Xəbər lenti
22/10/2018 [17:17]:
Elmar Vəliyevin oğlu istefa verdi...
22/10/2018 [17:02]:
Restoranda qabyuyan qadını zorlamağa cəhd edən ofisianta cəza verildi
22/10/2018 [16:51]:
Nəzirməmməd Zöhrablı – Kolleclərlə bağlı sorğunun nəticəsinə sözardı
22/10/2018 [16:50]:
Leyla İmanova Macarıstan prezidentinin “Qızıl xaç” ordeni ilə təltif edildi -FOTOLAR
22/10/2018 [16:37]:
Səbuhi Məmmədli 3-cü gün əməliyyat olunacaq
22/10/2018 [16:22]:
Abituriyent və bakalavrların nəzərinə: “UNEC-də bir gün”
22/10/2018 [16:17]:
160 mindən çox daşınmaz əmlak rəsmiləşdirildi
22/10/2018 [16:10]:
“Təhsilə ayrılan vəsaitin daha da artırılmasına ehtiyac var”
22/10/2018 [16:09]:
Bakıda erməni kartofları satılır -DİQQƏT!
22/10/2018 [16:08]:
“Pakistan-Rusiya hərbi dialoqunun mövcudluğu ölkəmizin marağına uyğundur”
22/10/2018 [15:46]:
ADPU-da “Azərbaycan arxelogiyasının əsasları” adlı dərs vəsaitinin təqdimatı keçirildi
22/10/2018 [15:43]:
ADP İdarə Heyətinin növbəti toplantısı keçirildi
22/10/2018 [15:40]:
Camal Qaşıqçı öldürülməzdən əvvəl Səudiyyə Ərəbistanının şahzadəsi ilə telefonla danışıb
22/10/2018 [15:36]:
133 dəfə 11 metrlik çərimə zərbəsini dəf edən əfsanəvi qapıçı –Siqaretin məhv etdiyi dünya şöhrətli idmançı
22/10/2018 [15:33]:
Azərbaycanda həkimlər körpənin ürəyini dayandıraraq əməliyyat etdilər
22/10/2018 [15:32]:
"Azərbaycan və Türkiyənin nüfuzu beynəlxalq aləmdə daha da artacaq" -Azay Quliyev
22/10/2018 [15:29]:
"Qaşıqçı işi" Məhəmməd bin Salmanın ilk hoqqası deyilmiş...
22/10/2018 [15:23]:
Milli Məclisin Daxili Nizamnaməsi DƏYİŞDİRİLİR
22/10/2018 [15:12]:
“Arıçılıq üzrə kadrların yetişdirilməsi üçün ADAU-da fakültə açmaq lazımdır”
22/10/2018 [15:07]:
"Biz alimləri məmurlaşdırmamalıyıq, əksinə, məmurları alimləşdirməliyik..."
22/10/2018 [14:55]:
Eldar Əzizov Ticarət və Xidmət Departamentinin direktorunu işdən çıxardı
22/10/2018 [14:52]:
Qarabağ ədəbi mühitinin yetirməsi...
22/10/2018 [14:36]:
Narkotik vasitə kinoloji xidmət itinin tətbiqi ilə aşkar edildi
22/10/2018 [14:35]:
Bu il uşaqlara ən çox verilən adlar - SİYAHI
22/10/2018 [14:34]:
Noyabrda ardıcıl 3 gün iş olmayacaq
22/10/2018 [14:31]:
Ermənilər Azərbaycan torpağının narından piramida qurdu... - FOTOLAR
22/10/2018 [14:29]:
Gömrük əməkdaşları üçün baxış-rentgen texnikası üzrə operator təlimi təşkil edildi
22/10/2018 [14:27]:
Azərbaycanda qadın hakim istefa verdi
22/10/2018 [14:21]:
Avtobusda gizlədilən on min ədəd siqaret aşkara çıxarıldı
22/10/2018 [14:18]:
Qənirə Paşayeva atəş açdı -VİDEO
22/10/2018 [14:08]:
Seçkiləröncəsi işğalçı ölkədəki siyası palitra min rəngə çalır...
22/10/2018 [14:03]:
Bakıda 16 dilənçi saxlanıldı
22/10/2018 [14:03]:
Fransanın daha bir şəhəri separatçı qurumun əlindəki Azərbaycan şəhəri ilə “qardaşlaşdı”...
22/10/2018 [13:58]:
İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışını etdi - FOTO
22/10/2018 [13:56]:
"Qarabağ millətin qarşısında bir matəmgah olaraq dayanıb..."
22/10/2018 [13:56]:
“Uşaq ədəbiyyatı ilə bağlı problemlərimiz var”
22/10/2018 [13:51]:
"Ermənistan bütün dünyanın qafasını özünün yalançı ideologiyası ilə doldurub..."
22/10/2018 [13:38]:
“Bakıdan Naxçıvana qatar reysinin açılması siyasi məsələlərdən asılıdır”
22/10/2018 [13:36]:
İmişlidə Bayraq Muzeyi istifadəyə verildi
22/10/2018 [13:27]:
Milli Paralimpiya Komitəsində kişi cüdoçularla görüş keçirildi - FOTOLAR
22/10/2018 [13:26]:
DTX-dan sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
22/10/2018 [13:25]:
2019-cu ilin büdcəsində təhsil xərcləri məlum oldu - 2 milyard 274 milyon manat
22/10/2018 [13:13]:
Prezident “Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışında
22/10/2018 [13:11]:
“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu
22/10/2018 [13:10]:
Piyadanı vuran avtobus sürücüsü saxlanıldı
22/10/2018 [13:09]:
Sabah yağış yağacaq – HAVA PROQNOZU
22/10/2018 [13:06]:
“Bütün dünyada qiymət siyasətini sahibkar deyil, bazar müəyyənləşdirir”
22/10/2018 [13:05]:
ABŞ Reyqan-Qorbaçov razılaşmasından çıxacaqmı? - Politoloqdan II "Soyuq müharibə" şərhi...
22/10/2018 [13:01]:
ADU-da “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda konfrans keçiriləcək
22/10/2018 [12:53]:
Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun bir hissəsi istifadəyə verildi
22/10/2018 [12:50]:
“Doğum günlərində Xəlilin şeirlərini oxuyuram...” - Firəngiz Ulutürk...
22/10/2018 [12:48]:
Prezident Araz çayının yeni qol-kanalının açılışını etdi - FOTOLAR
22/10/2018 [12:42]:
Azərbaycan-Rusiya-Türkiyə Mədəniyyət Birliyi yaradıldı: Tanınmış vəkil diaspor fəaliyyətinə keçdi
22/10/2018 [12:39]:
"İctimai nəzarət olmayan belə bir şəraitdə həbslər də olacaq, rüşvət də alacaqlar"
22/10/2018 [12:36]:
Türkiyədə fərarilik edən əsgər insanları girov götürdü
22/10/2018 [12:32]:
“Qızıl Xaç”ın təmsilçiləri Rüfət Səfərova baş çəkdi
22/10/2018 [12:30]:
Prezident İlham Əliyev İmişliyə getdi
22/10/2018 [12:18]:
Bu günə gözlənilən hava proqnozu
22/10/2018 [12:17]:
Prezidentin tapşırığının icrasına başlanıldı - “Fatimeyi Zəhra” məscidini hasara aldılar
22/10/2018 [12:14]:
Polkovnik Abdulla Qurbani əməliyyat olundu
22/10/2018 [12:08]:
DİN əmisi gəlinini qaçırdığına görə öldürülən şəxs barədə məlumat yaydı
22/10/2018 [12:01]:
Eldar Əzizov sahibsiz itlərlə bağlı göstəriş verdi
22/10/2018 [11:44]:
Veteran cüdoçularımız Meksikada medal qazandı -2 qızıl, 1 gümüş, 1 bürünc
22/10/2018 [11:38]:
Sürücülərin nəzərinə: Texniki baxış üçün məhdudiyyət götürüldü
22/10/2018 [11:37]:
Gələn ilin büdcəsində hərbi xərclər ARTIRILIR
22/10/2018 [11:34]:
“Aİ-92” markalı benzin UCUZLAŞMAYACAQ
22/10/2018 [11:29]:
Qubada əmisinin gəlinini qaçırdığı üçün döyülən kişi öldü -VİDEO
22/10/2018 [11:00]:
“Vətənə qayıdaraq hərbçi olmağa qərar verdim...” - Aprel döyüşlərinin tank komandiri...
22/10/2018 [10:52]:
Məşhur milyarder Bakıda Mikayıl Müşfiqin qalıqlarını aşkarladı - SENSASİON FAKT
22/10/2018 [10:46]:
“Heç kimin ixtiyarı yoxdur ki, məni ələ salsın” - Kamran Ağayev
22/10/2018 [10:38]:
“Tovuzdan gəlib seks-simvol oldun....”
22/10/2018 [10:30]:
Təbriz gecələri, Şəhriyarın məzarı və unutduğumuz Xətai...
22/10/2018 [10:28]:
Qorbaçov narahatdır: Tramp onun imzaladığı sazişdən çıxır
22/10/2018 [10:21]:
Saleh Məmmədov yerlisi və keçmiş həmkarının vəfatından üzülüb...
22/10/2018 [10:12]:
Yevlaxda “Bərəkət ilahəsi” tapıldı - Foto
22/10/2018 [10:10]:
İsrail nəşrindən Qaşıqçı iddiası: Tramp hər şeyi bilirdi
22/10/2018 [10:05]:
Azərbaycanda keçmiş nazir vəfat etdi
22/10/2018 [10:03]:
Qərargah: "Sürüşmə zonasında əsaslı dəyişiklik qeydə alınmayıb"
22/10/2018 [09:58]:
“Dəqiq bilirəm ki, ABŞ Administrasiyasının Qarabağla bağlı planı var”
22/10/2018 [09:53]:
Rusiyanın nəhəng holdinqi Azərbaycandakı ERMƏNİLƏRƏ ƏYLƏNCƏ MƏRKƏZİ TİKİR...
Bütün arxiv bir sırada
27/05/2018 [15:54] - Gündəm - ( 2537 dəfə baxılıb)

Silahlar kölgəsində yaradılan “iqtisadi möcüzə”



1918-ci ilin 28 may tarixində həyata vəsilə alan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yalnız xalqımızın həyatında deyil, bütün regionun və Şərq dünyasının həyatında yeni bir səhifə açdığı şübhəsizdir. Lakin bu bir həqiqətir ki, AXC-nin 23 aylıq hərbi, siyasi, diplomatik həyatı kimi, iqtisadi həyatı da çətin və keşməkeşli olmuş, fəqət bununla belə Azərbaycanın iqtisadiyyat tarixində təkrarsız iz qoymuşdur.

 

Sovet düşüncə tərzini bir əsr qabaqlayan iqtisadiyyat modeli...

 

AXC ağır şərtlər altında yaşamasına və özünün 23 aylıq mövcudluğu tarixində demək olar ki, hər gün müstəqillik imtahanı verməyinə baxmayaraq, ölkə iqtisadiyyatını inkişaf etdirmək istiqamətində də köklü addımlar atmış, bu addımların hər birini iqtisadiyyat elminin qanunauyğunluqlarına istinadən həyata keçirmişdir. Hansı ki, AXC dönəmində atılan addımların bu günün prizmasından təhlili belə iqtisadiyyatla bağlı verilən bütün qərarların uzaqgörənliyindən xəbər verir.

Cümhuriyyət dönəmində  sadəcə xüsusi mülkiyyət və onun önəmi ilə bağlı qəbul edilən qərar və qanunların AXC dövrünün iqtisadi düşüncə tərzi, iqtisadi uzaqgörənliyi haqqında dolğun məlumat yaradır. Xatırladaq ki, 1918-ci ildə yalnız Qafqaz regionunda deyil, Rusiya və ətraf dövlətlərdə, eləcə də Avropada  sosializm ideyası geniş yayılmışdır ki, bu da xüsusi mülkiyyətin mövcudluğunu birmənalı şəkildə rədd edir, yalnız dövlət mülkiyyətin mövcudluğuna haqq qazandırır, yalnız bu mülkiyyət növünü ədalətli hesab edirdi. Sosializm düşüncələrinin təsiri altında sosializm iqtisadiyyatı formalaşmışdı ki, bu da xüsusi mülkiyyətin sistemli şəkildə, “elmi qanunauyğunluqlara istinadən” sıradan çıxaırlmasını təmin edirdi. Məhz belə bir dönəmdə AXC dövlət mülkiyyəti ilə yanaşı, xüsusi, səhmdar və bələdiyyə mülkiyyətinin mövcudluğu üçün bərabər imkanlar yaradır, xüsusi mülkiyyətin qorunmasını vacib hesab edirdi. AXC xüsusi mülkiyyətin ləğvini yalnız iqtisadi qanunlara deyil, həm də demokratik qanunlara, insan haqlarına da zidd hesab edirdi və qərara gəlmişdi ki, “bu cür mülkiyyəti tamamilə aradan qaldırmaq ... insanların şəxsi təşəbbüs qüvvətini zorakı olaraq aradan götürür”.

Hansı ki, AXC-nin 1918-ci ildə - ilk yaradılış ilində əldə etdiyi bu qənaətə bir çox sovet dövləti 100 ildən sonra gəlmiş, məhz sovet sisteminin çöküşündən sonra xüsusi mülkiyyətin önəmi bu dövlətlər tərəfindən də etiraf edilmişdir.

 

Inflyasiyaya qarşı mübarizə tədbirləri, mantın mühafizəsi uğrunda atılan addımlar

 

AXC iqtisadiyyatı qarşısında dayanan çoxsaylı probemlərdən biri də inflyasiya problemi idi. Hansı ki, Cümhuriyyət hökuməti məlum problemin həlli, onun ən azından nəzarətdə saxlanılması üçün 1920-ci ilin aprel tarixinə qədər ardıcıl addımlar atmışdır. Bu addımlardan biri Dövlət Bankının açılması, Maliyyə Nazirliyinin 1919-cu ilin 20 iyul tarixli qərarı ilə əmtəənin sərbəst ixracı məqsədi ilə bütün məhdudiyyətlərin aradan qaldırılması oldu.

Hökumət xaricə qaçamalçılıq yolu ilə qızıl, gümüş və s. qiymətli metalların çıxarılmasını əngəlləmək üçün də hüquqi müstəvidə konkret addımlar atdı. Bu addımlardan biri kimi 20 oktyabr 1919-cu il tarixində məlum qanunsuzluğa yol verən şəxslərin məsuliyyəti məsələsi müəyyən edildi.

AXC dönəmində yaşanan inflyasiya əslində Rəsulzadə hökumətinin yanlış iqtisadi siyasətindən deyil, əsasən Rusiya pulunun dəyərdən düşməsindən qaynaqlanan problem idi. Azərbaycan milli pulu da məhz belə bir zamanda – regionda və eləcə də Azərbaycanda keçərli olan ümumRusiya pulunun dəyərdən düşdüyü, inflyasiya ilə üzləşdiyi bir zamanda dövriyyəyə buraxılmışdı. AXC dönəmində yaşanan inflyasiya problemini tətikləyən digər amillər isə neft sənayesinin ağır vəziyyətdə olması, ixracın aşağı səviyyədə qərarlaşması və s. kimi amillər idi. Hansı ki, Nəsibbəy Yusifbəyov ölkə parlamentinin 22 dekabr 1919-cu il tarixli toplantısında bu səbəbləri şərh etmiş, hökumətin bu problemlərə qarşı mübarizəsinin vacibliyinə diqqət çəkmişdir.

AXC mövcud olduğu son günə qədər iqtisadiyyatdakı digər problemlər kimi bu problemə qarşı da sistemli şəkildə mübarizə aparmış və bu mübarizədə müəyyən uğurlar əldə etmişdir. İxracın ilkin dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artırılması, neft sənayesinin yaxşılaşdırılması istiqamətində atılan addımlar və s. inflyasiyaya qarşı uğurlu mübarizə aparmağa imkan verdi.

Bütövlükdə AXC dönəmində iqtisadiyyatın inkişafı ilə bağlı 82-dən çox qanun layihəsi qəbul edildi ki, bu da gərəkli hüquqi bazanın formalaşmasına şərait yaratdı.

 

Milli pul vahidinin buraxılması, özəl bankçılıq və məzənnə siyasəti...

 

AXC dönəmində müstəqil iqtisadiyyatın inkişafı istiqamətində bir sıra mühüm addımlar atıldı ki, bunlardan da biri milli pulun buraxılması idi. Belə ki, 1918-ci ildə Bakıda “Bakı bonları” – kağız pullar buraxıldı ki, bu da ölkə daxilindəki bütün ticarət əməliyyatlarını milli valyuta əsasında həyata keçirməyə imkan verdi. Bu, həmin vaxta qədər dövriyyədə olan “Nikolay” və “Kerenski” pul vahidlərinin sıradan çıxmasına, Rusiya faktorunun milli iqtisadiyyat üzərindəki təsirinin əhəmiyyətli dərəcədə azalmasına səbəb oldu.

İqtisadçı alim Vüqar Bayramov redaksiyamıza açıqlamasında Azərbaycanda özəl bankçılığının təməlinin də AXC dönəmində qoyulduğunu qeyd edib: “AXC dövründə Azərbaycanda ilk özəl bankların, bütövlükdə maliyyə sisteminin formalaşması həyata keçirildi. Azərbaycanda ilk özəl banklar həmin dövrdə formalaşdırıldı. AXC maliyyə sistemində özəl sektorun rolunun artırılmasına çalışırdı. Milli valyutanın dövriyyəyə buraxılması, onun ilk öncə türk lirəsi, daha sonra isə digər valyutalara münasibətdə məzənnəsinin müəyyənləşdirilməsi Azərbaycan pulunun dönərliliyinin təmin edilməsi baxımından mühüm rol oynadı. O vaxt Azərbaycan pulunun xarici valyutaya münasibətdə məzənnəsinin müəyyən edilməsinə cəhd edildi və bu, reallaşdırıldı. Bu baxımdan AXC-nin iqtisadi siyasətinin öyrənilməsi, xüsusilə də özəl bankçılıq, iqtisadiyyatın diversifikasiya, məzənnə siyasəti ilə bağlı təcrübəsinin öyrənilməsi və bunun müasir standartlara uyğun olaraq tətbiqi məqsədəuyğun olardı”.

 

Neft iqtisadiyyatına ayrılan əlahiddə diqqət, yaxud “siyah xilas yolu”

 

AXC dönəmində neft sektorunun inkişafı, neft məhsullarının xarici ölkələrə ixracı məsələsi də diqqət mərkəzində saxlanılan başlıca istiqamətlərdən biri idi. Cümhuriyyət dönəminin reallıqları fonunda Rusiya bazarı bu baxımdan daha məqsədəuyğun hesab edilirdi. Bununla yanaşı, Cümhuriyyət hökuməti dünya neft bazarını da diqqətlə öyrənir, Azərbaycan iqtisadiyyatının bu ənənəvi  sahəsini ölkənin tərəqqisi üçün inkişaf etdirməyi zəruri hesab edirdi. 1919-cu ildə Azərbaycanın dövlət büdcəsi 665 milyon manat idi ki, bunun da əsas hissəsini neft satışından əldə edilən vəsait təşkil edirdi. Neft üçün olan aksiz vergiləri də büdcəyə əlavə vəsait cəlb etmək baxımından mühüm əhəmiyyət kəsb edirdi.

Redaksiyamıza açıqlama verən millət vəkili Vahid Əhmədov ağır şərtlər daxilində fəaliyyət göstərən AXC-nin neftdən əsaslı asılılığını vurğulamaqla yanaşı, hökumətin məhdud büdcə əsasında fəaliyyətinə də diqqət çəkdi: “AXC, onun iqtisadi mövcudluğu neft faktorundan əsaslı şəkildə asılı idi. Çünki o zaman ölkəmizdə kənd təsərrüfatı müəyyən qədər inkişaf etsə də, sənayenin inkişafı lazımi səviyyədə deyildi. Ən əsası, ölkəyə valyuta gətirəcək ixrac aşağı səviyyədə idi. Belə bir şəaitdə neft faktoru AXC üçün həyati önəm kəsb edirdi. Bütövlükdə isə AXC-nin dövlət büdcəsi cəmi 665 milyon manat idi ki, bu büdcə ilə böyük iqtisadi-sosial layihələr həyata keçrimək mümkün deyildi. Lakin buna baxmayaraq, AXC öz iqtisadiyyatını inkişaf etdirməyə cəhd edir, bu yöndə müəyyən addımlar atırdı. Bu isə həmin dövr üçün heç də az əhəmiyyətli iş deyildi”.

 

“Qeyri-neft sektorunun inkişafı ilə bağlı ilk addımlar AXC dönəmində atılıb”

 

AXC hökumətinin iqtisadi siyasətinin ən mühüm özəlliklərindən biri də hökumətin neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafına da prioritet sahələrdən biri kimi diqqət yetirməsi idi. Hökumət istər kənd təsərürfatının da, istərsə də sənayenin, xüsusilə də yüngül və yeyinti sənayesinin inkişafını situmullaşdırmaq üçün müxtəlif təşəbbüslərin dəstəklənməsini həyata keçirir, xüsusilə də ixrac yönümlü qeyri-neft sektorunun inkişafına diqqət yetirirdi. AXC hökuməti xaricdəki təmsilçiləri vasitəsi ilə Avropa dövltlərinin də ölkəmizə kapital axınını təmin etməyə çalışır, bunun üçün hər cür imkandan yararlanmağa çalışırdı.

Redaksiyamıza açıqlama verən tanınmış iqtisadçı alim Vüqar Bayramov AXC-nin qeyri-neft sektorunun inkişafına mühüm önəm verdiyini vurğuladı:

“AXC-nin iqtisadi tarixinin öyrənilməsi olduqca vacibdir. Nəzərə alsaq ki, AXC dövründə ölkəmizdə neftdən asılılığı aradan qaldırmaq üçün ciddi addımlar atılmışdır. Bildiyiniz kimi, həmin dönəmdə də Azərbaycanın əsas gəlirini neftdən əldə edilən vəsait təşkil edirdi.

Həmin vaxt Azərbaycan daha çox Rusiyaya neft ixrac edirdi. Rusiyada inqilabın baş verməsi Azərbaycan neftinin bu ölkəyə nəql edilməsində problemlər yaratdı. Bu isə neftdən asılılığının azaldılması istiqamətində atılan addımların sürətləndirilməsinə təkan verdi. Hesab edirəm ki, bu günü iqtsiadi maraqları konteksində də AXC dövrünün iqtisadi siyasətinin öyrənilməsi və tətbiqi zəruridir”.  

Bir sözlə, AXC dönəmində ağır hərbi-siyasi durum, Ermənistan və şimal təhlükəsindən qaynaqlanan silahlanma məcburiyyəti fonunda iqtisadiyyatın tərəqqisi istiqamətində kifayət qədər əhəmiyyətli addımlar atılmış, ciddi nəticələr əldə olunmuşdur. Hansl ki, bu nəticəni bir cümlə ilə belə də ifadə etmək mümkündür: “Silahlar kölgəsində yaradılan “iqtisadi möcüzə”.

 

 

Seymur Əliyev

 

Məqalə İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda müsabiqəyə təqdim edilir.

 

 

ƏDƏBİYYAT

 

Nəsib Nəsibli, “Azərbaycan Demokratik Respublikası”. Məqalələr toplusu, Bakı: Elm, 1990.

 

“Azərbaycan Xalq Cümhuriyyəti-  90” (1918-1920), Bakı-2008. Tərtib edəni: Ş.Nağıyeva., İxtisas redaktoru K.Tahirov.

 

M.Ə. Rəsulzadə, Əsrimizin Siyavuşu”,  Bakı- Gənclik, 1991.

 

Azərbaycan Xalq Cümhuriyyəti” (1918-1920): (1998-ci il mayın 12-13-də Azərbaycan Dövlət Dillər İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr edilmiş elmi-nəzəri konfransın materialları) /Elmi red. fəlsəfə el. dok., professor Quliyev Qorxmaz, tarix el. dok., professor Məmmədli Mahal.- B.: Gənclik, 1998.

 

Nəsib Nəsibli, “Azərbaycan Demokratik Respublikasının xarici siyasəti”. Dərs vasaiti, Bakı: Qanun, 2011.

 

İsgəndərov, A. Azərbaycan Xalq Cümhuriyyəti: (1918-1920-ci illər) .Azərbaycan- 2002.

 

Abbasov, İ. Azərbaycan Xalq Cümhuriyyətinin qanunvericilik fəaliyyəti //Xalq qəzeti.- 2004.- 26 may.- S. 2.

 

http://xalqqazeti.com/az/news/economy/86631

 

https://oxu.az/economy/26752

 

https://azertag.az/xeber/1162680

 

http://www.elibrary.az/docs/qazet/qzt2017_2180.htm

 

http://www.kaspi.az/az/azerbaycan-xalq-cumhuriyyeti-hkumetinin-xarici-iqtisadi-ticaret-elaqeleri/

 

http://anl.az/down/az.xalq.cumhuriyyeti.pdf

133 dəfə 11 metrlik çərimə zərbəsini dəf edən əfsanəvi qapıçı –Siqaretin məhv etdiyi dünya şöhrətli idmançı
Milli Paralimpiya Komitəsində kişi cüdoçularla görüş keçirildi - FOTOLAR
“Qızıl Xaç”ın təmsilçiləri Rüfət Səfərova baş çəkdi
“Dəqiq bilirəm ki, ABŞ Administrasiyasının Qarabağla bağlı planı var”
MTN çetesi “Koçak Gold”un 39 kiloqram qızılını necə yağmalayıb?
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Elmar Vəliyevin oğlu istefa verdi...
Hadisə
Ermənilər Azərbaycan torpağının narından piramida qurdu... - FOTOLAR
Ədəbiyyat
“Uşaq ədəbiyyatı ilə bağlı problemlərimiz var”
Araşdırma
Məşhur milyarder Bakıda Mikayıl Müşfiqin qalıqlarını aşkarladı - SENSASİON FAKT
Maraqlı
Biz həyatımızı başqalarının görməsinə imkan verməz, xorla özgə həyatını müzakirə etməzdik, sizsə...
Həftənin ən çox oxunanları
Ağır vəziyyətdə olan Qazimizin xilası üçün şəxsi təyyarəsini təklif etdi - İBRƏTAMİZ...
Azərbaycanlı xanım müğənniyə ŞOK – “oteldən intim görüntüləri…” – FOTOLAR
Rüfət Aslanlının "göyün yeddinci qatı"nda 6 milyon dollarlıq "stadion"u tapıldı...
"Atası, qardaşı, oğlu sahib çıxdığı qadın bu cür addımlar ata bilərmi?" - HƏYƏCAN TƏBİLİ...
Sərkisyan və Saakyan arvadları ilə Azərbaycan şəhərlərini gəzdi... -FOTOLAR
Paşinyan istefa verdi - Son dəqiqə
"Cavan oğlanı nə edirsən, pul xərcləməyəcək" - Rövşanədən müğənniyə
Dul kişilər daha darıxmayacaq...
Dədə Şəmşirə uzanan yaman dil "kəsildi"...
Ermənilər Tərtərdəki futbol stadionunu Avropa çempionatına hazırlayır - FOTOLAR
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə