Xəbər lenti
22/09/2018 [00:46]:
“Ailələrin ən böyük problemi uşaqların saatlarla seriallara baxmasıdır”
22/09/2018 [00:18]:
Moderator.az-ın baş redaktorundan BDYPİ rəisinə "gecə canavarları" ilə bağlı MÜRACİƏT...
21/09/2018 [23:44]:
Tramp Rusiya üzrə mütəxəssisi Ermənistana səfir göndərir
21/09/2018 [23:29]:
Dünya elmini dəyişdirən 3 yuxu - Eynşteyn, Bor əvvəlcə yatıb, sonra isə…
21/09/2018 [23:22]:
Bertelsin Nizami Gəncəvi ilə bağlı hazırladığı nadir arayış - Arxiv sənədi...
21/09/2018 [23:02]:
Jirinovski terrorçuları maliyyələşdirməkdə ittiham olunur
21/09/2018 [23:00]:
Səudiyyə Ərəbistanı televiziyasında inqilab
21/09/2018 [22:53]:
Pentaqon İranın Hörmüz boğazındakı təlimlərinə münasibət bildirdi
21/09/2018 [22:38]:
Ədliyyə naziri Ağstafada vətəndaşların şikayətlərini dinlədi
21/09/2018 [22:35]:
Hindistan İrandan nefti rupi ilə alacaq - ABŞ-a qarşı birlik
21/09/2018 [22:03]:
Türkdilli dövlətlərin siyasətinə dəstək fondu Bakıda silsilə tədbirlər keçirəcək
21/09/2018 [21:54]:
Mircəfər Bağırovun ömrünün sonundakı taleyi, həbs tarixçəsi - GİZLİ TARİX...
21/09/2018 [21:19]:
“ABŞ-Türkiyə ziddiyyətlərini bir görüşlə aradan qaldırmaq mümkün deyil”
21/09/2018 [21:14]:
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
21/09/2018 [21:12]:
"Rusiyanın Azərbaycana münasibəti I Pyotrdan əvvəl də, sonra da belə olub...”
21/09/2018 [20:22]:
Türkiyə prezidentinin ABŞ-a səfərinin tarixi açıqlandı
21/09/2018 [20:21]:
Qurban Qurbanov FIFA-nın tədbirinə qatılmaqdan imtina edib
21/09/2018 [20:14]:
Şəlalə küləyin təsirindən tərs axdı - VİDEO
21/09/2018 [19:59]:
Uşaqbaza qarşı ilk dəfə axtalama əməliyyatı keçiriləcəyi bəlli oldu - RƏSMİ...
21/09/2018 [19:59]:
Sovet ideologiyası bizim ədəbiyyatı böyüməyə qoymadı... - VII məqalə
21/09/2018 [19:57]:
“Bu qədər yoxsulluğun olduğu ölkədə lüks bir təyyarəyə minməkdən utanıram" - Prezident...
21/09/2018 [19:41]:
”Azərbaycan deputatları haqq-ədaləti bərpa edirlər...” - Prezident
21/09/2018 [19:39]:
“Meydanda çığırıb-bağıranlar bu gün yüksək postlara təyin olunur...” - İlham Əliyev
21/09/2018 [19:35]:
Erməni analar: "Ermənistanda itkin düşmüş sayılan 1000 hərbçi var"
21/09/2018 [19:35]:
Rihanna Barbadosun səfiri oldu
21/09/2018 [19:34]:
Mars ekspedisiyasının bütün üzvləri əzabla öləcəklər - HESABAT
21/09/2018 [19:26]:
Bakıda daha bir ilk: bacı-qardaş dünya çempionu oldu
21/09/2018 [19:26]:
12 yaşında hamilə qalan qız qorxunc ənənədən danışdı - FOTOLAR
21/09/2018 [19:22]:
Rza Zərrabın Nyu-Yorkdakı lüks həyatı - FOTO
21/09/2018 [19:18]:
Çılpaq qadın şəhərin mərkəzində hərəkəti dayandırdı- Foto
21/09/2018 [19:02]:
Rüşvət alan polisə ibrətamiz cəza - VİDEO
21/09/2018 [18:34]:
Dövlət Turizm Agentliyi Aparatının işçilərinin say həddi müəyyənləşdi
21/09/2018 [18:26]:
Batumi 43-cü Ümumdünya Şahmat Olimpiadasına hazırdır
21/09/2018 [18:25]:
Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri açıqlandı
21/09/2018 [18:23]:
Xarici valyuta ilə götürülən kreditlərlə bağlı - QƏRAR
21/09/2018 [18:20]:
UNEC-in rektoru prezident təqaüdçüləri ilə görüşdü -FOTOLAR
21/09/2018 [18:18]:
Kalaşnikov: "Qarabağ münaqişəsini yalnız Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri həll edə bilər"
21/09/2018 [18:17]:
Ərdoğan Putinlə görüşdə öz istəklərinə nail oldu
21/09/2018 [18:16]:
I sinifdə summativ qiymətləndirmə ləğv olunur
21/09/2018 [18:10]:
"Azərbaycansız bölgədə heç bir layihə həyata keçirilə bilməz" -Prezident
21/09/2018 [18:08]:
Arzu Rəhimov Qaxda vətəndaşları qəbul edib
21/09/2018 [18:05]:
Putin Əsədin telefonlarına cavab vermir - İsraildən iddia
21/09/2018 [18:00]:
İlham Əliyev: "Ermənistan getdikcə daha da zəifləyir"
21/09/2018 [17:55]:
Ali Baş Komandan: "Paradlarda nümayiş etdirilən imkanlarımız çox təsirlidir"
21/09/2018 [17:49]:
Belçikadan Azərbaycana deportu gözlənilən ailə ilə bağlı detallar məlum olub
21/09/2018 [17:36]:
"Nikol Paşinyan kilsənin dəstəyini almağa çalışır..."
21/09/2018 [17:28]:
İstirahət günləri səyahətə çıxanlar üçün hava PROQNOZU
21/09/2018 [17:27]:
Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
21/09/2018 [17:25]:
Kamal Abdulladan I kurs tələbələrinə maraqlı jest
21/09/2018 [17:22]:
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21/09/2018 [17:20]:
“Bir neçə gün sonra 3-cü süni peykimiz orbitə çıxarılacaq” -İlham Əliyev
21/09/2018 [17:15]:
“İgidim, məni gözlə...” - Sevil Nuriyeva
21/09/2018 [17:14]:
Xaçmazda taxta sexinin icarədarı cərimələndi -FOTOLAR
21/09/2018 [16:48]:
Çinin Xuçjou Universitetinin nümayəndə heyəti ADU-da oldu
21/09/2018 [16:37]:
Azərbaycanınən sürətli mobil şəbəkəsinin adı açıqlandı -FOTOLAR
21/09/2018 [16:35]:
“Nar”-dan tələbələrə ŞAD XƏBƏR
21/09/2018 [16:30]:
ADAU-nun rektoru 1-ci kursa qəbul olan magistr tələbələrlə görüşdü
21/09/2018 [16:25]:
Binəli Yıldırım Bakıda hədik payladı -VİDEO
21/09/2018 [16:23]:
Qətər-Azərbaycan mədəniyyət əlaqələri müzakirə edilib
21/09/2018 [16:23]:
Qanuna əməl etməyən şadlıq saraylarına XƏBƏRDARLIQ
21/09/2018 [16:21]:
“Əgər cinayətkar kitab oxumaqla adam ola bilsəydi...”
21/09/2018 [16:03]:
Neftçilәr Xәstәxanasının baş direktoru İSTEFA VERDİ
21/09/2018 [16:01]:
UNEC-in uğur formulu - Yeni universitet modeli
21/09/2018 [15:58]:
Bakıda 30 qadına qarşı əxlaqsızlıq edən tutuldu
21/09/2018 [15:47]:
Sabiq MTN generalları hakim qarşısına çıxarılır
21/09/2018 [15:46]:
Azərbaycanda 16 tikinti şirkəti məsuliyyətə cəlb edilib
21/09/2018 [15:45]:
Azərbaycana toz-dumanın daxil olduğu ölkələr açıqlanıb
21/09/2018 [15:34]:
İlham Əliyev Milli Məclisin 100 illiyi ilə bağlı təntənəli iclasda - FOTO + YENİLƏNİB
21/09/2018 [15:31]:
Dağıstanda azərbaycanlı saxlanıldı
21/09/2018 [15:27]:
Aleksandr Duqinin neoavrasiyaçılığı və Moskva – Bakı – Ankara oxu...
21/09/2018 [15:24]:
“Milli Məclis ölkənin qanunverici bazasının formalaşmasında mühüm yer tutur"
21/09/2018 [15:18]:
Dilənçinin üstündən çıxan pul hamını şoka saldı...
21/09/2018 [15:08]:
Lenin və Hitler Peruda rəqib oldu
21/09/2018 [15:06]:
Gürcüstan paytaxtındakı teleqüllə Ermənistan bayrağı rənglərinə boyandı...- FOTO
21/09/2018 [15:04]:
“Rayonlarda işsizlik probleminin həlli Bakıdakı tıxac müşkülünün həllinə təsir göstərən amillərdəndir…”- Ekspert
21/09/2018 [15:02]:
Azərbaycanın invaziv florasına dair ilk məlumatlar dərc olunub
21/09/2018 [14:57]:
Prezident cüdo üzrə dünya çempionatının açılışında
21/09/2018 [14:55]:
Evdən çıxmadan çıxarış: Daha bir bina sakinləri bu fürsətdən yararlandı
21/09/2018 [14:51]:
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
21/09/2018 [14:49]:
ADPU-ya yüksək bal toplayaraq qəbul olunan tələbələrlə görüşlər davam edir
Bütün arxiv bir sırada
22/06/2018 [07:37] - Cəmiyyət - ( 2395 dəfə baxılıb)

İdrakı olanların Elçibəyi...



"Əbülfəz Elçibəy obrazının gerçək tanıtımına haradan başlamaq daha doğru olardı? Bir mitinqdəki epizodla başlamaq istərdim. Kütləyə müraciət edir: "Mənim şəkillərimi endirin, Məhəmməd Əmin Rəsulzadənin şəkillərini qaldırın!" Bu müraciət həm də yolu açıqlayır. Elçibəy yolu yoxdur, bir yol var o da Məhəmməd Əmin Rəsulzadə yoludur. Bizlər o yolun yolçularıyıq demək idi bu. Özünü də o yolun sadə yolçusu statusuna endirir. Əbülfəz Elçibəy öz şəkillərini endirməyə gücü çatan bir lider idi. Məhz şəkillərini endirməyi bacaran liderin şəkillərini, adını, irsini toplum az sonra mütləq yuxarıya qaldıracaqdı.
O yaxşı idarəçi deyildi, bürokratik vərdişləri heç yoxdu. O, "Bəy" adı ilə Sovet dönəminin çayxana siyasətinin içində də, "Əbülfəz bəy" adı ilə xalq hərəkatının önündə addımayanda da, "Elçibəy" adı ilə prezident kürsüsündə də müstəqil dövlətin ruhani obrazı idi. Onun bu obrazdan çıxaraq təşkilata qayıdışı, dövlət idarəetməsinə qayıdışı ölkədə çox şeyləri dəyişə bilərdi, lakin millətin gələcəyi üçün bir ruhani obrazı birdəfəlik itirilmiş olacaqdı. Onun ideoloji tezisləri Rəsulzadə qədər sistemli deyildi, daha çox mübahisəyə açıqdı, yolun hansı məsafəsini gördüyünü müəyyənləşdirmək də çətin idi, ancaq bütün bunların fonunda onun güvənilir, sadə və xalq adamı obrazı vardı ki, bu da söylədiklərini inanc qədər dəyərə çevirən bir hərəkatçı topluluğunu yaratmışdı.
Onunla hər mövzuda danışmaq, mübahisə və müzakirə etmək mümkün idi, çünki mühafizəkarlığı statik deyildi, yeniliyə uyğunlaşması qısa bir zamanda baş verirdi. O, kimsə ilə münasibətləri mürəkkəbləşdirməyi sevmirdi, insanın seçiminə hansısa şəkildə müdaxilə etmək tələskənliyi göstərmirdi və hətta bu seçim fiziki və yaxud siyasi intihar olsa belə. Çünki onun üçün konkret faktın, konkret hadisənin önəmi çox da böyük deyildi, düşüncəsi yalnız proses üzərində cəmlənirdi. O, xalq hərəkatının uğurlu rəhbəri idi, çünki hərəkatda konkretlikdən daha çox proses önə çıxır və özünü bu prosesin mücərrədlliyində daha sərbəst hiss edirdi. Hətta çıxışlarının məzmununda da mücərrədlik, irreal görünə biləcək gələcəyin romantik hədəfləri özünü daha qabarıq göstərirdi. Xalq Cəbhəsi hərəkatdan partiya modelinə keçdikdən sonra təşkilat intizamı içində öz qloballığını olduqca sıxıntılı şəkildə qoruya bilirdi. Bu səbəbdən də AXCP-yə toxunmadan yenidən Bütöv Azərbaycan Birliyi hərəkatına dönüş etdi və siyasi ritorikasının ağırlığını yenə də hərəkat modelinə uyğun gələn prosesin üzərinə köçürməyə çalışdı.
Onun üçün siyasətin də fərqli havası vardı, sonradan hansısa şənlikdə özəl bir duyğu ilə ifa etdiyi "Bəy havası" da onun siyasətdən köçürdüyü hava idi. O, özü oynayırdı və kimlərinsə onu necə müşayət etməsinin fərqində deyildi. O, öz seçdiyi havaya özünü qapdırmışdı: tələbə, müəllim, dustaq, siyasi rəhbər və hətta prezident olanda da bu havanı kimsənin dodaq büzməsinə rağmən sona qədər oynamağa davam edirdi.
O şəxsi həyatında çox qapalı idi: özünə də ailəsinə qarşı da müəyyən etdiyi sərt qaydaları dəyişməyi düşünmürdü sanki. Ancaq siyasətdə qarşısına çıxan şərait və təklifdə rasionallığı dərhal sezirdi, ağıllı adama danışmaq şansı verirdi, boşboğazları isə dinləyərkən səbirsizliyini büruzə vermirdi. Bəlkə də onun ən gözəl tanıtımını mərhum Basqallı nurani ağsaqqal Həbib kişi vermişdi: Məzlum Əbülfəz deyirdi ona. Bu tanıtımın içində çox detalları seçib-ayırmaq olardı, lakin əsas məzlumluq göstəricisi xalqın alt qatlarındakı insandan özünü fərqləndirməməsində, hətta bunu geyimindən tutmuş üz cizgilərində belə qoruyub saxlamasında müşahidə olunurdu.
Bir çoxları Elçibəyi mübarizə simvolu kimi təqdim etməyə çalışsalar da, o əslində xarakter olaraq barış və tarazlıq obrazı idi. Fikrimcə, Elçibəy heç vaxt hakimiyyət uğrunda amansız mübarizənnin simvolu ola bilməz. Çünki özü amansız dirənişlə hakimiyyəti qorumağa çalışmadı. Təkrar şansları olduğunda yenə də istəkli şəkildə hakimiyyətə alternativ güc olaraq önə düşmədi. Çünki Elçibəy düşüncəsində hakimiyyət uğrunda heç vaxt mübarizə olmayıb, təşkilatının olub, çevrəsinin olub, lakin özünün mübarizəsi iki istiqamətdə dəyişməz hədəflərə doğru yönəlib: Birincisi, Azərbaycanın müstəqilliyi uğurunda mübarizə. İkincisi isə Azərbaycanın bütövlüyü uğrunda mübarizə. 1992-ci ildə iqtidara gəlişi də tarixi şəraitin bir növ məcburiyyəti idi və məsuliyyəti üzərinə götürməkdən başqa alternativ yol qalmamışdı. Hətta 1998-ci ildə prezidentliyə namizədliyini irəli sürməkdə könülsüz davranışı da, onun hakimiyyət uğrunda mübarizəyə önəm verməməsinin bir mesajı idi. Bu səbəbdən də müstəqil dövlət quruculuğu və Azərbaycanın bütövlüyü kimi tanıdılan iki hədəfdən kənara yönləndirdiyində Elçibəy fenomeni öz mahiyyətini itirir, ucuzlaşdırılır və bayağı düşüncə sahiblərinin əlində bir alətə çevrilir.
