Xəbər lenti
21/08/2018 [01:50]:
Hansı rəng heç bir dövlətin bayrağında yoxdur və niyə?
21/08/2018 [00:51]:
ABŞ-da test dələduzluğu...
21/08/2018 [00:02]:
Bir vaxtlar Mətanət Əsədovanı öpməkdən doymayan aparıcı: -"O Azərbaycan qadınının adına ləkədir"
21/08/2018 [00:00]:
Messi Avropanın ən yaxşı futbolçusu olmaq şansını qaçırdı
20/08/2018 [23:59]:
Rusiya torpaqlarını əcnəbilərə icarəyə verir
20/08/2018 [23:57]:
Bild: "Azərbaycan almaniyalı deputatı arzuolunmaz şəxs elan edib"
20/08/2018 [23:06]:
Dünyanın ən gənc milyarder qadını xarici görkəmini dəyişdi - FOTO
20/08/2018 [23:06]:
Qətər əmirinin atasından italyan qadına “tualet” jesti - İBRƏTAMİZ...
20/08/2018 [22:40]:
Azərbaycana gətirilən telefon üçün nə qədər rüsum ödəmək lazımdır? - Qiymətlər
20/08/2018 [22:30]:
Bədənimizin ən gec təkamül edən hissəsi: Ayağın baş barmaqları...
20/08/2018 [22:17]:
Bu ölkənin rəsmi səhifəsini gənc tələbə idarə edəcək - FOTO
20/08/2018 [22:01]:
Italiya prezidenti və baş naziri “Allahu Əkbər” sədasına baş əydi... -Gözlənilməz
20/08/2018 [21:53]:
40 metr hündürlüyü olan heykəl görənləri təəccübləndirməkdə davam edir - FOTO
20/08/2018 [21:46]:
"30.000 tələbə köçürən, 10 il məktəbli gündəliyi satan, 1000-lərlə məktəb direktoru təyin edən nazir..."
20/08/2018 [21:20]:
Musa Yaqubun son durumu – VİDEO
20/08/2018 [21:02]:
Xaçaturyan bacıları atalarını öldürdüklərini etiraf etdilər
20/08/2018 [20:58]:
İraqda mindən çox insan içməli sudan zəhərlənib
20/08/2018 [20:50]:
Çeçenistanda polislərə hücum edənlər yeniyetmələr olub
20/08/2018 [20:40]:
Türkiyə hərəkətə keçdi - ABŞ səfirliyinə atəş açan 2 nəfər saxlanıldı
20/08/2018 [20:31]:
Bakıda heyvanları daşıyan yük maşını aşıb - FOTO
20/08/2018 [20:29]:
30 ildən sonra dünya əhalisinin yarısı susuz qalacaq
20/08/2018 [20:28]:
Cəlilabadda yol tikintisinə 13,7 milyon manat ayrıldı
20/08/2018 [20:25]:
Ermənistanın müdafiə naziri Rusiyaya gedib
20/08/2018 [20:14]:
Şeydayev niyə Rusiya vətəndaşı kimi göstərilib? - Klubdan açıqlama
20/08/2018 [20:10]:
Prezidentdən xalqa təbrik - “Hər belə bayram...”
20/08/2018 [20:00]:
Türkiyədəki bütün diplomatik missiyaların təhlükəsizliyi gücləndirilib
20/08/2018 [19:58]:
Prezident İlham Əliyev Hindistanın dövlət başçısına başsağlığı verdi
20/08/2018 [19:56]:
Özbəkistan baş naziri qəzaya düşdü
20/08/2018 [18:57]:
“Cırıq şalvar geyənləri yox, niyə Cavanşir Məmmədovun kostyumunu gündəmə gətirirlər?”
20/08/2018 [18:27]:
“Lisey ölkədə bir ilkə imza atdığından, ona qarşı əks təbliğat aparırdılar” – Təhsilimizin uğur “Zəngi”
20/08/2018 [18:26]:
Çində robot texnologiyasının ən son nümunələri təqdim olunur
20/08/2018 [18:22]:
4 sinif otağından böyük lisey yaradan tanınmış direktor - FOTOLAR
20/08/2018 [18:18]:
“Müəllimlərin çoxu Həmrəylik Günü ilə bağlı suala cavab tapa bilmədilər” – MİQ-in komissiya üzvü
20/08/2018 [18:07]:
İnsan beyini haqqında heyrətləndirici faktlar – Doğransa da, ağrı verməz
20/08/2018 [18:01]:
“Xəstəxanada mənə dedi ki, bu əsəri musiqi ilə vidalaşmaq üçün yazıram”
20/08/2018 [17:57]:
Azərbaycan Gürcüstan bazarının əsas idxalçısıdır
20/08/2018 [17:55]:
Zelandiyada deputatların maaş artımına 12 aylıq qadağa
20/08/2018 [17:48]:
“Qarabağ”ın oyununun vaxtı yenə dəyişdirildi
20/08/2018 [17:44]:
Hökumət Qurban süfrələrini yoxlamaq üçün evlərə reydlər keçirəcək...- Süfrələr 1x1,5 m-dən böyük ola bilməz!..
20/08/2018 [17:41]:
"Ermənistanda növbəti hakimiyyət dəyişikliyi ola bilər" -Markov
20/08/2018 [17:39]:
Merkel: "Türkiyənin Almaniyanın iqtisadi yardımına ehtiyacı yoxdur"
20/08/2018 [17:34]:
ADP İdarə Heyətinin növbəti toplantısı keçirildi
20/08/2018 [17:21]:
Qurban bayramına görə bu ünvanlarda yarmarkalar olacaq - SİYAHI
20/08/2018 [17:15]:
Qadın özünü xəstəxananın 5-ci mərtəbəsindən atdı - Sumqayıtda dəhşətli intihar (Yenilənib)
20/08/2018 [17:04]:
“İki-üç imzanı çıxmaqla, oxucu müasir Azərbaycan ədəbiyyatından heç nə gözləmir”
20/08/2018 [17:02]:
Ağılın zəifləməsinə qarşı 7 möcüzəvi qida - The Food Programme...
20/08/2018 [16:56]:
KXCP sədri Qurban bayramı münasibəti ilə xalqı təbrik etdi
20/08/2018 [16:52]:
ABŞ hərbi vertolyotu İraqda qəzaya düşdü - Ölü və yaralılar var
20/08/2018 [16:50]:
Yeltsin üç gün dayanmadan içib və Amerika səfirliyinə qaçmaq istəyib
20/08/2018 [16:43]:
"Cəsarət hər zaman mənim xarakterim olub, onu itirsəm, özümü itirərəm..."
20/08/2018 [16:40]:
“Atışma kəsiləndə “Qoca” özünü bıçaqlamağa başladı” - Polisin ifadəsi
20/08/2018 [16:36]:
Bu həftə Mingəçevirdəki qəzayla bağlı yekun rəy olacaq
20/08/2018 [16:34]:
Kimlər təhsil haqqından azad olunacaq?
20/08/2018 [16:28]:
Evli qadınların yarışdığı Gözəllik Yarışmasının qalibi məlum oldu - FOTOLAR
20/08/2018 [16:19]:
Türkmənbaşı ralliyə hazırlaşır - VİDEO
20/08/2018 [16:16]:
Rövşən Rzayev kollegiya iclası keçirdi
20/08/2018 [16:14]:
“Ordu ilə yanaşı, cəmiyyəti də müharibəyə hazırlamaq lazımdır”
20/08/2018 [16:10]:
Müqəddəs Məkkədə təbii fəlakət - VİDEO
20/08/2018 [16:01]:
Çeçenistanda polisə silahlı hücum - FOTO+VİDEO
20/08/2018 [15:55]:
Natəvan Həbibinin konserti olacaq
20/08/2018 [15:07]:
Dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub
20/08/2018 [14:50]:
Düşmən snayperlərindən çəkinmədən divarın üzərinə çıxdı, bayrağımızı səliqəyə saldı - VİDEO
20/08/2018 [14:23]:
Azərbaycandan Paşinyanın mitinqinə qatılmış ermənilərin görüntüləri yayıldı...- Fotolar
20/08/2018 [14:03]:
Arzu Rəhimov Qax rayonunda vətəndaşları qəbul edəcək
20/08/2018 [14:02]:
“Ermənistanın bu addımı Qarabağ danışıqlarının ümumi ruhuna ziddir”
20/08/2018 [13:58]:
Heydər Əliyev Fondundan ADAU-ya dəstək
20/08/2018 [13:54]:
Özünə yeni sahib axtaran nökər: Məxməri inqilabdan vətəndaş müharibəsinə doğru...
20/08/2018 [13:53]:
Onlar ADPU-nu seçiblər
20/08/2018 [13:47]:
Peşə Reabilitasiya Mərkəzində Milli Qəhrəman Çingiz Qurbanova həsr olunmuş tədbir keçirilib
20/08/2018 [13:43]:
Yol qəzasında xəsarət almış naməlum kişi öldü
20/08/2018 [13:37]:
Altı vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərildi
20/08/2018 [13:28]:
Toy gecəsi sevgilisi ilə qaçdı - Gedərkən külli miqdarda pul apardı - FOTOLAR
20/08/2018 [13:07]:
“Toppuş bacı” yenidən xəstəxanaya yerləşdirildi
20/08/2018 [13:04]:
Yol polisləri üçün yeni "Mercedes" markalı avtomobillər gətirildi – VİDEO
20/08/2018 [12:56]:
Erməni özünə OD VURDU...
20/08/2018 [12:45]:
Bakı Şəhər İcra Hakimiyyəti ləğv edilib, yeni qurum yaradılır? – AÇIQLAMA
20/08/2018 [12:33]:
“Bu hadisə çoxdan baş verib...”- Bahalı avtomobili ilə qayda pozan müğənninin köməkçisi...
20/08/2018 [12:31]:
Ata və oğul yanan meşənin içindən necə keçdilər - Qorxunc Video
20/08/2018 [12:27]:
Rusiyanın Azərbaycandakı səfiri fəaliyyət prioritetlərini açıqlayıb
20/08/2018 [12:18]:
Rusiya Qarabağ münaqişəsinin həllinə köməyini davam etdirəcək - RƏSMİ
Bütün arxiv bir sırada
13/06/2018 [12:21] - Cəmiyyət - ( 4594 dəfə baxılıb)

Qarabağın işğalının genimizlə bağlı gizli səbəbləri aşkarlandı...- Araşdırma



1936-cı ildə alman genetikləri Kəlbəcər və Laçına nə məqsədlə gəlib?..

Hazırda “Ermənistan” adlandırılan Qərbi Azərbaycan və Qarabağ torpaqlarının işğalının uzanması bir xalq olaraq bizim milli genofondumuza hansı zərbələri vurur? Nə qədər ki, torpaqlarımız işğaldan azad edilməyib, qaçqın və köçkün soydaşlarımız öz dədə-baba yurdlarına qayıtmayıb, bu sual sıravi vətəndaşdan, nazirə, prezidentədək hər kəsi düşündürməlidir. Təəssüf ki, alim və mütəxəssislərimiz son 3 onillikdə deyilən istiqamətdə heç bir ciddi araşdırma aparmayıblar. Yazar olaraq bizim gücümüz isə yalnız belə mövzuları gündəmə gətirməyə çatır. 

Aktuallığını nəzərə alıb 2015-ci ildə “Həftə içi” qəzetində bu mövzuda dərc etdiyim kiçik araşdırmanı Moderator.az oxucularının da diqqətinə çatdırmaq istəyirəm. Deyirəm, bəlkə bu dəfə səsimizə bir hay verən oldu... 


Ermənistan və Qarabağ qaçqınları on illərdir ki, “sürünən” soyqırımına məruz qalırlar...

Bəzən biz insansoyqırımını çox dar mənada anlayırıq. Yəni elə düşünürük ki, bu dəhşətli akt yalnız bir xalqın nümayəndələrinin kütləvi qətli və şikəst edilməsi ilə bitir. Əslində isə  belə qırğının  nəticələri nəsillər boyu davam edir.  Məsələn, Xocalı soyqırımından fiziki cəhətdən salamat çıxıb Vətənimizin digər bölgələrinə pənah aparanlar  soyqırımdan canlarını qurtarıblarmı?İlk növbədə onu nəzərə almaq lazımdır ki, digər qonşu bölgələrimiz kimi Xocalı həm də işğal olunub. Yəni o  Qarabağ yurdlarımızın sakinləri artıq 25-27 ildir ki, öz ocaqlarında yaşamırlar... “Ermənistan” adlandırılmış Qərbi Azərbaycandan sonuncu qaçqın düşənlər isə artıq 30 ildir ki, doğma yurdlarından uzaq düşüblər... Hələ XX əsrin əvvəlləri və ortalarında didərgin düşənləri demirik...


On illərlə bambaşqa şəraitdə yaşayan qaçqınlardan yeni insan tipləri formalaşır...  

Nəsilləri min illərlə eyni coğrafi məkanda yaşamış insan birdən-birə daimi yaşayış yerini dəyişir və öz vətənində olsa belə, başqa bir təbii iqlim və relyef şəraitinə, ekoloji, sosial-iqtisadi mühitə uyğunlaşmalı olur. Ondan törəyən uşaqlar isə artıq körpəlikdən eyni şəraitə adaptasiya olunurlar. Bəzən qaçqın insan yaşayış yerini bir neçə dəfə dəyişməli olduğundan bu proses daha da mürəkkəbləşir.Və bunu  bir növ “sürünən soyqırım” adlandırmaq mümkündür. Tarixi yurd yerlərini dəyişmiş, xüsusən dağdan arana köçmüş insanlar hətta rahat şəraitdə yaşasalar belə, qəbul etdikləri hava, su, qida hesabına irsi proqram dəyişkənliyinə məruz qalırlar. Tədricən  bambaşqa şəraitə uyğunlaşmış,  digər bölgələrin əhalisi ilə qaynayıb qarışmış yeni insantipləri formalaşır. Mövzunu daha aydın anlamaq üçün digər bir çox canlılar kimi, insanın da soykökü barədə məlumatların daşıyıcısı olan gen haqqında qısa məlumat verək.

Gen(Dezoksiribonuklein turşusu (DNT)) - canlı orqanizmin formalaşması və həyati proseslərini davam etdirə bilməsi üçün irsiinformasiyanın saxlanıldığı, nəsillər arasında ötürülən biopolimerdir. Bütün orqanizmlər, bəzi viruslar da daxil olmaqla DNT-yə sahibdir. DNT, genetik kod vasitəsilə nukletoidlərin ardıcıllığı şəklində saxlanılan genetik informasiya daşıyıcısıdır. Reduplikasiya adlanan proses nəticəsində DNT özünün genetik olaraq tamamilə eynisi olan iki nüsxəsini yaradır, beləcə molekulda saxlanılan irsi informasiya yeni nəsillərə ötürülür.Canlıların iki əsas xassəsini — irsiyyət və dəyişkənliyi öyrənən  elm sahəsi isə  genetika adlanır.

Anlaşıqlı dillə desək, xalqın genofondu min illərlə müxtəlif tayfa və nəsillərin sağlam soyköklərinin-genlərinin vahid toplusudur.  Teoloji baxımdan yanaşdıqda bəşəriyyəti bir gendən – Adəm əleyhissəlamdan törədən Allah insanları sınamaq üçün onları müxtəlif millətlərə ayırmışdır. İnsanın Yaradan qarşısında əsas borclarından biri də öz təbiiliyini, özəlliyini qoruyub saxlamaqdır.Bu günədək yalnız bəzi millətlər öz genetik təmizliyni xeyli şəkildə qoruya bilmişdir. Bəzən bu özünü qoruma cəhdləri faşizm,sionizm, ermənizm kimi irqçi cərəyanların yaranmasına, bir millətin özünü digərlərindən üstün sanaraq onları zülmə məruz qoymasına  səbəb olmuşdur. 


Erməni işğal və soyqırımlarının genofondumuza zərbələri ciddi təhlil olunmayıb...

Təəssüf ki, Azərbaycanda  insan genetikası və milli genofond ətrafında ciddi və geniş tədqiqatlar aparılmamışdır. Ən azı, “Ermənistan”dan soydaşlarımızın deportasiyası və son Qarabağ savaşı dönəmindəki fiziki  soyqırım və məcburi köçkünlüyün soykökümüzə vurduğu zərbələri elmi baxımdan ciddi tədqiq etmək mümkün  idi. Nə yazıqlar ki, araşdırmalarımız  zamanı bu mövzuda genetika mütəxəssislərimiz tərəfindən nəinki bir elmi əsər, hətta sanballı bir məqalə də yazılmadığını müəyyən etdik. Istər internet saytlarında, istərsə də Milli Kitabxanadakı axtarışlarımız bir fayda vermədi. Kitabxanada milli genofondumuzdan bəhs edən  əsər kimi yalnız keçmiş SSRİ DTK-nın polkovniki, araşdırmaçı politoloq Rövşən Novruzoğlunun “XXI əsr... Dünyanın sonu... Azərbaycandan baxış...“ 5 cildlik əsərini tapa bildik.  Müəllifin özü ilə görüşdükdə məlum oldu ki,onun “Qarabağ: “Eçmiədzin”in məxfi qrifi altında” ktabında ayrıca işğal altındakı bölgələrimizin genetik mənzərəsi təsvir edilir və erməni işğalı nəticəsində  Azərbaycan xalqının genofonduna vurulmuş zərbələr müxtəlif aspektlərdən təhlil olunur. Əsəri diqqətlə oxuduqda aydın olur ki, Qarabağın  işğalı  və onun tezliklə azad edilməməsi yalnız ermənilərin, onları birbaşa himayə edən keçmiş SSRİ və indiki Rusiyanın deyil, “sivil”, “demokratik” adlandırdığımız ABŞ, Fransa, Almaniya və s. kimi ölkələrin də maraqlarına uyğundur.
Dünya gücləri Qarabağın genlərindən niyə qorxur?..

R.Novruzoğlunun araşdırmalarından o da bəlli olur ki,  dünya Azərbaycan xalqının  və xüsusən Qarabağ sakinlərinin genindən qorxurmuş... Qərb alimləri bizdən xəbərsiz genefondumuzu təhlil etməklə dünyadakı siyasi-iqtisadi prosesləri idarə etməyə çalışan gücləri belə, həyəcanlandıracaq nəticəyə gəlmişlər. R.Novruzoğlu keçmiş SSRİ-nin müxtəlif məxfi arxivlərindən  əldə etdiyi məlumatlar barədə danışdıqca torpaqlarımızın işğalının genimizlə bağlı bu günədək çoxumuzun bulmədiyi  məqamlar açıqlanır: “1936-cı ildə Almaniyadan Bakıya tədqiqat qrupu gəlir.Bu qrupun rəsmi sənədlərdə keçən işi Azərbaycanda şifahi xalq ədəbiyyatını araşdırmaq, tədqiq edib öyrənmək idi. Əslində isə şifahi xalq ədəbiyyatında təsvir olunan milli qürur, qəhrəmanlıq, şücaət, mərdlik, mübarizlik, dürüstlük, təmizlik, xeyirxahlıq, torpaq və vətən sevgisi kimi komponenetlər alman genetiklərini çox maraqlandırırdı.Onlar Azərbaycanda olan general Şıxlinskinin, Mehmandarovun, Əliyevin, Şadlinskinin genini daşıyan qan qrupları və nəsilləri ilə maraqlanırdılar. Özü də bunlar kitablarda deyil, birbaşa xalqın arasındakı qanlarda axtarılırdı. Həmin il azərbaycanlı həkimNamazəliyevin başçılığı ilə alman ekspedisiyası Laçın-Kəlbəcər istiqamətində dağətəyi rayonların tədqiqinə başladı. İlk nəticələr uğurlu olduğundan tədqiqatçılar Azərbaycanın müxtəlif cəhətləri üzrə  qruplara bölündü. I qrupa Laçın-Kəlbəcər, II qrupa Ağdam, Şuşa,III qrupa Lerik-Lənkəran,  IV qrupa isə Şəki-Zaqatala-Gəncə daxil edilir. Hər qrupda 6 nəfər yerli həkim və bələdçi, iki nəfər də alman həkimi olur. Bu ekspedisiyanın təşkil edildiyi vaxtda Hitler ordusunun döyüş qabiliyyəti, vətənpərvərlik hisləri və əhvali-ruhiyyəsi aşağı vəziyyətdə idi. Odur ki, bu ekspedisiyaların qarşısına mühüm bir vəzifə qoyulmuşdu: güclü immunitet yarada biləcək vaksinlərin və dərman preparatlarının axtarılıb tapılması. Çünki alman millətinə Koroğlunun, Qaçaq Nəbinin mübarizliyini, igidliyini, vətən sevgisini özündə cəmləyən Qafqaz xalqlarının, o cümlədən Azərbaycan miillətinin genini aşılamaq lazım idi. 


“Bu genləri daşıyan millət dünyanı məğlub edə bilər”

Bu ekspedisiyanın təşkilatçılarından və bilavasitə iştirakçılarından olan əslən yunan, lakin sonralar Almaniya vətəndaşlığı almış Fransua Melli Alman Silahlı Qüvvələrinin Baş Qərargahına (SQBG) göndərdiyi birinci arayışında aşağıdakıları qeyd edir:

“Qafqazda döyüşkən millət, fikrimizcə, Azərbaycan millətidir(onlara “türk” də deyirlər). Bu millətin ayrı-ayrı qruplarının hər birinin özünəməxsus geni var. Bu genləri daşıyan bir nəsil, yaxud bir millət dünyanı məğlub edə bilər. Genlərdə araşdırdığımız nəticələrə gəlincə, vücudlarında bu genləri, bu təmiz qan qrupunu saxlayan insanların boyu, dözüm qabiliyyəti, düşüncə və məntiq tərzləri, döyüşkən əhvali-ruhiyyəsi, məğlubedilməzliyi, vətən və millət sevgisi torpağa bağlılığı və s. digər Qafqaz xalqlarındakından fərqlidir. Onları öyrənmək, öyrənmək, yenə öyrənmək lazımdır.Bir ekspedisiya azdır...


Azərbaycanda aparılmış tədqiqatların nəticəsi olaraq Almaniya SQ Baş qərargahı maraqlı bir diaqram cızır və maraqlıdır ki, orada ilk olaraq məhz işğal altındakı bölgələrimizin adı çəkilir: 

“Kəlbəcər-Laçın qrupu üzrə elmi-tibbi araşdırmalarımızın nəticələri bunlardır:”Buradakı insan genlərini iki qrupa böldük. A qrupuna mənsub olanlar daha qədim genlərdir. Onlar dağ bəbirlərinə bənzəyirlər. İti baxışları var. Hər cür xəstəliyə davamlı və dözümlü olurlar. Döyüşkənlik və mərdlik, doğru-dürüstlük, torpağa bağlılıq bu qrupun  genlərində daha möhkəmdir. Belə genləri gəzdirən nəsillərin bir neçəsi arasında möhkəm qohumluq əlaqəsi var. Onarı nəyəsə cəlb edib aldatmaq, məqsəd və məramlarından döndərmək çətindir. Bu qrupa mənsub olan genlər Laçının cənub və şərq hissəsində, Kəlbəcərin isə şimal hissəsində daha çoxdur... B qrupuna məxsus olan genlərAqrupuna nisbətən daha cavan vəimmunitet baxımından zəifdir. B qruplu genlərin qarışıq tərkibi A qrupuna nisbətən iki dəfə artıqdır.
Ağdam-Şuşa qrupuna məxsus genlərin isə  xəstəliklərə dözüm immuniteti kövrəkdir. Bu genlərin sahibi heç nədən qorxmur. Onlar az aldanır, tez inanır və tez də qəzəblənirlər. Cəsur və əyilməzdilər. Əgər bu millətin belə genləri ölərsə, gələcəkdə Qafqazda Azərbaycan millətinin bir etnik qrup kimi məhv olması labüddür”...


Azərbaycanın  ən böyük silahı nədir?

R.Novruzoğlunun sözlərinə görə, Laçın və Kəlbəcərdə genetik təhqiqat aparan “Millətlərin ölüm tarixi” kitabının müəllifi  Yulian Fişer yazır:”Fikrimcə qanı təmiz millət yer üzündə gəldi-gedər olmur. Təmiz və sağlam qan, güclü və dözümlü gen mənsub olduğu millətin ən güclü və böyük silahıdır. Bu silahın sahibini nə məğlub etmək olar, nə də sındırmaq. Belə olarsa, həmin sağlam qana və genə  mənsub millətlərin özlərini qalib saymaq haqları çatır. Məhz bütün bunları Azərbaycanda gördüm...” 
Almaniyanın baş hərbi qurumunun  arayışında daha sonra yazılır:“Elə bir vaxt və zaman gələcək ki, bu regionda bütün sindromlar bir-birinə qarışacaq. Süni şəraitdə yetişdirilən genlər özlərinin mübariz qəhrəmanlıq və döyüşkən əhvali-ruhiyyəsini əks etdirən  biganə qalacaq və zaman keçdikcə onlar öz məkanlarını unudub yaddan çıxaracaqlar. Bu gedişi biz görürük...”

Göründüyü kimi, alman tədqiqatçılarının öncəgörənliyi özünü doğruldur.  Qarabağın işğalından ötən hər il o yurdları xatırlayan, o ocaqlara can atan, neçə insanın, bəlkə də neçə nəslin, neçə genin sonu deməkdir. Artıq yeni yaşayış terlərindəki şəraitə uyğunlaşanlar arasında isə qeyri-iradi öz ata-baba məkanlarını unudanlar da xeylidir...

Növbəti yazıda:

-İşğal zamanı və sonra Laçında və digər bölgələrdə neçə nəslin kökü tamamilə kəsilib?

-Qərbin xüsusi qurumları çadır, qazma və yataqxanalarda yaşamış qaçqınlar üzərində hansı gizli ekpserimentlər aparıblar? 

-Heydər Əliyev  Prezident yanında Xüsusi İdarənin mərhum rəisi Şəmsi Rəhimova Azərbaycanın genetik xəritəsini hazırlayan  idarə əməkdaşı Rövşən Vəlizadə(Novruzoğlu) barədə hansı tapşırığı verib?

Sultan Laçın

Qətər əmirinin atasından italyan qadına “tualet” jesti - İBRƏTAMİZ...
40 metr hündürlüyü olan heykəl görənləri təəccübləndirməkdə davam edir - FOTO
Qadın özünü xəstəxananın 5-ci mərtəbəsindən atdı - Sumqayıtda dəhşətli intihar (Yenilənib)
“Atışma kəsiləndə “Qoca” özünü bıçaqlamağa başladı” - Polisin ifadəsi
Müqəddəs Məkkədə təbii fəlakət - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
Nabranda ailəvi istirahət üçün kotec tipli kirayə evlər. Ətraflı məlumat üçün əlaqə nömrələri:

050 311 11 64, 055 681 11 64

N.Tusi adına Klinika
Maraqlı
Hansı rəng heç bir dövlətin bayrağında yoxdur və niyə?
Maraqlı
Bədənimizin ən gec təkamül edən hissəsi: Ayağın baş barmaqları...
Dünya
Bu ölkənin rəsmi səhifəsini gənc tələbə idarə edəcək - FOTO
Maraqlı
İnsan beyini haqqında heyrətləndirici faktlar – Doğransa da, ağrı verməz
Ədəbiyyat
“İki-üç imzanı çıxmaqla, oxucu müasir Azərbaycan ədəbiyyatından heç nə gözləmir”
Həftənin ən çox oxunanları
Ərdoğan Trampa QALİB GƏLDİ: dollar sürətlə düşür
Azərbaycanda benzinin qiyməti qalxdı - Son qiymət
“Extibar, Extibar, ŞTO TAKOYE “BAMBILI”?..”
Şagirdlər kütləvi şəkildə dəfn olundular – Faciənin fotosu
Bakıda "moyka"da biabırçılıq: qızı lüt soyundurub maşın yuduzdurdular – VİDEO
“İstanbul təslim olarsa, nə Bakı qalar, nə Astana, nə Daşkənd, nə Aşqabad...” -Fikir savaşı
“Böyükdən kiçiyə qədər onlara tüpürmüşəm...” - Xalq artisti televiziya rəhbərlərini sərt qınadı...
Türkiyə zəvvarları Mədinədə Peyğəmbər(s) kimi qarşılandı - GÖZLƏNİLMƏZ...+VİDEO
Avtobus sürücüsü salonda unudulmuş 852 mini sahiblərinə qaytardı - İBRƏTAMİZ
"Səhv etmirəmsə, Şeyxülİslam Allahşükür Paşazadə də Baqramyanla bərabər gəlmişdi"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə