Xəbər lenti
19/06/2018 [10:26]:
Göy üzündə bu qədər ulduz görməmisiniz... - FOTOLAR
19/06/2018 [10:13]:
Tramp Çini 200 milyard dollar ziyana salacaq
19/06/2018 [10:09]:
Rusiyadan gəldiyi gün Bakıda bıçaqlandı
19/06/2018 [10:08]:
Dünya Çempionatında bu gün daha 3 oyun keçiriləcək
19/06/2018 [09:38]:
Xorvatiya millisində ara qarışdı - Hücumçu komandadan qovuldu
19/06/2018 [09:38]:
İsrail həbsxanasında 18 yaşlı müsəlman gəncin gözləri tutuldu - FOTO
19/06/2018 [09:25]:
2018-Dünya Çempionatının çılğın qadın azarkeşləri - FOTOLAR
19/06/2018 [09:22]:
Sarkisyan və Koçaryanın fəxri adları ləğv olundu
19/06/2018 [09:20]:
Futbolçuları daşıyan təyyarə alovlandı - Dünya çempionatında
19/06/2018 [09:20]:
Bir məsciddə eyni vaxtda 2 milyon müsəlman Quran oxudu...- İbrətamiz- FOTOLAR
19/06/2018 [09:13]:
Göyçayda xırdabuynuzlu heyvanlar kütləvi tələf olur - VİDEO
19/06/2018 [09:10]:
Kürdə 16 yaşlı gənc batdı
18/06/2018 [23:45]:
Uduşa qoyulan maşın xeyriyyə məqsədilə verilərsə...
18/06/2018 [23:24]:
Şəkil çəkdirmək üçün şəlaləyə dırmaşdı, yıxılaraq həyatını itirdi - VİDEO
18/06/2018 [23:16]:
İranda etirazlar: qadın küçədə hicabı açdı və... - Video
18/06/2018 [23:10]:
İtaliyada göldə boğulan azərbaycanlı tələbənin cəsədi tapıldı
18/06/2018 [23:01]:
"Zamin Hacının telekanalizasiya anlayışı özünü doğrultdu": MÜDRİK PROQNOZ...
18/06/2018 [22:56]:
Maykl Ceksonun fili zooparkdan qaçdı - FOTO
18/06/2018 [22:55]:
Bakı metrosunda geyiminə görə qızı döymək istədilər - VİDEO
18/06/2018 [22:23]:
Millət vəkili dünyanın nüfuzlu təşkilat rəhbərlərinə ölkəmizlə bağlı geniş məlumatlar verib
18/06/2018 [22:23]:
Anasının tabutunun altında qalaraq həyatını itirdi - FOTO + VİDEO
18/06/2018 [22:17]:
Hadisənin bilinməyən xəstəliyi...
18/06/2018 [22:11]:
Tramp: "ABŞ-da qaçqın düşərgəsi olmayacaq"
18/06/2018 [22:09]:
Kənd Təsərrüfatı Nazirliyində daha bir təyinat...
18/06/2018 [22:09]:
DÇ-2018: Belçika yığması Panamaya qalib gəlib
18/06/2018 [22:05]:
“Mübariz mövzusu bir zəncirdi...”- Milli Qəhrəmanın qardaşı...
18/06/2018 [21:53]:
Qırğızıstanın sabiq baş naziri həbs edildi
18/06/2018 [21:47]:
Erməni dığa və harsınları Daşaltı dərəsində ilk asma ayaqkörpüsü saldıqları üçün sevindilər - FOTOLAR
18/06/2018 [21:21]:
Abşeronun ən təmiz çimərliyindən- Reportaj+FOTOLAR
18/06/2018 [21:08]:
Nikola Kaliniç Xorvatiya yığmasından qovuldu
18/06/2018 [21:04]:
İndoneziyada göyərtəsində 80 sərnişin olan gəmi batıb
18/06/2018 [21:02]:
Argentinalı senatorun arvadı və oğlu ölü tapılıb
18/06/2018 [20:40]:
“Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz”
18/06/2018 [20:25]:
Ət kəsiminin sanitar normaları açıqlandı
18/06/2018 [20:04]:
Gürcüstanda “qanuni oğru” əməliyyatı: “Çalbaş”, “Drel” və “Odo”nu Lotu Quliylə nə birləşdirib? - TƏFƏRRÜAT
18/06/2018 [20:02]:
Xudatda narkotacir ələ keçdi - FOTO
18/06/2018 [20:01]:
Quşadasında fahişə əməliyyatı: Azərbaycanlı qadınlar tutuldu
18/06/2018 [19:59]:
Sürücünün ürəyi getdi, avtobus ən son anda qəzadan qurtuldu - VİDEO
18/06/2018 [19:58]:
Xızıda çobanları ildırım vurdu
18/06/2018 [19:50]:
Ağsu və İsmayıllıda işıq hər yerdə bərpa ediləcək - “Azərişıq”
18/06/2018 [19:11]:
Günay Bank qalmaqalı ilə bağlı yeni iddialar və məlumatlar
18/06/2018 [19:03]:
Salyanda DƏHŞƏT: İki gənc intihar etdi
18/06/2018 [18:59]:
“Ermənilərin Manvel Qriqoryanla bağlı “razborkasına” qarışmamalıyıq”
18/06/2018 [18:54]:
“Şahzadəyə dedim ki, qızıma əl qaldırma...”
18/06/2018 [18:38]:
Paşinyanın yeni səngər fotosessiyası yayıldı – Azərbaycan torpaqlarında... (Fotolar)
18/06/2018 [18:06]:
Palata: ““Günay Bank”la bağlı yayılmış məlumatlar əsassızdır”
18/06/2018 [17:42]:
Təbii fəlakət Xankəndidə dağıntılara səbəb oldu- FOTOLAR
18/06/2018 [17:34]:
Yatağından yıxılan “Yeşilçam” ulduzu xəstəxanalıq oldu
18/06/2018 [17:32]:
Türk əsgərləri Suriyanın Menbiç şəhərinin ətrafına daxil oldu
18/06/2018 [17:29]:
Dünya Çempionatını izləyən aktyorun beyninə qan sızdı
18/06/2018 [17:16]:
Azərbaycanlıların qatili olan erməni generala daha bir şok: oğlu da istefa verdi - VİDEO
18/06/2018 [17:05]:
Xoyskinin anasının Nərimanova yazdığı məktub: ”Oğlumu mənə qaytarın”
18/06/2018 [17:02]:
Raket-artilleriya bölmələrimiz istənilən anda aeroportun infrastrukturunu məhv edə bilər - HƏRBİ EKSPERT
18/06/2018 [17:00]:
V Beynəlxalq Qarabağ Forumu keçiriləcək
18/06/2018 [16:58]:
Britaniya kral ailəsində ilk “mavi” toyu
18/06/2018 [16:56]:
“Audi” şirkətinin rəhbəri həbs olunub
18/06/2018 [16:49]:
Erməni qızlar üsyan etdi — “Ermənilər kişi deyil, biz Azərbaycan kişilərini istəyirik” - VIDEO
18/06/2018 [16:45]:
Avropa İttifaqı Krımla bağlı sanksiyaların müddətini uzadıb
18/06/2018 [16:43]:
Ekspert: "Qarabağdakı aviaşou Paşinyanın zəifliyinin göstəricisidir"
18/06/2018 [16:34]:
İstanbulda göydən pul yağdı, vətəndaşlar axın etdi – VİDEO
18/06/2018 [16:32]:
"Bu faktlar bizə onu deyir ki, Qərb Ərdoğanın qələbəsini satın alır..." - TƏHLİL...
18/06/2018 [16:32]:
İŞİD Suriyada əsas istinadgahını itirib
18/06/2018 [16:20]:
Son 3 gündə yollar 4 can aldı - 18 yaralı
18/06/2018 [16:19]:
Leysan İsmayıllının 66 kəndini, Ağsunun 70%-ni işıqsız qoydu
18/06/2018 [16:18]:
Türkiyənin keçmiş naziri dünyasını dəyişdi
18/06/2018 [16:16]:
“Atasının ölümünə səbəb Aytacdır” - Müğənninin ögey anası+Video
18/06/2018 [16:14]:
“Mübariz Mənsimovu şər-böhtanlara hədəf seçmək – ERMƏNİ DƏYİRMANINA SU TÖKMƏKDİR...”
18/06/2018 [16:02]:
"Paşinyan siyasətlə yox, Feysbukda "layk" yığmaqla məşğuldur"
18/06/2018 [15:54]:
Atasının tualetə zəncirlədiyi 4 yaşlı qızı evə gələn qonaq xilas etdi- FOTOLAR
18/06/2018 [15:29]:
Seks-robot naz edir, inciyir, “yox” da deyə bilir...- FOTO
18/06/2018 [14:29]:
Putin mübahisələrə nöqtə qoydu: “Rus qadınları Dünya Kubokuna gələn turistlərlə...”
18/06/2018 [14:23]:
“Şəhid olsam, ağlamayın...”- Mübariz İbrahimovun şəhadətindən səkkiz il ötür...
18/06/2018 [14:16]:
“Ermənistanda heç kimin idarə edə bilməyəcəyi xaos baş verəcək” – MÜSAHİBƏ
18/06/2018 [13:59]:
Kütləvi çılpaq çəkilişə icazə verildi - FOTOLAR
18/06/2018 [13:58]:
Metro stansiyasındakı qadının etdikləri hər kəsi heyrətə gətirdi
18/06/2018 [13:54]:
XİN-dən azərbaycanlı əsirlərə işgəncə verən erməni generalın həbsinə MÜNASİBƏT...
18/06/2018 [13:32]:
Аzərbaycanlı milyarderin obyektində dəyəri on milyonlarla ölçülən toy oldu: kimlər gəldi, nələr etdi...
18/06/2018 [13:29]:
Şimali və Cənubi Koreya arasındakı müharibəyə bu tarixdə SON QOYULACAQ
18/06/2018 [13:21]:
Gürcüstanda "Lotu Quli"nin adamları saxlanıldı
18/06/2018 [13:20]:
Bakıda intihara cəhd - Özünü damdan atmaq istədi
Bütün arxiv bir sırada
26/05/2018 [13:22] - Cəmiyyət - ( 1396 dəfə baxılıb)

QHT sədrindən millət vəkilinə cavab...

Yaxud bir daha Qaçaq Nəbi, Qoçaq Həcər haqqında


“Qaçaq Nəbi Azərbaycan cəmiyyətinin yaddaşında Sovet dövrünün şişirdilmiş qəhrəman obrazlarından biridir”- deyən Milli Məclisin üzvü Fazil Qəzənfəroğluna “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri Hacı Nərimanoğlu cavab verib.

QHT sədrinin saytımıza göndərdiyi cavab yazısını təqdim edirik:

F.Qəzənfəroğlunun yanaşması doğru deyil. Qaçaq Nəbi “Sovet dövrünün şişirdilmiş” yox, əksinə “kiçildilmiş” qəhrəmanıdır, həm də “obraz” yox, 122 il bundan əvvələ qədər yaşamış  canlı tarixdir, doğulduğu il, nə vaxt, niyə qaçaq düşdüyü də, Azərbaycanın o tay, bu tayında kimlərlə hansı günlərdə savaşa girdiyi, kimləri, nə qədərini  necə cəhənnəmə vasil etdiyi, kimlərin xəyanətkar əlilə, nə vaxt, harda, hansı gündə  qətlə yetirildiyinə qədər bəlli olan yaxın tariximizdi, həm də şərəfli, şöhrətli tariximizdi Qaçaq Nəbi, qoçaq Həcər adı, mübarizəsi, mücadiləsi   (https://az.wikipedia.org/wiki/Qaçaq_Nəbi). 

Peterburq, Tiflis, İran, Türkiyə, Bakı arxivlərində çox sayda sənədlər, XIX əsrə aid arxiv materialları aşağıda haqqında bəhs edəcəyim yanaşmalarla, tarixi faktlarla üst-üstə düşür. Bunlara bələd olmadan, indiyədək yazılan tədqiqatları  bilmədən Qaçaq Nəbi haqqında danışan, yazan “hərşeyşünas”larımızın halına yazıqlar olsun.  

Azərbaycan istiqlal məfkurəsinin və dünyəvi, demokratik Azərbaycan Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadə  “Azərbaycan tarixində qaçaq hərəkatı” məqaləsində yazır: “Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir....XIX əsrin ikinci yarısında igidlikləri ilə hörmət qazanan qaçaqlardan zəngəzurlu Qaçaq Nəbini əlimizdə olan məlumatlara və eşitdiklərimizə əsaslanaraq anlatmaq istəyirik. Zəngəzur və Qarabağda qorxmadan partizan müharibəsi aparan Qaçaq Nəbinin… əsas düşmənləri çar rejimi, xanlar və bəylər idi. O bu mübarizədə kasıbları və onların hüquqlarını müdafiə edirdi. Nəbinin mübarizə apardığı ərazi Zəngəzur və Naxçıvan vilayətləri idi. İstismarçı imperializmə və rus çar rejiminə qarşı mübarizə aparan qaçaqlara xalq yaxından köməklik edir, onlarla fəxr edirdi. Xalq onları ərzaqla təmin edir, yeri gəldikdə gizlədirdi. Nəbi uzun müddət rus kazakları ilə vuruşur, sıxışdırıldığı zaman İrana və Türkiyəyə sığınırdı. Çar idarəsi bu hərəkatı yatırtmaq üçün bütün vasitələrə əl atırdı...dastanlarda “Nəbi urusları burda qoymadı” misrası olduqca çox işlədilir. 1896-cı ilin mart ayında Nəbi Kərbaladan dönərkən Türkiyə ilə İran sərhəddi arasında olan Larni kəndində rus cəsusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olur. Nəbinin xatirəsi indi də Azərlərin qəlbində yaşayır. Onun qəhrəmanlığını əks etdirən dastanlar söylənilir.” (www.rasulzade.org).

Zəngəzur qəzasının sonuncu qazısı, tarixçi, folklorşünas Bəhlul Bəhcət hələ sovet ideologiyasının tam və qəti qələbə çalmağı,  repressiyaların tüğyan etmədiyi  1920-ci illərdə yazdığı “Qaçaq Nəbinin tarixi” (vəsiqə və sənədlər üzrə)” kitabında M.Ə.Rəsulzadənin bu fikirlərini eynən çoxsaylı faktlarla sadə bir dildə yerli-yataqlı  yazıb, Qaçaq Nəbinin mübarizəsinin hədəfi barədə hər iki  zəka sahibi biri-birindən xəbərsiz eyni qənaətə gəliblər. B.Bəhcət Qaçaq Nəbinin müasiri, həmyerlisi, onu və dəstəsindəkilərin əksəriyyətini yaxından tanıyan, mübarizəsinin məramını, yönünü yaxşı bilən əqidəli insan idi. 80 ildən bəri arxivdə gizli saxlanmış 290 səhifəlik o kitabı nöqtə-vergülünə dəymədən (“Çıraq” nəşriyyatı, 2011) bu sətirlərin müəllifinin də 10 səhifəlik təqdimatı ilə nəşr etdirdik. Həm də bu düşüncə ilə ki, xalq öz qəhrəmanını daha yaxından tanısın, düzü əyridən seçsin, bu binəva xalqın keçmişinin üstündəki qara pərdələrin bir qismi də aradan qaldırılsın, Araz, Təbriz, Qarabağ, İrəvan, Zəngəzur kimi yaraları olan millətin tarixinin təkcə qırılmalardan, məğlubiyyətlərdən, can, mal, torpaq itkilərindən ibarət olmadığı görünsün. 

Kitabın 55 başlıqda verilmiş fəsillərinin adlarına baxın, hörmətli Fazil bəy! “Qaçaq Nəbinin Xinzirəyə hücumu və Bedrus bəylə keşişi öz evində öldürməsi”, “Qaçaq Nəbinin dağbəyi Ginkor Qrikoru öldürməsi”, “Xuçmanski Lütvəli bəyi öldürməsi”, “Nəbinin qardaşı Mehdinin Ordubadın Qarçevan kəndində ermənilər tərəfindən öldürülməsi”, “Maltəpə Sarımsaqlıda Naxçıvan naçalniki Slovenki və Zəngəzur naçalniki Səlim bəylə döyüşü”, “Əliquluşağında erməni tacirlərin xəyanəti və öldürülməsi”...Çətəndaş, Güllü Pir, Qoparandağ, Qısırdağ davası, Kürdlər kəndində, Ərikli dağ, Murov, Dikpilakanda və digər savaşlarında qarşısında duran çarizmin yerli məmurları idi. Qaçaq Nəbinin işi, mücadiləsinin hədəfi  çar Rusiyasının yerli məmurları, erməni hampaları idi. Qacarlar İranı, Osmanlı dövlətindən Rusiyanın köçürüb Qarabağ, o cümlədən Zəngəzurun ən barlı-bərəkətli torpaqlarına yerləşdirdiyi qudurğan, arxalı köpəklər-ermənilər idi, çarizmin naçalnik, pristav, kazakları idi, onlara yol göstərib yel, əlinə bel verən, “maşa” tutan sapı özümüzdən olan baltalar idi. Özünüz düşünün, heç Sovet, KQB, bolşevik rejimi, Azərbaycanın bütün idarəetmə, güc strukturlarında özlərinə güclü şəbəkə qurmuş daşnak tör-töküntüləri imkan verərdimi ki, Qaçaq Nəbi adı, mübarizəsi reallıqda olan kimi siz deyən kimi “şişirdilmiş”  göstərilsin. Mütləq yalan, böhtan, uydurma, əks şişirtmələrlə onun mübarizəsinin səmti dəyişməliydi, gözdən salınmalıydı, kiçildilməliydi, üstünə “quldur” etiketi yapışdırılmalı idi. Sovet ideologiyasına müsavatın qənimi, bolşeviklərin qanlı əli Qatır Məmməd kimilər sərf edirdi, Nəbi, Həcər, Tavat, Təhməz, Samuxlu Məmmədqasım, Şəkli Mustafa bəy Əlicanbəyov kimilər yox.

Sovet ideoloji təsirinə düşməmiş M.Ə.Rəsulzdə və Bəhlul Behcət Qaçaq Nəbi haqqında fikirlərində xalqın ona olan sevgi, məhəbbətinin də məhz buradan qaynaqlandığını yazırdılar.  Xalq məhəbbətinin tərcümanı olan el aşıq, şairləri də  nəğmələrində Qaçaq Nəbi düşmanlarının “urus”, naçalnik, pristav, kazak, saldat, erməni olduğunu görüb yazırdılar,  vurğunu da əsas bunun üstünə tuşlayırdılar:
 
Qazamata çəkib urus hasarı,
Dörd yanı çevrəmə qurulub barı.
Nəbinin sədası düşüb hər yana,
Naçalnik, pristav oldu yan-yana.

Qazamatın yanı tökmə qaladı,
Saldat da bir yandan yaman bəladı.
Üçtəpə düzündən qopubdur sazaq,
Düzülüb qarovul saldatla kazak.

Nəbinin birçəyi oyma-oymadı,
Qırdı saldatları, birin qoymadı.
Həcər də Nəbidən geri qalmadı.
Bu davada Nəbi tufan eylədi
Kazakları qırıb fiğan eylədi.
Burda Nəbi yenə bir ad eylədi
Erməni Ginkuru bidad eylədi  və sair.

Bilməyənlər üçün xatırladım  ki, Bəhlul Bəhcət 1918-ci ildə yazdığı “Cihad Bəyannaməsi” ilə xalqı bolşevik, daşnak güruhuna qarşı mübarizəyə qaldırıb, Andronik, Dro, Nijde kimi terrorbaşılarına qarşı əldə silah savaşıb, özünün yaradıb rəhbərlik etdiyi fədailər dəstəsi ilə Sultan bəylə, Aslan bəylə çiyin-çiyinə Andronikin top-tüfəngli 10 minlik nizami qoşununa qarşı əlində silah mücadilə aparıb, iki il  Zəngəzurda bolşevikləşməyə imkan verməyib, 1924-cü ildə tutularaq birinci dəfə tam 10 il Bayıl həbsxanasında saxlanıb, M.C.Bağırovun şəxsi israrına rəğmən də, sovet hakimiyyətini qəbul etməsə də, həbsxanada onun zəkasından istifadə edilib, ərəb, fars, rus dillərini kamil bildiyindən elmi-fəlsəfi, siyasi ədəbiyyatlardan tərcümələr etməyinə şərait yaradılıb, Quranı, “Şahnamə”ni ilk dəfə orijinaldan dilimizə tərcümə edib (bizim ilahiyyatçı və alimlərimizin bəzilərinin bu faktlardan xəbərsizliyi acı təəssüf doğurur, necə ki, Azərbaycan Cümhuriyyətinin ilk hərbi nazirinin Xosrov bəy Sultanov yox, S.A.Mehmandarov olduğunu deyir, yazırlar), 1922-ci ildə Tehranda fars dilində, 2010-cu ildə isə Azərbaycan dilində nəşr edilən “Məhəmməd Peyğəmbərin və ailəsinin tarixi” kitabını yazıb, “Qarabağ tarixi”, “Nizami və Qafqaz folkloru” və digər fundamental tədqiqatları tamamlayıb, Sarı Aşıq, Nəbati yaradıcılığını toplayıb tədqiq və nəşr etdirib. Bəhcətin Azərbaycan tarix və ədəbiyyatına dair əlyazmalarının bir çoxu itib-batıb, tərcümələri özgə adlarla üzə çıxarılsa da, nə yaxşı Qaçaq Nəbi haqqında əlyazması qorunub saxlanılıb. Dövrün qələm, söz əhli bir Hüseyn Cavidi, bir də onu hörmətlə Əfəndi deyə çağırıblar (Bəhcət təxəllüsüdür, ərəbcə “gözəllik”, “nəciblik” mənalarını verir). 15 mart 1938-ci ildə əqidəsindən dönmədiyinə, sovetləşməyə qarşı olduğuna, Zəngəzur camaatını Cihada çağırdığına, ən əsası 1918-1920-ci illərdə ermənilərə qarşı savaşın önündə duranlardan olduğuna görə  NKVD üçlüyünün qərarı ilə güllələnib. Məzarının yeri bəlli deyil.  

Qaçaq Nəbi, qoçaq Həcər tarixdə olduğu kimi

Bəhlul Əfəndi Behcət Qaçaq Nəbi şəxsiyyəti, hərəkatı haqqında bu həqiqəti faktlarla, detallarla, arxiv mənbələri ilə qələmə alaraq yazırdı: “Qaçaq Nəbi tarixini müxtəsər də olsa yada salanlar olmuş olsa da, lakin bir qədər yalan-yanlış və qeyri-təbii halda nəzərə çatdırıldığından o qədər də uğurlu alınmamışdır...Biz Qaçaq Nəbi tarixini nə əfsanələrlə dolu qeyri-təbii hadisələrin bir-birinə quraşdırılmış macəralar yığını hesab edirik, nə də Qaçaq Nəbini “olmayan sərgüzəştlər” qəhrəmanı və ya xalqı əyləndirici hekayələr sahibi “Don Kixot” kimi tanıyırıq. Biz Qaçaq Nəbini həyatın ziddiyyətləriylə mübarizədə şöhrət qazanmış bir amil hesab edirik və onun həyat-mübarizə tarixinə də bu baxımdan yanaşmağı lazım bilirik”. 

Yazıqlar olsun ki, sovet dövründəki kimi, dövlət müstəqilliyimizin yenidən bərpa olunduğu son 27 ildə də davamlı olaraq bu bənzərsiz xalq qəhrəmanına və onun ömür-gün yoldaşı, ən yaxın silahdaşı Həcər xanıma qarşı yalan, iftira, murdar, məqsədli iyrənc qarayaxmalar davam edir. Kimlər, hansı məqsədlə, o da bəlli. Bunun nədəni təkcə bilməməzlik, həqiqətdən bixəbərlik deyil, milli dəyərlərimizə, bu xalqın yetirdiyi, sevdiyi, sayğı göstərdiklərinə, düşünər insanlara, cəsarət, mübarizlik örnəklərinə qarşı hücumun vahid mərkəzdən planlanıb yönəldiyini görüb anlamaq üçün çox da ağıllı olmağa gərək yox.
Bu kitabdakı başlıqlar və içərisindəki əlahəzrət faktlar (“Yurdu”, “Nökərçilik”, “Ailə vəziyyəti, “Qaçaqçılıq və onun ümumi səbəbləri, “Xalq Qaçaq Nəbiyə nə cür baxırdı”, “Qaçaq Nəbinin 1-ci dəfə tutulması”, “Qaçaq Nəbinin 2-ci dəfə tutulması”, “Həcərin 1-ci dəfə tutulması” və s.) dil açıb belə nadanlara acımalarla cavab verir. 

Bəhlul Behcət haqq aşiqi, mömin Allah adamıydı, gördüyü, yaxşı tanıdığı, mənim heç şübhəm yoxdur ki, mücadiləsinə gizli dəstək də verdiyi xalq qəhrəmanı Nəbinin və Həcərin fiziki görkəmini, boy-buxunu (təəssüf ki, bizim kinoda gördüyümüz, yaddaşımızda da çox zaman eləcə canlanan Nəbi-Həcərin tamam əksi olan!) canlı təsvirlə oxucu gözləri önündə canlandırır: “Nəbi gödək boylu, yığcam cüssəli, zirək və yüngül hərəkətli bir oğlan idi. Nəbi qorxu nə olduğunu bilməzdi, onun bütün hərəkətləri mətin və qüvvətli bir iradənin səmərəsi idi. Həcər qarayanız, yəni qaraya yaxın qarabuğdayı rəngdə çöhrəyə malik sağlam bədənli xoşsima bir qadın idi.”

Daha “Atları yəhərləyin...” adlı ən zəif filmlərimizdən birinə, Nəbi – Həcər adına, mübarizəsinin məram, məqsəd, miqyasına qara ləkə olan (Dövlət mükafatları o kinoya elə buna görə verilməmişdimi?!) kinomuzdakı gözəl aktrisa kimi yox ki...Mən 1981-ci ildə Nəsiman Yaqublu, Lətif Şüküroğlu ilə birlikdə Qubadlının Aşağı Mollu kəndində Həcərin qəbrin ziyarət eliyib yaşadığı evi, məhləsin gəzib onu görüb tanıyanlarla həmsöhbət olmuşduq. Kəndin ağsaqqal, ağbirçəklərinin dedikləri indiki kimi yadımdadı: Nəbi də, Həcər də civitdəyin biriydilər, bir-birinə bab idilər, uşaqlıqdan kəvşəndə, yazıda-yabanda iti qaçan atların belindən qarnının altına, boynuna dolanırdılar, yarışırdılar, at belindən düşmürdülər. Həcər haqqında Zəngəzur qəza mərkəzi Gorusdakı rus-taatar məktəbinin müdiri P.Vostrikov yazırdı: “Həcər xanım da Nəbi kimi çox cəld silah işlədirdi. Onun atının sürətli çapacağında belə gülləsi hədəfdən yayınmırdı. Həcər Nəbinin birinci köməkçisi idi.”

Bəhlul Behcət yazır: “Nəbi öz hərəkətlərində namus və iffətli olub xalqın əxlaqına və qeyrətinə toxunan bir əməl çıxarmazdı.”

Nəbinin mənəviyyatını, əxlaqi keyfiyyətlərini səciyyələndirən xarakterləri bir çox konkret hadisələrdə özünü büruzə verir: “Nəbi öz hərəkətlərində namus və iffətli olub ondan xalqın əxlaqına və qeyrətinə toxunan bir əməl çıxarmazdı. O, qadına hörmət barəsində çoxdan çox ehtiyatlı idi, düşmənlərinin də qadınına toxunmazdı. Yoldaşlarına qarşı çox diqqətcil və qayğı göstərən idi. Nəbi öz yoldaşlarına gizli oğurluğu qadağan etmişdi, onun bütün qarətləri müəyyən bir məqsədlə olurdu. O, yolları kəsərək hər gələn-gedəni soymaq işindən uzaq idi. Təsadüfi yol kəsmək onların işi deyildi”.
Bəhlul Behcət bu xalq qəhrəmanlarının milli, etnik kimliyinə dair yer alan mübahisələrə, guya onların kürd olmasına dair yazılanlara məqamında dürüst qiymət, dəqiq bilgi verərək yazırdı: “Aşağı və Yuxarı, hər iki Mollu türk qövmünə mənsubdur”. Qubadlıda bunu bilməyən yox idi. Qubadlılara  “kürd” deyildiyi biz Bakıya gələndə eşitmişik (“Oğuz yurdum Qubadlım”-H.Nərimanoğlu, “Azərbaycan” jurnalı, ).

Sovetin, siz deyən şişirtmələrindən, uydurmalarından biri də buydu ki,  naçalnik Səlim bəy Həcərə tamah salıb, guya Həcərə gözü düşübmüş, Nəbi də ona görə Həcəri götürüb qaçıb... Nə qədər murdar yalan, nadanlıq! 

Zəngəzurun qəza rəisi əslən Şuşanın məşhur Kəbirlilər tayfasından Ağa bəyin oğlu, Gülməmməd bəyin nəvəsi Səlimbəy Rüstəmbəyov (1847-1914) Tiflisdən əmrin alıb 1895-ci ildə Zəngəzura qəza rəisi gələndə Nəbiynən Həcər artıq 22 il idi ki, ər-arvad idilər, çiyin-çiyinə yadellilərə, bu torpqlara çağırılmamış gələn qonaqlara qarşı savaşdaydılar, Qarabağdan İrəvan, Naxçıvan, Maku, Urmiya, Qars, Iğdır, Dərələyəz, Vediyə... ordan vurub burdan çıxırdılar. Rus kazakları yerli çuğulçuların yardımı ilə Nəbini ələ keçirmək üçün izləyib Həcəri və bir neçə yoldaşın tutub Gorus türməsinə salmışdı. Nəbi Gorusun başı üzərindəki Salvartı dağlarında mövqe tutur, gecədən qaçaqlarının bir hissəsin də sadiq dostlarının evlərində gizlədir, hücuma hazırlaşır. Ancaq elə onun gizli əllərindən olan pristavlardan biri, ona sədaqətli rütbə sahibi xəbər çatdırı ki, hücumla heç nə alınmayacaq, amma təzə gələn qəza rəisi çox mərdana adamdı, Şuşanın məşhur kəbirlilər soyundandı. Nəbi Səlim bəyi tanımasa da, bu nəslin bir neçə ağsaqqalı ilə gizli əlaqəsi var idi, onsuz da barmaqla sayılacaq qədər silahdaşlarından qurban verməmək üçün qəza rəisi vəzifəsinin icrasına yenicə başlayan Səlimbəyə məktub yazıb gizli şəkildə ona çatdırır. Səlim bəy məktubu oxuyur və adını eşidib üzünü görmədiyi Həcəri və digər qaçaqları daha etibarlı Qalada saxlamaq adı ilə Şuşaya göndərtdirir,  qaçırılma görüntüsünü yaradaraq azadlığa  çıxmasına nədən olur. Nəbi də Laçın yolunda onları xilas edir. “Qafqaz” qəzetinin 1895-ci il 25 oktyabr tarixli nömrəsində bu əhvalat barədə yazılıb.

Oxuyanlar mətləbi uzatmağımızın qüsuruna baxmasınlar,  madam ki, söhbət düşüb, qəhrəmanlarımız haqqında təəssüratınızı mənbəyə istinadla daha da konkretləşdirməyə, bilgimizi genişləndirməyə çalışaq. 

(Ardı var...)

Göy üzündə bu qədər ulduz görməmisiniz... - FOTOLAR
2018-Dünya Çempionatının çılğın qadın azarkeşləri - FOTOLAR
Şəkil çəkdirmək üçün şəlaləyə dırmaşdı, yıxılaraq həyatını itirdi - VİDEO
Anasının tabutunun altında qalaraq həyatını itirdi - FOTO + VİDEO
Atasının tualetə zəncirlədiyi 4 yaşlı qızı evə gələn qonaq xilas etdi- FOTOLAR
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
İsrail həbsxanasında 18 yaşlı müsəlman gəncin gözləri tutuldu - FOTO
Hadisə
Maykl Ceksonun fili zooparkdan qaçdı - FOTO
Cəmiyyət
“Şəhid olsam, ağlamayın...”- Mübariz İbrahimovun şəhadətindən səkkiz il ötür...
Müsahibə
“Ermənistanda heç kimin idarə edə bilməyəcəyi xaos baş verəcək” – MÜSAHİBƏ
Dünya
Metro stansiyasındakı qadının etdikləri hər kəsi heyrətə gətirdi
Həftənin ən çox oxunanları
Maşın Rozanın əlindən alındı - SON DƏQİQƏ
Xankəndi səmasına qırıcılar qaldırıldı - Düşmən “gəl-gəl” deyir... Fotolar+Video
Xalq artisti "Maşın" realiti şouda baş verənlərdən danışdı: "Bir Azərbaycan kişisi kimi utanıb yerə girirəm"
Tanınmış aparıcı canlı yayımdan qovuldu, səbəbi hər kəsi təəccübləndirdi - FOTO
Rekord sayda lüt qadın buzlu dənizdə belə çimdi... - (Video+18)
TANAP-dan danışan gənc kimin övladıdır? - FOTO+VİDEO
32 yaşında dövlət quran, 33 yaşında isə öldürülərək cəsədi dənizə atılan qəhrəman Kırım türkü - ARAŞDIRMA
Paşinyan Azərbaycanda yeni açılan erməni kilsəsinə baş çəkdi- FOTOLAR
Yarıçılpaq səudiyyəli fanat qadın və hicablı rus azarkeş qız - Futbol çempionatındakı təzadlar + VİDEO
"Ölkəni mollaxanaya çevirmək istəyənlərə qarşı dirəniş göstərməliyik" -Deputatdan çağırış...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin