Xəbər lenti
24/06/2018 [22:47]:
Rusiya səmasında meteorit partladı - VİDEO
24/06/2018 [22:45]:
Dövlət Baxçalı Ərdoğanı təbrik etdi
24/06/2018 [22:43]:
Qüllə kranında namaz qıldı - VİDEO
24/06/2018 [21:59]:
“Arzu edirəm ki, 26 iyun paradı ordumuzun yeni zəfərlərinin başlanğıcı olsun”
24/06/2018 [21:59]:
Türkiyədə seçkilər başa çatdı: Ərdoğan liderdir - YENİLƏNİB
24/06/2018 [21:40]:
İlham Əliyev Ərdoğanı təbrik etdi - İlk təbrik
24/06/2018 [21:33]:
Gürcüstanda 100-ə yaxın insan zəhərləndi
24/06/2018 [21:28]:
“Bu parad həm də düşmənlərimizə bir mesajdır”
24/06/2018 [21:18]:
“Taxt oyunları”nın ulduzları evləndi – FOTO
24/06/2018 [21:16]:
Səudiyyə Ərəbistanında qadınlar taksi işinə başladı
24/06/2018 [21:12]:
“Azərbaycan əsgərinin addım səslərini eşitmək bizim üçün şərəfdir”
24/06/2018 [21:06]:
Məhərrəm İncəyə ŞOK SÜRPRİZ: səs verdiyi sandıqdan özü çıxmadı
24/06/2018 [20:18]:
Könül Xasıyeva Hacı Nuranın görüşünə gəldi - Bu video ürək parçaladı
24/06/2018 [20:13]:
İlham Əliyev rusiyalı spikeri qəbul etdi - FOTO
24/06/2018 [20:11]:
Ərdoğan Türkiyədə keçirilən prezident seçkilərində liderlik edir
24/06/2018 [19:59]:
"Əlli yaşı olur, amma Şahbaz hələ də gözümdə uşaqdı..." - Sabir Rüstəmxanlı
24/06/2018 [19:53]:
Şahzadə günəşin çıxmasını gözləmədən sükan arxasına keçdi: Qanun qüvvəyə minəndən sonra...
24/06/2018 [19:42]:
Rusiya Dövlət Dumasının spikeri: "Rusiya və Azərbaycan strateji tərəfdaşlardır"
24/06/2018 [19:25]:
Xaçmazda 5 hektar biçilməmiş taxıl sahəsi yandı
24/06/2018 [19:16]:
Türkiyədə seçki məntəqəsində atışma olub, 2 nəfər ölüb, 3-ü yaralandı
24/06/2018 [18:37]:
Türkiyədə səsvermə başa çatıb - səslər sayılır
24/06/2018 [18:25]:
Elza Seyidcahanın heç yerdə görmədiyiniz anası - VİDEO
24/06/2018 [18:14]:
Rusiya Dövlət Dumasının sədri Bakıda...- FOTO
24/06/2018 [17:59]:
Bəşər Əsəd İradə Zeynalovaya cəngəllik qanunlarından danışdı
24/06/2018 [17:52]:
Şimali Koreya lideri 500 türk şəhidinin nəşini Ankaraya qaytarır
24/06/2018 [17:50]:
Ördək balaları ticarət mərkəzində sahibinin "sıraya düzlən" əmrini yerinə yetirdi - VİDEO
24/06/2018 [17:43]:
Qoldan sonra siyasi jest edən İsveçrə futbolçuları cəzalandırıla bilər
24/06/2018 [17:42]:
PKK bütün əməliyyatları 24 saatlığına dondurdu
24/06/2018 [17:00]:
Bu da Nəsrinin hər kəsdən gizlətdiyi sevgilisi -FOTO
24/06/2018 [16:59]:
Livan nəşri anons verdi: Azərbaycan yeni İsrail raketləri ala bilər
24/06/2018 [16:57]:
Ərdoğan nəvələri ilə birlikdə səs verdi...
24/06/2018 [16:31]:
Türkiyənin baş naziri kreslosunu hərraca çıxaracağına söz verdi
24/06/2018 [16:30]:
“Türk Ulduzları” Bakıda – FOTO
24/06/2018 [16:01]:
Deputat: “Türkiyədəki seçkilərdə qanun pozuntusu yoxdur”
24/06/2018 [15:52]:
Rusiya və ABŞ prezidentləri iyulun 15-də Vyanada görüşəcək
24/06/2018 [15:48]:
Qənirə Paşayeva Braziliya, Çin və İndoneziyanın fəal qadınları ilə Qarabağdan danışdı - FOTO
24/06/2018 [15:35]:
Avropa İttifaqının ən varlı və kasıb ölkələri açıqlandı
24/06/2018 [15:20]:
Tailandda futbol komandası mağarada itdi
24/06/2018 [15:19]:
Ərdoğan: "Hazırda seçicilərin 50 faizdən çoxu artıq səs verib"
24/06/2018 [15:15]:
İlham Əliyev nazirin vəfatı ilə bağlı başsağlığı verdi
24/06/2018 [14:40]:
Ərdoğanın səs verəcəyi məktəbdə ciddi təhlükəsizlik tədbirləri görülür -FOTOLAR
24/06/2018 [14:36]:
"Bizdə elə silah-sursat var ki, onlar haqqında biz özümüz danışmırıq"
24/06/2018 [14:32]:
Messiyə görə intihar etdi...
24/06/2018 [14:29]:
Ruhani haqda yazılmış kitab aləmi bir-birinə qatdı
24/06/2018 [14:27]:
Türkiyədə seçkilər ən tez bu kənddə qurtardı: 2 səs - Video+fotolar
24/06/2018 [14:14]:
Kadırov Salaha hədiyyə verdi
24/06/2018 [14:12]:
"Qanuni oğru"nun lüks həyat yaşayan cazibədar qızı - FOTO
24/06/2018 [14:04]:
"Güclü və tarixi ənənəsini yaşadan qeyrətli orduya malikik"
24/06/2018 [14:03]:
"Soyunur, sonra da yarım milyonluq "Porsche" aldırıb qoyur altına" -Xalq artisti yıxıb-sürüdü
24/06/2018 [13:47]:
Sovetin Bakıya verdiyi MODERN BİNALAR – FOTO/VİDEO
24/06/2018 [13:46]:
Xırdalanda evdə yanğın: 3 azyaşlı yanıq xəsarətləri aldı
24/06/2018 [13:39]:
Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOLAR
24/06/2018 [13:33]:
"Bu nə hoqqabazlıqdır, bu nə özbaşınalıqdır, bu nə düşüklükdür?"
24/06/2018 [13:28]:
Əbülfəz Elçibəyin Kələkidə 80 illiyi keçirilir
24/06/2018 [12:55]:
Nəcəf Nəcəfovun qeyri-adi jurnalist fəaliyyəti - NƏSİMAN YAQUBLUNUN YAZISI
24/06/2018 [12:54]:
Səs verən Muharrem İnce jurnalisti danladı: “Əlimdən tutub...”
24/06/2018 [12:53]:
Aprel şəhidimizin qardaşının toyu oldu - FOTOLAR
24/06/2018 [12:34]:
Yavər Camalov Şüvəlan qəbiristanlığında dəfn olunacaq
24/06/2018 [12:10]:
Onunla zarafat edən ərini və yaxınlarını zəhərlədi - Beş adam öldü...
24/06/2018 [12:06]:
"Estrada oxuyanlar Şur dəstgahını ifa edə bilməzlər, heç onu bilmirlər də..."
24/06/2018 [12:05]:
Muharrəm İncə ailəsiylə səs verdi...
24/06/2018 [12:00]:
Türkiyədə prezident və parlament seçkiləri başlayıb
24/06/2018 [11:53]:
Hərbi aviasiya vasitələri Bakı buxtası üzərində hazırlıq uçuşları keçirir
24/06/2018 [11:52]:
"Elə silahlarımız var ki, onların bizdə olduğunu düşmənlərimizin bilməməsi daha yaxşı olardı"
24/06/2018 [11:24]:
Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir
24/06/2018 [11:18]:
"Ərdoğan müxalifət tərəfindən belə genişmiqyaslı seçki kampaniyası aparılacağını gözləmirdi"
24/06/2018 [11:12]:
“Türk ulduzları”nın Bakıda möhtəşəm şousunun vaxtı AÇIQLANDI
24/06/2018 [11:06]:
İtaliya baş nazirinin müavini Emmanuel Makronu həyasız adlandırıb
24/06/2018 [11:02]:
“Serj Sərkisyanın həbsinin gündəmə gəlməsi mümkündür”
24/06/2018 [10:56]:
Ceyhun Bayramovdan ilginc açıqlama: Buraxılış imtahanlarının nəticələri həlledici olacaq...
24/06/2018 [10:33]:
İcra başçısının paltar qadağası - Bakıda bu da oldu (VİDEO)
24/06/2018 [10:31]:
"Birinci turda heç kəs 50+1 toplaya bilməyəcək, məsələni ikinci tur həll edəcək"
24/06/2018 [10:20]:
İranlı qadın göbəyini açdı – FOTO
24/06/2018 [09:54]:
Bakının uşaq bağçalarında valideynlər üçün fərdi videomüşahidə yaradıla bilər
24/06/2018 [09:45]:
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə
24/06/2018 [09:14]:
Bu da aparıcı Aytənin özündən gözəl qızı Ayza - FOTOLAR
24/06/2018 [09:09]:
Azərbaycanda banklar 11 milyard manatdan çox kredit verib
24/06/2018 [09:03]:
Sərdar Cəlaloğlu: “Azərbaycanın geopolitik vaxtı Moskva saatıyla işləyir”
24/06/2018 [09:00]:
Çində problem – Oğlanlar evlənməyə qız tapmırlar
24/06/2018 [08:55]:
Zərdabda 3 otaqlı, Lənkəranda isə 5 otaqlı ev yanıb
Bütün arxiv bir sırada
14/06/2018 [15:31] - Müsahibə - ( 4585 dəfə baxılıb)

"Vicdanım, Allahım qarşısında günahsızamsa, Onun qullarının fikri mənim üçün əhəmiyyətli deyil"

"Əvvəllər heç kimə cavab verə bilməyən, gücü göz yaşlarına çatan Aytən indi çox dəyişilib"


İnsanlar onu öz imici ilə, əsl Azərbaycan xanımına məxsus xarici görünüşü, eyni zamanda gözəl səsi ilə sevdi və qəbul etdi. Bu gün bu gözəl xanımın - Aytən Məhərrəmovanın doğum günüdür. 

Biz də Moderator.az olaraq Aytən xanımı təbrik edir ona həyatda daha böyük uğurlar qazanmasını arzu edirik.

Beləliklə, "Zərif güclülər"in budəfəki müsahibi xanəndə, Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Aytən Məhərrəmovadır.
  
- Aytən xanım, istərdim sənətə gəlişinizdən danışaq. Bildiyimiz qədər sizin ailədə musiqiçi olmayıb...

- Elədir. Bizim ailədə musiqiçi olmayıb. Ancaq Allah səs, istedad verəndə çox güman ki, bunlar nəzərə alınmır. Bəzən musiqiçilərimizi bölgələrə ayırırlar, ancaq səs Allah vergisidir, bu hər bölgədə doğulan  insanda ola bilər. Mən də dil açandan fortepiano alətinə çox böyük maraq göstərmişəm. Kim evdən çıxırdısa ondan mənə fortepiano almağını istəyirdim. Valideynlərim 5 yaşıma qədər buna o qədər də əhəmiyyət vermədilər. Ancaq mənim israrlı olaraq bu aləti istədiyimi görüb sözün yaxşı mənasında təslim oldular və piano aldılar. Həqiqətən də mən bu istəyimi doğrultdum. Müəllimsiz piano çalmağa başladım, ilk öncə tək əllə ifa edirdim, daha sonra isə yavaş-yavaş musiqi duyumu ilə özüm üçün akkordlar kəşf etməyə başladım. Orta məktəbin 6 – cı sinfində oxuyanda ailəm məni 36 saylı musiqi məktəbinə yazdırdı. 1 il orada təhsil aldıqdan sonra Bülbül adına Orta İxtisas Məktəbində təhsil almağa başladım. Daha sonra Asəf Zeynallı adına Musiqi Kollecinə qəbul olundum. Bunun ardınca Azərbaycan Milli Konservatoriyasının bakalavr , ardınca magistratura pilləsində təhsil aldım. Ailəmin dəstəyi ilə bu sənətə gəldim, dəyərli ustadım Mənsum İbrahimovun əməyi, səyi , zəhməti nəticəsində isə bu sənətin dərinliklərinə, sirlərinə yiyələndim. 
  
- Estrada janrında məşhur olan bir sıra ifaçılar zamanında muğam sahəsi üzrə təhsil alıblar...

- Bunu hamı bilir ki, çox çətin bir zəmanədə yaşayırıq. Necə deyərlər bir parça çörək aslanın mədəsindədir. Bugün muğam sənəti ilə nə qədər peşəkar olasan ki, sırf bunun sayəsində əldə etdiyin gəlirlə normal dolanasan. Buna görə də bu hallara normal yanaşmaq lazımdır. Bəzən insanlar hər hansı bir ifaçı sənətində məhz janr dəyişikliyi etdiyi üçün onu qınayırlar. Bugün mənim xarakterim yol verərsə, mən də estrada ifa edərəm. Səsim buna imkan versə də xarakterimə uyğun olmadığı üçün mən bu janrda ifa edə bilmərəm. Mən öz xarakterimdə bunu görmürəm, çünki belə formalaşmışam. Ancaq dəyişə bilən insanları isə alqışlayıram. Çox sevinirəm ki, bu insanlar öz çərçivələrini aşıb, onu məhv edə bilirlər. Hər iki janrda insanlar halal zəhməti ilə çörək pulunu qazanır. Axı bunun nəyi pisdir ki? Bəzən estrada oxuyan birisi muğam ifa edəndə də ona tənqidlə yanaşırlar. Ancaq hər bir insanda dəyişimi qəbul etmək lazımdır. Ola bilsin ki, bu gün muğamı zəif ifa edən hər hansı estrada ifaçısı sabah mahir bir xanəndə ola bilər. Mən özüm belə ifaçıları alqışlayıram. 
  
- Qeyd etdiniz ki, bəzi ifaçılar maddi səbəbdən məhz estrada janrına üstünlük verirlər. Niyə düşünürsünüz ki, estaradada olan insanlar muğam ifa edənlərdən daha çox gəlir əldə edir?

- Bilirsiniz, estrada ifaçıları daha sərbəst olurlar, onlarda çərçivələr daha genişdir. Onlar daha çox el şənliklərində iştirak edə bilirlər nəinki muğam ifaçıları. El şənliklərində daha çox iştirak edən ifaçıların da sözsüz ki gəliri daha çox olur. Muğam müsabiqəsində iştirak etməzdən öncə mən əvvəldən sona qədər toylarda ifa edirdim. Bu gün də ən yaxınlarımın  və ya yaxşı qonorar ödəyən insanların toylarını əvvəldən sona qədər idarə edirəm. Bu toylarda ifaçılıqla yanaşı aparıcılıq da edirəm. Ancaq bu müsabiqədən sonra mən artıq toylara məhdud zaman ərzində, ancaq muğam ifa etmək üçün getməyə başladım. Niyyətim də o idi ki, insanlar məni xanəndə olaraq qəbul etsinlər. Aytən Məhərrəmova dedikdə onların yaddaşında muğam ifaçısı, xanəndə kimi iz qoyum. Yəni bu addımı mən sırf sənət üçün atdım.
  
- Ancaq bir çox xanəndələr var ki, toylarda bəstəkar mahnılarını da ifa edirlər...

- Sizinlə razıyam. 2005 – ci ildən professional səhnədəyəm. Son bir ildir ki, mən də artıq bu yolu seçmişəm. Belə ki, bunu  müəyyən uğurlara imza atdıqdan sonra etməyə başladım. Düşünürəm ki, nəyə görə də mən gələn gəlirimə yox deməliyəm.  Bir çox muğam müsabiqələrinin iştirakçısı, qalibi olmuşam, pedaqoji fəaliyyətimlə yanaşı, Opera və Balet Teatrının solistiyəm. Artıq bunlara görə və dinləyicilərin nəzərində xanəndə Aytən obrazını yarada bilmişəm. Düşünürəm ki azdan- çoxdan özümü təsdiq edə bilmişəm. 
  
- Bu yolla eyni zamanda səsinizi qoruyurdunuz...

- Qostrol səfərlərim olan zaman mən toylardan imtina edirəm. Məbləğ nə qədər böyük olsa da sənətimi üstün tutram. Yəni həmin ərəfədə qostrol səfərim varsa, dövlətimizi təmsil etməliyəmsə  mən toydan imtina edirəm. Hər zaman karyeram üçün maddiyatın üstündən xətt çəkmişəm, buna görə də əsla peşman deyiləm. 
  
- İfaçılar da var ki, sırf sənəti ilə məşğul olur və toylardan imtina edir...
 
- Toylarda ifa etmək o demək deyil ki, biz sənətimizi unuduruq, axı sənət bizim həyatımızın böyük bir qismini əhatə edir. Ondan necə vaz keçə bilərik ki?..
  
- Eyni zamanda Opera və Balet Teatrının solistisiniz...

- Opera və Balet Teatrına Mənsum İbrahimovun sayəsində gəlmişəm. O nəinki öz tələbələrini, eyni zamanda digər gənc xanəndələrin də burada fəaliyyət göstərməsinə kömək edib. Möhtəşəm insandır Mənsum müəllim. Həyatda, sənətdə elə bir addım olmaz ki, mən onu Mənsum müəllimlə məsləhətləşmədən atım. Mənim sənətdə, eləcə də xarakterimin müsbət tərəfdən  formalaşmasında müəllimim, ustadım Mənsum İbrahimovun böyük rolu olub. Hal- hazırda “Şah İsmayıl” operasında Ərəbzəngi obrazını, “Leyli və Məcnun”da isə Leylinin anası obrazını ifa edirəm. Digər obrazlar üzərində də işləyirik. Yaxın zamanlarda səhnədə nümayiş olunacaq.
  
- Bir çox xanım xanəndələr üçün Leyli obrazı bir stimuldur...

- Həyatda hər bir hala fərqli yanaşan insanam. Hər bi xanım xanəndə Leyli ola bilməz. Söhbət elə mənim özümdən gedir. Səs baxımından buna mənim imkanım var “Ərəbzəngi” kimi zil səs tələb edən bir obrazı ifa etmişəmsə demək ki, Leyli üçün də səsim yetər. Ancaq hər insanın xarici görünüşü buna imkan vermir.
  
- Elə ifaçılar var ki, onlar  35 -40 yaşlarında belə Leyli ifa edirlər...

- Onlar xarici görünüşü buna imkan verdiyi üçün Leylini ifa edirlər. Axı mənim xarici görünüşüm buna uyğun deyil. Mən necə israr edim ki, mütləq Leyli ifa edəcəm. Əsas odur ki balaca obrazla da yaddaşlarda qala biləsən. Öz ifanla insanların ürəyinə təsir edəsən, mən bunlara üstünlük verirəm. Düzünü deyim ki, həyatda ana olmadığım üçün özümü heç cürə ana obrazında görmürdüm. Təsəvvür belə edə bilmirdim ki, analıq hissini necə çatdıra bilərəm. Ancaq tamaşadan sonra izləyicilər mənə yaxınlaşıb onlara yaxşı mənada təsir etdiyim üçün təşəkkür edirlər. Bu mənim üçün çox dəyərlidir. 
  
- Aytən xanım, zaman-zaman qadınlar zəif, zərif sayılaraq daha daha çox kölgədə qalırlar. Ümumiyyətlə, qadın zəifdirmi?

- Qadınlar istədiyi zaman güclü, istədiyi zaman da zərif olmağı bacaran bir məxluqdur. Ancaq mən istərdim ki, qadınlarımız hər zaman zərif olsunlar. Onların yanında özlərini zərif hiss etdirəcək, onların qayğısına qalacaq, müdafiə edəcək biriləri olsun. Karyerada qadın güclü olmağı gözəldir, ancaq həyatda qadının güclü olmağa çalışmağı isə bir az əzablıdır. Bilirsiz həyatda əziyyət çəkən, çətinlik görən qadın güclü olmağa məhkum olur. Müəyyən yaşa qədər əsəbləşdiyim insana söz deyə bilmirdim. Ancaq gücümü göz yaşlarıma verirdim. Ancaq indi bir insana əsəbləşəndə ona lazım olan sözümü deyirəm. Zaman olur ki, ağlamaq istəsəm də ağlaya bilmirəm. 

Anam bizi çox sərt tərbiyə edib. Çox sıx çərçivələr daxilində böyümüşük. Hər yerə anamla gedirdim. Anam məni bütün pisliklərdən, qurulan tələlərdən müdafiə edirdi. Anamın səhhətində problem yarandıqdan sonra özüm özümü müdafiə etməyə məcbur oldum. Çox haqsızlıqlar gördüm, bunlarla mübarizə apardıqca bərkidim. Əvvəllər heç kimə cavab verə bilməyən, gücü göz yaşlarına çatan Aytən indi çox dəyişilib. İnanırsınız ki, indi mənim üçün ağlamaq o qədər çətinləşib ki. Zaman olur ki, doluram, ağlayıb ürəyimi sakitləşdirmək istəyirəm, ancaq bacarmıram. Düşünürəm ki, qadını ağladan zəiflikdir. 
  
- Özünüzlə tək qalanda hansı Aytəni sevirsiniz?

- Bizim cəmiyyət üçün güclü, özünü müdafiə etməyi bacaran qadın daha məqbuldur. Ancaq insanı müdafiə edəni olanda daha yaxşı olur. Düzünü desəm konfliktə girən insan da deyiləm, sülhsevərəm. İnsanlar bir birinin arxasınca danışmasa, söz gəzdirməsə, bir biriləri haqqında mənfi fikirdə olmasalar daha yaxşı olar, həyat daha da gözəlləşər. 
Əslində evdə, sevdiklərimin yanında uşaq kimiyəm, ürəyi yumşağam. Ancaq kənarda özümü sərt, soyuq göstərməyə məcbur oluram. Bu üsulla özümü qoruyuram. Buna görədir ki, heç kim indiyə qədər mənim qoyduğum səddən keçə bilməyib, keçə də bilməz mən istəmədikcə. Bizim cəmiyyətdə özün kimi olmaq qeyri- mümkündür. Ancaq belə olduqda sənə dəyib- dolaşan olmur.
Qadın üçün musiqi sənəti, səhnə fəaliyyəti çox ağırdır. Hələ Azərbaycanda bu ağırlıq, çətinlik isə deyiləsi deyil. Səhnədə olursansa, toylara gedirsənsə, adi maşın idarə edirsənsə sənə qarşı olan münasibət, önyarqı da fərqli olur. 
  
- Kənar insanların fikirləri, düşüncələri sizin üçün əhəmiyyət kəsb edir?

- Düzünü deyim ki, iki il bundan öncəyədək hər insanın dediyi söz, işlətdiyi ifadə, fikirləri mənə çox pis təsir edirdi. Saatlarla oturub ağalyırdım, pis olurdum. Ancaq indi o qədər də əhəmiyyət vermirəm. Çünki mən özümü tanıyıram, Allahım məni bilir. Zamanla düşündüm ki, insan öz vicdanı qarşısında bu həyatda cavab verməlidir. Mənlə tək qalan hər zaman vicdanım olur. Əgər mən vicdanım qarşısında, Allahım qarşısında təmiz, günahsızamsa onun qullarının fikri mənim üçün əhəmiyyət kəsb etmir. 
  
- Ümumiyyətlə, bir qadının uğurlu karyera qurmasına nə mane ola bilər?

- Hər bir insan karyera qurmaq üçün mütləq məqsəd, istək olmalıdır. Bunların  yetərincə olmaması onun karyera qurmasını əngəlləyəcək amillərdir. Özümdən deyə bilərəm ki, hər hansı bir uğuru əldə etmək üçün illərlə çalışdığım olub. Bunu da prinsipiallığıma borcluyam. 2009 – cu ildə qatıldığım müsabiqənin  birinci turundan keçmədim. Çünki bilirdim ki, yetərincə çalışmamışam. Buna görə ruhdan, həvəsdən də düşmədim.  Əksinə qarşıma məqsəd qoydum və 2011 ci ildə Respublika Muğam Müsabiqəsində birinci yerə layiq görüldüm. 2015 – ci ildə isə Beynəlxalq Muğam Müsabiqəsinin qalibi oldum. Bu zaman ərzində mənim “Aypara” ansamblım hər zaman mənə dəstək olub. Ədalət Behbudov, Qiyas Qiyasov, Humay Abbas, Pərviz Fərhadov, Sadiq Əliyev, Kəpəz Əvəz, Bəhram Mahmudov, Mütalib Məmmədov hər bir uğurumda yanımda olublar. hər zaman deyirəm ki, onlar mənim sənətdəki ailəmdir. 
Əlavə edim ki, qadının uğurlu karyera qurmaq üçün əzmkarlıq, zəhmətkeşlik nümayiş etdirməklə yanaşı ailəsinin də dəstəyi olmalıdır. Dərs dediyim musiqi məktəbində yanıma balaca qız uşağı gətirirlər ki, biz istəyirik qızımız xanəndə olsun. Ancaq mənim üçün ilk amil valideynlərin razı olmasıdır. İstəmirəm ki, uşaq 5 il əziyyət çəkib öyrənsin, sonra atanın qadağası ilə sənətdən uzaqlaşsın. Buna görə də şərti şumda kəsməyə üstünlük verirəm. 
  
- Yaxın keçmişdə Prezidentimiz tərəfindən ifaçılarımıza titullar verildi. Siyahıda sizin adınızı görmədik...

- İlk olaraq bildirim ki, əsas xalq mənə yaraşdırmalıdır bu titulları. Xalq səni “Əməkdar artist”, “Xalq artisti” adına layiq görürsə, zamanla dövlətimiz də bunu sənə verəcək. Biz də öz işimizlə məşğuluq. Daim yeniliklər etməyə çalışırıq. Bundan əlavə qeyd edim ki, mən başqasının uğuruna sevinən insanam. Hansı gənc xanəndəmizə adlar verildisə, hamsını bir- bir zəng edib, təbrik etdim. Hər birinə bir kəlmə demişm: “sənin uğurun, mənim uğurumdur”. 
  
- Digər xanəndələr sizə rəqib sayılır. Rəqabət aparan insan rəqibinin uğuruna sevinərmi?

- Hər zaman demişəm ki, özünə güvənən insan heç vaxt rəqabət aparmaz. Ağıllı insan qarşısına məqsəd qoyar və bu məqsədə çatmaq üçün çalışar. Mən özümə, zəhmətimə Allahın mənə verdiyi istedada güvənən insanam. Sənətimə peşəkarcasına qulluq edən insanam. Nəyə görə kimləsə rəqabət aparım...
  
- Adətən klassik geyimdə olursunuz...

- Düzünü desəm hər zaman klassik geyimdə oluram. İdman, sərbəst geyimlərim də var, ancaq çox da istifadə etmirəm. Klassik geyimdə özümü daha rahat hiss edirəm. Həm də artıq tamaşaçıların gözündə xanəndə Aytən obrazı məhz hər zaman klassik geyimdə, qara saçlarda formalaşıb. Mən bu obraza xələl gətirmək istəmirəm. Düzünü deyim ki, heç vaxt gözəllik salonuna getmirəm. Səhnəyə çıxdığım zaman da saç düzümümü, vizajımı özüm edirəm. 
  
- Özünüzü zərif güclü sayırsınızmı?

- Bəli, özümü güclü qadın sayıram və bu hissin gözəlliyinin də fərqindəyəm. Ancaq güclü olsan da səndən güclü, səni müdafiə edəcək iqtidarda olan insanlarla əhatə olunmaq daha gözəldir. 
                                                                      
Lalə Novruzlu

Nəcəf Nəcəfovun qeyri-adi jurnalist fəaliyyəti - NƏSİMAN YAQUBLUNUN YAZISI
Aprel şəhidimizin qardaşının toyu oldu - FOTOLAR
Sərdar Cəlaloğlu: “Azərbaycanın geopolitik vaxtı Moskva saatıyla işləyir”
Bakı-Tbilisi-Qars dəmir yolunda bir ilk də yaşandı...
"Elçibəyin əsas fərqliliklərindən biri də türklüyü ilə qürur duyması idi"
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Azərbaycan əsgərinin addım səslərini eşitmək bizim üçün şərəfdir”
Cəmiyyət
"Bu nə hoqqabazlıqdır, bu nə özbaşınalıqdır, bu nə düşüklükdür?"
Cəmiyyət
Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür
Araşdırma
Yeməyi oğlundan alıb, əsgərə yedirən, hərbi formanı ən yaxşı parçadan tikdirən CÜMHURİYYƏT GENERALLARI
Gündəm
“Serj Sərkisyan Qarabağ məsələsi üzrə xüsusi elçi təyin edilə bilər…” - Paşinyanın müşaviri
Həftənin ən çox oxunanları
Rusiya üzərində qələbə: "Baş nazir sevinir, prezident əleyhinədir"
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
Lotoreyanın sirrini tapan riyaziyyatçı 7 dəfə mükafat qazandı...
Yarıçılpaq səudiyyəli fanat qadın və hicablı rus azarkeş qız - Futbol çempionatındakı təzadlar + VİDEO
“Türk Yıldızları” Bakı səmasında uçuşlar keçirəndə hamımız sevincdən ağlayırdıq”
12 yaşında Kəbəni üzərək təvaf etdi - Gözlənilməz (FOTOLAR)
İki Ali Baş Komandanımızın Xankəndindəki paradını bizə çox görməyin: - TARİXİ SEÇİM...
Paşinyanın gəncliyinə aid biabırçı şəkli paylaşıldı - FOTO
Afaq Aslan Damlanın keçmişilə bağlı qalmaqallı iddianı təsdiqlədi: "Pula görə yad kişilərin stollarının altından..."
"Bu, Azərbaycan kişisinə yaraşan addım deyil ki, kiməsə geyiminə görə müdaxilə etsin"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin