Komitə sədri: “Köçkünlərin öz torpaqlarına qayıdış ümidi güclənib"
"Cocuq Mərcanlıya qayıdış məcburi köçkünlərin öz torpaqlarına qayıdış ümidini gücləndirib"
Moderator.az-ın məlumatına görə, bunu Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.
O deyib ki, təhsil və məşğulluq Azərbaycan hökumətinin fəaliyyətində əsas istiqamətlərdən biridir.
"Qaçqın və məcburi köçkünlərin təhsil və məşğulluğu hökumətin diqqət mərkəzindədir. Məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün işlər bundan sonra da davam etdiriləcək. Eyni zamanda, Azərbaycana qarşı ikili standartlara son qoyulmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmalıdır. İnanıram ki, biz haqlı səsimizi dünyaya çatdırmaqla Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik".
Məhdud Məsuliyyətli Cəmiyyət
Zülfüqar Hüseynzadə
www.moderator.az saytına
istinad zəruridir