Elçibəy şanslı olduğu qədər də şanssız bir lider idi. Elçibəyin şansı onun bir illik hakimiyyətində özünü göstərdi, düşündüklərini bacara bildiyi qədər reallaşdırmağa çalışdı. Ən önəmlisi də rus ordusunu Azərbaycandan çıxardı, test üsulunun tətbiqi ilə millətin təhsilə əlçatanlığını təmin etdi. Elçibəy Azərbaycan ictimai-siyasi mühitinə çox dəyərli və rasional düşüncə sahibi olan simalar bəxş etdi. Şansızlığı isə çevrəsindəki insanlara çəkə bilməyəcəyi yükü yükləməsiydi. İstər hakimiyyət yükü olsun, istər ideya yükü olsun, bunun altında əzilən çox sayda insanlar sonradan böyük hərəkatçı görüntüsündən dedi-qoduçulara, tüfeylilərə, dövrün şərtlərinə uyğun davranış çevikliyinə sahib olmayacaq qədər məzmunsuz kimliklərə çevrildilər. Artıq o kimliklər Elçibəy haqqında danışana da, yazana da "Sənin nə haqqın var ki, Elçibəy haqqında danışırsan, yazırsan" deyib onun demokratik düşüncəsindən bir qıl payına belə sahib olmadıqlarını ortaya qoyurlar.
Elçibəy manevrləri haqqında düşünərkən İslam dünyasının ən böyük şəxsiyyətlərindən olan Həzrəti Əlinin manevrlərini və onun obrazı ətrafında formalaşan fikirləri xatırlamalı olursan. Hakimiyyət Əlinin haqqı idi deyənlərlə, hakimiyyət Elçibəyin haqqıdır deyənlər arasında təfəkkür paralelliyini görməzdən gəlmək olmur. Halbuki, İslam dünyasının bir mənəviyyat simvolu olan Həzrəti Əlinin mənəvi ruhani dəyərlərini anlamayanlar onu özlərinin hakimiyyət uğrunda mübarizəsinin simvoluna çevirərək hansı bölücülüyü təlqin etmişlərsə, Elçibəy obrazını da belə bir simvola çevirənlər həmin bölücülüyə yönəldənlərlə eyni işi görmüşlər. 
Nədənsə Azərbaycan hakimiyyəti Elçibəyə rəsmi şəkildə dəyər verməyə hələ də maraqlı görünmür. Əslində Elçibəyi rəsmiləşdirməyin özü belə çətindir. Onun bürokratik çərçivəyə qətiyyən uymur, hətta qəbrinin üzərində qoyulan abidəsi onu çərçivəyə salır, yürüyən, hərəkətə can atan obrazını sıxır. Elçibəy üçün rəsmiləşdirilməyən ən layiqli yer elə xalqın yaddaşıdır. Xalq onu olduğu kimi tanıdı, sevdi, qınadı, dəyərləndirdi və sonda kəsə olaraq yekun tanıtım möhürünü vurdu: "O, təmiz adam idi".
Bizim onunla düşüncə və fikirlərimizdə xeyli fərqliliklər vardı, mübahisələrimiz də olurdu, qarşılıqlı tənqidlərimiz də. Mən onun bircə dəfə də olsun kübarlığını itirdiyinin şahidi olmadım. O kübarlıq ki, bu günkü Azərbaycan sİyasətində gündüz əldə çıraqla axtarsanız belə, tapmaqda çətinlik çəkəcəksiniz. Elçibəydən siyasəti öyrənən bizlərin çoxu məhz onun kübarlığından çox az miras götürə bildik və nəticədə Azərbaycan siyasətinin mədəni aurasının yaranmasına töfhə verə bilmədik. 
Xatırlayıram, Kələkidə birgə oturduğumuz məclisdə Məhəmməd Hadinin bir şeirini söyləmişdim, yarıda durdurdu və arxasını özü sonadək özəl bir duyğu ilə gətirdi. Şeirdəki "İdrakı olanlar məni sonra qanacaqdır!" misrasını isə bir neçə dəfə təkrarladı. Bu şeiri illər keçəndən sonra Milli Elmlər Akademiyasının akt zalında Əbülfəz Bəyin tabutunun başında çıxış edərkən hayqırmağı özümə borc bildim. Və söyləmək istədim ki, Əbülfəz Elçibəyi qısır davaların, iqtidar mübarizəsinin simvolu kimi heç vaxt özəlləşdirməyə çalışmayın, çünki o, həmişə Azərbaycan cəmiyyətində idrakı olanlarla idraksızların ortaq barış məqamıdır, bu məqamda gec-tez bir Millətin, bir Vətənin övladları kimi bir-birimizə qarşı unutduğumuz sevgini "Bəy havası" ilə mütləq tapacağıq."

Fazil Mustafa, millət vəkili

Şəlalə küləyin təsirindən tərs axdı - VİDEO
Dilənçinin üstündən çıxan pul hamını şoka saldı...
Mehriban Əliyevaya səslənən ana: "Ürəyimin yarısı qızımla birlikdə dəfn edilib"
Azərbaycanda xüsusi təyinatlıları belə hazırlayırlar - İLK DƏFƏ
“Bu yolun açılışı Azərbaycanın iqtisadiyyatına da öz müsbət təsirini göstərəcək”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Araşdırma
Bertelsin Nizami Gəncəvi ilə bağlı hazırladığı nadir arayış - Arxiv sənədi...
Dünya
Rüşvət alan polisə ibrətamiz cəza - VİDEO
Cəmiyyət
“Rayonlarda işsizlik probleminin həlli Bakıdakı tıxac müşkülünün həllinə təsir göstərən amillərdəndir…”- Ekspert
Cəmiyyət
“Mənə deyirlər ki, falçı Bayramın arxasında xüsusi adamlar durub...”- Tanınmış astroloq...
Siyasət
“Rusiya Qafqazda yeni siyasətə başlayacaq” – PROQNOZ
Həftənin ən çox oxunanları
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Ata İmam Hüseyn üçün oğlunun başını kəsdi - ŞOK VİDEO (+18)
Puldan “divar” yaradan məmur həm də 256 məşuqə saxlayırmış - HEYRƏTAMİZ+VİDEO
Bakıda satılan 5 otaqlı evin qiymətinə Braziliyada ada almaq olar - Fantastik qiymət (FOTOLAR)
Düşmən baş nazir Azərbaycanın uca dağlarından birinə belə qalxdı... - VİDEO
Bakıda dəhşətli qəza: Ölənlərdən 3-nün kimliyi bilindi - VİDEO (+18)
"Sabah Qarabağda savaş başlasa bizim Bakıda Nuru Paşalara ehtiyacımız olmayacaq, çünki..."
Paşinyanın arvadı Qarabağda ölən erməni əsgərlərinin analarını topladı - azərbaycanlı analara müraciət olundu
Türkiyə və İsrail barışır, səfirlər geri qayıdır - Bakının da bu barışıqda rolu var...
Fəhlələr namaz qıldıqlarına görə onları işdən çıxaran direktoru “şalvarsız" qoydular...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə