Xəbər lenti
17/02/2019 [00:47]:
Onu siz də tanıyırsız...
17/02/2019 [00:46]:
Səudiyyə şahzadəsi "Mançester Yunayted"i almaq istəyir - Ağılasığmaz qiymətə...
16/02/2019 [23:49]:
130 yaşındakı nəhəng nərə balığı tutuldu: İçərisindən 9 kiloqram qara kürü çıxdı...
16/02/2019 [22:50]:
Rusiya DİN-dən “Neolit”dəki insidentlə bağlı - AÇIQLAMA
16/02/2019 [22:50]:
"Çeçenlər qardaşlarımızdır və Çeçenistanda da xalqım haqda eyni fikirləri səsləndirirlər”
16/02/2019 [22:18]:
Müştərilər bu kafeyə çay içmək üçün yox, tualeti görməyə gəlir - MARAQLI
16/02/2019 [21:11]:
“Soyunmuş qadın Britaniya siyasətində” - Keçmiş nazirin bacısı canlı yayında çılpaq qaldı (VİDEO)
16/02/2019 [21:09]:
Qətər əmiri işğalçı ölkə prezidenti ilə  mehriban görüş keçirdi...-FOTO
16/02/2019 [21:04]:
Rusiyalı deputat: "Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insident təxribatdır"
16/02/2019 [20:54]:
Rusiyada universitet binası uçdu - VİDEO
16/02/2019 [20:27]:
İstanbulda bina çökdü - FOTO/VİDEO
16/02/2019 [20:26]:
"Gübrənin norması beş qramdırsa, beş qram da verilməlidir"
16/02/2019 [20:05]:
İranlı general: “İntiqam alacağıq”
16/02/2019 [19:56]:
Elmar Məmmədyarov xorvatiyalı həmkarı ilə görüşdü
16/02/2019 [19:49]:
“Neftçi” autsayderlə bacarmadı - VİDEO
16/02/2019 [19:30]:
Müdafiə naziri Zakir Həsənov BƏƏ-yə yola düşdü
16/02/2019 [19:18]:
“Bütün təxribatları milçək vızıltısı qədər əhəmiyyətsiz edə bilərik, bir şərtlə ki...”
16/02/2019 [19:02]:
“Kreml hər zaman yalan danışır, Rusiya avantürasının bir sərhəddi olmalıdır...”
16/02/2019 [18:42]:
Hitler rolunu canlandıran aktyor öldü - VİDEO
16/02/2019 [18:34]:
Rusiya və Ermənistan XİN başçıları Qarabağı müzakirə ediblər
16/02/2019 [18:29]:
Bakı metrosunda bıçaqlanma - VİDEO
16/02/2019 [18:24]:
Maşın qaçıran şəxs saxlandı
16/02/2019 [18:21]:
“Görürsən ki, bir çoxu tərif məqamı gələndə hamının sinəsindən itələyib keçir qabağa”
16/02/2019 [18:06]:
“Vertolyotla Yevlağa kimi pul səpəcəm....- Başınız qarışacaq pul yığmağa..."
16/02/2019 [18:05]:
Mütəxəssislərdən xəbərdarlıq: Bu içkini süzərək içməyin...
16/02/2019 [18:02]:
Gəmiləri kamikaze dronlarıyla təchiz etdilər - İsrail dünyanı heyrətləndirməkdə davam edir...
16/02/2019 [18:01]:
Həbs edilən çempionun anasından şok açıqlama: “Elə toy gününün birinci axşamı…”
16/02/2019 [17:58]:
Avropa İttifaqı qərar verdi: "Rusiyaya qarşı sanksiyalar tətbiq ediləcək"- SƏBƏB
16/02/2019 [17:43]:
DYP 50-dən çox piyadaya xəbərdarlıq etdi - FOTOLAR
16/02/2019 [17:36]:
2024-cü ildən sonra Putin öz gələcəyini necə düşünür
16/02/2019 [17:16]:
Astarada 5 uşaq atası intihar etdi
16/02/2019 [17:04]:
Azərbaycanlılarla çeçenlər arasında insidentin videoyazısı təxribatdır - BƏYANAT
16/02/2019 [17:02]:
Nəriman Həsənzadənin 88 yaşına...
16/02/2019 [16:53]:
Nyu-Yorkda “ermənilərin Bakı soyqırımı” qeyd ediləcək: Böhtan kampaniyası davam edir!
16/02/2019 [16:39]:
“Ölkəyə un gətirəndə kömək etdiyim çeçenlər və dağıstanlılar mənə çox böyük dəstək oldular...”
16/02/2019 [16:16]:
Bakıda “Seyid” ləqəbli narkobaron saxlanıldı
16/02/2019 [15:59]:
Yol polisi avtobus sürücüsünün yerinə tələbəyə cərimə yazdı - RƏSMİ
16/02/2019 [15:44]:
“Bu, bizim üçün qürurvericidir” – Çingiz Mehdiyev
16/02/2019 [15:23]:
Ekspert: "Çeçen və azərbaycanlıları küsdürməyə çalışan bəzi qüvvələrin səyləri uğursuzluğa məhkumdur"
16/02/2019 [15:12]:
Prezident Siyavuş Novruzovla bağlı sərəncam verdi
16/02/2019 [14:54]:
Elməddin polislə hədələdi - VİDEO
16/02/2019 [14:42]:
“Türkan Şoraya zəng vurdum, o, köhnə tanışlar kimi mehribanlıqla danışdı...”
16/02/2019 [14:39]:
İmişli və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilmişdir
16/02/2019 [14:27]:
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirildi
16/02/2019 [14:26]:
“Artsax” futbol klubu Tiflisdə yoldaşlıq görüşlərinə başladı...- FOTOLAR
16/02/2019 [14:22]:
Paşinyanın həyat yoldaşının ofisi hökumət binasına köçürüldü
16/02/2019 [14:14]:
Robotlar evlənmək üçün namizəd seçdi - MARAQLI
16/02/2019 [14:05]:
Xəbərdarlıq : 2 gün yağış, qar yağacaq
16/02/2019 [14:01]:
Yaponiyadakı qardaşını görmək üçün velosipedlə 15 min kilometr yol gedəcək - MARAQLI
16/02/2019 [13:46]:
İsmayıllıda 16 min 500 manatlıq oğurluq edənlər tutuldu
16/02/2019 [13:44]:
Banan qutularından 540 paket kokain çıxdı: 17 milyon 820 dollar dəyərində...
16/02/2019 [13:32]:
"3 il onu özümə həsrət qoymuşam, yenə qaşınır" - Zauru biabır etdi
16/02/2019 [13:27]:
“Növbəti tarixin anların şahidləriyik ki...” – ELDƏNİZ SƏLİMOV
16/02/2019 [13:26]:
Təqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşlarına olan insani münasibətinin nəticəsidir
16/02/2019 [13:19]:
“O, böyük insan, gözəl pedaqoq, istedadlı bəstəkar olub”
16/02/2019 [13:18]:
Azərbaycanın ən varlı rayonu hansıdır? - RƏSMİ RƏQƏMLƏR
16/02/2019 [13:07]:
“Fuad Poladovdan müsahibə götürəcəm, o, həmişə var...”
16/02/2019 [12:47]:
"Elməddin də bu çirkaba bulaşdı"
16/02/2019 [12:41]:
"Tariximizi öyrənək və təbliğ edək !"
16/02/2019 [12:24]:
Yeni işıqforlar Bakının hansı ərazilərində quraşdırılacaq? - BNA açıqladı
16/02/2019 [12:18]:
Qondarma “respublika”nın idmançıları Gürcüstandakı yarışlarda iştirak edib
16/02/2019 [12:10]:
“Xocalı faciəsinin tanınması ilə bağlı görülən işlər təqdirəlayiqdir...”- Xalq artisti...
16/02/2019 [12:06]:
Vüsalə Mahirqızı: "ONA yeni brenddir, heç bir başqa qurumun davamçısı deyil"
16/02/2019 [12:00]:
"Qırmızı Körpü"də növbəti siqaret əməliyyatı - VİDEO
16/02/2019 [11:51]:
Baş redaktora ağır itki üz verdi
16/02/2019 [11:48]:
Konqress Trampa qarşı yeni istintaq başlatdı
16/02/2019 [11:38]:
Azərbaycana xeyli qızıl gətirilməsinin qarşısı alındı
16/02/2019 [11:31]:
Axtarışda olan 29 nəfər saxlanıldı
16/02/2019 [11:25]:
İsmayıllıda marşrut avtobusu 25 yaşlı qızı vurub öldürdü
16/02/2019 [11:17]:
“O cür gözəl balalarını şəhid verən ana gərək öləydi...”- Bütün ailəsi Xocalıda qətlə yetirilən qadın....
16/02/2019 [11:16]:
ABŞ-da yaşayan beynəlmiləl ailənin istadadlı qızları... - FOTOLAR
16/02/2019 [11:03]:
Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO
16/02/2019 [11:02]:
“Elmi Qarabağ” jurnalının təqdimatı keçirildi- Bakıda yox a!..-FOTOLAR
16/02/2019 [10:59]:
Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi
16/02/2019 [10:53]:
Rutgers Universitetinin professorundan Təhsil Nazirliyinə 7 TƏKLİF
16/02/2019 [10:53]:
Ceyhun Əli: “Mənə “Səndə bu alınmayacaq” söyləyənlər də olmuşdu” - FOTOLAR
16/02/2019 [10:36]:
Qərbi Kaspi Universiteti Türkiyənin daha bir universiteti ilə əməkdaşlığa başlayır
16/02/2019 [10:21]:
Şəmkirdə 26 yaşlı gənc bıçaqlandı
16/02/2019 [10:15]:
Alimlərimizdən yeni tədqiqat: Yarımadada banan, manqo yetişdirdilər...
16/02/2019 [10:13]:
ABŞ-dan Rusiyaya yeni sanksiya dalğası - şimal qonşumuz çətin durumda...
Bütün arxiv bir sırada
20/06/2018 [10:50] - Köşə - ( 5494 dəfə baxılıb)

Mollaxana təhlükəlidir, yoxsa fahişəxana?..

Sultan Laçın

Müsəlmanlara “gerizəkalı” deməklə onları irəli apara bilməyəcəyik, Fazil bəy!...

Xeyli vaxtdır ki, hörmətli deputat Fazil Mustafanın ölkədə şəhidlər ağası İmam Hüseyn(ə) başda olmaqla Kərbəla şəhidlərinə, imamlara və  s. mərsiyə deyib ağlaşan kişilərə, qadınlara qarşı mübarizəsi davam edir. Bu günlərdə Fazil bəy sosial şəbəkədə daha bir çağırışla çıxış edib:”Bu ölkəni mollaxanaya çevirmək istəyənlərə qarşı dirəniş göstərməliyik...”

Əvvəla, onu deyim ki, bəndəniz də İmam Hüseyn(s), Kərbəla şəhidləri başda olmaqla  şəhidlərimizə, imamlarımıza həddindən artıq yas tutmağın, ağlaşmanın əleyhinədir. Doğrusu, şəhidlərimizə ürəkdən yansam da, onların yolunda baş qoymağa hazır olsam da, o mərasimlərdəki bəzi mərsiyyələrin tonu, ləhcəsi qəlbimə yatmır. Bəlkə də səhv edirəm, ancaq hesab edirəm ki,  belə mərasimlər  müsəlmanlara mübarizlik yerinə mütilik, köləlik aşılayır... Zənnimcə, Aşura günlərində, digər dini mərasimlərdə 10-15 dəqiqəlik ağlaşmadan sonra insanlara daha çox bu günkü gerçəkliklərdən bəhs etmək, müasir dövrdə bu dünyadakı haqsızlığa, zülmə qarşı mübarizə aparmağın yollarından, İslamın sütunlarından olan əmr be-məruf və nəhy əz-münkərdən, imandan, təqvadan, ixlasdan,  bəhs etmək, Quran ayələrini doğma dilimizdə doğru şəkildə izah etmək gərəkdir... Amma qəlbimizə yatmır deyə, əsrlərlə formalaşmış ənənələri bolşevikcəsinə qamçılamaq, onu icra edənləri “cahil”, “gerizəkalı” adlandırmaq da yanlışdır... Müsəlmana “gerizəkalı” deməklə onu irəli apara bilməyəcəyik, Fazil bəy!..

İkincisi, mollaxana məsələsinə gəldikdə, dövri-qədimdən ta ki 1920-ci illərədək Lənkərandan Naxçıvana, İrəvandan Qarabağa, Şirvanadək dədə-babalarımız ilk təhsilini mollaxanada alıb. Bir misal da çəkim. Bəndənizin babaları ilə eyni nəsildən, eyni kənddən olan Hacı Molla Şükür Axundzadə mollaxanada ibtidai təhsil aldıqdan sonra XX əsrin əvvəllərinədək Bakının bir sıra məscidlərinin məşhur axundu olmuş əmircanlı Mirzə Əbu Turabla (görkəmli xeyriyyəçi və maarifçi Hacı Zeynalabdin Tağıyev Əbu Turabın ayağı altında dəfn edilməsini vəsiyyət edib) birgə Nəcəf və Bağdadda yüksək ruhani və dünyəvi təhsil alıb. Hacı Molla Şükür sovet hakimiyyəti qurulanadək Şuşada Qarabağın axundu olub və övliya timsallı məşhur bir din xadimi kimi tanınıb. O, tibb, astronomiya, ruyaziyyat, coğrafiya və s. elmlərini o dövr üçün kifayət qədər mənimsəyib. Qarabağdakı yoxsul insanların pulsuz müalicəsi ilə məşğul olub. 1905-1906-cı, 1918-1920-ci illərdəki erməni-müsəlman davalarında Şuşanın müdafiəsini təşkil edib. Belə babalarımızın  cahil olmasını isbatlaya bilərsinizmi?..

Sovet dövründə Azərbaycanın dini məktəblərdə təhsil almış kifayət qədər imanlı, savadlı on minlərlə din xadimi sürgünlərə, güllələnmələrə, başqa formada repressiyyalara məruz qalıb... Ümumiyyətlə, din xadimlərini mollaxanaları ifrat aşağılamaq İslama düşmən olan sionist, mason sisteminin və onların eksperiment üçün qurduğu allahsız Sovet hakimiyyətinin prinsiplərindən olub... 

Doğrudur, dindən sui-məqsədləri üçün yararlanan, imperiya hakimiyyətlərinin təşviqi ilə insanların müti, cahil vəziyyətdə saxlanmasına xidmət edən üzdəniraq din xadimləri olduğundan “mollaxana” adlanan mədrəsələrdə də neqativ hallara, xurafata, mövhumata, şagirdlərə qarşı zorakılığa yol verilirdi. Ancaq bütövlükdə mollaxanalara həqarət etmək yaramaz. Çünki bu məkanlarda, ən azı, məzhəbindən, təriqətindən asılı olmayaraq hər bir müsəlmanın dərin sayğıyla yanaşdığı, ibadət etməyənlərin belə üzərinə and içdiyi Qurani-Kərimin –sonuncu Allah Kitabının hərfləri, tilavət qaydaları öyrədilib...
Üçüncüsü, belə anlayıram ki, siz hansısa ölkə, təriqət tərəfindən Azərbaycanda xurafatın, mövhumatın, cahilliyin, nadanlığın yayılmasından ehtiyat edirsiz. Sizinlə razıyam, Fazil bəy. Hazırda bir neçə müsəlman ölkəsi və xaricdən yaradılan, idarə olunan qondarma qeyri-ənənəvi, radikal, təkfirçi cərəyanlar ciddi-cəhdlə öz dini modellərini Azərbaycana sırımaq istəyir. Lakin nəinki Azərbaycan, bütövlükdə İslam üçünbunlardan ən  təhlükəlisi hansıdır? Söhbət ondan gedir. Bu mənada İmam Hüseyn(ə) sevdalıları heç cür Azərbaycan üçün təhlükə ola bilməzlər.  Əksinə, nəinki İmam Hüseyn(ə), Həzrət Əliyə(ə), Peyğəmbərimizə(s) belə düşmən kəsilən, Onun məzarını dağıtmağa çağıran, “mənim əsam Peyğəmbərin məzarından dəyərlidir” deyənlərin ardıcılları İslam, türk dünyası üçün böyük təhlükədir. Azərbaycanda, eləcə də digər müsəlman ölkələrində terror törətməyə cəhd edənlər, saxta “xilafət” qurmağa çalışanlar  Aşura sevdalıları yox, “İŞİD”, vəhhabi qruplaşmalarıdır.  “Müsəlmanlara televizora baxmaq, musiqi dinləmək və s. qadağandır” deyənlər də məhz bu cahillərdir. Əgər mübarizə aparmaq gərəkdirsə, ilk növbədə onlara qarşı mübarizəyə səsləmək lazımdır cəmiyyəti... 

Dördüncüsü və ən əsası, gəlin görək  bu gün Azərbaycanda Məhəmməd peyğəmbərimizdən(s) öncəki cahiliyyə dövrünə, Quranda da təsvir edilən Lut, Sədom və Homorra dövrlərinə aid kütləviləşmiş və ya kütləviləşməkdə olan hansı xüsusiyyətlər var - cəmiyyətin düşünən beyinlərini, ziyalıları, gəncləri onlarla mübarizəyə səsləyək...

Kütləvi şərabxorluq – varmı? Vardır... Alkoqoliklərin, əyyaşların sayına görə Sovet dövründə istehza etdiyimiz Rusiyanı bəlkə də  ötmüşük...

Kütləvi qumarbazlıq varmı? Vardır... “Topaz”dan, lotereyadan tutmuş gizli qumarxana və kazinolaradək – bəlkə minlərlə məkanda Azərbaycan vətəndaşının, müsəlmanının, gəncinin, kişisinin(!) əqidəsi, əxlaqı pozulur...

Yarıçılpaq, hətta lüt  qız və qadınların, “qaluboy”ların iştirakıyla striptiz, əxlaqsız musiqi, göbək rəqsi, alkoqollu içkilər, narkotik  və s. istifadəsi ilə müşayiət olunan kütləvi eyş-işrət məclisləri varmı? Vardır... Gecə klubları, barları, bəzi restoranlar və s. nədən ötrüdür?

Bir qrup insanın varlanması, böyük əksəriyyətin yoxsullaşması hesabına kütləvi kredit, sələmçilik varmı? Vardır... 

Türk, İslam əxlaqına uyğun olmayan hədsiz açıq-saçıq, bayağı, bambılı qız –qadın geyimləri kütləviləşibmi? Bəli... Bu günlərdə yarıçılpaq qızın metroda özünə haqq qazandırmasının şahidi oldunuz...

Lut qövmünə uyğun olaraq kişilər arasında ləvata meyl edən üçüncü cins nümayəndələri tədricən artmaqdadırmı? Bəli, hətta eynicinsli evlilik hallarına da rast gəlinir...
Zinakarlıq, fahişəlik kütləviləşməyə doğru gedirmi? Gedir... Müsəlman ölkələrini, o cümlədən
Azərbaycanı bütövlükdə fahişəxanaya çevirməyə çalışan güclər kifayət qədər güclüdür. Düzdür, müsəlman adlananlar arasında nəfsini saxlaya bilməyib siğə, mutə adı altında fahişəliyə, zinakarlığa şərait yaradanlar da var. Amma bu,telekanalların, gecə barlarının, striptiz klublarının təbliğatından, təsirindən güclü ola bilməz...

Onu da nəzərə alaq ki, lap mollaxanada, mərsiyəxanada cahillik, möhvumat  məqamları olsa belə, Azərbaycanda bir neçə məscidi, məkanı, Aşura günlərini, Ramazan ayını çıxmaq şərti ilə uşaqların, gənclərin, ümumiyytlə, məmləkət əhlinin belə tədbirləri kütləvi şəkildə izləmək imkanı yoxdur. Amma sadaladığımız əxlaqsızlıq, həyasılzlıq məqamları telekanallar, bir sıra media vasitələri başda olmaqla kafelər, barlar, klublar, restoranlar, otellər, massaj salonları vasitəsilə hər gün, hər saat, hətta hər an uşaqlı-böyüklü, oğlanlı-qızlı, qadınlı-kişili hər kəsi hədəfdə saxlayır. İndi Fazil bəy, deyin görək İslam, türk dünyası, o cümlədən Azərbaycan üçün, fahişəxana, qumarxana, nəşəxana, şərabxana təhlükəlidir, yoxsa mollaxana?.. 

Kütləviləşən əxlaqi mənfiliklərin siyahısını çoxaltmaq olar... Unutduğum oxşar hallar varsa, özünüzün və oxucuların yadına düşər, yəqin...

Telekanallarımız isə bütün bu sadalanan əxlaqsızlıqların ruporuna, təbliğatçısına çevrilib...
Və bütün deyilənlər orta əsrlərdən bəri səlibçi, mason, sionist, nə bilim, anqlosaks adlanan bəşər, İslam, türk düşmənlərinin yüz illərlə həyata keçirdiyi və hələ də davam edən proqram və planlarının tərkib hissəsidir. Dünyaya əsl ədalət nümunəsi göstərən nəhəng Osmanlı dövləti başda olmaqla müsəlman dünyasını çökürtmək, İslam dinini məhv etməyi hədəfləyən  Böyük Britaniya Krallığının müstəmləkələr üzrə nazirliyinin tərtib etdiyi min səhifəlik proqramın maddələrini bəzəyir bu deyilənlər. Həmin maddələr arasında ötən yazılarımdan birində xatırlatdığım şiə müsəlmanların əzadarlıq məclislərinin və ümumiyyətlə, İslam abidələrinin, peyğəmbər məzarlarının dağıdılmasına, eləcə Türkiyə-Osmanlı dövləti ilə İran arasında süni ziddiyyətlər yaratmağa çağıran  çağıranlar da var... Xatırladım ki, Osmanlı dövləti əsasən əhli-sünnə qaydasıyla  yaşayan bir dövlət olub. Yəqin ki, həmin ölkənin dini modelini də təftiş etməyə qalxmazsınız... 

Üstümüzə qloballaşma, saxta “demokratiya” adı altında nəhəng bir şər, əxlaqsızlıq, simasızlıq seli gəlir və xeylimizi artıq boğub. Böyük əksəriyyət həmin axının əksinə üzməyə cəsarət etmədiyindən Azərbaycanın, bütövlükdə müsəlman-türk dünyasının həm fiziki, fizioloji, həm də ruhi-mənəvi tənəzzülü təhlükəsi var. Bəlkə xalqı buna qarşı səfərbər edək?..

Yazıda yol verə biləcəyim səhv və xətalara görə Allah özü bağışlasın...

Müştərilər bu kafeyə çay içmək üçün yox, tualeti görməyə gəlir - MARAQLI
“Görürsən ki, bir çoxu tərif məqamı gələndə hamının sinəsindən itələyib keçir qabağa”
Robotlar evlənmək üçün namizəd seçdi - MARAQLI
Yaponiyadakı qardaşını görmək üçün velosipedlə 15 min kilometr yol gedəcək - MARAQLI
Donuz əti yeyən  adamda qeyrətsizlik artar və  o, namusunu qorumaz...
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Səudiyyə şahzadəsi "Mançester Yunayted"i almaq istəyir - Ağılasığmaz qiymətə...
Maraqlı
130 yaşındakı nəhəng nərə balığı tutuldu: İçərisindən 9 kiloqram qara kürü çıxdı...
Maraqlı
Mütəxəssislərdən xəbərdarlıq: Bu içkini süzərək içməyin...
İdman
“Artsax” futbol klubu Tiflisdə yoldaşlıq görüşlərinə başladı...- FOTOLAR
Cəmiyyət
“Fuad Poladovdan müsahibə götürəcəm, o, həmişə var...”
Həftənin ən çox oxunanları
Çay sakinlərin gözü önündə yox oldu!..- “Qiyamətin başlanğıcıdır?!.”-VİDEO
Saakyan atası azərbaycanlı olan generalı  xüsusi nümayəndə təyin etdi...-FOTOLAR
Şuşa türməsində Dilqəm və Şahbazdan başqa türkmənşəli dustaq kimdir?..
“Fevralın 14-də həmin sənədi imzalasaydım, Xocalı faciəsi baş verməzdi...” - ETİRAF
"Əgər ANS yenidən açılarsa və fəaliyyət göstərdiyi ilk 15 ildəki ANS olarsa..."
Bu dəfə 52-si birdən gəldi: Rusiyada fövqəladə vəziyyət elan edildi...
Bakıda dəhşətli qəza: "Qaqaş, neylədin, nə içmişdin, nə vurmuşdun?" - VİDEO
Şəmistan Əlizamanlının ifa etdiyi “Bismillah” mahnısı AKP-nin seçki marşı oldu - VİDEO
Ruzigar elə dəyişər ki,  siz bu sayil qocaya möhtac olarsız…
“Qızım, bax, sən də Röya kimi olsan - sənin də dördmərtəbəli villan olar...”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə