Xəbər lenti
16/01/2019 [09:37]:
“Daşnaksütyun” Azərbaycanda 8 günlük ümumi iclasa başladı...
16/01/2019 [09:35]:
Azərbaycanda 5111 nəfər adını, ata adını, soyadını dəyişmək istəyib - RƏSMİ
16/01/2019 [09:33]:
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
16/01/2019 [09:24]:
Manat və dollar bu gün hansı məzənnədə olacaq?
16/01/2019 [08:49]:
Şəhər meri 30 il kirayədə yaşayan süpürgəçiyə ev verdi-İbrətamiz- FOTOLAR  
16/01/2019 [07:51]:
Yuxunuzu yalnız mömin şəxslərə danışın...
16/01/2019 [01:03]:
Ən gözəl qadınların yaşadığı ölkələr - İLK BEŞLİK...
16/01/2019 [00:38]:
İdmançı döyüşlərə olmayan ölkənin himni altında çıxacaq
16/01/2019 [00:11]:
İngiltərə parlamenti "Brexit" anlaşmasını rədd etdi
15/01/2019 [23:04]:
"Ört-basdır əməliyyatında aparıcı media orqanlarının gücündən belə yararlanmağa çalışırlar..."
15/01/2019 [22:50]:
Gürcüstanın baş naziri Bolnisidə erməni həmkarının pişvazına çıxdı - FOTOLAR
15/01/2019 [22:47]:
Hadi Rəcəbli slavyan xanımla belə rəqs etdi – VİDEO
15/01/2019 [22:44]:
Ərdoğan Suriyaya hücumu dayandırdıqlarını elan etdi: "Trampın verdiyi mesajlar məni üzdü..."
15/01/2019 [21:45]:
Ramil Usubovdan Səttar Mehbalıyevin oğlu ilə bağlı qərar
15/01/2019 [21:36]:
Saakaşvilinin oğlu da “donuz qripi”nə yoluxdu –Tbilisidə müalicə olunur
15/01/2019 [21:21]:
Tanmmış KIV nümayəndələri BSU-da imtahanların gedişini izləyib -FOTOLAR
15/01/2019 [21:08]:
MTRŞ-dan telekanal rəhbərlərinə xəbərdarlıq: " Xalq narazıdır"
15/01/2019 [21:03]:
Bakıda iki bina arasındakı boşluğa yıxılan şəxs xilas edildi
15/01/2019 [20:45]:
Bakıda külək ağacı maşının üzərinə aşırdı
15/01/2019 [20:42]:
Rəsulzadənin barelyefinin oğurlandığı təsdiqləndi: Çox qiymətli materialdan hazırlanmışdı
15/01/2019 [20:32]:
Baş katib Bakıda logistika və gömrük müəssisələrinə baş çəkdi
15/01/2019 [20:30]:
Rüfət Aslanlının Gədəbəydəki villasının - FOTOLARI
15/01/2019 [20:27]:
Sarkozi Bakıda - İlham Əliyevlə görüşdü+ Foto
15/01/2019 [20:15]:
Debrecen Universitetində təhsil alan Yusif: "Zədə üzündən "Qarabağ"dan ayrıldım və..."
15/01/2019 [20:14]:
Azərbaycan sərhədini pozmuş konqresmen ABŞ prezidentliyinə namizədliyindən danışdı
15/01/2019 [20:04]:
37,1 milyard manatlıq məhsul satılıb...
15/01/2019 [19:43]:
ADPU-da payız semestrinin imtahan sessiyasının monitorinqi keçirildi -FOTOLAR
15/01/2019 [19:35]:
Aİİ-də “20 Yanvar” faciəsinə həsr edilmş “Qan yaddaşımız” mövzusunda tədbir təşkil olundu
15/01/2019 [19:20]:
Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edildi
15/01/2019 [19:18]:
Pedaqoji Unversitetin İctimai Şura üzvləri imtahanların gedişini izlədilər
15/01/2019 [19:04]:
İrəvan Moskva, Bakı və Tehrandan öndədir? – Daha bir absurd araşdırma...
15/01/2019 [18:58]:
Novruz Məmmədov tapşırıqlar verdi
15/01/2019 [18:54]:
Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənilir - XƏBƏRDARLIQ
15/01/2019 [18:48]:
Qulu Məhərrəmli Arif Alışanovun işdən çıxarılmasından DANIŞDI
15/01/2019 [18:46]:
Dubayda “Azərbaycan Ticarət Evi” açıldı
15/01/2019 [18:46]:
Müdafiə Nazirliyi Tibb Xidmətinin rəhbər heyətinin toplantısı keçirildi - FOTOLAR
15/01/2019 [18:44]:
Prezident səfiri geri çağırdı
15/01/2019 [18:43]:
“ASAN”da konsulluq xidmətləri göstəriləcək
15/01/2019 [18:39]:
DİM qəbul imtahanlarındakı 6 milyon sualı necə yoxlayacaq? - Obyektivlik necə qorunacaq?
15/01/2019 [18:33]:
Ölümü göz önünə alaraq, Şərq elmini xilas edən alim – Quşbaz oğlu filosof
15/01/2019 [18:29]:
“Həmişə demişəm ki, təhsil eksperti deyiləm, bu iddiam da olmayıb” – Kamran Əsədov
15/01/2019 [18:28]:
“Amerikanın bu addımı NATO-nun mövcudluğunu sual altında qoyar”
15/01/2019 [18:19]:
AZTV-nin yeni rəhbəri kimdir? - İdman şərhçisi, müəllim...
15/01/2019 [18:05]:
Ləğv olunan dövlət orqanlarına işə qəbul üzrə müsahibələr keçirilməyəcək
15/01/2019 [17:55]:
Bakcell sosial şəbəkələrdə abunəçi sorğularını 100% cavablandırıb
15/01/2019 [17:53]:
“Azərenerji”nin kadr siyasətində yenilik - Rəhbər şəxslərə tapşırılıb ki...
15/01/2019 [17:50]:
SOCAR 1700-dən çox neftçini təxliyə edir
15/01/2019 [17:46]:
Manat və dolların sabahkı MƏZƏNNƏSİ
15/01/2019 [17:41]:
AzTV-yə sədrlik Rövşən Məmmədova tapşırıldı
15/01/2019 [17:26]:
Hindistanlı turist Qarabağdan VİDEO çəkib
15/01/2019 [17:25]:
Hüseynqulu Bağırovun Bakıdakı oteli ilə bağlı deyilənlər həqiqətdirmi?
15/01/2019 [17:20]:
Soltan Soltanlının növbəti sərgisinin açılışı oldu
15/01/2019 [17:15]:
Sabaha olan hava PROQNOZU
15/01/2019 [17:04]:
Bakı meriyası Milli Şuranın mitinqinə icazə verdi
15/01/2019 [16:57]:
Azərbaycanda uşağın cinsiyyətini qabaqcadan öyrənmək qadağan edilir
15/01/2019 [16:48]:
Arif Alışanov AzTV-nin sədri vəzifəsindən çıxarıldı
15/01/2019 [16:46]:
“Onların öncə Beynəlxalq Hərbi Tribunala cəlb olunmasına nail olmalıyıq”
15/01/2019 [16:32]:
“Telestudiyanın partladılmasına görə Bəxtiyar Vahabzadə generalın üzünə tüpürdü...” - Qanlı Yanvarın fotoqrafı...
15/01/2019 [16:25]:
"Viaqra" qəbul edən kişi kor olmaq təhlükəsi ilə üzləşib
15/01/2019 [16:20]:
Angela Merkel "Brexit" məsələsində güzəştə getməyib
15/01/2019 [16:13]:
Ermənistanda daha bir nəfər “donuz qripi”ndən ölüb
15/01/2019 [16:09]:
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərindən biri ləğv olunub
15/01/2019 [15:49]:
İbrahim Tatlısəsə ağır itki - FOTO
15/01/2019 [15:34]:
Müğənni Fədayə Laçın apellyasiya şikayəti verib
15/01/2019 [15:33]:
Regionlarda xanımlar üçün sosial sahibkarlıq proqramı davam edir
15/01/2019 [15:22]:
Əməkdar artistdən ŞOK AÇIQLAMA: Manaf sevgilisinin görüşünə... - FOTO
15/01/2019 [15:21]:
“Azərbaycana qarşı gen müharibəsinin əsas hədəfi anamızdan əmdiyimiz süddür...”
15/01/2019 [15:17]:
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi
15/01/2019 [15:15]:
Görənləri ovsunlayan göyqurşağı dağının sirri - MARAQLI...+ FOTOLAR
15/01/2019 [15:13]:
"Bozbash pictures"in aktyoru efirdə ev istədi - VİDEO
15/01/2019 [15:11]:
“Kriminal elementləri olan ədəbiyyat nə qədər çox yayılırsa, cəmiyyət bir o qədər də sakitləşir”
15/01/2019 [15:03]:
“Məndən başqa kişi yoxdur?” - Manaf Ağayev QƏZƏBLƏNDİ - VİDEO
15/01/2019 [14:45]:
Deputat Tahir Kərimlidən daha bir TƏKLİF: “Ədavət və nifrət hislərindən imtina edilməli...”
15/01/2019 [14:43]:
Axı bu ayrıseçkilik qoxan cümlələr bir aydının qələmindən necə çıxa bilər?!
15/01/2019 [14:30]:
Sən olmasaydın, qəzəbimiz qılınc kimi içimizi doğramazdımı?..
15/01/2019 [14:29]:
Məktəbi vaхtından əvvəl bitirmək istəyən 10 şagird imtahan verdi
15/01/2019 [14:25]:
İrəvandakı “soyqırım muzeyi” yalançı sübutlarla “zənginləşdirildi”
15/01/2019 [14:15]:
Ermənistan parlamentindən 20 Yanvar faciəsi ilə bağlı tükürpədici yalan...
15/01/2019 [14:08]:
17 nazirlik, 8 komitə və…
15/01/2019 [13:58]:
Metropoliten maşinist axtarır - ELAN
Bütün arxiv bir sırada
14/06/2018 [00:13] - Cəmiyyət - ( 4245 dəfə baxılıb)

"Müasir Azərbaycanın qurucusu, böyük tarixi şəxsiyyət" - Loğman Zülfüqarlı yazır



Ulu Öndərimizin xilaskarlıq missiyası zəngin idarəçilik təcrübəsinə, fenomenal şəxsi keyfiyyətlərinə əsaslanır...

Azərbaycanın çoxəsirlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti,  ölkəmizin həm bugünkü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi nöqteyi-nəzərindən xalqımızın ümummilli lideri Heydər Əliyev epoxası bənzərsizdir. Taleyüklü hadisələrlə yaddaşlarda həkk olunan, Vətənimizin milli intibahı kimi xarakterizə olunan, şanlı istiqlal tariximizə qızıl hərflərlə yazılan bu dövr Ulu Öndərimiz, dünya səviyyəli dövlət başçısı və ictimai-siyasi xadim Heydər Əliyevin adı və fəaliyyəti, onun fenomenal şəxsiyyəti ilə bilavsitə bağlıdır.

Sirr deyil ki, haqqında danışdığımız bu dövr Azərbaycanın çağdaş tarixinin bütöv bir salnaməsini təşkil edir və onun hər bir səhifəsi, hər bir sətri ümumilli liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılıb. Ulu Öndərimiz müasir Azərbaycan dövlətinin qurucusu və banisidir. Bu gün müstəqil siyasət həyata keçirən, dünya birliyində öz siyasi və iqtisadi çəkisinə görə önəmli rol oynayan Azərbaycan dövləti Heydər Əliyevin şah əsəri, xalqımıza yadigarıdır.

Dövlət o vaxt guclü və yenilməz olur, qarşısına çıxan maneləri dəf edə bilir ki, onun rəhbəri ilə xalqı arasında sarsılmaz vəhdət, birlik mövcud olsun. Məhz bu birlik və həmrəylik tarixin müxtəlif dönəmlərində ölkəmizin taleyində əvəzsiz rol oynayıb, xalqımızı başının üstünü almış bütün bəlalardan hifz  edib qoruyub. Fenomenal biliyə, sarsılmaz iradəyə və milli ruha malik olan ulu öndər Heydər Əliyev Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə öz xalqının iradəsinə, təkidli xahişlərinə cavab olaraq 1993-cü ildə ölkə rəhbərliyinə qayıtmaqla respublikamızın dərin ictimai-siyasi və  iqtisadi böhrandan çıxarılmasına, vətandaş müharibəsinin qarşısının alınmasına, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə,  dövlətimizin  beynəlxalq aləmdə uğurlar  qazanmasına nail olmuşdur. Bu, sözün əsl mənasında “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm”, – deyib,  meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.

İyunun 15-i Azərbaycanın müasir tarixinin ən mühüm günlərindən biridir. 25 il bundan öncə yaşadığımız həmin tarixi anlarda Ulu Öndərimiz deyirdi: “Belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram”. Tarix özü sübut etdi ki, dünya şöhrətli dövlət xadimi və ustad siyasətçi Heydər Əliyevin güvəndiyi, arxalandığı bu yenilməz qüvvə qarşıya çıxan neçə-neçə qorxunc təhlükəni sovuşdurmağa, keçilməz maneələri belə dəf etməyə həqiqətən də qadirdir.

 Məhz xalqın öz dahi lideri ilə birliyi, həmrəyliyi sayəsində müstəqilliyimiz əbədi prosesə çevrildi və ölkəmiz davamlı inkişaf magistralına qədəm qoydu.

Heydər Əliyev istər Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1970-80-ci illərdə, istər Sovetlər İttifaqı rəhbərliyinə irəli çəkildiyi, istərsə də müstəqil Azərbaycan dövlətinin prezidenti olduğu illərin hər anında öz doğma xalqının taleyini şəxsi taleyi hesab etmiş, xalqın qəlbində həmişə əvəzolunmaz lider kimi uca zirvədə dayanmışdır.

Ümummulli liderimiz Heydər Əliyevin 1992-2003-cü illəri əhatə edən on illik prezidentliyi  dövrü müstəqillik tariximizə qlobal iqtisadi islahatlar, abadlıq və quruculuq işlərinin geniş vüsət alması, daxili və xarici siyasətdə qazanılan mühüm nəticələrlə də tarixə yazılıb. İstiqlalımızın bərpasının ilk illərində xalqımızın bu böyük oğlunun hakimiyyətdə olmaması üzündən dərin siyasi və iqtisadi böhran içərisində çabalayan Azərbaycan qısa müddətdə ayağa durmağa nail oldu. MDB məkanında ilk dəfə olaraq məhz Azərbaycanda torpaq islahatı əzmlə həyata keçirildi, torpaq onun əsl sahibinə qaytarıldı, ölkənin sənaye və kənd təsərrüfatı məhsulları istehsalında özəl sektorun payı ilbəil artırıldı. Özəl sektorun, sahibkarlığın inkişafına xüsusi diqqət və qayğı ilə yanaşan Ulu Öndər milli iqtisadiyyatımızın artımında bunun əhəmiyyətli rolunu gözəl bilirdi. Məhz bunun sayəsində artıq 1996-97-ci illərdən başlayaraq ölkəmiz nəinki böhranın fəsadlarını aradan qaldırmağa, hətta sürətli inkişaf mərhələsinə qədəm qoymağa müvəffəq oldu. Bazar iqtisadiyyatına keçidlə bağlı çox böyük və mühüm tədbirlər həyata keçirildi, bu da sahibkarlığın inkişafına güclü təkan verdi.

Bəzi statistik rəqəmlərə müraciət etmək kifayətdir ki, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən geniş və dərin islahatların əhəmiyyəti aydın olsun. Belə ki, 2003-cü ildə 1998-ci illə müqayisədə ümumi daxili məhsul (ÜDM) istehsalı 21,2 faiz, əsas kapitala yönəldilən investisiyalar 12,4 dəfə, kənd təsərrüfatının ümumi  məhsulu 18,2 faiz, nəqliyyat sektorunda yükdaşımalar 33,5 faiz, pərakəndə əmtəə dövriyyəsi 86,9 faiz, xarici ticarət dövriyyəsi 2,6 dəfə yüksəldi. Yalnız 1998-2002-ci illər ərzində əhalinin nominal pul gəliri 46,8 faiz, adambaşına düşən pul gəliri 42,4 faiz, orta əmək haqqı 87,2 faiz artdı. Həmin dövrdə istehlak qiymətlərinin indeksi 97,2 faizi ötdü.

Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı öz vətəndaşları üçün sabitliyin, vətəndaş həmrəyliyinin, əmin-amanlığın hökm sürdüyü,  demokratik təsisatların fəaliyyəti üçün geniş şərait yaradıldığı bir ölkəyə, xarici və daxili investorlar üçün isə əlverişli imkanlar açan,  səmərəli əməkdaşlığa hazır olan bir tərəfdaşa çevirmişdir.

Azərbaycanda müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun əzmlə həyata keçirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təminatı və yeni iqtisadi kursun müəyyənləşdirilməsi şəxsən Heydər Əliyevin xalqı qarşısındakı əvəzsiz xidmətləridir.  Heydər Əliyev nəinki müstəqilliyimizi qoruyub saxladı, onu əbədi və dönməz etdi. Zamanın bu dahi şəxsiyyətə, onun dərin zəkasına, polad iradəsinə, zəngin təcrübəsinə və hədsiz vətən sevgisinə etibar etdiyi tarixi missiyanı layiqincə yerinə yetirməyə müvəffəq oldu. Ulu Öndərimizin müstəqil Azərbaycanın prezidenti kimi on illik fəaliyyəti özünün əzəmətli ifadəsini öncə ölkəmizin və xalqımızın nicata qovuşmasında, geniş mənada isə müasir dövlət quruculuğu siyasətinin həyatımızın bütün sahə və istiqamətlərini əhatə etməsində, heç kimdən və heç bir ölkədən asılı olmayan, müstəqil siyasət yürüdən qüdrətli Azərbaycanın təşəkkülündə, zamanın yeni çağırışlarının müvəffəqiyyətlə həll edilməsində tapır.

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı  öz strateji seçimini və inkişaf yolunu – insan hüquq və azadlıqlarının ali dəyər hesab edildiyi demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçdi və bu məqsədə nail olunması üçün qısa müddətdə dövlət və cəmiyyət həyatının bütün sahələrində köklü islahatlar aparıldı. Ulu Öndərimizin banisi olduğu, onun bilavasitə rəhbərliyi ilə ərsəyə gətirilmiş və ümumxalq səsverməsi yolu ilə 1995-ci il noyabrın 12-də qəbul edilmiş ilk milli Konstitusiyamız şübhəsiz ki, bütün bu islahatların yönünü müəyyənləşdirmişdir.

Ulu Öndərimizin siyasi kursunda Ermənistanın ölkəmizə və xalqımıza qarşı təcavüzünün qarşısının alınması və ərazi bütövlüyümüzün bərpası, ermənilərin terror və soyqrım siyasəti yürütdüyünün  bütün dünyaya çatdırılması son dərəcə mühüm yer tuturdu. Cəbhədə atəşkəsin əldə olunması Azərbaycanda milli ordu quruculuğu prosesini sürətləndirməyə, ölkəmizin iqtisadi və hərbi potensialını gücləndirməyə imkan verdi. Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə qayıdışına qədər bunlar yox dərəcəsində idi. Ümummilli Liderimiz iqtisadiyyatımızı inkişaf yoluna salmaqla və hərbi-müdafiə, maddi-texniki bazanı möhkəmləndir-məklə xalqımızın inamını və döyüş ruhunu özünə qaytardı. O, dünyanın aparıcı dövlətləri ilə münasibətləri tarazlaşdırmağa nail oldu. Ermənistanın Azərbaycana təcavüz etdiyini, soyqrım və terror siyasəti yürütdüyünü dünyaya çatdırmaq üçün xarici ölkələrə, o cümlədən BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlərə səfərləri zamanı əlində xəritə yorulmadan diplomatik bacarığını işə saldı. Ən mötəbər beynəlxalq tribunalardan Ermənistanın ifşası üçün məharətlə istifadə etdi. Bununla da Ermənistanın təcavüzkar dövlət olduğunu ATƏT-in Lissabon sammitində, Avropa Şurasında və digər beynəlxalq təşkilatlar, eləcə də əksər dünya dövlətləri tərəfindən etiraf və qəbul edilməsinə nail oldu.

Təsadüfi deyil ki, müasirləri, dünyanın aparıcı dövlətlərinin başçıları və görkəmli ictimai-siyasi xadimləri Heydər Əliyevi zəmanəmizin canlı əfsanəsi kimi qəbul edib ehtiram bəsləyiblər.

Bu gün ölkəmizin hər bir guşəsində, iqtisadi və siyasi həyatımızın hər bir sahəsində sürətli inkişaf və tərəqqi müşahidə olunur. Respublikamızda yaşayan hər bir vətənpərvər insan Azərbaycan vətəndaşı olduğu üçün fəxr edir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizin milli inkişaf strategiyası Prezidentimiz İlham Əliyevin idarəçilik məharəti sayəsində xalqımızın davamlı tərəqqidə olan bugününü və firavan gələcəyini təmin edir. Ölkəmizin hazırda nail olduğu bütün uğurların əsasları və gələcək inkişaf perspektivləri birbaşa ümummilli lidrimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Loğman ZÜLFÜQARLI,

“Bakı İnşaat Sənaye” ASC-nin təsisçisi

Saakaşvilinin oğlu da “donuz qripi”nə yoluxdu –Tbilisidə müalicə olunur
Rüfət Aslanlının Gədəbəydəki villasının - FOTOLARI
Pedaqoji Unversitetin İctimai Şura üzvləri imtahanların gedişini izlədilər
Görənləri ovsunlayan göyqurşağı dağının sirri - MARAQLI...+ FOTOLAR
“Azərbaycanda əsasən, bu universitetlər birləşdirilməlidir” – Fazil Mustafadan etirazlara cavab
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Ədəbiyyat
“Kriminal elementləri olan ədəbiyyat nə qədər çox yayılırsa, cəmiyyət bir o qədər də sakitləşir”
Gündəm
İrəvandakı “soyqırım muzeyi” yalançı sübutlarla “zənginləşdirildi”
Gündəm
Ermənistan parlamentindən 20 Yanvar faciəsi ilə bağlı tükürpədici yalan...
Cəmiyyət
“Heç doğum günüm yadıma düşmür...” - Aydın Kazımzadə...
Kriminal
Ucarda dəhşət: 16 yaşlı qız qaçırılıdı, zorlandı, sonra ailəsinə qaytarıldı - VİDEO
Həftənin ən çox oxunanları
ABŞ prezidentinin Stalinə verdiyi məxfi məktubda Azərbaycan haqda nə yazılmışdı?..
Qarşı cinsə marağı azalan, intim hissləri qaydasında olmayan cütlüklər onu çeynəsələr...
"Bu ölkənin şeyxi hara baxır, Anar, Çingiz Abdullayev, Ramiz Rövşən və digərləri hara baxır?"
Azərbaycanda boşanma iddiası qaldıranların çoxu kişilərdir - Səbəb UTANCVERİCİDİR
“102-ci baza ləğv edilsə, Qarabağda  genişmiqyaslı müharibə başlayacaq...”
Putin Paşinyanı qucaqlayır, Lukaşenko İrəvan yolçuluğunda... - Bəs biz nəyi gözləyirik?
"Hamımız nədənsə düşmüşük televiziyalarda Xoşqədəmlərin, Zaurların üstünə, ancaq..."
“Şəhidlər Xiyabanına gedəndə xəcalət çəkirəm, mənə elə gəlir şəhidlər dil açıb deyir ki..."
Sən xəstə deyilsən, susuzsan! - Xəstələrini adi su və duzla müalicə edən məşhur həkim...
“Amerika genetikləri Gəncə yaxınlığındakı bu yer haqqında bizdən çox bilirlər...”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə