Xəbər lenti
17/01/2019 [01:45]:
"Yaxın 4-5 saata Bakıda güclü külək başlayacaq"
17/01/2019 [00:23]:
Qasırğa qonşu ölkəni vurdu: Ciddi fəsadlar var – Foto
16/01/2019 [23:59]:
"Allah Azərbaycanı AB-ABŞ demokratiyasından və insan haqları imperializmindən qorusun"
16/01/2019 [23:47]:
“Universitetlərimiz AMEA-nın institutları ilə bərabər işləyəcək qədər yüksəlməyib”
16/01/2019 [23:24]:
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
16/01/2019 [23:20]:
“Bakı və Ankara ilə birgə sabitliyə dəstək veririk” - İrakli Kobaxidze
16/01/2019 [23:17]:
Alimlər insanda stress və təşvişi 60% azaldacaq musiqini tapdılar - VİDEO
16/01/2019 [23:15]:
Çin ayda pambıq yetişdirdi – Dünya tarixində ilk...
16/01/2019 [23:10]:
İfrat təhlükəli hava hansı xəstəlikləri kəskinləşdirəcək? - Bu insanlar ehtiyatlı olsun
16/01/2019 [23:01]:
Azərbaycanda bir gecədə ifrat çörək tələbatı - Rəfləri bir neçə saata boşaltdılar
16/01/2019 [22:55]:
Bu ölkədən idxal olunan 7 ərzağı başınıza silah dirəsələr də YEMƏK OLMAZ!!!
16/01/2019 [22:49]:
Türkiyədə 80 minədək hərbçi hazır vəziyyətə gətirildi
16/01/2019 [22:26]:
Prezident sərəncam imzaladı
16/01/2019 [22:22]:
Azərbaycanla Rusiya arasında ikitərəfli sənədlər təsdiqləndi
16/01/2019 [22:21]:
Sarkisyan baş nazirin müavinlərini də dəyişmədi
16/01/2019 [22:19]:
Tbilisidə yaşayış binasında partlayış - 3 nəfərin cəsədi çıxarılıb
16/01/2019 [21:28]:
Ermənistan sakini minaya düşdü - Ayağı kəsildi...
16/01/2019 [21:11]:
Bakıda həyat nə qədər rahatdır?
16/01/2019 [21:01]:
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirildi
16/01/2019 [20:55]:
Azərbaycanlı “donuz qripi”nə yoluxdu
16/01/2019 [20:32]:
Dəmiryolunda təcili yardım lokomotivi istifadəyə verildi
16/01/2019 [20:30]:
Seysmoloji Xidmət zəlzələ olacağı ilə bağlı məlumatlara CAVAB VERDİ
16/01/2019 [20:10]:
2500-dək neftçi təxliyyə edildi
16/01/2019 [20:08]:
Ac qal, sağlam ol - Alimlərdən tövsiyə
16/01/2019 [20:04]:
Pərvin dekoltesi ilə gündəmdə - "Ondansa paltarsız gəz"
16/01/2019 [19:49]:
Ermənistanda sığorta agentləri də etiraza qalxdı
16/01/2019 [19:48]:
İranla Azərbaycan arasında hərbi sahədə protokol imzalandı
16/01/2019 [19:46]:
Xarici işlər nazirləri fevralda yenidən görüşəcək
16/01/2019 [19:45]:
SOCAR-ın 2500-ə yaxın neftçini dənizdən təxliyyə edib
16/01/2019 [19:44]:
Peşəkar rejissorların rəhbəri: “Gəlmək istəyəni qapıdan qovmamışıq”
16/01/2019 [19:34]:
Səfər Mehdiyev səfir və generalla görüşdü
16/01/2019 [19:33]:
Putinlə Ərdoğanın görüş tarixi və yeri açıqlandı
16/01/2019 [19:31]:
Tereza Meyin qərarı qətidir - “Ölkə Aİ-dən çıxacaq”
16/01/2019 [19:30]:
Prezidentdən ETSN-lə bağlı fərman - Yeni xidmətlər və agentlik yaradılır
16/01/2019 [19:20]:
Anar qurultayın təxmini vaxtını açıqladı: “Oktyabrda daha konkret cavab verə bilərəm...”
16/01/2019 [19:13]:
BSU-da 20 Yanvar faciəsi anıldı
16/01/2019 [19:07]:
Soçidə Azərbaycan və Rusiya prezidentləri arasında imzalanmış Birgə Bəyanat təsdiq edilib
16/01/2019 [19:02]:
Əli Əmirli: “Teatrların özlərində gənc dramaturqlarla münasibət zəifdir”
16/01/2019 [18:50]:
Dövlət Gömrük Komitəsinin Akademiyasında mediatur keçirildi - FOTOLAR
16/01/2019 [18:47]:
Agentlik 50-ə yaxın obyekti cərimələdi
16/01/2019 [18:43]:
Orxan Fikrətoğludan “YUĞlama”: “Biz Avropaya Mirsahibin tamaşasını çıxara bilərik, ona görə də...”
16/01/2019 [18:41]:
Rövşən Rzayev Sabunçuda köçkünlərlə görüşdü - FOTO
16/01/2019 [18:39]:
Rektor universitetdə imtahanları dayandırdı
16/01/2019 [18:31]:
“Erməni probleminin araşdırılması üçün ayrıca institutlar yaradılmalıdır”
16/01/2019 [18:28]:
800 min işçi 25 gündür maaş ala bilmir -MARAQLI
16/01/2019 [18:20]:
"Bir dəfə doğulub əbədi yaşayanlar" adlı bədii-sənədli gecə keçirildi
16/01/2019 [18:13]:
Dmitri Peskov: "Bəzən məmur olduğumu deməyə utanıram"
16/01/2019 [18:11]:
Bakıya niyə Makron yox, Sarkozi gəldi? –Keçmiş prezident növbəti seçkiyə hazırlaşır
16/01/2019 [18:07]:
Aksizsiz spirtli içkilər aşkarlandı
16/01/2019 [18:06]:
Daxili orqanlarından narkotik çıxdı
16/01/2019 [18:04]:
“Bir Zamanlar Çukurova”da gərginlik - Maaş verilmir
16/01/2019 [18:03]:
Zakir Qaralov da görüşün vaxtını dəyişdi
16/01/2019 [18:03]:
Dünyanın ən soyuq nöqtəsində şaxtaya meydan oxudu - MARAQLI
16/01/2019 [17:59]:
Azərbaycan məscidinin bağlandığı Moskvada yeni erməni kilsəsi üçün yer ayrıldı...
16/01/2019 [17:52]:
Mətbuat Şurasında bəzi saytlarla bağlı şikayətlər araşdırılıb – Komissiyanın növbəti iclası keçirilib
16/01/2019 [17:50]:
Səhiyyə Nazirliyi sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı açıqlama verib
16/01/2019 [17:35]:
“Əgər Hacı Allahşükür Paşazadə olmasaydı, bu cür fotoları çəkə bilməzdim...”
16/01/2019 [17:34]:
ABŞ-ın Miçiqan Universitetinin alimləri “Facebook”dan psixoloji asılılığı qiymətləndiriblər
16/01/2019 [17:24]:
“7000 min məqalə və müsahibələrimin heç birində özümü ekspert kimi təqdim etməmişəm” –Nadir İsrafilov
16/01/2019 [17:21]:
Mübariz İbrahimovun sinif yoldaşı: “Onu, yalvara-yalvara şənliyə gətirdə bildik, çünki...”
16/01/2019 [17:19]:
Alimlər qışda dondurma yeməyi məsləhət görürlər – Çünki…
16/01/2019 [17:18]:
Erkən ölümün qarşısını almağın yolu tapıldı
16/01/2019 [17:17]:
Canavar vasitəsilə yetişdirilən məktəblilər – Qeyri-adi metodun fotoları
16/01/2019 [17:13]:
Zakir Həsənov Milli Orduya göstəriş verdi
16/01/2019 [17:08]:
Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə protokol imzaladı
16/01/2019 [17:07]:
“Azərsu” da gücləndirilmiş rejimə keçdi
16/01/2019 [17:04]:
Nazirlk: "Pensiya, müavinət və təqaüdlərdə artım tempi davam edib"
16/01/2019 [17:03]:
Bakıdakı sosial sığınacaqlar da gücləndirilmiş iş rejiminə keçdi
16/01/2019 [17:01]:
Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu
16/01/2019 [16:57]:
Ayaq izləri aşkar edildi - Sərhəddi keçmək istəyən silahlı şəxs saxlanıldı
16/01/2019 [16:51]:
“UNEC-100” İnkişaf Strategiyası: əsas hədəflər
16/01/2019 [16:34]:
Əflatun Amaşov: "Media mahiyyətcə dağıdıcılıqdan uzaq durmalı, birləşdirici olmalıdır"
16/01/2019 [16:28]:
Hava şəraiti ilə əlaqədar Dövlət Turizm Agentliyinin müraciəti
16/01/2019 [16:21]:
“Xəzər Dəniz Gəmiçiliyi” təhlükəsizlik tədbirlərini gücləndirdi
16/01/2019 [16:19]:
Havaların soyuq keçəcəyi günlərdə təbii qaza olan tələbat artırılacaq - “Azəriqaz” əmin edir...
16/01/2019 [16:15]:
Nazir tapşırıq verib, hava şəraiti ilə əlaqədar xəstəxanalar tam hazır vəziyyətə gətirilib
16/01/2019 [16:05]:
"Kadr islahatları zamanı Qərb idarəetmə dəyərlərini mənimsəyən insanları irəli çəkmək lazımdır"
16/01/2019 [15:59]:
Gömrük Akademiyası xaricdə təhsil alan magistrlara müraciət edib
16/01/2019 [15:56]:
Sürücülərə müraciət edildi: Kəskin hava şəraiti ilə bağlı
16/01/2019 [15:50]:
MTRŞ: "Televiziya kanalları daha çox ucuz yollara əl atır"
Bütün arxiv bir sırada
28/05/2018 [10:30] - Müsahibə - ( 4196 dəfə baxılıb)

"Keçirdiyim avtoqəza həyatımın istiqamətini dəyişdi, aktyorluğu oxudum, meyxanaçı oldum"



O, bir çox ifaları ilə yaddaşlarda qalan, onu yaxından tanıyanlar üçün aktyor, tanımayanlar üçün isə sadəcə meyxanaçı Vüqardır. Aktyorluq fakultəsini bitirsə də, həyatında baş verən uğursuzluqlardan dolayı meyxanaçı kimi tanınan Vüqar Əbdülov bu yolu getdiyinə heç də peşman deyil. Çünki, o  insanın  bacarığının, istedadının olarsa o hər sahədə uğur qazanacağına inanır. 

Beləliklə Vuqar Əbdülovun Moderator.az üçün verdiyi müsahibəni sizlərə təqdim edirik.

- Vüqar müəllim, istərdim sənətinizdəki yeniliklər haqqında danışaq...

- MTV kanalında Məclisi meyxanə adlı verilişimiz başlayacaq, çox güman ki, iyunun 2- də efirdə yayımlanacaq. Verilişdə mərhum meyxanaçıların həyatı, sənəti haqqında danışılacaq. Meyxana ustaları ilə yanaşı digər sahədən olan sənətkarlar da qonaq qismində iştirak edəcəklər.  Onlar da veriliş həsr olunan meyxanaçı haqqında fikirlərini, xatirələrini danışacaqlar. 
 
- "Leyla" mahnısı kütlə tərəfindən çox sevildi. Bu mahnının sizə uğur gətirdiyinə inanırsınız?

- "Leyla" mənim növbəti işlərimdən biri idi. Bu mahnını biz Heydər Əliyev sarayında konsert zamanı hazırladıq. İlk olaraq "N-brothers" qrupu ilə ifa etdim. Əslinə qalsa "Leyla"dan öncə ifalarım var ki, onlar da tamaşaçılar tərəfindən çox sevilib. Bu mahnıdan öncə "Bağlı qapı", "Azərbaycan" rəqsləri adlı ifalarım var ki, mənim tanınmağımda böyük rolu olub. 

- Aktyorluq fakultəsini bitirmisiniz. Ancaq sizi daha çox meyxanaçı kimi tanıyırlar...

- 1994 – cü ildə, universitetin sonuncu kursunda oxuyanda ağır avtomobil qəzası keçirdim. Bu qəzada üzüm deformasiyaya uğradı. Üzümdə qalan çapıqlarla, şişkinliklə obraz yaratmaq mənim üçün çətin idi. Buna görə də bu sahədən uzaqlaşdım. Təxminən 3-4 il ərzində  üzüm indiki vəziyyətə qayıtdı. Bu illər ərzində də mən meyxana ilə məşğul oldum və elə bunun davamı da gəldi. Ancaq sonra bir neçə filmə çəkildim.Məhərrəm Bədirzadənin filmində rol aldım, "Planet parni iz Baku" ilə bir neçə layihəmiz oldu. Ancaq gələcəkdə rejissorlarımızdan yeni bir obraz üçün təklif gələrsə  çox güman ki, qəbul edərəm. 

- Plastik əməliyyat haqqında düşünməmisiniz heç?

- Ümumiyyətlə özümlə oynamağı çox sevmirəm. İnsanlar artıq məni belə tanıyıb, qəbul edib. Qəzadan həmən sonra eləsəydim olardı, ancaq indi daha istəmirəm.

- Kompleks yaratmır ki, bu hal sizdə?

- Yox, artıq özüm də barışmışam.

- Meyxananın mahnı şəklində ifa olunmasına bir çoxları etiraz edir...

- Bu əslində geniş bir mövzudur. Bu janrın musiqi şəklində ustad sənətkarlardan Nizami Rəmzi, Ağasəlim Çıldaq, Molla Məhəmməd vaxtında ifa ediblər və sevdiriblər. Mən özüm də, Namiq Qaraçuxurlu da bu musiqilərin bir neçə variantını ifa etmişik. İndi isə bəzi meyxanaçılar bunu heç bir qaydaya əməl etmədən, bayağı şəkildə ifa edirlər. Bu hal isə mənim xoşuma gəlmir. İndi bir çox müğənnilər də vaxtilə oxunmuş musiqili meyxananı ifa edirlər və çox uğurlu alınır. Bu mahnılar çox sevilir, düşünürəm ki, bir neçə bayağı ifaya görə bu mahnıları da gözdən çıxarmaq ən azından haqsızlıqdır. Düzdür, elə olur ki, toylarda əylənmək, qəhqəhə xatirinə həmin an üçün hazırlanmış ifalar olur ki, bunlar da xoşagələn deyil. Ancaq qeyd etdiyimiz kimi, bu ifalar elə həmin an üçündür. Savadlı ifa hər zaman sevilir. 

- Universitetdə təhsil alarkən Fuad Poladov sizin müəlliminiz olub...

- Fuad müəllimə Allah rəhmət eləsin. Fuad müəllim bizə bir neçə gün dərs dedi. Sonra biz iki qrupa bölündük, mən Şükufə xanımın qrupuna düşdüm. Ancaq imtahanda Fuad müəllimdən qiymət alırdıq. Bir aktyor kimi onun qiyməti çox yüksəkdir. Ancaq bununla yanaşı onun xarakteri, mərdliyi, cəsarəti də məni valeh edirdi və düşünürəm ki, Fuad müəllimdən bizə kişi xarakteri keçib. Onun xarakterində olan səbrlik, təmkinlilik, mərdlik mənim də xarakterimə sirayət edib. Yadımdadır ki, tamaşadan sonra o mənimlə görüşdü və bildirdi ki, mən səndən bu qədərini gözləmirdim. Mənimlə bir yerdə təhsil alan tələbələr də bilir ki, universitetdə aktiv insan olmuşam, tədbirlərdə, tamaşalarda hər zaman can - başla iştirak etmişəm. 

- İnsan bəzən hər hansı bir hadisəyə üsyan etmək istəyir, keçirdiyiniz qəza sizin həyatınıza çox təsir edibmi..?

- Bilirsiniz, mən hər zaman inanmışam ki, insan istedadlıdırsa, bacarığı varsa o istənilən sahədə uğur əldə edə bilər. Bizim gördüyümüz işlər göz qabağında olduğu üçün insanlar daha çox fərqində olurlar. Ancaq elə istedadlı gənclərimiz var ki, onlar da çox böyük uğurlar əldə ediblər, lakin digər sahədə olduqları üçün onların uğurları bilinmir, tanınmır. Sözüm budur ki, hər bir insan bacarığı varsa istənilən sahədə uğur qazanacaq.
Meyxanaya gələndə əvvəl- əvvəl mənim ailəmdə də narazıçılıqlar olurdu. Atam, dayım etiraz edirdi. Ancaq bunu da deyim ki, mən heç vaxt inanmazdım ki, meyxana ilə bu qədər uğur əldə edə bilərəm. Hər zaman məndə belə hiss var idi ki, mən tanınmış bir insan olacam. Ancaq düşünmürdüm ki, bu populyarlığı meyxana sahəsində əldə edəcəm, özümü daha çox aktyorluq sahəsində görürdüm.
Təvazökarlıqdan uzaq olsa da deyim ki, hər zaman bir yerdə oxuduğum uşaqlardan, dostluq etdiyim insanlardan fərqlənirdim. Məktəbdə tədbirlər zamanı ssenarilər yazırdım, tamaşalar qururdum, satirik hekayələr yazırdım. İndi o işlərə baxsam bəlkə də mənə bayağı gələ bilər , ancaq düşünürəm ki, bu 15-16 yaşlı bir uşağın işləridir və o dövr üçün əslində pis də deyildi.
Həmin dövrlər Yaşar Nuri, Siyavuş Aslan, Arif Quliyev kimi aktyorlar bizim üçün kumir idilər. Bəlkə də onlara olan sevgi məni aktyorluğa cəlb etdi. Çox gözəl müəllimlər tərəfindən də təhsil aldım, ancaq Allahın qismətindən qaçmaq olmur. Keçirdiyim avtoqəza mənim həyatımın istiqamətini dəyişdi desəm yalan olmaz. Ancaq məni tanıyan, bacarığıma bələd olan insanlar məni meyxanaçı deyil, aktyor, yaradıcı insan kimi qəbul edirlər.

- Kino sahəsində olan yeniliklər haqqında nə deyə bilərsiniz?

- Kino sahəsi yavaş-yavaş inkişaf edir. Ancaq bildirim ki, kommersiya filmləri inkişaf edir. Təəssülər olsun ki, bu inkişafı biz keyfiyyətdə yox, kəmiyyətdə görürük. Hələ “Bəyin oğurlanması”, “Yol əhvalatı”, “Bəxt üzüyü” və başqa filmlərimiz səviyyədə filmlər görmürük. Fərda Xudaverdiyevin, Elməddin Cəfərov və başqalarının çəkdiyi bəsitlikləri mən film saymıram. Bunlara dostlarımızın xatirinə baxırıq, təbrik edirik. Heç görülməyən işdən yaxşıdır desək səhv olmaz.

- "Maşın şou"dan, həmkarınız Ağamirzə Məmmədovdan danışaq. Sizə dəstək olmadığı üçün aranızda inciklik oldumu? 

- Orda hər bir səsin mənim üçün böyük əhəmiyyəti var idi. Mən ondan pul, var – dövlət  istəmədim ki, sadəcə o mənə görə səs istəməli idi. Ancaq o bu xahişimi yerə saldı. Mən daxil olmaqla ətrafımdakı insanlar da ondan küsdü. Ancaq, o nə qədər mənim qəlbimi qırsa da  məndən böyük olduğu üçün üzr istəməsini heç vaxt istəmərəm. Bir müddət keçdikdən sonra mən özüm də görürdüm ki, o dilinə gətirməsə belə etdiyi hərəkətdən peşmançılıq duyur. Tədbirlərdə üz- üzə gələndə  görürdüm ki, o daha çox mənimlə danışmağa çalışır , daha çox yaxınlaşmaq istəyir. Buna görə də özümü elə apardım ki, güya heç nə olmayıb.
Ümumiyyətlə efir çox insanları maskalayır. Bəzi insanlar var ki, real həyatda çox yaxşıdır, onlarla dostluq etməyə dəyər. Ancaq efirə çıxanda və ya yanında başqa insanlar olanda elə səhv buraxır ki, onun haqqında yanıldığını görürsən. Elə insanlar da var ki, efirdə özünü mükəmməl bir insan kimi aparır, ancaq realda baxırsan ki, heç yol gediləsi adam deyil. 

- Bir çox insanlar düşünür ki, meyxananı efirdə səsləndirmək düzgün deyil...

- Belə fikirdə olanlar çox böyük səhv edirlər. Heç kim özünü ağıllı, professor hesab etməsin. Hansısa meyxananı və ya kiminsə ifasında səslənən meyxananı bəyənmirlərsə bunu həmin insanın özünə desinlər və konkret ad çəksinlər. Öz adımdan danışım ki, mən hər kəsdən yaxşı bilirəm ki, efirdə nəyi səsləndirmək, nəyi səsləndirməmək olar. Hər kəsin sevə- sevə izlədiyi “Bizim Cəbiş filmində” vaxtilə meyxanaya yer ayrılıb. Biz özümüz əsgərlərimiz üçün ruhlandırıcı meyxanalar demişik. Özüm də satirik meyxana ifa etmişəm. Bunların axı nəyi pisdir ki, bəziləri buna qarşı belə sərt reaksiya verir. Bizim xalqdan başqa heç bir xalqda meyxana yoxdur. Əgər bu janrın efirlərdə səslənməsini istəyirlərsə, deməli, onlar senzura istəyir və demokratiyaya qarşı çıxırlar. 
                                                                                       
Lalə Novruzlu

"Allah Azərbaycanı AB-ABŞ demokratiyasından və insan haqları imperializmindən qorusun"
Anar qurultayın təxmini vaxtını açıqladı: “Oktyabrda daha konkret cavab verə bilərəm...”
Dövlət Gömrük Komitəsinin Akademiyasında mediatur keçirildi - FOTOLAR
800 min işçi 25 gündür maaş ala bilmir -MARAQLI
Dünyanın ən soyuq nöqtəsində şaxtaya meydan oxudu - MARAQLI
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Alimlər insanda stress və təşvişi 60% azaldacaq musiqini tapdılar - VİDEO
Maraqlı
Bu ölkədən idxal olunan 7 ərzağı başınıza silah dirəsələr də YEMƏK OLMAZ!!!
Gündəm
“Erməni probleminin araşdırılması üçün ayrıca institutlar yaradılmalıdır”
Maraqlı
35 ildir sarı rəngə “boyanan” adam: Eşq simvolu, yoxsa şifrəli mesaj?
Mədəniyyət
“Hər bir vətəndaşımızın tarixi faciələrimizə öz münasibəti olmalıdır”
Həftənin ən çox oxunanları
ABŞ prezidentinin Stalinə verdiyi məxfi məktubda Azərbaycan haqda nə yazılmışdı?..
Qarşı cinsə marağı azalan, intim hissləri qaydasında olmayan cütlüklər onu çeynəsələr...
Putin Paşinyanı qucaqlayır, Lukaşenko İrəvan yolçuluğunda... - Bəs biz nəyi gözləyirik?
"Bu ölkənin şeyxi hara baxır, Anar, Çingiz Abdullayev, Ramiz Rövşən və digərləri hara baxır?"
Azərbaycanda boşanma iddiası qaldıranların çoxu kişilərdir - Səbəb UTANCVERİCİDİR
“102-ci baza ləğv edilsə, Qarabağda  genişmiqyaslı müharibə başlayacaq...”
Ucarda dəhşət: 16 yaşlı qız qaçırılıdı, zorlandı, sonra ailəsinə qaytarıldı - VİDEO
"Hamımız nədənsə düşmüşük televiziyalarda Xoşqədəmlərin, Zaurların üstünə, ancaq..."
“Şəhidlər Xiyabanına gedəndə xəcalət çəkirəm, mənə elə gəlir şəhidlər dil açıb deyir ki..."
Şəhər meri 30 il kirayədə yaşayan süpürgəçiyə ev verdi-İbrətamiz- FOTOLAR  
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə