Xəbər lenti
25/03/2019 [07:38]:
“O qədər xərçəng xəstələri olub ki,  sağlam ruha malik olduqlarından sağalıblar...”
25/03/2019 [00:44]:
Ovsunlayıcı kəşf: Bu günə qədər görülməyib...
25/03/2019 [00:21]:
Budapeştdə yaşayan azərbaycanlı cəmiyyət rəhbəri...
25/03/2019 [00:21]:
Minlərlə insan axın etdi: Festivaldan maraqlı görüntülər
24/03/2019 [23:58]:
Bütün dünyanın müzakirə etdiyi polis: Baş örtüyü və qəmgin halı ilə diqqət çəkdi...
24/03/2019 [23:39]:
25 nəfərin öldüyü yanğın daha bir cinayətin üstünü açıb - qaçırdığı qadını öldürmək istəyib...
24/03/2019 [23:33]:
Əfqanıstanda terror hücumu: ölənlər var
24/03/2019 [23:31]:
İranda Ali dini liderin də xalq tərəfindən seçilməsi təklif olundu
24/03/2019 [22:37]:
Putin Nazarbayevin istefa verəcəyini əvvəldən bilirmiş...- Peskov etiraf etdi
24/03/2019 [22:27]:
Soçidə təyyarəni ildırım vurdu
24/03/2019 [22:21]:
Bütöv Azərbaycan Ocaqları bayraq aksiyasına start verdi
24/03/2019 [22:17]:
"Bu cür iddialar və iftiralar sırf şəxsi qərəzdən qaynaqlanır"
24/03/2019 [22:12]:
Mart ayı üzrə sosial yardımlar tam ödənildi
24/03/2019 [21:46]:
Sabirabadda “Mercedes” motosikleti vurdu
24/03/2019 [21:27]:
Qurban Qurbanov: "Neftçi"nin çempion olacağına dair mənə heç nə deyilməyib"
24/03/2019 [21:22]:
Hakim partiya İstanbulda izdihamlı mitinq keçirdi
24/03/2019 [21:20]:
Dağıstanda kütləvi zəhərlənməyə dair cinayət işi qaldırıldı
24/03/2019 [21:17]:
Futbol millilərimiz ərəblərə uduzdu - FOTO
24/03/2019 [21:04]:
Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür
24/03/2019 [20:58]:
Trampın Colan yüksəklikləri barədə qərarının tarixi açıqlandı
24/03/2019 [20:55]:
Myanmada partlayış: 16 ölü, 48 yaralı
24/03/2019 [20:52]:
Keçmiş məhbəs yoldaşları Əli İnsanovla görüşdü - FOTO
24/03/2019 [20:28]:
Eldar Sabiroğlu təcili Türkiyəyə aparıldı
24/03/2019 [20:26]:
Amerikalılar tarlanın ortasında pivə dolu soyuducu tapdılar – FOTO
24/03/2019 [20:23]:
Necati Şaşmaz: “Hər zaman keşikdəyik”
24/03/2019 [20:21]:
Nazarbayevin qızı əlil uşaqları təhqir edib: “O eybəcərləri…” -VİDEO
24/03/2019 [20:06]:
Paşinyan Gürcüstanın baş naziri ilə bir araya gəldi
24/03/2019 [20:03]:
Göyçayda 24 yaşlı oğlan komaya düşərək öldü
24/03/2019 [19:59]:
Üç uşaq atası biləndə ki, o əvvəldən dölsüzdür, arvadını...
24/03/2019 [19:44]:
Canlı yayımda dua oxuyan keşiş bıçaqlandı - VİDEO
24/03/2019 [19:37]:
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24/03/2019 [19:26]:
Bakı Parisdən böyükdür, amma... - FOTO
24/03/2019 [19:19]:
Sərhəddə “siqaret əməliyyatı”
24/03/2019 [19:08]:
Gözəl rəngli, dözümlü, sahibinin etibarlı yoldaşı - dünyanın ən qiymətli cinslərindən olan Qarabağ atları
24/03/2019 [18:58]:
Nikola Yurçeviç: "Razıyam, Litva Xorvatiya deyil"
24/03/2019 [18:42]:
Bazarda naziri butulka ilə vurmaq istəyən şəxs saxlanıldı
24/03/2019 [18:35]:
Azərbaycan yığması Nikola Yurçeviçin rəhbərliyi altında ilk ev oyununu keçirəcək
24/03/2019 [18:06]:
Yerə maqnit qasırğası yaxınlaşır
24/03/2019 [18:02]:
Tarkan 5 milyondan imtina etdi - FOTO
24/03/2019 [17:51]:
Bakıda dənizə düşən şəxs xilas edildi
24/03/2019 [17:43]:
Botsvanada həyat yoldaşını öldürmək istəyən pilot təyyarəni evinə çırpdı- VİDEO
24/03/2019 [17:15]:
Cazibədar xanım sevgilisi ilə sevişərkən səhvən canlı yayım açdı - FOTOLAR
24/03/2019 [17:12]:
Yasamalda avtomobil yandı
24/03/2019 [17:02]:
Keçmiş prezident evini 80 dollara kirayəyə verir - Hətta həyətdəki meyvə-tərəvəzlərdən də dadmaq olar
24/03/2019 [16:40]:
Rusiyada səkkiz ton balıq yollara səpildi - VİDEO
24/03/2019 [16:26]:
Azərbaycanlı icra başçısı vəzifəsinə namizəd oldu
24/03/2019 [16:20]:
Azərbaycanlı şair: "Oğlumu tabutuma yaxın qoymayın"
24/03/2019 [16:15]:
Sərnişin qatarlarının gizli üzü: intim məkan, həzzin pik həddi və daha nələr – FOTOLAR
24/03/2019 [16:05]:
Bakıya gələn qatarı Türkiyədə bəy-gəlin qarşıladı - VİDEO
24/03/2019 [15:57]:
Sakinlər Xoşqədəmin verilişinə çıxan qadını qınadı: “Ərini axtarmaq əvəzinə evinin təmiri üçün kömək istəyərdi...” -FOTO
24/03/2019 [15:30]:
Əli İnsanov hələ 2005-ci ildə İlham Əliyevdən bağışlanmasını istəyib – FAKT
24/03/2019 [14:21]:
Afrikada "İdai" qasırğası nəticəsində 761 nəfər ölüb - FOTO
24/03/2019 [14:18]:
Gəncədə kran aşdı, fəhlə beton blokun altında qaldı - FOTO
24/03/2019 [14:16]:
Zakir Həsənov ABŞ-a gedəcək
24/03/2019 [13:40]:
Türkiyədə hərbçiləri daşıyan avtomobil qəzaya uğradı: ölən və yaralananlar var
24/03/2019 [13:38]:
Hava dəyişir: yağış, qar yağacaq
24/03/2019 [13:36]:
Azərbaycanlı tələbələr təhsillərini Çexiyada davam etdirirlər
24/03/2019 [13:22]:
Aydın Xırdalanlı son mənzilə yola salınır - FOTOLAR
24/03/2019 [13:20]:
Pakistanda “Yaşasın Azərbaycan” sədaları - VİDEO
24/03/2019 [12:36]:
ATV-nin aparıcısının evinə oğru girdi - 37 minlik ziyan
24/03/2019 [12:34]:
Norveç sahillərində qəzaya uğrayan gəmidən 338 nəfər təxliyə edilib, xəsarət alanlar var - FOTO+VİDEO
24/03/2019 [12:17]:
80 və 73 yaşlı qocalar bank yardı - Evindən marixuana plantasiyası çıxdı-VİDEO
24/03/2019 [12:15]:
104 yaşlı qadını öz xahişi ilə həbs etdilər – VİDEO
24/03/2019 [12:03]:
Aygün Səmədzadənin əsərləri Türkiyədə canlanma və coşqu yaratdı… – FOTO
24/03/2019 [11:57]:
Şirin içkilərin təhlükəsi aşkarlandı
24/03/2019 [11:54]:
ABŞ Ədliyyə Nazirliyi məhkəməyə verildi
24/03/2019 [11:49]:
Təbii fəlakətdə ölənlərin sayı 732-yə çatdı
24/03/2019 [11:33]:
Kitab kimi ömür yaşayan 82 yaşlı qadın - FOTO
24/03/2019 [11:29]:
Azərbaycan şəhərində Qarabağı Ermənistan ərazisi kimi göstərən fleşmob keçirildi-FOTO+VİDEO
24/03/2019 [11:21]:
İlham Əliyev Yunanıstan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
24/03/2019 [11:20]:
Yüz yaşlı təhlükəsizlik keşikçiləri - VİDEO
24/03/2019 [11:17]:
Nanədən illər sonra etiraf: "Türkiyədə məni…"
24/03/2019 [11:15]:
Doğulduğu gün çəkisiylə dünyanı şoka salan adam indi polisdə işləyir - FOTOLAR
24/03/2019 [11:06]:
"Erməni konyakı"nın müəllifi ermənilər yox, Azərbaycan almanlarıdır - ALMAN ALİMDƏN ŞOK İDDİA
24/03/2019 [10:48]:
“Pəncəli dünyaya gələn gün kəndimizə bir metr hündürlüyündə qar yağdı…”- Əmisinin xatirəsi…
24/03/2019 [10:31]:
Omar Momanidən Ramil Şeydayevin qoluna karikatura - FOTO
24/03/2019 [10:27]:
Ərdoğandan CHP-li namizədə sərt sözlər
24/03/2019 [10:22]:
Ermənistan silahlı bölmələri atəşkəsi 23 dəfə pozdu
24/03/2019 [10:20]:
Azərbaycanın Xəzərdə balıq ovu kvotası 33 faiz azaldılıb
24/03/2019 [10:16]:
Paytaxtın Xəzər rayonuna elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Bütün arxiv bir sırada
19/06/2018 [23:08] - Ədəbiyyat - ( 1379 dəfə baxılıb)

Abdulla Şaiq yaradıcılığında insan problemi...



II YAZI

İnsan özünü elə bir vəziyyətə salıb ki, artıq ona heç bir cin, şeytan lazım deyil. Onların vəzifəsini insan özü yerinə yetirir. Abdulla Şaiqi də insan-şeytanın bu ikili halı, ikili şəkli təəccübə salır. O özünün “İblisin hüzurunda” adlı hekayəsində bu məsələyə xüsusi diqqət yetirir. Hekayədə göstərilir ki, iblis insanların iradəsini, şüurunu özlərinə tabe etdirən oğlanlarının bu böyük qələbələr münasibətilə təntənəli bir kef məclisi təşkil edib, burada çəkilən əzab, əziyyətlərinin müqabilində oğlanlarına məzuniyyət vermək istəyir və onları qələbə münasibətilə təbrik edir:

- Şah baba, biz ancaq insanları istədiyimiz kimi gördüyümüz zaman rahatlanırıq. Əsrlərdən bəri çəkdiyimiz min cür zəhmət, qurduğumuz min hiylə, saçdığımız min cür fitnə və fəsad nəticəsində insan oğlunu özümüzə əsir etməyə müvəffəq olduq. İndi onları başlı-başına buraxmaq əql və hikmətə əsla müvafiq deyildir”

Cavab iblisi düşünməyə vadar edir. Elə bu zaman onun ən hiyləgər və siyasətçi oğlu olan Xənnas irəli çıxıb atasını sakitləşdirir: 

-  Böyük babamız! Mənim fikrimcə, bundan sonra onları tamamilə sərbəst buraxmaq olar. Zira ki, əkdiyimiz toxumlar o qədər dərin rişə atmış, qurduğumuz tor əl-ayaqları elə sarımış ki, insan bütün şərəf və mənliyini unutmuşdur. Əsrlərcə onların ətrafına dolaşmasaq belə, alışmış olduqlarə adətlərdən əl çəkməzlər. Bir də bizsiz də onların içində o qədər iblislər yetişmişdir ki, onlar bizim yerimizi tuta bilər.”

Sözlərinin doğruluğuna atasını inandırmaq üçün Xənnas çox dəhşətli bir səhnə təşkil edir; yer, göy, dağ, dərə od tutub yanır. İnsanlar imdad diləyirlər. Əli qılınclı bir qrup insan isə bu məzlumları qılıncdan keçirir. Ətrafı vahimə və dəhşət bürümüşdür. Xənnas adamlardan birini tutaraq atasının yanına gətirir və baş verən hadisələrə diqqətlə baxmağı xahiş edir. 

Əmlakı, var-yoxu külə dönən insanlar əl açıb kömək diləyirlər. Xənnas insana deyir ki, cibindəki kisəni çıxar və qardaş-bacılarına kömək et. İnsan əlləri əsə-əsə kisəni çıxarıb pulları sayır, verməyə cəsarəti çatmayıb yenidən kisəyə qoyur və deyir ki, xırdası olmadığı üçün Xənnas onu bağışlasın
Xənnas mənalı-mənalı atasına baxır. İblis oğlunun fikrini anlayıb deyir:

- Oğlanlarım, artıq şübhəm qalmadı. Oğlum Xənnas sözünü çox gözəl isbat etdi. İnsanın yaxşı sifətlərindən biri də verimdir. Biz həm də verim əli olan insanların qəlbini, vicdanını qaraltmaq və onları bu yoldan uzaqlaşdırmaq üçün çalışırıq. Kağız və mədən parçalarına tapınan və onu öz həmcinsindən qiymətli sayan, qardaşlıq və insanlıq duyğularını məhv etmiş olan bu insancıqlar üçün məəttəl olmağa dəyməz. Gedin, bir neçə il hər cür xidmətdən azadsınız.” 

Burada, əlbəttə, İblis, Xənnas obrazları ədibə öz fikrini açmaq üçün lazım olan mövhumi vasitədir. Əsərdə əsasən iki cəhətə xüsusi diqqət vermək lazımdır; birincisi, ədib föstərir ki, insanlığın ən mühüm şərtlərindən biri və başlıcası insanlara kömək etmək etmək, çətin anlarda onların harayına çatmaq və yardım əlini uzatmaqdan ibarətdir. Kimin verən əli yoxdursa, o, insan adına layiq deyildir. 
İslam dininin hökmlərinə görə də, səxavət sahibləri allah yanında ibadət sahiblərindən hörmətli və ucadırlar. Verim (səxavət) insanı bu dünyada və axirətdə ən yüksək məqama çatdırır. Əliaçıq və ürəyi geniş adamlar bu keyfiyyətləri ilə özlərini xaliqlərinə yaxınlaşdırmış və ona oxşamış olurlar. İnsanı dünyada səxavət qədər məşhurlaşdıran, sevdirən ikinci bir amil yoxdur.

Lakin ədib təəssüflə bildirir ki, insanlar bu keyfiyyətlərdən uzaq olduqları üçün İblis və Xənnasın hörmətini, rəğbətini qazanmışlar. Onlar isə insanlığı məhv etmək, allahdan intiqam almaq üçün bütün səylərini bu istiqamətə yönəltmişlər. Müvəffəqiyyət qazandıqları insanların qəlbindəki mərhəmət və şəfqət hissini dondurduqları üçün İblis tərəfindən bir neçə illiyə hər cür xidmətdən azad olunurlar.
Artıq insanlar özləri-özlərini idarə etmək iqtidarında deyillər. İndi onların iradəsi şeytanların əlindədir, beyinləri düşünmək funksiyasını çoxdan itirmişşdir, ustadları Xənnas, İblis kimi qəlbsizləşmişlər. Adəm övladlarının onlara Allah tərəfindən verilmiş insani keyfiyyətlərdən məhrum olunmasında oğlunun böyük rol oynadığının şahidi olan İblis özünü tam rahat hiss edir, allahdan “intiqam” aldığı üçün hədsiz dərəcədə sevinir. 

Bəli, İblis sevinir, lakin ədib kədərlənir, məyus olur, insanlığın aradan götürülməsi ona əzab verir. Abdulla Şaiq həmcinslərini xənnasların, iblislərin təsirindən xilas olmağa, öz uca adlarını şərəflə qorumağa çağırır.

İkinci cəhət bundan ibarətdir ki, müəllif İblisin öz oğlanları ilə etdiyi söhbətini, onların özləri barəsində atalarına verdikləri hesabatı , Xənnasın təşkil etdiyi ibrətamiz səhnəni göstərməklə, insanlığa dəymiş zərbənin böyüklüyünü və bu zərbənin insanların özləri tərəfindən endirildiyini bildirmək istəmişdir. İnsanın ağlı, şüuru elə bir səviyyəyə enmişdir ki, artıq ona heç bir İblis, heç bir Xənnas mane olmaq istəmir. İnsan həm İblisi, həm də Xənnası əvəz etmişdir. Əsil müsibət, əsil bəla da buradan baş verir. İnsanın özünün özünə etdiklərini heç bir düşmən edə bilməz.

Abdulla Şaiq əsil insanlığı qəlbin genişliyində, ruhun ucalığında görür, həyat, təbiət belə adamların qarşısında sanki acizləşir, mütiləşir. Ədibin “Anabacı” hekayəsinin sonluğuna diqqət yetirək: “Köhnə nəslin son qəhrəmanı olan bu qadın hələ qarşımda oturmuş, mənə meydan oxuyur, həm də ata-babalarından qalma keçmiş əxlaq və səciyyələrini bütün hal və hərəkətləri ilə mənə anladırdı. Artıq yarım əsr əvvəlin canlı tarixi olan bu qadın, nəzərimdə daha böyümüş, daha canlanmış, sanki mənə ; “Yoxsul olsam da, qəlbim geniş, ruhum ucadır” demək istəyirdi.”

Abdulla Şaiq də mənəvi-əxlaqi zənginliyə malik, kamil insanın yetişməsində tərbiyəyə xüsusi yer verir. Sağlam cəmiyyətin əsasını, bünövrəsini ilk ailə tərbiyəsi təşkil edir – qənaətinə gəlir. Tərbiyə qəlib kimi bir şeydir. İnsanın dünyagörüşünün formalaşması da həmin tərbiyə ”qəlibləri”nin formasından, quruluşundan asılıdır. İnsanın alnına onun qatil, oğru, alçaq və ya sədaqətli, mərhəmətli, adil olacağı yazılmır. Onun yaşadığı mühit, şərait, aldığı tərbiyə sifətlərə, keydiyyətlərə yiyələnməkdə rol oynayır.
Abdulla Şaiq də sələfləri kimi, tərbiyəyə çox yüksək qiymət verir və sübut etmək istəyir ki, tərbiyənin ideya istiqamətindən asılı olaraq, ağıllı, qabiliyyətli, düzgün adamlar dəliyə, oğruya, cəllada, caniyə və əksinə çevrilə bilərlər.

Ədib valideynlərin diqqətini ailə tərbiyəsinin düzgün qurulmasına cəlb edərək göstərir ki, ailədə xoş əhval-ruhiyyə, qayğı, səmimiyyət, inam, etibar və sədaqətlə aş;lanmış bir iqlim yaranarsa, həmin ailədən nəslə xələl gətirən vətəndaş yetişməz. Ata-ana nəvazişi və sədaqəti ilə böyüyən uşaqlar cəmiyyət üçün ən lazımlı, hamıya örnək olacaq bir səviyyəyə çatırlar. Əks təqdirdə, uşaqlara qarşı laqeydlik, onlarla yersiz, qaba və sərt rəftar, ailədə despotizm səviyyəsində cansıxıcı şəraitin olması, yersiz cəza və qorxu hissinin mövcudluğu, uşaq psixologiyasının nəzərə alınmaması və sair kimi mənfi hallar gənc nəslin mənəvi-əxlaqi inkişafına ağır zərbə vurmaqla, onu cəmiyyət üçün ən qorxulu bir adama çevirər. 

Buna görə də Abdulla Şaiq valideynlərin qarşısında böyük vəzifələr qoyur. Xalqın, cəmiyyətin mənəviyyatında meydana gələn hər cür dəyişiklik üçün onları məsul sayır. Onlar tərifə də, tənqidə də layiqdirlər. Müəllif haqqında belə mülahizələr söyləməyimizə onun “ Vəzifə” hekayəsində irəli sürdüyü ideya əsas verir

Əvvəllər çox çalışqan, bacarıqlı, qabiliyyətli və səmimi şagird olan Xosrov bir müddətdən sonra tamamilə dəyişilir, onda mənfi keyfiyyətlər özünü göstərməyə başlayır. Evdən on manat pulun oğurlanması ailədə ciddi təşviş döğurur. Xosrovun atası bu barədə onun müəllimi ilə söhbət edir. Müəllim hadisədən xəbərdar olanda çox təəssüflənir və bu işin aşkarlanması üçün özünün uzunillik təcrübəsindən istifadə etməyi qərara alır. Xosrovun anası ilə söhbət edir. Ailə şəraitini öyrənir, onun atası haqqında müəyyən məlumat toplayır, yenidən uşaqla söhbət edir və qaranlıq nöqtələr yavaş-yavaş aydınlaşır. Bu aydınlaşmanın şahidi olmaq üçün hekayədən bir parçaya diqqət edək: “Müəllim çox çalışdı. Uşaq inadında davam edərək, ona təminedici cavab vermədi. Müəllim mövzunu dəyişərək:

- Xosrov, onda sən bunu de: Məsərrət xanımın səninlə evdə rəftarı pisdirmi?
- Xeyr!
- Atanın rəftarı necədir?
Uşaq susdu.
- Demək, Həsənin xasiyyəti sərtdir. Bilirəm, o, bir qədər müstəbiddir, rəsmiyyət sevən adamdır. Doğrudurmu? 

Uşaq başı ilə təsdiq edərək:

- Doğrudur, -dedi.
- Onun rəftarı o qədər pisdirmi ki, səndə bu qədər dərin və acı təsir buraxmışdır?
- Çox pisdir!
- Məsələn nə edir?
- Hər şey...oturma, durma, danışma, hətta, yeyib-içməyimə də bir qulp taxır, deyinir, qışqırır...”

Atanın belə rəftarı uşağı sarsıtmış, onun psixologiyasına zərbə endirmişdir Bu boğucu şəraitdən qurtarmaq üçün uşaq evdən qaçmağı, tanımadığı yad bir ölkəyə getməyi qərara almış və yol pulu olaraq evdən on manat götürmüşdür. Pulu gətirdən müəllim hadisənin necə faciə ilə nətıcələnə biləcəyini nəzərə alaraq, Xosrovun atası ilə görüşür və ona öz mülahizələrini söyləyir:

- Məqsəd sizi öyrətmək deyil, ailə həyatında unudulmuş mühüm bir nöqtəni sizə xatırlatmaqdır. Sözlərim səmimi, dostcasına olduğundan acıqlanmayacağınıza əminəm.
- Əsla, buyurun!
- Sizin ailə həyatınızda bir əskiklik var. O iki kiçik otaqda, o qalın divarlar arasında ürəksıxıcı bir inzibat, soyuq bir rəsmiyyət, əzici bir istibdad vardır. Bu da , şübhəsiz, məmurluğun sizdə doğurmuş olduğu bir haldır ki, həm özünüzə, həm də ailə üzvlərinə çox zərərlidir. Bunu qəti surətdə aradan qaldırmalısınız. Xasiyyətiniz buna uyğun olmasa belə, uşaqlarınızın, ailənizin  bəxtiyarlığı üçün  siz bunu etməyə məcbursunuz. Bəxtiyarlığı uzaqlarda axtaranlar  çox yanılırlar. Onu hər kəs özü , hər şeydən əvvəl, ailə həyatının quruluşunda axtarmalıdır. Sizin o kiçik otaqlarda boğucu zindanın  cansız və həzin səsləri deyil, şən bir yuvanın  şux civiltiləri, bəxtiyar bir ailənin şən qəhqəhələri eşidilməlidir..Bunu edə bilsəniz, Xosrov yenə də əvvəlki halına gələr, istedadı sərbəst olaraq inkişaf edə bilər. Onun üçün də bu vəziyyəti ortadan qaldırmanızı  atalıq naminə  sizdən xahiş edirəm.”

Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu Azərbaycan
fəlsəfə  tarixi şöbəsinin aparıcı elmi
işçisi, f.ü.f.d. Qabaqcıl Maarif Xadimi.

Ovsunlayıcı kəşf: Bu günə qədər görülməyib...
Minlərlə insan axın etdi: Festivaldan maraqlı görüntülər
Bütün dünyanın müzakirə etdiyi polis: Baş örtüyü və qəmgin halı ilə diqqət çəkdi...
Canlı yayımda dua oxuyan keşiş bıçaqlandı - VİDEO
Moskvada Üzeyir və köməkçisini "yun" kimi çırpdılar: Rəqsanənin restoranında...
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Putin Nazarbayevin istefa verəcəyini əvvəldən bilirmiş...- Peskov etiraf etdi
Dünya
Necati Şaşmaz: “Hər zaman keşikdəyik”
Cəmiyyət
Kitab kimi ömür yaşayan 82 yaşlı qadın - FOTO
Araşdırma
Lütfi Zadənin qeyri-adi uşaqlıq çağları- Nadir fotolar və xatirələr
Dünya
"Sən kimsən ki, bir metr irəli gəlmisən? İşdən qovuldun!" -VİDEO
Həftənin ən çox oxunanları
"Telmandan soruşdum ki, bəs Monika Belluçi nə edəcək, dedi ki, o sadəcə..."
Putinə "ilişən" 35 yaşlı generalın məhvi – Rütbələrini soyub, 22 il həbs verdilər...
Uşaq pulunun bərpası ilə bağlı yayılan xəbərlərə - Nazirlikdən reaksiya
Baş məhbus azad olunmadı, O əfv gözləmir və heç kimi əfv etmir...
“İşıq və qaz limiti yaradıb əhalinin bu dərəcədə narazı salmaq düzgün deyil”
“Aprel döyüşlərini Rusiya Qarabağda qoşunlarını yerləşdirmək məqsədi ilə başladıb…”
"Ağıl öyrənmək istəsəydi, 15 il əvvəl məni dinləyərdi..." - Əli Nağıyevdən Əli İnsanova irad
Nazarbayevin varisləri: Boşanmış qızı, general qardaşı oğlu, 52 yaşlı kürəkəni, yoxsa nəvəsi?
Üç uşaq atası biləndə ki, o əvvəldən dölsüzdür, arvadını...
“Bir də ayılacağıq ki, Tramp deyir: "Qarabağı Ermənistan ərazisi kimi tanımaq lazımdır"...”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə