Xəbər lenti
17/08/2018 [12:50]:
"Bu işi ərsəyə gətirmək üçün canımı qoyacam” - Natəvanı canlandıracaq rəqqasə...
17/08/2018 [12:50]:
Qərbi Kaspi Universiteti II tur üçün qəbul elan edir
17/08/2018 [12:42]:
"Nə vaxta qədər ki, Rusiya işğaldakı torpaqların azadlığını Ermənistandan tələb etməyib..."
17/08/2018 [12:40]:
Naxçıvanda toyların "sladkiy stol" formatında keçiriləcyi xəbəri uydurma imiş - RƏSMİ
17/08/2018 [12:33]:
Emomali Rahmon Özbəkistanda səfərdə - 17 il sonra ilk
17/08/2018 [12:31]:
ADNSU-da tələbə adını qazanmış abituriyentlərin qeydiyyatına start verildi
17/08/2018 [12:29]:
Paşinyan -100 və ya dövlət kimin ətəyindən yapışmalıdır? - Qarabağ müşkülü...
17/08/2018 [12:26]:
Bakıda manyak peyda oldu - İnsanlərı ölümlə hədələyir
17/08/2018 [12:13]:
Hadi Rəcəbli barəsində yazanlara xəbərdarlıq etdi: “Bu qədər şərəfsiz hərəkət etmək olmaz”
17/08/2018 [12:11]:
Azercell-in uşaqların rifahına yönəlik sosial layihələri davam edir -FOTOLAR
17/08/2018 [12:09]:
ADAU-ya qəbul olmuş tələbələrin validyenləri ilə görüş keçirildi
17/08/2018 [11:59]:
Bakıda gənc qızları tovlayan dələduz peyda olub –İş adı ilə intim təklif...
17/08/2018 [11:50]:
Hansı heyvanların qurban kəsilməsinə icazə verilir? - İlahiyyatçı...
17/08/2018 [11:32]:
Valideynlərin nəzərinə: Dərslər sentyabrın 15-i başlamayacaq
17/08/2018 [11:12]:
Qarabağ üçün itirilmiş daha yüz gün -Müharibə bir az da yaxınlaşdı
17/08/2018 [11:07]:
Zaur xəstəxanaya düşdü... - FOTO
17/08/2018 [10:42]:
“ADNSU Yay məktəbi 2018” davam edir
17/08/2018 [10:36]:
Tələbə qız bakirəliyini internətdə satışa çıxardı - FOTO
17/08/2018 [10:29]:
Tramp: “Türkiyə ABŞ-dan uzun illər istifadə edib”
17/08/2018 [10:19]:
Ermənistan cəbhədə təxribat törətdi
17/08/2018 [10:13]:
Hərbi Prokurorluq əsgər ölümü ilə bağlı məlumat yaydı -Gizir və əsgərlər zorakılıq ediblər
17/08/2018 [10:12]:
Qadın metroda çılpaq soyundu - İstidən şikayətləndi - FOTO
17/08/2018 [10:09]:
Tikinti materiallarının qiyməti BAHALAŞIB
17/08/2018 [09:58]:
İlhamə Quliyevanın doğum günüdür: “Məni görəndə maç-muç öpürdü, görməyəndə söyürdü”
17/08/2018 [09:52]:
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
17/08/2018 [09:51]:
Xaçmazda 11 qovaq ağacı qanunsuz kəsildi
17/08/2018 [09:44]:
Qənirə Paşayeva Qazaxıstan rəsmiləri, QHT və KİV rəhbərləri, tanınmış aydınlarla görüşdü
17/08/2018 [09:31]:
Oxu, Alim...
17/08/2018 [09:27]:
Trampdan yeni TVİT: "Türkiyəyə..."
17/08/2018 [09:23]:
“İlqar Məmmədov Merkelin Bakı səfərinə görə azadlığa buraxılmayıb”
17/08/2018 [08:52]:
“Allahım, mən niyə yoxsulam” sualına Yaradan necə cavab verdi...?
17/08/2018 [08:34]:
Yeni xilaskar bəşəriyyəti bu ideya ətrafında birləşdirəcək – ELMİ-LƏDUN ARAŞDIRMA
17/08/2018 [08:08]:
Boliviyada mikroavtobus 7 rəqqası vuraraq öldürdü
17/08/2018 [08:07]:
Vaşinqtonda hərbi parad təxirə salındı
17/08/2018 [07:48]:
Lirənin məzənnəsinin dəyişkənliyi SOCAR-ın Türkiyə aktivlərinə təsir göstərəcəkmi?
17/08/2018 [07:45]:
ABŞ İran üzrə xüsusi nümayəndə təyin etdi
17/08/2018 [07:40]:
Tramp: "Çin ABŞ-a əlverişli saziş təklif edə bilməz"
17/08/2018 [07:38]:
Dövlət Departamenti İranla dialoqa başlamaq üçün şərtlərini açıqladı
16/08/2018 [23:51]:
Dünyanın ən nadir quşu yerə endi - MARAQLI
16/08/2018 [23:39]:
Türk ordusu İraqın bu şəhərini belə bombaladı - Video
16/08/2018 [23:38]:
“KTMT-ə üzv olsaq, qoşulmama hərəkatından çıxmalıyıq”
16/08/2018 [23:36]:
Azərbaycanda qızılın qiyməti 20 aylıq minimuma endi
16/08/2018 [23:31]:
Keçmiş Baş nazir vəfat etdi - 7 günlük matəm elan olundu
16/08/2018 [23:28]:
Heroin komasına girdilər, körpələri ölümdən son anda xilas oldu - DƏHŞƏT...
16/08/2018 [23:18]:
Kim Kardaşyan onu məşhur edən dalının reklamından İrəvana nə qədər pul ayıracaq?
16/08/2018 [23:11]:
136 kq arıqladı, tamamilə başqa biri oldu - FOTOLAR
16/08/2018 [22:33]:
Dünyanın "ən kasıb prezidenti" təqaüdündən imtina edib - İBRƏTAMİZ...
16/08/2018 [22:33]:
Misir mumiyalarının sirri ortaya çıxdı - ARAŞDIRMA
16/08/2018 [21:45]:
Tarixin ən böyük müğənnisi vəfat etdi
16/08/2018 [21:25]:
Azərbaycanlı Latviyada parlament üzvlüyünə namizəddir
16/08/2018 [21:05]:
Sarqsyanın partiyası Ermənistan-Rusiya münasibətlərindən narahatdır
16/08/2018 [20:48]:
Kim deyər ki, 46 yaşı var... - Fotolar
16/08/2018 [20:30]:
Nazir sabiq direktoru geri qaytardı - TƏYİNAT
16/08/2018 [20:29]:
Bu il Azərbaycanda 29 mindən çox adam vəfat edib
16/08/2018 [19:52]:
“Nar” bölgələrdəki LTE şəbəkəsini genişləndirir
16/08/2018 [19:30]:
Ölkədə saat 21:00-dan sonra araq satılması qadağan edildi...
16/08/2018 [19:25]:
Prezident yol tikintisinə 11,6 milyon ayırdı
16/08/2018 [19:16]:
AMEA: "Televiziyadakı Böyük xəritə yanlışlığın bizimlə əlaqəsi yoxdur"
16/08/2018 [18:53]:
Arıların daha bir qeyri-adi bacarığı aşkar edildi...
16/08/2018 [18:46]:
ABŞ-ın Texas A&M Universitetinin əməkdaşları ADAU-a səfər ediblər
16/08/2018 [18:38]:
Laçında 2019-cu ildə yeni xəstəxana istifadəyə veriləcək -FOTOLAR
16/08/2018 [18:27]:
"Ömür sevmədiyin insanla evlənmək, sevmədiyin işi görmək üçün çox qısadır, gənclər..."
16/08/2018 [18:25]:
Gələn ildən qəbul imtahanları yeni imtahan modelinə uyğun keçiriləcək
16/08/2018 [18:22]:
Vətəndaşların müraciəti həll olundu -FOTOLAR
16/08/2018 [18:16]:
İraqda valideynlərini itirmiş uşaqlar Bakıya gətirildi
16/08/2018 [18:11]:
Ermənistan futboluna Təhlükəsizlik Xidmətinin rəisi nəzarət edəcək
16/08/2018 [18:02]:
Nazirdən ƏMR: Təhsilin prioritet istiqamətləri müəyyənləşdi
16/08/2018 [18:00]:
692 balla müəllimliyi seçdi: “Savadsız müəllimlər işdən çıxmırlar ki, boş yerlər açılsın”
16/08/2018 [17:58]:
DİM Kamran Əsədovu məhkəməyə verir
16/08/2018 [17:39]:
“Ermənistan ordusu əsgərindən tutmuş nazirinə qədər korrupsiyaya uğrayıb”
16/08/2018 [17:38]:
İrəvanın Moskva ilə "nə yardan doyur, nə imtina edir" siyasəti oyunu...
16/08/2018 [17:29]:
"Azərbaycan Ermənistandakı qarşıdurmadan istifadə edib öz torpaqlarını işğaldan azad etməlidir"
16/08/2018 [17:21]:
Rəqqasə Fatimə dayə axtarır
16/08/2018 [17:18]:
Jirinovski: "Krım da, Qarabağ da, Abxaziya da, Dnestryanı da bizimdir..."
16/08/2018 [17:15]:
Baş prokurorla görüş vaxtı dəyişdirildi
16/08/2018 [17:12]:
4 türk əsgəri ŞƏHİD oldu
16/08/2018 [17:10]:
15 gündə 68 yol qəzası olub: 28 ölü, 132 yaralı
16/08/2018 [17:00]:
Paşinyan Putinə zəng vurdu
16/08/2018 [16:58]:
Ali məktəblərə plan yerlərinin 11 faizi boş qalıb
16/08/2018 [16:39]:
Qurban bayramına görə pensiyalar tez verildi
Bütün arxiv bir sırada
12/06/2018 [14:14] - Müsahibə - ( 3285 dəfə baxılıb)

"Adamlar var ki, qəbiristanlıq mollası kimi bütün tədbirlərdə iştirak edirlər..."



Ədəbi mühitdən uzaq olduğunu desə də elə ədəbiyyatın  özüdür Nurafiz Hüseynov. Bu insan haqqında geniş əhatəli yazmağa ehtiyac da yoxdur. Özünün  də qeyd etdiyi kimi insanın yazdıqları elə onun xarakterinin yaşam tərzinin təzahürüdür. Onun şeirlərini oxuyan onu da tanıyacaq

Beləliklə, Nurafiz Huseynovun Moderator.az üçün verdiyi müsahibəni oxuculara təqdim edirik.  

- Təklə haqqında danışmağınızı istərdim... 

- Təklə mənim ruhumdur, göbəyim orda kəsilib. Təkləlilər indi Azərbaycanı bir çox bölgələrində yaşayırlar. Hamısı da yaşam tərzi, adət ənənələri ilə ortaq bir oxşarlıq içindədilər. Təklə mənim, babamın, nənəmin dünyaya göz açdığı yerdir. Sabir demişkən, ruhumun paytaxtıdır. Bugün də anamın, atamın məzarının yerləşdiyi, seçmədiyim, Allahın seçdiyi yerdir. 
 
- Ağtəklə və Qaratəklə - bunların fərqi nədədir? 

- Bunlar hər ikisi də eyni kökənlidir. Sadəcə adların deyilişində fərqlilik var. Bundan əlavə Təklənin bir boyu da da var ki, bu da Qaracalardır. Qəribədir ki, gürcülərlə sıx təmasda olan bu tayfalar nə dil cəhətdən, nə yaşam tərzi tərəfindən heç bir assimilyasiyaya uğramayıb. Ağtəkləlilər daha çox tərəkəmə həyatına meyllidirlər. Biz uşaq olanda kəndin demək olar ki, hamısı yaylağa gedərdi. O yaylaqlarda qəbirstanlıqlar var ki, onların 300-400 il yaşı var. İndi də müəmmalıdır ki, o qəbir daşlarını ora necə gətiriblər. Çox güman ki, bunlar yaylaqda yaşayan insanların məzarıdır. Ümumiyyətlə Təklə camaatı genişliyi çox sevir. İndi də elədir. Bu insanlar Moskvadan belə yayılıblar. Təklə-Məkandan üzü bəri gələn ruhun genişliyi bu gün də bu gün də Təkləlilərin qanında at oynatmaqdadır.
 
- Yaylağa köçmək adəti varmı yenə də? 

- Əlbəttə, yenə də yaylağa gedənlər var. Ancaq indi çox azdır. Köhnə ayaq izlərini gətirmək üçün dostlarla yığışıb gedirik hərdən biz də yaylağa. Bir neçə gün qalıb gəlirik. Bu sərbəstlik, yollara olan sevgi elə tərəkəməliyin təzahürü deyil ki? Daxilən sərbəst insanam. Sadəcə mən mühəndis olduğumdan işə olan məsuliyyət məni rahat buraxmır. Dostum Rüstəm Kamal zarafatla deyir ki, “atdan düşüb, maşına minmisən, klassik tərəkəməsən. Bütün günün yollarda keçir. Yol deyəndə Nurafiz yadıma düşür, Nurafiz deyəndə də yol. Siz bir-birinizə sinonimsiniz”. Məni yaşadan yollardır, oturaq həyat tərzi məni yorar, usandırar. Çox vaxt şeirlərimi də yollarda yazıram. İş günümün zox hissəsini obyektlərdə keçirirəm, işçilərlə təmasda oluram. Bunlar məni ruhən dincəldir, mən də belə istirahət edirəm. Çünki at belində, tərəkəmə həyatı yaşayaraq böyüyən insan dörd divara sığa bilməz. Bu mənim xarakterimdir, Allahın verdiyi nemətdir. Hər zaman oğlum sual verir ki, ata insanlara bu qədər yaxşılıq etməyi necə bacarırsan.? Cavab verirəm ki, ay oğul vallah heç kimə yaxşılıq etməmişəm mən. Sadəcə mən heç kimə pislik etmirəm, bu mənim yaşam tərzimdir, edə bildiyimi edirəm. Görürəm ehtiyac var, gücüm çatırsa o insanın əlindən tutmağa, onu qaldırmağa bunu edirəm. Bir dəfə Astaraya, Mutlayataq kəndinə məktəbə gedirdim. Çıxanda gördüm ki, bir qoca nənə samovar qaynadır. Həyətə necə girdim heç özümün də xəbərim olmadı. Dedim ay nənə, Allah qonağı qəbul edirsən? Nənə də qayıtdı ki, ay bala Allaha da qurban olum, qonağına da. Maşında uşaqlar üçün etdityim bazarlığı da düşürdüm. Dedim ay nənə sən süfrəni hazırla, mən samovarı qaynadaram. Qonşu bunu görüb polisə zəng edib ki, bəs bir adam var qonşunun həyətində. Sən demə bu nənənin də bir oğlu var imiş Rusiyada çoxdandır gəlmirmiş. Bir də gördüm ki, bir polis gəlib, soruşdu ki, müəllim siz kimsiniz? Cavab verdim ki, şairləri tanıyırsan də, onlar bir az başdanxarab, hərdəm xəyal olurlar. Güldü ki, düz deyirsən elədir. Dedim o şairlərdən biri də mənəm. polis dediyinə peşman oldu, üzr istədi, hamı yığışdı gəldi, nənənin həyətində böyük bir məclis qurduq. O günü ölən bir günə qədər unutmaram. Yaşlı bir nənəni sevindirməkdən böyük bir mənəvi zövq yoxdur , ola bilməz mənim üçün. 
 
- Düşünürsünüz ki, bu xeyirxahlıq etmək, bunu sevmək sizə valideynlərinizdən keçib? 

- Belə düşünürəm, çünki mənim atam da anam da belə olublar. Bu mənə gendən, qandan keçən bir xasiyyətdir. Mən istəsəm də bunu dəyişə bilmərəm. İnanırsınız ki, mən uşaqlarımı da özüm kimi tərbiyə etmişəm. Hərdən onlara deyirəm ki, sizi çox düzlüklə böyütmüşəm, sizə həyatda çətin olacaq.  

- Övladlarınıza həm də öyrətmisiniz ki, insan indiki zəmanədə kürəyini ancaq divara söykəməlidir?

- Qızlarımı deyə bilmərəm, ancaq oğlum məndən daha fərqli bir xarakterə sahibdir. O daha çox reallıqla yaşayandır, hər hala, hər problemə daha rasional yanaşır. Mən daha çox duyğularımla bir məsələyə yanaşıramsa, o daha çox ağılla yanaşır. Düzdür xeyrxahlığından qalmasa da amma reallağı da qəbul edir. Mənim sonradan gördüyüm səhvi o anında görə bilir. Biri var ağıllı, biri də var müdrik. Olsun o məndən daha müdrikdir.  
 
- Bir az ədəbi mühitdən danışaq. Akif Səməd haqqında şeir yazmısınız... 
 
- Onun ölümü mənə çox pis təsir etmişdi. Akif Səməd bu üzündən o biri üzü görünən insan idi. İstər həyatda istərsə də yazılarında mövqeyi olan insan idi. Bilirsiz ki, bütün şairlər yeyib-içməyə meylli olur. Bizim insanlar da belə şairləri pis qələmə verir. Ancaq onun yazılarında başqa bir Akif Səməd var idi. Şeir yazmağım da ondan qaynaqlanır. Onun oğlu da şairdir. Yaxşı yazıları olur. Ancaq Ulucayın da yazılarından hiss edirəm ki, o daha fərqli bir xarakterə sahibdir. Ulucay daha müasir düşüncəlidir. Akif Səmədin yazılarında kənd ağayanalığı hiss olunurdusa, oğlunun yazılarında şəhər insanın düşüncələri hiss olunur. Bəzi insanlar Ulucayı tənqid edir, ürəyi yanmış kimi göstərərək ona irad tutur. Ancaq o iradları da ictimailəşdirmədən, çay süfrəsi ətrafında söhbət edərək də bildirmək olar.  

- Ümumiyyətlə, hər zaman ədəbi mühitdən uzaq olmusunuz...  

- Heç vaxt bu mühitdə olmağa can atmamışam, hər zaman özümü uzaq saxlamışam. Ədəbi mühitdə iştirak etmək istəyən insanların hər kəsin özünəməxsus məqsədi olur. Biri çap olunmaq, digəri görünmək, reklam olunmaq üçün daha çox görünür. Mənim belə bir tələbatım olmayıb axı. Bunlarla yanaşı mən həm də başqa bir sahənin insanıyam, işim çox olur. Vəzifə məsuliyyətim olur, məcbur öz sahəmlə daha çox vaxt keçirməli oluram. Bu tədbirlərdə iştirak etmək mənə nə isə vermirsə, orda vaxt itirməyə dəyməz. Elə tədbirlər var ki, çox istəsəm də gedə bilməmişəm, ancaq elə tədbirlər də olur ki, vaxtım olsa da getmək istəməmişəm. 
 
- Ədəbiyyatda olmaq üçün şeir yazmırsınız...  

- Şeirlə, yazı ilə ədəbiyyatda olarlar. Ədəbiyyatda olub ortaya bir əsər gətirə bilməyəcəksənsə bunun nə mənası var ki. Hər yerdə məni görsünlər, tanısınlar ancaq ortaya çıxacaq birşey yoxdursa bu ədəbiyyat deyil, bazar olar. Yazımı yazıramsa, dostlarım oxucularım oxuyub bəyənirsə bu elə ədəbiyyatda olmaq deməkdir. Hardasa bioloji olmağın heç bir əhəmiyyəti yoxdur, əsas odur ki, insan özündə olsun. Adamlar var ki, qəbirstanlıq mollası kimi bütün tədbirlərdə iştirak edirlər. Çoxusu da çəkil çəkdirib, paylaşmaq üçün gedirlər tədbirlərə. Hər tədbirdə iştirak edəndə adama nə verirlər ki, dost yaxın bildiyim insanların tədbirində oluram, bu mənə bəs edir. Bir də ki,xarakterdən asılıdır. İnsanlar var ki elə yerlərdə özlərini daha yaxşı hiss edir. Əksinə mən elə yerlərdə sıxılıram.  
 
- İlk kitabınız 50 yaşınızda nəşr olundu. Düşünmədiniz ki, artıq gecdir? 

- Düzünü desəm ilk kitabm 1984- cü ildə dərc olunmalı idi. O vaxt Oqtay Rza və Mustafa İsgəndərzadə yataqxanaya gəlmişdilər, onlara şeirlərimi oxudum. Dedilər sən yazılarını ver. Mən də əl yazılarını maşınkada çap etdirib, poçt ilə Yazıçı nəşriyyatına göndərdim. Məktub gəldi mən də getdim. Dedilər yazılarını göndərmisən ancaq kitabın adı yoxdur. Cavab verdim ki, mən bu sahədən deyiləm. Əjdər Xanbabayev dedi ki, üç şeirini oxuyacam. Xoşuma gəlsə çap etdirəcəyik. Açdı ilk oxuduğu şeir “Dağlar anama oxşayır” oldu. Sonra isə Təbriz haqqında şeirimi oxudu. Sonra dedi ki, üçüncünü daha oxumuram, ikisi bəsdir mənə. Elə həmin an redaktoru çağırdı və təlimat verdi ki, bunun şeirləri növbəsiz çap olunacaq redaktəyə hazırlayın. Sonra "Yazıçı" nəşriyyatı köçəndə mənim yazılarım olan papka itdi. Ondan sonra da bütün şeirlərim getdi. 
 
- Əlyazmalar yox idi sizdə?  

- Bilmirdim ki, maşınkada yazandan sonra bütün əlyazılarını da cırıb tulladım ki, daha lazım deyil. Onlardan 4-5 şeir yadımda qalmışdı. Bir də ki, bəzi bəndləri xatırlayırdım. Mən öz şeirlərimi əzbər bilmirəm. İndiyə qədər çox az şeirimi əzbər bilirəm. Bundan sonra da daha kitab işi alınmadı. Ədəbi Birlikdə Məmməd İsmayılın bir sözündən incidim . Ona görə bu sahədən bir müddət uzaqlaşdım. 
 
- Nə idi ki, sizi küsdürən?  

- Şeirlərimi müzakirə üçün ədəbi dərnəyə vermişdim. Çox xətrini istədiyim Məmməd İsmayıl mənə zarafatla dedi ki, yerlin İsa İsmayılzadə kimi əvvəl sərbəst yazıb sonra hecaya keçəcəksən. Özüm də bir az utancaq, çəkingən idim. Bu sözdən də incidim. Yazıları gütürüb o çıxan çıxdım ordan. Sağ olsun Məmməd İsmayıl, ordan məni qovladı ki, get şair ol. Ondan sonra mən daha da cilalandım. Ancaq buna baxmayaraq elə o zamanlarda yazdıqlarıma içimdə bir güvən var idi. 
  
- Tənqid yaradıcı insanı ruhlandırırmı?  

- Yazan insan nə yazdığını bilirsə, o tənqidin fərqində olmamalıdır. Kimki yazdığında ikincəkli, yəni olar- olmazı hiss edirsə, özünə güvəni yoxdursa o insana tənqid təsir edir. Yazı insanın içindən gəlməlidir. Yazı ürəkdən, qandan keçməyibsə o yazının havası da olmaz. Tənqidi də normal qəbul edirəm, bu onun firkidir, hörmətlə yanaşıram. Ancaq öz yazdıqlarımdan da əminəm. Çünki bu yazı mənim qanımdan içimdən süzülüb gəlib. Bilmək olmaz bəlkə də mən bu yazıdan süzülmüşəm. Tənqidçilər də müxtəlif cür olur. Eləsi olur ki, hər sətirin mətnaltı mənasını axtarıb tapır, tənqidçi də var ki... 
Yeri gəlmişkən deyim ki, nənəmin o zamanlar işlətdiyi elə müdrik ifadlər var idi ki, mən indi də onları yazılarımda işlədirəm. Çoxlu bayatılar çəkər, oxşamalar eydirərdi. Buna qalanda elə əsil şair nənəm idi. İlk kitabım çıxanda hamı təriflədi, heç şeirlərimi tənqid edən görmədim. Dedim bunlar tərifləyir ki, mən şeir yazmağı tərgidim. 
 
- Deyirlər bəzi tənqidçilər “qonaqlıq” müqabilində şairləi tərifləyir... 
 
- Bakıda, eləcə də Azərbaycanda heç kim deyə bilməz ki, Nurafiz bizə onun haqqında yazmaq üçün xahiş edib və ya “şirinlik” verib. Ehtiyac yoxdur vallah belə yazılara. Haqqımda yazan insanların 90 faizini də yazımdan sonra tanımışam. 
 
- Özünüzdə olan ilk işığı İsa İsmayılzadənin “oğurladığınız” kitabını oxuyarkən gördünüz... 

- İsa İsmayılzadənin şeirlərini oxuduqdan sonra mənim içimdə bir ürpəniş, oyanma baş qaldırdı. Mən bilmirdim bu nə idi. Çünki İsanın şeirləri mənim oxuduğum klassik şairlərin şeirlərinə oxşamırdı. Ancaq bundan əvvəl də ədəbiyyata maraqlı idim. Sonra bacımgilin xatirə dəftərində özümə məxsus sözlər yazırdım. Gördüm mənim yazdıqlarım fərqli, maraqlı olur. Bundan sonra da başladım yazmağa. 
  
- İlk oxucunuz kim olub? 

- Ancaq özüm olurdum. Qorxurdum şeirlərimi üzə çıxarmağa. Yazdığımı gizlədirdim. Bir dəfə orta məktəbdə oxuyanda qardaşım yazdığımı gördü. Həmin vaxt çox qorxdum, birdən deyər ki, niyə şeir yazarsan. Sonra dəniz haqqında şeir, sonra da sevgi haqqında, beləcə ardı gəldi.
  
- Ötən müsahibəmizdə ilk sevgi etirafları etdiniz, problem yaranmadı ki? 

-Yox, bu sarıdan həyat yoldaşıma tam güvənirəm. Həm o özü də bilir ki, bu uşaqlıq sevgisi idi. Ailə baxımından çox şanslı insanam. Ən çətin anlarımda belə o mənə hər zaman dəstək olub, mənim görmədiklərimi mənə göstərib. 
 
- Zaman azlığından şikayətlənirsiniz. Mütaliə üçün vaxtınız olurmu? 

- Çox da vaxtım olmur mütaliə üçün. Buna baxmayaraq çalışıram ki, yenə də oxuyum. İndi yaxn dostum Nəriman Əbdülrəhmanlının “Taclı” romanını oxuyuram. 
 
- Gənclərdən kimləri oxuyursunuz? 

- Aqşin Evreni, Məhəmməd Turan, Elməddin Nicat, Emin Piri bunların yazılarını bəyənirəm. Emin Piri içi bütöv, tam insandır. Qəribədir ki, bu oğlan hər zaman pozitiv olur. Çox yaxşı oğlandır, yaxşı da yazıları olur. Ümumiyyətlə insanın yazdıqları onun xarakterini təcəssüm etdirir. Yazarın xasiyyəti ilə yazdığı əsərlər vəhdət təşkil etməlidir. Buna görə də bir yazarın yazdığını oxuduqdan sonra çalışıram ki, onun özü ilə də tanış olum. 
 
- Yaxın keçmişdə gənc yazarlar arasında dünyasını dəyişmiş, xalq tərəfindən qəbul olunmuş və bir şair kimi imzasını tanıtmış yazarları tənqid etmək demək olar ki dəb halını almışdı... 

- Düşünürəm ki, bu həmin gənc yazarların xarakterindən təzahür edən bir durumdur. Yazdıqları insanın xarakterini ortaya qoyur. Başqa cür olarsa saxtakarlıq alınar. Gənclər də öz fikirlərini bildirməlidirlər. Ancaq bu dərəcədə inkar etmək düzgün deyil. Və ya başqasını inkar etmək üçün özün nə isə ondan daha yaxşı işlər üzə çıxarmalısan. O zaman sənin tənqidinə, inkarına baxmaq olar hardasa. Tanınmaq hələ qəbul olunmaq demək deyil. Mən şairəm deyə kimisə tənqid edim, bu mənlik deyil. Şairəm özümə görə. Ümumiyyətlə kimisə qəbul etmirsənsə bunu əsalandırmalısan, səbəbini yazmalısan. 
 
- Antireklam özü də bir reklamdır... 

- Elədir, bu insanlar özlərini reklam etmək istəyirlər. Gündəmə gəlmək üçün bu yollara əl atırlar. Ancaq düşünmürlər ki, bunların yazıları gündəmə gəlmir, adları reklam olunur. Axı bu ad insana nə verir ki. Adın bugün Yaşadır, sabah olacaq nə bilim nə. Bunun heç bir önəmi yoxdur. 
 
- Daha çox tənqid olunan gənc yazarlardan biri də Kəramət Böyükçöldür. Bu tənqid haqlıdırmı? 

- Kəramət istedadlı gəncdir. Ancaq onun atası ilə də müəyyən polemikaları da olurdu, buna düzgün baxmıram. Amma onlar ikisi də bir mühitin insanı olduqları üçün bəlkə də bu məqbuldur. Mən öz prizmamdan yanaşaraq deyirəm ki, şəxsən mən etmərəm. Sözün düzü indiki gənclərdə sərbəstlik var. Bu yaxşı haldır, ancaq ifrata varanda bəyənilmir. Bəlkə də onlar bu hərəkətlər istəməyərək edirlər. Onlar bizim kimi, sıxılaraq , senzura daxilində yaşamayıblar. Mən özüm evdə böyüklərin yanında uşaqlarımı qucağıma almazdım. Ancaq indikilər bu sahədə sərbəstdirlər. Böyüdüyüm ailədə müəyyən qadağalar olsa da , mən daxilən sərbəst, azad insan olmuşam. İndi də bu sərbəstliyin uşaqlarımda da olmasını istəyirəm və onları azad ruhda böyütmüşəm. Ancaq buna baxmayaraq bu sərbəstlik özü də müəyyən çərçivələr daxilində olub. Deyirlər ki, sən özünü tərbiyə et, lazım olanı uşaq səndən götürəcək. Çalışıram ki səhv etməyim ki, bu səhvi sabah uşaqda da görməyim. Bu mövzuda uşaqlarımdan çox razıyam. Buna görə də özümü çox şanslı hesab edirəm.  
                                                             
Lalə Novruzlu

Oxu, Alim...
Heroin komasına girdilər, körpələri ölümdən son anda xilas oldu - DƏHŞƏT...
Jirinovski: "Krım da, Qarabağ da, Abxaziya da, Dnestryanı da bizimdir..."
"Allahın verdiyi təbii sərvətləri mənimsəməyə cəhd etmək, bu gün Türkiyəyə qarşı aparılırsa..."
Tibb xidməti general-mayoru Dağlar Abdullayevin anım mərasimi keçirildi - FOTOLAR
İdrak Liseyi - Keyfiyyətli təhsil
Nabranda ailəvi istirahət üçün kotec tipli kirayə evlər. Ətraflı məlumat üçün əlaqə nömrələri:

050 311 11 64, 055 681 11 64

N.Tusi adına Klinika
Cəmiyyət
Hadi Rəcəbli barəsində yazanlara xəbərdarlıq etdi: “Bu qədər şərəfsiz hərəkət etmək olmaz”
Maraqlı
“Allahım, mən niyə yoxsulam” sualına Yaradan necə cavab verdi...?
Maraqlı
Dünyanın ən nadir quşu yerə endi - MARAQLI
Gündəm
“KTMT-ə üzv olsaq, qoşulmama hərəkatından çıxmalıyıq”
Maraqlı
Arıların daha bir qeyri-adi bacarığı aşkar edildi...
Həftənin ən çox oxunanları
Yaponların başqa planetdə yaşadığını sübut edən 30 heyrətamiz fakt - FOTOLAR
Suya tullanan Nigar Camalın sinəsi çöldə qaldı - VİDEO
“Hansısa ərəbin mənim şəhərimdə hoqqa çıxarmağa nə ixtiyarı var?!” - VİDEO
Ərdoğan Trampa QALİB GƏLDİ: dollar sürətlə düşür
“İstanbul təslim olarsa, nə Bakı qalar, nə Astana, nə Daşkənd, nə Aşqabad...” -Fikir savaşı
Bakıda "moyka"da biabırçılıq: qızı lüt soyundurub maşın yuduzdurdular – VİDEO
Şagirdlər kütləvi şəkildə dəfn olundular – Faciənin fotosu
Gənc müəllim əlini qadınlara vurmadığına görə işsiz qaldı - Rəzalət - FOTO
İsmayıllıda baş verən müəmmalı hadisə ufoloji cəhətdən araşdırılmalıdır - MARAQLI...
FHN generalının otellər şəbəkəsi üzə çıxdı - FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə