Xəbər lenti
19/01/2019 [20:04]:
Serbiyada anvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anma mərasimi keçirildi
19/01/2019 [19:59]:
ADU-da dəyirmi masa keçirildi - FOTO
19/01/2019 [19:54]:
"Dövlət vəsaitlərindən istifadə sahəsində israfçılıq baş alıb gedir" -Əli Məsimli
19/01/2019 [19:48]:
Qazaxda “Cəhənnəm sakinləri” nümayiş etdirildi -FOTOLAR
19/01/2019 [19:37]:
Naqif Həmzəyev: “Avropa Şurasında Azərbaycanın qlobal rolunu yaxşı dərk edirlər”
19/01/2019 [19:34]:
Dəfninə heç kimin qatılmadığı anasını velosipedlə 5 kilometr daşıyıb dəfn etdi
19/01/2019 [19:30]:
UFC rəhbəri Makqreqorun qayıtmasından danışdı
19/01/2019 [19:24]:
Ombudsman 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı silsilə tədbirlər təşkil edib
19/01/2019 [19:24]:
SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb
19/01/2019 [19:21]:
SHXÇDX-də 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
19/01/2019 [19:18]:
Salyanda 1 kq-a yaxın narkotik qanunsuz dövriyyədən çıxarıldı
19/01/2019 [19:07]:
“Muğamlarımız əcnəbiləri belə heyrətləndirir, onları məftun edir”
19/01/2019 [18:48]:
Parisdə etiraz aksiyası zamanı 12 nəfər saxlanıldı
19/01/2019 [18:11]:
“Microsoft” Ermənistan hökumətinin təhlükəsizliyini üzərinə götürdü...-FOTO
19/01/2019 [18:04]:
“Dinc əhaliyə divan tutuldu” – Rövşən Rzayev
19/01/2019 [18:02]:
Milli Şuranın mitinqində 2800 nəfər iştirak edib – RƏSMİ
19/01/2019 [17:59]:
“Onlar 20 Yanvar faciəsinin qarşısını ala bilərdilər” - Etibar Məmmədov
19/01/2019 [17:56]:
Paşinyanın Qarabağ fiaskosu - Erməni mətbuatı baş naziri yıxıb-sürüdü
19/01/2019 [17:23]:
"O, olmasaydı "Nəsimi" çəkilməzdi..." -Rasim Balayev
19/01/2019 [17:16]:
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi -FOTOLAR
19/01/2019 [17:11]:
Ötən il 51 mindən çox şəxs işlə təmin edilib
19/01/2019 [17:08]:
Zimbabve prezidentinin Azərbaycana səfəri başa çatdı
19/01/2019 [17:06]:
“Azərbaycanla ticarətin aparılacağı sahələri tədqiq etmək istəyirik” - Zimbabve prezidenti
19/01/2019 [16:53]:
Şamaxı və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərildi -FOTOLAR
19/01/2019 [16:40]:
Tramp Dağlıq Qarabağ haqqında danışdı
19/01/2019 [16:38]:
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” -Amerika ordusunun azərbaycanlı polkovniki
19/01/2019 [16:32]:
İnternetdə şəxsi məlumatları necə qorumaq olar?
19/01/2019 [16:29]:
Türkiyə 79 min suriyalıya vətəndaşlıq verib
19/01/2019 [16:15]:
Fotoqrafçı ananın obyektivində qızının heyvan sevgisi -FOTOLAR
19/01/2019 [16:05]:
Deputat və professor Nəsimi ilə bağlı addımı yüksək QİYMƏTLƏNDİRDİ
19/01/2019 [15:59]:
8 Olimpiya mükafatçısı Bakıda çıxış edəcək – İLK DƏFƏ
19/01/2019 [15:52]:
Soydaşlarımız Moskvada "Vı, pustoy narod" sözlərinə etiraza toplaşır - SON XƏBƏR... + VİDEO
19/01/2019 [15:47]:
UNEC-də hər bir tələbə müraciəti araşdırılır -FOTOLAR
19/01/2019 [15:37]:
Bakıda narkotacirlərə qarşı ƏMƏLİYYAT -Dəstə tutuldu
19/01/2019 [15:30]:
Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək
19/01/2019 [15:23]:
"Sırf kreslonu qorumaq naminə edilənlərə göz yumursansa, bu qorxaq həyatı yaşamağın nə mənası var?"
19/01/2019 [15:09]:
“Azərbaycanda intihar probleminin elmi tədqiqində mühüm nailiyyətlər əldə edilməyib...”   
19/01/2019 [14:44]:
“Biz yıxılan millət deyilik: 20 Yanvar bunu bir daha sübut etdi”
19/01/2019 [14:32]:
Gecə vaxtı məsləhət bilinən və bilinməyən qidalar - "QARA SİYAHI"DA NƏLƏR VAR...?
19/01/2019 [14:21]:
DTX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi -FOTOLAR
19/01/2019 [14:19]:
Gömrükdə Gürcüstan vətəndaşının avtomobilindən marixuana çıxdı
19/01/2019 [13:56]:
“İyirminci əsrdə bu xalq azadlıq savaşına görə dörd dəfə qan töküb...”
19/01/2019 [13:49]:
Sabahın havası - Şaxta olacaq
19/01/2019 [13:47]:
Cəlil Məmmədquluzadə həftəsi keçiriləcək: “Ona ateist deyirdilər”
19/01/2019 [13:34]:
Ehsan Zahidov “DİN-in bu hüquqları əlindən alındı” iddiasını yalanladı
19/01/2019 [13:33]:
“Reseptlə” dilənənlər – XƏBƏRDARLIQ
19/01/2019 [13:00]:
İlham Əliyev Zimbabve prezidenti ilə görüşdü -FOTOLAR
19/01/2019 [12:51]:
Yaşı 70-dən yuxarı olan 221 nəfər evlənib
19/01/2019 [12:48]:
“20 Yanvar hadisəsində yaxınlarımdan şəhid olanlar var” - Əməkdar artist...
19/01/2019 [12:23]:
“Onlar unudulmağa məhkumdurlar” – “Həm də bəri başdan!”
19/01/2019 [12:20]:
Fərizə deyirdi ki, İlhama qovuşmaq üçün məni gecikdirirsiniz...” - 20 Yanvar şəhidinin anası...
19/01/2019 [12:16]:
20 Yanvar şəhidlərinə görə intihar edən tələbə KİMDİR?
19/01/2019 [12:08]:
Azərbaycanda 2 maskalı şəxs “zapravka”ya hücum etdi
19/01/2019 [11:26]:
İran pasportu ilə Qarabağa gedən qaçqınımız olubmu?..
19/01/2019 [11:17]:
Borca görə 19 nəfər tutuldu
19/01/2019 [11:16]:
Polis axtarışda olan şəxsi saxladı
19/01/2019 [11:15]:
Balakən sakinlərindən qanunsuz silahlar götürüldü
19/01/2019 [11:13]:
Kosmik peykləri məhv edəcək RAKET - 17 dəqiqəyə 3 min kilometr uçdu
19/01/2019 [11:07]:
“İki ay dörd gün onun yolunu gözlədim...”- Şəhid zabitimizin anası...
19/01/2019 [10:46]:
“Arif Alışanov, mənimlə ədavətin nə idi?”
19/01/2019 [10:44]:
Abel Məhərrəmov belə “Yallı” getdi -VİDEO
19/01/2019 [10:42]:
Silsilə cinayətlər törədən dəstənin işi məhkəməyə göndərildi
19/01/2019 [10:28]:
Bakıda 18 yaşlı oğlan itkin düşdü
19/01/2019 [10:24]:
Ukrayna əhalisinin sayı 208,8 min nəfər azalıb
19/01/2019 [10:23]:
Şahmat üzrə Azərbaycan çempionatının III turu yekunlaşdı
19/01/2019 [10:17]:
İspaniyanın ilk Oskar alan aktyoru - 50 yaşlı məşhur...
19/01/2019 [10:09]:
Ermənilər kəndlərimizi atəşə tutdu
19/01/2019 [09:38]:
ABŞ-da tərcüməçi işləyən azərbaycanlı xanım
19/01/2019 [09:36]:
Putinin sirli perspektivi...
19/01/2019 [09:31]:
Deputatlar alkoqol və tütünün  adi dükanlardan yığışdırılmasını təklif etdi + İNANILMAZ
19/01/2019 [08:25]:
"Bu külək əslində Allahın görünməyən ordusu idi..."
19/01/2019 [01:38]:
“Görmək istədiyimiz dünya” adlı qısa film təlimləri və yarışması...
19/01/2019 [00:27]:
Gözlənilən bir qəsbin tarixçəsi: Dini liderin siyasi cəlladlara verdiyi tarixi dərslər...
18/01/2019 [23:56]:
Qarsda Qanlı Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla yad olundu - FOTOLAR
18/01/2019 [23:26]:
Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı
18/01/2019 [23:12]:
64 yaşında gənc qalmağının sirrini açdı - “Ət yemirəm”
18/01/2019 [22:58]:
Türkiyəli aparıcıya Bakıda kirayə ev vermirlər - BU SƏBƏBƏ GÖRƏ...
18/01/2019 [22:56]:
“Sabah ölkədə elə proseslər baş verə bilər ki, eşidəndə adamın tükləri biz-biz olar...”
18/01/2019 [22:18]:
"Oğru dünyasında" istifadə edilən sözlərin inanılmaz mənası: "Adaxlı", "müftə", "talvar"
18/01/2019 [22:04]:
Putin 30 yaş kiçik sevgilisi ilə evləndi -FOTO
Bütün arxiv bir sırada
13/06/2018 [22:20] - İqtisadiyyat - ( 1258 dəfə baxılıb)

Bakının “Ekspo 2025”ə namizədliyi irəli sürüldü - FOTO



İyunun 13-də Parisdə Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 163-cü sessiyasında “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədlik təqdimatları keçirilib.

Oxu.Az “Trend”ə istinadən xəbər verir ki, sessiyada Baş nazir Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti üzvlərinin Bakı şəhərinin namizədliyi ilə bağlı təqdimatları dinlənilib.

Təqdimat Azərbaycanın Baş naziri Novruz Məmmədovun çıxışı ilə başlayıb.

Baş nazir çıxışında Bakının namizədliyinin hökumətimiz və cəmiyyətimiz tərəfindən tam dəstəkləndiyini vurğulayıb. Bildirib ki, bu dəstək Bakının doğru zamanda doğru məkan olduğunu göstərir.


Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməyə tam hazır olduğunu bildirən Azərbaycanın Baş naziri deyib: “Universal sərgilər beynəlxalq əməkdaşlıq üçün böyük fürsət yaradan müxtəlifliyin nadir nümayişidir. Azərbaycan Respublikası Beynəlxalq Sərgilər Bürosunun dəyərlərini və görüşlərini bölüşür.

Azərbaycan Ümumdünya Sərgisi və Beynəlxalq Sərgilər Bürosu ilə birgə tarix yazmağa hazırdır. Azərbaycan Beynəlxalq Sərgilər Bürosunun ən etibarlı tərəfdaşı olacağına təminat verir. Bu məsuliyyəti asan hesab etmirik. Ümumdünya Sərgisinə ev sahibliyi etmək Azərbaycan üçün prioritetdir. “Ekspo 2025”ə ev sahibliyi xalqımızın potensialının reallaşması üçün yaxşı fürsət olacaq.

Azərbaycan qitələrin və sivilizasiyaların kəsişməsində yerləşir. Ölkəmiz əsrlər boyu Qərb və Şərq, Şimal və Cənub arasında siyasət, iqtisadiyyat və ticarət körpüsü olub. İki min il ərzində qədim İpək Yolu müasir Azərbaycan torpaqlarından keçib və keçir. Ümumdünya Sərgisini keçirməklə ölkəmiz mədəniyyətlərarası dialoqa, tolerantlığa daha böyük töhfə verə bilər. Əsrlər boyunca Azərbaycanda müxtəlif etnik qruplar və dinlər sülh və qarşılıqlı hörmət mühitində birgə yaşayıblar. Cəmiyyətimiz, dövlətimiz dünyəvidir və biz bundan qürur duyuruq.


Bu gün Azərbaycan mədəniyyətlərarası və dinlərarası beynəlxalq mübadilələr mərkəzinə çevrilib. Müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri arasında ən yaxşı qarşılıqlı anlaşmanı təşviq etmək üçün beynəlxalq platforma yaratmışıq. Bu platforma bu gün dünyanın üzləşdiyi bəzi problemləri həll etməyə imkan verir. Belə platformalara BMT, UNESCO, Avropa Şurası tərəfindən dəstəklənən, iki ildən bir keçirilən Bakı Beynəlxalq Humanitar Forumunu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu misal göstərə bilərik.

“Bakı Ekspo 2025” milli inkişafın aparıcı amili olan insan kapitalının inkişafına sərmayə yatırmaq kimi milli strategiyamıza tam uyğundur. 1991-ci ildə müstəqilliyi bərpa etdikdən sonra Azərbaycan fövqəladə bir inkişaf yolu keçib. İnklüziv və davamlı inkişaf ölkəmizin forma və istiqamətini dəyişib. “Ekspo” sərgisi bu müstəsna inkişafı dünyaya təqdim etməyə imkan verəcək.

“İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusunu təklif etmək qərarına gəldikdə isə o, təcrübəmizə və daha da inkişaf etmək istiqamətində gördüyümüz işlərə əsaslanır.

Səylərimiz dərin izlər qoyub. 2015-ci ildə əhalinin rifahının yaxşılaşdırılmasına, eləcə də BMT-nin Minilliyin İnkişaf Məqsədlərində nəzərdə tutulan vəzifələri müvəffəqiyyətlə yerinə yetirməsinə görə Azərbaycan Cənub-Cənub mükafatına layiq görülüb.

Tariximiz boyunca İpək Yolu səyahətçilərinin axını Azərbaycana misilsiz tolerantlıq, zəngin mədəniyyət və əsl yaradıcılığı ilə tanınan nadir bir ölkə nüfuzu qazandırıb. Namizədliyimiz qəbul olunduğu təqdirdə, Şərqi Avropa, Qafqaz və Xəzər dənizi regionlarında Bakı Ümumdünya Sərgisinə ev sahibliyi edəcək ilk şəhər olacaq.

“Bakı 2025” sərgisi Beynəlxalq Sərgilər Bürosuna yeni məkanda yeni auditoriya cəlb etmək imkanı yaradacaq, yeni regionda, yeni bir dövrdə yeni tarixlər yazmaq şansı verəcək. Bu, Azərbaycan xalqına Beynəlxalq Sərgilər Bürosuna onun ən yaxşı tərəfdaşlarından biri olduğunu göstərməyə imkan verəcək.

Bakı ölkəmizin dünyaya təqdim etdiyi töhfələrin qürurlu simvolu kimi daim inkişaf edir. Şəhər dəniz sahilində və sivilizasiyaların qovuşduğu bir məkanda sürətlə inkişaf edir. Bakı Şərq ilə Qərbin görüşdüyü, keçmişin gələcəklə qarşılaşdığı şəhərdir, yeni tarixi yazmağa hazır olan məkandır. Bakı yeni dövrdə Qafqaz regionunun ən böyük və ən sürətlə inkişaf edən şəhəridir.

Bakının Ümumdünya Sərgisinə ev sahibliyi etmək istəyimiz səmimidir və qəlbimizin dərinliyindən gəlir. Təklif etdiyimiz mövzu vacibdir və əsl qlobal əhəmiyyət daşıyır. Azərbaycan sərgi məkanının tikintisi və idarə olunması üçün bütün lazımi vəsaitləri təmin etməyə və Beynəlxalq Sərgilər Bürosunun qaydalarına riayət etməyə hazırdır. Əminik ki, Bakı Ümumdünya Sərgisi üçün ən yaxşı şəhərdir. Bakının qələbə zamanı çatıb”.

Sonra Azərbaycan Respublikasının maliyyə naziri, “Bakı Ekspo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun rəhbəri Samir Şərifov sərgi iştirakçılarının rahatlığı, xarici vətəndaşlar üçün yaradılan şəraitdən, “ASAN Viza” rejimindən, ölkəmizin ev sahibliyi etdiyi böyük beynəlxalq tədbirlərdən danışıb, 40 mindən çox könüllünün həmin tədbirlər zamanı göstərdiyi xidməti diqqətə çatdırıb.

“Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının Parisdə keçirilən sessiyasında Büronun üzvü olan bütün dövlətlərin səlahiyyətli nümayəndələrinə 2025-ci ildə Ümumdünya Sərgisinə Bakının ev sahibliyinə namizədliyi ilə bağlı təqdimata ayırdıqları vaxta, göstərdikləri maraq və diqqətə görə minnətdarıq. Baş nazir Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətimiz üçün bu təqdimat azərbaycanlıların, xüsusilə gənclərimizin “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək arzusunu əyani şəkildə çatdırmaq baxımından vacib bir imkandır. Biz namizədlik kampaniyasının həlledici mərhələsinin başlanmasını səbirsizliklə gözləyirik”, - deyə Samir Şərifov diqqətə çatdırıb.


“Bakı Ekspo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun üzvü Məryəm Qafarzadə Bakı şəhərinin “Ekspo 2025” sərgisinə seçdiyi mövzu ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanın paytaxtı namizəd şəhər kimi bu sərgidə əsasən insan amilinə üstünlük verir. Bu cür sərgilər bütün insanları bir millət kimi birləşdirir.

“Sərginin əsas mövzusu “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması”dır”, - deyən Məryəm Qafarzadə Azərbaycanda həyata keçirilən dövlət siyasəti sayəsində insan kapitalının inkişafı sahəsində qazanılan uğurlardan danışıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov “Ekspo” hərəkatının fəal üzvü olan Bakıda “Ekspo 2025” üçün seçilən məkan haqqında ətraflı məlumat verib.

Bildirib ki, Bakının beynəlxalq hava limanına yaxın, bütün nəqliyyat infrastrukturu ilə təmin edilmiş 200 hektarlıq məkanda böyük “Ekspo” kəndi salınacaq. “Bakı Ekspo 2025” sərgisinin qurulacağı sahə barədə danışan Birinci vitse-prezidentin köməkçisi deyib ki, ərazi rəmzi olaraq səkkizguşəlidir. Gələcək üçün ümid və istək nümunəsi olan bu rəmz Azərbaycanın müxtəlifliyini tərənnüm edir.

Azərbaycana etimad göstərilməsinin vacibliyini vurğulayan Elçin Əmirbəyov “Bakı Ekspo 2025” üçün nəzərdə tutulan məkanda müxtəlif növ tədbirlərin keçirilməsi üçün geniş imkanların yaradılacağını bildirib. O, “Ekspo” hərəkatının sadiq tərəfdaşı kimi Azərbaycanın bu məsələyə böyük məsuliyyətlə yanaşdığını vurğulayıb.


Təqdimat zamanı Azərbaycan haqqında və Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması barədə hazırlanmış filmlər nümayiş etdirilib. Filmlərdə bəşəriyyət üçün çox vacib olan insan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması mövzusunu 2025-ci ildə Bakıda müzakirə etməyə dəvət səslənib.

Təqdimatlarda “Ekspo 2025” Ümumdünya Sərgisi üçün Bakının təklif etdiyi layihənin əhatəli və ümumbəşəri mahiyyət daşıdığı, inkişaf etməkdə olan ölkələrin iştirakının təmin olunmasının xüsusi əhəmiyyəti vurğulanıb.

Azərbaycanın sərgi üçün təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunun səhiyyə, təhsil və məşğulluğu əhatə etməklə bütün ölkələr, bütün mədəniyyətlər və insanlar üçün maraq kəsb etdiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının növbəti sessiyası 2018-ci ilin noyabr ayında keçiriləcək. Bu sessiyada Beynəlxalq Sərgilər Bürosuna üzv dövlətlərin nümayəndələri gizli səsvermə yolu ilə 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi edəcək şəhəri müəyyənləşdirəcəklər.

"Sırf kreslonu qorumaq naminə edilənlərə göz yumursansa, bu qorxaq həyatı yaşamağın nə mənası var?"
Abel Məhərrəmov belə “Yallı” getdi -VİDEO
Komitə sədrindən gecikmiş etiraf: "Bunun ikinci yolu yoxdur..."
"Paşinyan sələflərinin Qarabağ siyasətini davam etdirəcəksə, Azərbaycan münaqişənin hərbi yolla həllini seçəcək"
Zakir Həsənovun İran generalı ilə görüşü erməniləri qorxuya salıb
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Fotoqrafçı ananın obyektivində qızının heyvan sevgisi -FOTOLAR
Müsahibə
“Biz yıxılan millət deyilik: 20 Yanvar bunu bir daha sübut etdi”
Cəmiyyət
“İyirminci əsrdə bu xalq azadlıq savaşına görə dörd dəfə qan töküb...”
Cəmiyyət
“20 Yanvar hadisəsində yaxınlarımdan şəhid olanlar var” - Əməkdar artist...
Cəmiyyət
“İki ay dörd gün onun yolunu gözlədim...”- Şəhid zabitimizin anası...
Həftənin ən çox oxunanları
Bakıda gözlənilən tornado Elman Rüstəmovla Əhməd Əhmədzadəni Londondan vurdu - FOTOLAR
Bakıda dəhşətli qəza: "Mazda" 2 ayın gəlinini vurub öldürdü - FOTOLAR 18+
Bu ölkədən idxal olunan 7 ərzağı başınıza silah dirəsələr də YEMƏK OLMAZ!!!
Qarşı cinsə marağı azalan, intim hissləri qaydasında olmayan cütlüklər onu çeynəsələr...
Xalqı hansı sülhə hazırlayırlar? - Təhlükə başımızın üstündədir, yoxsa...?
Putin Paşinyanı qucaqlayır, Lukaşenko İrəvan yolçuluğunda... - Bəs biz nəyi gözləyirik?
"Bu ölkənin şeyxi hara baxır, Anar, Çingiz Abdullayev, Ramiz Rövşən və digərləri hara baxır?"
Azərbaycanda boşanma iddiası qaldıranların çoxu kişilərdir - Səbəb UTANCVERİCİDİR
“Sabah ölkədə elə proseslər baş verə bilər ki, eşidəndə adamın tükləri biz-biz olar...”
Ucarda dəhşət: 16 yaşlı qız qaçırılıdı, zorlandı, sonra ailəsinə qaytarıldı - VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə