Xəbər lenti
19/05/2019 [23:45]:
İlqar Rəhimov: "İlham Zəkiyevin güllə yarasının fəsadları özünü biruzə verir"
19/05/2019 [23:35]:
Güclü külək Gəncəni işıqsız qoydu
19/05/2019 [23:33]:
Türkiyədə yeraltı şəhər tapıldı
19/05/2019 [23:19]:
“Qalatasaray” 22-ci dəfə Türkiyə çempionu oldu
19/05/2019 [22:31]:
Hamilə qadını öldürdü, qarnını kəsib uşağı çıxartdı - DƏHŞƏT...
19/05/2019 [22:15]:
Ərdoğan: “Türkiyənin adı, bayrağı dəyişmiş olsa da, dövlət prinsipləri eyni qalıb”
19/05/2019 [22:10]:
DİM: I və IV qruplar üzrə keçirilmiş qəbul imtahanında 4 nəzarətçi qayda pozuntularına yol verib
19/05/2019 [22:09]:
Gürcüstan MSK: Seçkilərdə ən çox şikayət Marneuli və Zuqdididən daxil olub
19/05/2019 [22:07]:
İTV Avropa Yayımları Birliyindən Azərbaycan xəritəsi ilə bağlı buraxılan səhvə görə açıqlama tələb edi
19/05/2019 [22:04]:
Süd verən analara Ramazan xəbərdarlığı: Südün tərkinbində dəyişiklik yaradır...
19/05/2019 [22:02]:
Astarada dəhşətli qəza - 18 yaşlı gənc həyatını itirdi
19/05/2019 [21:58]:
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib
19/05/2019 [21:55]:
Türkiyədə iki ailə arasında qanlı toqquşma: 6 nəfər öldü - VİDEO
19/05/2019 [21:06]:
İmmun sistemini qüvvətləndirir, xolestrol səviyyəsini aşağı salır və dibaet riskini azaldır
19/05/2019 [20:53]:
DYP əməkdaşları "Gelendevagen" deyir, "Niva"nın sahibi isə daş atıb başını tutur ki...
19/05/2019 [19:56]:
Qadın keçi ilə supermarketə gəldi - Endirim kampaniyası...
19/05/2019 [19:01]:
""DQR" adlı qulpu olmayan bir çemodanı sürükləmək üçün yaxa cırmaq mümkün deyil..."
19/05/2019 [17:56]:
“Atatürkün istiqlal mübarizəsi əsarətdəki bütün məzlum xalqlar üçün ilham qaynağıdır”
19/05/2019 [17:54]:
Şəmkirin icra başçısından Dilqəm Əsgərovun oğluna KİŞİ SÖZÜ...
19/05/2019 [17:09]:
"Bu səs tezliklə Xankəndinin, Şuşanın azad olunması xəbərini xalqımıza çatdıracaq..."
19/05/2019 [16:37]:
“Əvvəl sosialist düşərgəsi “yoxa çıxdı”, sonra Varşava Paktı, sonra SSRİ”
19/05/2019 [16:35]:
"Boşanandan sonra onun gözəlliyinə, səsinə valeh olan çox insan ona elçi düşür..."
19/05/2019 [16:28]:
“Toyuğu Cahangir necə yedisə gözümüz qaldı arxasınca” - "Ac həriflər"in "həriflər"i...
19/05/2019 [16:20]:
Gözəl poeziya nümunəsi yaradan şair...
19/05/2019 [15:36]:
Seyran Səxavətlə görüş keçirildi- FOTOLAR
19/05/2019 [15:08]:
Hər ay dünyada bir xalqın dili məhv olur
19/05/2019 [14:29]:
“Azərbaycan və Türkiyə birgə İşçi Qrupu yaratmalıdır” – Qarabağ probleminə görə...
19/05/2019 [14:14]:
Ukrayna azərbaycanlıları bəyanat yaydı – “Təxribatlara uymayın”
19/05/2019 [13:28]:
“Eurovision”da Azərbaycana qarşı daha bir hörmətsizlik - VİDEO
19/05/2019 [13:21]:
Hondurasda təyyarə qəzaya uğrayıb, ölənlər var
19/05/2019 [12:59]:
Bakıya yağış yağacaq, rayonlara dolu düşəcək
19/05/2019 [12:26]:
Şamaxıda maşın yoldan çıxaraq aşıb - iki yaralı var
19/05/2019 [12:14]:
Səsimdə problem oldu – Çingizdən ilk açıqlama
19/05/2019 [12:13]:
Fransada "sarı jiletlilər"in 27-ci aksiyası keçirilib
19/05/2019 [12:12]:
“Kim sübut edə bilər ki, filankəs filankəsdən güclü vətənpərvərdir, bunu kim ölçür?"
19/05/2019 [12:11]:
"Rusiya buna aydınlıq gətirsə, ermənilər Azərbaycanın zərbəsinin real olmasına inansalar..."
19/05/2019 [12:10]:
Madonnanın “Eurovision”da Fələstin mesajı qalmaqala səbəb oldu - VİDEO
19/05/2019 [11:27]:
Millət vəkilinə ağır itki...
19/05/2019 [11:20]:
“Suriya getsə, Tehran da gedəcək” - İki ölkəni ABŞ və İŞİD-in əlindən alan general
19/05/2019 [10:59]:
Novxanıda yanğın: 5 nəfər xilas edildi
19/05/2019 [10:55]:
Nomenklaturanı konkretləşdirmək, əlavə söz-söhbətlərə son qoymaq bu qədərmi çətindir?
19/05/2019 [10:53]:
Siqareti təgitməyinizin gözəlliyinizə faydaları... - Xanımlara tövsiyyə...
19/05/2019 [10:31]:
İşğalçı ölkədə demokratiya oyunu: Erməninin Paşinyanına da lənət, Koçaryanına da...
19/05/2019 [10:23]:
"Belələri nəinki Allahın, elə Kantın və ya Nyutonun qarşısında da ciddi görünmürlər..."
19/05/2019 [10:13]:
Türkiyədə hərbi xidmət müddəti azaldılacaq
19/05/2019 [10:11]:
Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək
19/05/2019 [10:09]:
Bu gün 35422 abituriyent II və III qruplara qəbul imtahanı verəcək
19/05/2019 [10:07]:
“Boeing” səhvini düzəltdi
19/05/2019 [10:05]:
Səudiyyə kralı Ərəbistan liderlərini təcili yığır
19/05/2019 [10:03]:
Türkiyə və Rusiya birgə S-500 istehsal edəcəklər
19/05/2019 [09:59]:
Azərbaycana “Avroviziya – 2019”da maksimal və minimal xal verən ölkələr
19/05/2019 [09:54]:
27-ci dəfə Laçında ermənilərin  yallı getməsinə dözdük-Axı biz tolerantıq…- FOTOLAR
19/05/2019 [09:50]:
“Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO
18/05/2019 [23:53]:
FHN-in Yanğından Mühafizə Qərargahının rəisi: "Yanğın zamanı geyim malları yanıb" - FOTO
18/05/2019 [23:47]:
İndi bunun nə yeri, nə də zamanıdır...
18/05/2019 [23:29]:
Ananın diri-diri basdırdığı uşağı it tapıb xilas etdi
18/05/2019 [22:50]:
İftardan qalan yeməkləri imsakda yeyənlərə CİDDİ XƏBƏRDARLIQ...
18/05/2019 [22:45]:
"Emin 444" öldürən çempionun yaralı görüntüsü yayıldı - FOTO
18/05/2019 [22:35]:
“Bavariya” ardıcıl yeddinci dəfə çempion oldu
18/05/2019 [22:32]:
Tovuzda avtomobil uşağı vurub öldürdü
18/05/2019 [22:31]:
“Eurovision”da qalmaqal
18/05/2019 [22:30]:
Uşağı üçün bilet vermək istəyən konduktoru avtobusdan aşağı atdı - VİDEO
18/05/2019 [22:00]:
Sevdiyi qadını xilas etmək üçün əvvəl böyrəyinin birini verdi, sonra "ürəy"ini...
18/05/2019 [21:56]:
Sadəcə göz oxşayan ətirli gül deyil, həm də dərdlərin dərmanı imiş...
18/05/2019 [21:10]:
Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı
18/05/2019 [21:09]:
Fələstinlilər “Eurovision”un bənzərini yaratdılar - Eyni vaxtda yayımlanacaq
18/05/2019 [20:57]:
Afrikada Şvarsneqqerin kürəyindən vurdular - VİDEO
18/05/2019 [20:51]:
Soçi aeroportu təcili boşaldılıb
18/05/2019 [20:14]:
"Söyüş mübarizəsi düşmən dəyirmanına su tökür və Azərbaycana zərər vurur"
18/05/2019 [19:11]:
Masallıda qəza - 2 müəllim öldü
18/05/2019 [19:06]:
İlham Əliyev Hüseyn İbrahimovla bağlı sərəncam imzaladı
18/05/2019 [19:00]:
Bakıda “Hyundai” əsgərləri daşıyan maşına çırpıldı - FOTO/VİDEO
18/05/2019 [18:38]:
UEFA Avropa Liqasının kuboku Gəncədə nümayiş olunacaq
18/05/2019 [18:36]:
Penitensiar Xidmət: Məhkum Babək Həsənovla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil
18/05/2019 [18:31]:
Laçınlı ana və kəlbəcərli idmançı “torpaqlarımıza azadlıq!” çağırışı etdi-FOTOLAR-
18/05/2019 [18:26]:
Çingiz Mustafayev dünya azərbaycanlılarına səsləndi - VİDEO
18/05/2019 [18:01]:
“Bakı Nəqliyyat Agentliyinin tabeliyində bu işi icra edəcək bir qurum yoxdur…”
18/05/2019 [17:50]:
Atatürkün Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı arxivlərində saxlanılan FOTOLARI
18/05/2019 [17:32]:
Prezident icra başçısını təltif etdi
18/05/2019 [17:29]:
Koçaryan azadlığa buraxıldı
Bütün arxiv bir sırada
07/06/2018 [21:25] - Müsahibə - ( 1495 dəfə baxılıb)

Deputat: "Quldarlıq quruluşunda heç bu qədər boşanma yox idi"



Moderator.az Oxu.Az-a istinadən Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev ilə müsahibəni təqdim edir:

- Musa müəllim, bu günlərdə parlamentin Səhiyyə komitəsində transplantasiya ilə bağlı qanuna dəyişikliklərinin geniş müzakirəsi oldu. Adıçəkilən qanunda daha hansı dəyişikliklər ola bilər? Komitə sədri Əhliman Əmiraslanov son dəyişikliklərin hələ tam olmadığını, bunun davamının olacağını da bildirib.

- Qanun layihəsi üzərində iş davam edir.

Nəzərdə tutduğumuz əsas dəyişikliklər meyitdən orqan, toxuma götürülməsi və resipiyentə köçürülməsi işinin təşkilinin hüquqi bazasını möhkəmlətmək istiqamətində yeni maddələrin layihəyə əlavə olunmasıdır.

Bu müddəalar donor orqanın götürülməsi, saxlanılması, daşınması qaydalarını tənzimləməli, donor orqan götürüləcək klinikalara və tibb heyətinə olan tələbləri müəyyən etməli, donorların, resipiyentlərin, donor orqan və toxumaların reyestrinin yaradılması, donorluq və transplantasiya işinin bütün respublika ərazisində əlaqələndirilməsi üçün Koordinasiya mərkəzinin yaradılmasının hüquqi əsasları və qaydaları nəzərdə tutacaq.

- Özünüz də çıxışınızda qeyd etdiniz ki, “ölü dönor” la bağlı bağlı məsələdə “qohumlar problemi” var. Bu məsələdə hələ ki tam razılıq əldə olunmayıb. Bu məsələdə razılıq əldə olunacaqmı, olunmasa, bəs necə olacaq?

- Dünyada transplantasiya sahəsində bu məsələ ən çox müzakirə olunan mövzulardan biridir.

Əvvəla “meyit”, “ölü donor”, yaxud, komitə iclasında təklif olunduğu kimi “beyin ölümü keçirən şəxs” terminlərindən hansı bizim ölkəmiz üçün məqbuldur və bu məsələ də müzakirə mövzusudur. Bəzi ölkələrdə “Gadabra” termini işlənir ki, bunun da dilimizdə anlamı elə “meyit” deməkdir.

Beyin ölümü diaqnozunun qoyulması da məsuliyyətli işdir. Bunun kriteriyaları hazırlanıb təsdiq olunmalı, beyin ölümü diaqnozunu qoyan həkim konsilium heyətinin tərkibi təyin edilməlidir.

O ki qaldı ölmüş şəxsin orqanlarının donorluq məqsədi ilə götürülməsinə, dünyada müxtəlif yanaşma təcrübəsi var.

1. Əgər şəxs sağlığında öz orqan və toxumalarının götürülməsinə razılığını  yazılı surətdə vəsiyyət edibsə, onun qohumlarının razılığı tələb olunmadan cəsədindən donor kimi istifadə olunur.

2. Əgər şəxs sağlığında cəsədindən donor kimi  istifadəni qadağan edən vəsiyyətnamə qoyubsa, onun orqanlarından heç bir halda (qohumları təkid etsə belə) donorluq məqsədi ilə istifadə edilə bilməz!

3. Əgər şəxs sağlığında ölümdən sonra orqanlarının donorluq məqsədi ilə götürülməsi barədə yazılı bilgi qoymayıbsa, ölüm anında onun yanında olan, yaxud, ilk gələn yaxın qohumlarının (arvadı (əri), valideyinlərindən, yaxud övladlarından biri) birinin yazılı razılığı kifayətdir ki, orqanlar donorluq üçün götürülsün.

Bu, hər şeydən əvvəl bir insanlıq, mənəviyyat və mədəniyyət məsələsidir. Əgər biz həqiqətən ölkədə donorluğu bir həyatverici missiyaya çevirmək istəyiriksə, bu yolla getməliyik.

Burada ziyalılarımızın, nüfuzlu şəxslərin, xüsusən din xadimlərinin mövqeyi çox önəmlidir.

- Ümumiyyətlə, Azərbaycanda orqan və toxuma transplantasiyasına ehtiyacı olan nə qədər insan, xəstə var?

- Belə bir statistika, bizdə təəssüf ki, aparılmır. Dünya təcrübəsi göstərir ki, hər 1 milyon nəfərə ildə dünya üzrə 130-140 qaraciyər və böyrək köçürülməsi baş verir. O məntiqdən çıxış etsək, 10 milyon əhalisi olan bir ölkədə ildə 1300-1400 nəfərin qaraciyər və böyrək köçürülməsinə ehtiyacı ola biləcəyini söyləyə bilərik. Amma, bu, sırf ümumiləşmiş  riyazi yanaşmadır.

Ayrı-ayrı ölkələrdə tamamilə fərqli göstəricilər ola bilər: xəstələnmə səviyyəsi, əhalinin yaş tərkibi, həyat tərzi, diaqnostikanın vəziyyəti, tibbi xidmətlərə əlçatanlıq və s. kimi  faktorlar bu göstəriciyə əhəmiyyətli dərəcədə təsir edə bilər.

- Yeri gəlmişkən, həmin iclasda “Tibbi optika haqqında” yeni qanun layihəsinin də ilkin dinləmələri keçirildi və dinləmələr  zamanı Azərbaycana 10 milyon insana cəmi 25 optik mağazanın düşdüyü bildirildi, hansı ki, dünyada on min nəfərə bir optik mağaza düşür. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, bu problem necə çözüləcək?

- Hesab edirəm ki, bu məsələdə ölkəmizdə ciddi bir problem yoxdur. İxtisaslaşmış optika mağazalarının azlığını apteklərdə optika bölmələri kompensasiya edir. Hər halda bu gün  “eynək tapa bilmədim” - deyə, şikayət edən yoxdur. Hər kənddə optika mağazası açmağa da ehtiyac yoxdur. 

Fikrimcə, əsas problem görmə qüsurlarının vaxtında aşkar edilməsi, müalicəsi, korreksiyası, o cümlədən, eynəklərin keyfiyyəti və qiyməti məsələsidir.

- Musa müəllim, başqa bir məsələyə də münasibətinizi bilmək istərdik. Son illər ailə-məişət zorakılığı ilə bağlı məsələlər ətrafında coxsaylı müzakirələr aparılsa da, bu yöndə dövlət, parlament tərəfindən addımlar atılsa da, problem yenə də ortadadır. Bu məsələnin çözümü ilə bağlı daha hansı addımlar atılmalıdır ki, vəziyyət normala düşsün?

- Bu, yeni bir problem deyil və vahid həll düsturu da yoxdur. Adəm babamız nə qədər ki, tək idi, cənnətdə yaşayırdı, elə ki evləndi, daha cənnətdə yaşayası olmadı (gülür).

Ailə-məişət problemlərini doğuran səbəblər müxtəlifdir.

Maddi, sosial, psixoloji, mənəvi-əxlaqi  problemlər, mədəni-intellektual səviyyələrdəki fərq, valideyinlərin və yaxın qohumların müdaxiləsi ailədaxili çatlar yaradır və vaxtında korreksiya edilmədikdə, bu çatlar dərinləşir və ailənin divarı uçulur, damı dağılır. Uçqunlar altında isə ən çox balaca uşaqlar qalırlar.

Bu səbəblər vaxtında müəyyənləşib aradan qalxmayanda konflikt dərinləşir, psixoloji gərginlik fiziki şiddətə, bəzən də cinayətə gətirib çıxarır. Və bu təkcə bizim ölkəmizin problemi deyil.  Demokratik-hüquqi sivil dünya deyilən toplumun problemidir.

Problemsiz ailə yoxdur, sadəcə, problemi çözə bilən və çözə bilməyən ailələr var.

Mən cəmiyyətin və dövlət orqanlarının ailə problemini çözə biləcəyinə inanmıram. SSRİ kimi nəhəng, güclü bir imperiya yaradan, kommunist partiyasını bir sistem kimi az qala dünyanın yarısında oluşduran Stalin öz ailəsini xoşbəxt idarə edə bilmədi: arvadı intihar etdi, oğlu əyyaş oldu, qızı ölkədən qaçdı.

Ailə möhkəm mənəvi özül üzərində qurulmalıdır. Özülsüz ailənin dözümü də olmur!

Əgər ailədaxili mənəvi dəyərlər deqradasiya edibsə, o ailəni kiminsə, yaxud,nəyinsə xətrinə saxlamağın da mənası yoxdur. Bəzən soruşurlar ki, Sovet hökumətində bu qədər boşanmalar yox idi. Doğrudur. 

Sovet quruluşu bir kommuna sistemi idi. Hamı bir nəfər üçün, bir nəfər hamı üçün şüarını xatırlayırsanmı?

Həmin tayfa - qəbilə dövrünün qaydaları cəmiyyəti insanın üzərində nəzarətçi təyin etmişdi. O dövrdə cəmiyyətin hüququ şəxsin hüququndan üstün sayılırdı.

İctimai qınaq, kollektiv məhkəmələri, qohum-qonşu töhməti, “partbilet”in alınması qorxuları, milisin birbaşa müdaxiləsi ailədaxili məsuliyyəti artırmaqla yanaşı, həm də münaqişələrin alovlanmasına imkan vermirdi.

O vaxt cəmiyyət boşanmış kişilərə və qadınlara, hətta, onların tayfalarına belə yaxşı baxmırdı.

O qaydalar boşanmaları azaltmışdı, amma ailə daxili xoşbəxtliyi artırmamışdı. İndi isə sivil dünya, o cümlədən, bizim qanunlarımız şəxsin hüququnu cəmiyyətin hüququndan üstün sayır.

Cəmiyyət şəxsin həyatına nəzarətçi ola bilməz. İnsan xoşbəxtliyinin ən birinci şərti onun azadlığıdır. Heç quldarlıq quruluşunda da bu qədər boşanma yox idi. Qadının ailədə hüququ isə qul hüququndan fərqlənmirdi.

Azad dünyanın isə öz tələbləri var: hər kəs öz seçimini özü etməlidir, ya münaqişəli ailədə QUL kimi ömür zürməli, ya da ayrılıb DUL kimi yaşamalıdır.

loading...
loading...
Hamilə qadını öldürdü, qarnını kəsib uşağı çıxartdı - DƏHŞƏT...
Süd verən analara Ramazan xəbərdarlığı: Südün tərkinbində dəyişiklik yaradır...
İftardan qalan yeməkləri imsakda yeyənlərə CİDDİ XƏBƏRDARLIQ...
Sadəcə göz oxşayan ətirli gül deyil, həm də dərdlərin dərmanı imiş...
Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Atatürkün istiqlal mübarizəsi əsarətdəki bütün məzlum xalqlar üçün ilham qaynağıdır”
Gündəm
“Əvvəl sosialist düşərgəsi “yoxa çıxdı”, sonra Varşava Paktı, sonra SSRİ”
Cəmiyyət
Seyran Səxavətlə görüş keçirildi- FOTOLAR
Dünya
Uşağı üçün bilet vermək istəyən konduktoru avtobusdan aşağı atdı - VİDEO
Maraqlı
Sevdiyi qadını xilas etmək üçün əvvəl böyrəyinin birini verdi, sonra "ürəy"ini...
Həftənin ən çox oxunanları
Bakirə çıxmadığı deyilən gəlindən şok sözlər: "Ərim güzgüdə özünə baxıb..." - VİDEO
Rusiya üçün “S-400”-ü yaratmış azərbaycanlı haqda yeni film çəkildi-VİDEO
"Fahişə belə, bu hərəkəti eləməz, amma bizim "zapravka"lar edir, müvafiq qurumlarsa..."
Azərbaycanda bəy toyu günü gəlinin görüntüsünü paylaşdı - VİDEO
“Şuşadakı taborlarda tibb bacısı adıyla erməni agenturasına xidmət edən rus qızlar var idi...” 
İcra başçısına zərfdə güllə göndərdilər: "Çox yaxşı bilirəm ki..."
İrana gündə 500 raket zərbəsi!
“Şəmistana fəxri ad versələr, inciyərəm...”
Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI
"Emin 444" öldürən çempionun yaralı görüntüsü yayıldı - FOTO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]