Xəbər lenti
25/05/2019 [13:44]:
Azərbaycan filmlərində yer alan əcnəbi sənətçilər - Müəmmalı dəvətlər
25/05/2019 [13:39]:
Səfər Mehdiyev sakinləri qəbul etdi - Foto
25/05/2019 [13:35]:
Azərbaycana 16 mm-lik dolu düşüb
25/05/2019 [13:33]:
Bakıda qadın doğuş zamanı öldü
25/05/2019 [13:33]:
İlham Əliyev indoneziyalı həmkarını təbrik edib
25/05/2019 [13:31]:
Çingiz Qənizadə seçicilərini dinlədi -FOTOLAR
25/05/2019 [13:21]:
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
25/05/2019 [13:19]:
Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən açıqlama
25/05/2019 [13:17]:
Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər
25/05/2019 [13:15]:
“Arsenal” yayda Mxitaryanı satmağa hazırdır
25/05/2019 [12:36]:
AMEA magistraturasına qəbul zamanı müsahibə mərhələsi ləğv olunub - QƏRAR
25/05/2019 [12:33]:
Anar: “Babamın şəklini "Siyasi qurbanların xatirəsi muzeyi”ində gördüm”
25/05/2019 [12:30]:
İstefa verən hakim vəkilliyə qəbul olunub
25/05/2019 [12:22]:
Baş nazir sıravi əsgərləri satın alır: Generalitetlə savaşın pərdəarxası...
25/05/2019 [12:21]:
Bakıda 16 mərtəbəli binada yanğın baş verib - FOTO+VİDEO
25/05/2019 [12:18]:
“Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub - FOTOLAR
25/05/2019 [12:16]:
"Bizim azadlıq və istiqlaliyyətimizi gözləri götürməyən rəqiblərimiz deyirlər ki..."
25/05/2019 [12:10]:
“Onun ən böyük kino rolu "General Həzi Aslanov" filmidir...”
25/05/2019 [12:08]:
Elçin Quliyev: “1920-1950-ci illərdə repressiyaya məruz qalmış vətəndaşların sayı 400 mindən artıq olub”
25/05/2019 [12:06]:
O, gələcəkdə daha çox oxunacaq...
25/05/2019 [12:05]:
DTX rəisi: "Azərbaycanı Almaniya, Fransa, İngiltərə ilə müqayisə edirik, belə də olmalıdır"
25/05/2019 [12:02]:
“1990-cı illərdəki xəyanətlərin üstü açılmayacaq hələlik...”
25/05/2019 [11:57]:
Kafedə meyit tapıldı - Zorakılıqla öldürülüb
25/05/2019 [11:47]:
Türkiyədə həbs olunan gəminin dənizçiləri Rusiyaya qayıtdı
25/05/2019 [11:32]:
Masallıda kənd təsərrüfatı sistemi sürətlə elektronlaşır
25/05/2019 [11:21]:
Azad Rəhimovun oğlu 20 milyonluq tender “uddu”
25/05/2019 [11:12]:
Müəllimin şagirdinə qarşı əxlaqsızlığı gizli kameraya düşdü - VİDEO
25/05/2019 [11:11]:
"Rəsmi, siyasi dairələrdə məni yaxına buraxmırlar və başım çıxmır səbəbi nədir"
25/05/2019 [11:08]:
AzTV-dən növbəti ilk: xarici ekspertlər faktları açdılar... - Video
25/05/2019 [11:06]:
Saakaşvili Ukraynaya qayıdır - TARİXİ AÇIQLADI
25/05/2019 [11:02]:
Gəncədə avtomobil 19 yaşlı qızı vurdu
25/05/2019 [10:57]:
Ali məktəbi bitirənlər niyə dövlət qulluğunda az təmsil olunur? - PROBLEM
25/05/2019 [10:57]:
Ermənistan xarici işlər nazirinin səhhəti kəskin pisləşdi-Lavrovla danışıqdan sonra...
25/05/2019 [10:53]:
Hava limanında Rusiya vətəndaşından 800 min dollar "tapıldı" - Hökumət 25 faizini istəyir...
25/05/2019 [10:51]:
Neftçalada 5 uşaq anası olan 30 yaşlı qadın intihar etdi
25/05/2019 [10:48]:
Cəbhədə gərginlik – Atəşkəs 20 dəfə pozuldu
25/05/2019 [10:42]:
Bu gün Bakıda 28 dərəcə isti olacaq
25/05/2019 [10:40]:
NATO yeni hərbi strategiya qəbul edir – Rusiyaya görə
25/05/2019 [10:40]:
"Neçə illər öncə Qarabağ probleminin də qeyri-standat həlli olduğunu demişdim..."
25/05/2019 [10:39]:
Avtomobil ustaları emalatxanada heroinlə tutulublar - FOTO
25/05/2019 [10:32]:
Məmurlar Ramazan boyunca aşpaz və ofisiant işləməyə göndərildi- GÖZLƏNİLMƏZ...
25/05/2019 [10:07]:
Pavel Qraçov Rəhim Qazıyevə görə şəxsən Əbülfəz Elçibəyi təhdid edibmi? - MÜƏMMA
25/05/2019 [10:05]:
“İsgəndər Həmidovla əlaqə itib” - AXH rəsmisi
25/05/2019 [10:03]:
Rotşildlərlə qonşuluq 13 milyon avroya başa gələcək
25/05/2019 [10:02]:
Ağacan Əbiyev: “Ronaldo deyil, Messi deyil, başımıza çıxarıblar”
25/05/2019 [09:56]:
Azərbaycanda keçirilən beynəlxalq idman oyunları ölkəmizə nə verir?
25/05/2019 [09:54]:
Azərbaycanda 5 uşaq anası özünü asdı
25/05/2019 [09:42]:
Döyüşçü yoldaşından Nəcməddin Sadıkova özünəməxsus doğum günü TƏBRİKİ...
25/05/2019 [09:40]:
Tramp Meyin istefasını şərh etdi
25/05/2019 [09:38]:
Hindistanda məktəb yandı: 19 ölü - VİDEO
25/05/2019 [09:33]:
Tramp Yaxın Şərqə qoşun göndəriləcəyini təsdiqləyib
25/05/2019 [09:30]:
Korrupsioner məmurların varidatının xalqa paylanılmasına başlandı...
25/05/2019 [09:26]:
"Vicdanımı itirmişəm, onu tapanlardan artıq dərəcədə xahiş edirəm ki..."
25/05/2019 [09:23]:
ABŞ İrana təzyiqi artırır – Ərəb ölkələrinə silah satışı dəstəkləndi
25/05/2019 [09:22]:
Meksikada "Mi-17" vertolyotu qəzaya uğrayıb
25/05/2019 [09:20]:
Lavrovun diplomatik "uğur"u: Danışıqlardan əvvəl araq içmək...
25/05/2019 [08:30]:
"Beş gecə vardır ki, Allah möminlərin dualarını rədd etməz..."
25/05/2019 [00:04]:
Boris Conson: “Oktyabrın 31-də Böyük Britaniya Avropa İttifaqı üzvlüyündən çıxacaq”
24/05/2019 [23:59]:
“Mercedes” su maşını ilə toqquşdu: Yaralılar var - FOTO
24/05/2019 [23:50]:
Bu gecə ilk Qədr gecəsidir
24/05/2019 [22:48]:
Şəhid akademikin qızından Prezidentə müraciət: "Bizi arxasız görüb başımıza bu oyunu açırlar"
24/05/2019 [22:23]:
Şəhid ailəsini yaşadığı mənzildən bayıra atmaq istəyənlər kimlərdir?
24/05/2019 [22:21]:
Aranda hava kəskin dəyişdi - “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi
24/05/2019 [22:20]:
Daşkəsənə dolu yağıb - FOTO
24/05/2019 [22:18]:
UEFA prezidenti Mxitaryanın Bakıya gəlməməsinə münasibət bildirib
24/05/2019 [22:17]:
Qarabağda rəqs məktəbləri açılır: Həm də Amerika ermənilərinin pulları hesabına...
24/05/2019 [22:17]:
Maliyyə naziri Samir Şərifova ağır itki
24/05/2019 [22:12]:
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirildi
24/05/2019 [22:07]:
Fransada partlayış törədildi
24/05/2019 [22:05]:
Nərimanovda YAP ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirildi
24/05/2019 [22:02]:
Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürdü
24/05/2019 [22:00]:
Nursultan Nazarbayev Fəxri prezident oldu
24/05/2019 [21:48]:
“Rusiya Qarabağ probleminin həllini ona görə istəmir ki...”
24/05/2019 [21:21]:
Dünyada 1,5 milyon kor, beş milyon zəif görən uşaq var
24/05/2019 [21:04]:
Prezidentdən sonra ən yüksək maaşı bu şəxs alır
24/05/2019 [21:03]:
Azərbaycanlı ailə Almaniyadan deportasiya olundu
24/05/2019 [20:45]:
Yaponiya İmperatoru Prezident İlham Əliyevi təbrik edib
24/05/2019 [20:38]:
Sürücülük etibarnaməsi ilə bağlı yenilik
24/05/2019 [20:36]:
Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürüb - FOTO
24/05/2019 [20:33]:
Belqrad Universitetində “Azərbaycanda musiqi mədəniyyətinin inkişaf tarixi” adlı tədbir keçirilib
Bütün arxiv bir sırada
13/06/2018 [09:14] - Müsahibə - ( 7952 dəfə baxılıb)

“Ermənistanı sülhə məcbur etmək mümkün deyil, çünki...” - MÜSAHİBƏ

Sülhəddin Əkbər: “Rusiya Qarabağ məsələsində baş aktyor olsa da, Ermənistanın arxasında gizlənib”
“Biz strateji zaman itkisinə yol vermişik”


“NATO və Avropa Birliyinə intqrasiya yolu bizə Ermənistan qarşısında böyük üstünlük qazandıra bilərdi”

 

Son günlər regionda və dünyada baş verən bəzi proseslər, xüsusilə də bilavasitə ölkəmizin maraq və təhlükəsizliyi ilə bağlı yaşanan müəyyən olaylar Azərbaycanda da diqqətlə izlənməkdədir. Moderator.az olaraq AZDP sədri, politoloq Sülhəddin Əkbərlə söhbətimizdə Azərbaycanın maraqları baxımından da mühüm əhəmiyyət kəsb edən bəzi məqamlara aydınlıq gətirməyə, mövcud proseslərin gələcək inkişaf dinamikasını müəyyənləşdirməyə çalışdıq.

 

-Sülhəddin bəy, bu günlərdə Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu MDB ölkələrini, eləcədə  Azərbaycanı Suriyada sülhün təmin edilməsi prosesində aktiv iştirak etməyə çağırdı. Sizcə Azərbaycanın Suriyadakı olaylarda hansısa formada yer alması ölkəmizin maraqları baxımından nə dərəcədə əhəmiyyətlidir?

 

-Bütövlükdə yanaşdıqda, Azərbaycanın istənilən beynəlxalq prosesdə iştirakı özlüyündə müsbət addımdır. Bu, ölkəmizin beynəlxalq aləmdə tanınması, müsbət imicinin formalaşması, habelə ölkəmzin xarici siyasət maraqlarının inkiafı baxımından müsbət hadisədir. Təklifin haradan, hansı məqsədlə gəlməsi isə başqa məsələdir.

Suriyada İŞİD-lə mübarizə faktiki olaraq başa çatmaqdadır. İndi Suriyanın yenidən qurulması məsələsi gündəmə gəlir. Habelə, Cenevrə və Astana prosesi əsasında buradakı problemlərin sülh yolu ilə nizamlanması cəhdləri var. Hansı ki, beynəlxalq birliklə bu danışıqları Rusiya aparır və burada İranla Türkiyə də iştirak edir. Təbii ki, burada bir təşəbbüs yarışı var. Rusiya çalışır ki, Suriyada təşəbbüsü əldən verməsin. Bunun üçün həm Suriyadakı rejimin, həm də İranın dəstəyini alır. Türkiyə ilə birlikdə hərəkət də rusların Suriyadakı mövqeyini gücləndirir. Türkiyə-Rusiya anlaşmasından sonra Astana prosesinin də uğurla davam etməsi müşahidə edilir. Astana prosesi əsasən hərbi məsələəlrin həllinə həsr olunub. Soçi prosesi isə siyasi məsələlərin həllinə hesablanıb. Rusiya Suriya məsələsində müttəfiq və tərəfdaşlarının sayını çoxaltmağa çalışır. Buna görə də Azərbaycanı da bu prosesə cəlb etməyə cəhd edir.

 

-Sizcə Azərbaycanın Suriyadakı proseslərdə yer alması Rusiya üçün niyə bu qədər zəruridir?

 

-Rusiya burada əsasən üç faktoru nəzərə alır. Bunlarda biri Azərbaycanın Türkiyə ilə yaxın münasibətlərdə olması, Türkiyənin də Suriyadakı proseslərdə aktiv iştirakı gerçəyidir. İkincisi, Azərbaycanın MDB üzvü olduğunu nəzərə alır. Əgər Azərbayucan bu prosesdə iştirak edəcəksə, o zaman Rusiya bunu öz hesabına yazacaq. Üçüncüsü, Rusiya Azərbaycanın maliyyə-iqtisadi imkanlarını nəzərə alır. Çox güman ki, ruslar Azərbaycanın Əfqanıstanda iştirakını da nəzərə alır. Yəqin ki, rəsmi Bakıya bildirirlər ki, necə olur ki, NATO-nun istəyinə uyğun olaraq Əfqanıstanda bu qədər proqramda iştirak edirsiniz, bu qədər maliyyə ayırırsınız, indi niyə Suriyaya ayırmırsınız? Hesab edirəm ki, Azərbaycanın Suriyadakı proseslərdə iştirakında həm ruslar, həm də türklər maraqlı olacaq. Istənilən halda Azərbaycan öz mili maraqlarını nəzərə almalıdır və Türkiyə ilə birlikdə hərəkət etməlidir. Suriyadakı türkmənlərin, türklərin maraqlarını nəzərə alaraq bu prosesə qoşula bilər. Lakin Azərbaycan bunu edəcəksə, o şəkildə etməlidir ki, bu, beynəlxalq birlikdən ayrı şəkildə, Rusiya ilə birlikdə hərəkət kimi qəbul olunmasın.

 

-Bu günlərdə Günnüt kəndinin düşmən işğalından azad edilməsi cəmiyyətdə böyük ruh yüksəkliyinə səbəb oldu. Sizcə bu kimi qələbələrlə Ermənistanı sülhə vadar etmək mümkündürmü? Yoxsa bunun üçün bizim daha böyük qələbələrə ehtiyacımız var?

 

-Təbii ki, bu kimi uğurlarla Ermənistanı sülhə məcbur etmək mümkün deyil. Azərbaycan cəmiyyətində təəssüflər olsun ki, bu münaqişə ilə bağlı düzgün fikir formalaşmayıb. Əslində bu münaqişə Rusiyanın Azərbaycana qarşı apardığı vəkalət müharibəsidir. Bu müharibədə Ermənistan Repsublikası və qondarma Dağlıq Qarabağ rejimi Rusiyanın vəkilləri kimi iştirak edir. Əgər Azərbaycan bu hərbi qarşıdurmasa uduzmasaydı, erməniləri üstələsəydi, o zaman qarşısında Rusiyanı görəcəkdi.

İkincisi, əgər ölkəmiz 2013-2014-cü illərdə Moldova, Ukrayna, Gürcüstan kimi avroatlantik məkana inteqrasiya yolunu tutsaydı, o zaman yenə də qarşısında Rusiyanı görəcəkdi. Qarabağ məsələsində isə Rusiya hələ ki, arxa planda qala bilir. Səbəb isə Azərbaycanın bu münaqişədə uduzması, Avropa və NATO-ya inteqrasiyadan uzaq durmasıdır. Azərbaycan bu iki məsələ ilə bağlı müəyyən addımlar atsa, görəcəksiniz ki, münaqişənin arxasındakı əsas güc – baş aktyor Rusiya dərhal üzə çıxacaq.

Bu kimi addımlarla Azərbaycan Ermənistanı sülhə məcbur edə bilməz.

 

-Sizcə niyə Ermənistanı sülhə məcbur etmək mümkün deyil?

 

-Çünki onun arxasında Rusiya dayanır. Azərbaycanın isə Rusiyanı sülhə məcbur etmək imkanı yoxdur. Rusiyanı Cənubi Qafqazda sülhə ancaq ABŞ və NATO məcbur edə bilər. Çünki yalnız onların belə bir potensialı var. İndi Rusiyanı sülhə məcbur etmək prosesi Ukraynada aparılır. Ukraynada ABŞ, NATO və Avropa Birliyi Rusiyanı hələlik “yumşaq güc” vasitəsi ilə sülhə məcbur etməyə çalışır. Lakin eyni zamanda Ukraynanın hərbi potensialını artırırlar. NATO-da “Ukrayna 2020” proqramı qəbul edilib. Həmin proqrama əsasən də bu ilin sonuna qədər Ukraynanın Müdafiə Nazirliyi, 2020-ci ilə qədər isə bütün Silahlı Qüvvələr NATO standartlarına uyğunlaşdırılacaq. Yəni 2020-ci ildə Ukrayna ordusu tam müasir ordu halına gələcək.  Bunun üzərinə də ABŞ, NATO və Avropa Birliyinin sıx dəstəyini gəlsək, Rusiyaya qarşı sərtləşdirilən sanksiyaları, bu ölkənin getdikcə ağırlaşdırılan maliyyə-iqtisadi vəziyyətini nəzərə alsaq, o zaman Ukraynada Rusiyanın sülhə məcbur edilməsindən söhbət gedə bilər. Lakin təəssüf ki, bu gün Azərbaycan haqqqında bunu danışa bilmirik.

 

-Bizi bu məsələdə Ukrayna, Gürcüstan, Moldovadan fərqləndirən nədir?

 

-Azərbaycan öz strateji seçimini etməyib. Avropa Birliyi və NATO-ya inteqrasiya yolunu tutmayıb. Gürcüstana baxın. Bu ölkə ABŞ-ın sıx dəstəyini alır. ABŞ çox aktiv şəkildə Gürcüstanı NATO üzvlüyünə hazırlayır. Gürcüstanda NATO-nun təlim və qiymətləndirmə mərkəzi açılıb. 500 nəfərlik çevik qüvvələri yerləşdirilib. Gələn ayın 11-12-də Brüsseldə NATO-nun toplantısı keçiriləcək. Orada müzakirə ediləcək məsələlərdən biri də Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyüdür. Bu toplantıda adıçəkilən ölkələrə üzvlük planı verilməsə belə, hazırlıq üçün fərqli adlarda da olsa xüsusi proqramlar veriləcək. Yaxud mövcud proqramlar daha da genişləndiriləcək.

Gürcüstan əslində NATO-ya hazırdır. Bolqarıstan və Rumıniyanın NATO və Avropa Birliyinə qəbulu ilə Gürcüstanın indiki vəziyyətini müqayisə eləsək, görərik ki, Gürcüstan bu ölkələrdən daha hazırlıqlıdır. Sadəcə, bu siyasi məsələdir və buna görə də 2008-ci ilin Budapeşt sammitində Almaniya və Fransa Gürcüstanın NATO üzvlüyünə “yaşıl işıq” yandırmadılar. Gürcüstan üçün yandırılan “qırmızı işıq” Rusiyanın Gürcüstana təcavüzü üçün “yaşıl işıq” oldu. Rusiya 8 avqust 2008-ci il tarixində Gürcüstanın 20%-ni işğal etdi.

 

-Bəlli bir müddətdir ki, Ermənistan və Qarabağda ciddi gərginlik yaşanmaqdadır. Sizcə Azərbaycanın bu gərginlikdən yararlanması mümkündürmü?

 

-Azərbaycan strateji zaman itkisinə yol verib. Əgər Azərbaycan GÜAM üzvü olan digər ölkələr kimi – Moldova, Ukrayna və Gürcüstan kimi 2013-2014-cü illərdə Avropa Birliyi ilə assosiativ saziş imzalasaydı, NATO-ya inteqrasiya yolu tutsaydı, bu gün biz Ermənistanı xeyli dərəcədə üstələmiş olardıq. Belə olsaydı, o zaman sizin verdiyiniz suala da cavab verməyə hazır vəziyyətdə olardıq. O zaman Azərbaycanın Ermənistanı üstələməsi üçün böyük bir şans var idi. Bu strateji şans itirildi. Ermənistan bir tərəfdən Rusiya ilə hərbi-siyasi ittifaq halında hərəkət edirdi, KTMT-nin üzvü idi. Daha sonra Avrasiya İqtisadi Birliyinə üzv oldu. Buna görə də Ermənistan Rusiyanı qrşısına alıb bu yolu gedə bilməzdi. Azərbaycanın isə Rusiya ilə hərbi müqaviləsi yoxdur. Nə də KTMT və Avrasiya İttifaqının üzvü deyilik. Azərbaycan bundan istifadə edərək GÜAM üzvü olan digər ölkələrlə birlikdə hərəkət etsəydi, o zaman Ermənistanı strateji cəhətdən üstələmişdik. Əgər biz həmin ölkələr kimi NATO və Avropa Birliyinə intqrasiya yolu tutsaydıq, o zaman ABŞ və bütün Qərb dünyası bizim müstəqilliyimizi, ərazi bütövlüyümüzü, suverenliyimizi tanıyacaqdı. Indi isə bizim ərazi bütölüyümüz həmsdər ölkələr tərəfindən belə tanınmır. BMT-də bu məsələ ilə bağlı səsvermələrin nəticəsinə nəzər salın. Heç bir həmsədr dövlət Azərbaycanın ərazi bütövlüyünə səs verməyib. Biz starteji zaman itkisinə yol verməklə həm də bunu itirmişik.

 

-Əgər Azərbaycan açıq şəkildə NATO və Avropa Birliyinə inteqrasiya yolunu tutsaydı, sizcə bu, ölkəmizi Rusiya ilə üz-üzə qoymayacaqdımı?

 

-Təbii ki, biz bu yolu tutsaydıq Rusiya qarşımıza çıxacaqdı. Kaş Rusiya qarşımıza çıxardı. O zaman Rusiya ancaq Dağlıq Qarabağı işğal edəcəkdi. Dağlıq Qartabağ sərhəddində də rus qoşunları duracaqdı. Necə ki, Abxaziya, Cənubi Osetiyanın sərhədlərində rus qoşunları dayanıb. Biz 7 rayonun ən az 6-sını itirməzdik. Mən Laçını nəzərdə tutmuram. Ruslar Dağlıq Qarabağda yerləşsəydi, bəlkə də bütövlükdə Laçın rayonu hərbi baxımdan onlar üçün heç bir önəm kəsb etməyəcəkdi. Onlara etibarlı dəhliz yetərli idi.

Günün birində, Rusiya zəifləyib burdan çəkilmək məcburiyyəti qarşısına qalanda həmin Qərb dünyası, hansı ki, Azərbaycan onun tərkib hissəsi olacaqdı və ya buna namizəd olacaqdı, bizi müdafiə etməyə məcbur qalacaqdı. Necə ki, Ukraynaı, Moldovanı, Gürcüstanı müdafiə etməli oldu. Bu ölkələrdə mərkəzi hakimiyyət Rusiya ilə üzbəüzdür. Qarabağ məsələsində isə Rusiya gizlənib. Bizim ən böyük problemlərimizdən biri də məhz budur. Kaş ki, Rusiya ön planda olardı. Belə olardısa, o zaman Rusiya ilə qarşıdurma yaşayan Qərb ən azından öz maraqları naminə bizə dəstək verəcəkdi. Biz bütün bunları uduzmuşuq.

 

Ardı var

 

Seymur Əliyev

 

loading...
loading...
"Neçə illər öncə Qarabağ probleminin də qeyri-standat həlli olduğunu demişdim..."
Döyüşçü yoldaşından Nəcməddin Sadıkova özünəməxsus doğum günü TƏBRİKİ...
Üzərindən ata və anasının bağırsaqları çıxdı - AĞLASIĞMAZ SƏBƏB...
Tanrının 54 gün sonra göndərdiyi mükafat - FOTOLAR + VİDEO
"Qaliblərin imtahansız qəbulu ürəkbulandıran addımları daha da gücləndirərdi..."
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Onun ən böyük kino rolu "General Həzi Aslanov" filmidir...”
Hadisə
Pavel Qraçov Rəhim Qazıyevə görə şəxsən Əbülfəz Elçibəyi təhdid edibmi? - MÜƏMMA
Siyasət
“Rusiya Qarabağ probleminin həllini ona görə istəmir ki...”
Gündəm
“Xırda insidentlər böyük müharibəyə çevrilə bilər” – XƏBƏRDARLIQ!
Gündəm
“Boykot çağırışı ermənilərin növbəti təxribatıdır”
Həftənin ən çox oxunanları
"Emin 444" öldürən çempionun yaralı görüntüsü yayıldı - FOTO
DYP əməkdaşları "Gelendevagen" deyir, "Niva"nın sahibi isə daş atıb başını tutur ki...
Əhmədova Abdullayevin ifşa videosunu yaydı: "Tövbə edin və heç kimin haqqına girməyin"
Prezidentdən sonra ən yüksək maaşı bu şəxs alır
"Bir neçə gün öncə Bakının mərkəzində erməni tələbə yoldaşımı gördüm...”
Şüvəlanda "su qiyməti"nə dəbdəbəli villa satışa çıxarıldı - 10 milyon manat + VİDEO
“Şuşa və Laçının işğalı ilə bağlı sövdələşmə aparmış 3 nəfərdən biri Türkiyədə yaşayır…”
Şəmkirin icra başçısından Dilqəm Əsgərovun oğluna KİŞİ SÖZÜ...
Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı
Ən ölümcül siqaret növünün adı açıqlandı - ARAŞDIRMA
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)