Xəbər lenti
17/08/2018 [23:29]:
Maryan Şarets Sloveniyanın Baş naziri seçildi
17/08/2018 [23:19]:
Passsiv siqaret çəkməyin ölümcül riski üzə çıxdı: ALİMLƏRDƏN XƏBƏRDARLIQ...
17/08/2018 [23:11]:
Paşinyandan riyakar etiraf: "Sələflərim Qarabağı təhvil vermək istəyirdilər"
17/08/2018 [23:02]:
Cümhuriyyət parlamentinin müəllimlər üçün müyyənləşdirdiyi maaşların məbləği...
17/08/2018 [22:54]:
İsraillilər daha üç fələstinlini öldürdülər
17/08/2018 [22:49]:
“Facebook”un işində problemlər yaranıb
17/08/2018 [22:43]:
Yağı bütünlüklə tərgidib, bunlardan yararlanmaq lazımdır – 100 il yaşamaq üçün
17/08/2018 [22:40]:
İtkin düşən abituriyent sevdiyi oğlanla qaçıb
17/08/2018 [22:20]:
Həmyerlimiz Eynşteyni üstələyəcək böyük alimi belə dəyərləndirdi: “Xəyallarımızı film şəklində görə biləcəyik”
17/08/2018 [21:53]:
"Baku Bus"ın sürücüsü sərnişini xəstəxanalıq etdi - FOTOLAR
17/08/2018 [21:41]:
Ərdoğan 7-ci dəfə baba oldu
17/08/2018 [21:30]:
Putin Dağıstana rəhbər təyin etdi - Foto
17/08/2018 [21:25]:
Bütün Ermənistan küçələrə axışdı - CANLI YAYIM
17/08/2018 [21:09]:
Putindən Avstriya nazirinə kreativ toy hədiyyəsi
17/08/2018 [20:51]:
Hərbi Hava Qüvvələri helikopterləri havaya qaldırdı - VİDEO/FOTO
17/08/2018 [20:44]:
Tramp: "Türkiyə özünü pis aparır"
17/08/2018 [20:32]:
“Mediamız heç vaxt Türkiyəni Azərbaycandan ayırmayıb”
17/08/2018 [20:11]:
Son dörd gündə 87 qa­nunsuz miqrant sax­­­la­nıl­dı
17/08/2018 [20:10]:
Messinin qardaşına hökm oxundu
17/08/2018 [20:07]:
Qazaxda 3 saylı körpələr evi-uşaq bağçasının açılışı oldu -FOTOLAR
17/08/2018 [20:04]:
Şuşadan tələbələr təcrübə üçün Livana yollandı... -FOTO
17/08/2018 [20:03]:
Dünyanın ən qədim pendiri tapıldı - 3200 yaşı var
17/08/2018 [19:51]:
Tütünçülük gəlirli sahədir
17/08/2018 [19:41]:
Azərbaycandan 1000-dən çox erməni Paşinyanın mitinqinə yollandı...- Fotolar
17/08/2018 [19:36]:
“Bakmil” stansiyası ilə bağlı açıqlama - Sərnişinlərin nəzərinə!
17/08/2018 [19:17]:
“700 bal toplayanların sayının artması təhsilin keyfiyyətinin yüksəlməsi ilə bağlı deyil” – Etibar Əliyev
17/08/2018 [19:08]:
Saakaşvili Ukraynaya qayıdacağı vaxtı açıqladı
17/08/2018 [19:02]:
Əli Hüseynlinin KTMT-yə üzvlük təklifi aranı qatdı - sərt reaksiyalar
17/08/2018 [18:48]:
Prezident İlham Əliyev Lənkəranda yol tikintisinə 9,1 milyon manat ayırıb
17/08/2018 [18:14]:
BSU-da sənəd qəbulu yüksək səviyyədə həyata keçirilir
17/08/2018 [18:13]:
Bərdənin içməli su təchizatı yaxşılaşdırılır
17/08/2018 [18:08]:
Şəhid qızını avtomobillə vuraraq öldürən biznesmen oğlu azadlığa buraxıldı
17/08/2018 [17:59]:
Azərbaycanda fermerlərə daha 57,5 mln. manat subsidiya ödəniləcək
17/08/2018 [17:56]:
Azərbaycan Türkiyə-ABŞ gərginliyinin həllində vasitəçi ola bilərmi?
17/08/2018 [17:49]:
Lənkəranda tank əleyhinə mina tapıldı - FOTO
17/08/2018 [17:30]:
CNN: "Çin ABŞ-a hücum etməyə hazırlaşır"
17/08/2018 [17:26]:
Rusiya ABŞ-a nota göndərdi
17/08/2018 [17:17]:
Elmar Vəliyevin güllələnməsi ilə bağlı daha 2 nəfər həbs olundu - Rəsmi
17/08/2018 [16:55]:
Rusiya və Tükiyə müdafiə nazirləri Suriyanı müzakirə etdilər
17/08/2018 [16:54]:
Bayram Səfərov: “Koçaryanın siyasətə qayıtmasına nə edə bilərik?”
17/08/2018 [16:53]:
“Qarabağ” dərdinə dözməyən Əvəzov özünü GÜLLƏLƏDİ
17/08/2018 [16:45]:
Qənirə Paşayeva Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı etdi
17/08/2018 [16:44]:
Bələdiyyə sədri üç min manat cərimələndi
17/08/2018 [16:41]:
Türkiyənin ətrafında ABŞ-a qarşı yeni ittifaq formalaşır - RƏY
17/08/2018 [16:35]:
"Balanslaşdırılmış xarici siyasət hazırki məqamda ən optimal siyasətdir"
17/08/2018 [16:27]:
Bakıda avtobusda qadının arxasına toxundular: dava düşdü - VİDEO
17/08/2018 [15:56]:
Kərimin hamam xalatında FOTOSU yayıldı
17/08/2018 [15:51]:
Azərbaycana gələn ərəblərin sayı 100 dəfə artdı
17/08/2018 [15:45]:
Tovuzda evdən pul və 15 min manatlıq qızıl oğurlandı
17/08/2018 [15:33]:
"Koçaryanın azadlığa çıxması Qarabağ klanının Paşinyana asanlıqla boyun əyməyəcəyinə işarədir"
17/08/2018 [15:21]:
Şərəfli və müqəddəs müəllim peşəsini seçənlər...
17/08/2018 [15:20]:
Nazirdən ƏMR: Polis gücləndirilmiş rejimdə işləyəcək
17/08/2018 [15:20]:
“Qeyrətimiz, namusumuz varsa, hamımız qalxıb torpaqlarımızı işğaldan azad etməliyik”
17/08/2018 [15:19]:
Azərbaycan Ordusu Qarabağda əməliyyat keçirməyib – RƏSMİ
17/08/2018 [15:16]:
Pənah Hüseyn və İsgəndər Həmidov Koçaryanı müdafiə etdi...
17/08/2018 [15:14]:
Səudiyyə Ərəbistanı Rusiyadan quş əti idxalını dayandırdı
17/08/2018 [14:58]:
Bulvarın bu hissəsi pullu oldu - Səbəb isə...
17/08/2018 [14:55]:
Azərbaycanda əhalinin sayı 10 milyonu nə vaxt ötəcək?
17/08/2018 [14:44]:
Maqomayevin taleyinin qaranlıq məqamları - FOTO/VİDEO
17/08/2018 [14:22]:
Alimlər sübut etdilər: Kişilər qadınlardan daha ağıllıdır
17/08/2018 [14:18]:
Ankara Vaşinqtonun yeni sanksiyalarına cavab verdi
17/08/2018 [14:10]:
Parkda gəzən uşağı ildırım vurdu - VİDEO
17/08/2018 [14:07]:
“Azərxalça”nın Xaçmaz filialında 100-cü xalça kəsildi
17/08/2018 [14:05]:
Bacısının paylaşımı Hadisəni özündən çıxardı
17/08/2018 [14:00]:
Meşəni yandıranlara atəş açmağa icazə verildi
17/08/2018 [13:53]:
Dünyanın ən kasıb eks-prezidenti təqaüdə çıxdı
17/08/2018 [13:51]:
“Azərbaycan KTMT-ya qoşula bilməz”
17/08/2018 [13:49]:
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
17/08/2018 [13:24]:
Mehman Hüseynovun məhkəməsinin vaxtı bəlli oldu
17/08/2018 [13:22]:
Əkizlərdən biri öldü, digərinin vəziyyəti ağırdır - Bakıda
17/08/2018 [13:18]:
“Azərbaycan Rusiyanın yaratdığı KTMT-yə üzvü ola bilər” - Deputatın açıqlaması müzakirələrə səbəb oldu
17/08/2018 [13:18]:
“Siyasi məhbusların azadlığı cəmiyyətdəki ab-havaya öz müsbət təsirini göstərir”
17/08/2018 [13:07]:
Ermənistanda yeni həbslər
17/08/2018 [13:06]:
Koçaryan Rusiyasız Ermənistanın nə olduğunu Paşinyana xatırlatdı
17/08/2018 [13:04]:
“Qarabağ”-“Şerif” matçının başlama vaxtı bəlli oldu
17/08/2018 [12:50]:
"Bu işi ərsəyə gətirmək üçün canımı qoyacam” - Natəvanı canlandıracaq rəqqasə...
17/08/2018 [12:50]:
Qərbi Kaspi Universiteti II tur üçün qəbul elan edir
17/08/2018 [12:42]:
"Nə vaxta qədər ki, Rusiya işğaldakı torpaqların azadlığını Ermənistandan tələb etməyib..."
17/08/2018 [12:40]:
Naxçıvanda toyların "sladkiy stol" formatında keçiriləcyi xəbəri uydurma imiş - RƏSMİ
17/08/2018 [12:33]:
Emomali Rahmon Özbəkistanda səfərdə - 17 il sonra ilk
Bütün arxiv bir sırada
26/05/2018 [10:24] - Cəmiyyət - ( 3576 dəfə baxılıb)

“Mənim tutularaq Bakıya gətirildiyimi xəbər alınca... ”- Rəsulzadənin Stalinlə bağlı xatirə yazısı



Moderator.az Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi və “Xalq Cümhuriyyəti” ili ilə bağlı Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin Stalinlə bağlı xatirə yazılarını silsilə şəkildə təqdim etməyə davam edir. Bu dəfə M.Ə.Rəsulzadənin Bakıda “Osobı Otdel” həbsxanasında yazısını təqdim edirik.  

“1917-ci ildə hökümət rəisi Lenin və millətlər komissarı Stalinin bəyannaməsi ilə Sovet höküməti Rusiya imperatorluğu daxilində bulunan böyük-kiçik bütün millətlərin öz müqəddəratını və istərlərsə Rusiyadan ayrılaraq özlərinə məxsus müstəqil bir dövlət də qura biləcəklərini təmin edirdi. 

Təntənəli şəkildə ifadə olunmuş bu aydın deklarasiyaya rəğmən, 28 may 1918-ci ildə milli istiqlalını elanla hakimiyyət haqqında malik milli bir dövlət halına gələn Azərbaycan xalq cümhuriyyətinin hüdudları Moskvadan göndərilən Qızıl Ordu hissələri tərəfindən zorlanmış 27 nisan (aprel) 1920-ci ildə məmləkət qızıl rus hissələri tərəfindən istila edilmişdi. 

Cümhuriyyət hüdudları (sərhədləri) üstün qüvvələrlə keçirilmiş, hər cür müqavimət hərəkatları amansız surətdə basdırılmışdı. Qızıl Ordunun aktiv yardımı ilə məmləkət sovetləşdirildi. Yəni sözdə Azərbaycan cümhuriyyəti ünvanı mühafizə edilirdisə, işdə demokratik milli bütün müəssisələr ortadan qaldırılır; liderlər təqib olunur, qızıl istila terroru hər tərəfi qovururdu. Fövqəladə ixtilal məhkəməsi mənasına gələn “Çrezvıçayka” cəza makinəsi (maşını) durmadan çalışır (işləyir), gözdə bulunan bütün münəvvərlər biri-biri arxasından yaxalanaraq zindanlara atılır, bir qismi də əlli-ayaqlı ortadan qeyb olurdular. Qızıl qasırğa devirmədik milli bir müəssisə, kəsmədik bir şəxsiyyət buraxmırdı. 

Bakıda “Osobı Otdel” bəhsxanasında 

Bu şərtlər daxilində bir müddət saxlandıqdan sonra əski mücadilə arkadaşlarımdan mərhum Kazımzadə Abbasqulu bəylə bərabər Bakını tərk etmiş, əski Şirvan vilayətinin mərkəzi Şamaxı civarında Qafqaziya sıra dağları ətəyində Lahıc deyilən bir yerdə gizlənmişdik. 

Bulunduğumuz yeri bir sui-təsadüf nəticəsində kəşf edilmiş, yaxalanaraq Bakıya geri gətirilmiş və o zaman Çeka deyilən siyasi polis müəssisəsinin fövqəladə işlər şöbəsi olan “Osobı otdel”ə təslim edilmişdik. “Osobı otdel”də bizi həbsxana halına gətirilən əski, böyük bir binanın bir otağına qapadılar. Otaq deyib üstündən keçməyək. Zatən bu qoca binanın təsəvvür edilə biləcək adi bir otağı deyildi. Bayağı bir mətbəx idi. Alt qatda günəş görməyən qaranlıq bir mətbəx otağı. Yeri asfalt olan bu otaqda yataq və ümumiyyətlə, mebel namına heç bir şey yoxdu. Üstümüzə üzərimizdəki yay paltosunu çəkə bilsək də altımıza döşəyəcək bir şeyimiz yox idi. 

İlk düşüncəmiz quru asfalt üzərində yatmamaq üşün bir çarə aramaq idi. Qaryola-filan (çarpayı) aramaq əbəsdi. Mən də, arkadaş Abbasqulu da çarlıq dövrünün həbsxanalarını boylamış adamlar idik. O zaman da asfalt zəmin üzərinə yataqlarımızı sərər, eləcə yatardıq. Fəqət indi sərəcək yataq da yoxdu. Qardiyanlara (gözətçilərə) vücudumuzu soyuq yerdən ayıracaq bir şey bulunmazmı, deyə maraqlandıq. Bir çarə bulundu. Həyətdə bir neçə yeşik vardı. Bunları bizim ricamız üzərinə Qızıl Ordu nəfərləri dərhal sökdülər və parçalarını bizə verdilər. Bunları altımıza döşəyərək eləcə yatdıq. 

Bir-iki gün iki yoldaş mətbəxin yeganə sakinləri idik, iki gün sonra “mətbəx ailəsi” yeni gətirilən bir-iki “müsafir”lə də bollaşdı. Bunlardan şəhərdə olub-bitənlərdən bir dərəcə məlumatlandıq. Paytaxta gətirildiyimiz əhali üzərindəki ilk əks-təsirinə vaqif olduq. Bunlar bir tərəfdən üzücü, bir tərəfdən də sevindirici idi. Cəlladlığı ilə hər tərəfə qorxu təlqin edən Pankratov kimi birisinin müdir bulunduğu “Osobı otdel” həbsxanasındakı müqəddəratımız hər kəsi əndişədə buraxır və mümkün olacaq hər cür fənalıqları önləmək üçün hər kəs əlindən gələn təsiri-icradan geri qalmırmış. 

Mətbəxdə bulunduğum üçüncü və dördüncü günü idi. İlk dəfə olaraq xarici aləmlə bir növ təmas hasil oldu. Bizi tutulduğumuz yerdən Bakıya qədər ötürən birisi vardı. İsmini Zərgər deyə qeyd edəcəyim bu adam əskidən Bakının baş caddələrindən birində zərgər mağazası tutardı. İndi bolşeviklərin özəl (xüsusi) işlərinə xidmət edən bir vəzifədədir. Ümumi əfkar onu “bolşevik casusu” deyə tanıyır. İndi bu “casus” bizi mətbəxdə ziyarət etdi. Məqsədi bizdən bir “rekomendasiya” almaqdır. Şəhərdə hər kəs onu bizə qarşı pis rəftar etməkdə ittiham edirmiş. Halbuki bizimlə nə qədər yaxşı rəftar etdiyinə şəxsən biz şahidik. Həm də buraya bir neçə sərbəst buraxılacağımızı muştuluqlamaq üçün gəlibmiş. Yalnız bir rucası var, hər cür dedi-qoduya bir xatimə vermək üçün mən ona bir kağız verim və bu kağıza ondan məmnun olduğumu söyləyim, ta ki, o boynu onu tənqid edənlərə göstərsin, onu bizə pislik deyil, yaxşılıq yapmış olduğunu isbat etsin. Onu təskin etdim: “Söylənənlərə əhəmiyyət vermə - dedimş.
-Madam ki, bir neçə gündən sonra hüriyyətə qovuşacağıq, o zaman bir ziyafət verər, orada sizin bizə nə qədər yaxşılıq etdiyinizi deyərik, məsələ bitər”. Beləcə əcaib bir şəkildə istənilən etibarnaməni rədd etdik. 

Eyni gündə bizə evdə bir paket içində yemək göndərilmişdi. Yeməklər biz qəzet kağızına bökülmüşdü. Bu kağız bir neçə gün əvvəl intişar edən türkcə “Komunist” qəzetinin nüsxəsi idi. Bizim durumda olan bir adamın bu qəzeti nə cür bir ciddi cəhdlə oxuyacağını, şübhəsiz, təxmin edirsiniz. Qəzetə dərhal bir göz gəzdirdim. Azərbaycan Sovet hökümətinin sədridir. Nəriman Nərimanovun imzası ilk səhifədə rəsmi bir məlumat vardı. Məlumatın xatirimdə qalan mətnini əslinə yaxın bir şəkildə burada nəql edirəm: “Məmməd Əmin Rəsulzadəni vilayətlərdə hər cür təhlükədən qorumaq məqsədi ilə Sovet höküməti onun paytaxta gətirilməsinə qərar vermişdir. Burada isə həyatı əmniyyət altındadır, əhalinin bu xüsusda əmin olmasını və həyəcana düşməsini tövsiyyə edirik”. 

Bu xəbər mətbəxə gələn yeni “müsafir”lərin anlatdıqlarını təsdiq mahiyyətində idi. Əski Zərgərin əldə etmək istədiyi “hüsni-hal vəsiqəsi” də bununla bağlı olacaqdı. Sonralar öyrəndiyimə görə bu günlərdə İran məşrutə hərəkatında mənimlə bərabər çalışdığım Heydər xan Əmioğlunun da böyük bir əlaqəsi olmuşdur. Heydər xan İranın ən yaxın tarixində mühüm rol oynamış qafqazlılardan biridir. O, İran məşrutəçiləri arasında “Heydər xan Bombi” (Bombaçı Heydər xan) deyə məşhurdur. Vaxtilə Tehranda Qacarlardan Məhəmməd Əli şahın baş naziri məşhur irticaçı Əminüd-dövləni öldürən fədai Abbas ağaya bombanı verən o idi; bunun kimi Təbrizdə yenə məşrutiyyət mücadilələri arasında şah tərəfdarı, məşhur irticaçı Şücaüddövləni poçt ilə göndərdiyi bir “cəhənnəm makinası” ilə partladan da odur. Bir terrorist və bir inqilabçı olaraq onun mücahidlər üzərində dərin bir nüfuz və təsiri vardı. O zaman İran inqilab hərəkatlarında şah tərəfdarı əski rejimlərə qarşı mücadilədə yerli tərəqqipərvərlərlə yaxından əlaqəsi olan bu Heydər xan indi Bakıda olur və başındakı bir qrup mücahidlərlə İran hərəkatlarına iştirakla əlaqədar bəzi kombinasiyalar düşünürmüş. Mənim tutularaq Bakıya gətirildiyimiz xəbər alınca, İrandakı məşrutiyyət hərəkatı zamanı yaranmış dostluq naminə həmən hərəkətə keçmiş, başda dr. Nəriman olmaq üzrə Sovet Azərbaycanının bütün nüfuzlu şəxslərinə baş vuraraq, “Məmməd Əminin başından bir tük belə əskik olmamalıdır!” demişdi. 

Anormal “mətbəx həyatı” yavaş-yavaş özünəməxsus bir forma alır. Saatlar saatı, günlər günü qovalayır. Gələn yeni “müsafirlərdən” duyulan cürbəcür söyləntilərdən gündəlik “hədavislər” alır, müqəddəratımızı gözləyirik. Bütün bunları və mətbəximizdə öz formasını alan hər şeyi burada təfsir etmək niyyətində deyiləm. Buradakı məhrumiyyətləri, yemək deyə verilən bulaşıq suyu andıran şorbalar və sairə üzərində də durmaq istəmirəm. Mövzum ümumi xatirat yazmaq deyildir. Təfərrüata yalnız ələ aldığım əsl mövzu ünsürlərini bir-birinə bağlamaq surətilə təmas edirəm”.

Vasif Əlihüseyn 

Mənbə: M.Ə.Rəsulzadənin “Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri”.

Paşinyandan riyakar etiraf: "Sələflərim Qarabağı təhvil vermək istəyirdilər"
"Koçaryanın azadlığa çıxması Qarabağ klanının Paşinyana asanlıqla boyun əyməyəcəyinə işarədir"
Oxu, Alim...
Heroin komasına girdilər, körpələri ölümdən son anda xilas oldu - DƏHŞƏT...
Jirinovski: "Krım da, Qarabağ da, Abxaziya da, Dnestryanı da bizimdir..."
İdrak Liseyi - Keyfiyyətli təhsil
Nabranda ailəvi istirahət üçün kotec tipli kirayə evlər. Ətraflı məlumat üçün əlaqə nömrələri:

050 311 11 64, 055 681 11 64

N.Tusi adına Klinika
Cəmiyyət
Cümhuriyyət parlamentinin müəllimlər üçün müyyənləşdirdiyi maaşların məbləği...
Cəmiyyət
Yağı bütünlüklə tərgidib, bunlardan yararlanmaq lazımdır – 100 il yaşamaq üçün
Cəmiyyət
“Qeyrətimiz, namusumuz varsa, hamımız qalxıb torpaqlarımızı işğaldan azad etməliyik”
Dünya
Parkda gəzən uşağı ildırım vurdu - VİDEO
Cəmiyyət
Hadi Rəcəbli barəsində yazanlara xəbərdarlıq etdi: “Bu qədər şərəfsiz hərəkət etmək olmaz”
Həftənin ən çox oxunanları
Yaponların başqa planetdə yaşadığını sübut edən 30 heyrətamiz fakt - FOTOLAR
Suya tullanan Nigar Camalın sinəsi çöldə qaldı - VİDEO
“Hansısa ərəbin mənim şəhərimdə hoqqa çıxarmağa nə ixtiyarı var?!” - VİDEO
Ərdoğan Trampa QALİB GƏLDİ: dollar sürətlə düşür
Bakıda "moyka"da biabırçılıq: qızı lüt soyundurub maşın yuduzdurdular – VİDEO
“İstanbul təslim olarsa, nə Bakı qalar, nə Astana, nə Daşkənd, nə Aşqabad...” -Fikir savaşı
Şagirdlər kütləvi şəkildə dəfn olundular – Faciənin fotosu
Gənc müəllim əlini qadınlara vurmadığına görə işsiz qaldı - Rəzalət - FOTO
“Böyükdən kiçiyə qədər onlara tüpürmüşəm...” - Xalq artisti televiziya rəhbərlərini sərt qınadı...
"Səhv etmirəmsə, Şeyxülİslam Allahşükür Paşazadə də Baqramyanla bərabər gəlmişdi"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə