin şovinist siyasətini həyata keçirməsindən, "Türksüz Ermənistan" planının reallaşdırılması istiqamətində azərbaycanlıların qovulmasından xəbər verir.

1918-1920-ci illər Birinci dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd edirlər. Bakı Soveti əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın, reallaşdırılmasına başlayır. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatıb. O aylarda ermənilər tərəfindən törədilən cinayətlər azərbaycan xalqının yaddaşında silinməz iz qoyub.

1988-ci ildən başlayaraq yenidənqurma, aşkarlıq prosesi antiazərbaycan əhval-ruhiyyəsinin və ərazi iddialarının yeni dalğasını yaratdı. 1945-ci ildə sınaqdan çıxarılmış guya Ermənistanla Qarabağın iqtisadi cəhətdən bir-birinə bağlı olması barədə əsassız iddialarla erməni millətçiləri azərbaycanlıları Ermənistandan qovmağa, Qarabağı isə Azərbaycandan ayırmağa başladılar. 1988-ci ildən başlayaraq kütləvi hədə qorxular, fıziki güc, ölüm, kəndlərin talan edilməsi yandırılması həyata keçirilir. Vardenis rayonunda  40 nəfər öldürülür. Ermənistanın digər rayonlarından – Yerevan, Masis, Kalinino, Kadjaran, Qafan, Kirovakan, Qoris, Sisian, Amasiya və Alaverdidən 250 min azərbaycanlı öz ev-eşiyindən qovulur. 1905-1920-ci illərin tarixi yenidən təkrar olunur – qadın və uşaqlar, yaşlılar qarlı dağlar aşaraq, dona-dona, insani itkilər verə-verə öz xilaslarını Azərbaycanda axtarırdılar. Yenidən 1948-53-cü illərin tarixi təkrar olunur. İttifaqın mərkəzi hakimiyyətinin qərarları ilə azərbaycanlı qaçqınların Qarabağda yerləşdirilməsinə icazə verilmir, onlar özlərinə çadır şəhərciklərində sığınacaq tapırlar. 1991-ci il avqustun 8-də sonuncu azərbaycan kəndi Nüvədidən əhalinin çıxarılmasından sonra Ermənistan faktiki olaraq monomillətçi dövlətə çevrildi. "Türksüz Ermənistan" kimi daşnak ideyası reallaşdı.
1988-ci ildən sonra Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 7 rayon talan olundu, 1 milyona qədər adam doğma yurdundan didərgin düşdü. Tarixən Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirən erməni millətçiləri öz vəhşi simalarını bir daha bütün dünyaya nümayiş etdirərək Xocalı şəhərini  yerlə-yeksan etdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən ölüm doğan o gecədə hələ də dəqiq olmayan məlumatlara görə, 613 nəfər xocalı şəhid oldu. Onlardan ancaq 335 nəfərinin meyidini dəfn etmək mümkün olub. 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyil.

  Müstəqillik tariximizin ən mühüm nailiyyətlərindən biri də tarix elmimizin inkişafı sahəsində əldə olunan uğurlardır. Azərbaycan tarixşünaslığını müstəqil inkişaf yoluna ulu öndər Heydər Əliyev çıxarmışdır. Dahi şəxsiyyət doğma xalqına, vətən torpağına həsr olunmuş ömrünün bütün çağlarında tariximizin azərbaycançılıq məfkurəsi əsasında doğru-düzgün araşdırılmasını və gənc nəslin doğma vətənə sədaqət ruhunda tərbiyə olunmasını daim diqqət mərkəzində saxlayırdı. Erməni-daşnak quldurlarının xalqımıza qarşı törətdikləri soyqırımları və deportasiyalarla bağlı mühüm dövlət sənədləri imzalayan, XX əsrin 20-30-cu illərində ziyalılarımıza qarşı həyata keçirilmiş repressiyaların ağır nəticələrindən dönə-dönə bəhs edən Heydər Əliyev, əslində, tarixçilər qarşısında tarix elmini keçmiş zərərli konsepsiyalardan uzaqlaşdırmaq, saxtalaşdırmalardan və təhriflərdən təmizləmək kimi çox mühüm və şərəfli vəzifə qoymuşdur. 

Ulu öndərin tarix elminin inkişafı ilə bağlı bütün ideyalarını, planlarını dönmədən həyata keçirən Prezident İlham Əliyev tarixçi alimlər qarşısına yeni və daha konkret vəzifələr qoydu. Ölkə başçısının çağırışları, təşəbbüsü və birbaşa tövsiyəsi ilə ilk dəfə olaraq “Azərbaycan Tarixi Atlası”, mükəmməl tədqiqat əsərləri olan “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, erməni-daşnak quldur rejimləri tərəfindən Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilmiş soyqırımları barədə ayrı-ayrılıqda çoxsaylı kitablar nəşr olundu. Stepan Şaumyanın başçılıq etdiyi “26 Bakı komissarları” adlanan daşnak-bolşevik güruhunun soyqırımı cinayətləri sübuta yetirildi. Ölkə başçısının birbaşa tapşırığı ilə yazılmış fundamental elmi tədqiqat əsəri olan “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı, həmçinin “Real tarix və “Böyük Ermənistan uydurması” tədqiqatı və digər çoxsaylı əsərlər rus, ingilis, italyan, ispan, ərəb və başqa dillərə tərcümə olunaraq dünyada yayıldı. Bununla ermənilərin guya Cənubi Qafqazın “ən qədim əhalisi olması” barədə saxta və uydurma “konsepsiyaya” sarsıdıcı zərbə vuruldu.Bu gün təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində hər  Azərbaycanl  ziyalısı, tarixçisi fəal iştirak edir.

Tarix yalnız dahi şəxsiyyətlərin gördükləri böyük işlər, onların həyata keçirdiyi islahatlar və nurlu əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika Günü kimi qeyd olunur. Və  bu ildə ölkə prezidentimiz  İlham Əliyevin 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti ili elan etdi  və Cümhuriyyətin 100 illiyinin qeyd edilməsi haqqında sərəncam  verdi.
 Cümhuriyyətimiz mübarək olsun!

Gülşən  BEHBUD
şairə-jurnalist, prezident  təqaüdçüsü

Göy üzündə bu qədər ulduz görməmisiniz... - FOTOLAR
2018-Dünya Çempionatının çılğın qadın azarkeşləri - FOTOLAR
Şəkil çəkdirmək üçün şəlaləyə dırmaşdı, yıxılaraq həyatını itirdi - VİDEO
Anasının tabutunun altında qalaraq həyatını itirdi - FOTO + VİDEO
Atasının tualetə zəncirlədiyi 4 yaşlı qızı evə gələn qonaq xilas etdi- FOTOLAR
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
İsrail həbsxanasında 18 yaşlı müsəlman gəncin gözləri tutuldu - FOTO
Hadisə
Maykl Ceksonun fili zooparkdan qaçdı - FOTO
Cəmiyyət
“Şəhid olsam, ağlamayın...”- Mübariz İbrahimovun şəhadətindən səkkiz il ötür...
Müsahibə
“Ermənistanda heç kimin idarə edə bilməyəcəyi xaos baş verəcək” – MÜSAHİBƏ
Dünya
Metro stansiyasındakı qadının etdikləri hər kəsi heyrətə gətirdi
Həftənin ən çox oxunanları
Maşın Rozanın əlindən alındı - SON DƏQİQƏ
Xankəndi səmasına qırıcılar qaldırıldı - Düşmən “gəl-gəl” deyir... Fotolar+Video
Xalq artisti "Maşın" realiti şouda baş verənlərdən danışdı: "Bir Azərbaycan kişisi kimi utanıb yerə girirəm"
Tanınmış aparıcı canlı yayımdan qovuldu, səbəbi hər kəsi təəccübləndirdi - FOTO
Rekord sayda lüt qadın buzlu dənizdə belə çimdi... - (Video+18)
TANAP-dan danışan gənc kimin övladıdır? - FOTO+VİDEO
32 yaşında dövlət quran, 33 yaşında isə öldürülərək cəsədi dənizə atılan qəhrəman Kırım türkü - ARAŞDIRMA
Paşinyan Azərbaycanda yeni açılan erməni kilsəsinə baş çəkdi- FOTOLAR
Yarıçılpaq səudiyyəli fanat qadın və hicablı rus azarkeş qız - Futbol çempionatındakı təzadlar + VİDEO
"Ölkəni mollaxanaya çevirmək istəyənlərə qarşı dirəniş göstərməliyik" -Deputatdan çağırış...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin